Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-214/2024 24.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Cavanşir oğlunun iştirakı ilə, xx xxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evlihimayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsilə təqsirli bilinib 7 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 28 sentyabr 2023-cü il tarixdə saat 00:20-də idarə etdiyi “Opel Astra” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsinin yaxınlığında yerləşən «Təkər bazarı»nın ərazisinə daxil olub avtomobili Zərərçəkmiş şəxs məxsus dəmir konstruksiyalı rəfin yanında saxlayıb, rəfin üzərində olan hər birinin dəyəri 120 (yüz iyirmi) manat, ümumi dəyəri 240 (iki yüz qırx) manat olan 02 ədəd Belarus və Almaniya birgə istehsalı olan «Agat» markalı (100Ah, 12V) yeni akumlyatoru və hər birinin dəyəri 135 (yüz otuz beş) manat, ümumi dəyəri 675 (altı yüz yetmiş beş) manat olan 05 ədəd Belarusiya istehsalı olan «Master» markalı (90Ah, 12V) yeni akumlyatoru avtomobilinin yük hissəsinə yığmaqla gizli olaraq talayıb oradan uzaqlaşmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 915 (doqquz yüz on beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir ona görə ki, “o, 25 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu «Papanin» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,367 qram psixotrop maddə metamfetamin əldə edib, özündə saxlayaraq daşımış, 25 oktyabr 2023cü il tarixdə saat 23:00-da Binəqədi RPİ 6-cı PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Çırağan» restoranının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ 6-cı PB-in inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən gümüşü kağız bükümdə təmiz çəkisi 0,367 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür.” Məhkəmə baxışı zamanı tədqiq olunan sübutlarla Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi tam sübuta yetirilmiş, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi isə sübuta yetirilməmişdir. Buna görə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs təqsirli bilinərək cinayət məsuliyyətinə edilməli və cəzalandırılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda isə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “Opel Astra” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 28 sentyabr 2023-cü il tarixdə saat 00:20 radələrində idarə etdiyi həmin avtomobillə Xırdalan dairəsinin yaxınlığında yerləşən «Təkər Bazarı»nın yanına müştəri gətirmişdir. Günün sonu olduğundan və gün ərzində taksi fəaliyyətindən qazandığı pul azlıq təşkil etdiyi üçün pula ehtiyacı yarandığından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə idarə etdiyi avtomobillə «Təkər bazarı»na daxil olmuşdur. Bazarın giriş qapısı olmadığından və bazarın ərazisində 24 saat fəaliyyət göstərən mağazalar olduğundan sərbəst şəkildə bazarın içərisinə daxil olaraq avtomobili içəriyə doğru sürmüşdür. Üzərində avtomobil akumlyatorları yazılan rəfin yanında avtomobili saxlamışdır. Ətrafa baxıb heç kimin olmadığından əmin olduqdan sonra həmin rəfdən 02 ədəd «Aqat» markalı və 05 ədəd «Master» markalı akumlyatorları götürüb avtomobilin yük hissəsinə yığmışdır. Daha sonra avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Səhərisi həmin akumlyatorları «Beynəlxalq Avtovağzal»ın yanında tanımadığı şəxslərə ucuz qiymətə satmış, əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. İşə məhkəmədə baxılan ərəfədə ailə üzvləri akumlyatorların pulunu zərər çəkmiş şəxsə tam olaraq ödəmişlər. Zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Bundan başqa, 25 oktyabr 2023-cü ildə yaşadığı ünvan 18 olarkən saat 21 radələrində 6-cı PB-in əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 yaşadığı evə gələrək onu 6-cı PB-yə aparmışlar. Həmin vaxt evdə olan anası və arvadı bunun şahidi olmuşlar. Nə yaşadığı evdə, nədə ki, 6-cı PB-də üzərinə heç bir baxış keçirilməmişdir. Öncədən planlaşdırılmış şəkildə şəxsi axtarış görüntüsü yaradılaraq videoçəkiliş aparılmış, obyektiv istintaqın aparılmayacağını anlayaraq polis əməkdaşlarının dediklərini yerinə yetirmişdir. Həmin gün ondan şübhəli şəxs qismində ifadə alınmış və o, ifadəsində guya üzərində bir büküm psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2023-cü il tarixdə səhər saatlarında “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən almasına dair həqiqətə uyğun olmayan məlumatlar yazmışdır. Halbuki, həmin məlumatlar həqiqəti əks etdirmir. İbtidai istintaq zamanı verdiyi izahat və ifadələri məcburiyyət qarşısında, obyektiv istintaqın aparılmayacağını görərək vermişdir. Hal-hazırda ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrindən imtina edir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət törətmədiyini nəzərə alıb, barəsində həmin maddə ilə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o ibtidai istintaq dövründə əməliyyatçı tərəfindən tərtib edilmiş Raportda və təhqiqatçı tərəfindən tərtib edilmiş şəxsi axtarış protokolunda göstərildiyindən fərqli olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Çırağan» restoranının yaxınlığında deyil, tamamilə ayrı istiqamətdə yerləşən yaşadığı ünvan 18 saxlanılmış, saxlayan şəxslər onu saxlamaq üçün hansı əsasa malik olmalarını izah etməmiş, üzərində qeyri-qanuni əşya olub-olmaması barədə sual verilməmiş, üzərinə baxış keçirilməmişdir. İttihama əsasən o, 25 oktyabr 2023-cü il tarixdə saat 23:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Çırağan» restoranının yaxınlığında saxlanılsa da, həmin gün saat 21:20-dən Binəqədi RPİ-in 6-cı PB-də olmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsinin yaxınlığında yerləşən «Təkər bazarı»nda təkər təmiri sexində usta işləyir. Həmçinin sexin kənarında dəmir konstruksiyalı rəfdə nəqliyyat vasitələri üçün akumlyatorların satışı ilə də məşğul olur. İşə hər gün saat 09 radələrində gəlir və saat 20 radələrində evə gedir. Bazarın ərazisində mühafizəçi olduğundan, həmçinin bəzi mağazalar 24 saat işlədiyindən işdən gedən zamanı akumlyatorları rəfdə saxlayır. 28 sentyabr 2023-cü il tarixdə saat 00:28-də işlədiyi bazarın mühafizəçisi ona zəng vurub sexin yanında olan rəfin yanında “Opel Astra” markalı avtomobilin dayandığını, rəfdən nə isə götürüb getdiyini bildirmişdir. O, bazara yaxın qaldığından tez evdən çıxıb bazara gəlmişdir. Rəfə fikir verərkən akumlyatorların yerində olmadığını aşkar etmişdir. Orada 01 ədədinin qiyməti 118 manat olan 2 ədəd Belarus və Almaniya birgə istehsalı olan «Agat» markalı (100Ah, 12V) və 01 ədədinin qiyməti 134 manat olan 5 ədəd Belarusiya istehsalı olan «Master» markalı (90Ah, 12V) yeni akumlyatorların yerində olmadığını müəyyən etmişdir. Ziyanı dəqiqləşdirib 6-cı PB-yə ərizə yazaraq məlumat vermişdir. Cinayət işinə məhkəmədə baxılarkən Təqsirləndirilən şəxs ailə üzvləri ona dəymiş ziyanı tam olaraq ödəmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 6-cı PB-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 6-cı PB-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə əldə etməsi, daşıması, istifadə etməsi barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 25 oktyabr 2023-cü il tarixli qərar qəbul edilməklə, 6-cı PB-in rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə 6-cı PB-in CA üzrə əməliyyat müvəkkili Şahid2 həmin qrupa daxil edilmişdir. Əməliyyat müvəkkili Şahid2la birlikdə xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Çırağan» restoranının yaxınlığında Təqsirləndirilən şəxs görüb bir qədər onu gizli müşahidə edib əlverişli şərait yarandığı üçün ona yaxınlaşıb özlərini ona təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələri daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 6-cı PB-yə gətirmişlər. Təhqiqatçı tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üçün mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü, həmin şalvarın sol yan cibindən 01 ədəd “Samsunq” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir əşya aşkar olunmamışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə metamfetamin olmasını, həmin bükümü tanımadığı şəxsdən “Papanin” adlanan ərazidə 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm zərfə qoyularaq zərfin ağzı möhürlənmiş və bütün iştirakçılar tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Çırağan» restoranının yaxınlığında saxlanılmış, saxlanılarkən ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında məlumat daxil olduğu, həmin məlumat əsasında onun barəsində əməliyyat tədbiri keçirildiyi dərhal izah edilmiş, üzərində qanunsuz saxladığı psixotrop maddəni də özü 6-cı PB-də təqdim etmişdir. Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü ildə yaşadığı ünvan 18 olarkən saat 21 radələrində saxlanılması doğru deyil. Məhkəmə iclasında şahid Binəqədi RPİ-in 6-cı PB-in CA üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 26 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1,i.v.1). 25 oktyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2023-ci il tarixdə saat 23:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Çırağan” restoranının yaxınlığında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1,i.v.20-21). 25 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Binəqədi RPİ-in 6-cı PB-in əməkdaşları tərəfindən 25 oktyabr 2023-ci il tarixdə saat 23:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Çırağan” restoranının yaxınlığında saxlanılmaqla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək Binəqədi RPİ-in 6-cı PB-yə gətirilmiş, orada üzərinə baxış keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən gümüşü kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilib götürülmüşdür. Baxış xx.xx.2023-cü il tarixdə saat 23:55dən xx.xx.2023-cü il saat 00:20-dək davam etmişdir (cild 1,i.v.31-33). 26 oktyabr 2023-cü il tarixli 6/54744 saylı “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi” ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,367 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1,i.v.41-44). 27 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1,i.v.57-58). 27 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1,i.v.79-83). 02 noyabr 2023-cü il tarixli materialın cinayət işinə əlavə edilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material ********* nömrəli cinayət işinə əlavə edilmiş, iş üzrə əməl Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 177.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir (cild 1,i.v.85-86). xx.xx.2023-cü il tarixli «götürmə aparılması və baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs 01 ədəd diskdə videogörüntünü təqdim edərək bildirmişdir ki, həmin görüntüdə “Opel” markalı avtomobilin bazarın ərazisindən çıxması əks olunmuşdur və səs mesajında akumlyatoru oğurlayan şəxsin əmisi oğlu kimi təqdim etmiş şəxsin səs yazısıdır. 01 ədəd diskdə olan videogörüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:18-də “Opel Astra” markalı avtomobilə oxşar avtomobil qabarit işıqları sönülü vəziyyətdə hərəkət edir və daha sonra qabarit işiqlarını yandıraraq bazarın ərazisini tərk edir. Audiofaylın mətni isə aşağıdakı kimidir: «Salam aleykum, qardaş, orda kim deyir ki, nə pulu vermək istəyir, nə akumlyatoru, iki dənə akumlyator gətirildi, prosto qardaş dedi ki, öz akumlyatorlarımı istəyirəm, yada pulu. Bizdə dedik ki, yəni indi biraz kasıbçılıqdır, bildin nətər, onunda bir yaşında uşağı var, yəni indi bir səhvdi, qələtdir olub. Həm üzr istənildi, ikinci yoluna qoyulacağı deyildi. Yəni ki, ya pulu verilə, ya həmin akumlyatorları onsuzda tapıb ortaya çıxartmaq olmur. İndi beş-altı akumlyatorların pulu veriləcək narahat olma. Prosto birdən-birə bu qədər pul tələb edir, qardaş 605 manat dedi, onunda nəzərə alıb qalanıda yarıya, xırda xırda, yəni axırı veriləcək narahat olma.» (cild 1,i.v.136- 138). 04 dekabr 2023-cü il tarixli 7924 saylı “Ambulator X2” rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.144-145). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 yanvar 2024-cü il tarixli 9/144 saylı rəyindən görünür ki, akumlyatorların yeni vəziyyətdə olması nəzərə alınmaqla 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə umumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 255,00 manat müəyyən edilir: o cümlədən 01 ədəd Belarus və Almaniya birgə istehsalı olan - «Agat» markalı (100Ah, 12V) yeni akumlyator -120,00 manat, 01 ədəd Belarusiya istehsalı olan «Master» markalı (90Ah, 12V) yeni akumulyator - 135,00 manat (cild 1,i.v.167-169). 13 yanvar 2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalan 0,317 qram psixotrop maddə metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-in saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk və Zərərçəkmiş şəxs təqdim etdiyi oğurluq hadisəsinin videogörüntüsünün və səs mesajının yazıldığı 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1,i.v.172-173). 16 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elan edilmişdir (cild 1,i.v.193-195). Müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" və "xxxx" MMC-dən götürülmüş telefon məlumatlarından görünür ki, ********* mobil telefon nömrəsi ünvan 5 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs (təqsirləndirilən şəxs), ********* mobil telefon nömrəsi ünvan 6 ünvanda qeydiyyatda olan Şahid1 (6-ci PB-in əməliyyat müvəkkili), ********* mobil telefon nömrəsi ünvan 7 ünvanda qeydiyyatda olan Şahid2 (6-cı PB-in əməliyyat müvəkkili) məxsusdur. "xxxx" MMC-dən götürülmüş Zənglərin detallaşmasından görünür ki, Təqsirləndirilən şəxs məxsus olan və istifadəsində olduğu ********* mobil nömrənin anten dairəsi 25 oktyabr 2023-cü il tarixdə saat 20:59:29-dək Abşeron rayonu Masazır qəsəbəsi Duz zavod yolu 2-ci massiv ünvanı, saat 21:17:38-dən səhəri günədək Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi 65 (Binəqədi RPİ-in 6-cı Polis Bölməsinin inzibati binası) ünvan olmuşdur. Şahid1 (Binəqədi RPİ-in 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili) məxsus olan və istifadəsində olduğu ********* mobil nömrənin anten dairəsi 25 oktyabr 2023-cü il tarixdə saat 21:42:13-dən ertəsi gün saat 01.49:13-dək ünvan 10 ünvan olmuşdur. "xxxx" MMC-dən götürülmüş Zənglərin detallaşmasından görünür ki, Şahid2 (Binəqədi RPİ-in 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili) məxsus olan və istifadəsində olduğu ********* mobil nömrənin anten dairəsi 25 oktyabr 2023-cü il tarixdə saat 20:09:27-dən saat 20:44:48-dək Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərciyi, daha sonra isə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi 65 ünvan (Binəqədi RPİ-in 6-cı Polis Bölməsinin inzibati binası) olmuşdur. Telefon məlumatları götürüldükdən sonra yenidən məhkəməyə dəvət edilmiş Binəqədi RPİ-in 6-cı PB-in CA üzrə əməliyyat müvəkkili Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ********* mobil nömrə ona məxsusdur. Həmin mobil nömrə 25 oktyabr 2023-cü ildə də istifadəsində olmaqla aktiv olmuşdur. Həmin nömrə ilə bağlı 25 oktyabr 2023-cü ilə aid zənglərin detallaşması ilə tanış olmuşdur. Bildirir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlamaq üçün əməliyyat tədbirinə gedərkən üzərində mobil telefonu olmamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs saxladıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Çırağan» restoranının yaxınlığı istifadəsində olan mobil nömrənin anten dairəsinə düşməmişdir. Belə ki, əksər hallarda saxlanılan şəxslər onlara müqavimət göstərir və bu zaman mobil telefonun cibdən düşərək zədələnməsi halları baş verir. Bunun qarşısını almaq üçün əməliyyat tədbirinə gedərkən üzərində mobil telefon götürmür. Təqsirləndirilən şəxs məxsus olan və 25 oktyabr 2023-cü ildə üzərində olduğu ********* mobil nömrənin anten dairəsinin 25 oktyabr 2023-cü il tarixdə saat 21:17:38-dən Binəqədi RPİ-in 6-cı Polis Bölməsinin inzibati binasının ünvanı olan ünvan 13 ilə bağlı hər hansı məlumata malik deyil. Eyni zamanda özünə məxsus olan ********* mobil nömrə ilə 25 oktyabr 2023-cü ildə saat 20:05-dən 23:38-dək dəfələrlə digər mobil nömrələrə edilmiş zənglər və müxtəlif saniyələrdə aparılmış danışıqlar, habelə həmin mobil nömrənin anten dairəsinin 25 oktyabr 2023-cü il tarixdə saat 21:42:13-dən ertəsi gün saat 01.49:13-dək ünvan 10 ünvan olması ilə bağlı hər hansı məlumata malik deyil. Telefon məlumatları götürüldükdən sonra yenidən məhkəməyə dəvət edilmiş Binəqədi RPİ-in 6-cı PB-in CA üzrə əməliyyat müvəkkili Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ********* mobil nömrə ona məxsusdur. Həmin mobil nömrə 25 oktyabr 2023-cü ildə də istifadəsində olmaqla aktiv olmuşdur. Həmin nömrə ilə bağlı 25 oktyabr 2023-cü ilə aid zənglərin detallaşması ilə tanış olmuşdur. Bildirir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlamaq üçün əməliyyat tədbirinə gedərkən üzərində mobil telefonu olmamışdır. Dəqiq xatırlamasa da xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlamaq üçün əməliyyat tədbirinə gedərkən mobil telefonu ya iş otağında qalmış, ya da əməliyyat tədbiri qurulan yerin ətrafında gözləyən avtomobildə olmuşdur.Bu səbəbdən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Çırağan» restoranının yaxınlığı istifadəsində olan mobil nömrənin anten dairəsinə düşməmişdir. Adətən saxlanılan şəxslər polis əməkdaşlarına aktiv müqavimət göstərir və buna görə bir neçə dəfə mobil telefonu cibindən düşərək ekranı yararsız hala düşmüşdür. Bir daha belə bir halla qarşılaşmamaq üçün əməliyyat tədbirinə gedərkən üzərində mobil telefon götürmür. Təqsirləndirilən şəxs məxsus olan və 25 oktyabr 2023-cü ildə üzərində olduğu ********* mobil nömrənin anten dairəsinin 25 oktyabr 2023-cü il tarixdə saat 21:17:38-dən Binəqədi RPİ-in 6-cı Polis Bölməsinin inzibati binasının ünvanı olan ünvan 13 ilə bağlı hər hansı məlumata malik deyil. Eyni zamanda özünə məxsus olan ********* mobil nömrə ilə 21:19-dan 23:31-dək dəfələrlə digər mobil nömrələrə edilmiş zənglər və müxtəlif saniyələrdə aparılmış danışıqlar, habelə həmin mobil nömrənin anten dairəsinin 25 oktyabr 2023-cü il tarixdə saat 20:09:27-dən saat 20:44:48-dək Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərciyi, daha sonra isə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi 65 ünvan (Binəqədi RPİ-in 6-cı Polis Bölməsinin inzibati binası) olması ilə bağlı hər hansı məlumata malik deyil. Telefon məlumatları götürüldükdən sonra Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, ********* mobil telefon nömrəsi özünə məxsusdur. Tutulan gün, yəni 25 oktyabr 2023-cü ildə həmin mobil telefon nömrə üzərində olan mobil telefonun daxilində aktiv olmuşdur. Beləliklə də, məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqdim edilən şahidlər dindirilməklə və cinayət işinin materiallarında olan sənədlər tədqiq edilməklə müvafiq məhkəmə istintaqı aparılmışdır. Təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərindən heç bir narkotik vasitə çıxmadığını, eləcə də, onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Çırağan» restoranının yaxınlığında deyil, tamamilə ayrı istiqamətdə yerləşən yaşadığı ünvan 18 olarkən saxlanıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ittihamı təsdiq edən ifadələr versələr də, işin halları üzrə əhəmiyyət kəsb edən müəyyən xüsusatlarla bağlı məlumatsız olduqlarını bildirmiş, iş üzrə həqiqətin müəyyən edilməsi üçün vacib olan bir sıra sualları cavablandıra bilməmişlər. Məlumdur ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs Binəqədi RPİ-in 6-cı PB-in əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərlə təqsirli bilinməsində, müdafiə tərəfi isə həmin sənədləri və ifadələri mübahisələndirərək təqsirləndirilən şəxsin məsuliyyətdən yayındırmaqda maraqlı olduqları üçün, hər iki tərəfin və onların təqdim etdikləri şahidlərin ifadələri digər yazılı sübutlarla, yəni ibtidai araşdırma zamanı aparılmış prosessual hərəkətlərin təsbit olunduğu və ittihamı sübut edən sübut növləri kimi ittiham tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli şəkildə yoxlanılmalı və qiymətləndirilməlidir. Buna görə də, aşağıda sadalanan həmin sübut növləri müvafiq qaydada məhkəmə istintaqı zamanı araşdırılmış və tədqiq edilmişdir: İş materiallarında olan Binəqədi RPİ-in 6-cı PB-in CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən 25 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş Raportdan görünür ki, 25 oktyabr 2023-cü il tarixdə polis bölməsinə daxil olmuş məlumatda xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilmişdir...Həmin məlumatın yoxlanılması üçün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Çırağan» restoranının yaxınlığında mövqe seçib müşahidəyə başlamışlar. Həmin gün saat 23:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Çırağan» restoranının yaxınlığında Təqsirləndirilən şəxs müşahidə olunduğunu görüb onu saxlamış və Binəqədi RPİ-in 6-cı PB-yə gətirmişlər (cild 1, i.v.7). İş materiallarında olan Binəqədi RPİ-in 6-cı PB-in təhqiqatçısı polis leytenantı X4 tərəfindən tərtib edilmiş 25 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Binəqədi RPİ-in 6-cı PB-in əməkdaşları tərəfindən 25 oktyabr 2023-cü il tarixdə saat 23:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Çırağan» restoranının yaxınlığında saxlanılmaqla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək Binəqədi RPİ-in 6-cı PB-yə gətirilmiş, orada üzərinə baxış keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən gümüşü kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilib götürülmüşdür. Baxış xx.xx.2023-cü il tarixdə saat 23:55-dən xx.xx.2023-cü il saat 00:20-dək davam etmiş və videoçəkiliş ilə qeydə alınmışdır (cild 1,i.v.31-33). Lakin, məhkəmədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Çırağan» restoranının yaxınlığında deyil, yaşadığı ünvan 18n aparıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları olan şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü il tarixdə saat 23:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Çırağan» restoranının yaxınlığında saxladıqlarını təsdiq etsələr də, Təqsirləndirilən şəxs həmin gün saat 21:17:38-dən səhəri günədək Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi 65 ünvanda, yəni Binəqədi RPİ-in 6-cı Polis Bölməsinin inzibati binasında necə ola bilməsini izah edə bilməmişlər. Həmçinin, iş materiallarına əlavə edilmiş “gomap.az” elektron resursundan edilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Çırağan» restoranı ilə Abşeron rayonu Masazır qəsəbəsi Akim Abbasov küçəsi 128 saylı ev tamamilə ayrı-ayrı istiqamətlərdə yerləşirlər. Bundan başqa, müdafiə tərəfinin vəsatəti əsasında ələ keçirilmiş təqsirləndirilən şəxsin və əməliyyat müvəkkillərinin telefon məlumatlarının təhlilindən görünür ki, Binəqədi RPİ-in 6-cı Polis Bölməsinin əməliyyatçısı Şahid2 məxsus olan və istifadəsində olduğu ********* mobil nömrənin anten dairəsi 25 oktyabr 2023-cü il tarixdə saat 20:09:27-dən saat 20:44:48-dək Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərciyi, daha sonra isə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi 65 ünvan (Binəqədi RPİ-in 6-cı Polis Bölməsinin inzibati binası) olmuş, Binəqədi RPİ-in 6-cı Polis Bölməsinin əməliyyatçısı Şahid1 məxsus olan və istifadəsində olduğu ********* mobil nömrənin anten dairəsi 25 oktyabr 2023-cü il tarixdə saat 21:42:13-dən ertəsi gün saat 01.49:13-dək ünvan 10 ünvan olmuşdur. Halbuki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama görə o, xx.xx.2023-cü il tarixdə saat 23:00-da Binəqədi RPİ-in 6-cı Polis Bölməsinin əməkdaşları Şahid2 və Şahid1 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Çırağan» restoranın yaxınlığında saxlanılmışdır. Polis əməkdaşları olan şahidlər Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs saxlayarkən üzərilərində mobil telefon götürmədiklərini bildirsələr də, onların ələ keçirilmiş telefon məlumatlarının təhlilindən görünür ki, onlara məxsus və istifadələrində olan mobil nömrələrdən və həmin mobil nömrələrə zənglər edilmiş və müxtəlif saniyələrdə danışıqlar aparılmışdır. Polis əməkdaşlarının əməliyyat tədbirinə təhlükəsizlik baxımından mobil telefonsuz getmələrinin mümkünlüyü qəbul edilən olsa da, şahidlər Şahid2 və Şahid1 məxsus olan və istifadələrində olmuş mobil nömrələr üzrə aktiv telefon danışıqlarının aparılması, habelə olduqları yerin ittihamda göstərilən yerdən (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Çırağan» restoranın yaxınlığı) xeyli kənarda olması onların Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Çırağan» restoranın yaxınlığında saxladıqları barədə bildirdiklərinin inandırıcılığını heçə endirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü ildə saat 23:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Çırağan» restoranın yaxınlığında saxlanılıb Binəqədi RPİ-in 6-cı PB-yə gətirildiyi göstərilsə də, Təqsirləndirilən şəxs tamamilə ayrı ünvanda və vaxtda – yaşadığı ünvan 18 saat 21 radələrində saxlanılması, həm də bu zaman onun üzərinə heç bir baxış keçirilmədiyi, onun cibindən hər hansı bir əşya çıxarıb onu saxlamış şəxslərə təqdim etmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunanlar ittihamın əsasını təşkil edən sübutların mötəbərliyini şübhə altına alır və həmin sübutlar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla və qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş olduğundan, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən - insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ümumilikdə 0,367 qram psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs üzərinə keçirilən baxışla əlaqədar 6-cı PB-in təhqiqatçısı polis leytenantı X4 tərəfindən tərtib edilmiş 25 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol mötəbər sübut kimi qəbul edilə bilmədiyindən, eləcə də cinayət işinin materialları və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs saxlanılması və hazırkı cinayətin predmeti olan psixotrop maddə metamfetaminin aşkar edilməsi ilə bağlı tərtib edilmiş digər sənədlər də mahiyyət etibarilə bir-birinə zidd olmaqla, onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də, yuxarıda təsvir və tədqiq edilən şahid ifadələri və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış psixotrop maddə olan 0,367 qram metamfetaminin qanunsuz əldə edilməsinə və saxlanılmasına aidiyyəti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə bəraət aldığına görə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib, özündə saxlayaraq daşıması ilə bağlı məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutulmamalıdır. 04 dekabr 2023-cü il tarixli 7924 saylı “Ambulator X2” rəyində göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, bəraət aldığına görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Gələcəkdə ehtiyac yaranarsa həmin məsələ “Şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə işlər üzrə icraat” qaydalarını tənzimləyəm Mülki Prosesual Məcəllənin 40-cı fəslinə uyğun həll edilə bilər. İş materiallarından görünür ki, ekspertiza tədqiqatında tədqiq edilmiş 0,367 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalıq qalmış 0,317 qram hissəsi maddi sübut hesab edilərək Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılır. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və buna görə də, maddi sübut kimi saxlanılan 0,317 qram psixotrop maddə metamfetaminin qalığı həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və bəraət hökmü çıxarmış məhkəmə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs istinad edilən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tututan cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, həmin ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun həmin hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan 08 noyabr 2023-cü il tarixli DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsilə təqsirli bilinib 7 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 ay 4 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir (cild 1,i.v.103-105). Azərbaycan Respublikası CM-in 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşdə olan AZ-İV № 748198 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü Cavidan adlı uşağı var. İşdə olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki,cinayət nəticəsində ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində azyaşlı uşağın olmasını, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi talama cinayətinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının (oğurluqla bağlı) dəyəri olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd sd disk və oğurluq hadisəsini qeydə alan videokamera görüntüsünün köçürüldüyü bir ədəd sd cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi Cavanşir oğlu cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməyə görə tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Aparılmış ekspertiza tədqiqatının (oğurluqla bağlı) dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib, özündə saxlayaraq daşıması ilə bağlı ittiham üzrə məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutulmasın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən psixotrop maddə olan 0,367 qram metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış həmin psixotrop maddənin qalığı olan 0,317 qram metamfetamin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində saxlanılsın. İki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Cavanşir oğluna Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökm elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Bakı şəhər Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-214/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-214/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver