Məhkəmə qərarları › İş №1(001)-217/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-217/2022

13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-217/2022 13.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Nəzər oğlunun, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi və vəkili X6, Təqsirləndirilən şəxs, xx.xx.1956-cı ildə Laçın rayonun Oğuldərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində İ qrup əlil övladı olan, əvvəllər məhkum olunmamış, işsiz, pensiyaçı, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Ş.Əliyev küçəsi, ev 202M-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2021-ci ildə saat 12:58-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrində idarə etdiyi KİA PRİDE minik markalı, 10XY499 dövlət qeydiyyat nişanlı avtomobillə 5 zolaqlı yolun orta zolağı ilə Quba rayonu istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən, avtomobilin hərəkət istiqamətini dəyişdirməsi ilə əlaqədar yerdəyişmə və dönmə zamanı təhlükəsiz manevr aparmalı, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, avtomobili sağa istiqamətləndirməzdən əvvəl arxadan onunla eyni istiqamətdə sağ zolaqla nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı, nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə isə həmin nəqliyyat vasitəsinə yol verməli, bundan sonra hərəkətin təhlükəsizliyini təmin edərək sağa doğru manevr etməli olduğu halda bunu etməyib «X9» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, sağa manevr edərək avtomobilin qabaq sağ hissəsi qarşıda eyni istiqamətdə 5-ci zolaqda 80 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi HYUNDAİ İ30 markalı, 01CH259 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, zərbədən HYUNDAİ İ30 markalı avtomobil idarəetməni itirərək yolun sağ kənarında dayanmış 1995-ci il təvəllüdlü Bakı şəhəri Binəqədi RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyən polis serjantı Zərərçəkmiş şəxs4 vuraraq avtomobilin qabaq hissəsi yolun sağ kənarındakı daş hasara çırpılmış, nəticədə sürücü Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağ diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşaiyət olunan qançır-şişkinliyi, əzilmiş-cırılmış yarası və sıyrığı xəsarətlərini yetirərək sağlamlığına yüngül zərər vurmasına, HYUNDAİ İ30 markalı avtomobildə olan sərnişinlər 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 dərəcəsi təyin olunmayan, sağlamlığa zərər vurmayan sol baldır nahiyəsinin sıyrığı xəsarəti yetirməsinə, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 insan həyatı üçün təhlükəli olan ağ ciyərlərin əzilməsi və koma halı ilə müşaiyət olunan sol tərəfli İİİ,İV,V,Vİ,Vİİ qabırğaların və sol bud sümüyünün yuxarı 1/3-nin qapalı, qəlpəli, yerdəyişən sınığı, burun və üst dodaq nahiyəsinin əzilmiş-cırılmış yaraları xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına, Zərərçəkmiş şəxs4 insan həyatı üçün təhlükəli olan qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi, alın əng, sol bazu sümüyünün sınıqları, ağciyərlərin kontuzyası (əzilməsi) və sol tərəfli paraorbital hematoma xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına və HYUNDAİ İ30 markalı, 01CH259 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi Zərərçəkmiş şəxs1 23 414 manat maddi ziyan vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və xx.xx.2012-ci ildə ona xx.xx.2022-ci il tarixədək etibarlı olan «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir.30 oktyabr 2021-ci ildə saat 12:58-də Bakı- Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrində etibarnamə ilə idarə etdiyi özünə məxsus KİA PRİDE minik markalı, 10XY499 dövlət qeydiyyat nişanlı avtomobillə 5 zolaqlı yolun soldan 2-ci zolağı ilə Quba rayonu istiqamətində tıxacda 30 km/saat sürətlə hərəkət edərkən dönmə işığını yandırmışdır ki, öndə Şamaxı yoluna dönmək məqsədi ilə sağ zolağa çıxsın və oradan Şamaxı yoluna dönsün.Bu anda sağ tərəfdə nisbətən yüksək sürətlə hərəkətdə olan HYUNDAİ İ130 markalı, 01CH259 dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin qabaq sağ təkər və sağ qanad hissəsi ilə toqquşmuşdur.Həmin avtomobil idarəetmədən çıxaraq yolun sağ tərəfindəki daş hasara çırpılmış, özü isə toqquşma yerindən təxminən 10 metr öndə avtomobili sağa çəkib dayandırmışdır.Hadisə zamanı özü və avtomobilində olan 2 nəfər sərnişin, yəni qardaşı Şahid1 və qardaşı oğlu Şahid2 xəsarət almamışdır.Hadisə zamanı o, sərxoş olmamışdır.Həmin avtomobildə olan 1 nəfər kişi isə xəsarət aldığı üçün təcili tibbi yardım avtomobili ilə aparılmışdır.Həmçinin, təqsirləndirilən şəxs bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 mülki iddiasını qətiyyən qəbul etmir və mülki iddiada tələb olunan ziyan məbləği ilə razı deyil.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını, 3 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, onlara vurulmuş ziyanı ödməsini, Laçın rayonundan məcburi köçkün düşməsini, ailənin yeganə qazanc gətirən şəxs olmasını, himayəsində İ qrup əlil övladının olmasını və yaşını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini, mülki iddianın isə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, onun nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2021-ci ildə xx.xx.2031-ci il tarixədək etibarlı olan «B1,B,C1,C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir.30 oktyabr 2021-ci ildə saat 12:58-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrində etibarnamə ilə idarə etdiyi özünə məxsus HYUNDAİ İ30 markalı, 01CH259 dövlət qeydiyyat nişanlı avtomobillə 5 zolaqlı yolun soldan sağa doğru 5-ci zolağı ilə Quba rayonu istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən, sol tərəfidə idarə etdiyi avtomobillə yan-yana, yəni avtomobilin qabaq hissəsi həmin ağ rəngdə avtomobilin arxa qapısı bərabərliyində olmaqla avtomobil hərəkətdə olmuşdur.Bu zaman həmin ağ rəngdə olan minik avtomobili qəflətən sağa istiqamətlənərək, onun idarə etdiyi avtomobilin qabaq sol qanad hissəsi ilə toqquşmuşdur.Bununla da idarəetməni itirmiş, avtomobil sağa istiqamətlənərək qabaq hissəsi yolun sağ tərəfindəki daş hasara çırpılaraq xəsarət almışdır.Sonradan, ona məlum olmuşdur ki, avtomobili hasara çırpıldıqda hasarın qarşısında dayanmış polis nəfərinə dəymişdir.Hadisə nəticəsində özü, avtomobilidə sərnişin olan tanışı Mahir və piyada, yəni polis nəfəri xəsarət almışdır.Həmçinin, məlum olmuşdur ki, idarə etdiyi avtomobillə toqquşan həmin ağ rəngli KİA PRİDE minik markalı, 10XY499 dövlət qeydiyyat nişanlı avtomobildir.Hadisə yerindən polis nəfəri və Mahir təcili tibbi yardım avtomobili ilə aparılmış, özü isə əmisinin avtomobili ilə X8 getmişdir.Hadisə zamanı sərxoş olmamış, idarə etdiyi avtomobildə 2 nəfər sərnişin olmuş, sərnişinlərdən biri, yəni adını bilmədiyi kişi xəsarət almamışdır.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq təqsirləndirilən şəxsin cəzalanmasını və onun mülki iddiasının təmin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 30 oktyabr 2021-ci ildə saat 12:50 radələrində Bakı şəhərində Şamaxinka adlanan yerdə «bir manatlıq» taksiyə, yəni HYUNDAİ İ30 markalı, 01CH259 dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində minib arxa oturacaqda sağ tərəfdə oturmuşdur.Bibisi oğlu Zərərçəkmiş şəxs3 isə qabaq sağ oturacaqda oturaraq yaşadığı evə getmək üçün Hökməli qəsəbəsinə yola düşmüşlər.Təxminən 8-10 dəqiqədən sonra sərnişini olduğu avtomobil Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində, «Rahat» marketin yaxınlığında 5 zolaqlı yolun soldan sağa doğru 5-ci zolağı ilə Quba rayonu istiqamətində hərəkətdə olarkən avtomobil idarəetmədən çıxıb yolun sağ tərəfindəki daş hasara çırpılmış və hasarın qarşısında dayanmış polis əməkdaşını vurmuşdur. Hadisə nəticəsində bibisi oğlu Mahir, özü və həmin polis əməkdaşı xəsarət almışdır.Həmçinin, məlum olmuşdur ki, sərnişini olduğu avtomobil hasara çırpılmazdan əvvəl KİA PRİDE minik markalı, 10XY499 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub və bundan sonra idarəetmədən çıxmışdır. Mahirlə birlikdə təcili tibbi yardım avtomobili ilə X8 getmişlər.Məhkəmə baxışı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, 30 oktyabr 2021-ci ildə saat 12:58-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Bakı şəhəri, Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrində tanışı Vasifin idarə etdiyi HYUNDAİ İ30 markalı, 01CH259 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində oturaraq 5 zolaqlı yolun soldan sağa doğru 5-ci zolağı ilə Quba rayonu istiqamətində hərəkət etmişlər.Sol tərəfdə sərnişini olduğu avtomobillə yan-yana, yəni avtomobilin qabaq hissəsi həmin ağ rəngdə avtomobilin arxa qapısı bərabərliyində olmaqla hərəkət etmişdir.Bu zaman həmin ağ rəngdə olan minik avtomobili qəflətən sağa istiqamətlənərək sərnişini olduğu avtomobilin qabaq sol qanad hissəsi ilə toqquşmuşdur.Bununla da Vasif idarəetməni itirmiş, avtomobil sağa istiqamətlənib qabaq hissəsi yolun sağ tərəfindəki daş hasara çırpılaraq xəsarət almışdır.Məlum olmuşdur ki, avtomobil hasara çırpıldıqda hasarın qarşısında dayanmış polis nəfərinə dəymişdir.Hadisə yerindən onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar.Hal-hazırda müalicəsi ev şəraitində davam edir.Məhkəmə baxışı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs4 bildirmişdir ki, 30 oktyabr 2021-ci ildə saat 12:58-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrində dislokasiya üzrə xidmətdə olmuşdur.Yolun Quba rayonu istiqamətində «Socar» YDM-nin girişində yolun hərəkət hissəsindən kənarda dayanıb xidmət aparırmış, bu zaman arxası yolun hərəkət hissəsinə tərəf olarkən avtomobil onu vuraraq xəsarət alıb huşunu itirmişdir.Ayıldıqda DİN-nin Hospiladına olmuşdur.Sonradan ona məlum olmuşdur ki, Quba rayonu istiqamətində hərəkətdə olan HYUNDAİ İ30 markalı, 01CH259 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq onu vurmuşdur.19 noyabr 2021-ci il tarixdə hospitaldan evə buraxılmış və hal-hazırda müalicəsi ev şəraitində davam edir.Məhkəmə baxışı Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, 30 oktyabr 2021-ci ildə saat 12:58-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrində qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi KİA PRİDE minik markalı, 10XY499 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında özü və arxa oturacaqda qardaşı oğlu Şahid2 sərnişin qismində oturaraq 5 zolaqlı yolun soldan 2-ci zolağı ilə Quba rayonu istiqamətində tıxacda asta sürətlə hərəkətdə olarkən, İslam sağ zolağa manevr etmiş, bu anda avtomobil sağ tərəfdə hərəkətdə olan HYUNDAİ İ130 markalı 01CH259 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Həmin avtomobil idarəetmədən çıxaraq yolun sağ tərəfindəki daş hasara çırpılmış, İslam toqquşma yerindən təxminən 10 metr öndə avtomobili sağa çəkib dayandırmışdır. Hadisə zamanı onlar xəsarət almamış, Həmin avtomobildə olan 1 nəfər kişi isə xəsarət aldığı üçün təcili tibbi yardım avtomobili ilə aparılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 da Şahid1 ifadəsinə uyğun məzmunda ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 2651 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş sağ diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşaiyət olunan qançır-şişkinliyi, əzilmiş-cırılmış yarası və sıyrığı xəsarətləri bərk-küt əşyanın təsirindən törənmişdir, xx.xx.2021-ci ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 2800 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş ağ ciyərlərin əzilməsi və koma halı ilə müşaiyət olunan sol tərəfli İİİ,İV,V,Vİ,Vİİ qabırğaların və sol bud sümüyünün yuxarı 1/3-nin qapalı, qəlpəli, yerdəyişən sınığı, burun və üst dodaq nahiyəsinin əzilmiş-cırılmış yaraları xəsarətləri bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2021-ci ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 2738 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs4 bədənində aşkar edilmiş qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi, alın əng, sol bazu sümüyünün sınıqları, ağciyərlərin kontuzyası (əzilməsi) və sol tərəfli paraorbital hematoma xəsarətləri bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2021-ci ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 2910 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş sol baldır nahiyəsinin sıyrığı xəsarəti bərk-küt əşyanın təsirindən törənmişdir, xx.xx.2021-ci ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 30 noyabr 2021ci il tarixli 8/2848 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində KİA PRİDE minik markalı 10XY499 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X9» Azaybaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYP Qİİ-nin xx.xx.2021-ci il tarixli 016-132171-1221 nömrəli arayışla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci ildə xx.xx.2022-ci il tarixədək müddətə etibarlı olan AB 509546 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim olunmuş ərizələrinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi zərər ödənildiyindən, onlar təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir iddiaları, tələbləri və şikayətlərinin olmamasını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsləri, zərərçəkmiş şəxsin vəkilinin çıxışlarını, şahid ifadələrini, dövlət ittihamçısının mövqeyini dinləyib, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 263.1- 1-ci maddəsi ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, ailənin yeganə qazanc gətirən şəxs olmasını, Laçın rayonundan məcburi köçkün düşməsini, himayəsində İ qrup əlil övladının olmasını, 3 (üç) nəfər zərər- çəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini və həmin şəxslərlə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və 8 noyabr-Zəfər Günü münasibətilə aministiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 9.1-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlamalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut – Təqsirləndirilən şəxs idarə etdiyi “KİA PRİDE” minik markalı, ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs1 idarə etdiyi “HYUNDAİ İ 30” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Hyundai İ 30” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə ödənilməyən 4.935 (dörd min doqquz yüz otuz beş) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 400 ( dörd yüz) manat və məhkəməyə ödənilmiş 36 (otuz altı ) manat dövlət rüsumunun cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs tutularaq öna ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) X2 mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki iddiası qismən təmin olunmalı, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 2.935 manat maddi ziyan, 400 manat hüquqi yardıma görə vəkilə ödənilmiş vəsait və məhkəməyə ödənilmiş 36 manat ödənilmiş dövlət rüsumu tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) X4 ödənilməli, mülki iddia qalan hissədə sübut edilmədiyindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci madəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda.CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini. CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki iddiası maddi ziyanın ödənilməsi hissəsində qismən təmin olunmalıdır.Belə ki, mülki iddianın məzmununa və iş materiallarına əsasən müəyyən olunur ki, artıq avtomobil təmir olunmuşdur, əmtəəşünaslıq ekspertizasının keçirilməsi bu səbəbdən mümkün deyildir, həmçinin mülki iddiaçıya avtomobilə dəymiş ziyana görə sığorta şirkətindən 5.000 manat artıq ödənilmişdir.Belə olan təqdirdə avtomobilin əzilmiş şəkildə olan fotoşəkillərinə, qüsur aktına əsasən avtomobilə dəymiş ziyanın məbləğinin təxmini hesablamalarla müəyyən edilməsi mümkündür.Buna görə də, məhkəmə hesab edir ki, avtomobilə görə mülki iddiaçının sığorta şirkətindən 5 000 manat aldığını və avtomobilin real bazar dəyərini nəzərə aldıqda 4.935 manat maddi ziyanın tələb edilməsi ədalətli və ağlabatan deyildir və iş materiallarına, tərəflərin izahatlarına əsasən məhkəmə belə qənaətə gəlir ki, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 2 935 (iki min doqquz yüz otuz beş) manat maddi ziyan tutularaq mülki iddiaçıya ödənilməsi obyektiv və ədalətlidir. Həmçinin, məhkəmə hesab edir ki, 400 (dörd yüz) manat hüquqi yardıma görə vəkilə ödənilmiş vəsait və məhkəməyə ödənilmiş 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumu mülki iddia üzrə cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) X4 ödənilməlidir. Belə ki, MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmçinin, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qərar çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində 8 noyabr - Zəfər Günü münasibətilə aministiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 1.14 və 1.16-cı bəndləri tətbiq edilməklə o, təyin olunmuş cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs idarə etdiyi «KİA PRİDE» minik markalı, ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs1 idarə etdiyi «HYUNDAİ İ 30» markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə geri qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Mülki iddiaçı (zərərçəkmiş şəxs) X2 mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki iddiası qismən təmin olunsun. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 2.935 (iki min doqquz yüz otuz beş) manat maddi ziyan, 400 (dörd yüz) manat hüquqi yardıma görə vəkilə ödənilmiş vəsait və məhkəməyə ödənilmiş 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumu tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) X4 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar