Məhkəmə qərarları › İş №1(001)-218/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-218/2021

22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-218/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1996-cı ildə Ağdam rayonu Əfətli kəndində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 22, mənzil 12-də qeydiyyatda olan və Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, qəbiristanlığın yaxınlığı, fərdi tikili evdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə, xx.xx.1993-cü ildə Ağdam rayonu Əfətli kəndində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Ağdam rayonu Əfətli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, qəbiristanlığın yaxınlığı fərdi tikili evdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 180.2.1, 180.2.3, 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 03.11.2020-ci il tarixdə, saat 15:00-da Bakı şəhəri ünvan 1 evin 1-ci mərtəbəsində yerləşən gündəlik ödənişlə kirayədə yaşadıqları otaqda olan zaman əvvəlcədən aralarında olan razılışmaya əsasən evin sahibi Zərərçəkmiş şəxs otaqda qaz borusunda problem olması adı ilə çağırıb orada sonuncu qaz borusunu yoxlayan zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaşadığı evin ikinci mərtəbəsinə qalxmaq üçün dəmir barmaqlıq qapının açarını sonuncunun razılığı ilə götürsə də, S.Məmmədov onunla birlikdə getmək istədiyini bildirdikdə Təqsirləndirilən şəxs1 bir qədər əvvəl orada ayaqqabılarının qalmasını bəhanə edib Zərərçəkmiş şəxs çarpayının üzərinə itələməklə həyat və sağlamlığı üçün təhlükəli olmayan fiziki zor tətbiq etmiş, o isə, sonuncunun qarşısında dayanıb Təqsirləndirilən şəxs1 ayaqqabısını geyinib düşməsini deyərək evin ikinci mərtəbəsinə qalxmasına mane olmuş, Təqsirləndirilən şəxs1 həmin vaxt evin ikinci mərtəbəsində sağdan birinci otağın girişində olan saxlanc yeri hesab olunan dəmir seyfin qıfılını dəmir armatur qırıntısı ilə qıraraq saxlanc yerinə qanunsuz daxil olmaqla orada olan 3 400 manat dəyərində 100 manatlıq əskinazları, 01 ədəd 10 manatlıq əskinazı və həmin günə Mərkəzi Bankın məzənnəsi ilə 1 manat 70 qəpik hesablanmaqla 1 190 manat təşkil edən 700 ABŞ dollarını açıq talayaraq zərərçəkmiş S.Məmmədova, ümumilikdə 4 600 azn maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 03.11.2020-ci il tarixdə, saat 15:00-da Bakı şəhəri, ünvan 1 evin 1-ci mərtəbəsində yerləşən gündəlik ödənişlə kirayədə yaşadıqları otaqda olan zaman əvvəlcədən aralarında olan razılışmaya əsasən evin sahibi Zərərçəkmiş şəxs otaqda qaz borusunda problem olması adı ilə çağırıb orada sonuncu qaz borusunu yoxlayan zamanı o, Zərərçəkmiş şəxs yaşadığı evin ikinci mərtəbəsinə qalxmaq üçün dəmir barmaqlıq qapının açarını sonuncunun razılığı ilə götürsə də, Zərərçəkmiş şəxs onunla birlikdə getmək istədiyini bildirdikdə Təqsirləndirilən şəxs1 bir qədər əvvəl orada ayaqqabılarının qalmasını bəhanə edib Zərərçəkmiş şəxs çarpayının üzərinə itələməklə həyat və sağlamlığı üçün təhlükəli olmayan fiziki zor tətbiq etmiş, Təqsirləndirilən şəxs2 isə, sonuncunun qarşısında dayanıb Təqsirləndirilən şəxs1 ayaqqabısını geyinib düşməsini deyərək evin ikinci mərtəbəsinə qalxmasına mane olmuş, Təqsirləndirilən şəxs1 həmin vaxt evin ikinci mərtəbəsində sağdan birinci otağın girişində olan saxlanc yeri hesab olunan dəmir seyfin qıfılını orada olan dəmir armatur qırıntısı ilə qıraraq saxlanc yerinə qanunsuz daxil olmaqla orada olan 3 400 manat dəyərində 100 manatlıq əskinazları, 10 manat və həmin günə Mərkəzi Bankın məzənnəsi ilə 1 manat 70 qəpik hesablanmaqla 1 190 manat təşkil edən 700 ABŞ dollarını açıq talayaraq zərərçəkmiş S.Məmmədova ümumilikdə 4 600 azn maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 180.2.1, 180.2.3, 180.2.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin oktyabr ayının ortalarında yaşadığı evdə ailə üzvləri ilə arasında narazılıq yarandığı üçün evdən çıxmış və bir iki gün dost tanışlarla bir yerdə onların kirayədə yaşadıqları evdə gecələmişdir. Sonra əmisi oğlu Təqsirləndirilən şəxs1la əlaqə saxlamış və onunla görüşmüşdür. Onunla bir yerdə onun kirayələdiyi Memar Əcəmi metrostansiyası yaxınlığında bina evində kirayədə qalmışdır. Sonra həmin evdən çıxmış və o, Təqsirləndirilən şəxs1 bir müddət öncə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən evdə kirayədə yaşadığını bildirmişdir. Həmin evin birinci mərtəbəsində gündəlik ödənişlə qalmış, ora getmələrini təklif etmişdir. Təqsirləndirilən şəxs1la, təxminən 26.10.2020-ci il tarixdə həmin evə getmişlər. Ev sahibi Zərərçəkmiş şəxs yaşlı ağsaqqal adamdır. Zərərçəkmiş şəxsla danışaraq onlara gündəlik qalmaq üçün ev verməsini istəmişlər. Zərərçəkmiş şəxs onlara evin 1-ci mərtəbəsində yerləşən otaqlardan birini göstərmişdir. Onlar gündəlik fərdi 5 manat ödəniş edəcəkdilər. O, əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin evin otağında qalmaq üçün Zərərçəkmiş şəxs gündəlik 10 manat ödəməli idilər. Zərərçəkmiş şəxs onlardan şəxsiyyət vəsiqəsi istədikdə sənədlərinin iş yerində olmasını, iş yerindən götürüb ona verəcəklərini bildirmişlər. Həmin gündən Sulutəpə qəsəbəsində Zərərçəkmiş şəxs məxsus bayırdan görünüşü aqlayl daşla əhatə olunmuş 2 mərtəbəli evin 1-ci mərtəbəsindəki 10 otaqdan birində yaşamağa başlamışlar. Evdən çıxıb harasa gedəndə Zərərçəkmiş şəxs özünə dükandan nəsə sifariş edirdisə o, həmin şeyləri alaraq sonucuya aparıb verərəkən ödənişini istəməmişdir. Ancaq kirayə qaldıqları evin bir gün pul ödənişini edə bilməyəndə Zərərçəkmiş şəxs onlarla sərt danışmış, nalayiq ifadə işlətmiş və narazılıq etmişdir. Həmin ərəfələrdə heç birinin işi olmamışdır. Ona görə də Zərərçəkmiş şəxs evində gündəlik qalmaqlarının kirayə haqqını ödəyə bilməmişlər. Evdə yaşadıqları günlərdə Zərərçəkmiş şəxs evinin ikinci mərtəbəsində tək qalmasının şahidi olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs evin həyətindən evin ikinci mərtəbəsinə qalxan pilləkanın qurtaracağına dəmir barmaqlılqa qapını bağlayırmış, həmin dəmir barmaqlığın kilidi olmuş, sonucu gündəlik olaraq evin birinci mərtəbəsində qalan şəxslərdən ödəniş toplamışdır. Əmisi oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs evdə pulu olmasını düşündüyünü ona demişdir. Beləcə həmin pulları əldə etməyi ağlından keçirirmiş, 02.11.2020-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evin ikinci mərtəbəsində evin çilçırağının işıqlandırmasını dəyişməyi Təqsirləndirilən şəxs1 xahiş etmiş, sonuncu həmin gün çilçırağın işıqlanmasını düzəldib aşağı evə, yəni kirayə qaldıqları otağa düşəndə Zərərçəkmiş şəxs evinin ikinci mərtəbəsinə qalxanda dəmir barmaqlıqdan içəri daxil olanda ətrafa göz gəzdirdiyini, sağdan birinci otağın qapısını Zərərçəkmiş şəxs açdığını gördüyünü və orada seyf olduğunu müşahidə etdiyini ona demişdir. Təqsirləndirilən şəxs1 bir bəhanə ilə yuxarı qalxması üçün ayağına başmaq geyindiyini danışmışdır. Ayaqqabısı isə evin ikinci mərtəbəsinin eyvan kimi olan hissəsində qalmışdır. Təqsirləndirilən şəxs1 seyfdə Zərərçəkmiş şəxs pulu olduğunu və onu oradan götürməyin bir yolunu düşünəcəyini bildirmişdir. 03.11.2020-ci il tarixdə, saat 15:00-da həmin evin birinci mərtəbəsində kirayədə qaldıqları evdə olan zaman Zərərçəkmiş şəxs yaşadığı otağa çağıraraq həmin otaqda olan borulara qaz gəlmədiyini ona demişlər. Sonra Zərərçəkmiş şəxs əlində qaz açarı ilə otağa gəlmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs “açarları mənə ver yuxarıda mənim ayaqqabılarım qalıb onları götürüm” demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ayaqqabılarının yuxarıda nə gəzdiyini soruşduqda sonuncu bir gün öncə çilçırağın işıqlanmasını düzəldən zaman ayaqqabısını soyunub verdiyi başmağı geyindiyini izah etdikdə Zərərçəkmiş şəxs bunu xatırlamış və açarı Təqsirləndirilən şəxs1 versə də ona gözləməsini, birlikdə qalxacaqlarını demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 çağıranda sonuncu otağa daxil olub onu çarpayı tərəfə itələmiş və ona “Saleh kişi yuxarı qalxanda qabağında dur ona heç nə eləmə sadəcə yuxarı qalxmağa mane ol” demişdir. Təqsirləndirilən şəxs1 evin ikinci mərtəbəsinə qalxmış, bu zaman Zərərçəkmiş şəxs ona yaxınlaşmış və Təqsirləndirilən şəxs1 da söyərək “başıma nə oyun açırsız” deyərək otaqdan çıxmağa çalışmış, o, Zərərçəkmiş şəxsla birlikdə otaqdan çıxmış və sonuncunun qoluna girib “Saleh dayı heç bir oyun açmırıq. Orxan ayaqqabısını götürüb düşür” demişdir. Zərərçəkmiş şəxs ona qabağından çəkilməsini dedikdə o, təxminən 1 dəqiqəyə yaxın sonuncuya yuxarı qalxmağa mane olmağa və onun başını söhbətə qatıb heç bir oyun çıxarmadıqlarını demişdir. Beləcə Təqsirləndirilən şəxs1 tez pilləkanla aşağı düşmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 tərəf gedərək “yuxarıda nə iş gördün gəl qalxaq yuxarı hardan nə götürdün?” soruşmuş, həmin vaxt sonuncu ona qaçmalarını demişdir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs1 yuxarı mərtəbəyə çağıraraq nə oğurladığını soruşmuşdur. O, Təqsirləndirilən şəxs1la evdən çıxmış və yola doğru qaçmışlar. Sonra tanımadıqları və markasını xatırlamadıqları bir taksi avtomobil ilə oradan Günəşli istiqamətində getmişlər. 7 manat yol haqqı vermişlər və avtomobildən düşərək Təqsirləndirilən şəxs1la qalmaq üçün yer axtarmışlar. Bundan sonra birlikdə pulları saymışlar, dollar və manatla birlikdə 4 600 manat pul olmuşdur. Həmin puldan təxminən 1000 manata yaxın məbləği Təqsirləndirilən şəxs1 ona vermiş və qalan pulun ona çatacağını demişdir. Bundan sonra Qaraçuxur qəsəbəsində qəbiristanlığın yaxınlığında fərdi evi kirayələmişlər və orada Təqsirləndirilən şəxs1la birlikdə qalmışlar. Bir müddət sonra ayrılmışlar və ayrı ünvanda qalmışlar, sonra Təqsirləndirilən şəxs1 xəbəri olmamışdır. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 yuxarı mərtəbəyə qalxmazdan öncə Zərərçəkmiş şəxs çarpayı tərəfə itələmiş və sonuncu çarpayının üzərinə yıxılaraq-uzanmışdır. O isə Zərərçəkmiş şəxs heç bir zor tətbiq etməmişdir. Zərərçəkmiş şəxs çarpayıdan qalxıb otaqdan çıxanda həyət tərəfdə onun qarşısında dayanmışdır. Zərərçəkmiş şəxs “bala nə oyun çıxarırsınız?» deyə soruşduqda o, “Saleh dayı heç bir oyun çıxarmırıq. Narahat olma gəl keçək otağa qazın vintilinə bax” deyərək onun başını söhbətə qatmaq istədikdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 yuxarıdan nəsə oğurlamaq istədiyini başa düşmüşdür. O, Zərərçəkmiş şəxs yuxarı qalxmağa imkan verməməyə çalışmışdır. Ancaq bunu heç bir zor tətbiq etmədən sadəcə qarşısında dayanıb söhbət edib başını qatmaqla etmişdir. Təxmini 1 dəqiqəyə az qalmış Təqsirləndirilən şəxs1 pilləkanla aşağı düşmüş, Təqsirləndirilən şəxs1la birlikdə evin həyətindən çıxıb qaçmışlar. Zərərçəkmiş şəxs onlara “qaçma, dayan, pullarımı qaytarın deyə” qışqırsa da həmin vaxt onlar hadisə yerindən uzaqlaşmışlar. Zərərçəkmiş şəxs nə o, nə də əmisi oğlu Təqsirləndirilən şəxs1 heç bir fiziki zor tətbiq etməmiş, ona xəsarət yetirməmiş, onu vurmamışlar. Onlar, Zərərçəkmiş şəxs əl-qolunu bağlamamış, onu otaqda tək qoyaraq qapını bağlamamış, ona heç bir fiziki zor tətbiq etməmişlər. Bundan başqa hadisə zamanı Təqsirləndirilən şəxs1 seyfdə 12 800 manat nə də digər məbləğdə ABŞ dolları deyil, ümumilikdə ABŞ dolları və 100 və 50 manatlıq əskinaslarla birlikdə 4 600 manat pulu götürmüşdür. 2020-ci ilin noyabr ayının əvvəli polis əməkdaşları tərəfindən saxlanılmış və o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Zərərçəkmiş şəxs dəymiş zərər 4 600 manat pulu tam şəkildə ödəmişlər. Hazırda törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 180.2.1, 180.2.3, 180.2.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, M.Əcəmi metrosu yaxınlığında kirayədə yaşamış, sonra bir gün Təqsirləndirilən şəxs2 evdə problemləri olduğundan bir müddət onunla qalmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin evdə yaşamışlar. Sonra həmin evdə kirayə haqqını ödəyə bilmədikləri üçün evdən çıxmışlar. Təqsirləndirilən şəxs2 ona bir müddət öncə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən evdə kirayədə yaşadığını, həmin evin birinci mərtəbəsində gündəlik ödənişlə qaldığını bildirmiş və ona həmin ünvana getmələrini təklif etmişdir. Beləcə o, Təqsirləndirilən şəxs2 ilə təxminən 26.10.2020-ci il tarixdə həmin evə getmişdir. Ev sahibi Zərərçəkmiş şəxs yaşlı ağsaqqal şəxsdir. O və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə danışıb gündəlik kirayədə qalmaq üçün otaq istəmişlər, sonuncu onlara evin 1-ci mərtəbəsində yerləşən otaqlardan birini göstərmiş, onlar birlikdə gündəlik fərdi 5 manat ödəniş etməklə həmin evdə yaşamağa başlamışlar. Yəni o, həmin evin otağında qalmaq üçün Zərərçəkmiş şəxs gündəlik 10 manat verəcəkmiş, sonuncu onlardan şəxsiyyət vəsiqəsi istədikdə o, sənədlərinin iş yerində qaldığını, bir-iki gün sonra işdən götürərək təqdim edəcəyini bildirmişdir. Həmin gündən Sulutəpə qəsəbəsində Zərərçəkmiş şəxs məxsus bayırdan görünüşü aqlay daşla əhatə olunmuş 2 mərtəbəli evin 1-ci mərtəbəsindəki 10 otaqdan birində yaşamağa başlamışlar. Evdən çıxıb harasa gedəndə Zərərçəkmiş şəxs özünə dükandan nəsə sifariş edirdisə o, həmin şeyləri alaraq sonuncuya aparıb verərəkən ödənişini istəməmişdir. Ancaq kirayə qaldıqları evin bir gün pul ödənişini edə bilməyəndə Zərərçəkmiş şəxs o və əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə sərt danışmış, nalayiq ifadə işlətmiş və narazılıq etmişdir. Həmin ərəfələrdə nə o, nə də Təqsirləndirilən şəxs2 işləmədiyindən kirayə haqqını ödəyə bilməmişlər. Zərərçəkmiş şəxs evin həyətindən evin ikinci mərtəbəsinə qalxan pilləkanın qurtaracağında dəmir barmaqlıqla qapını bağlayırmış, həmin dəmir barmaqlığın kilidi olmuş, sonuncu gündəlik olaraq evin birinci mərtəbəsində qalan şəxslərdən ödəniş toplamışdır. O, Zərərçəkmiş şəxs evində pul toparlayaraq saxladığını düşünmüşdür. Beləcə həmin pulları əldə etməyi ağlından keçirmişdir. 02.11.2020-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evin ikinci mərtəbəsində evin çilçırağının işıqlandırmasını dəyişməyi xahiş etmişdir. Beləcə o, Zərərçəkmiş şəxsla birlikdə evin ikinci mərtəbəsinə qalxmış, evin ikinci mərtəbəsində dəmir barmaqlığı Zərərçəkmiş şəxs açarla kilidi açaraq orada olan çilçırağı ona göstərmiş, beləcə o, həmin vaxt ətrafa göz gəzdirmişdir. Evin ikinci mərtəbəsinin eyvanına daxil olduqda sağ tərəfdə birinci otağın qapısının açıq olduğunu və orada balaca ağ rəngli boyası olan dəmir seyf görmüşdür. Zərərçəkmiş şəxs yığdığı pulları orada saxladığı ehtimalını yəqin etmişdir. Zərərçəkmiş şəxs ona taxta stul vermiş və o, ayaqqabısını çıxarıb orada olan başmağı geyinib stulun üzərinə qalxmışdır. Çilçıraqda olan işıqlandırmanı düzəldəndə Zərərçəkmiş şəxs eyvanda, nə də digər otaqlarda işıqlandırmanı qoşmadığına diqqət etmişdir. Hansı otaqda olarsa yalnız həmin otağın işığını yandırarmış və əlində fanarla digər otaqlara nəsə lazım olanda gəlib-gedərmiş. İşıqlandırmanı düzəltdikdən sonra Zərərçəkmiş şəxs evindən geydiyi başmaqla birlikdə evin birinci mərtəbəsinə düşmüşdür və ayaqqabısı da evin ikinci mərtəbəsindəki eyvanda qalmışdır. Həmin gün kirayədə qaldığı otaqdan əmisioğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə məhəlləyə çıxmış dükana gedib qayıtmışdır və piyada gəzərək bu barədə söhbətləşmişdir. Evin ikinci mərtəbəsində dəmir barmaqlıqdan içəri daxil olanda sağdan birinci otaqda ağ rəngli dəmir seyf gördüyünü Təqsirləndirilən şəxs2 bildirmişdir. Beləcə Təqsirləndirilən şəxs2 həmin seyfdə olan pul və ya nə varsa götürməyin bir yolunu düşünəcəyini demişdir. 03.11.2020-ci il tarixdə, saat 15:00-da həmin evin birinci mərtəbəsində kirayədə qaldığı evdə olan zaman Zərərçəkmiş şəxs yaşadığı otağa çağıraraq həmin otaqda olan borulara qaz gəlmədiyini ona demiş, sonra Zərərçəkmiş şəxs əlində qaz açarı ilə otağa gəlmiş, bu zaman o, Zərərçəkmiş şəxs çilçırağın işıqlandırmasını dəyişdiyi gün ayaqqabılarının yuxarıda qalmasını bu səbəbdən qalxıb onları götürməsi niyyəti ilə açarı ondan istəmişdir. Sonra Zərərçəkmiş şəxs ona “gözlə birlikdə qalxarıq” demiş, sonuncuya tələsdiyini deyərək və təcili ayaqqabılarını götürəcəyini bildirdikdə Zərərçəkmiş şəxs açarı pencəyinin cibindən çıxarıb ona təqdim etmiş və sonra bir yerdə qalxmaları üçün gözləməsini demişdir. Açar onda olmuş, o, Zərərçəkmiş şəxs gözləməmiş və yuxarı qalxarkən sonuncu onu çağırmış, o, otağa daxil olaraq Zərərçəkmiş şəxs çarpayı tərəfə itələmiş, Təqsirləndirilən şəxs2 “Saleh kişi yuxarı qalxanda qabağında dur ona heç nə eləmə sadəcə yuxarı qalxmağa mane ol” demişdir. Evin ikinci mərtəbəsinə qalxaraq dərhal evin sağdan birinci otağının qapısını açıb içəri daxil olmuşdur. Orada dəmir seyfi gördükdə vaxt itirmədən seyfin qıfılını açmağa çalışmışdır. Qıfıl açılmadıqda orada olan qısa ölçüdə dəmir armaturla seyfin qıfılına təzyiq edincə qıfıl açılmışdır. Həmin vaxt orada 50, 100 manatlıq əskinazlar və bir neçə də 100 ABŞ dolları olduğunu görmüşdür. Pullara baxan zaman aşağı mərtəbədə Zərərçəkmiş şəxs onun gec düşməyindən şübhələndiyini və əmisioğlu Təqsirləndirilən şəxs2 “bala, qabağımdan çəkil” dediyini eşitmişdir. Beləcə dərhal pulları götürüb cibinə qoymuşdur. Seyfdə olan pullar təxmini hesabıyla 4000 manatdan bir qədər çox olmuşdur. Pilləkanla aşağı düşəndə Zərərçəkmiş şəxs ona “qaz borusu xarab olmayıb sən yuxarıda nə edirdin?” deyə sual verərək qarşısına keçmiş, Təqsirləndirilən şəxs2 də Zərərçəkmiş şəxs başını qatıb onun qoluna girib fikrini qataraq oradan rahatlıqla çıxmaları üçün şərait yaratmışdır. Sonra dərhal Təqsirləndirilən şəxs2 ilə oradan çıxaraq uzaqlaşmışlar. Zərərçəkmiş şəxs uca səslə onlara qaçmamaqlarını, pulları qaytarmalarını demişdir. Beləcə Təqsirləndirilən şəxs2 ilə evdən çıxaraq yola doğru getmiş, sonra tanımadıqları və markasını xatırlamadıqları bir taksi avtomobil ilə oradan Günəşli istiqamətində getmişlər. 7 manat yol haqqı vermiş və avtomobildən düşərək Təqsirləndirilən şəxs2 ilə qalmaq üçün yer axtarmışlar. Bundan sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə pulları saymış, ABŞ dolları və manatla birlikdə 4 600 manat pul olmuşdur. Həmin puldan təxminən 1000 manata yaxın məbləği Təqsirləndirilən şəxs2 vermiş, bundan sonra Qaraçuxur qəsəbəsində qəbiristanlğın yaxınlığında fərdi evi kirayələmişlər və orada Təqsirləndirilən şəxs2 ilə birlikdə qalmışlar. Bir müddət sonra Təqsirləndirilən şəxs2 onunla sağollaşmış və ayrı ünvanda qalmışdır, sonra sonuncudan xəbəri olmamışdır. O, ifadəsinə əlavə olaraq bir daha bildirmişdir ki, yuxarı mərtəbənin giriş hissəsində olan dəmir barmaqlığın kilidinin açarını Zərərçəkmiş şəxs tələsik götürüb yuxarı mərtəbəyə qalxmış və evin sağdan birinci otağının qapısını açmış, seyfi görmüş və seyfin qıfılını seyfin yanında olan armatur qırıntısı ilə qırmışdır. Zərərçəkmiş şəxs yuxarı qalxmaq istəyəndə onu çarpayının üzərinə itələmiş və Təqsirləndirilən şəxs2 ona yuxarı qalxmağa mane olmağa çalışmış, başını söhbətə qataraq heç bir narahatçılıq olmadığını onun ayaqqabısıını geyinərək düşəcəyini Zərərçəkmiş şəxs demiş, nə Təqsirləndirilən şəxs2 nə də o, Zərərçəkmiş şəxs vurmamış, xəsarət yetirməmişdir. Sadəcə Təqsirləndirilən şəxs2 onu yuxarı qalxmağa təxminən 20- 30 saniyə mane olmuşdur. Təqsirləndirilən şəxs2 mane olma hərəkətləri Zərərçəkmiş şəxs qarşısında dayanıb, başını söhbətə qataraq pilləkanla yuxarı qalxmağına imkan verməməkdən ibarət olmuşdur. Sonra o, yuxarıda seyfdə olan pulları, 50, 100 azn və 100 ABŞ dolları olan əskinzaları götürüb aşağı düşmüşdür. Zərərçəkmiş şəxs ona doğru gələndə Təqsirləndirilən şəxs2 ilə birlikdə evin həyətindən çıxıb qaçmışlar. Zərərçəkmiş şəxs onlara “qaçma, dayan, pullarımı qaytarın deyə” qışqırsa da hadisə vaxtı evdə onlardan başqa heç kim olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs qaz açarı ilə birlikdə onun yaşadığı otağa daxil olan zaman otağın qapısını bağlamamışlar, sonuncunun qollarından tutub onu çarpayıya uzatmamış, onun qollarını və ayaqlarını bağlamamışlar. Onun pencəyinin cibindən açarları götürməmişlər. Evin ikinci mərtəbəsindəki dəmir seyfdə 12 800 azn və 3 360 ABŞ dolları olmamışdır. Əslində seyfdən 4 600 azn dəyərində 50, 100 manatlıq əskinazlar və 100 ABŞ dolları pulları olmuş və o, həmin pulları seyfdən götürmüşdür. O, 3 600 manat pulu şəxsi ehtiyaclarına xatırlamadığı yerdə yerləşən kafelərdə yemək və spirtli içkiyə xərcləmişdir. Kirayədə qaldığı evin sahibinin anket məlumatlarını bilməmiş, həmin ev Qaraçuxur tərəfdə yerləşsə də cinayət nəticəsində əldə etdiyi puldan kirayə haqqı verdiyi ev başqa ev olmuş, həmin evin yerini xatırlamamışdır. Evin yerini xatırlamadığı üçün göstərə bilməyəcəyini bildirmişdir. 2020-ci ilin noyabr ayının əvvəli polis əməkdaşları tərəfindən saxlanılmış və o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Zərərçəkmiş şəxs dəymiş zərər 4 600 manat pulu tam şəkildə ödəmişlər. Hazırda törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş CMin 180.2.1, 180.2.3, 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. 31 may 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 02.11.2020-ci il tarixdə yaşadığı evdə evin ikinci mərtəbəsində olan çilçırağın işıqlandırmasını dəyişməkdən ötrü evin birinci mərtəbəsində kirayədə qalan Ağdamlı oğlanlardan uzunboy olanını çağırmış, sonradan Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxsi yuxarıya dəvət etmiş, həmin oğlan evin ikinci mərtəbəsinə qalxmış, dəmir barmaqlıq olan eyvan tərəfdə çilçırağın işıqlandırmasını dəyişməkdən ötrü sonuncuya stul vermişdir. Sonra Təqsirləndirilən şəxs1 ayaqqabısını çıxarması üçün başmaq vermiş, sonuncu da başmaq ilə stula qalxmış və çilçırağın işıqlandırmasını dəyişmişdir. Sonra Təqsirləndirilən şəxs1 aşağıda qaldığı otağa düşüb getmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kirayədə qaldıqları müddət ərzində bir qəpik pul da ödəniş etməmişdilər. O, ifadəsində göstərmişdir ki, seyfdən 3 400 manat dəyərində 100 manatlıq əskinazlar, 10 azn və 700 ABŞ dolları pul olmuşdur. 03.11.2020-ci il tarixdə, saat 15:00-da yaşadığı evdə olan zaman evin birinci mərtəbəsində kirayədə qalan həmin iki nəfər şəxs, yəni sonradan adlarını polisdə öyrəndiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaldıqları otaqda olan qaz borusunun vintilində problem olmasını qaz sızmasını deyib onu otağa çağırmışlar. O evdən qaz açarını götürmüş, evin birinci mərtəbəsinə düşmüş və otağa otağa daxil olaraq qaz borusunda vintili bağlayaraq problemi aradan qaldırmağa çalışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1, yəni boyu nisbətən uzun olan oğlan ondan evin ikinci mərtəbəsinin girişinin açarını istəmiş, o, bunun nə üçün lazım olduğunu soruşduqda sonuncu dünən, yəni 02.11.2020-ci il tarixdə evin ikinci mərtəbəsində çilçırağın işıqlandırmasını dəyişəndə ayaqqabısını çıxarıb başmağı geymiş olduğunu və ayaqqabısının ikinci mərtəbədə eyvanda qalmasını demiş, buna görə də açar ona lazım olduğunu bildirmişdir. O, açarı Təqsirləndirilən şəxs1 verərkən gözləməsini birlikdə qalxmasını demiş, bu zaman sonuncu gözləmədiyi halda onu çarpayıya itələmiş, sonra o, qalxıb otaqdan çıxmışdır. Evin ikinci mərtəbəsinə Təqsirləndirilən şəxs1 arxasınca qalxan zaman Təqsirləndirilən şəxs2 onun qarşısına keçmiş və qoluna girib “Saleh dayı narahat olma heç bir problem yoxdur. Orxan ayaqqabısını götürüb düşür.” demişdir. Təqsirləndirilən şəxs2 qarşısından çəkilməsini dedikcə o, daha da söhbət edib başını qatmağa çalışırmış, sonra Təqsirləndirilən şəxs1 pilləkanla üzü aşağı düşmüşdür. O, Təqsirləndirilən şəxs1 nə oğurlamasını soruşduqda, pilləkandan düşən Təqsirləndirilən şəxs1 saxlaya bilməmiş və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə qaçaraq uzaqlaşmışlar. Həmin vaxt evin həyətindəki birinci mərtəbədəki otaqlarda heç kim olmamışdır. Bundan əlavə o ibtidai istintaq zamanı ifadələrinin arasında ziddiyəti izah edərək bildirmişdir ki, əslində Təqsirləndirilən şəxs1la Fərid onun nə əlini, nə qolunu bağlamamışlar. Onu vurmamışlar. Nə də onu otaqda qoyub qapını bağlamamışlar. O, ilkin ifadəsində başına gələn bu hadisədən, yəni evinin birinci mərtəbəsində kirayədə qalan şəxslərin heç bir ödəniş etmədən qaldıqları az deyilmiş kimi hələ onu aldadıb guya evinin ikinci mərtəbəsində qalmış ayaqqabısını götürmək adı ilə evin ikinci mərtəbəsinin açarlarını ondan götürüb sağdan birinci otaqdakı dəmirdən olan ağ rəngli seyfdən 50, 100 manatlıq əskinazlar və ABŞ dollarından ibarət pulunu götürüb onu itələyib evindən qaçmalarından təsirləndiyi üçün ilkin ifadəsində bir qədər həyəcanlı olmuş, polisə və tibbi ekspertdə həkimə bu cür məlumat vermişdir. Əslində isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun əl-ayağını və qolunu bağlamamışlar. Ona heç bir xəsarət yetirməmişlər, onu vurmamışlar. Təqsirləndirilən şəxs1 evin ikinci mərtəbəsində olan dəmir seyfdən pulunu götürəcəyini hiss edib ona yaxınlaşanda Təqsirləndirilən şəxs1 onu çarpayının üstünə itələmiş, nəticədə xəsarət almamışdır. Seyfdə onun ümumilikdə 50, 100 azn və ABŞ dolları ilə birlikdə 4600 azn məbləğində pulu olmuşdur. Hadisədən iki ay qabaq seyfdə dollarla manatla birlikdə pulu olmuş, həmin puldan borc və evin təmiri ilə əlaqədar ödənişlər etmişdir. Bundan sonra seyfdə cəmisi 4600 manat məbləğdə pulu qalmışdır. İlkin ifadəsində başına gələn bu cinayətin təsirindən həyəcanlı və təlaşlı olduğundan, 1943-cü il təvəllüdlü olduğuna görə huşu ilə əlaqədar yanıldığından zərəri yalnış qeyd etmişdir. Əslində ona cəmi 4600 AZN dəyərində zərər dəymişdir. Hadisə baş verən zaman evdə onlardan başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs1 cibinin kənarından pul görünürmüş, o, seyfin açılmasını və pulları Təqsirləndirilən şəxs1 götürməsini başa düşmüşdür. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 qaçdığını görəndə onların arxasınca gücü çatan qədər yeriyib məhəlləyə çıxana kimi “qaçma, dayan, pulumu qaytarın” deyə qışqırmış, onları səsləmişdir. Ancaq həmin vaxt ətrafda onun səsini eşidən heç kim olmamış və Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 da aradan çıxaraq qaçmışlar. Onun evində kirayədə yaşamış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona qarşı baş vermiş cinayət nəticəsində ona dəymiş zərər-4600 manat pul tam şəkildə ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06.11.2020-ci il tarixli qərardan görünür ki, 03.11.2020-ci il tarixdə saat 15 radələrində istintaqa məlum olmayan şəxs(lər)in kirayədə yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanda ev sahibi 1943-cü il təvəllüdlü Zərərçəkmiş şəxs həmin evin 1-ci mərtəbəsində otaqda qaz borusunda problem olması adı ilə onu həmin otağa çağırıb orada əl-qolunu iplə bağlayaraq həyat və sağlamlığını təhlükədə qoymaqda ifadə olunan basqınla onun əmlakını ələ keçirmək məqsədi ilə əynindəki kostyumun cibindən evin ikinci mərtəbəsindəki otaqların açarını götürüb həmin evin ikinci mərtəbəsindəki otağın qapısını açaraq orada olan dəmir seyfin qıfılını açıb seyfdən 12800 manat pul və 3360 manat dəyərində ABŞ dollarını talayaraq zərəçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla quldurluq etməsi faktı və ərizəsi əsasında CM-in 181.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v 1) 06.11.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 03.11.2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi, 13-cü döngə, 5 saylı evin 2-ci mərtəbəsində baş verməsi müəyyən edilmiş və hadisə yerinə baxış zamanı seyfdən pulun ələ keçirilməsi ilə əlaqədar seyfin qırılmış qıfılı və həmin qıfıla təsir edilmiş dəmir armatur hadisə yerindən götürülmüşdür. (i.v 7-10) 29.12.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 29.12.2020-ci il tarixdə axtarış tədbirləri nəticəsində tutulmuşdur. (i.v 48) 29.12.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29.12.2020-ci il tarixdə axtarış tədbirləri nəticəsində tutulmuşdur. (i.v 49) 30.12.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl azərbaycan Respublikası CM-nin 181.2.4-cü maddəsindən həmin Məcəllənin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələrinə tövsif edilmişdir. (i.v 88) 31.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (i.v 90-91) 31.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (i.v 102-103) 31.12.2020-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 3 nəfər digər şəxlə birlikdə zərərçəkmiş Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, tanınma zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs soldan 3-cü şəxsi, yəni Səfərov Orxan Rəfail oğlunu göstərərək həmin şəxsin onun evində kirayədə qaldığını və onun evində cinayət törətdiyini bildirmişdir. ( i.v. 113-115) 31.12.2020-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 3 nəfər digər şəxlə birlikdə zərərçəkmiş Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, tanınma zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs soldan ikinci şəxsi, yəni Təqsirləndirilən şəxs2 göstərərək həmin şəxsin onun evində kirayədə qaldığını və onun evində cinayət törətdiyini bildirmişdir. (i.v. 116-118) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.12.2020-ci il tarixli, 4(001)- 1040/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 ay 10 gün müddətinə, yəni istintaq müddətinin sonunadək həbs qətimkan tədbiri seçilmişdir. (i.v 137- 141) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.12.2020-ci il tarixli, 4(001)- 1041/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 02 ay 10 gün müddətinə, yəni istintaq müddətinin sonunadək həbs qətimkan tədbiri seçilmişdir. (i.v 142- 146) 77 saylı Mənzil Kommunal İstimar Sahəsi tərəfindən verilmiş 31.03.2021-ci il tarixli, 459 sayı sənəddən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v.159) 20.02.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində heç bir təqsirləndirici material və məhkumluğu olmamışdır. (i.v 173-174) 20.02.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində heç bir təqsirləndirici material və məhkumluğu olmamışdır.(i.v 175-176) 27.02.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs ilkin ifadəsində qeyd etdiyi xüsusatları qismən təsdiq edərək bildirmişdir ki, 03.11.2020-ci il tarixdə, saat 15 radələrində onun evində kirayədə qalan Orxan və Fərid kirayədə qaldıqları otaqda qaz borusunda problem olması adı ilə onu otağa çağırmış, sonra Orxan bir gün öncə çilçırağın işıqlandırmasını düzəlltdiyi zaman həmin mərtəbədə unutduğu ayaqqabısını götürmək üçün ondan açarı istəmiş, o, açarı özü vermiş, bundan sonra Orxan onu çarpayı tərəfə itələyərək evin ikinci mərtəbəsinə qalxaraq seyfdən ümumilikdə 4600 azn dəyərində manat və ABŞ dolları əskinazları götürmüş, Fərid isə Orxanın rahatlıqla pulları talamasına şərait yaradaraq onun qarşısına keçib başını söhbətə qataraq onun yuxarı qalxmasına mane olmuşdur. Bundan başqa Orxan və Fərid ona qarşı heç bir xəsarət yetirməmişlər, onun əl-qolunu bağlamamışlar. Bundan başqa seyfdə ümumilikdə 4600 manat dəyərində manat və ABŞ dolları əskinazları olmuşdur. O, ilkin ifadəsində qeyd etdiyi xüsusatları evində kirayə qalan Orxan və Fəridin kirayə haqlarını ödəməmələri ilə yanaşı ona maddi zərər vuraraq cinayət törətmələrindən təsirlənməsi, yaş həddinə görə əsəbi və həyəcanlı olması səbəbi ilə əlaqələndirmişdir. İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs1 da öz növbəsində zərərçəkmiş Zərərçəkmiş şəxs qeyd etdiklərini təsdiqləmişdir. (i.v.177-184) 27.02.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs ilkin ifadəsində qeyd etdiyi xüsusatları qismən təsdiq edərək bildirmişdir ki, baş vermiş cinayət zamanı Orxan və Fərid ona qarşı heç bir xəsarət yetirməmişlər, onun əl-qolunu bağlamamışlar. Bundan başqa seyfdə ümumilikdə 4600 manat dəyərində manat və ABŞ dolları əskinazları olmuşdur. Fərid Orxanın rahatlıqla pulları talamasına şərait yaradaraq onun qarşısına keçib başını söhbətə qataraq onun yuxarı qalxmasına mane olmuşdur. O, ilkin ifadəsində qeyd etdiyi xüsusatları evində kirayə qalan Orxan və Fəridin kirayə haqlarını ödəməmələri ilə yanaşı ona maddi zərər vuraraq cinayət törətmələrindən təsirlənməsi, yaş həddinə görə əsəbi və həyəcanlı olması səbəbi ilə əlaqələndirmişdir. İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs2 da öz növbəsində zərərçəkmiş Zərərçəkmiş şəxs qeyd etdiklərini təsdiqləmişdir. (i.v.185-192) 01.03.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. (i.v. 198-203) 01.03.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. (i.v. 204-207) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli, 4(001)-205/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 06 may 2021-ci il tarixədək uzadılmışdır. (i.v 225-229) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli, 4(001)-204/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxllanılma müddəti 01 ay 15 gün müddətinə uzadılmışdır. (i.v 230-233) 16.11.2020-ci il tarixli Məhkəmə Tibbi Ekspertiza və X2” X4 Binəqədi rayon şöbəsinin 1869 saylı rəyindən görünür ki, 1943-cü il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilmədi. (i.v 40-42) Məhkəmə Psixiatrik Ekspertiza X3 Şəxsin 16.02.2021-ci il tarixli, 356 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 əvəllər heç bir psixiatrik müəssisələrə müraciət etməmiş, müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. O, ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maaddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v 246-248) İş üzrə Məhkəmə Psixiatrik Ekspertiza X3 Şəxsin 16.02.2021-ci il tarixli, 355 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 əvəllər heç bir psixiatrik müəssisələrə müraciət etməmiş, müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. O, ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 anlqalı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maaddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v 249-251) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2021-ci il tarixli 3/439 saylı rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilən qıfıl silindrik mexanizmli asma qıfıllar növünə aiddir. Tədqiqata təqdim edilən qıfılın açar oyuğunda kənar predmetin təsirindən yaranmağa xarakterik iz və zədələr yoxdur. Qıfılın gövdəsi və asılqanı üzərində olan zədələrə əsasən o bərk predmetlə (o cümlədən təqdim edilmiş alətlə və ya ona bənzər xassəli hər hansı bir alətin) mexaniki təsiri nəticəsində açılmışdır. Qıfılın bağllayıcı mexanizmi açıq vəziyyətdədir. (i.v 252-255) 17 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələrindən həmin Məcəllənin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrinə tövsif edilmişdir. (i.v. 257-269) 18 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 180.2.4cü maddələri ilə yenidən ittiham elan edilmişdir.(i.v. 272-273) 18 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 oğluna Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir.(i.v. 287-288) İş üzrə zərərəkmiş şəxs Zərərçəkmiş şəxs istintaqa ərizə ilə müraciət edərək bildirmişdir ki, onun evində kirayədə yaşamış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona qarşı baş vermiş cinayət nəticəsində ona dəymiş zərər-4600 manat pul tam şəkildə ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. (i.v 159, 196) İş üzrə zərərəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə də ərizə ilə müraciət edərək bildirmişdir ki, onun evində kirayədə yaşamış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona qarşı baş vermiş cinayət nəticəsində ona dəymiş zərər- tam şəkildə ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. 17.03.2021-ci il tarixli qərardan görünür ki, hadisə yerinə baxış keçirilən zaman götürülmüş seyfin qırılmış qıfılı və həmin qıfıla təsir edilmiş dəmir armatur iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Binəqədi RPİ-nin anbarına təhvil verilmişdir. (i.v. 257-269) Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında 29.06.2017-ci il tarixli aktdan və iş materiallarına əlavə olunmuş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 “qamış sümüyünün proksimal şöbəsinin sınığı” xəstəliyindən əziyyət çəkir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən CM-in 180.2.1, 180.2.3, 180.2.4-cü maddələrində nəzərədə tutulan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 180.2.1, 180.2.3, 180.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 180.2.1, 180.2.3, 180.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 180.2.1, 180.2.3, 180.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 29 dekabr 2020-ci il tarixdə axtarış tədbirləri nəticəsində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.12.2020-ci il tarixli, 4(001)-1041/2020 nömrəli qərarı ilə barəsində 02 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 29 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Bundan başqa, 05.03.2021-ci il tarixli, 4(001)-205/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 06 may 2021-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 29 dekabr 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 29 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməllərini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 180.2.1, 180.2.3, 180.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 29 dekabr 2020-ci il tarixdə axtarış tədbirləri nəticəsində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.12.2020-ci il tarixli, 4(001)-1040/2020 nömrəli qərarı ilə barəsində 02 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 29 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Bundan başqa, 05.03.2021-ci il tarixli, 4(001)-204/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 01 ay 15 gün müddətə uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 29 dekabr 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 29 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin anbarında saxlanılan 1 (bir) ədəd seyfin qırılmış qıfılı və həmin qıfıla təsir edilmiş sındırma alət və vasitə hesab edilən dəmir armatur qırıntısı dəyəri olmadığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 65 (altmış beş manat) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 50 saat, digər müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən isə o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 50 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək onun hüquqlarının müdafiəsinə ümumilikdə, 50 (əlli) saat vaxt sərf etmiş, Müdafiəçi1 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək onun hüquqlarının müdafiəsinə, ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 dekabr 2020-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 dekabr 2020-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri 65 manat pul tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin anbarında saxlanılan 1 (bir) ədəd seyfin qırılmış qıfılı və həmin qıfıla təsir edilmiş sındırma alət və vasitə hesab edilən dəmir armatur qırıntısı dəyəri olmadığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar