Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-22/2022 10.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili – Müdafiəçi oğulunun, Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə xx.xx.1992-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Xəzər Rayon Məhkəməsinin 13.05.2016-cı il tarixli hökmü ilə CM-nin 317-2.1, 67.1, 68.2-ci maddələri ilə 07 il müddətinə azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06.07.2018-ci il tarixli qərarı ilə 06.04.2018-ci il tarixli qərar dəyişdirilmiş, qəti olaraq 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası və 300 manat cərimə cəzası təyin edilmiş, 16.10.2019-cu ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 28 gün vaxtından əvvəl şərti azad edilmiş, 13.11.2019-cu ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, Ədliyyə Nazirliyi Lənkəran rayon icra və probasiya şöbəsinin böyük icra məmuru (probasiya üzrə), İ dərəcəli ədliyyə qulluqçusu Zahid Şahverdiyevin 06 dekabr 2021-ci il tarixli amnistiyanın tətbiq edilməsi barədə qərarına əsasən cərimə cəzasından azad edilmiş, barəsində “polisin nəzarəti altına alma” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdə saat 01.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 43 ünvanının qarşısında Zərərçəkmiş şəxs məxsus «Opel Astra» markalı, ** ES *** qeydiyyat nişanlı minik avtomobilinin sağ arxa yan şüşəsini sındırmaqla avtomobilin salonuna daxil olub oradan avtomobilə quraşdırılmış 255 manat dəyərində bir ədəd maqnitofon, salondakı qabaq oturacaqların arasındakı 70 manat dəyərində bir ədəd «Samsung» markalı mobil telefon, külqabının içərisindən 20 manat məbləğində xırda pul, içərisində 2 000 manat nağd pul olan 10 manat dəyərində pul kisəsini gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2.355 (iki min üç yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Lənkəran rayonu, Liman şəhərində anasıyla birlikdə yaşamışdır.Orta məktəbi Lənkəran rayonunda bitirmiş, əvvəllər məhkum olunmuşdur.Rayonda iş tapa bilmədiyi üçün Bakı şəhərinə gələrək fərdi əməklə məşğul olmuş, Abşeron Gənclər Şəhərciyində kirayədə yaşamışdır. Özü də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində müxtəlif avtoyuma məntəqələrində yuyucu işləmişdir.Zərərçəkmiş şəxs məxsus avtomobildən baş vermiş oğurluq hadisəsindən onun xəbəri olmamışdır.Ona bu barədə ilkin olaraq Binəqədi RPİ 43-cü Polis Bölməsində bildirmişlər.Belə ki, o, orada da bildirmişdir ki, həmin şəxsi tanımır, həmin şəxsə məxsus «Opel» markalı maşının şüşəsini sındırmamış, həmin avtomobildən oğurluq etməmişdir. Zərərçəkmiş şəxs 03 mart 2021-ci il tarixdə gecə saatlarında idarə etdiyi «Opel» markalı **-ES-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 43 ünvanında yaşayan yaxın qohumunun evinə gəlməsindən, avtomobili həmin ünvandakı evin qarşısında saxlamasından, 04 mart 2021-ci il tarixdə səhər saat 08 radələrində evdən çıxaraq avtomobilə yaxınlaşan zaman avtomobilinin arxa sağ yan şüşəsinin sındırılmasından, salonundan bir ədəd maqnitofonun, qəpik pulların, içərisində 2000 manat pul, avtomobilin texniki pasportu olan portmanatının oğurlanmasından onun xəbəri olmamış, o, bu barədə polis bölməsində də bildirmişdir. O, Abşeron Gənclər Şəhərciyində kirayədə yaşasa da, 03 mart 2021-ci il tarixdən 04 mart 2021-ci il tarxinə keçən gecə Bakı şəhərində olmamış, Lənkəran rayonunda olmuşdur.Bundan başqa o, Zərərçəkmiş şəxs tanımamış, sonuncunun idarə etdiyi «Opel» markalı, **-ES-*** qeydiyyat nişanlı avtomobilini də yuyb-yumudağını dəqiq deyə bilmir. Belə ki, o, müxtəlif avtomobilləri yumuş və həmin maşını yumağını xatırlamır. Bundan başqa, onda yaddaş pozğunluğu vardır, həm də ki əsəbləri normal deyil.Həmçinin, 04 mart 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 43 ünvanında Zərərçəkmiş şəxs «Opel» markalı **-ES-*** qeydiyyat nişanlı avtomobilindən baş vemiş oğurluq hadisəsi ilə əlaqədar avtomaşının müayniəsi zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş müvafiq arayışda göstərilmiş əl izlərinin onun sol əlinin orta barmağının əksi ilə eynilik təşkil etməsi ilə bağlı o, bir daha bildirmişdir ki, həmin avtomobildən oğurluq etməmişdir.Məhkəmə baxışı zamanı, təqsirləndirilən şəxs həmin cinayət əməlinin törədilməsində təqsinin olmadığını nəzərə alaraq ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, «Opel Astra» markalı, **-ES-*** qeydiyyat nişanlı avtomobil qardaşı X3 adına olsa da etibarnamə ilə o, idarə etsə də, faktiki oralaq avtomobil onundur.Aradabir o, digər qardaşı Mustafayev Mehman Telman oğlunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 43 ünvanındakı evinə gedib gəlmişdir. 03 mart 2021-ci il tarixdə saat 20 radələrində o, həmin avtomobillə qardaşı Mehmanın evinə getmiş, yorğun olduğu üçün avtomobili qardaşının evinin həyətinə salmamış, maşını darvazanın qarşısında saxlamış və maşının qapılarını bağlayaraq evə getmişdir. 04 mart 2021-ci il tarixdə saat 08.00 radələrində evdən çıxmış və maşına əyləşib sürmək istəyəndə görmüşdür ki, maşının arxa sağ yan pəncərəsinin şüşəsi sındırılmışdır.Avtomobilin qapısını açmış və salona baxdıqda maqnitofonun oğurlandığını görmüşdür.Dərhal avtomobilin saxlanc yerini açmış, belə ki, orada içərisində 2000 manat pul və avtomoblini texniki pasportu olan portmanatını qoymuşdur. Saxlanc yerini açdıqda orada portmanatın olmadığını aşkar etmişdir.Bundan əlavə avtomobildə sol qapının içərisindəki külqabının içinə yığdığı qəpik pullardan ibarət 20 manat pulun da oğurlandığını aşkar etmişdir.Bundan əlavə salondakı qabaq oturacaqların arasına qoyduğu «Samsung» markalı mobil telefonu da oğurlanmışdır.Avtomobilin siqnalizasiya sistemi səssiz işləmişdir. O, maşının qapısını açarla açmış, qapı sındırılmamışdır. Oğru pəncərənin arxa şüşəsini sındıraraq salona daxil olmuş, oğurluqdan sonra isə qapını bağlamışdır. Avtomobilin yumru külqabısını yerindən çıxarmış, öz tərəfindəki qapının içinə qoymuş, avtomobildən oğurlanmış qəpik pulları da külqabının içinə yığmışdır.Oğurlanmış «Samsung» markalı mobil telefonun ekranı sındırılmış halda olmuş, üstündə nömrəsi olmamışdır. Həmin mobil telefonu 70 manat qiymətləndirmişdir.Belə ki, oğurluq nəticəsində qiyməti 10 manat olan portmanatın içərisindəki 2000 manat pul, qəpiklərdən ibarət 20 manat pul, 70 manat dəyərində «Samsung» markalı mobil telefon, 255 manat dəyərində markasını xatırlamadığı maqnitofon olmaqla oğurluq nəticəsində ona ümumilikdə 2355 (iki min üç yüz əlli beş) manat maddi ziyan dəymişdir. Avtomobilin şüşəsini sındırdığı üçün ustaya 70 manat pul verib avtomobilə yeni şüşə qoydurmuşdur. Ola bilsin ki, o, avtomobili həmin ərazidə avtoyuma sexlərinə yuduzdurmağa vermiş, lakin bunu dəqiq xatırlamamışdır.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ondan heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonucu dəfə 14 iyul 2015-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.3, 177.3.3, 66.3, 177.2.3, 67.1, 177.2.2-ci maddələri ilə 8 il azadlıqdan məhrum etmə və və 300 manat cərimə cəza növü ilə məsuliyyətə cəlb olunmuşdur; 13 may 2016-cı il tarixli Xəzər rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1, 67.1, 68.2-ci maddələri ilə 7 il azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 06.07.2018-ci il tarixli qərarı ilə cəzası endirilməklə barəsində qəti olaraq 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası və 300 manat cərimə cəzası təyin edilmiş, 16.10.2019-cu ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 28 gün vaxtından əvvəl şərti azad edilmiş, 13.11.2019-cu ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)- 734/20218 saylı, 06 aprel 2018-ci il tarixli qərarına əsasən məlum olur ki, ərizə təmin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penetensiar Xidmətinin həbsxanasında cəza çəkən Quluzadə X7 Rayon Məhkəməsinin 20 aprel 2010-cu il tarixli hökmünə əsasən CM-nin 177.2.2-ci maddəsi ilə ona təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir.Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2015-ci il tarixli hökmündən Azərbaycan Respublikası CM-nin 178.3.3-cü maddəsi xaric edilmiş, Azərbaycan Respublikası CM-nin 177.3-cü maddəsi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinə tövsüf edilməklə ona təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 ilə endirilmiş, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli hökmü ilə ona qəti olaraq təyin olunmuş 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 02 (iki) il 10 (on) ay 21 (iyirmi bir) gün azaldılmış və CM-nin 68.2-ci maddəsinə əsasən ona təyin olunmuş 300 (üç yüz) manat cərimə cəzasının müstəqil icra olunması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran rayon ica və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 tərəfindən qəbul edilmiş 06 dekabr 2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarına əsasən məlum olur ki, “8” noyabr -Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 2.11ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.1ci maddəsi ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin,«Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təqsirini etiraf etməməsi, onu gözləyən cəzadan yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir.Belə ki, təqsirləndirilən şəxsin təqsiri zərərçəkmiş şəxsin ifadəsi , ekspert rəyi, əl barmaq izi, hadisənin baş verdiyi vaxt təqsirləndirilən şəxsin həmin ərazidə olması barədə alınmış arayış və cinayət işinin digər materialları ilə tam təsdiqini tapır.Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə daktiloskopik ekspertizasının 08 aprel 2021-ci il tarixli, 3/682 nömrəli rəyinə əsasən məlum olur ki, təqdim edilmiş 1 və 2 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,2 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri və 3 saylı daktilolentin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına , tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır.Təqdim edilmiş 2 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin orta barmağından qalmışdır.Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş arayışla Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin 04 mart 2021-ci il tarixində əhatə dairəsinə dair məlumatlar əks olunmuş CD-yə baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur: 04.03.2021-ci il tarixdə saat 00.03-də Mehdiabad qəsəbəsi. 04.03.2021-ci il tarixdə saat 00.05-də Binəqədi-Fatmeyi yolu 04.03.2021-ci il tarixdə saat 00.06-da Binəqədi-Novxanı yolu 04.03.2021-ci il tarixdə saat 00.12-də Binəqədi rayonu,G.Ramazanov küçəsi 04.03.2021-ci il tarixdə saat 00.14-də Binəqədi rayonu,G.Ramazanov küçəsi 04.03.2021-ci il tarixdə saat 04.02-də Xırdalan-Abşeron-Mehdiabad 04.03.2021-ci il tarixdə saat 04.18-də Xırdalan-Abşeron-Mehdiabad 04.03.2021-ci il tarixdə saat 04.20-də Xırdalan-Abşeron-Mehdiabad 04.03.2021-ci il tarixdə saat 04.26-da Xırdalan-Abşeron-Mehdiabad.Beləliklə də, təqsirləndirilən şəxsin hadisə yerində aşkar edilmiş əl barmaq izləri və cinayət hadisəsinin baş verdiyi vaxt təqsirləndirilən şəxsin həmin ərazidə olması barədə dəlillər cinayətin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halın olmasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalı, 29 mart 2021-ci il tarixdən – 31 mart 2021-ci il tarixədək həbsdə olduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını – ünvan 1 ünvanda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Lənkəran rayon Probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda, iş üzrə maddi sübut – əl barmaq izləri və mobil telefon nömrəsinin əhatə dairəsini özündə əks etdirən disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvvəyə minənədək qüvvədə saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 161.11 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X6 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdən – 31 mart 2021-ci il tarixədək həbsdə olduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanda çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Lənkəran rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Lənkəran rayon probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut – əl barmaq izləri və mobil telefon nömrəsinin əhatə dairəsini özündə əks etdirən disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 161.11 (yüz altmış bir manat on bir qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X6 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-22/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-22/2022
10.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver