Məhkəmə qərarları › İş №1(001)-213/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-213/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-213/2023 09.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət iş daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasında dövləti ittihamçısı Dövlət ittihamçısı bildirmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli Bakı şəhəri, Binəqədi rayonu ərazisində baş vermiş olsa da, həmin əməl cinayətlərin təsnifatına görə ağır cinayət hesab edilir. Belə ki, həmin maddənin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Belə olan halda, qeyd olunan cinayət işinə baxılması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə aid edilə bilməz. Ona görə də, məhkəməyə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini təklif etmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs və müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 cinayət işinin aidiyyət məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə, cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək, cinayət işinin materiallarını öyrənib, məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsini araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət əməli Bakı şəhəri, Binəqədi rayonu ərazisində baş vermiş olsa da, həmin əməl cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasina daxil olduğundan, sözügedən cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxırlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən ağır cinayətlər məhkəmələri ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. rayon (şəhər) məhkəmələri isə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxır. Ağır və xüsusilə ağır cinayətlərə dair işlərə isə ağır cinayətlər məhkəməsi tərəfindən baxılır. Habelə qanunvericilik, məhkəmə tərəfindən işin məhkəmənin icraatına qəbul edilməsi məsələsini həll edərkən onun məhkəməyə aid olmadığını müəyyən etdikdə, məhkəmənin onu aidiyyəti üzrə göndərməsini imperativ norma kimi müəyyən etmişdir. Bununla da qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olduğundan, həmin cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılması mümkün deyildir. Ona görə də, məhkəmə sözügedən cinayət işinin məhkəmə aidiyyəti aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.1-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olduğundan, sözügedən cinayət işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 69, 75, 299 və 300-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar