Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-218/2023 12.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs1 nümayəndəsi “Ədalət” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 4-cü Köndələn küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 186.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 08 yanvar 2022-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs1 onu işdən çıxarmasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan ünvan 3 ünvanına gələrək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs1 məxsus «Porsche Cayenne» markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön orta vozduxovod, ön sol fara və sol yan güzgüsünü sındıraraq 4.350 (dörd min üç yüz əlli) manat, istirahət otağında olan stolu sındırmaqla 1.000 (bir min) manat, həmçinin həmin istirahət otağının şüşədən olan qapısını yerindən çıxararaq şüşənin alt hissəsində quraşdırılmış dəmir relslər sındırmaqla 500 (beş yüz) manat olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 5.850 (beş min səkkiz yüz əlli) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmiş, özünü, həyat və sağlamlıqları üçün təhlükə yaratdığı insanlardan üstün tutub evdə olan şəxslərin ünvanına uca səslə qeyrietik, nalayiq ifadələr səsləndirib, digər şəxslərin istirahəti və rahatlığını pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurmuş, qərəzli hərəkətlərinin davamı olaraq Zərərçəkmiş şəxs2 əl və ayaq zərbələri ilə qəsdən vurub sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sol yanağın qançırı, sağ əl pəncəsinin arxa səthində İİ, İİİ və İV daraqsümükləri proyeksiyasının və İV barmağın əsas falanqasının arxa səthinin sıyrıqları, sol əlin V barmağının əsas falanqasının şişkinliyi fonunda barmağın arxa və sol baldırın yuxarı 1/3-nin ön-iç səthlərinin qançırları ilə müşayiət olunan xəsarətlər yetirmiş, həmin vaxt Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs3 müqavimət göstərərək əlindəki dəmir dabankeşdən silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs3 qəsdən vurub sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sağ əl pəncəsinin arxa səthində İ-İİ daraqsümükləriarası sahənin, sol əl pəncəsinin arxa səthində V daraqsümüyünün distal proyeksiyasının, İV barmağın əsas falanqasının arxa səthinin, sol budun yuxarı və aşağı 1/3-nin bayır, sağ budun aşağı 1/3-nin ön-iç və sol baldırın orta-yuxarı 1/3-nin ön bayır səthlərinin sıyrıqları ilə müşayiət edilən xəsarətlər yetirmiş, qərəzli hərəkətlərinə davam edərək o, əlindəki beldən silah qismində istifadə etməklə, həmçinin əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs1 qəsdən vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcələrinə görə sağlamlığa yüngül zərərvurmaya aid sol qaş qövsünün bayır qurtaracağı proyeksiyasının sıyrığı, sağ baldırın 1/3-nin bayır səthinin hematoması və sağ baldırın aşağı 1/3-nin ön səthinin sıyrıqları ilə müşayiət edilən xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 186.1 və 221.3-cü maddələrində nəzərdə tutulan ittiham irəli sürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 186.1 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 2004-cü ildən tanıyır. Həmin vaxtı Svetlana subay olmuş və Zərərçəkmiş şəxs1 Binə qəsəbəsində yerləşən Ticarət mərkəzindəki mağazasında satıcı işləmişdir. O isə hamin vaxtı qeyd olunan Ticarət mərkəzində əl arabasında banan sataraq alver etmişdir. Onun özünün «BMW» markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Bir müddət Faqətin yanında satıcı işləyəndən sonra Svetlana da Ticarət mərkəzində özünə mağaza almış və Faqətlə şərikli işləmişlər. 2007-ci ildən Svetlana onu öz mağazasına satıcı götürmüşdür. Svetlana onu işə götürəndə artıq qeyri-rəsmi olaraq Faqətlə evli və hamilə olmuşdur. Svetlana ona gündəlik 25 manat zəhmət haqqı vermişdir. Svetlananın mağazasında işləyəndən sonra o, Faqəti tanımışdır. Həmin vaxt Svetlana ilə X2 metro stansiyasının yaxınlığında yerləşən bina evində yaşamışlar. Həmin evi Faqət Svetlananın adına almışdır. 2013-cü ildə isə Svetlana onu ailə sürücüsü kimi işə götürmüşdür. Həmin anda satıcı işlədiyi müddət ərzində onun Svetlanada 30.000 manat pulu toplanıb qalmış və Svetlana həmin pulu ona qaytaracağına dair söz vermişdir. Svetlana ona sürücü kimi aylıq 1.500 manat əmək haqqı verməyə söz vermiş, lakin faktiki olaraq ona ayda 1.000 manat əmək haqqı vermiş, qalan 500 manatı isə daha sonra, yəni oğlu Vahid orta məktəbdə təhsilini başa çatdırandan sonra 2021-ci ilin sentyabr ayında verəcəyinə dair söz vermişdir. Həmin vaxtı Svetlana ilə Faqət hazırda yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəəsəbəsi, Bağpark küçəsində yerləşən həyət evində yaşamışlar. O, öz şəxsi «BMW» markalı avtomobil ilə Svetlanaya ailə sürücülüyü etmişdir. O, Svetlananın ailə sürücüsü işlədiyi müddətdə, öz şəxsi avtomobilini dəyişib, əvvəlcə 18.000 manata «Hyundai» markalı avtomobil, daha sonra isə həmin avtomobili hazırda da istifadəsində olan «BMW X5» markalı avtomobillə başabaş dəymişdir. Svetlananın ailə sürücüsü işlədiyi müddət ərzində o, 2017-ci ildə özünə Binəqədi rayonunun Novxanı qəsəbəsində 50.000 manata bağ evi almışdır. Həmin pulu o, özü alver zamanı toplamışdır. Svetlananın ünvan 4 ünvanında yerləşən iki otaqlı mənzili vardır. 2013-cü ildən 2021-ci ilin noyabr ayına kimi Svetlana ilə o, həmin mənzildə ər-arvad kimi yaşamışlar. O, hazırda da həmin mənzildə qeydiyyatdadır. Həmin mənzil satılandan sonra Svetlana ona yanında satıcı işlədiyi müddət ərzində toplanıb qalmış 30.000 manatı evin satış pulundan qaytarmağa söz vermişdir. 2021-ci ilin dekabr ayında o, Svetlananın sözünə inanıb həmin mənzilin satışı üçün notariusda razılıq ərizəsini imzalamışdır. Lakin mənzil satılandan sonra Svetlana həmin 30.000 manat pulu ona qaytarmaqdan imtina etmişdir. Beləliklə də, 2022-ci ilin yanvar ayına kimi onun Svetlanada 30.000 manat alverdən qalan pulu, sürücü kimi işlədiyi müddət ərzində toplanmış 500 manat kəsirlərin cəmi olan 36.000 manat məbləğində olmaqla Svetlananın ona ümumilikdə 66.000 manat borcu qalmışdır. Bundan başqa Faqətin özünün ona 8.000 manat məbləğində borcu olmuşdur. Belə ki, həmin borc sürücü kimi işlədiyi müddət ərzində istifadə etdiyi «BMW X5» markalı şəxsi avtomobilinin təmiri və əlavə xərcləri ilə bağlı olmuşdur. Bu günə Svetlana ilə Faqətin ona ümumilikdə 74.000 manat borcları vardır. 2021-ci ilin noyabr ayında Svetlana ilə onun aralanmasına Faqətin onun barəsində Binəqədi RPİ-nin 4-cü PŞnə ərizə ilə müraciət etməsi olmuşdur. Faqət 4-cü PŞ-nə ərizə ilə müraciət edərək onun, arvadı olan Svetlananı və uşağını oğurlayıb Novxanıda bağda girov saxlamasını və 30.000 manat pul tələb etdiyini bildirmişdir. Həmin vaxt həqiqətən də Svetlana kiçik oğlu Amin ilə birlikdə onun yanında Novxanıda olmuş və Svetlana könüllü olaraq oğlu Amin ilə Novxanıya gəlmişdir. Svetlananın dediyinə görə Faqət ona dərman verib öldürmək istədiyi üçün oğlunu da götürüb evdən qaçmışdır. Faqətin ərizəsi ilə polis əməkdaşları Novxanıya gəlib Svetlana ilə onu polis şöbəsinə aparmışlar. Bundan sonra Şöbədə onun barəsində material toplanılmış və o, Binəqədi rayon məhkəməsi tərəfindən 10 sutka müddətinə həbs edilmişdir. O, pulunu istəmək məqsədi ilə 08 yanvar 2022-ci il tarixdə axşam, təxminən saat 18 radələrində Svetlananın yaşadığı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəəsəbəsi, Bağpark küçəsində yerləşən həyət evinə getmişdir. O, həyətə daxil olmuş və Faqət həyətə çıxmışdır. O, Faqətdən pulunu istəmiş, lakin Faqət ondan həyətdən çıxmasını tələb etdikdə, o, çıxmamış və haqqını tələb etmişdir. Bundan sonra evdə olan Svetlana, sonuncunun bacıları və Faqətin birinci arvadı çölə çıxmış və onun üstünə hücum çəkmişlər. Dava-dalaş başladıqdan sonra onun əsəbləri korlanmışdır. Bu zaman Sibel adlı qadın dabankeşi götürüb üstünə gəlmiş, o da həmin dabankeşi Sibeldən alıb kənara atmışdır. Bundan sonra Faqət içəri gimiş, o, həyətdə olan beli götürüb onlardan müdafiə olunmağa başlamış və Faqətə bildirmişdir ki, «anama söyüş söymüsən üzr istəməlisən». Faqət isə «əcəb edib söymüşəm» dedikdə o, Faqətin həyətdə olan «Porshe» markalı avtomobilinin sol yan güzgüsünə bir yumruq vuraraq sındırmışdır. Bundan sonra onu həyətdən çıxartmaq istəsələr də, o, çıxmamış və polislər gələrək onları PŞ-yə aparmışlar. Qeyd olunanların nəzərə alınaraq ona bəarət verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10-12 il olar tanımışdır. Ramil əvvəllər arabaçı işləmiş, sonradan onun yanında işləməyə başlamış və ona çörək vermişdir. Arada xarici ölkədə olur, həmin vaxtlar uşaqlarını Ramil ora-bura aparırdı. Son vaxtlar ona aydın olmuşdur ki, Ramilin Zərərçəkmiş şəxs2 ilə əxlaqsızlıqları olub. 2022-ci ilin yanvar ayının 8-i dostu ilə onların evinə basqın edilmişdir. Həmin an Ramilin onun evinə girərək onunla mübahisə etməsi kadrlara düşmüşdür. Ramil onun evinə gələrək üzərinə hücum çəkmiş və bunu qonşular da görmüşdür. Həyətdə bel var idi onu götürüb üzərinə hücum çəkmiş, sonra dabankeşlə üzərinə gəlmişdir. Bu hadisələrdən sonra Svetlana xanımla yol ilə də gedərkən, maşını ilə yolunu kəsmiş və musiqiyə yüksək səs verərək ona narahatçılıq yaratmışdır., musiqiyə xod verir, mənə narahatcılıq verir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Ramil əvvəllər arabaçı işləmiş, sonradan Svetlana onu şofer kimi işə götürmüşdür. Evə öz avtomobili ilə gəlmişdir. Hadisə vaxtı evdə onunla yanaşı, uşaqlar, Sevinc, Aynurəgil, Sibel olmuşdur. Həyətin qapısı açıq olduğundan qapıdan içəri keçmişdir. Həmin vaxt dostu ilə olmuş, dostu sonradan gəlmişdir. Onun nə üçün gəldiyini bilməmişdir. Bütün bina onlara baxmış, binalardan həyət görünmüşdür. Əvvəllər mübahisələri olmamışdır. Ramil dabankeşlə onu öldürəcəyini deyib hədələmişdir. Onun Ramilə borcu olmamış, əksinə onların borcu olmuşdur. Ramili və anasını işə götürmüş, yeməklərini də vermişdir. Svetlana başqa rəsmi olmamış, onunla da yoxdur. Həyətində videoçəkiliş gedir. Dam örtüyü darvazaya qədər uzanır. Ramil beli və dabankeşi həyətdən götürmüşdür. İstintaqda sepdə xəncərlə bağlı bildirmiş, sadecə qeydiyyata düşməmişdir. Raminin zənglə çağırıldğını bilmir. Çox vaxt evin qapısını açıq qoyurlar. Bu hadisədən əvvəl də mübahisələri olmuşdur. İçəri girən kimi DİN-nin 102 xidmətini və 4-cü Polis Şöbəsini yığımış, polis gec gəlmişdir. Ona 7500 manat maddi ziyan dəyməsinə dair qəbzi olmuş, lakin onu itirmişdir. İstintaqa videoçəkilişi təqdim etmişdir. Ramilə 1000-1200 manat əmək haqqı vermişdir. Svetlana evi alıb Ramili də həmin evə qeydiyyata salmışdır. Ramil evə girən kimi onun qarşısına ilk o çıxamışdır ki, rədd olub getsin. İşdən qovulması barədə məlumat vermiş, əmək haqqı da ödənilmişdir. Ramil avtomobilinin farasını da, şüşəsini də sındırmışdır. Porshe servisdən avtomobilinə dəyən ziyanı çıxartdırmış və servisdə avtomobilini təmir etdirmişdir. Əvvəl qüsur aktı almışdır. Üzbəüz qonşunun uşağı xəstə düşmüşdür. Ramilin ifadəsindən onu öldürmək istəməsi qənaətə gəlmişdir. Ziyan aktını aldıqdan iki gün sonra avtomobilini düzəltdirmişdir. Hal-hazırda Svetlana ilə bir yerdə yaşamışdır. Ramilin anası Svetlanaya yalvardığından Svetlana Ramili bağışlamışdır. Avtomobili bu gün aparıb, səhər götürmüşdür. Sağ tərəf faranı rənglətdirməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 08 yanvar 2022-ci il tarixdə ünvan 5 ünvanının qapısı açıq olduğundan Ramil evin həyətinə gəlmişdir. Ramil söhbət etmək üçün həyətdə Faqəti səsləyib axtarmış, Faqət isə həmin vaxt həyətə çıxmamışdır. Sonra onlar dalaşmışlar. Həmən vaxtı müalicə aldığından uzun müddəti xatırlaya bilmir. Xatırladığı ancaq dava olmuşdur. Onlar Ramilin ütünə, Ramil də onların üstünə cummuşdur. Onlar Ramili itələyib evdən çıxarmağa çalışmışlar. Ramilin onu vurduğunu xatırlammamış lakin o, Ramili çıxarmaq üçün onu vurmuşdur. Ramil onun işçisi olmuşdur. 10 il olar, binə ticarət mərkəzində, sonra da evində çalışmışdır. Ən azı 8 il yanında çalışmışdır. Həmin gün Faqət, Sevingil və Aynurəgil evdə olmuşlar. O, özü Ramili vurdu ki söhbət lazım deyil evdən çıxasın. Faqətlə münasibəti yox idi. Mübahisə oktyabr ayında olmuşdur. Xatırlamasa da, müstəntiq səslərinə qulaq asdırmış, onun səs yazılarında Ramilə gəlib onu buradan qurtarmasını demişdir. Evdən çıxamağa səbəb dava etməsi idi. Faqətdən ayrılmaq üçün elə bir söz işlətmişdir. Həmin vaxtlar o, Faqətlə pul məsələlərində dava etmişdir. Evin dam örtüyü darvazaya qədər olmuşdur. Faqət evdə idi deyə Ramil avtomobilə ziyan vurmuşdur. Ramilin yalnız avtomobilin güzgüsünü sındırdığını görmüşdür. Güzgünü nə ilə vurduğu yadında deyil. Ramil evə gələndə əlində heç bir şey görməmişdir. Ev oğlunun adına olmuş, oğlundan əvvəl də onun adına olmuşdur. Onlar Ramillə söhbət edərkən Faqət imkan verməmişdir. Faqət avtomobili təmir etdirmişdir. Ramil avtomobili vurduqdan sonra Faqət çölə çıxamışdır. Ramil işdən oktyabr-noyabr ayından çıxarılmışdır. Dava zamanı o, Sevinc və Aynurə var idi. Qonşular səsə yığılmış, sonra polisə zəng vurmuşlar. Ramil beli götürüb içəri atmaq istəmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı iddiası, şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs2 2003-cü il tarixdə Zərərçəkmiş şəxs1 ilə qeyri-rəsmi nikaha daxil olmuş və Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Bağpark küçəsi, ev 7 ünvanında yaşamışdır. Bacısı Svetlana xəstə olduğu üçün o, hər gün sonuncunun evinə gəlib səhhəti ilə maraqlanmışdır. xx.xx.2022-ci il tarixdə saat 18-19 radələrində bacısı Svetlananın yaşadığı ünvana, yəni ünvan 6aq gəlmişdir. Həmin vaxt ondan başqa, bacısı Aynura da, Svetlanaya baş çəkmək üçün həmin ünvana qonaq gəlmişdir. Onlar, yəni o, bacıları Svetlana və Aynura, həmçinin Faqət və onun arvadı Sevinc birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Bağpark küçəsi, ev 7 ünvanındakı evdə olmuşlar. Həmin vaxt həyətdən səs-küy eşidib hamılıqla həyətə çıxmışlar. Onlar həyətə çıxdıqdan sonra Ramilin həyətdə dayanıb qışqıraraq Faqəti və Svetlananı söyməklə təhqir etdiyini görmüşdür. Bu səbəbdən Faqət Ramilə yaxınlaşıb sonuncudan həyətdən çıxmasını tələb etdikdə, Ramil ona əl-qol atmağa başlamış və evdə onları ayırmağa başlamışlar. Həmçinin həmin vaxt Ramillə birlikdə gəlmiş, adını bilmədiyi dostu da Faqətlə Ramili ayırmağa çalışmışdır. X4 ayırmağa cəhd etsələr də, Ramilin hərəkətlərinin qarşısını ala bilmədikləri üçün o, Ramili qorxutmaq və ayırmaq məqsədi ilə evdə olan dabankeşi götürərək Ramilə yaxınlaşdıqda, Ramil həmin dabankeşi ondan almış və onu həmin dabankeşlə vuraraq xəsarət yetirmişdir. Daha sonra Ramil həmin dabankeşi evin içərisinə tullamışdır. Bundan sonra Ramil evə daxil olub istirahət otağında yerləşən stolu sındırmış, həmin istirahət otağının şüşə qapısını yerindən çıxarmış və yenidən həyətyanı sahəyə çıxaraq orada dayanmış vəziyyətdə olan, Faqətə məxsus «Porshe Cayenne» markalı, **-FE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yaxınlaşıb avtomobili vurmuşdur. Bu zaman Faqət yenidən Ramilə yaxınlaşıb sonuncudan həyəti tərk etməsini tələb etdikdə, Ramil yenidən Faqətə hücum çəkmiş və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt Ramil Faqətdən ayrılaraq həyətdə olan beli götürüb sonuncunun üzərinə hücum çəkmiş və bu vaxt Faqətə həmin bellə xəsarət yetirmişdir. Daha sonra onlar və Ramilin adını bilmədiyi dostu yenidən onları ayırmışlar. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, davanın üstünə gəlmişdir. Ramilin stulun ayağını sındırmasının şahidi olmamış, dava zamanı evin qapısı yerindən çıxmış və Ramilin onu düzəltməyə çalışdığını görmüşdür. Ramilin Porsheni bellə və ya əllə vurmasını tam xatırlamır. Avtomobilin deyəsən sol tərəfini vurmuş, lakin neçə dəfə vurması yadında deyildir. Faqət çölə çıxadıqdan sonra Ramil İlə əlbəyaxa olmuşlar. Ramil həmin ərəfəyə qədər onlara yaxşı olmuşdur. Nə üstündə dava olduğunu bilməmişdir. Dam örtüyü yarımçıq olmuş və qonşular görüb, eşitmişlər. O, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı iddiası, şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun bacısı Zərərçəkmiş şəxs2 2003-cü il tarixdə Zərərçəkmiş şəxs1 ilə qeyri-rəsmi nikaha daxil olmuş və sonuncu Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Bağpark küçəsi, ev 7 ünvanında yaşamışdır. Bacısı Svetlana xəstə olduğu üçün o, hər gün sonuncunun evinə gəlib səhhəti ilə maraqlanmışdır. xx.xx.2022-ci il tarixdə saat 18-19 radələrində bacısı Svetlananın yaşadığı ünvana yəni ünvan 6aq gəlmişdir. Həmin vaxt ondan başqa bacısı Sibel də, Svetlanaya baş çəkmək üçün həmin ünvana qonaq gəlmişdir. O, bacıları Svetlana və Sibel, həmçinin Faqət və sonuncunun arvadı Sevinc birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Bağpark küçəsi, ev 7 ünvanındakı evdə olmuşlar. Həmin vaxt həyətdən səs-küy eşidib hamılıqla həyətə çıxmışlar. Onlar həyətə çıxdıqdan sonra Ramilin həyətdə olduğunu görmüşlər. Ramildən nə üçün gəldiyi soruşulduqda sonuncu Faqəti axtarıdğını bildirmişdir. Onlar da Ramildən çölə çıxmasını tələb etmişlər. Bir müddət sonra Ramili zorla çölə çıxarmağa çalışmışlar. O da kömək etməyə çalışmışdır. Ramil ona da yumruq vurmuşdur. Faqətə məxsus avtomobilin güzgüsü sındırıldıqdan sonra bərk dava düşmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobili əli ilə vurmuş, həmin vaxt əlində əşya görməmişdir. Faqət evdə olmuş təxminən 15 dəqiqədən sonra evdən çıxamışdır. O, Ramilə çölə çıxamasını bildirmişdir. Qapının zəngi vurulan kimi qapı açılmış və Ramilin içəri girməsini görmüşdür. Küçə qapısı açıq olmuş və Ramilin İçəri daxil olmasını kameradan görmüşlər. Bu zaman əlində heç nə olmamışdır. Ramil avtomobilin güzgüsünü sındırmışdır. Həmin ev bacısınındır. Faqət də həmin evdə yaşamışdır. Polislərin gəlməsi yadında deyildir. Faqət çölə çıxadıqda əlbəyaxa olmuşlar, Ramilin əlində də dabankeş olmuşdur. Ramil dabankeşi özü ilə gətirməmişdir. Dostu ilə eyni vaxtda həyətə girdilər, da çıxmaları üçün itələmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2000-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan 2 övladları olmuşdur. Onlar sonradan Faqətlə ayrılmış və hər 6-bazar övladları ilə birlikdə keçmiş həyat yoldaşı Faqətin yaşadığı ünvan 6aq getmişlər. Bir müddət əvvəl keçmiş həyat yoldaşı Faqət, sürücüsü olan Ramil adlı şəxsi işdən çıxartdığı üçün həmin şəxslə aralarında münaqişə yaşanmışdır. Ramil Faqəti tez-tez narahat etmişdir. Dəfələrlə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Bağpark küçəsində yerləşən evə gələrək keçmiş həyat yoldaşı Faqəti narahat etmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Bağpark küçəsində yerləşən Faqətin evində olmuşdur. Onlardan başqa evdə Faqətin ikinci arvadı Svetlana və sonuncunun bacıları Aynura və Sibel də olmuşlar. Onlar evdə olarkən həyətdən səs-küy gəldiyini eşitmiş və dərhal həyətə çıxmışlar. Onlar həyətə çıxdıqdan sonra Ramilin həyətə daxil olmuş və Faqəti görmək istədiyini bildirmişdir. Onlar da ondan çölə çıxmasını tələb etmişlər. O, Ramili çölə çıxarmaq istəmiş, sonuncu onu vurduğundan yerə yıxılmışdır. Ramil avtomobilin güzgüsünü sındırandan sonra bərk dava düşmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Ramili şofer işlədiyi vaxtdan tanımışdır. Ramil evə daxil olduqda Faqəti çağırmış Faqət isə həmin vaxt çölə çıxmamışdır. Mübahisə 30-40 dəqiqə çəkmişdir. Aynurə xanım onu sakitləşdirməyə çalışmışdır. Polislər evə gələndə dava artıq dayanmışdır. Üzünə zərbə dəydikdə o yıxılmışdır. O da Ramili çölə çıxarmağa çalışmışdır. Faqət avtomobilinin güzgüsü sındıqdan sonra çölə çıxmışdır. Faqetin borcunun olmasından və aralarında pul söhbəti olmasından xəbəri olmamışdır. Ramilin əlində nə isə olmasından xəbəri olmamışdır. Ramilin güzgünü nə ilə sındırması yadında olmamış, yalnız güzgünü vurmasını bilir. Faqət polisi gözlədiyindən çölə çıxamamışdır. Səs-küy həyətdə baş vermişdi. Dava yalnız evin içərisində olmuşdur. Faqət həmin evdə yaşamış, o isə həmin evdə yaşamamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yanında işləmişdir. Faqət dəfələrlə zəng edib Ramili təhqir etmişdir. Faqət “qapı açıqdır gəl evimə səni gözləyirəm” deyirdi. 08 yanvar 2022-ci il tarixdə, təxminən 17:30 radələrində o, Ramillə birlikdə olmuş, həmin vaxt Svetlana Ramilə zəng edərək yaşadığı evə gəlməsini, əşyalarını götürməsini və halallaşmalarını bildirmişdir. Bu səbəbdən o, idarə etdiyi avtomobillə Ramili Svetlananın yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Bağpark küçəsinə aparmışdır. Həmin vaxt evin yaxınlığında avtomobilini saxlamaq mümkün olmadığından, o, təxminən 20-30 metr kənarda idarə etdiyi avtomobili saxlamış və Ramil avtomobildən düşərək Svetlananın yaşadığı ünvana daxil olmuşdur. O isə avtomobildə oturub Ramili gözləmişdir. Təxminən 5-10 dəqiqədən sonra Svetlananın yaşadığı evin həyətindən səs-küy səsləri eşitmişdir. Ramil də zəng edərək onu öldürdüklərini bildirərək onu köməyə çağırmış və o, tez avtomobildən düşərək Svetlananın yaşadığı evin həyətinə daxil olmuşdur. Həmin vaxt Svetlana, bacısı Aynura və Faqətin birinci arvadı Ramili divara dirəyərək vurmuşlar. Faqət isə onlardan arxada yumruqla Ramili vurmağa cəhd etmişdir. O, bunu görən kimi dərhal araya girib onları ayırmışdır. Bu zaman Faqət Ramili həyətdə olan güllərin üstünə yıxmış, həmin vaxt Ramilin əynində olan paltar, ayaqqabı cırılmış və Faqət Ramilin boynundakı boyunbağını dartıb sındırmışdır. Bundan sonra Sibel dəmir dabankeşlə Ramilin üzərinə hücum edən zaman Ramil ondan həmin dabankeşi almış və bu vaxt, həmin dabankeş həyətyanı sahədə dayanmış vəziyyətdə olan Faqətə məxsus «Porshe Cayenne» markalı avtomobilin sol yan güzgüsünə dəyərək sındırmış və həmin vaxt Ramil əsəbləşərək yumruqla həmin sol yan güzgüyə vurmuşdur. Bundan sonra Faqət yenə də Ramilə hücum etmək istədikdə o, yenidən ayırmışdır. Daha sonra Faqət əlini bel tərəfinə apararaq guya bıçaq varmış kimi hərəkətlər etdikdə, Ramil həyətyanı sahədə olan beli götürüb özünü müdafiə etmək istəmiş, lakin həmin bellə heç kimə xəsarət yetirməmişdir. Həmin hadisə təxminən 30 dəqiqə davam etmiş, şahidləri o və həmin evdə olan şəxslər olmuşlar. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Ramil onun yanında formen işləmişdir. Ramil əşyalarını götürməyə gedəndə Faqət onu söymüşdür. Faqət içkili olmuş və Ramili söymüşdür. Xanım Ramilə zəng edib çağırdıki əşyalarını götürsün. Təxminən 10-15 dəqiqə gözləmişdir. Ramil qapını döymüş, qapının açıq olduğunu görüb içəri girmişdir. Faqət 1 həftə əvvəl Ramilə 36 mini yox, 8 mini verəcəyini demək üçün zəng etmişdir. Onlar paltar götürməyə getdikdə Ramil pulunu istəmişdir. O, öz avtomobili ilə olmuşdur. O, evə girdikdən sonra Sibel gəlmişdir. Faqət Ramili vurduqda ayağı güllərə ilişmiş və ikisi də yıxılmışdır. Faqət onu vurdu sonra yenə, spuruşdulər. Faqət Ramili ancaq vurmağa çalışmış və təhqirlər etmişdir. Faqət ilə Ramil mübahisə zamanı qapıya dəymişlər, bu zaman qapı yerindən çıxsa da sonradan onlar qapını yerinə taxmışlar. Ramil onların ailə şoferi işləmişdir. Polis 15 dəqiqə sonra həmin yerə gəlmişdir. Evdə kənar adam olmamış, ancaq ev adamları olmuşdur. Dava-dalaş dayandıqdan sonra qapını bağlamışdır. Porshenin sol güzgüsü çatlamış və o, porshe servisdən maraqlandıqda 361 manat xərci çıxıb, sol güzgünü dəyişiblər. Ramil avtomobilə dəyən ziyanı ödəmək istəyirdi. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında qeydiyyatda olsa da, ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır. 08 yanvar 2022-ci il tarixdə, saat 18-19 radələrində o, yaşadığı evə gedən zaman Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Bağpark küçəsindən keçərkən orada olan fərdi həyət evlərinin birindən səs-küy eşitmiş və həmin evin qarşısında çoxlu sayda tanımadığı şəxslərin toplaşdığını görmüşdür. O, həmin yerə yaxınlaşan zaman səs-küy gələn evə daxil olmaq istəsə də, qapı bağlı olduğu üçün evə daxil ola bilməmişdir. Həmin evdən gələn səs-küyə görə qonşuluqda, həmin evlə üzbəüz olan binada yaşayan şəxslər pəncərədən baxmış və yoldan keçən tanımadığı şəxslərin oraya yığışdığını gördüyü üçün orada çox qalmamış və səs-küydən narahat olduğu üçün oradan uzaqlaşmışdır. Səs-küyə yığışan digər şəxsləri tanımadığı üçün o, həmin şəxslərin anket məlumatları barədə heç bir məlumata malik deyildir. Hadisə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Bağpark küçəsində baş vermiş və təxminən 15-20 dəqiqə davam etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt yanvar ayı idi. Orada 15-16 dəqiqə dayanmışdır. Qonşulardan kimin içəri girdiyini görməmiş, eləcə də çöldə dava olduğunu görməmişdir. Polisin gəldiyini görməmişdir. Kameraya düşdüyündən sahə müvvəkkili evinə kimi gəlmişdir. Sadəcə səs-küyün şahidi olmuşdur. İbtidai istintaq zamanı ifadəsi alınmış Şahid5 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 08 yanvar 2022-ci il tarixdə, təxminən saat 18:30 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Bağpark küçəsi ilə piyada hərəkət edərək şəxsi işlərini görmək üçün getmişdir. Həmin vaxt orada olan fərdi yaşayış evlərindən birinin həyətindən dava-dalaş səsi eşitmişdir. Həmin səs-küy onda maraq oyatdığı üçün addımlarını ləngidib bir qədər dayanmışdır. Bu zaman həmin həyətlərdən birindən iki nəfər kişi küçəyə çıxmışdır. Həmin şəxslərdən biri digərinə həyətindən çıxmağı və oradan uzaqlaşmağı tələb etmişdir. Həmin vaxt ondan başqa küçədə digər başqa şəxslər də olmuş və onlar da baş verən hadisəyə tamaşa etmişlər. Bu zaman həmin şəxslərdən biri, yəni adını «Ramil» kimi eşitdiyi şəxs digərini anidən yumruqla sol qaşından vurmuş və küçədə olan şəxslər, həmçinin o, sonuncuları ayırmağa çalışmışlar. Bu vaxt xəsarət alan şəxs polisə zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra o, yoluna davam edərək oradan uzaqlaşmışdır. Həmin vaxt səs-küy olmuş və həmin həyətdən çıxan qadınlardan biri və xəsarət alan kişi «Ramil bəsdi, əl çək bizdən çıx get» deyə qışqırmışlar. Həmin şəxslər küçəyə çıxdıqdan sonra hadisə təxminən 10-15 dəqiqə davam etmiş, şahidləri o və küçədə olan digər tanımadığı şəxslər olmuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanaraq icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında toplanmış material üzrə xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar ləğv edilərək, toplanmış material üzrə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, 08 yanvar 2022-ci il tarixdə olan hadisə ünvan 3 ünvanında baş vermiş və hadisə zamanı «Porsche Cayenne» markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünün sınmış şəkli çəkilərək iş materialına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 66 nömrəli rəyindən görünür ki, vət. Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 67 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ əl pəncəsinin arxa səthində İ-İİ daraqsümükləriarası sahənin, sol əl pəncəsinin arxa səthində V daraqsümüyünün distal proyeksiyasının, İV barmağın əsas falanqasının arxa səthinin, sol budun yuxarı və aşağı 1/3-nin bayır, sağ budun aşağı 1/3-nin ön-iç və sol baldırın ortayuxarı 1/3-nin ön bayır səthlərinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə dəmir dabankeşlə və metalliki zəncirlə (boyunbağı) vurma nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 68 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol yanağın qançırı, sağ əl pəncəsinin arxa səthində İİ, İİİ və İV daraqsümükləri proyeksiyasının və İV barmağın əsas falanqasının arxa səthinin sıyrıqları, sol əlin V barmağının əsas falanqasının şişkinliyi fonunda barmağın arxa və sol baldırın yuxarı 1/3-nin ön-iç səthlərinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə əli ilə və bellə (lopatka) vurma nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 69 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol qaş qövsünün bayır qurtaracağı proyeksiyasının sıyrığı, sağ baldırın 1/3-nin bayır səthinin hematoması və sağ baldırın aşağı 1/3-nin ön səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bel (lopatka) və metalliki boyunbağı ilə vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü ildə baş vermiş hadisənin görüntülərini özündə əks etdirən bir ədəd disk götürülmüşdür. Videoyazıya baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi bir ədəd CD diskə baxış keçirilmiş və həmin CD diskdə olan «2022_01_17_23_49_İMG_0369» adlı fayl açıldıqda müəyyən edilmişdir ki, həmin videoçəkiliş 09 dəqiqə 38 saniyə davam edir. Videoçəkilişin ilk saniyələrindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətinin giriş qapısının qarşısında qadınlarla mübahisə edir, həmin qadınlar onu həyətyanı sahədən çıxarmaq istəsələr də Təqsirləndirilən şəxs həyətyanı sahəni tərk etmir. Videoçəkilişin 04:15-ci dəqiqəsində Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 ilə mübahisə edən zaman sillə ilə Zərərçəkmiş şəxs2 vurur və qadınlar Təqsirləndirilən şəxs həyətyanı sahədən çıxarmaq istəyirlər. Videoçəkilişin 05:07-ci dəqiqəsində Təqsirləndirilən şəxs, onu həyətyanı sahədən çıxarmaq istəyən Zərərçəkmiş şəxs2 itələyərək yerə yıxır. Videoçəkilişin 07:03-cü dəqiqəsində Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs3 ilə mübahisə edib onu vuraraq avtomobilə doğru itələyir. Videoçəkilişin 07:50-ci dəqiqəsində Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 vuran zaman Zərərçəkmiş şəxs3 dabankeşlə onları ayırmaq istədikdə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ayrılıb Zərərçəkmiş şəxs3 hücum etməklə dabankeşi sonuncunun əlindən alaraq Zərərçəkmiş şəxs3 xəsarət yetirir və həmin dabankeşi istirahət otağına atır və hərəkətlərinin davamı olaraq videoçəkilişin 08:30-cu dəqiqəsində istirahət otağına daxil olub oradakı stolu başı üzərinə qaldırmaqla döşəməyə çırpıb sındırır. Həmin CD diskdə olan «2022_01_17_23_59_İMG_0383» adlı fayl açıldıqda müəyyən edildi ki, həmin videoçəkiliş 14 dəqiqə davam edir. Videoçəkilişin 17-ci saniyəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ilə mübahisə edərək sillə ilə onun baş nahiyəsinə vurur. Videoçəkilişin 02:39-cu dəqiqəsində Təqsirləndirilən şəxs, əl və təpik zərbələri ilə Zərərçəkmiş şəxs1 məxsus «Porshe Cayenne» markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünü və qabaq hissəsini vuraraq zərər yetirir. Videoçəkilişin 02:58-ci dəqiqəsində Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 hücum edərək onunla əlbəyaxa olur. Videoçəkilişin 03:36-cı dəqiqəsində Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin istirahət otağının şüşə qapısını çıxararaq kənara qoyur. Videoçəkilişin 04cü dəqiqəsində Təqsirləndirilən şəxs, yenidən Zərərçəkmiş şəxs1lə əlbəyaxa olur. Videoçəkilişin 06:02-ci dəqiqəsində Təqsirləndirilən şəxs, yenidən Zərərçəkmiş şəxs1lə əlbəyaxa olur. Videoçəkilişin 07:40-cı dəqiqəsində Təqsirləndirilən şəxs, yenidən Zərərçəkmiş şəxs1lə əlbəyaxa olub onu həyətyanı sahədəki kolluq hissəyə yıxır və 07:54cü dəqiqədə həyətdə olan beli götürüb vuracağı ilə hədələyir. Videoçəkilişin 09:17-ci dəqiqəsində Təqsirləndirilən şəxs həyətyanı sahədən götürdüyü bellə fərdi yaşayış evinin sol hissəsinə keçir və Zərərçəkmiş şəxs1 bildirməsinə görə məhz həmin yerdə o, Təqsirləndirilən şəxs həmin beli almaq istədikdə, sonuncu onu bellə vuraraq xəsarət yetirmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Porshe Cayenne” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci (ön orta vozduxavod – 270 manat; ön sol fara – 3800 manat, ön sol güzgü – 280 manat, armatur işi – 980 manat; rəngsaz işi – 700 manat və elektrik işi – 40 manat) olaraq ümumilikdə 6070 manat məbləğində xərc çəkilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6408 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş zərər aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Porshe Cayenne” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5210,0 manat müəyyən edilir. Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 128-ci maddəsindən həmin Məcəllənin 186.1, 221.2.1, 221.2.2 və 221.3-cü maddələrinə tövsif edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1056/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(103)-609/2022 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1056/2022 nömrəli qərarı ləğv edilməklə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək sonuncu dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə əməlin tövsif edilməsi və toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 186.1, 221.2.1, 221.2.2 və 221.3-cü maddələrindən həmin Məcəllənin 186.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilmiş bir ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 186.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-218/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək sonuncu dərhal məhkəmə iclas zalından həbs edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı iddiası, şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş üzrə Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı iddiası, şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-218/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək sonuncu dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs CM-in 186.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, məhkəmə istintaqının nəticələrindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı CM-in 186.1 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, habelə Təqsirləndirilən şəxs yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs1 məxsus «Porsche Cayenne» markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön orta vozduxovod, ön sol fara və sol yan güzgüsünü sındıraraq 4.350 (dörd min üç yüz əlli) manat, istirahət otağında olan stolu sındırmaqla 1.000 (bir min) manat, həmçinin həmin istirahət otağının şüşədən olan qapısını yerindən çıxararaq şüşənin alt hissəsində quraşdırılmış dəmir relslər sındırmaqla 500 (beş yüz) manat olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 5.850 (beş min səkkiz yüz əlli) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etməsinə dair ona elan edilmiş ittiham məhkəmədə toplanmış sübutlarla tam sübuta yetirilmir. Qeyd edilməlidir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etməsinə dair ona elan edilmiş ittihamın əsasını ifadələr ilə yanaşı, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi videogörüntülər təşkil etsə də, həmin videogörüntülərə baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus «Porsche Cayenne» markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön orta vozduxovod və ön sol fara hissəsinə zərbə endirməsi, eləcə də toxunması ilə bağlı heç bir görüntü müəyyən edilməmişdir. İbtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən isə qeyd olunan görüntülərə baxış keçirilərək tərtib edilmiş videoyazıya baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolda “videoçəkilişin 02:39-cu dəqiqəsində Təqsirləndirilən şəxs, əl və təpik zərbələri ilə Zərərçəkmiş şəxs1 məxsus «Porshe Cayenne» markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünü və qabaq hissəsini vuraraq zərər yetirir.” ifadəsi göstərilmişdir. Halbuki iş üzrə maddi sübut kimi tanınmış həmin diskdə Təqsirləndirilən şəxs avtomobilin qabaq hissəsinə ziyan vurmasına dair heç bir görüntüyə rast gəlinmir. Eləcə də, məhkəmə iclasında ifadəsi alınmış iş üzrə zərərçəkmiş şəxslər və şahidlər Təqsirləndirilən şəxs «Porshe Cayenne» markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sadəcə sol yan güzgüsünü sındırmasını bildirmişlər. Lakin ibtidai istintaq zamanı həmin zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs «Porshe Cayenne» markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin sol yan güzgüsünü, qabaq farasını və qabaq hissəsini yumruq və təpik zərbələri ilə vuraraq dındırması ilə bağlı ifadələr vermişlər. Bununla da, yuxarıda qeyd olunanlardan göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 186.1 və 221.3-cü maddələri ilə ittiham elan edərkən ittihamın əsasını iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaqda verdiyi ifadələri təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. X3 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bununla da yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 186.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tutarlı heç bir dəlilə istinad edilməmiş və iş materiallarında olan sübutlar təqsirləndirilən şəxssin həmin əmələ görə təqsirli bilinməsi üçün kifayət etmir, eləcə də məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsinə dair ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar təkzib edilmişdir. Qeyd edilməlidir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli qüsur aktında və və həmin aktda qeyd olunan məlumatlar əsasında alınmış Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6408 nömrəli rəyindən müəyyən edilmişdir ki, “Porshe Cayenne” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci (ön orta vozduxavod – 270 manat; ön sol fara – 3800 manat, ön sol güzgü – 280 manat, armatur işi – 980 manat; rəngsaz işi – 700 manat və elektrik işi – 40 manat) olaraq ümumilikdə 5210,0 manat məbləğində xərc çəkilmişdir. Həmin rəyə görə ön orta vozduxavodun qiyməti 270 manat, ön sol faranın 3800 manat olmaqla ümumi dəyəri 4070 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs CM-in 186.1-ci maddəsi ilə elan edilmiş ittiham sonuncunun yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs1 məxsus «Porsche Cayenne» markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön orta vozduxovod, ön sol fara və sol yan güzgüsünü sındıraraq 4.350 (dörd min üç yüz əlli) manat, istirahət otağında olan stolu sındırmaqla 1.000 (bir min) manat, həmçinin həmin istirahət otağının şüşədən olan qapısını yerindən çıxararaq şüşənin alt hissəsində quraşdırılmış dəmir relslər sındırmaqla 500 (beş yüz) manat olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 5.850 (beş min səkkiz yüz əlli) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etməsindən ibarət olmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi məhkəmədə Təqsirləndirilən şəxs «Porsche Cayenne» markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön orta vozduxovod və ön sol farasını zədələməsinə dair sübutlar aşkar edilməmiş və həmin xüsusata dair mötəbər sübut varsa belə məhkəmə istintaqı zamanı ittiham tərəfi tərəfindən ibtidai istintaq orqanının gəldiyi nəticəni təsdiq edən sübutlar təqdim edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən CM-in 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə yaranır. Bu zaman isə vurulmuş maddi ziyanın məbləği xeyli miqdarda, yəni beş min manatdan yuxarı, lakin əlli min manatdan aşağı olmalıdır ki CM-in 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi yaranmış olsun. Belə olan halda Təqsirləndirilən şəxs əməlində CM-in 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi müəyyən edilmir. Çünki məhkəmədə Təqsirləndirilən şəxs «Porsche Cayenne» markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön orta vozduxovod və ön sol farasını zədələməsinə dair xüsusatlar öz təsdiqini tapmadığından, onun əmlakı qəsdən zədələməyə dair zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanın məbləğinin 5000 manatdan yuxarı olmadığı müəyyən edilir. CPM-in 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. CPM-in 42.2-ci maddəsinə əsasən Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 186.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ona CM-in 186.1-ci maddəsi ilə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, cinayət işinə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qəsdən sağlamlığa az ağır zərər vurmaya dair cinayət tərkibinin olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilsə də, məhkəmə istintaqı zamanı sonuncunun əməlində xuliqanlıq hərəkətinin olmaması müəyyən edilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs əməlinin CM-in 221.3-ci maddəsi ilə tövsif edilə bilməz. Qeyd edilməlidir ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından və toplanmış sübutlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini xuliqanlıq niyyəti ilə deyil şəxsi münasibətlər zəminində törədərək zərərçəmkiş şəxslərin sağlamlığına xəsarət yetirmişdir. Çünki Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan əməl zərərçəkmiş şəxsə məxsus evdə baş vermiş və əvvəlcədən tanıdığı şəxslərə qarşı yönəlmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan əməldir. Bu isə o deməkdir ki, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Digər tərəfdən xuliqanlıq şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunur. Ona görə də xuliqanlığın əlavə obyektini insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Qeyd olunan əməl üzrə xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalı, yəni başqa sözlə desək xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bununla bağlı qeyd edilməlidir ki, ictimai qayda dedikdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvədə olan qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydaları kimi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli olaraq pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmçinin ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədə ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində zərərçəkmiş şəxslərə xəsarət yetirmə və zərər vurmanın əlamətləri mövcud olsa da, onun həmin hərəkətləri ictimai qaydanı pozma və cəmiyyətə açıqca hörmətsizlik etmədə idafə oluna bilməz. Çünki məhkəmədə toplanmış sübutlarla Təqsirləndirilən şəxs əməlində xuliqanlıq əlamətlərinin olmasına dair ittihamda göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərardadında göstərilmişdir ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 3-cü bəndinə qeyd edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. CM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, məhkəmə iclasında toplanmış sübutlarla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı xuliqanlıq etməsi ilə bağlı ona elan edilmiş ittihamda qeyd olunan hərəkətləri az inandırıcı olmaqla öz təsdiqini tapmamış və sonuncunun həmin hərəkətləri şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxslərin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilməlidir. Bununla belə, sadalanan hallara və qanunvericiliyin tələblərinə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol verildiyindən sonuncuya CM-in 221.3-cü maddəsi ilə elan edilmiş əməli tövsif edilməlidir. Belə olan halda məhkəmə, toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə olan cinayət əməlini aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halı, yənə zərərçəkmiş şəxslərdən ikisi ilə barışmasını və ona qarşı həmin zərərçəkmiş şəxsin şikayət və tələblərinin olmamasını, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 128-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1056/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablanmış, verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(103)-609/2022 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 4(001)-1056/2022 nömrəli qərarı ləğv edilməklə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək sonuncu dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 21 sentyabr 2022-ci il tarixədək tutulduğu və həbsdə olduğu 9 (doqquz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bundan başqa, məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-218/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək sonuncu dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)- 218/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş və hazırkı vaxtadək ev dustaqlığında saxlanılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdən hazırkı vaxtadək, yəni ümumilikdə 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müdətində həbsdə və ev dustaqlığında saxlanılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs1 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 21 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 9 (doqquz) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs, məhkəmə istintaqı dövründə barəsində “həbs” qətimkan tədbiri və “ev dustaqlığı” qətimkan tədbiri seçilməklə 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə həbsdə və ev dustaqlığında saxlandığından hazırkı hökmlə qəti olaraq ona təyin olunmuş 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs1 cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-218/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-218/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver