Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-217/2024 04.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1961-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum vaxt və mənbədən naməlum şəraitdə qanunsuz olaraq bir ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, nömrəsi silinmiş, 9 mm kalibrli, odlu yivli silah hesab olunan texniki cəhətdən saz və atəş üçün yararlı Makarov konstruksiyalı PM modelli tapançanı, 07 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli atəş üçün yararlı Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan döyüş sursatlarını, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağı əldə edib saxlayaraq daşımaqla üzərində gəzdirmiş, 24 oktyabr 2023-cü il tarixdə saat 18.05-də Binəqədi RPİ-in 43-cü PB-in əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Çil gölü» yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-in 43-cü PByə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki poliver-gödəkçənin orta iri cibindən keçmiş SSRİ dövlətində istehsal olunmuş, nömrəsi silinmiş, 9 mm kalibrli, odlu yivli silah hesab olunan texniki cəhətdən saz və atəş üçün yararlı Makarov konstruksiyalı PM modelli tapança, 07 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli atəş üçün yararlı Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan döyüş sursatları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiya tapançaların komplekt hissəsi olan daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1993-cü ildə Qarabağda gedən döyüşlərdə könüllü olaraq iştirak etmək üçün Ağdam rayonuna getmiş, bir neçə gün orada qalmış, lakin döyüş əməliyyatlarına cəlb olunmamış, geri qaytarılmışdır. Orada tanış olduğu şəxs ona bir ədəd Makarov konstruksiyalı tapança, 07 ədəd 9x18 mm kalibrli patronlar və həmin patronları yerləşdirmək üçün bir ədəd daraq vermişdir ki, özü ilə Bakı şəhərinə aparsın. Həmin şəxs bildirmişdir ki, döyüş əməliyyatlarından sağ-salamat qayıtsa, silahı və onun hissələrini ondan götürəcəkdir. Bu şəkildə Bakı şəhərinə qayıtmış, silahi, patronları və darağı qəbiristanlıqda basdırmaqla gizlətmişdir. Silahı ona vermiş şəxs sağ-salamat qayıtmış, lakin silahı ondan götürməmişdir. Sonradan o, mütəmadi olaraq qəbiristanlığa baş çəkib, silahı yağlamış, yenidən yerinə qoymuşdur. Növbəti dəfə silahın baxımını edərkən taksi fəaliyyəti üçün qeydiyyatdan keçdiyi proqram vasitəsilə sifariş almış, sifarişi ləğv edəcəyi halda qiymətləndirmə balının aşağı düşəcəyini nəzərə alıb, silahı, patronları və darağı idarə etdiyi avtomobilin baqaj hissəsinə qoyaraq oradan ayrılmışdır. Lakin silahın avtomobilin baqajında olduğunu unutmuşdur. 24 oktyabr 2023-cü ildə saat 18 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Çil gölü”nün yaxınlığında olarkən 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, üzərində odlu silah olmasında şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-in 43-cü PB-yə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-in 43-cü PB-yə aparılmış və orada üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda əynindəki poliver-gödəkçənin orta iri cibindən bir ədəd boş daraqla birlikdə tapançanı və 07 ədəd patronu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində axtarış aparılsa da, hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Baxış zamanı götürülmüş silah və hissələri polis tərəfindən bağlamada qablaşdırılıb möhürlənərək bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd olunan silahı və onun hissələrini uzun müddət özündə saxlayıb təhvil vermədiyi üçün peşmançılıq çəkir. Yaşını və bu yaxınlarda ürək əməliyyatı keçirdiyini nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 43-cü PB-in CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 oktyabr 2023-cü ildə ona 05 dekabr 1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs odlu silah əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunaraq PB-in rəisi tərəfindən təsdiqlənmişdir. PB-in CA üzrə əməliyyat müvəkkilləri X2 və Şahid2 Nazim oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. 24 oktyabr 2023-cü il tarixdə saat 18.05-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Çil gölü» adlanan ərazidə saxlayaraq özlərini təqdim etmiş, odlu silah saxlamaqda şübhəli bilindiyi üçün PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə 43-cü PB-yə gəlmişdir. 43cü PB-də şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qadağan edilmiş əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli poliver-gödəkçənin orta iri cibində olan, daraqla birlikdə bir ədəd yivli odlu silahı və 07 ədəd patronu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, silahı və patronları 1993-cü ildə 1-ci Qarabağ müharibəsi zamanı götürmüş və Binəqədi kənd qəbirstanlığında gizlətmişdir. Bundan sonra həmin bir ədəd tapança və 07 ədəd patronun yararlı olub-olmamasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şahid qismində dindirilmiş Şahid2 oxşar ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 24 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:15-də Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 20-21). Şəxsi axtarış və götürmə aparılması haqqında 24 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə saat 18.05-də Binəqədi RPİin 43-cü PB-in əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Çil gölü» yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-in 43-cü PB-yə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki poliver-gödəkçənin orta iri cibindən keçmiş SSRİ dövlətində istehsal olunmuş, nömrəsi silinmiş, 9 mm kalibrli, odlu yivli silah hesab olunan Makarov konstruksiyalı PM modelli tapança, 07 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan döyüş sursatları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiya tapançaların komplekt hissəsi olan daraq aşkar edilərək götürülmüşdür (cild 1, i.v.32-33). Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin ballistik ekspertizasının 25 oktyabr 2023-cü il tarixli 23/782R №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 07 ədəd patronlar zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatlıdırlar, təyinatı üçün istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir (cild 1, i.v 41-47). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v. 57-58). Qətimkan tədbiri seçilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023cü il tarixdən hesablanmaqla üç ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 75-78). Sübutların qiymətləndirilməsi haqqında 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş nömrəsi silinmiş, 9 mm kalibrli, odlu yivli silah hesab olunan texniki cəhətdən saz və atəş üçün yararlı Makarov konstruksiyalı PM modelli tapança, 07 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli atəş üçün yararlı Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları olan döyüş sursatları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan darağ maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-in saxlancına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, i.v 103-104). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v.85). Cinayət işinin materiallarında olan EGE Hospitaldan verilmiş Epikrizdən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı ürəyin aterosklerotik xəstəliyi aşkar olunmuş, üzərinə koronar angioqrafiya, PTKA və stend tətbiq edilməsi əməliyyatları icra edilmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla yaşını və xəstəliyini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq ona təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli, cəzanı Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 24 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir;.. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə görə Xüsusi müsadirə cinayəthüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla). Həmin Məcəllənin 99-1.2-ci maddəsinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan nömrəsi silinmiş, 9 mm kalibrli, Makarov konstruksiyalı PM modelli tapança, 07 ədəd 9x18 mm kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş darağ xüsusi müsadirə olunmalı və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, şəxsi axtarış zamanı aparılmış videoçəkilişin əks olunduğu bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə xərci və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan “Makarov” konstruksiyalı tapança, 7 ədəd 9x18 mm kalibrli patronlar və həmin patronları yerləşdirmək üçün nəzərdə tutulmuş bir ədəd darağ xüsusi müsadirə edilsin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Şəxsi axtarış zamanı aparılmış videoçəkilişin əks olunduğu bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-217/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-217/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver