Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-219/2022 20.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs, xx.xx.1991-ci il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində 1 (bir) azyaşlı övladı olan, orta təhsilli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.12.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, aylıq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, İmişli rayon icra və probasiya şöbəsinin 17.02.2022-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, İmişli rayonu, Ə.Məmmədov küçəsi ev 7-də qeydiyyatda olmaqla, Bakı şəhəri, H.Aslanov qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-172/2022 saylı, 19.02.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 19.10.2021-ci il tarixdə saat 23.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt şossesinin 6-cı kilometrində yerləşən «Xırdalan dairəsi» adlanan yerin yaxınlığında «Toyota Prius» markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs piyada zolağında piyadalara yol verməməsi və avtomobili yolun kənarında saxlayıb onun ünvanına nalayiq sözlər deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı öz gücünü nümayiş etdirərək sonuncunun baş nahiyəsinə yumruqla bir neçə dəfə vuraraq, xuliqanlıq niyyətilə sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol alt göz qapağı və gözaltı nahiyənin qançırı, burun sümüklərinin qəlpəli yerdəyişən sınıqları ilə müşaiyət olunan burun əsasının qançırı, sol almacıq sümüyünün sınığı ilə müşaiyət olunan almacıq-yanaq nahiyəsinin qançır şişkinliyi kimi xəsarətlər yetirib Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 19.10.2021-ci il tarixdə qardaşı Şahid1 29 yaşı tamam olduğundan, öz doğum gününü Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində yerləşən «Aşıqlar» kafesində qeyd edirmiş.Həmin gün saat 21.00 radələrində o, qaynı İbişov Aydın ilə birlikdə həmin kafeyə gəlmiş və kafedə qardaşı Elnurun əyləşdiyi masa arxasında təxminən 2-3 nəfər əvvəllər tanımadığı şəxslərin də əyləşdiklərini görmüşdür.Onlar kafeyə gəldikdən sonra Elnurun qonaqları olan tanımadığı şəxslər bir az oturub çıxıb getmişlər.Aydınla o, kafedə təxminən 1-2 saata yaxın əyləşdikdən sonra evə getmək qərarına gəlmiş və bu səbəbdən Aydınla birlikdə Elnur ilə sağollaşıb kafedən çölə çıxmışlar.Daha sonra təxminən saat 23.00 radələrində Aydınla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt şossesinin 6-cı kiloietrində yerləşən «Xırdalan dairəsi» deyilən yerin yaxınlığında olan piyada zolağı ilə yolu keçmək istəyən zaman, «Toyota Prius» markalı, **- VV-*** dövlət qeydiyyat nişanlı avtomobil onlara yol vermədən hərəkətini Sumqayıt şəhəri istiqamətində davam etdirmişdir.Bu zaman onun sağ əli bilmədən avtomobilin arxa «Stop» işığına dəymiş və «Toyota Prius» markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, adını sonradan bildiyi Zərərçəkmiş şəxs avtomobilini yolun kənarında saxlayıb, ona «qoduğ avtomobilimi niyə əzirsən?» deyə onu soymuş, o, da sonuncuya cavab olaraq, avtomobilini əzmədiyni, nə səbəbdən piyada zolağında yol vermədiyni və nə səbəbdən onu söydüyünü soruşmuşdur.Bundan sonra Zərərçəkmiş şəxs onun üzərinə hücum çəkərək, yaxasından tutmuş və onların arasında mübahisə yaranmışdır.Mübahisə zamanı o, sol əli ilə Zərərçəkmiş şəxs yaxasından tutuaraq, onun sifət nahiyəsinə dörd dəfə yumruqla zərbələr endirmişdir.Bundan sonra qardaşı Elnur və qaynı Aydın onu Zərərçəkmiş şəxs kənarlaşdırmış və o, Aydınla birlikdə tanımadığı taksiyə əyləşib öz evinə, Elnur isə başqa tanımadığı taksiyə əyləşib öz evinə getmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını və vurulmuş ziyanı ödəməsini, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, 19.10.2021-ci il tarixdə saat 23.00 radələrində idarə etdiyi özünə məxsus «Toyota Prius» markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt şossesinin 6-cı kilometrində yerləşən «Xırdalan dairəsi» deyilən yerin yaxınlığında hərəkətdə olduğu zaman, yolun Bakı- Sumqayıt şossesində yolda olan piyada zolağının üzərindən fikrili olduğundan görmədən keçərək, yolun kənarında dayanmış vəziyyətdə olan şəxslədən biri, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs, yumruqla onun idarə etdiyi avtomobilin arxa şüşəsinə vurmuşdur.Bu səbəbdən o, avtomobilini yolun kənarında saxlayaraq, Təqsirləndirilən şəxs öz iradını bildirmiş və onu təhqir etmişdir.Təqsirləndirilən şəxs ondan niyə təhqir etməyini soruşaraq, sol əli ilə onun yaxasından tutmuş, sağ əli ilə isə onun sifət nahiyəsinə dörd dəfə yumruqla zərbələr endirmiş, bundan sonra Elvinin yanında olan Şahid2 ilə sonradan həmin yerə gəlmiş Şahid1 onları aralaşdırmışlar.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildyini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, 19.10.2021-ci il tarixdə onun 29 yaşı tamam olduğundan, öz doğum gününü tanışları Vüqar və Camal adlı şəxslərlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində yerləşən «Aşıqlar» kafesində qeyd edirmiş. Həmin gün saat 21.00 radələrində qardaşı Elvin qaynı Aydın ilə birlikdə həmin kafeyə gəlmişdir.Birlikdə yeyib içdikdən sonra, təxminən saat 22.00 radələrində tanışları Vüqarla Camal kafedən çıxıb evlərinə getmişlər.Daha sonra təxminən saat 23.00 radələrində onlar da həmin kafedən çıxmış və o, taksiyə əyləşmişdir ki, öz evinə getsin, Elvinlə Aydın isə onunla sağollaşıb öz evlərinə çıxıb getmişlər.Əyləşdiyi taksinin sürücüsü Xırdalan dairəsi deyilən yerdə dayanıb digər sərnişin gözləyirmiş, bu zaman Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı- Sumqayıt şossesinin 6-cı kilometrində yerləşən «Xırdalan dairəsi» deyilən yerin yaxınlığında olan piyada zolağında iki nəfər şəxsin dalaşdıqlarını görmüşdür.Maraqlı olduğu üçün o, dalaşanlara yaxınlaşmış və dalaşanlardan birinin qardaşı Elvin olduğunu görmüşdür.Qardaşı Elvin sonradan adını Zaur bildiyi şəxsin sifət nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr endirmişdir.Həmin anda özü və Aydın, Elvinin qarşısını alaraq, onu Zaurdan kənarlaşdırmışlar.Bundan sonra o, Elvini Aydınla birlikdə taksiyə mindirib yola salmış, özü isə digər taksi avtomobilinə əyləşib yaşadığı evə getmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs bacısının yoldaşıdır. 19.10.2021-ci il tarixdə Elvinin qardaşı Şahid1 29 yaşı tamam olduğundan, öz doğum gününü Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesində yerləşən «Aşıqlar» kafesində qeyd edirmiş. Həmin gün saat 21.00 radələrində o, kürəkəni Elvinlə birlikdə həmin kafeyə gəlmiş və kafedə Elnurun əyləşdiyi masa arxasında təxminən 2-3 nəfər əvvəllər tanımadığı şəxslərin də əyləşdiklərini görmüşdür.Onlar kafeyə gəldikdən sonra Elnurun qonaqları bir az oturduqdan sonra kafedən çıxıb getmişlər.Elvinlə o, kafedə təxminən 1-2 saata yaxın əyləşdikdən sonra evə getmək qərarına gəlmiş və bu səbəbdən Elvinlə birlikdə Elnur ilə sağollaşıb kafedən çölə çıxmışdır.Daha sonra təxminən saat 23.00 radələrində Elvinlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt şossesinin 6-cı kiloietrində yerləşən «Xırdalan dairəsi» deyilən yerin yaxınlığında olan piyada zolağı ilə yolu keçmək istəyən zaman, «Toyota Prius» markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil onlara yol vermədən hərəkətini Sumqayıt şəhəri istiqamətində davam etdirmişdir.Bu zaman Elvinin sağ əli bilmədən avtomobilin arxa «Stop» işığına dəymiş və «Toyota Prius» markalı, **-VV- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, adını sonradan bildiyi Zərərçəkmiş şəxs avtomobilini yolun kənarında saxlayıb, Elvinə «qoduğ avtomobilimi niyə əzirsən?» deyə söyüş söymüş, Elvin də ona cavab olaraq, avtomobilini əzmədiyni, nə səbəbdən piyada zolağında yol vermədiyni və nə səbəbdən söyüş söydüyünü soruşmuşdur.Bundan sonra Zərərçəkmiş şəxs, Elvinin üzərinə hücum çəkərək, Elvinin yaxasından tutmuş və sonuncuların arasında mübahisə yaranmışdır.Mübahisə zamanı Elvin sol əli ilə Zərərçəkmiş şəxs yaxasından tutuaraq, sağ əli ilə sifət nahiyəsinə dörd dəfə yumruqla zərbələr endirmişdir.Bundan sonra o, sonradan həmin yerə gəlmiş, Elvinin qardaşı Elnurla birlikdə Elvini, Zərərçəkmiş şəxs kənarlaşdırmış və o, Elvinlə birlikdə tanımadığı taksiyə əyləşib öz evinə, Elnur isə başqa tanımadığı taksiyə əyləşib evinə getmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizasının 22.10.2021-ci il tarixli, 1712 nömrəli rəyində göstərilmişdir ki: Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – burun sümüklərinin qəlpəli yerdəyişən sınıqları ilə müşaiyət olunan burun əsasının qançırı, sol almacıq sümüyünün sınığı ilə müşaiyət olunan almacıq-yanaq nahiyəsinin qançır şişkinliyi, sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol alt göz qapağı və gözaltı nahiyənin qançırı bərk-küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, dərəcələrinə görə burun sümüklərinin qəlpəli yerdəyişən sınıqları ilə müşaiyət olunan burun əsasının qançırı, sol almacıq sümüyünün sınığı ilə müşaiyət olunan almacıq-yanaq nahiyəsinin qançır şişkinliyi, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər, sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol alt göz qapağı və gözaltı nahiyənin qançırı isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər.Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər 19.10.2021-ci il tarixdə yumruq və təpiklə yetrilən zərbələr nəticəsində əmələ gələ bilərdilər.Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin onun özü boyu hündürlüyündən yıxılaraq bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gəlməsi az inandırıcıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 18.12.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, aylıq qazancından 15% dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri növündə cəza təyin edilmişdir.Həmçinin,iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 17 fevral 2022-ci il tarixli, 138 saylı cavab məktubuna əsasən məlum olur ki, Təqsirləndirilən şəxs «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən islah işləri cəzasından azad edilmişdir.Beləliklə də, məlum olur ki, Azərbaycan Respublikası CMnin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını və vurulmuş ziyanı ödəməsini, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halar da cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu, yüngülləşdirən halların isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını və vurulmuş ziyanı ödəməsini, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli,15 saylı qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdən – 19 fevral 2022-ci il tarixədək həbsdə olduğu və 19 fevral 2022-ci il tarixdən 20 may 2022-ci il tarixədək ev dustaqlığında olduğu 05 (beş) ay 6 (altı) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan şübhəli şəxsin tutulması haqqında Binəqədi RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru X4 tərəfindən qəbul edilmiş 14 dekabr 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə tutulmuşdur. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1319/2021 saylı, 16.12.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 09.03.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır.Sonradan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 172/2022 saylı, 19.02.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz olunmuşdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri, H.Aslanov qəsəbəsində nömrəsiz evdə yerləşən mənzildə çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci, 65.3-cü və Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdən – 19 fevral 2022-ci il tarixədək həbsdə olduğu və 19 fevral 2022-ci il tarixdən 20 may 2022-ci il tarixədək ev dustaqlığında olduğu 05 (beş) ay 06 (altı) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 01 (bir) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri, H.Aslanov qəsəbəsində nömrəsiz evdə yerləşən mənzildə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhəri və işlədiyi Abşeron rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-219/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-219/2022
20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver