Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-218/2024 05.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər- Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Neftçala rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsi ev 23-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfani küçəsi döngə 3-də fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə, xx xxxxx 2002-ci ildə Neftçala rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsi ev 23-də qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfani küçəsi döngə 3-də fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Binəqədi rayonu, Binəqədi şosessində yerləşən içtimai yer hesab olunan “Ross Hall” restoranının qarşısında qardaşı Təqsirləndirilən şəxs2 ilə birləşib bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq edib olunması ilə müşayiət olunan hərəkətlər edərək Zərərçəkmiş şəxs onlara nalayiq sözlər dediklərinə görə iradını bildirməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərin gözü qarşısında nalayiq sözlər deyərək sonuncunun üzərində zor tətbiq edib qardaşı Təqsirləndirilən şəxs2 yumruqla Zərərçəkmiş şəxs üz nahiyəsinə vuraraq sağ üst göz qapağının cuzi şişkinliyi fonunda qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdikdən sonra o, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib yumruqla baş nahiyəsinə vuraraq sol təpə-ənsə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Binəqədi rayonu, Binəqədi şosessində yerləşən içtimai yer hesab olunan “Ross Hall” restoranının qarşısında qardaşı Təqsirləndirilən şəxs1 ilə birləşib bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq edib olunması ilə müşayiət olunan hərəkətlər edərək Zərərçəkmiş şəxs onlara nalayiq sözlər dediklərinə görə iradım bildirməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərin gözü qarşısında nalayiq sözlər deyərək sonuncunun üzərində zor tətbiq edib yumruqla Zərərçəkmiş şəxs üz nahiyəsinə vuraraq sağ üst göz qapağının cuzi şişkinliyi fonunda qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdikdən sonra qardaşı Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib yumruqla baş nahiyəsinə vuraraq sol təpə-ənsə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, 44 günlük vətən müharibəsinin iştirakçısıdır. xx.xx.2023-cü il tarixdə əmisi Ruslanın oğlu Cavidanın kiçik toy məclisi keçrildiyi üçün o, ailə üzvləri ilə birlikdə həmin toyda iştirak etmişdir. Toy Binəqədi rayonunda yerləşən “Rose hall” restoranının birinci mərtəbəsində keçrilmişdir. Həmin vaxt restoranın ikinci mərtəbəsində də toy məclisi olmuşdur. O, qardaşı Rafiqlə toy məclisində iştirak edən zaman içki qəbul etmişdir. Axşam saat 23 radələrində qardaşı Rafiq, anası Elnarə və nişanlısı Xanım ilə toy məclisi bitdiyindən çölə çıxmışdır. Bu zaman çöldə həyətdə ağsaçlı bir kişinin kiminləsə mübahisə etdiyini və söyüş söydüyünü gördüyü üçün yaxınlaşaraq həmin şəxsin sol çiyin hissəsindən tutub silkələyərək söyüş söyməməsini bildirmişdir. Bu zaman restoranın foyesindən sonradan adını bildiyi Bəhlul adlı şəxs çölə çıxıb yaxınlaşaraq hansı səbəbdən ağsaçlı kişinin çiynindən tutub silkələdiyini soruşmuşdur. O, Bəhluldan hansı səbəbdən kobud danışdığını soruşaraq onun üzərinə gedərək sinəsindən tutmuşdur. Bu zaman Bəhlul yaxşı edirəm deyərək ona təpik atmışdır. Dəymiş olan zərbədən o, arxaya doğru getmişdir. Daha sonra qardaşı Rafiq Bəhlulun üstünə gedərək vurmuşdur. O, ayağa qalxıb dərhal Bəhlulun üstünə gedərək qardaşı ilə birlikdə onu yumruq və təpik zərbələri ilə vurmuşlar, bu zaman orada olan camaat onları aralamağa başlamışlar. Bundan sonra o, qardaşı ilə birlikdə hadisə yerində qalmayaraq dövlət nömrə nişanını bilmədiyi Mercedes markalı avtomobilə minərək oradan uzaqlaşıb getmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirmişdir ki, o 44 günlük Vətən müharibəsində iştirak etmiş və bir sıra medallarla təltif edilmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmançılıq çəkir. Hazırki vaxta qədər bir neçə dəfə zərər çəkmiş şəxslə barışmağa cəhd etmişlər,belə ki, bir neçə də anası, əmisi və digər ağsaqqqallar zərərçəkmiş şəxslə barışmaq üçün cəhd etsələr də, zərər çəkmiş şəxs onlarla barışmaqdan imtina etmişdir. Hazırda nişanlıdır, tezliklə toyu olacaqdır. Göstərilənlərin nəzərə alınmasını və məhkəmə tərəfindən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 44 günlük vətən müharibəsinin iştirakçısıdır. xx.xx.2023-cü il tarixdə əmisi Ruslanın oğlu Cavidanın “Rose hall” restoranın birinci mərtəbəsində keçrildiyi üçün o, ailəlisi ilə həmin toyda iştirak etmişdir. O, toyda iştirak edən zaman qardaşı Elbrus ilə birgə spirtli içki qəbul etmişdir. Axşam saat 23 radələrində qardaşı Elbrus, anası Elnarə və qardaşının nişanlısı Xanım toy məclisindən çölə çıxan zaman çöldə həyətdə ağsaçlı bir kişinin mübahisə etdiyini və söyüş söydüyünü görmüşlər. Həmin vaxt Elbrus onun üzərinə gedərək sol çiyin hissəsindən tutub silkələyərək söyüş söyməməsini bildirmişdir. O, Elbrusun belindən tutaraq onu kənara doğru aralamış, bu zaman foyedən çölə sonradan adını bildiyi Bəhlul çıxaraq Elbrusa yaxınlaşmışdır. Bəhlul Elbrusa hansı səbəbdən yaşlı kişi ilə kobud danışdığını bildirdikdə Elbrus da onun üzərinə gedərək Bəhlulun sinəsindən tutaraq itələmişdir. Həmin vaxt Bəhlul da qarşılığında Elbrusa təpik atmışdır.O qardaşının yıxıldığını görən kimi Bəhlulun üzərinə doğru gedərək onu vurmuşdur. Bu zaman orada olan camaat onları sakitləşdirdiyi üçün onlar foyeyə daxil olmuşlar. Foyedə o, Bəhlulla mübahisə edən zaman arxadan qardaşı Elbrus da çataraq Bəhlulu vurmuşdur. Daha sonra o, aralaşıb çölə çıxmışdır. O, çöldə arxadan qaçaraq gəlib yenidən Bəhlulun üz nahiyəsinə yumruq zərbəsi ilə vurmuşdur. Daha sonra orada olan adamlar onları sakitləşdirmiş və oradan dövlət nömrə nişanını bilmədiyi Mercedes markalı avtomobilə minərək hadisə yerindən uzaqlaşmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirmişdir ki, o 44 günlük Vətən müharibəsində iştirak etmiş və bir sıra medallarla təltif edilmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmançılıq çəkir. Hazırki vaxta qədər bir neçə dəfə zərər çəkmiş şəxslə barışmağa cəhd etmişlər,belə ki, bir neçə də anası, əmisi və digər ağsaqqqallar zərərçəkmiş şəxslə barışmaq üçün cəhd etsələr də, zərər çəkmiş şəxs onlarla barışmaqdan imtina etmişdir. Göstərilənlərin nəzərə alınmasını və məhkəmə tərəfindən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 14 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Rose Hall” restoranında qohumu Həsənin toy məclisi keçrildiyi üçün o, həmin məclisdə iştirak edirmiş. Toy restoranın ikinci mərtəbəsində keçrilmişdir. Saat 23 radələrində o, restorandan küçəyə çıxdıqda 2-3 nəfər cavan oğlanın dayanıb söyüşlə danışdıqlarını gördükdə onlara yaxınlaşaraq söyüşlə danışmamalarını, qadın uşaq keçdiyini bildirmişdir. Həmin vaxt üzü saqqalı bəstə boy cavan oğlan sonradan adını bildiyi Rafiq yaxınlaşaraq sinəsindən tutub özünə tərəf çəkərək təpik atmışdır. Həmin vaxt o, cavab olaraq ona təpik atmışdır. Bundan sonra Rafiq, onun qardaşı Elbrus və daha bir nəfər üstünə gələrək vurmağa başlamışlar. O, arxa-arxaya keçib restoranın foyesinə daxil olmuş, həmin vaxt ora toplaşan şəxslər aralamağa başlamışdır. Lakin həmin şəxslər onu döyüb xəsarət yetirdikdən sonra orada dayanmayaraq çıxıb getmişlər. Bundan sonra dayısı oğlu Tarverdi hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, özü isə Binəqədi RPİ-nin 4-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Dava-dalaş təxminən 10 dəqiqə ərzində davam etmiş və həmin vaxt ərzində onu ilk olaraq göz nahiyyəsindən boydan balaca olan sonradan adını bildiyi Rafiq, daha sonra isə baş nahiyyəsindən qardaşı Elbrus vurmuşdur ki, Rafiqin vurması nəticəsində göz nahiyyəsindən, Elbrusun vurması nəticəsində isə baş nahiyyəsindən xəsarət almışdır Məhkəmə iclasında Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, o hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Elbrus və Rafiq onun oğlanlarıdır. xx.xx.2023-cü il tarixdə qaynı Ruslanın oğlu Cavidanın kiçik toy məclisi keçrildiyi üçün o oğlanları ilə birlikdə həmin toyda iştirak etmişdir. Təxminən saat 23 radələrində o, oğlanları Elbrus və Rafiq toy məclisinin axırları olduğu üçün evə getmək üçün çölə çıxan zaman çöldə həyətdə tanımadığı şəxsin mübahisə edərək söyüş söydüyünü gördükdə Elbrus onun üzərinə gedərək sol çiyin hissəsindən tutub silkələyərək söyüş söyməməsini bildirmişdir. Həmin vaxt Rafiq Elbrusun belindən tutaraq onu kənara doğru aralaşdırdıqda foyedən sonradan adını bildiyi Bəhlul adlı şəxs çölə çıxaraq Elbrusa yaxınlaşaraq kobud danışmamağı bildirdikdə sonuncu onun üzərinə gedərək həmin oğlanın sinəsindən tutaraq itələmişdir. Həmin vaxt Bəhlul da qarşılığında Elbrusa təpik atmış və bundan sonra mübahisə yaranmışdır. Mübahisə nəticəsində Bəhlul Allahyaraov xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “Ross Holl” şadlıq evinin rəhbəridir. 14 oktyabr 2023-cü il tarixdə şadlıq evinin ikinci mərtəbəsində böyük toy, birinci mərtəbəsində isə kiçik toy məclisi keçrilmişdir. Təxminən saat 23 radələrində otağında birinci mərtəbədə olan məclisin sahibi ilə toyun hesabını edən zaman çöldə səs-küy eşitmiş və çölə çıxmışdır. O, çölə çıxdıqda birinci mərtəbədə keçrilən məclisdə iştirak edən şəxslərlə, ikinci mərtəbədə keçrilən məclisdə iştirak edən şəxs arasında mübahisə baş verdiyini bilmişdir. O, mübahisənin hansı səbəbdən baş verdiyini maraqlandıqda mübahisənin söyüş üstündə baş verdiyini öyrənmişdir. Bundan sonra o baş vermiş hadisə barəsində polis əməkdaşlarına məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 14 oktyabr 2023-cü il tarixdə oğlu Cavidana “Rose Hall” şadlıq evinin birinci mərtəbəsində kiçik toy məclisi keçirtmişdir. Toya təxminən 100 nəfər dəvətli olmuşdur. Saat təxminən 23 radələrində toyun axırı olduğu üçün şadlıq evinin pulunu verməkdən ötrü şadlıq evinin 2-ci mərtəbəsinə rəhbərliyin otağına qalxmış, təxminən yarım saat orada qalıb toyun xərcini ödəyib aşağı düşdükdə qardaşı uşaqları Rafiq və Elburusun şadlıq evinin 2-ci mərtəbəsində keçrilən toyda iştirak edən şəxslərdən biri ilə mübahisə edərək dalaşdıqlarını bilmişdir. O, mübahisənin hansı səbəbdən baş verdiyini maraqlandıqda mübahisənin söyüş üstündə baş verdiyini öyrənmişdir. O, şadlıq evinin rəhbərliyinin otağından çıxıb birinci mərtəbəyə düşdükdə nə qardaşı oğlanları, nədəki xəsarət alan şəxs orada görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət işi icraata qəbul olunaraq istintaq aparılmışdır. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesisinin üzərində yerləşən “Rose Hall” restoranının həyətyanı sahəsində baş vermişdir. Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1979 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni aşkar edilmiş xəsarətlər - sol təpə-ənsə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası və sağ üst göz qapağımn cüzi şişkinliyi fonunda qançırı bərk küt əşyamn təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 14 oktyabr 2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə sol təpə-ənsə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Sağ üst göz qapağının cüzi şişkinliyi fonunda qançırı isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 20:20-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim edilmiş 4 nəfər şəxsə baxaraq nəzərdən keçirdikdən sonra təqdim olunmuş şəxslərdən sıra sayı ilə 4-cü sırada dayanmış şəxsin mübahisə zamanı onu döyən şəxslərdən biri olduğunu bildirdi. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim edilmiş 4 nəfər şəxsə baxaraq nəzərdən keçirdikdən sonra təqdim olunmuş şəxslərdən sıra sayı ilə 3-cü sırada dayanmış şəxsin mübahisə zamanı onu döyən şəxslərdən biri olduğunu bildirdi. xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzlərinə qarşı bildirmişdir. Təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında 21 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 oktyabr 2023-cü il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında 21 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 oktyabr 2023-cü il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2013 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2013 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 04 noyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində DİN BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 04 noyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində DİN BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Hazırki cinayət işində iki nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 08945 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. l-2062 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. l-13123 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. l-1526 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. Travma haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 “qarnın ön divarının yumşaq toxumalarının əziyi” diaqnozu ilə xəsarət almışdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, Vətən müharibəsi iştirakçısı olmasını, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almasını, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: CM-in 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; CM-in 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; CM-in 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; CM-in 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. CİM-in 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. CİM-in 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CİM-in 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 üzərinə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, gün ərzində yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfani küçəsi döngə 3-də yerləşən fərdi evi axşam saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, hazırkı cinayət işi ilə bağlı 19 oktyabr 2023-cü il tarixdən 21 oktyabr 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. l-2090 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. l-13555 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, Vətən müharibəsi iştirakçısı olmasını, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almasını, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: CM-in 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; CM-in 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; CM-in 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; CM-in 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. CİM-in 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. CİM-in 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CİM-in 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs2 üzərinə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, gün ərzində yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfani küçəsi döngə 3-də yerləşən fərdi evi axşam saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2, hazırkı cinayət işi ilə bağlı 19 oktyabr 2023-cü il tarixdən 21 oktyabr 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmiş, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində yaşayış yerindən axşam saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində yaşayış yerindən axşam saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-218/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-218/2024
05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver