Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-22/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 02 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 66.5 və 69.3-cü maddələrinə 03 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, xx.xx.2018-ci il tarixdə, qabaqcadan bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli yolla ələ keçirməklə törətdiyi oğurluq cinayətinə görə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.3-cü maddələri ilə təqdirləndirilən şəxs qismində cəlb edilməsinə baxmayaraq, (190040419 saylı cinayət işi hal -hazırda ittiham aktı ilə birlikdə Binəqədi rayon məhkəməsinin icraatındadır) xx.xx.2019-cu il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Binəqədi rayonu, Çiçək YYM-də fərdi nömrəsiz evin həyətindəki saxlanc yeri hesab edilən zirzəminin qapısını açmaqla qanunsuz daxil olaraq oradan 01 ədəd 300 manat dəyərində olan üzərində “GBH 2-26” DRE Proffessional yazıları olan “Bocsh” markalı pereferatoru, 01 ədəd 90 manat dəyərində olan dreli, dəyəri 60 manat olan ağ və qara rəngli uzunluqları 06 və 10 metr olan kabelləri gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs2 450 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, xx xxxxxx 2019-cu il tarixdə, saat 04:00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivi nömrəsiz evin qarşısında saxladığı “Niva” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili, qabaq sol şüşəsini sındıraraq qapısını açmaqla daxil olub, talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçıraraq Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığına kimi avtomobili idarə etmiş və həmin yerdə avtomaşını saxlayıb avtomobildəki əşyaları oğurlamaq qərarına gələrək, avtomaşının salonunda olan: 20 manat dəyərində olan İran istiehsalı olan maqnitofonu, 150 manat dəyərində olan üzərində “Pioneer DVD, VCD, CD, MP3, MP4” yazıları olan maqnitofonu, 02 ədəd ayrı-ayrılıqda hər birinin dəyəri 50 manat, ümumilikdə 100 manat dəyərində “Pioneer” markalı səs gücləndiriciləri, 02 ədəd ayrı ayrılıqda 30 manat, ümumilikdə 60 manat dəyərində ayaqaltı rezinləri, 40 manat dəyərində təsbehi, 62 manat nağd pulu, avtomobilin texniki şəhadətnaməsi, Zərərçəkmiş şəxs1 sürücülük vəsiqəsini, avtomobili idarə etmək üçün verilmiş etibarnaməni, “Kapital Bank”ın bonus kartını, 5 manat dəyərində sükan başlığını, 01 ədəd 20 manat dəyərində ətri, 10 manat dəyərində led işığı, 02 ədəd ayrı-ayrılıqda hər birinin dəyəri 25 manat, ümumilikdə isə 50 manat dəyərində 32 GB-lıq yaddaş kartını, avtomaşının baqaj hissəsindən - 02 ədəd ayrıayrılıqda hər birinin dəyəri 50 manat, ümumilikdə 100 manat dəyərində oturacaq üzlüklərini, 01 ədəd 50 manat dəyərində baqaj üçün örtüyü, 01 ədəd 5 manat dəyərində vintaçanı, 01 ədəd 5 manat dəyərində kəlbətini və avtomaşının qabaq hissəsini (kapotunu) açaraq, oradan 01 ədəd dəyəri 120 manat olan akkumulyatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 797 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 185.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir rəsmi yerdə işləmədiyi və pulunun olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində o, piyada şəkildə Binəqədi rayonu, Çiçək qəsəbəsində gəzən zaman fərdi həyət evlərinin qarşısından keçərkən həmin evin qarşısında dayanmış, ətrafda kimsənin olmadığına əmin olduqdan sonra evin dəmirdən olan hasarından aşmaqla həyətə daxil olmuşdur. Evin həyətində olan zaman evin zirzəmisinin qapısında qıfıl olmadığını görmüş və əli ilə qapını açıb zirzəmiyə daxil olmuşdur. Zirzəmidə olan zaman içəridə qutunun içərisindəki direli, həmçinin də qutunun arxa tərəfində olan pereferatoru götürməyə qərar vermişdir. Bundan başqa o, qeyd olunan əşyalar ilə kifayətlənməyib zirzəmidə bir qədər dolandıqdan sonra 01 ədəd qara və 01 ədəd ağ rəngli kabelləri götürmüşdür. Bundan sonra cəld bir şəkildə evin həyətinə çıxmış, daha sonra isə evin həyətinin giriş-çıxış qapısını açıb oradan dərhal uzaqlaşmışdır. Həmin vaxtı oğurlamış olduğu əşyaları yaxınlıqda yerləşən bir yerə yığmış, daha sonra isə yoldan ötən taksilərin birini saxlatdırmış və oğurlamış olduğu əşyaları taksinin salonuna yükləyib oradan uzaqlaşmışdır. Oğurladığı dreli hadisədən 2-3 gün sonra 3-cü mkr bazarında tanımadığı şəxsə 40 manata, kabelləri isə ümumilikdə 20 manata satmışdır. O, oğurladığı pereferatoru yaşadığı evə aparıb gələcəkdə satmaq üçün gizlətdiyini bildirmişdir. Bundan başqa o, 2019-cu ilin dekabr ayının əvvəllərində oğurluq etmək məqsədi ilə təxminən saat gecə saat 04 radələrində yaşadığı evdən çıxıb Hökməli qəsəbəsində yeni yaşayış massivinə getmişdir. Həmin vaxt həyət evinin qarşısında zoğalı rəngdə “Niva” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşının dayanmasını görmüşdür. Avtomaşın onun diqqətini çəkdiyindən alışqanın işığı ilə avtomaşının salonuna baxmış, avtomaşının açarının üstündə olduğunu görmüşdür. Ətrafa diqqət yetirib heç kimin olmadığını gördükdən sonra üzərində olan mühərrik şamının qırıntısını avtomaşının qabaq sol pəncərəsinə vurub sındırmış və qapını açıb avtomaşında sürücü tərəfdə əyləşmişdir. Həmin vaxt avtomaşını öz açarı ilə işə salıb bir qədər sürdükdən sonra içərisindən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə o, avtomaşını Hökməli qəsəbəsindəki qəbirstlanlığın yaxınlığındakı yolda saxlamışdır. Avtomaşının salonundan markası yadında qalmayan 01 ədəd maqnitafonu, arxa oturacaqda olan maqnitafonu, 02 ədəd səs gücləndiricini, 02 ədəd ayaqaltı rezinləri, 01 ədəd gümüş təsbehi, bardaçokdan 01 ədəd duxunu, 01 ədəd sükan başlığını, 62 manat pulu, şitin üzərindən işıq və 2 ədəd flaşkarı götürüb avtomobildən düşmüşdür. Bundan sonra baqajı açmış və oradan 2 ədəd qabaq oturacaq üzlüyünü, baqaj üçün örtüyü, kəlbətin və vintaçanı götürmüşdür. Sonra həmin kəlbətinla mühərrik hissəsindəndən akumlyaroru açıb götürmüşdür. Bundan başqa avtomaşının arxa sol təkərini açmaq istəsə də aça bilməmişdir. Həmçinin hava artıq açılmaq üzrə olduğundan ətrafdan kiminsə onu görə biləcəyindən ehtiyat edib oradan aralanıb çıxıb getmişdir. Pulu sayan zaman pulların arasında avtomobilin sənədlərini və başqa xatırlamadığı sənədləri aşkar etmiş, sənədləri isə xatırlamadığı yerə tullayıb oradan uzaqlaşmışdır. O, oğurladığı əşyalardan 02 ədəd oturacaq üzlüklərini və 02 ədəd ayaqaltı rezinləri xx xxxxxx 2019-cu il tarixdə pula ehtiyacı olduğundan satdığını bildirib Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan İdris adlı şəxsə ümumilikdə 10 manata satmışdır. Digər əşyaları isə tanımadığı şəxslərə satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmiş, 01 ədəd “Pioner” markalı maqnitofonu Hökməli qəbiristanlığının yaxınlığındakı bir yerə gizlətmişdir ki gələcəkdə sata bilsin. Bundan başqa o, oğurluq hadisələrini tək tərətdiyini, oğurluq əşyaları satan zaman oğurluq yolu ilə əldə edildiyini demədiyini bildirmişdir. O, əməlindən peşimandır, bir daha oğlurluq cinayəti etməyəcəyinə söz verərək məhkəmədən ona köməklik olunmasını xahiş etmişdir. Abşeron rayon məhkəməsi tərəfindən ona təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına dair hökmdən apellyasiya şikayəti vermədiyi üçün hökm qanuni qüvvəsini almışdır. Hər iki zərərəkmiş şəxsin ona qarşı şikayət və tələbləri yoxdur, onunla barışmışlar. Məhkəmə prosesi vaxtı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bayıl qəsəbəsində yerləşən tikilməkdə olan hündür mərtəbəli binada fəhlə kimi işləyir, işi ilə əlaqədar olaraq işlətdiyi usta alətlərini yaşadığı evin zirzəmisində saxlayır. xx.xx.2019-cu il tarixdə, saat təxminən 06 radələrində o, evdən çıxıb iş yerinə getmişdir. Həmin günü saat 22 radələrində o, evə qayıtmış və evin zirzəmisindən tikinti alətini götürmək üçün zirzəmiyə düşmüşdür. Həmin vaxt balonlar olan rəfdə saxladığı qutunun içərisindən dreli götürmək istəyən zaman drelin orada olmadığını aşkar etmiş, karton qutunun arxasında saxladığı pereforatorunda yerində olmadığını görmüşdür. O, zirzəmiyə baxış keçirən zaman oradan 1 ədəd 6 metrlik ağ yoğun və 1 ədəd 10 metrlik qara kabelin oğurlandığınıda şahidi olmuşdur. O, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. O, Bocsh markalı pereferatoru 6 ay əvvəl 300 manata, markasını xatırlamadığı tünd göy rəngli dreli 3 ay əvvəl 90 manata aldığını, kabellərin qiymətinin isə ümumilikdə 60 manat təşkil etdiyini, ona oğurluq nəticəsində ümumilikdə 450 manat maddi ziyan dəydiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyi üçün ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə prosesində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, «Niva» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşın atasının adına olsa da atası Seyidmusanın ona sürməyə etibarnamə verdiyini bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə o, şəxsi işlərini yekunlaşdırıb təxminən saat 19 radələrində evə qayıtmışdır. O, idarə etdiyi Niva markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşını Hökməli qəsəbəsi yeni yaşayış massivindəki fərdi yaşayış evinin qarşısında saxlayıb evə girmişdir. Həmin vaxt maşının qapılarını pultla bağlasa da açarı avtomaşının üstündə saxlamışdır. Səhər saat 07 radələrində çölə çıxan vaxt yaşadığı evin qarşısında şüşə qırıntısının olmasını görmüş və avtomobilin yerində olmadığının şahidi olmuşdur. Bundan sonra o, DİN-in 102 məlumat xidmətinə zəng edərək məlumat vermiş, bir qədər sonra polis əməkdaşları onun yaşadığı evin qarşısına gəlmişlər. O, 40-cı polis bölməsinə gedərək ərizə vermişdir. Bölmədə olan zaman polis əməkdaşları maşını tapdıqlarını bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə avtomaşının tapıldığı yerə yəni Hökməli qəsəbəsindəki qəbiristanlığın yanına getmişdir. Maşın aşkar olunarkən qabaq sol pəncərəsinin qırılmasını və arxa tərəfdə maşının qaldırıcıya vurulmasını görmüşlər. Sonra isə avtomaşına baxış keçirərkən avtomaşının salonundan üstünə quraşdırılmış İran istehsalı olan markasını bilmədiyim 20,0 (iyirmi) manat dəyərində maqnitafon, salonda arxa oturacaqda olan “pioneer” markalı 150,0 (yüz əlli) manat dəyərində maqnitafon, 02 ədəd ayrı-ayrılıqda hər birinin dəyəri 50,0 (əlli) manat, ümumilikdə isə 100,0 (yüz) manat dəyərində “Pioneer” markalı səs gücləndiricilərin, 02 ədəd ayrı-ayrılıqda hər birinin dəyəri 30,0 (otuz) manat, ümumilikdə isə 60,0 (altmış) manat dəyərində ayaqaltı rezinlərin, sükanın üstünə taxdığı 40,0 (qırx) manat dəyərində gümüşü təsbehin, salondakı saxlanc yerindən 62,0 (altmış iki) manat pul, sürücülük vəsiqəsi, texniki pasport, etibarnamə, «Kapital bank»ın bonus kartını, 01 ədəd 20,0 manat dəyərində 10 qramlıq şüşə qaba doldurulmuş ətir, 5 (beş) manat dəyərində sükan başlığı, şitin üstündə olana 10,0 manat (on) manat dəyərində leq işığı, 02 ədəd ayrı-ayrılıqda hər birinin dəyəri 25,0 (iyirmi beş) manat, ümumilikdə isə 50,0 (əlli) manat dəyərində 32 gb yaddaşa malik “flaş card” yaddaş daşıyıcısının, avtomaşının baqaj hissəsindən 02 ədəd ayrı-ayrılıqda hər birinin dəyəri 50,0 (əlli) manat, ümumilikdə isə 100,0 (yüz) manat dəyərində qabaq oturacaqların üzlüklərini, 01 ədəd 50,0 manat dəyərində baqaj üçün olan örtük, 01 ədəd 5 (beş) manat dəyərində vintaçan, 01 ədəd 5 (beş) manat dəyərində kəlbətin və mühərrik olan hissədən 01 ədəd markasını bilmədiyi 120,0 (yüz iyirmi) manat dəyərində akkumluyatorun oğurlanmasını aşkar etmişdir. Bundan başqa o, avtomaşın atasının adına olsa da ona məxsus olduğunu və içərisindəki əşyalar da hamısının ona aid olduğunu, ona ümumilikdə 797 manat maddi ziyan dəydiyini bildirmişdir. O, məhkəməyə ərizə verərək zərərçəkmiş tərəfindən ona vurulmuş ziyanın ödənildiyini bildirərək onunla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Hökməli qəsəbəsinin sakini olaraq tanıdığını bildirmişdir. 2019cu ilin dekabr ayında yaşadığı küçə ilə evə gedən zaman Ruhan ona yaxınlaşaraq ilk öncə ondan hal-əhval tutmuş və daha sonra isə ona avtomobil üçün nəzərdə tutulmuş üzlüklər və ayaqaltı rezinləri satdığını, həmçinin də həmin üzlüklər və ayaqaltı rezinləri almaq istəyib-istəməməyini ondan maraqlanmışdır. Ona oturacaqlar üçün üzlüklər və ayaqaltı rezinlər lazım olduğundan Ruhanın ona təklif etmiş olduğu təklifi ilə razılaşmışdır. Daha sonra isə Ruhan ona 02 ədəd çexolları 5 manat, ayaqaltı rezinləri 5 manat qarşılığında satdığını bildirmiş və o, Ruhana ümumilikdə 10 manat pul ödəməklə 02 ədəd üzlük və ayaqaltı rezinləri alıb yaşadığı evin həyətinə aparmışdır. O, üzlüklərin və ayaqaltı rezinlərin oğurluq yolu ilə əldə edildiyindən xəbərinin olmadığını bildirmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 185.1-ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması haqqında hakim A.Rzayev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardan məlum olur ki, icraatında olan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq barəsində həbs qətimkan tədbiri seçilməsinə dair qərar qəbul edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutularaq istintaq oraqanına təhvil verilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan məlum olur ki, Zərərçəkmiş şəxs2 xx.xx.2019-cu il tarixdə zərərçəkmiş qismində tanınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Resublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işi Bakı şəhər Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Daha sonra tələbnamədən məlum olur ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə başlanmış 200270058, ********* və ********* saylı cinayət işləri birləşdirilərək baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilmişdir; Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1, 177.2.3-cü maddələri ilə olan ********* saylı cinayət işi baxılması üçün Bakı şəhər Binəqədi rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan cinayət işləri üzrə icraatın birləşdirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan məlum olur ki, ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə birləşdirilərək istintaqı davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin nömrəsi ********* olaraq saxlanılmışdır. İş materiallarında olan ********* saylı cinayət işi üzrə təsdiq edilmiş ittiham aktının surətindən məlum olur ki, ********* salı cinayət işinə ********* saylı cinayət işi birləşdirilərək ********* sayı altında davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə əmtəəşünastlıq ekpertizasının xx xxxx 2020-ci il tarixli rəyindən məlum olur ki, ekspertiza təhqiqatına təqdim edilmiş bir ədəd «Bosch» markalı GBH 2-26 markalı preforatorun istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti 150 manat təşkil edir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən məlum olur ki, aparılmış ekspertiza təhqiqatının dəyəri 50 manat təşkal edir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan məlum olur ki,» Bosch» markalı GBH 2-26 markalı preforator cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün sahibinə qaytarılmışdır. İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxx 2020-ci il tarixli, 9/1159 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla cinayət hadisəsi baş verən tarixə yəni 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 120,00 manat müəyyən edilir. 01 ədəd qara rəngli uzun müddət istifadədə olmuş, üzərində Pioneer DVD, VCD, CD, MP3, MP4 yazıları olan maqnitofon 40,00 manat, 02 ədəd qara rəngli avtomobil üçün oturacaq üzlükləri 70,00 (2x35) manat, 02 ədəd qara rəngli avtomobil üçün ayaqaltı rezinlər 10,00 (2x5) manat. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən məlum olur ki, aparılmış ekspertiza təhqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş qəbzdən məlum olur ki, 02 ədəd oturacaq üzlükləri, 02 ədəd ayqaltı rezinləri və 01 ədəd «Pioner» markalı maqnitafonu müstəntiq Ramil Qabulovdan təhvil almışdır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.1994-cü ildə Abşeron rayonu Hökməli kəndində doğulmuşdur. İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən məlum olur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. İş materiallarında olan zərərçəkmiş X1 tərəfindən verilmiş ərizədən məlum olur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respbulkası CM-nin 170.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə, CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, CM-in 66.2-ci və 69.3-cü maddələrinə əsasən ona qəti olaraq 02 il 02 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, CM-in 66.5 və 69.3 maddələrinə əsasən barəsində qəti olaraq 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhər Binəqədi rayon məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə verilmiş ittiham üzrə zərərçəkmiş şəxslə barışdığı üçün və ona qarşı şikayət və tələb olmadığından iş üzrə icraata xitam verilərək o, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olması zərərçəkmiş şəxslərin, eləcə də şahidin verdikləri ifadələrlə, ekspert rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Resublikası CM-nin 16.3-cü maddəsin əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.3-cü maddələri ilə təqdirləndiriləndirilməsinə dair ********* saylı cinayət işi üzrə ittiham hökmü çıxarıldığından hazırda ittiham olunan cinayətə nisbətdə ittiham tərəfindən ona 1-ci epizod üzrə təkrarən oğurluq etməsi ittihamı işin hazırki mərhələsində ittihamdan xaric edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hisləri keçirməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci işi üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını, eləcə də təqsirləndirilən şəxsin qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki, iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə eytiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkm olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçıkmə müəssisələrində cəza çəkməlidirlər. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd «Bosch» markalı preferator və zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd «Pioner» markalı maqnitafon, 02 ədəd oturacaq üzlüyü və 02 ədəd reyzin ayaqaltıların sahiblərinə qaytarılması nəzərə alınmaldır. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NA BZ********************, SWİFT-BİK CTREAZ22 hesabına keçirilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 240 (iki yüz qırx) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod- 200156, VÖEN-**********, m/h-AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir və əmlak müsadirəsi yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-357, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanaraq üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 240 (iki yüz qırx) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod- 200156, VÖEN-**********, m/h-AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd «Bosch» markalı preferator və zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd «Pioner» markalı maqnitafon, 02 ədəd oturacaq üzlüyü və 02 ədəd rezin ayaqaltıların sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-22/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-22/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver