Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-218/2020 25.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 243.1-ci maddəsi ilə təqsirli bilinib 3500 manat cərimə cəzasına məhkum edilmiş, Naxçıvan MR-nın Babək rayonunun Cəhri kəndində qeydiyyatda olmaqla faktiki Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 180.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon, Mir Cəlal küçəsi 13 saylı evin 55 saylı mənzilinin giriş qapısının açıq olmasından istifadə edərək, yaşayış sahəsi olan mənzilə qanunsuz daxil olaraq, yataq otağında komotun üzərindən, həmin vaxtı dəhlizdə olan 2011-ci il təvəllüdlü, yetkinlik yaşına çatmamış Şahid3 gözü önündə içərisində 170 manat nağd pul olan 05 manat dəyərində bir ədəd süni dəridən hazırlanmış qırmızı rəngli pul kisəsini açıq talamaqla Zərərçəkmiş şəxs1 cəmi 175 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs2Qadir qızının yaşadığı və gözəllik salonu kimi işlədiyi Bakı şəhəri X9 küçəsi 9 saylı binanın 27 saylı mənzilinin giriş qapısının açıq olmasından istifadə edərək, qanunsuz olaraq mənzilə daxil olub, yataq otağında paltar dolabından Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 150 manat dəyərində qara rəngli təbii xəzdən tikilmiş qısa bicimli palto, dəyəri 50 manat olan bir ədəd qara rəngli təbii xəzdən tikilmiş qolsuz «şinşila» jiletka, dəyəri 20 manat olan bir ədəd arxa çanta (ruqzaq), dəyəri 120 manat olan bir ədəd qızılı-gümüşü perlamut qarışıq rəngli qısa biçimli gödəkcə, dəyəri 80 manat olan qara rəngli qısa biçimli gödəkcə, həmin gödəkcənin cibindən məzənnə ilə 9.098,4 manat təşkil edən 5352 ABŞ dolları məbləğində pulu, həmin pencəyinin digər cibindən isə bir ədəd 450 manat dəyərində qızıldan olan 750 əyyarlı 06 qram çəkidə olan «Chopart» qolbağını, 100 manat dəyərində 750 əyarlı 02 qram çəkidə olan bir taykeş qızıl sırğanı, 200 manat dəyərində bir ədəd 750 əyarlı 04 qram çəkidə qızıl boyunbağını, 50 manat dəyərində bir ədəd 750 əyyarlı 01 qram çəkidə olan əzilmiş «Nal» qızıl kulonunu, bir ədəd 20 manat dəyərində sarı metaldan olan (bijuteriya) qolbağını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 10.339 manat 40 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla ogurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.3, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən yaşayış binalarının ətrafında oğurluq etmək məqsədi ilə gəzişib dolaşmış, bu məqsədlə həmin yerdə 13 saylı yaşayış evinin blokuna girmiş və təsadüfən binanın birinci mərtəbəsində yerləşən 55 saylı mənzilin qapısının yarı açıq vəziyyətdə olduğunu görmüşdür. Qapıya yaxınlaşıb, evin dəhlizinə girmiş, evin sağ tərəfdə yataq otağının qapısının açıq olmağından istifadə edib cəld şəkildə otağa girərək, komotun üzərində gördüyü qırmızımtıl rəngdə pul qabını götürmüş, əlində saxlayıb otaqdan dəhlizə çıxanda balaca azyaşlı uşağı görmüş, uşaq onu görən kimi mətbəxə tərəf yüyürsə də qışqırmamış və heç kimi çağırmamışdır. O da tez bir zamanda mənzili tərk edib blokun qarşısına çıxmış, pul qabını açıb, içərisində olan 170 manat məbləğində pulu götürmüş, pul qabının içərisində olan sürücülük vəsiqəsi, müxtəlif marketlərin endrim kartlarını lazımsız hesab edib pul qabı ilə birlikdə kənara tullayıb getmişdir. Bundan sonra həmin pulu öz ehtiyacına xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində o, Bakı şəhəri Binəqədi rayonu 9 A mikrorayonda Mir Cəlal küçəsində yerləşən hündür mərtəbəli binaların həyətlərində gəzişəndə iş axtarmaq üçün binaların girişində olan elanları oxuyarkən 9 mərtəbəli sonradan dəqiq ona məlum olan 9 saylı binanın blokuna daxil olub orada siqaret çəkmək üçün birinci mərtəbə ilə ikinci mərtəbəsinin arasında dayanmışdır. Siqareti çəkəndə birinci mərtəbənin sol tərəfində olan 27 saylı mənzilin qapısının açıq olduğunu və oradan bir uşaq girib pilləkənlərlə yuxarı mərtəbəyə qalxdığını, həmin vaxt qapının bağlanmadığını görərək, maddi vəziyyəti pis olduğuna görə və pula ehtiyacı olduguna görə həmin mənzildən oğlurluq etmək qərarına gəlmişdir. Mənzilin qapısının açıq olmasından istifadə edərək dərhal həmin mənzilə daxil olmuş, mənzilin ikinci yataq otağına keçərək orada paltar dolabında bir neçə ədəd qış paltarı, gödəkcələri və bir ədəd bijuteriyanı götürüb orada olan ruqzaqa dolduraraq, mənzili gəldiyi yolla da tərk etmişdir. Həmin vaxt o, mənzildə adam olduğunu bilsə də, lakin orada heç kimi görməmişdir. Həmin mənzildən o, qızıl və ya pul oğurlamamış, bijuteriyanı isə sonradan itirmişdir. xx xxxxxx 2019-cu il tarixdə Binəqədi RPİ-nin əməkdaşları onu saxlayıb, polis bölməsinə gətirmiş, sorğu-sual zamanı mənzillərdən oğurluq etdiyini etiraf etmiş, Binəqədi rayonu 9A mikrorayonu Mir Cəlal küçəsi 9 saylı binanın 27 saylı mənzilindən oğurladığı əşyalardan üzərində olan bir ədəd qara rəngli gödəkcə, bir ədəd qolsuz qara rəngli gödəkcə, bir ədəd gümüşü rəngli gödəkcə, bir ədəd qara rəngli dəri gödəkcəni va bir ədəd tünd göy rəngli çantanı (ruqzaqı) polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, bir daha oğurluq etməyəcəyini bildirərək məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 8 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 13 saylı evin 1-ci mərtəbəsində yerləşən 55 saylı mənzilindən çıxıb işə getmişdir. Təxminən saat 12 radələrində arvadı Şahid2 ona zəng edərək evə oğru girdiyini və yataq otağında olan komotun üzərindən əl çantasını götürməsi barədə məlumat vermişdir. O, tez bir zamanda evə gəlmiş, Nərmin bildirmişdir ki, saat 11 radələrində evdə mətbəxdə başı xörək bişirməyə qarışanda, azyaşlı oğlu 2011-ci il təvəlüdlü Rəsul mətbəxə gələrək, anasına evin içərisinə sarı saçlı bir qadının girdiyini demiş, bu zaman o, mətbəxdən çıxanda evin giriş qapısının açıq olduğunu görmüş, sonra yataq otağına keçəndə orada komotun üzərində olan içərisində 1 ədəd 50-lik, 10 ədəd 10-luq, qalanlar 5-lik və manatlıq əskinazlarda olmaqla 170 manat pul, ona, yəni Nərminə məxsus sürücülük vəsiqəsi, heç bir dəyəri olmayan müxtəlif endirim kartları olan 20 manat dəyərində pul qabının oğurlandığını aşkar etmişdir. Həmin vaxt böyük oğlu Rəşid, mağazaya getdiyi üçün unudaraq qapını açıq və aralı qoymuşdur. Sonra onlar həmin oğru qadını axtarsalar da, heç bir müsbət nəticə əldə olunmadığı üçün polisə ərizə ilə müraciət etmişlər. Ona ümumilikdə 190 manat məbləğində maddi ziyan dəymişdir. Polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirən zaman qonşuluqda yaşayan bir qadın polis əməkdaşlarına yaxınlaşıb, evin blokunun qarşısında xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində pul qabı tapdığını bildirmiş və həmin pul qabını polis əməkdaşlarına təhvil vermişdir. Həmin vaxt pul qabının içərisində sürücülük vəsiqəsi və kartlar olmuşdur. Bundan başqa, Bəhlul Cavadov, hadisə nəticəsində ona 190 manat maddi ziyan dəydiyini, oğurluğu kimin etdiyini bilmədiyini, heç kimdən şübhələnmədiyini qeyd etmişdir. O, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu 2-ci Alatava küçəsi ev 97 P-də qeydiyyatda olsa da 2 uşağı ilə birlikdə Binəqədi rayonu 9A mkr Mir Cəlal küçəsi ev 9 mənzil 27-də kirayədə yaşayır, bir hissəsini qadın salonu kimi istifadə edir. Evin içərisinə iki giriş var, arxa tərəfdən binaya giriş və küçə tərəfdən giriş. O, evin salon hissəsində olub işlərini görəndə salon tərəfdən olan giriş qapısı daimi açıq vəziyyətdə olur, evin arxa tərəfindən olan giriş qapısı isə bağlı vəziyyətdə saxlanılır. Yaşadığı və işlədiyi ev 4 otaqlıdır, o, uşaqları ilə birlikdə evdə olan iki yataq otağında qalır, digər otag isə birləşdirilib, qadın salonu kimi istifadə olunur. Özünə məxsus olan pullarını və qiymətli əşyalarını yatdığı yataq otağında saxlayır, qızılları va pulları yataq otağında asdığı paltarlarının içərisində gizlədir. xx xxxxxx 2019-cu il tarixda axşam saat 18 radələrində binanın 3-cü mərtəbəsində yaşayan qızın toy mərasimi ilə əlaqədar həmin qız ona müraciət edərək, makyaj etməsini xahiş etmişdir. O da həmin günü, yəni xx xxxxxx 2019-cu il tarixdə saat 15.00-dan 18.00-a qədər olan müddətdə evin arxa qapısını qızın qohumları ilə birlikdə salona rahat girib-çıxa bilməsi üçün açıq vəziyyətdə saxlamışdır. Həmin günü saat 18 radələrində həmin qızla işini bitirmiş və qız toyuna getmiş, o da arxa qapını içəridən bağlamışdır. Saat 20 radələrində o, işini tam bitirib, saxladığı pulların yerində olubolmamasını yoxlamaq üçün yataq otağına keçmiş, orada ona məxsus bir ədəd 800 manat dəyərində qara xəzin, 700 manat dəyərində bir ədəd qara rəngli «şinşila» jiletkasının, bir ədəd 30 manat dəyərinda tünd göy rəngli əl çantasının (ruqzaq), bir ədəd qızılı-gümüşü qarışıq rəngli 250 manat dəyərində olan pencəyinin, bir ədəd 220 manat dəyərində olan pencəyinin, qara rəngli pencəyinin cibindən məzənnə ilə 9100 manat təşkil edən 5352 ABŞ dolları məbləğində pulunun, həmin pencəyinin digər cibindən isə bir ədəd 450 manat dəyərində qızıldan olan 750 əyyarlı 06 qram çəkidə olan «Chopart» qolbağınının, 100 manat dəyərində 750 əyyarlı 02 qram çəkidə olan bir taykeş qızıl sırğanının, 200 manat dəyərində bir ədəd 750 əyyarlı 4 qram çəkidə qızıl boyunbağınının, 50 manat dəyərində bir ədəd 750 əyyarlı 01 qram çəkidə olan əzilmiş «Nal» qızıl kulonun, bir ədəd 20 manat dəyərində sarı metaldan olan (bijuteriya) qolbağının oğurlandığını aşkar etmiş, dərhal 7-ci polis bölməsinə müraciət etmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir, o, şikayətçidir və təqsirləndirilən şəxsin cəzalanmasını istəyir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid2 məhkəmə baxışı zamanı elan edilmiş ifadəsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə əri yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 13 saylı evin 1-ci mərtəbəsində yerləşən 55 saylı mənzilindən çıxıb işə getdikdən sonra o, iki azyaşlı uşaqları ilə mənzildə qalmışdır. Təxminən saat 11 radələrində o, mətbəxdə olarkən oğlu Rəşidi çörək alması üçün marketə göndərmişdir. Bir az keçmiş azyaşlı 8 yaşlı oğlu Rəsul mətbəxə gəlib, evdə bir sarı saçlı qadın olduğunu demişdir. O, dərhal mətbəxdən çıxanda dəhlizədə evin qapısının yarı açıq vəziyyətdə olduğunu görərək, 12 yaşlı oğlu Rəşidin mağazaya gedərkən qapını örtməyi unutduğunu başa düşmüşdür. Sonra o, yataq otağına baxanda komotun üzərindən içərisində 170 manat nağd pul, ona məxsus sürücülük vəsiqəsi, heç birinin dəyəri olmayan “Glencik türk uşaq” endirim kartı, “ucuzluq” kartı, “Xətai” klinikasının viza kartı, “X8”, “İdeal”, “Smart butik” kartı, “Pudra” kartı olan pul qabının olmadığını görüb, axtarsa da tapmamış, dəhlizə də baxanda orada da heç kimi görməmişdir. Bundan sonra, o, ərinin mobil telefonuna zəng edib ona bu barədə məlumat vermiş, bir qədər keçmiş əri evə gəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə əri polis bölməsinə şikayət etdikdən sonra polislər evə gəlib, baxış keçirən zamanı evin qarşısında qonşuluqda yaşayan bir qadın polis əməkdaşlarına yaxınlaşaraq, əlində onlara məxsus olan pul qabını təqdim edərək həmin pul qabını xx xxxxxx 2019-cu il tarixdə evdən küçəyə çıxanda blokun qarşısında tapıb götürdüyünü bildirmişdir. Pul qabının içərisində ona məxsus sürücülük vəsiqəsi və müxtəlif endirim kartları olsa da 170 manat pul olmamışdır. Həmin oğru qadın onun azyaşlı uşağının gözü qarşısında pul qabını oğurlamışdır. Rəsul həmin sarı saçlı qadının evdən pul qabını oğurlamasını başa düşdüyü üçün evdə kənar adamın olmasını ona bildirmişdir. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokldan Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 00.30-da tutulmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X7 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2019-cu il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs OPİ(tiryək) aşkar olunmuşdur. İş materiallarında olan “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 180.2.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan Bakışəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-922/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Binəqədi Rayon Prokurorluğunun ********* saylı cinayət iş üzrə Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilərək, Təqsirləndirilən şəxs barəsində 03(üç) ay müddətə həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən 00:30-dan hesablanmasıqərara alınmşdır. İş materiallarında olan “Cinayət işlərinin birləşdirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin ********* saylı cinayət işinə birləşdirilərək ibtidai istintaq ********* say altında davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs2 Qədir qızı zərərçəkmiş şəxs qismində tanıqmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” xx.xx.2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 180.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddə ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.2.3, 177.2.3, 177.2.4-cü maddələrindən həmin Məcəllənin 180.2.3, 170.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan “İbtidai istintaq müddətinin uzadılması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 180.2.3, 170.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə ibtidai istintaq müddəti 01(bir) ay, yəni xx xxxx 2020-ci il tarixə qədər uzadılmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 180.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Binəqədi RPİ-nin İŞ-də saxlanılan gödəkcə və çantanı Zərərçəkmiş şəxs2 təhvil almışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Binəqədi RPİ-nin İŞ-də saxlanılan sürücülük vəsiqəsi, bir ədəd pul kisəsi və kartları Zərərçəkmiş şəxs1 təhvil almışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Axtarışda olanın tutulmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Binəqədi RPİ-nin 7-ci PB-yə gətirilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təsirli bilinib 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 29178 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istifadədə olmuş istehsal yerinə, istehsal ilinə və markalanmasına dair heç bir məlumat olmayan 19x11 sm ölçülü süni dəri materialdan hazırlanmış qırmızı rəngli pul kisəsinin 2019-cu il noyabr ayına olan orta bazar qiyməti təxminən 5,0 manat müəyyən edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2019cu il tarixli, 29178 saylı ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 22 №li rəyindən görünür ki, müayinə Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 31540 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, bazarlarda və mağalarda mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına müəyyən edilmiş tədqiqat obyektlərinin, xx xxxxxx 2019-cu il tarixə, respublikadaxili orta bazar satışı ümumi qiyməti təxminən 420,00 manat müəyyən edilir. Həmin tədqiq edilən tədqiqat obyektlərinin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2020ci il tarixli, 31540 saylı ekspert tədqiqatının dəyəri 75 (yetmiş beş) manat təşkil etmişdir. İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və qərarın ona elan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş DİN-in Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən məlum olur ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1 və 69.4-cü maddələrinə əsasən 10 faizi dövlət nəfinə tutulmaqla 05 ay 18 gün islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsinə əsasən, 3500 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Babək rayon İcra və Probaysiya şəbəsi tərəifndən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli məktubdan məlum olur ki, X2 Azərbaycan Respublikası CMnin 243.1-ci maddəsi ilə təyin edilmiş 3500 manat cərimə cəzası Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli qərarına əsasən cərimə cəzasında azad edilmişdir. İş materiallarında olan ərizədən məlum olur ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur, barışmışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 180.2.3, 177.2.3, 177.2.4-cü maddələrindən həmin Məcəllənin 180.2.3, 170.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3, 170.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona yenidən ittiham elan edilməsi və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs talama yolu ilə ələ keçirdiyi bir ədəd pul qabı, bir ədəd qara rəngli gödəkcə, bir ədəd qolsuz qara rəngli gödəkcə, bir ədəd gümüşü rəngli gödəkcə, bir ədəd qara rəngli dəri gödəkcə və bir tünd göy rəngli çantanın iş üzrə maddi sübut kimi tanınması və zərərçəkmiş şəxslərə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan Binəqədi RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Mehman Ələsgərov tərəfindən verilmiş arayışdan görünür ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs talama yolu ilə ələ keçirdiyi bir ədəd pul qabı zərərçəkmiş Zərərçəkmiş şəxs1, bir ədəd qara rəngli gödəkcə, bir ədəd qolsuz qara rəngli gödəkcə, bir ədəd gümüşü rəngi gödəkcə, bir ədəd qara rəngli dəri gödəkcə və bir ədəd tünd göy rəngli çanta Zərərçəkmiş şəxs2 qaytarılmış, Zərərçəkmiş şəxs1 175 manat maddi ziyan dəymiş, ziyanın 5 manatı ödənilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs2 10339 manat 40 qəpik maddi ziyan dəymiş, ziyanın 420 manatı ödənilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnun törətmiş olduğu cinayət əməli özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinin materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 180.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin məqsədlərini təmin etmiş olur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli Plenum Qərarının 4-cü bəndini qeyd etməyi zəruri hesab edir. Belə ki, qərarda qeyd olunmuşdur ki, özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməldir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbirlər görmüşlərsə (məsələn, hüquqazidd hərkətlərin dayandırılmasını tələb etmişlərsə) bu zaman təqsirli şəxs Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf etməsini, zərərçəkmiş şəxslərdən biri ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasıonun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 180.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, təyin edilmiş cəzalar həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq üzərində qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün müddəti ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd pul qabı zərərçəkmiş Zərərçəkmiş şəxs1, bir ədəd qara rəngli gödəkcə, bir ədəd qolsuz qara rəngli gödəkcə, bir ədəd gümüşü rəngli gödəkcə, bir ədəd qara rəngli dəri gödəkcə və bir ədəd tünd göy rəngli çanta Zərərçəkmiş şəxs2 qaytarılması, Zərərçəkmiş şəxs1 dəymiş 175 manat maddi ziyanın 5 manatının, Zərərçəkmiş şəxs2 dəymiş 10.339 manat 40 qəpik maddi ziyanın 420 manatının ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 125 (yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN 700326621, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005, VÖEN **********, müxbir-hesab AZ41NA BZ********************, SWİFT-BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4 maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 03 ay ona təyin edlmiş cəzadan çıxılaraq üzərində 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ümumi” rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 125 (yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd pul qabı zərərçəkmiş Zərərçəkmiş şəxs1, bir ədəd qara rəngli gödəkcə, bir ədəd qolsuz qara rəngli gödəkcə, bir ədəd gümüşü rəngli gödəkcə, bir ədəd qara rəngli dəri gödəkcə və bir ədəd tünd göy rəngli çanta Zərərçəkmiş şəxs2 qaytarılması, Zərərçəkmiş şəxs1 dəymiş 175 manat maddi ziyanın 5 manatının, Zərərçəkmiş şəxs2 dəymiş 10.339 manat 40 qəpik maddi ziyandan 420 manatının ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-218/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-218/2020
25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver