Məhkəmə qərarları › İş №1(001)-215/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-215/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-215/2023 20.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs Sığorta Şirkətinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1987-ci il tarixdə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri X10 Yardım Stansiyası 9 saylı X29 Stansiyasında təsərrüfat bacısı işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mədən 6-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri X10 Yardım Stansiyası üzrə 521-k nömrəli, xx.xx.2018-ci il tarixli əmrlə təyin edilməklə Bakı şəhəri 9 saylı X10 Yardım Stansiyasında təsərrüfat bacısı işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirtmək məqsədilə Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin ödəniş etməklə sığorta şəhadətnaməsi əsasında “Covid 19” virusuna yoluxma halında sığortalıya 900 manat sığorta haqqının verilməsi barədə sosial şəbəkələrdən və tanışlarından məlumat əldə edərək 16 avqust 2021-ci il tarixdən 31 yanvar 2022-ci il tarixədək müddətdə özü və tanışı olan şəxslərin adından özünün istifadəsində olan ***-***-**-** və qardaşı Şahid14 istifadəsində olan ***-***-**-** mobil nömrələri ilə qeydiyyatdan keçdiyi "xxxx" tətbiqetməsi vasitəsi ilə Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrə müraciət edib hər bir şəxsin adından ödəniş edərək, göstərilən şəxslərin hər birinin adına elektron qaydada sığorta şəhadətnaməsi əldə etməklə, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X22 Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxs tərəfindən işlədiyi Bakı şəhəri Təcili və X11 Stansiyasının 9 saylı bölməsinə verilmiş, qanunsuz olaraq istifadə etmək məqsədilə hüquq verən rəsmi sənəd hesab olunan özünün və tanışlarının adına tərtib edilmiş “X1 Covid-19 göndəriş forması” blanklarına özü və adları qeyd olunan şəxslərə məxsus ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsinin nömrə və FİN kodu, doğum tarixi və yaşadıqları ünvan barədə məlumatları qeyd edib həmin blankda xəstənin ilkin simptomları haqqında məlumatları, yəni “qızdırma, öskürək, boğaz ağrısı, əzələ ağrısı və yüksək temperatur”dan ibarət əlamətləri yalandan qeyd edərək guya həmin şəxslərdən “burun yaxması” nümunəsi götürülməsi barədə yalan məlumatları ünvan 1 ünvanında inzibati binada göy rəngli diyircəkli qələmlə qeyd edərək, həmin nümunəni götürmək səlahiyyətinə malik tibb işçilərinin əvəzindən imzalayaraq qanunsuz olaraq hazırlayıb işlədiyi müəssisəyə “Covid 19” virusuna yoluxması ilə bağlı müraciət etmiş ayrı-ayrı şəxslərdən əlavə nümunələr götürüb özündə saxlamaqla həmin şəxslərə məxsus “pcr test” çubuqlarını mərkəzi laboratoriyaya göndərilməsini təmin edib adı qeyd edilən şəxslərin mobil telefonlarına “Covid 19” virusuna yoluxmaları ilə SMS məlumatı gəldikdən sonra özünün və tanışlarının adına TƏBİB-in “Covid 19” informasiya portalında açdığı şəxsi kabinetlərinə daxil olaraq virusa yoluxmaları ilə bağlı məlumatları əldə etdikdən sonra həmin məlumatları Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-yə təqdim etməklə sığorta şirkəti tərəfindən özünün və həmin şəxslərin adına "xxxx" ASC-də olan bank hesablarının hər birinə 900 manat olmaqla, o cümlədən, özü və tanışları - Şahid5, Şahid6 Gəray oğlu, Şahid2, Şahid7, Şahid8, Şahid9, Şahid3, Şahid1, Şahid4, Şahid14, Şahid11, Şahid12, Şahid13, Şahid10 və Şahid15 olmaqla, 16 nəfər şəxsin adından özünün istifadəsində olan ***-***-**-** və qardaşı Şahid14 istifadəsində olan ***-***-**-** mobil nömrələri ilə qeydiyyatdan keçdiyi "xxxx" tətbiqetməsi vasitəsi ilə Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrə müraciət edib hər bir şəxsin adından ödəniş edərək, göstərilən şəxslərin hər birinin adına elektron qaydada sığorta şəhadətnamələrini, o cümlədən, öz adına olan xx.xx.2021-ci il tarixli LA-8683174-CO nömrəli, Şahid1 adına olan xx.xx.2022-ci il tarixli LA-8704630-CO nömrəli, Şahid2 adına olan xx.xx.2021-ci il tarixli LA-8726889-CO nömrəli, Şahid3 adına olan xx.xx.2022-ci il tarixli LA-8804363-CO nömrəli, Şahid4 adına olan xx.xx.2022-ci il tarixli LA-8808763-CO nömrəli, Şahid5 adına olan xx.xx.2021-ci il tarixli LA-8862212-CO nömrəli, Şahid6 Gəray oğlunun adına olan xx.xx.2021-ci il tarixli LA-8862216-CO nömrəli, Şahid7 adına olan xx.xx.2021-ci il tarixli LA-8880770-CO nömrəli, Şahid8 adın olan xx.xx.2021-ci il tarixli LA-8880767-CO nömrəli, Şahid9 adına olan xx.xx.2021-ci il tarixli LA-8895114-CO nömrəli, Şahid10 adına olan xx.xx.2022-ci il tarixli LA-8943443-CO nömrəli, Şahid14 adına olan xx.xx.2022-ci il tarixli LA-8943388-CO nömrəli, Şahid11 adına olan xx.xx.2022-ci il tarixli LA-8956312-CO nömrəli, Şahid12 adına olan xx.xx.2022-ci il tarixli LA-8956280-CO nömrəli, Şahid13 adına olan xx.xx.2022-ci il tarixli LA-8956325-CO nömrəli və Şahid15 adına olan xx.xx.2022-ci il tarixli LA-8956347-CO nömrəli sığorta şəhadətnamələrini əldə etməklə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən işlədiyi Bakı şəhəri Təcili və X11 Stansiyasının 9 saylı bölməsinə verilmiş rəsmi sənəd hesab olunan özünün adına olan **********, Şahid1 adına olan **********, Şahid2 adına olan **********, Şahid7 adına olan **********, Şahid9 adına olan **********, Şahid14 adına olan **********, Şahid11 adına olan **********, Şahid12 adına olan **********, Şahid10 adına olan ********** və Şahid5, Şahid6 Gəray oğlu, Şahid8, Şahid3, Şahid4, Şahid13 və Şahid15 adlarına tərtib edilmiş istintaqla müəyyən edilməyən “X1 Covid-19 göndəriş forması” rəsmi blanklarına özü və adları qeyd olunan şəxslərə məxsus ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsinin nömrə və FİN kodu, doğum tarixi və yaşadıqları ünvan barədə məlumatları qeyd edib həmin blankda xəstənin ilkin simptomları haqqında məlumatları, yəni “qızdırma, öskürək, boğaz ağrısı, əzələ ağrısı və yüksək temperatur”dan ibarət əlamətləri yalandan qeyd edərək guya həmin şəxslərdən “burun yaxması” nümunəsi götürülməsi barədə bilə-bilə yalan məlumatları ünvan 1 ünvanında göy rəngli diyircəkli qələmlə qeyd edərək, həmin nümunəni götürmək səlahiyyətinə malik tibb işçilərinin əvəzindən imzalayaraq işlədiyi müəssisəyə “Covid 19” virusuna yoluxması ilə bağlı müraciət etmiş şəxslərdən əlavə nümunələr götürüb özündə saxlamaqla həmin şəxslərə məxsus “pcr test” çubuqlarını mərkəzi laboratoriyaya göndərilməsini təmin edib adı qeyd edilən şəxslərin mobil telefonlarına “Covid 19” virusuna yoluxmaları ilə bağlı SMS məlumatı gəldikdən sonra özünün və tanışları olan cinayətdən xəbərsiz Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 Gəray oğlu, Şahid7, Şahid8, Şahid9 olmaqla, 9 nəfər şəxsin adına TƏBİB-in “Covid 19” informasiya portalında açdığı şəxsi kabinetlərinə daxil olaraq virusa yoluxmaları ilə bağlı məlumatları əldə etdikdən sonra həmin məlumatları Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-ə təqdim etməklə sığorta şirkəti tərəfindən xx.xx.2021-ci il tarixdə özünün "xxxx" ASC-də olan AZ79AİİB410100C**********103 saylı, xx.xx.2021-ci il tarixdə Şahid1 "xxxx" ASC-də olan AZ53İİB410100C**********103, xx.xx.2021-ci il tarixdə Şahid2 "xxxx" ASC-də olan AZ35AİİB410100C**********207 saylı, xx.xx.2022-ci il tarixdə Şahid8 "xxxx" ASC-də olan AZ47AİİB410100D**********120 saylı, xx.xx.2022-ci il tarixdə Şahid9 "xxxx" ASC-də olan AZ94AİİB410100D**********226 saylı, xx.xx.2021-ci il tarixdə Şahid5 "xxxx" ASC-də olan AZ54AİİB410100C**********103 saylı və xx.xx.2021-ci il tarixdə Şahid6 Gəray oğlunun "xxxx" ASC-də olan AZ88AİİB410100D**********232 saylı, saylı bank hesablarının hər birinə 900 manat olmaqla, Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC tərəfindən ümumilikdə köçürülmüş 6.300 manat pul vəsaitini "xxxx" ASC-nin Bakı şəhərində yerləşən müxtəlif bank filiallarından həmin şəxslər vasitəsi ilə, o cümlədən, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Şahid6 Gəray oğlunun "xxxx" ASC-də olan AZ88AİİB410100D**********232 saylı bank hesabından sonuncu vasitəsi ilə qeyd edilən bankın Binəqədi rayonunda yerləşən Azadlıq filialından 900 manat pul vəsaitini çıxarıb həmin tarixdə qeyd edilən ünvanda yerləşən 9 saylı X29 stansiyasının həyətində Şahid6 almaqla əldə edərək, qeyd edilən pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-yə məxsus cəmi 6.300 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bilə-bilə hüquq verən rəsmi sənədləri vahid niyyətlə qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 9 saylı X12 Yardım Stansiyasında təsərrüfat bacısı işləyir. O, "xxxx" şirkətindən “Antikoronavirus” sığorta məhsulu əldə etmişdir. O, bu barədə işlədiyi xəstəxanada sosial şəbəkələrdən və iş yoldaşlarından eşitmiş, sığorta pulu almışdır. Bildirmişdir ki, o, Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-də “Antikoronavirus” sığorta məhsulu barədə eşitdikdən sonra təxminən 2021ci ilin avqust ayının əvvələrində sığorta şirkətinə 57 manat pul köçürməklə sığorta müqaviləsi bağlamışdır. Bundan sonra Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X22 Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxs tərəfindən işlədiyi Bakı şəhəri Təcili və X11 Stansiyasının 9 saylı bölməsinə verilmiş, “X1 Covid-19 göndəriş forması” blankına özünə aid məlumatları yazmış və korona xəstəsinə aid nümunəni öz adı ilə laboratoriyaya göndərmişdir. Bildirmişdir ki, həmin blankı əslində həkim və tibb bacıları doldurmuş və nümunəni də onlar götürmüşlər, günün sonunda isə həmin blankları və nümunələri laboratoriyaya göndərmişlər. Onların xəbəri olmadan blankı götürüb özü doldurmuş və onların əvəzindən imzalamış, yəni imzalarını oxşadaraq icra etmiş və gizlincə onların özünün doldurduqları blanklarının arasında qoymuşdur. İki gün sonra cavab çıxanda həqiqətən də virusa yoluxmağı ilə bağlı sms gəlmişdir. Bundan sonra o, həmin cavabı "xxxx" şirkətinə göndərmiş və şirkət tərəfindən əvvəlcədən açdığı bank hesabına 900 manat pul köçürülmüşdür. O, şirkətdən pulun rahat formada alınmasını görüb arxayınlaşmışdır. Həmin vaxtlarda səhhətində problem olduğu üçün əməliyyata girməli olmuş, buna görə də pula ehtiyacı olmuşdur. Fikirləşmişdir ki, "xxxx" şirkətindən yaxın qohumlarının, ərki çatan şəxslərin adından pul ala bilər. Ona görə də şirkətdəki sığorta məhsulu barədə ilk öncə bacısı Şahid1 məlumat verərək ona adından sığorta şirkətindən qeydiyyatdan keçməsini, sığortanın ödənişini də edəcəyini, əgər virusa yoluxsa həmin pulu alacağını bildirmişdir. Bacısı da maddi vəziyyətini və səhhətindəki problemi bildiyi üçün razı olmuşdur. Bundan sonra o, bacısının adından sığorta şirkətinə müraciət etmiş, daha sonra bacısını da eyni qaydada virusa yoluxdurmuş, lakin bacısı onun test cavabını saxtalaşdırdığını bilməmiş, çünki bacısından evdə burun yaxması götürmüş, həmin vaxt bacısı onda virusun əlamətlərinin olmadığını desə də, ona artıq virus əlamətlərini hiss etdirməməsini, gizli inkişaf etməsini bildirmiş, eyni zamanda da həmin vaxtlarda virusa yoluxma halları artdığı üçün bacısı onun cavabını saxtalaşdırdığını bilməmişdir. Bundan sonra bacısı da sığorta şirkətindən pul almış, həmin pulu da ona vermişdir. Daha sonra qohumları Şahid2 və Şahid8 ilə də eyni qaydada söhbət edərək onların adından sığorta şirkətinə müraciət etmiş, həmçinin ödənişi də özü etmişdir. Bundan sonra onlardan da ev şəraitində burun yaxması götürmüş, lakin onların da yaxmasının əvəzinə xəstə şəxslərə məxsus yaxma qoymaqla Covid 19 virusuna yoluxma ilə bağlı cavab almışdır. Həm Aynur, həm də Eldəniz 900 manat pulu çıxardaraq ona vermişlər. Eldənizlə eyni vaxt da onun bibisi oğlu Aydın Zülfüqarovu da qeydiyyatdan keçirmiş, onun da əvəzinə şirkətə ödənişi etmiş, lakin o pulun hamısını ona verməmişdir. Aydın da 900 manat pul almış, lakin həmin puldan 300 manat Aydına vermiş, 600 manat özünə götürmüşdür. Aydının pul almasına gəlincə isə bildirmişdir ki, Aydın işsiz olmuş, Eldəniz xahiş etmişdir ki, onu da qeydiyyatdan keçirsin, o da xəstələnsə pul alsın. Aydının sığorta şirkətinə ödəməyə pulu olmadığı üçün onun əvəzindən 119 manat ödəmiş və ona 900 manat pul alanda 119 manatını, əlavə olaraq da ona pul verəcəyini bildirmiş, Aydın da razılaşmışdır. Lakin Aydına ilkin olaraq heçnə deməmişdir. Aydını da eyni qaydada xəstələndirmişdir. Aydın pulu götürməyə gedəndə onunla getmiş, Aydın Bakıxanov qəsəbəsində, “Aygün” Ticarət Mərkəzinin yanında yerləşən "xxxx" ASC-nin filialından pulu çıxarmış, o, Aydına onun xəstələnməsini, yəni virusa yoluxması ilə bağlı TƏBİB-in sisteminə məlumat yerləşdirməsini özü etmiş, ona görə də də əlavə pul verməli olduğunu demiş, Aydın da razılaşmış, çünki Aydına heçnə eləmədən pul çatmış, buna görə də Aydından 600 manat alıb qalan pulu, yəni 300 manatı ona vermişdir. Aydına da imkanı olmadığı üçün ancaq bunu etmiş, bu barədə heç kəsə deməsini tapşırmış, Aydın da ona söz vermişdir ki, bu barədə heç kəsə deyən deyildir. Bundan başqa tanışları Şahid5, Şahid6 və Şahid9 adından şirkətə müraciət edərək pul almışdır. Lakin onlara yalan danışaraq demişdir ki, “mənim adıma pul köçməlidi, vaxtım yoxdur, siz şəxsiyyət vəsiqənizi mənə atın, deyim pul həmin hesaba köçsün” demişdir. Onlar da razılaşmışlar. Lakin onların Covid 19 virusuna yoluxmaları lazım olmuş, buna görə də onları aldadaraq onlardan test götürmüş və həminki qaydada onlarında cavabı pozitiv çıxmış, yəni virusa yoluxmaları ilə bağlı TƏBİB-in sisteminə məlumat yerləşmişdir. Bundan bir müddət sonra ona pul göndərmiş, həmin pulu çıxardıb ona vermişlər. Onlar da həmin pulu çıxardaraq vermişlər. Bundan başqa yoldaşının qohumları X13 və onun anası Şahid3 da həmin məhsul barədə məlumat vermiş, onlar da həmin məhsuldan yararlanmaq istədiklərini demiş, lakin virusa yoluxmasalar şirkətə ödəyəcəkləri 119 manat pullarını onlara kim verəcəyini, o, da “mən sizin adınızı TƏBİB-in sistemində virusa yoluxmuş şəxslərin siyahına salacam, 900 manat pulu alandan sonra hər biriniz mənə 200 manat verəcəksiniz” demişdir. Onlar da razılaşmışlar. Bundan sonra onların adından şirkətə müraciətə etmiş, ödəniş etmiş və onların da eyni qaydada virusa yoluxmalarını təmin etmişdir. Bundan sonra onlar adlarına köçmüş 900 manat pulu çıxarmış, hər biri 200 manat pulu ona vermişlər. Bundan başqa qardaşı X25, tanışları Şahid10, Şahid11, Şahid12, Şahid13 və Şahid15 da adından şirkətə müraciət etmiş, onların da virusa yoluxmaları ilə bağlı TƏBİB-in sisteminə adlarının düşməsini eyni qaydada həyata keçirmiş, lakin onların heç biri şirkətdən pul almamışdır. Belə ki, Şahid11 və Şahid12 cavabları pozitiv çıxandan sonra şübhələnmişdilər deyə onların adında pul almaq üçün sığorta şirkətinə müraciət etməmiş, Şahid10 da bilmişdir ki, onun cavabını saxtalaşdırmış, ona görə də, o şirkətə gedərək sığorta pulu almaqdan imtina etmişdir. Şahid13 və Şahid15 isə bildirmişdir ki, adına pul köçməlidir, lakin banka getməyə vaxtı yoxdur, həmin pul onların adlarına köçsün və onlar həmin pulu çıxarıb versinlər. Onlar da razılaşmışlar. Daha sonra o, onların adından şirkətə müraciət etmiş, onları da saxta yolla virusa yoluxdurmuşdur. Lakin onlara bu barədə sms gəlməmiş, çünki TƏBİB-in sisteminə öz nömrəsini qeyd etmişdir. Onların da heç birindən test götürməmişdir. Sonradan onlardan ehtiyat etdiyi üçün onların virusa yoluxması ilə bağlı ümumiyyətlə şirkətə müraciət etməmişdir. Çünki onların həyat yoldaşlarının xasiyyəti pis olmuş, fikirləşmişdir ki, birdən nəsə problem çıxar, ona görə də qorxmuşdur. Qardaşı Şahid14la bağlı demişdir ki, ondan test götürəndən sonra onun da cavabını dediyi qaydada pozitiv çıxarmış, lakin qardaşı ayıq-sayıq adam olduğu üçün ona demişdir ki, “sənin cavabın neqativ çıxmış”, yəni virusa yoluxma olmamış, bundan sonra bir neçə dəfə ondan test götürmüş, sonuncu dəfə test götürəndən sonra qardaşı Oruca demişdir ki, cavabın pozitiv çıxmış, yəni virusa yoluxmuşdur. Amma həmin vaxt qardaşının bank hesabı açdırmağa vaxtı olmadığına görə onun adından pulun ödənməsi üçün şirkətə müraciət edə bilməmişdir. Bundan sonra artıq şirkətə onun bu əməli barədə məlumat verilmişdir. Həmin blanklar işlədiyi Bakı şəhəri 9 saylı Təcili və X11 Stansiyasının arxivindədir, ona görə də o, həmin blankları istintaqa təqdim edə bilməyəcəkdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, Aydın yalan danışır, onun bu əməlindən nə anası, nə də ki, bacısı məlumatlı olmuşdur. Düzdür anasının adından şirkətə müraciət etmiş, sığorta şəhadətnaməsi almış, lakin anası özü real virusa yoluxmuş və özü də şirkətdən pul almış, onun virusa yoluxmasında onun heç bir rolu və iştirakı olmamışdır. O, kimlərin adından şirkətə müraciət etmiş və pul almışsa hamısını səmimi şəkildə bildirmişdir. Onun Eldənizlə öz şəxsi problemi vardır, ona görə də Eldənizə qarşı yalan ifadə vermiş, Eldəniz heç kəsin sığorta şirkətində qeydiyyatdan keçirilməsi ilə bağlı ona müraciət etməmişdir. Heç Eldənizin özünün onun bu əməlindən məlumatı olmamışdır. O, istifadəsində olan ***-***-**-** və qardaşı Şahid14 istifadəsində olan ***-***-**-** mobil nömrələri ilə qeydiyyatdan keçən "xxxx" tətbiqetməsi vasitəsi ilə Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***- ***-**-** saylı mobil nömrələrə müraciət etmiş, yəni heç kəslə canlı təmasda olmamış, hər kəsin şəxsiyyətini təsdiq edən sənədi, o cümlədən şirkətə pulun ödənməsi ilə bağlı qəbzi, bank hesablarının şəklini telefon vasitəsi ilə şirkətə göndərmişdir. Bildirmişdir ki, Oruc onun doğma qardaşıdır. Əmisi Fazilin övladı olmadığı üçün Oruc doğulanda atası onu qardaşı Fazilin adına yazdırmışdır. Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, halhazırda dəymiş ziyanı tam olaraq ödəməsini, dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəməsini, zərər çəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən bəraətverici əsaslar olmadan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə məhkəmə iclasında tədqiq olunmuş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində ifadə verən Nümayəndə ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs Sığorta şirkəti ASC-nın baş hüquqşünası işləyir. Zərərçəkmiş şəxs Sığorta şirkəti ASC 2020-ci ilin aprel ayından başlayaraq COVİD-19 infeksiyasının nəticələrindən sığortalanmaq istəyən fiziki şəxslər üçün nəzərdə tutulan “Antikoronavirus” sığorta məhsulunu Respublikada ilk dəfə olaraq təqdim etməyə başlamışdır. Məhsul təqdim olunan ilk vaxtlardan çoxlu saylı vətəndaşların razılığına səbəb olmuşdur. Buna baxmayaraq 2022-ci ilin əvvəllərindən başlayaraq tərəflərindən aparılmış təhlükəsizlik araşdırılmaları nəticəsində qeyd olunan məhsuldan sui-istifadə hallarının olması aşkar edilmişdir. Belə ki, dələduzluq niyyəti ilə və saxta yolla müştərilərin COVİD-19 virusuna yoluxmalarını təsdiqləyən sənədlər əldə etmiş, daha sonra şirkətdən ödənişlər alaraq ziyan vurmuşlar. Aparılan müvafiq yoxlamalar nəticəsində ünvan 2 ünvanında yaşayan, xx.xx.1987-ci il təvəllüdlü X2 20-dən artıq ayrı-ayrı şəxslərin adından “Antikoronavirus” sığorta məhsulu ilə bağlı şirkətə müraciət etməsi aşkar edilmişdir. Həmin sığorta müqavilələri üzrə şübhəli məqamlar olsa da, dələduzluq və saxtakarlıq faktlarını təsdiqləyən əsaslı sübutları olmadığı üçün araşdırma davam etmişdir. Həmin vaxt Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan X15 xx.xx.2020-ci il tarixdə saat 11 radələrində şirkətin 940 çağrı mərkəzinə zəng edərək “Antikoronavirus” sığorta məhsulu ilə bağlı Tamella və yaxınlarının şirkətə qarşı dələduzluq edərək pullar ələ keçirməsi barədə məlumat vermişdir. Bundan sonra şirkət tərəfindən həmin müraciət araşdırılmış və müəyyən edilmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs və qardaşı Şahid14 bir çox şəxsin adından şirkətlə müqavilə bağlayıb ödəniş edərək “Antikoronavirus” məhsulunu əldə etmiş, daha sonra öz əlaqələri vasitəsi ilə COVİD-19 virusuna yoluxma ilə bağlı testin pozitiv cavabını əldə edib şirkət tərəfindən hər birinə 900 manat olmaqla cəmi 10 nəfərin adından ümumilikdə 9.000 manat pul vəsaitini şirkətdən əldə etmişdir. Tamella və Orucun şirkətə qarşı dələduzluq etməsi ilə bağlı sübutları ondan ibarətdir ki, “Antikoronavirus” sığorta məhsulu alan bir çox şəxslərin müqavilələrində mail ünvanları və telefon nömrələri eyni olmaqla Şahid14 və Təqsirləndirilən şəxs məxsusdur. Bundan başqa sığorta müqaviləsində sığortalı şəxs “Covid-19” virusuna tutulub vəfat etdikdə ona düşən pulu götürəcəyi şəxsin (faydalanan şəxsin) adını qeyd etdirir. Həmçinin həmin şəxslərin əksəriyyətinin test nəticələri Bakı şəhəri 6 saylı xəstəxana tərəfindən verilmişdir. Müqavilələrin əksəriyyətindən görünür ki, Şahid14 və Təqsirləndirilən şəxs bir neçə müqavilədə faydalanan şəxs kimi göstərilmişdir. Tamella və Orucun münasibətlərini aydınlaşdırıb onların bacı-qardaş olmasını müəyyən etmişlər. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ibtidai istintaq orqanının depozit hesabına tam olaraq ödənildiyini, onunla barışdığını, ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verilməsin ə heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, o, heç yerdə işləmir. 9 saylı Təcili və X14 Stansiyasında təsərrüfat bacısı işləyən bacısı Təqsirləndirilən şəxs pula ehtiyacı olmuş, həmin vaxtlarda bacısı Tamella eşitmişdir ki, "xxxx" şirkətində 119 manat ödəniş etməklə “Covid 19” virusuna yoluxan şəxslərə şirkət tərəfindən 900 manat pul verilmişdir. Tamella ona hər kəsin bu virusa yoluxmasını, onun adından şirkətə pul köçürərək müqavilə bağlamasını, əgər o, xəstələnsə həmin pulu şirkətdən götürüb bacısına versin demişdir. O, da fikirləşmişdir ki, onun itirəcəyi heç nə olmamış, əgər xəstələnsə dövlət tərəfindən ona dərmanlar verilmiş, həmçinin əgər əlavə dərman-iynə lazım olarsa bunları özünə almağa maddi imkanı olmuşdur. Buna görə də bacısına yox deməyərək onunla razılaşmış və belə etməklə bacısına kömək edə biləcəyini fikirləşmişdir. Bundan sonra bacısı Tamella onun mobil nömrəsi ilə "xxxx" şirkətinə müraciət etmiş və adından şirkətə 119 manat ödəniş etmişdir. Bundan sonra bacısı ona “səndən tez-tez test götürəcəm, əgər virusa yoluxmuş olsan, sənə sms gələcək” demişdir. Bundan sonra həqiqətən də bacısı evdə ondan burun yaxması götürmüş və işə aparmışdır. İki gün sonra ona sms gəlmişdir ki, Covid 19 virusuna yoluxmuşdur, daha sonra sağalmış və bacısının tapşırığına əsasən gedib "xxxx" ASC-də hesab açdırmışdır. Bildirmişdir ki, o, xəstəliyi ayaq üstə keçirmiş, yəni onun xəstəliyi ciddi olmadığından sağalması üçün heç bir xərci çıxmamışdır. Bundan sonra o, gedib hesabdan 900 manat pulu çıxardıb bacısı Tamellaya vermişdir. Bacısı həmin puldan ona təklif etsə də, ondan heç bir məbləğdə pul almamışdır. Bundan sonra həyat yoldaşı Şahid8 da xahiş etmiş, o da öz telefonu ilə şirkətə müraciət etmişdir. Bu barədə də o, bacısı Tamellaya demiş və bildirmişdir ki, əgər Eldəniz də virusa yoluxub hesabına pul köçsə həmin pulu da ona kömək məqsədi ilə verəcək. Yoldaşının bibisi oğlu Aydın Zülfüqarov da onun evinə tez-tez gedib-gəlmişdir. Belə ki, Aydının yoldaşı rəhmətə getdiyindən onun uşaqlarına baxmış, Aydın özü də heç yerdə işləməmişdir. Buna görə də o, Aydına Sığorta şirkətində belə bir məhsul var, əgər Covid 19 virusuna yoluxsan ona pul veriləcəyini demiş, Aydın da onunla razılaşmış və lakin ona bildirmişdir ki, onun şirkətə köçürməyə 119 manat pulu olmamışdır. O, da həmin vaxt bu barədə bacısı Tamellaya demiş, Tamella da “əgər mən onun əvəzinə pul köçürdürəmsə, yoluxub şirkətdən pul alanda həm mənim 119 manatımı verər, həm də mənə əlavə pul verər” demişdir. O, da bu barədə Aydına demiş və Aydın özü onunla razılaşmışdır. Bundan sonra bacısı həm Aydından, həm də yoldaşı Eldənizdən test götürüb işə aparmışdır. Bir ya iki gün sonra Aydınla yoldaşında korona virusu aşkar edilmişdir. Onlar sağalandan sonra hər ikisi gedib adlarına "xxxx" ASC-də hesab açdırmış, daha sonra yoldaşı 900 manat pulu alıb hamısını Tamellaya vermiş, Aydın isə 900 manat pulu götürmüş, bacısı ilə aralarında olan danışığa görə 300 manat özünə götürmüş, qalanını isə bacısına vermişdir. Bundan sonra bir neçə dəfə o, Aydınla söhbət zamanı sonuncu Tamellanın başqa şəxslərə də kömək edərək şirkətdən qeydiyyatdan keçirməsini bildirmişdir. Aydınla yoldaşı Eldənizin test cavabları pozitiv çıxanda, yəni virusa yoluxan zaman onlar evdə söhbət edərək onlarda heç bir xəstəlik əlamətinin olmadığını demişlər. Həmin vaxt Aydın Tamellanın pul qazanmaq üçün belə etməsini bildirmiş, o, isə Aydına bacısının belə bir şeyi necə edə biləcəyini deyərək belə bir şeyin mümkün olmadığını bildirmişdir. Həmin vaxt Aydın da heç nə deməmiş, sadəcə olaraq onda heç bir narahatçılıq olmaması barədə belə düşünmüşdür. Bundan bir müddət sonra Aydınla və Eldəniz arasında işlərinə görə mübahisə yaranmış, daha sonra Aydın yoldaşının onunla heç cürə razılaşmadığını görüb şikayət edərək bacısı Tamellanın Covid 19 virusunun cavabını saxtalaşdırmaqla şirkətdən pul almasını bildirmişdir. Həmin vaxt o, bacısının belə bir şey edəcəyini heç ağlına da gətirməmişdir. Lakin Aydın şikayət edəndən sonra bacısı həqiqətən də belə bir şey etdiyini, yəni ondan evdə götürdüyü testləri xəstə şəxslərin testləri ilə dəyişdirdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid6 Gəray oğlu ifadəsində göstərmişdir ki, o, heç yerdə işləmir. O, "xxxx" şirkətindən “Antikoronavirus” sığorta məhsulu əldə etməmişdir. Bildirmişdir ki, hazırda istintaq olunan cinayət işi üzrə ondan əvvəl bacısı Şahid5 ifadə vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, qohumu Təqsirləndirilən şəxs bacısını və onu aldatmışdır. Belə ki, 2021-ci ilin dekabr ayında bacısı ondan xahiş etmişdir ki, Tamella ona zəng edərək, sığorta şirkətindən ona pul köçürüləcəyini bildirmiş, lakin özünün vaxtının olmadığını, gedib həmin pulu çıxarmasını, ona görə də bacısına bildirmişdir ki, iki nəfərin adına hesab açdırsın, sığorta şirkətinə təqdim etməlidir. O, da həm Tamella ilə qohum olduğuna, həm də bacısının xahişinə görə öz vəsiqəsinin vermişdir ki, bacısı şəklini çəkərək Tamelleya göndərsin. Bundan sonra gedib Kapital bankda hesab açdırmış və həmin hesabı da bacısı Tamellaya göndərmişdir. Bundan iki ay sonra bacısı ona Tamellanın həmin hesaba pul köçməsini, həmin pulu çıxarmaq lazım olmasını demiəsini bildirmişdir. O, da gedib hesabdakı 900 manat pulu çıxartmış, bacısına vermişdir ki, Tamellaya versin. Bundan başqa onun heç nədən məlumatı olmamışdır. Sonradan bilmişdir ki, əslində Tamella onun və bacısının adına online qaydada sığorta şirkətindən Covid 19 virusuna görə sığorta şəhadətnaməsi almışdır. Onlara gedən də isə aldadaraq test götürmüş və həmin testin cavabını saxtalaşdırmışdır. Həqiqətən də o, anası və bacısı Könül Tamellagildə olarkən Tamella ondan və bacısından burun yaxması götürmüş və işlədiyi X29 stansiyasında testi yoxlatdıracağını bildirmişdir. Anası isə qorxduğu üçün test verməmişdir. Bundan 1-2 gün sonra ona və bacısına sms gəlmişdir ki, Covid 19 virusu aşkarlanmışdır. O, həmin vaxt testin nəticəsinə inanmamış, çünki özündə heç bir əlamət hiss etməmiş, bu barədə Tamellaya deyəndə, “indi virus hər kəsdə bu cürdür, yəni ciddi deyil, adam hiss etmədən həmin xəstəliyi keçirdir, bəzən də olur ki, qəfil ağırlaşma olur, ona görə də vaxtında vitamin qəbul edib, immuniteti gücləndirmək lazımdır” sözlərini demişdir. O, həmin vaxt Tamellanın niyyətini bilməmişdir. Tamella onun və bacısının adından istifadə edərək sığorta şirkətindən pul alacağını ona desəydi buna heç vaxt razı olmazdı. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 ifadəsində göstərmişdir ki, o, heç yerdə işləmir. O, "xxxx" şirkətindən “Antikoronavirus” sığorta məhsulu əldə etməmişdir. Bildirmişdir ki, o, "xxxx" ASC-də cəmi bir dəfə hesab açdırmışdır. Həmin hesabı da qohumu Təqsirləndirilən şəxs xahişi ilə açdırmışdır. Belə ki, Tamella ondan xahiş etmişdir ki, işdə olduğuna görə onun vaxtı olmamış, adına sığorta şirkəti tərəfindən pul köçürülməli olmuş, lakin hesabı olmamış, hesab açdıraraq ona verməsini xahiş etmiş, daha sonra hesaba pul köçəndə o, gedib həmin pulu çıxarmasını xahiş etmişdir. Buna görə də şəxsiyyət vəsiqəsini ona göndərmiş, onun vəsiqəsinin surətini də şirkətə vermişdir. Qeyd etmişdir ki, Tamella ona bildirmişdir ki, sığorta şirkətinin qaydasına görə iki hesab olmalıdır, ona görə də o, qardaşı Şahid6 də şəxsiyyət vəsiqəsini Tamellaya göndərmişdir. Bundan təxminən 2 ay sonra Tamella ona şirkət tərəfindən bank hesabına pulun köçürülməsini, həmin pulu çıxarmaq lazım olmasını bildirmişdir. O, da gedərək "xxxx" ASC-nin Badamdar filialından 900 manat pulu çıxarmış, Tamellaya vermişdir. Lakin həmin pulun ona “Antikoronavirus” sığorta məhsuluna görə köçməsindən məlumatı olmamışdır. Həmin ərəfələrdə qardaşı Zaur, anası və o, Tamellagilə getmişdir. Tamella özü X29 stansiyasında işləmişdir. Tamella ona korona virusu geniş yayılmasını, o, da özünü yoxlatmışdır. Anası virusdan qorxduğu üçün o test verməkdən imtina etmiş, Tamella ondan və qardaşından test götürmüş, bildirmişdir ki, iş yerinə aparıb orada yoxlatdıracaqdır. Bundan təxminən 2 gün sonra həm onun, həm də qardaşının telefonuna sms gələrək virus aşkarlanmışdır. Bundan sonra özünü evə təcrid etmişdir. Lakin virus hər hansı bir problem yaratmadığından demək olar ki, ciddi bir müalicə almamış, sadəcə olaraq vitaminlər qəbul etmişdir. Təqsirləndirilən şəxs onun adından Zərərçəkmiş şəxs Sığorta Şirkətinə müraciət edərək “Antikoronavirus” sığorta məhsulu əldə etməsindən və Covid testinin cavabını saxtalaşdırmağından və nəticədə şirkət tərəfindən bank hesabına 900 manat köçürülməsindən məlumatı olmamış, o, Tamellanın belə bir əməl etməsini sonradan öyrənmişdir. Onun hesabına köçən 900 manat pulun hamısını da Tamellaya vermiş, Tamella şirkətin nəyə görə onun hesabına pul köçürülməsini ona deməmiş, sadəcə özünün vaxtının olmamasını demiş, ona görə öz adına hesab açdırmış və həmin hesabı Tamella şirkətə təqdim etmiş, pul köçəndə də o, gedib götürmüşdür. Həmçinin qardaşı Zaurun da bundan məlumatı olmamış, Zaurdan hesab açdırmasını və köçən pulu Tamellaya verməsini də o xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid9 ifadəsində göstərmişdir ki, o, heç yerdə işləmir. O, "xxxx" şirkətindən “Antikoronavirus” sığorta məhsulu əldə etməmişdir. O, bu barədə 900 manat pulu alandan xeyli müddət sonra qonşusu Tamella Məhsimova demişdir. Belə ki, 2021-ci ilin dekabr ayında Tamella ondan şəxsiyyət vəsiqəsini ona göndərməsini, guya ona hardansa pul köçməli olmasını, özünün vaxtı olmayacağını gedib həmin pulu çıxarmağı və ona verməsini xahiş etmişdir. O, da onunla razılaşmış, bundan təxminən bir ay yarım sonra Tamella ona "xxxx" ASC-də bank hesabı açdırmalı olmasını, həmin hesaba pul köçməli olmasını bildirmişdir. O, da gedib hesab açdırmış, həmin hesabı Tamellaya vermişdir. Daha sonra hesaba pul köçəndən sonra o, həmin pulu çıxardaraq Tamellaya vermişdir. O, şəxsiyyət vəsiqəsini Tamellaya verəndən təxminən 20-25 gün sonra Tamella ona Covid 19 virusu ilə bağlı test verməsini bildirmişdir. O, da gedib Tamellanın işlədiyi 9 saylı Təcili və X11 stansiyasında test vermiş və o, da Covid 19 virusu aşkarlanmışdır. Sonradan Tamella özü əslində həmin vaxt korona virusuna yoluxmamasını bildirmişdir. Tamella onun adından sığorta şirkətinə müraciət etməsini, guya xəstələnməyi barədə şikrətə məlumat verməsini, həmin 900 manat pul da onun hesabına ona görə köçməsini bildirmişdir. Onun əslində heçnədən xəbəri olmamış, bunun hamısını Tamella özü düzüb-qoşmuş, o, da pulun hamısını Tamellaya vermişdir. Onun həmin vaxt səhhətindən heç bir problem olmamış, özünü də yaxşı hiss etmiş, sadəcə olaraq Tamella ona virusun dəhşətli halda çox yayılmasını, ona görə də tez-tez test vermək lazım olmasını demiş, o, da Tamellanın sözünə görə gedib test vermişdir. Hətta onun analiz cavabı pozitiv çıxsa da, o, heç bir müalicə etdirməmiş, çünki səhhətində heç nə olmamış, sadəcə olaraq o, 14 gün evdə qalmışdır. Tamellaya səhhətində heç nə olmamasını dedikdə, Tamella ona bəzən virusun xəstədə heç bir əlamətinin olmadığını, yəni xəstəliyin yüngül keçməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, o, heç yerdə işləmir. Özü "xxxx" şirkətindən “Antikoronavirus” sığorta məhsulu əldə etməmiş, yəni özü heç yerə müraciət etməmişdir. Amma qardaşı arvadı Təqsirləndirilən şəxs xahişi ilə öz şəxsiyyət vəsiqəsini ona göndərmiş, daha sonra isə "xxxx" ASC-də hesab açdırmış, bir müddət sonra həmin hesaba köçən 900 manat pulu çıxardaraq, Tamellaya vermişdir. O, hesab açdırmamışdan qabaq Tamella onun burnundan Covid 19-la bağlı yaxma nümunəsi götürərək işlədiyi 9 saylı Təcili və X11 stansiyasında yoxlatdıracağını demişdir. Həmin vaxt o, Tamellaya səhhətində heç bir problem olmadığını desə də, Tamella ona, guya xəstəliyin bəzən gizli formada inkişaf etməsini, daha sonra isə ağırlaşma baş verməsini bildirmiş, o, da Tamellaya inanıb test vermişdir. Bildirmişdir ki, Tamellanın onun adından sığorta şirkətinə müraciət etməsini və həmin 900 manat pulun onun Covid 19 virusuna yoluxmağına görə şirkət tərəfindən açdırdığı bank hesabına köçürülməsini təxminən 15-20 gün qabaq Tamella özü ona demiş və bildirmişdir ki, onun bu əməli şirkət tərəfindən aşkar edilmiş, artıq barəsində araşdırma getməkdədir. Bildirmişdir ki, onun Tamellanın bu əməlindən heç bir məlumatı olmamış, o, sadəcə Tamellaya qardaşı arvadı kimi inanıb-etibar etmiş və buna görə də onun xahişi əsasında vəsiqəsini ona vermiş, daha sonra hesab açdırmış, adına köçən pulu çıxardıb hamısını ona vermişdir. Tamellanın bu işlərlə məşğul olmasını bilsəydi vaxtında bunun qarşısını alardı. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 ifadəsində göstərmişdir ki, o, heç yerdə işləmir. O, "xxxx" şirkətindən “Antikoronavirus” sığorta məhsulu əldə etmişdir. Ona bu barədə 2021-ci ilin noyabr ayında xalası oğlu Elşən Məmmədovun həyat yoldaşı Tamella Məmmədova demiş və bildirmişdir ki, Atəşgah sığorta şirkətində “Antikoronavirus” sığorta məhsulu vardır, 119 manat ödəməklə həmin sığorta məhsulunu əldə etmiş, 6 ay ərzində Covid 19 virusuna yoluxduqda isə 900 manat sığorta pulu almışdır. O, da Tamella ilə razılaşmış və ona şəxsiyyət vəsiqəsini və 119 manat da pul vermişdir. Bundan bir müddət sonra Tamella ona bankda hesab açdırmalı olduğunu demiş və o, da “Kapital Bankın” Yasamal filialına gedərək orada öz adına bank hesabı açdırmışdır. Bir müddət sonra Tamella onun adının TƏBİB-in sistemində korona xəstələrin siyahısında olduğunu bildirərək 14 gün ərzində evdən çölə çıxmamağı tapşırmışdır. 14 gün bitəndən sonra isə onun bank hesabına 900 manat pul köçmüşdür. 10 manat bank əməliyyatlarına çıxdıqdan sonra bankdan 890 manat pul almışdır. Əvvəlcədən Tamella ilə razılaşmışdır ki, əgər şirkətdən 900 manat pul alsa ona 200 manat pul verəcəkdir. Ona görə də, o, 200 manat Tamellaya vermişdir. Qalan pulu, yəni 690 manatı isə öz ehtiyaclarına xərcləmişdir. Ondan başqa anası da onunla eyni vaxtda Tamella Məmmədovaya şəxsiyyət vəsiqəsini vermiş və sığortanın 119 manat pulunu ödədikdən sonra o da Tamella vasitəsi ilə Covid 19 virusuna yoluxmuş və sığorta şirkətindən 890 manat pul almışdır. Anası da aldığı 890 manat pulun 200 manatını Tamellaya vermişdir. Həmçinin əvvəllər onunla bir yerdə işləmiş X7 da Tamellanın ona dediyini, yəni Atəşgah sığorta şirkətində “Antikoronavirus” sığorta məhsulu olmasını, 119 manat ödəniş etməklə həmin sığorta məhsulunu əldə edərək 6 ay ərzində Covid 19 virusuna yoluxduğu halda 900 manat pul ala biləcəyini demişdir. Aytac Məmmədova da həmin məhsuldan yararlanmaq istədiyini demişdir. O, da onun şəxsiyyət vəsiqəsini Tamellaya göndərmiş, bundan sonra Aytac Məmmədova özü Tamellanın verdiyi koda ödəmə terminalı vasitəsi ilə 119 manat pul ödəmişdir. Daha sonra Aytac Məmmədova da virusa yoluxmuşdur. Lakin onun virusa hansı formada yoluxmasından məlumatı olmamışdır. Nə o, nə də ki anası heç yerdə test verməmişdir. Pozitiv xəstə çıxmağını Tamella təmin etmişdir. Onu da qeyd etmişdir ki, Tamella özü X29 stansiyasında işləyir deyə, bundan onun anlayışı var, ona görə də onun Tamellanın test vermədən hansı yolla korona xəstəsi çıxarmasından məlumatı olmamışdır. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyən Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin dekabr ayının 1-də dayısı oğlu Eldəniz və arvadı Məsumə gəlmişlər. Həmin vaxt Məsuma söhbət zamanı bildirmişdir ki, pandemiya şəraiti ilə əlaqədar “Atəşgah“ sığorta şirkətində “Covid-19” xəstəliyi ilə bağlı tibbi sığorta xidməti vardır, belə ki, o, da sığorta ödənişi alsın. Onlardan necə onun üçün sığorta ala biləcəyini soruşmuş, Məsumə bildirmişdir ki, anası Dilarə və bacısı Tamellanın işlədiyi X29 stansiyasında baş həkim tanışıdır, onun vasitəsi ilə xəstə olmasa belə sığorta düzəldə bilmişlər. O, problemli bir işdirsə bu işə baş qoşmayacağını bildirmiş, həmin vaxt Məsumə ona narahat olmamağı, ona sadəcə şəxsiyyət vəsiqəsini göndərməsini, qalan hər şeyi özü həll edəcəyini və onun adına 900 manat sığorta ödənişi yüklənəcəyini bildirmişdir. O, isə həmin ödənişdən 600 manatını Məsuməyə verməli olmuş, Məsumənin ona hər-hansı problemin olmayacağını bildirməsindən sonra o, 01 dekabr 2022-ci il tarixdə ona razılıq vermiş və istifadəsində olan ***-***-**-** mobil nömrəsinin "Whatsapp” mobil tətbiqindən Məsumənin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə şəxsiyyət vəsiqəsinin şəklini göndərmişdir. Bundan sonra 15 dekabr 2022-ci il tarixdə istifadəsində olan qeyd etdiyi mobil nömrəyə “Atəşgah“ sıgorta şirkətindən LA-8880770-CO siğorta şəhadətnaməsi nömrəsi və 119 manat ödəniş etməyi barədə ismarış gəlmişdir. O, həmin ismarışı Whatsapp vasitəsi ilə Məsuməyə göndərmiş, Məsumə ona adına olan 119 manat məbləğindəki sığorta ödənişini ödəcəyini, şəxsiyyət vəsiqəsi ilə onu “Covid-19“ xəstəliyi əleyhinə tibbi sığorta etdirmiş, bir müddət ondan xəbər gözləməsini, adına covid analizinin nəticəsinin müsbət çıxması barədə portala məlumat yerləşdirəcəyini bildirmişdir. Məsumənin dediyi kimi də olmuş, 19 yanvar 2022-ci il tarixdə istifadəsində olan mobil nömrəyə xx.xx.2022-ci il tarixdə “Covid 19” la bağlı verdiyi testin nəticəsinin pozitiv olması barədə ismarış gəlmişdir. Halbuki o, heç yerdə test verməmişdir. O, həmin ismarışı da Məsuməyə göndərmiş, çünki Məsumə ona bu məsələ ilə bağlı nömrəsinə gələn ismarışlar barədə ona məlumat verməyini bildirmişdir. Məsuməyə həmin ismarışı göndərdikdən sonra Məsumə ona karantində qalma müddəti bitdikdən sonra özü adından sığortaya müraciət edəcəyini demişdir. Həmin müraciətin hansı formada olmasını dəqiq bilməmişdir. Məsumə həmin vaxt ona covid testinin positiv çıxması ilə əlaqədar ona ərazi üzrə poliklinikadan zəng gəldiyi təqdirdə həkimlərə ehtiyyacı olmadığını, öz həkiminin olmasını bildirməsini demişdir. Çünki, o, heç yerdə test vermədiyi və xəstə olmadığı üçün Məsumə ərazi üzrə poliklinikanın həkimlərinin gəlib onu yoxlayaraq hər şəyi öyrənməsinindən qorxmuşdur. Məsuməyə həmin ismarıcı göndərdikdən sonra ona bildirmişdir ki, karantinda qalma müddəti bitdikdən sonra özü adından siğortaya müraciət edəcəkdir. Həmin müraciətin hansı formada olmasını dəqiq bilməmişdir. O, isə Nərimanov rayonunda yerləşən "xxxx" ASC-də öz adına hesab açmalı olmuşdur. Bununla bağlı o, yanvar ayının axırlarında həmin banka tək müraciət edərək öz adına bank hesabı açdırmışdır. Həmin hadisədən bir müddət sonra Məsumə ona Whatsappla yazaraq Atəşgah sığortanın qaynar xətti olan 940 nömrəsinə zəng edərək pulun nə zaman yüklənəcəyi barədə soruşmağını istəmişdir. Bununla bağlı hətta ona tapşırmışdır ki, əgər sığorta şirkətindən Məsumə ilə bağlı zəng gəlsə, Məsumənin onun bacısı olmasını, savadsız olduğu üçün müraciətin Məsumənin adından göndərildiyini onlara bildirməsini demişdir. 2022-ci ilin fevral ayının ortalarında onun telefonunda istifadə etdiyi “Bir Kart” mobil tətbiqinə 900 manat sığorta ödənişinin yüklənməsi ilə bağlı məlumat gəlmişdir. O, bu barədə Məsuməyə bildirmiş və sonuncu ilə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Aygün mal adlanan ticarət mərkəzinin yanında yerləşən Kapital Banka gedərək terminalından həmin 900 manat pulu nağd şəkildə çıxartmış və 900 manatın 600 manatını nağd şəkildə Məsuməyə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid8 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri 71 saylı tam orta məktəb, fiziki bədən tərbiyəsi müəllimi vəzifəsində işləyir. Bildirmişdir ki, 9 saylı Təcili və X14 Stansiyasında təsərrüfat bacısı işləyən yoldaşının bacısı Təqsirləndirilən şəxs pula ehtiyacı olmuş, həmin vaxt Tamella mədəsindən əməliyyat keçirmişdir. Yoldaşının ona deməsinə görə Tamella ona bildirmişdir ki, Atəşgah sığorta şirkətinə 119 manat ödəniş etməklə korona virusu ilə bağlı həyat sığortası etdirmək mümkündür, əgər sığortalı şəxs 6 ay müddətində həmin virusa yoluxsa şirkət tərəfindən vətəndaşa 900 manat pul verilmişdir. Yoldaşı ondan sığortalanmasını, əgər virusa yoluxsa həmin pulu kömək məqsədi ilə Tamellaya verməsini xahiş etmişdir. O, da razılaşmışdır. Bu söhbət olan zaman bibisi oğlu Aydın Zülfüqarov da orada olmuş, Aydının yoldaşı rəhmətə getdiyindən onun uşaqlarına yoldaşı baxmış, buna görə də Aydınla bir ailə kimi olmuşdur. Aydın da həmin vaxtlarda işləmədiyindən yoldaşı ona da həyat sığortası etditməyi təklif etmişdir ki, əgər o da virusa yoluxsa şirkət tərəfindən 900 manat pul alsın. Həmin vaxtlarda virus geniş yayıldığından hər kəsin korona virusuna yoluxma ehtimalı yüksək olmuşdur. Bunu nəzərə alaraq razılaşmış, lakin şirkətə 119 manatı o, deyil, Tamella özü köçürməyi boynuna götürmüş, çünki virusa yoluxacağı halda pulu Tamellaya verməli olmuşdur. Aydının da şirkətə 119 manat ödəməyə imkanı olmadığına görə Tamella onun da əvəzindən 119 manat ödəməyi üzərinə götürmüş və bildirmişdir ki, əgər Aydın virusa yoluxub 900 manat pul alsa, o həm öz 119 manatını götürəcəkdir, həm də Aydından əlavə pul alacaqdır. Aydın da həmin vaxt fikirləşmişdir ki, itirəcəyi heç nə yoxdur, həmin pulun yarısını da alsa ona sərf edir. Buna görə də Aydın da razılaşmışdır. Həm Aydın həm də o, şirkətlə müqavilə bağladıqdan bir neçə gün sonra Tamella evdə həm ondan, həm də Aydından burun yaxması götürmüşdür. Həmin yaxmanın cavabına görə Aydınla onda virus aşkar edilmişdir. Sağaldıqdan sonra həm o, həm də Aydın adına bank hesabı açdırmış, şirkət də hesablarına 900 manat pul köçürmüşdür. O, pulu çıxardıb tam şəkildə Tamellaya vermişdir. Aydın isə özü pulu çıxarmış, Tamellaya nə qədər pul verməsindən məlumatı olmamışdır. Bildirmişdir ki, həm onun həm də Aydının test cavabına görə virus aşkar edilsə də, heç birində virusun əlamətləri olmamış, bu barədə Tamelladan soruşduqda bildirmişdir ki, artıq virus mutasiyaya uğradığından əlamətləri aşkar hiss olunmur. Aydınla evdə söhbət edən zaman Aydın Tamellanın hansısa yolla virusa yoluxdurduğunu fikirləşdiyini demiş, lakin o, Tamellanın belə bir şey edəcəyinə inanmadığını demişdir. Bundan sonra aralarında bir daha belə bir söhbət olmamış və Tamellanın başqa kimisə də sığorta şirkətindən qeydiyyatdan keçirməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyən Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir. O ifadəsində göstərmişdir ki, heç yerdə işləmir. O, "xxxx" Şirkətində “Antikoronavirus” sığorta məhsulu əldə etmişdir. Ona və oğlu Firudinə bu barədə xalası gəlini Təqsirləndirilən şəxs demişdir. O da həmin sığorta məhsulundan yararlanmaq istədiyini demiş və Tamella oğlu Firudinin və onun adından sığorta şirkətinə müraciət etmişdir. Bundan sonra özünə görə şirkətə 195 manat, oğlu isə 119 manat pul ödəmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona və oğluna korona virusa yoluxmağı ilə bağlı TƏBİB-in sisteminə məlumat yerləşdiyini demişdir. Bundan sonra o və oğlu hərəsi 890 manat pul almışdır. Əslində 900 manat pul almalı olmuş, sadəcə olaraq bankda faiz tutduqlarına görə 890 manat almışdır. Əvvəlcədən Tamella ilə razılaşmışdır ki, əgər şirkətdən 900 manat pul alsa ona 200 manat pul verəcəkdir. Çünki o, Tamellaya demişdir ki, əgər xəstələnməsə pulu necə alacağı barədə soruşmuş, Tamella da ona “narahat olma mən sənə kömək edəcəm, xəstələnməsən belə sənin adını TƏBİB-in sisteminə yerləşdirəcəm” demişdir. Tamella özü X29 stansiyasında işlədiyindən onun bu işi görə biləcəyini fikirləşib razılaşmışdır. Ona görə də o, 890 manat pulu alandan sonra 200 manat Tamellaya vermişdir. Qalan pulu, yəni 690 manatı isə öz ehtiyaclarına xərcləmişdir. Nə o, nə də ki oğlu heç yerdə test verməmişdir. Pozitiv xəstə çıxmağını Tamella təmin etmişdir. Tamella özü X29 stansiyasında işləmişdir deyə, bundan onun anlayışı vardır, ona görə də onun Tamellanın test vermədən hansı yolla korona xəstəsi çıxarmasından məlumatı olmamışdır. Bu barədə məlumatı olmamış, o, başqa kimlərinsə Tamella vasitəsi ilə şirkətdən pul almasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid12 ifadəsində göstərmişdir ki, heç yerdə işləmir. Fərdi qaydada sürücü işləyir. Bildirmişdir ki, xalası qızı Təqsirləndirilən şəxs əməliyyat olunmuş, onun pula ehtiyacı olmuşdur. Həmin vaxtlarda Tamella ona bildirmişdir ki, "xxxx" Sığorta Şirkətində koronovirusu ilə bağlı məhsul, 119 manat ödəniş etməklə həmin mənsulu əldə edirlər. O, 119 manat ödəməyə imkanı olmadığını bildirmiş, Tamella ona adından qeydiyyatdan keçməsini və pulu ödəməsini, əgər xəstələnsə həmin pulu ona verməsini, çünki onun bu pula ehtiyacı olduğunu demişdir. O, da Tamella ilə razılaşmış, Tamella əgər virusa yoluxsa, bankdan gedib həmin pulu alıb ona verərəcəyini xahiş etmiş, o, da problem olmadığını demişdir. Daha sonra Tamella ona həm özünün həm də yoldaşının şəxsiyyət vəsiqələrini ona göndərməsini demiş, hər ikisinin adınan ödəniş edəcəyini bildirmişdir. O, da razılaşmış və yoldaşının və özünün şəxsiyyət vəsiqələrini vatsap proqramı vasitəsi ilə Tamellaya göndərmiş, lakin yoldaşına bu barədə heç nə deməmişdir. Təxminən 2 həftə sonra Tamella ona test vermək lazım olmasını, o, da Tamellaya virusun heç bir əlaməti olmadığını, əlaməti olanda test verəcəyini demiş. Tamella isə ona hazırda virus heç bir əlamət göstərmədiyini bildirmiş, Tamella X29 stansiyasında işlədiyindən ona inanmışdır. Daha sonra Tamella gəlmiş, anasıgildə ondan və yoldaşından burun yaxması analizi götürmüşdür. Bundan iki gün sonra onun telefonuna həm yoldaşının, həm də onun Covid 19 virusuna yoluxmağı ilə bağlı sms gəlmişdir. O, virusa yoluxmağına inansa da, yoldaşı inanmamış, buna görə yoldaşı apteklərdə satılan test almış və evdə həm onu, həm də özünü yoxlamışdır. Lakin nə o, də nə də ki, yoldaşında virus aşkar edilməmişdir. Bundan sonra Tamellaya zəng edərək, bu barədə bildirmiş, danışıq zamanı hiss etmişdir ki, Tamella özünü itirmiş, yəni həyacanlanmışdır. O, həmin vaxt testin cavabına Tamellanın nəsə müdaxilə etməsindən şübhələnmiş və Tamellaya bildirmişdir ki, nəyə görə 14 gün evdə qalmalıdır, ona görə də Tamella ilə danışaraq gedib başqa yerdə də test verəcəyini və əgər cavabı düz çıxmasa aralarında narazılıq yaranacağını demişdir. Bundan sonra Tamella ona “xahiş edirəm bu barədə heç kimə, mən sizin nümunənin yerinə xəstə adama məxsus nümunə qoymuşam, ona görə də sizdə cavab pozitiv çıxıbdır” demişdir. O, isə belə şeylərdən ehtiyat etdiyini ona görə də sığortadan pul almayacağını demiş və Tamellaya cavabları sığorta şirkətinə göndərməməsini demişdir. Tamella da testin nəticələrini sığorta şirkətinə göndərməmiş, buna görə də şirkətdən pul almamışdır. Tamella ona testin cavabını saxtalaşdıracağını deməmiş, desəydi buna razı olmazdı. Həmçinin Tamella buna görə ondan pul da istəməmişdir. Çünki o və yoldaşı virusa yoluxsaydı, həmin pulu Tamellaya verəcəkdi. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyən Şahid15 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, o, heç yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs tanıyır, həyat yoldaşları yaxın dostdurlar, ailəvi yaxın münasibəti vardır. O, "xxxx" şirkətindən “Antikoronavirus” sığorta məhsulu əldə etməmişdir. Bildirmişdir ki, o, Şahid14 tanımır, şəxsiyyət vəsiqəsini də Şahid14 verməmiş, nə də ki, nə Orucdan nə də ki Tamelladan xahiş etməmişdir ki, adından sığorta şirkətinə müraciət etsin. Onun bundan xəbəri olmamışdır. Yadındadır ki, 2022-ci ilin əvvələrində, yeni il bayramından sonra Tamella ondan xahiş etmişdir ki, ona pul köçməlidir, lakin onun vaxtı olmur, həmin pul onun adına köçsün, o, çıxardıb Tamellanın kartına göndərsin. Buna görə də Tamella onun şəxsiyyət vəsiqəsini istəmişdir. O, də vəsiqəsinin şəklini Tamellaya atmışdır. Amma Tamella pul köçməsi ilə bağlı ona heçnə demədiyi üçün o, gedib pul çıxarmamışdır. Bundan başqa heç vaxt o, şəxsiyyət vəsiqəsini Tamellaya verməmişdir. Ona görə də hesab edir ki, ancaq həmin vaxt Tamella onun adından harasa müraciət edə bilər. O, 2022-ci ilin fevral ayında Covid 19 virusuna yoluxmamış, mart ayında ailəlikcə həmin virusa yoluxmuş, bununla bağlı da evə X29 briqadası çağırmış, test götürmüş və müəyyən edilmişdir ki, virusa yoluxmuşdur. O, Bakı şəhəri 9 saylı Təcili və X11 stansiyasında Covid 19 virusu ilə bağlı test verməmişdir. Təqsirləndirilən şəxs ondan heç vaxt test götürməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid13 ifadəsində göstərmişdir ki, o, heç yerdə işləmir. Bakı Kliniki Mərkəzdə kassir işləyir. Təqsirləndirilən şəxs ilə qohumdur, ailəvi yaxın münasibəti vardır. O, "xxxx" şirkətindən “Antikoronavirus” sığorta məhsulu əldə etməmişdir. Bildirmişdir ki, o, şəxsiyyət vəsiqəsini Şahid14 verməmiş, nə də ki, ondan xahiş etməmişdir ki, onun adından sığorta şirkətinə müraciət etsin. Onun bundan xəbəri olmamışdır. Yadındadır ki, 2022-ci ilin yanvar-fevral aylarında Orucun bacısı Tamella ondan xahiş etmişdir ki, ona pul köçməlidir, lakin onun vaxtı olmur, həmin pul onun adıma köçsün, o, çıxardıb Tamellaya versin. Buna görə də Tamella onun şəxsiyyət vəsiqəsini istəmişdir. O, da vəsiqəsinin şəklini Tamellaya göndərmişdir. Amma Tamella pul köçməsi ilə bağlı ona heçnə demədiyi üçün o, gedib pul çıxarmamışdır. xx.xx.2022-ci il tarixdə qayınanası, qaynı və o, xəstələnmiş, buna görə də o, gedib aptekdən test alıb virusa yoluxub-yoluxmamağını yoxlamış və müəyyən olunmuşdur ki, Covid 19 virusu vardır. Lakin rəsmi olaraq heç yerdə test verməmişdir. Həmin testin nəticəsinə görə də evdə müalicə almışdır. Ümumiyyətlə rəsmi olaraq heç yerdə Covid 19 virusu ilə bağlı test verməmişdir. Təqsirləndirilən şəxs ondan heç vaxt test götürməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid11 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri 271 nömrəli tam orta məktəbdə laborant işləyir. Təqsirləndirilən şəxs tanıyır, onun həyat yoldaşının xalası qızı olmaqla çox yaxşı münasibətləri vardır. O, "xxxx" şirkətində “Antikoronavirus” sığorta məhsulu əldə etməmiş və bu barədə də məlumatı olmamışdır. Bildirmişdir ki, 2022-ci ilin fevral ayının 21-22-i tarixlərində Tamellanın anasıgilə getmiş, Tamella da orada olmuş, həmin vaxt Tamella virusun geniş yayıldığını bildirərək, test verməyi təklif etmişdir. O, Tamellaya səhhətində heç bir problem olmadığını, virusun heç bir əlamətini hiss etmədiyini demiş, Tamella isə təkidlə test verməyini, virusun gizli inkişaf etməsini bildirmişdir. Bundan sonra həm yoldaşından, həm də ondan burun yaxması nümunəsi götürmüşdür. Bir ya iki gün sonra yoldaşı telefon nömrəsinə onun və onun virusa yoluxmağı ilə bağlı cavab gəlmişdir. O, həmin cavaba inanmamış, çünki onda və yoldaşında heç bir əlamət olmamışdır. Aptekdə dənəsi 15-20 manata satılan bir dəfə istifadə üçün nəzərdə tutulan testdən almışdır. Həm özünü, həm də yoldaşını həmin test vasitəsi ilə yoxlamış, amma heç birində virus çıxmamışdır. Yoldaşına testin cavablarının səhv olduğunu demiş, bundan sonra yoldaşı Tamella ilə danışmış və ona demişdir ki, laboratoriyada səhv olmasını, amma Tamellaya problem yaranar deyə, heç kimə heç nə deməməsini bildirmişdir. O, da Tamellaya nəsə problem yaranmasın deyə heç nə deməmişdir. Amma sonradan prokurorluğa çağıranda yoldaşı ona Tamella adından sığorta şirkətinə müraciət etməsini, ondan pul almaq üçün testin cavabını saxtalaşdırmasını bildirmişdir. Həmçinin yoldaşı ona bunu bildiyi üçün Tamellaya icazə verməmişdir ki, şirkətdən pul alsın. Bildiyinə görə Tamella ondan və yoldaşı başqa da digər yaxın adamlarının adından sığorta şirkətinə müraciət etmiş, lakin həmin adamların adından pul alıb-almamasından məlumatı olmamışdır. Nə o, nə də ki yoldaşı 9 saylı Təcili və X11 Stansiyasında Covid 19 virusu ilə bağlı test verməmiş, Tamella anasıgilin evində burun yaxması götürmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid10 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs və Şahid14la küçədə rastlaşmış, daha sonra Oruc onu evlərinə dəvət etmiş, o, söhbət zamanı işləmədiyini, buna görə maddi sıxıntıları olduğunu bildirmişdir, bu zaman Tamella ona Atəşgah sığorta şirkəti tərəfindən koronavirusa yoluxan şəxslərə 900 manat pul verildiyini, buna görə gərək şirkətə 119 manat ödəniş etməli olduğunu demiş, o isə Tamelladan virusa yoluxmadığı halda ödədiyi pulun aqibətini soruşmuş, Tamella isə ona narahat olmamağı, onsuzda virusun geniş yayıldığını, buna görə də hər kəsin virusa yoluxacağını demişdir. O da Tamella ilə razılaşmış və bir-iki gün sonra 120 manat pulu şirkətə ödəmək üçün Tamellaya vermişdir. İki-üç həftə sonra Covid 19 virusuna yoluxması ilə bağlı mobil nömrəsinə sms gəlmiş, o da dərhal Tamellaya zəng edərək heç yerdə test vermədiyini, lakin virusa yoluxmağı ilə bağlı sms gəldiyini demiş, Tamella da ona narahat olmamağı, həmin smsin gəlməsini özünün həll etdiyini bildirərək, gedib bank hesabı açdırıb şirkətə verməsini, daha sonra ona 900 manat pul köçəcəyini demişdir. O, Tamellaya etiraz edərək belə şeylərdən ehtiyat etdiyini bildirərək həmin pulu götürməyəcəyini demişdir. Tamella onun koronavirus olması ilə bağlı şirkətə elektron qaydada məlumat vermişdi. Buna görə də şirkət tərəfindən ona zəng gəldi ki, hesab nömrəsini təqdim etsin, onun hesabına pul köçürsünlər. O isə sığorta ödənişi almaqdan imtina etdiyini bildirmiş, səbəbini soruşduq da isə bildirmişdir ki, onun testinin cavabı başqa adamın cavabı ilə səhv düşmüşdür. Buna görə də o həmin ödənişi almamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid14 ifadəsində göstərmişdir ki, o, xx.xx.2012-ci il tarixdən Fövqəladə Hallar Nazirliyinin 24 nömrəli X6 sürücü işləyir, Təqsirləndirilən şəxs onun doğma bacısıdır, sadəcə olaraq o, doğulanda atası onu əmisinə verdiyinə görə sənədlərdə ata adı kimi Fazil yazılıbdır. Bacısı Tamella 9 saylı X12 Yardım Stansiyasında təsərrüfat bacısı işləyir. Ona "xxxx" Şirkətində olan “Antikoronavirus” sığorta məhsulu barədə 2021-ci ilin yanvar ayında bacısı Tamella demişdir. Belə ki, həmin vaxtlar bacısının maddi sıxıntıları olmuş, əməliyyat olduğundan müalicəsinə pul lazım olmuşdur. Bacısı ona Zərərçəkmiş şəxs Sığorta şirkətində Covid 19 virusu ilə bağlı sığorta məhsulu olduğunu bildirərək şirkətə 119 manat ödəməklə həmin sığorta məhsulunu əldə etməyi, 5- 6 ay ərzində ərzində virusa yoluxma halı olduqda şirkətdən 900 manat pul almağın mümkün olduğuunu demişdir. Bacısı ondan xahiş edərək onun adından şirkətə müraciət edib ödəniş etməyi, əgər xəstələnərsə, həmin pulu ona verməyi demiş, o da razılaşmışdır. Bundan bir neçə ay əvvəl isə Tamella digər bacısı Məsuməni və bacısının yoldaşı Eldənizi da sığortalatmış, onlar virusa yoluxanda pulu Tamellaya vermişlər. O da Tamella ilə razılaşmış, sonuncu onun adından şirkətə pul ödəmişvə whatsapp proqramı vasitəsi ilə şirkətə müraciət etmişdir. Bundan sonra bir neçə dəfə test vermiş, lakin virusa yoluxma halı müşahidə edilməmiş, sonuncu dəfə test verəndə isə Tamella ona Covid 19 virusuna yoluxmağını bildirərək ona bank hesabı açdırmağı demiş, lakin onun vaxtı olmadığına görə bank hesabı açdırmamış, sonradan isə bacısı Tamelladan şirkətə şikayət edildiyi üçün o, ümumiyyətlə pulun alınması üçün şirkətə müraciət etməmişdir. Tamella evlərində yaxma üsulu qaydasında test çubuğu ilə ondan test nümunəsi götürmüşdür. O, sığorta şirkətinə heç kəsin adından müraciət etməmiş, lakin bir neçə Tamella onun telefonu vasitəsi ilə kimləri isə qeydiyyatdan keçirmək üçün şirkətə müraciət etmişdir. Həmin şəxslərdən xalası oğlu Şahid12 və onun yoldaşı Aytəni, qonşuları və dostu Şahid10 tanıyır, digərlərini isə tanımır. İş materiallarında olan: 222026173 №-li cinayət işi 20 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 308.1, 313 və 320.2-ci maddələri ilə başlanmış və tərəfimdən icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işi üzrə icraat bir neçə dəfə olmaqla, sonuncu dəfə 10 sentyabr 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 19 dekabr 2022-ci il tarixli qərarla cinayət işi üzrə icraat həmin Məcəllənin 279-cu maddəsinə əsasən təzələnərək istintaq aparılmışdır. 20 dekabr 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 308.1, 313 və 320.2-ci maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.3, 178.2.4 və 320.1-ci maddələrinə tövsif edilmişdir. 20 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs, Şahid7, Şahid3 və X5 Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-yə qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumilikdə 2700 manat məbləğində vurduqları ziyanı ödəməklə, həmin ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmələri nəzərə alınaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3-cü maddələri, Şahid7, Şahid3 və X13 isə həmin Məcəllənin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə, barələrində cinayət təqibi üzrə icraata xitam verilmişdir. 21 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə ittiham elan olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 20 dekabr 2022-ci il tarixli qərarla hazırkı cinayət işindən Bakı şəhəri 9 saylı Təcili və X11 Stansiyasının və Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının vəzifəli şəxs(lər)i tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edilməklə təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin əmlakının ələ keçirilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, tamah və şəxsi niyyətlərlə rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə saxta rəsmi sənədlərdən istifadə edilməsi cinayətlərinin tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillərin müəyyən edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 308.1, 313 və 320.2-ci maddələri ilə ********* №-li cinayət işi ayrıca icraata ayrılmaqla istintaqı aparılır. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin şəhadətnaməsinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2021-ci il tarixli LA-8683174-CO nömrəli, Şahid1 adına xx.xx.2022-ci il tarixli LA-8704630-CO nömrəli, Şahid2 adına xx.xx.2021-ci il tarixli LA-8726889-CO nömrəli, Şahid3 adına xx.xx.2022-ci il tarixli LA-8804363-CO nömrəli, Şahid4 adına xx.xx.2022-ci il tarixli LA- 8808763-CO nömrəli, Şahid5 adına xx.xx.2021-ci il tarixli LA-8862212-CO nömrəli, Şahid6 Gəray oğlunun adına xx.xx.2021-ci il tarixli LA-8862216-CO nömrəli, Şahid7 adına xx.xx.2021-ci il tarixli LA-8880770-CO nömrəli, Şahid8 adın xx.xx.2021-ci il tarixli LA- 8880767-CO nömrəli, Şahid9 adına xx.xx.2021-ci il tarixli LA-8895114-CO nömrəli, Şahid10 adına xx.xx.2022-ci il tarixli LA-8943443-CO nömrəli, Şahid14 adına xx.xx.2022ci il tarixli LA-8943388-CO nömrəli, Şahid11 adına xx.xx.2022-ci il tarixli LA-8956312-CO nömrəli, Şahid12 adına xx.xx.2022-ci il tarixli LA-8956280-CO nömrəli, Şahid13 adına xx.xx.2022-ci il tarixli LA-8956325-CO nömrəli və Şahid15 adına xx.xx.2022-ci il tarixli LA- 8956347-CO nömrəli sığorta şəhadətnamələri verilməklə sığorta müqavilələri bağlanmışdır. Müqavilənin şərtlərinə görə müqavilə müddəti 6 aydır, müqavilə bağlanan gündən 14 gün ərzində Covid 19 virusuna yoluxma halı baş verərsə sığorta ödənişi həyata keçirilmir. Cinayət işi materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin "xxxx" ASC-də olan AZ13AZRT******************** saylı hesabından xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan AZ79AİİB410100C**********103 saylı, xx.xx.2021-ci il tarixdə Şahid1 "xxxx" ASC-də olan AZ53İİB410100C**********103, xx.xx.2021-ci il tarixdə Şahid2 "xxxx" ASC-də olan AZ35AİİB410100C**********207 saylı, xx.xx.2022-ci il tarixdə Şahid8 "xxxx" ASC-də olan AZ47AİİB410100D**********120 saylı, xx.xx.2022-ci il tarixdə Şahid9 "xxxx" ASC-də olan AZ94AİİB410100D**********226 saylı, xx.xx.2021-ci il tarixdə Şahid5 "xxxx" ASC-də olan AZ54AİİB410100C**********103 saylı və xx.xx.2021-ci il tarixdə Şahid6 Gəray oğlunun "xxxx" ASC-də olan AZ88AİİB410100D**********232 saylı bank hesablarının hər birinə 900 manat pul vəsaiti köçürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan AZ79AİİB410100C**********103 saylı hesabının çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixdə həmin bankın Yasamal rayonunda yerləşən “İnşaatçılar” filialından 900 manat pul vəsaiti çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Şahid1 "xxxx" ASC-də olan AZ53İİB410100C**********103 saylı hesabının çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixdə bankın Sabunçu rayonunda yerləşən “Sabunçu” filialından 900 manat pul vəsaiti çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Şahid2 "xxxx" ASC-də olan AZ35AİİB410100C**********207 saylı hesabının çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixdə bankın “Bravo 2” filialından 900 manat pul vəsaiti çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Şahid8 "xxxx" ASC-də olan AZ47AİİB410100D**********120 saylı hesabının çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixdə bankın Sabunçu rayonunda yerləşən “Sabunçu” filialından 900 manat pul vəsaiti çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Şahid9 "xxxx" ASC-də olan AZ94AİİB410100D**********226 saylı hesabının çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixdə bankın Yasamal rayonunda yerləşən İnşaatçılar filialından 900 manat pul vəsaiti çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Şahid5 "xxxx" ASC-də olan AZ54AİİB410100C**********103 saylı hesabının çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixdə bankın kassasından 900 manat pul vəsaiti çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Şahid6 Gəray oğlunun "xxxx" ASC-də olan AZ88AİİB410100D**********232 saylı hesabının çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixdə bankın Binəqədi rayonunda yerləşən Azadlıq filialından 900 manat pul vəsaiti çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “X1 Covid-19 göndəriş forması” blanklarından görünür ki, Təqsirləndirilən şəxs adına olan xx.xx.2021-ci il tarixli, ********** nömrəli, Şahid1 adına olan xx.xx.2021-ci il tarixli, ********** nömrəli, Şahid2 adına olan xx.xx.2021-ci il tarixli, ********** nömrəli, Şahid7 adına olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli, Şahid9 adına olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli, Şahid14 adına olan xx.xx.2021-ci il tarixli, ********** nömrəli, Şahid10 adına olan xx.xx.2021-ci il tarixli, ********** nömrəli, Şahid11 adına olan xx.xx.2021-ci il tarixli, ********** nömrəli və Şahid12 adına olan xx.xx.2021-ci il tarixli ********** nömrəli “X1 Covid-19 göndəriş forması” blanklarına adları qeyd olunan şəxslərə məxsus ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsinin nömrə və FİN kodu, doğum tarixi, yaşadıqları ünvan, xəstənin ilkin simptomları haqqında məlumatlar, yəni “qızdırma, öskürək, boğaz ağrısı, əzələ ağrısı və yüksək temperatur”dan ibarət əlamətlər, o cümlədən “burun yaxması” nümunəsi götürülməsi barədə qeydlər yazılmışdır. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Şahid1, xx.xx.2021ci il tarixdə Təqsirləndirilən şəxs, xx.xx.2021-ci il tarixdə Şahid2, xx.xx.2021-ci il tarixdə Şahid3, xx.xx.2021-ci il tarixdə X13, xx.xx.2022-ci il tarixdə X15, xx.xx.2022-ci il tarixdə Şahid9, xx.xx.2022-ci il tarixdə Şahid8, xx.xx.2022-ci il tarixdə Şahid5 və xx.xx.2022-ci il tarixdə Şahid6 Gəray oğlunun Covid 19 virusuna yoluxması barədə TƏBİB-in elektron portalına məlumat yerləşdirilmişdir. Bundan başqa, istintaq zamanı "xxxx" MMC-dən daxil olmuş diskə xx.xx.2022-ci il tarixdə baxış keçirilmişdir. Baxış protokolundan görünür ki, 2021-ci ilin avqust ayından etibarən Təqsirləndirilən şəxs istifadəsində olan 055 749 05 08 saylı nömrə ilə Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin istifadəsində olan 051 207 84 42, 050 271 94 20 və 050 268 22 20, o cümlədən Şahid7 istifadəsində olan 055 440 95 85, Şahid1 istifadəsində olan 055 455 72 15, Şahid3 istifadəsində olan 055 320 66 99, X5 istifadəsində olan 050 479 99 88, Şahid5 istifadəsində olan 055 960 70 00, Şahid12 istifadəsində olan 070 976 73 39 və Şahid14 istifadəsində olan 077 398 98 16 mobil nömrələri ilə çoxsaylı danışıqlar qeydə alınmışdır. Bundan başqa, istintaq zamanı "xxxx" MMC-dən daxil olmuş diskə xx.xx.2022-ci il tarixdə baxış keçirilmişdir. Baxış protokolundan görünür ki, 2021-ci ilin dekabr ayından etibarən Şahid14 istifadəsində olan 077 398 98 16 saylı nömrə ilə Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-nin istifadəsində olan 051 207 84 42, 050 271 94 20 və 050 268 22 20 mobil nömrələri ilə çoxsaylı danışıqlar qeydə alınmışdır. Bundan başqa istintaq zamanı Zərərçəkmiş şəxs Sığorta Şirkəti ASC-ə məxsus 3 ədəd “Huawei” markalı mobil telefonlara xx.xx.2022-ci il tarixdə baxış keçirilmişdir. Baxış protokolundan görünür ki, telefonların içərisində ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələri vardır. Hər bir mobil nömrəyə "xxxx" tətbiqetmə proqramı quraşdırılmışdır. Baxışda iştirak edən Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin Biznesə dəstək şöbəsinin baş mütəxəssisi X8 bildirmişdir ki, müştərilər, o cümlədən Təqsirləndirilən şəxs və Şahid14 “antikoronavirus” məhsulunu həmin nömrələrə "xxxx" tətbiqetmə proqramı vasitəsi ilə müraciət edərək əldə etmişlər. Təqsirləndirilən şəxs istifadəsində olan 055 749 05 08 nömrəsi ilə şirkətin istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələrə "xxxx" tətbiqetmə proqramı vasitəsi ilə dəfələrlə müraciət edildiyi müəyyən edildi. Belə ki, Tamell Məsimova özünün, X9, Nərgiz Qocayeva, X3, Saleh Bayramov, Bayramova Əsmər, Bayramova Fərqanə, Verdiyeva Zülfiyyə, Verdiyev Emin, Şahid6 Gəray oğlunun, Şahid5 adından şirkətə müraciət etmişdir. Bundan başqa Şahid14 istifadəsində olan 077 398 98 16 mobil nömrəsindən də şirkətin istifadəsində olan ***-***- **-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələrə "xxxx" tətbiqetmə proqramı vasitəsi ilə dəfələrlə müraciət edilsə də, lakin şəkillər və səslər açılmadığından həmin şəxsiyyət vəsiqələrinin kimlərə məxsus olmasını, o cümlədən göndərilən səslərin hansı məzmunda olmasını müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs və Şahid14 tərəfindən şirkətin nömrələrinə edilən müraciətlərin iş üçün əhəmiyyət kəsb etdiyindən həmin yazışmaların fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı şəhəri X10 Yardım Stansiyasının baş həkiminin xx.xx.2018-ci il tarixli, 521-k nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə kiçik tibb heyətinin təsərrüfat bacısı vəzifəsinə təyin edilmişdir. İstintaq zamanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin Əməliyyat Təminatı şöbəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli BPM**********29 nömrəli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan qismində 6.300 manat pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına tam şəkildə ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş AA2346180 və AA4011476 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs müvafiq olaraq xx.xx.2011-ci il təvəllüdlü X18 və xx.xx.2018-ci il təvəllüdlü X16 adlı uşaqları vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs dəymiş ziyanın 25 faizi miqdarında məbləğini, yəni 1600 manat vəsaiti dövlət büdcəsinə ödəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs təqsirli olaraq CM-nin 178.2.3, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulmuş dələduzluq cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və təqsirləndirilən şəxsin özünün etirafedici, zərərçəkmiş şəxs və şahid ifadələri, həmçinin iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.3, 178.2.4 və 320.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə məhkəmə hesab edir ki, o, CM-nin 178.2.3 və 178.2.4-cü maddələrinə münasibətdə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə edilmiş dəyişikliyə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədilyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanunun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzanı çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə görə onu məsuliyyətindən azad edən, onun vəziyyətini yaxşılaşdıran norma ona münasibətdə tətbiq edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini, dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 320.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 320.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və onun cəzasını yüngülləşdirən hal CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 320.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Ona görə də, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Törədilən əməl nəticəsində Zərərçəkmiş şəxs Sığorta Şirkətinə maddi ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-nin depozit hesabına köçürülmüş 6300 manat məbləğində pul vəsaiti zərərçəkmiş hüquqi şəxsin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2 və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddəsilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəksin və cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına vurulmuş zərərin əvəzi olaraq ödənilmiş 6300 (altı min üç yüz) manat məbləğində vəsait iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs Sığorta Şirkətinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, mülki iddia və müsadirə ediləsi əmlak yoxdur. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar