Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-211/2022 17.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1964-cü ildə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" Açıq Səhmdar Cəmiyyətində tornaçı işləyən, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 noyabr 2021-ci il tarixdə, saat təxminən 16.20 radələrində, nigahı pozulmuş qızının cehizlərini geri almaq məqsədi ilə qohumu Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən mənzilə gələrək sonuncu ilə mübahisə yaratmış və aralarında məişət zəminində baş verən münaqişə zamanı Təqsirləndirilən şəxs yumruğu ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən bir dəfə vurub sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ alt göz qapağı və gözaltı nahiyənin qançırı, burun əsasının səthi əzilmiş yarası ilə müşayiət edilən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2016-cı ildə bacanağı Zərərçəkmiş şəxs övladı Şahid2 X6 ilə nigah münasibətlərinə girmişdir. Bu inikahdan 2017-ci il təvəllüdlü Nuray Rüstəmova dünyaya gəlmişdir. İlk 2 il ərzində Şahid2la X6 arasında söz-söhbət baş verməmiş və sonuncular normal həyatlarına davam etmişlər. Lakin, son bir ildə Şahid2la X6 arasında münasibətlər gərginləşmiş və tərəflər nigahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişlər. 2021-ci ilin may ayında rəsmi nigahlarına məhkəmə qaydasında xitam verilmiş və boşanmışlar. Qızı boşandıqdan sonra ona məlum olmuşdur ki, keçmiş kürəkəni Şahid2 birgə nigah dövründə qızının adından bankların birindən faizi ilə birlikdə 4.000 manat kredit götürmüşdür. Məhkəmə yolu ilə rəsmi nigah pozulduqdan sonra məhkəmə hesab etmişdir ki, keçmiş kürəkəni azyaşlı nəvəsinə görə aylıq 120 manat aliment versin. Rəsmi nigahdan bir ilə yaxın müddət keçməsinə baxmayaraq, bir dəfə də olsun kürəkəni aliment verməmişdir. Sadaladığı bu faktlar qızını və hətta onun ailəsini maddi və mənəvi cəhətdən böyük sıxıntıya məruz etmişdir. Hətta, bundan başqa nigah dövründə qızı üçün cehiz olaraq aldığı əşyalar hazırki vaxta qədər keçmiş kürəkəninin ailəsi ilə birlikdə yaşadığı mənzildə olmuş, bu əşyalardan qızı və nəvəsi istifadə edə bilmədikləri üçün çox acınacaqlı vəziyyət yaranmışdır. O, yarımçıq qalmış məsələləri həll etmək məqsədi ilə 2021-ci ilin noyabr ayının 14-ü günorta saatlarında arvadı Təzəgül Xəlilova ilə birlikdə keçmiş qudası Zərərçəkmiş şəxs evinə getməyi qərarlaşdırmışlar. Ora getməkdə məqsəd keçmiş kürəkəninin kredit məsələsi ilə bağlı qızını pis vəziyyətə saldığını dilə gətirmək, cehiz əşyalarının geri qaytarılacağı günü dəqiqləşdirib bunu icra etmək və sair məsələlərlə bağlı olmuşdur. Qeyd etdiyi tarixdə və saatda arvadı Təzəgül Xəlilova ilə birlikdə həmin mənzilə getmiş, orada Zərərçəkmiş şəxs və arvadı Şahid1 ev sahibi kimi onları qarşılamışılar. X6 ilə keçmiş əri Şahid2 doğma xala oğlu-xala qızı olmuşlar. Nigahın pozulmasına baxmayaraq aradakı qohumluq münasibətlərinin pozulmaması üçün qeyd etdiyi tarixdə və vaxtda Zərərçəkmiş şəxs evində qonaq olmuşdur. O, mövcud problemlərdən söhbətə başlayarkən Zərərçəkmiş şəxs soyuqqanlı şəkildə hər şeyin məhkəmə tərəfindən həll ediləcəyini bildirməklə onun başladığı söhbəti kəsməyə çalışmış, o, dəfələrlə Namiqə irad tutub sözünü axıra qədər dinləməsini sonuncuya bildirsə də, Namiq soyuqqanlı şəkildə buna əhəmiyyət belə verməmişdir. Nəticədə o görmüşdür ki, bu məsələni sülh yolu ilə həll etmək mümkün deyil, belə olduğu halda o arvadı Təzəgül Xəlilovaya ayağa durub onunla bərabər evi tərk etməsini tapşırmışdır. Həmin anda o, Zərərçəkmiş şəxs ünvanına təhqiredici ifadələr işlədib mənzili tərk etmişdir. Namiq isə ona cavabında onu polisə verəcəyini, şərləyib tutduracağını demiş, o da əsəbi halda qabaqlayıcı tədbirlər görülsün deyə, öz mobil nömrəsindən DİN-in 102 xidmətinə zəng edərək, güya Zərərçəkmiş şəxs və ailə üzvləri tərəfindən döyüldüyünü bildirmiş, həqiqətdə isə orada heç bir münaqişə və dava-dalaş baş verməmişdir, orada yalnız mübahisə baş vermiş və o, Zərərçəkmiş şəxs yalnız təhqir etmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, məhkəmə tibbi ekspertizası rəyinə etirazı olmamışdır, ola bilsin ki, Zərərçəkmiş şəxs ekspert müayinəsindən keçərkən bədənində hansısa xəsarətlər olmuş olsun. Bu o demək deyildir ki, həmin xəsarəti o, Namiqə yetirmişdir. Ola bilsin ki, Namiq hər hansı başqa bir şəraitdə bu xəsarətləri almış olsun, və ya xəsarəti özü-özünə yetirmiş olsun, ya da bu xəsarəti kiminsə Namiqə yetirməsini xahiş etmişdir. O məhkəmədən ona ittiham edilən cinayət əməlini törətmədiyini bildirərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2016-cı ildə oğlu Şahid2 bacanağının X1 övladı İlahə Rüstəmova ilə nigah münasibətlərinə girmişdir. Bu izdivacdan 2017-ci il təvəllüdlü Nuray Rüstəmova dünyaya gəlmişdir. İlk 2 il ərzində oğlu Şahid2la gəlini İlahə Rüstəmova arasında söz-söhbət baş verməmiş və sonuncular normal həyatlarına davam etmişlər. Lakin, son bir ildə oğlu Şahid2la gəlini İlahə Rüstəmova arasında münasibətlər gərginləşmiş və tərəflər nigahın pozulması ilə mağlı məhkəməyə müraciət etmişlər. 2021ci ilin may ayında rəsmi nigahlarına məhkəmə qaydasında xitam verilmiş və boşanmışlar. 14 noyabr 2021-ci il tarixdə, günorta saatlarında arvadı Şahid1 Səttar qızı ilə birlikdə evdə olduğu zaman keçmiş gəlininin atası, yəni keçmiş qudası arvadı ilə yaşadığı mənzilə gəlmiş və gəlişinin səbəbini onun mənzilində qalan qızına aid cehiz əşyalarının geri götürməsi ilə əlaqəli olduğunu izah etmişdir. Asif evə gəldiyi andan yüksək tonla danışaraq onun və arvadının ünvanına nalayiq ifadələr işlətmiş, baş verənlərdə onun günahının olduğunu bildirmiş və sonda onu təhqir edərək yumruğu ilə onun sağ gözünə bir dəfə vurmuşdur. Həmin vaxt o, vəziyyəti gərginləşdirməmək üçün Asifin yumruq zərbəsinə qarşılıq verməmiş və Asifin mənzilini tərk etməsini gözləmişdir. Asifin bu hərəkətini yanında olan arvadı Təzəgül də qınamışdır. O, Asif mənzilini tərk edərkən polisə şikayət edəcəyini bildirmişdir. Asif isə onun polisə şikayət edəcəyindən əmin olub mənzili tərk etdiyi anda evin həyətində mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək güya Asifi təhqir etdiyini və xəsarət yetirdiyini bildirmişdir. O, DİN-in 102 xidmətinə zəng edərək baş verənləri izah etmiş və az bir vaxt sonra yaşadığı mənzilə 40cı Polis bölməsinin əməkdaşları gəlmişlər. Aldığı xəsarətlərə görə ekspert müayinəsindən keçmiş və ona məlum olmuşdur ki, hadisə zamanı onun sağlamlığına yüngül zərər vurulmuşdur. Ona xəsarət yetirən şəxs keçmiş qudası Təqsirləndirilən şəxs olmuş və sonuncu, onu yaşadığı mənzildə vurmuşdur. Baş vermiş hadisənin şahidləri arvadı Şahid1 və Təqsirləndirilən şəxs arvadı Təzəgül Xəlilova olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı ildə oğlu Şahid2 bacısının əri X1 övladı İlahə Rüstəmova ilə nigah münasibətlərinə girmişdir. İlk 2 il ərzində oğlu Şahid2la gəlini İlahə Rüstəmova arasında söz-söhbət baş verməmiş və sonuncular normal həyatlarına davam etmişlər. Lakin, son bir ildə oğlu Şahid2la gəlini İlahə Rüstəmova arasında münasibətlər gərginləşmiş və sonuncular nigahın pozulması ilə mağlı məhkəməyə müraciət etmişlər. 2021-ci ilin may ayında tərəflərin rəsmi nigahlarına məhkəmə qaydasında boşanmışlar. 14 noyabr 2021-ci il tarixdə, günorta saatlarında əri Zərərçəkmiş şəxs ilə birlikdə evdə olduğu zaman keçmiş qudası arvadı ilə yaşadığı mənzilə gəlmiş və gəlişinin səbəbini onların mənzilinizdə qalan qızına aid cehiz əşyalarının geri götürməsi ilə əlaqəli olduğunu izah etmişdir. Asif evə gəldiyi andan yüksək tonla danışaraq onun və ərinin ünvanına nalayiq ifadələr işlətmiş, baş verənlərdə əri Zərərçəkmiş şəxs günahının olduğunu bildirmiş və sonda ərini təhqir edərək yumruğu ilə əri Namiqin sağ gözünə bir dəfə vurmuşdur. Hansı əli ilə vurduğunu hazırda xatırlamadığını bildirmişdir. Həmin vaxt əri vəziyyəti gərginləşdirməmək üçün Asifin yumruq zərbəsinə qarşılıq verməmiş və Asifin mənzilini tərk etməsini gözləmişdir. Zərərçəkmiş şəxs Asif mənzili tərk edərkən polisə şikayət edəcəyini sonuncuya bildirmişdir. Asif isə ərinin polisə şikayət edəcəyindən əmin olub mənzili tərk etdiyi anda evin həyətində mobil telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək güya əri Zərərçəkmiş şəxs Asifi təhqir edərək mübahisə yaratdığını, sonuncuya nalayiq ifadələr işlətdiyini və fiziki zərər yetirdiyini yalandan bildirmişdir. Əri Namiq DİN-in 102 xidmətinə zəng edərək baş verənləri izah etmiş və az bir vaxt sonra yaşadıqları mənzilə 40-cı Polis bölməsinin əməkdaşları gəlmişlər. Əri aldığı xəsarətlərə görə ekspert müayinəsindən keçmiş və onlara məlum olmuşdur ki, hadisə zamanı əri Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulmuşdur. Keçmiş qudası Təqsirləndirilən şəxs Balaqsım oğlu yaşadıqları ünvana əvvəlcədən əri Zərərçəkmiş şəxs xəsarət yetirmək üçün gəlmiş, mübahisə yaratmış və yumruq zərbəsi ilə ərinə xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2016-cı ildə atasının bacanağı X1 övladı İlahə Rüstəmova ilə nigah münasibətlərinə girmişdir. Son bir ildə onunla İlahə Rüstəmova arasında münasibətlər gərginləşmiş və onların nigahın pozulması ilə mağlı məhkəməyə müraciət etmişlər. 2021ci ilin may ayında onların rəsmi nigahlarına məhkəmə qaydasında xitam verilmiş və onlar boşanmışlar. 14 noyabr 2021-ci il tarixdə, saat təxminən 16-17 radələrində anası Şahid1 Səttar qızı ona mobil telefonla zəng edərək keçmiş qayınatası Təqsirləndirilən şəxs qayınanası Təzəgül Xəlilova ilə onlara gəldiklərini, Asifin atası Zərərçəkmiş şəxsla mübahisə etdiyini, evin içində hərkəsin yanında sonuncunu söyüb təhqir etdiyini və sonda yumruğu ilə atasını vurub xəsarət yetirdiyini bildirmişdir. O, dərhal yaşadığı mənzilə gəlmiş, təxminən 15 dəqiqə sonra evə çatdıqda Asifi mənzildə görməmiş, lakin atasının üzündən qan axdığını görmüşdür. Atasından ətraflı hər şeyi soruşmuş və sonuncu, izah etmişdir ki, Asif əvvəlcədən planlı şəkildə atasını döyüb xəsarət yetirmək üçün evə getmiş, qəsdən mübahisə yaratmış, əvvəlcə atasını söyüb təhqir etmiş, daha sonra yumruqla vurub atasına xəsarət yetirmişdir. Hadisənin şahidi olmasa da, hadisədən sonra döyülmüş atasının üzünün qanadığını görmüşdür. Atasının ona deməsinə görə, onun gəlişindən təxminən 5 dəqiqə əvvəl atası DİN-in 102 xidmətinə şifahi məlumat vermişdir. Onun mənzilə gəlişindən az bir vaxt sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Atasının deməsinə görə, hadisə yaşadıqları mənzildə anası Şahid1 və keçmiş qayınaması Təzəgül Xəlilovanın yanında baş vermişdir. Atası həm də onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs bir yumruq zərbəsi ilə atasını vurub xəsarət yetirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinin 18 noyabr 2021-ci il tarixli 1851 nömrəli canlı şəxsin məhkəmə tiibi ekspertiza rəyində qeyd edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ alt göz qapağı və gözaltı nahiyənin qançırı, burun əsasının səthi əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər müddətə uyğun gəlirlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 14 noyabr 2021-ci il tarixdə yumruqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Xəlilov X2 rayon xalq məhkəməsinin 14 sentyabr 1982-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 145-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 14 sentyabr 1988-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsi nəzərdə tutulur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsnın CM-in 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə iclasında verdiyi Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməməsi barədə ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək məsuliyyətdən yayınmaq kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli qeyd edilən Sərəncamının13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxsnın əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxıb, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və daimi iş yerini olmasını, əməklə məşğul olması hallarını cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 204 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1200 (min iki yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 204 (iki yüz dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-211/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-211/2022
17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver