Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-216/2021 05.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə İmişli rayonu, Muradxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Muradxanlı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X3 yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 30 oktyabr 2020-ci il tarixdə saat 17.30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 93 ünvanında tanışı Zərərçəkmiş şəxs ondan əvvəllər bir yerdə işlədiklərinə görə 1400 manat məbləğində borcunu istəyərkən, o, cəmi 50 manat borcunun olmasını bildirib həmin pulu verdikdən sonra sonuncunun onun ünvanına nalayiq sözlər deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs vuraraq yerə yıxması nəticəsində ona sağ əlin arxa səthinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin olunmayan, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol alt göz qapağı və gözaltı nahiyənin qançırı, sol alın-gicgah nahiyəsinin qançır-hematoması kimi xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahsuvarı bir neçə ildir ki, tanımış, birlikdə müxtəlif tikintilərdə fəhlə işləmişlər.. Son zamanlar iş olmadığı üçün onun Şahsuvara 50 manat borcu yaranmışdır. Şahsuvar bir neçə dəfə həmin pulu ondan istəmiş, o, isə pulu olmadığı, olanda qaytaracağını demişdir. 30 oktyabr 2020-ci il tarixdə Şahsuvar ona yenə də zəng vurub pulunu istəmiş və telefonda onu söymüşdür. Şahsuvarın danışığından hiss etmişdir ki, sonuncu sərxoşdur. Onun pulu olmadığı üçün dayısı oğlu Eldardan 50 manat borc alıb Şahsuvara olan borcunu qaytarmaq qərarina gəlmişdir. O, Eldara zəng edərək 50 manat pul istəmiş və sonuncu ona pul verəcəyini dediyi üçün fəhlə işlədiyi Binəqədi qəsəbəsində yerləşən «İdman kompleksi»nin yanına getmişdir. Bundan sonra o, Şahsuvara zəng edərək onu həmin yerə dəvət etmişdir. O, 30 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində Şahsuvarla həmin yerdə görüşmüş və həmin zaman sonuncunun sərxoş olmasını görmüşdür. Həmin zaman Şahsuvar onu söyüb təhqir edərək pulunu tələb etmiş və o, sonuncuya Eldarın yanına getməyi təklif edərək ondan 50 manat pul alıb verəcəyini demişdir. Bundan sonra onlar Eldarın işlədiyi yerə getmişlər sonuncu ona pulu birazdan verəcəyini demişdir. Bu zaman Şahsuvar 50 manatı vermədiyini görüb yenidən onu təhqir etməyə başlamışdır. Yolda Şahsuvar onu söyməklə yanaşı sərxoş olduğu üçün həm də tez-tez müvazinətini itirərək addımlamışdır. Bir neçə dəfə Şahsuvar hətta avtomobil yolunun kənarın çıxmış və az qalmışdır ki, yıxılsın. «İdman kosmpleksi»nin yaxınlığında olarkən artıq Şahsuvar onun əsəblərini tarıma çəkmiş və üstünə gəlib onu vurmaq istəyən zaman o, yumruqla Şahsuvarı vurub özündən aralayaraq itələmişdir. Bu zaman Şahsuvar yerə yıxılmış ayağa qalxdıqda alın nahiyəsinin şişməsini görmüşdür. Bundan sonra Şahsuvar bir az sakitləşmiş və demişdir ki, gedib Eldardan pulu alsınlar. Beləliklə də o, Şahsuvarla saat 18 radələrində Eldarın işlədiyi yerə gəlmiş, 50 manatı Eldardan götürüb Şahsuvara vermiş və çıxıb getmişlər. Sonradan ona məlum olmuşdur ki, Şahsuvar bununla bağlı polis orqanlarına şikayət etmişdir. Hazırda törətdiyi əməldən peşman olmaqla, Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Həmçinin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Teymuru uzun müddətdir ki, tanımış sonuncu ilə birlikdə müxtəlif yerlərdə fəhləlik etmişlər. 2020-ci ildə o, Teymurla səkkiz ay bir yerdə işlədiklərinə görə sonuncunun ona 1400 manat borcu yaranmışdır. O, bundan sonra Teymurdan pulunu tələb etməyə başlamışdır. 30 oktyabr 2020-ci il tarixdə o, yaşadığı evin yaxınlığında olan zaman Teymur ona zəng edərək onu borcunu qaytarmaq üçün Binəqədi rayonu, 3-cü mədən, korpus 93 ünvanında yerləşən məktəbin yanına çağırmışdır. O, həmin tarixdə saat 17:30 radələrində Teymurun dediyi ünvana getmiş və orada Teymurla görüşmüş və sonuncunun yanında qohumu Eldar adlı şəxsdə olmuşdur. O, Teymurla söhbət edə-edə bir az kənara çəkilmiş və sonuncudan pulunu tələb etdikdə Teymur pulunun olmadığını deyərək onu yumruq zərbələri ilə vurmuşdur. Bundan sonra Teymur yanındakı qohumu Eldar da götürüb çıxıb getmişdir. Bir müddətdən sonra isə o, döyülməyimlə bağlı Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş və sonuncudan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28.12.2020-ci il tarixli qərardan görünür ki, X1 30.10.2020-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs qəsdən vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması faktı üzrə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 30.10.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 93 ünvanında baş vermişdir. 02.11.2020-ci il tarixli, 1828 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol alt göz qapağı və gözaltı nahiyənin qançırı, sol alın gicgah nahiyəsinin qançır-hematoması və sağ əlin arxa səthinin sıyrıqları bərk küt əşya təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən şəraitə və tarixə, yəni 30.10.2020-ci il tarixinə uyğun gəlir, dərəcəsinə görə sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol alt göz qapağı və gözaltı nahiyənin qançırı, sol alın gicgah nahiyəsinin qançır-hematoması ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ əlin arxa səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. 27.11.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 08.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2021-ci il tarixə şübhəli şəxs qismində tutulmuşdur. 09.03.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 09.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 10.03.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 14.03.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Şahid üzünə qarşı demişdir. 05.05.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam şəkildə ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. 05.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-216/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-216/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver