Məhkəmə qərarları › İş №1(001)-220/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-220/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-220/2024 20.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı, Məhkəmə iclasının katibi: X2, Xüsusi ittiham qaydasında şikayət verən şəxs: X6, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs:X12 və vəkili Müdafiəçi3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X7 və vəkili Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X9 və vəkili Müdafiəçi1 iştirakları ilə, Rəşad Qasımovun, Əli Quluzadənin və Sevinc Cəlilovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Rəşad Qasımovun, Əli Quluzadənin və Sevinc Cəlilovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayəti onunla əsaslandırmışdır ki, son zamanlar bir qrup şəxs əlbir olaraq qanunsuz yollarla onun işgüzar nüfuzuna zərər vuran təhqiramiz formada məlumatlar yaymağa başlamışdır. Daxil olmuş məlumatlara əsasən, məlum olmuşdur ki, “X17” MMC-nin (bundan sonra - Az Estetik) direktorunun rəhbərliyi altında həmin şirkətin işçiləri tərəfindən mobil nömrələr vasitəsilə ictimaiyyətin nümayəndələrinə, vətəndaşlara və sahibkarlara onun haqqımda başladılan çirkin oyunun bir parçası kimi videolar göndərilmişdir. Quraşdırılma videolarla, şübhəsiz, onu və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini (bundan sonra - "xxxx") nüfuzdan salmaq üçün həqiqətə uyğun olmayan məlumatlarla alıcıları çaşdırmaq məqdəsini güdürlər. Həmin şəxslərin bir qismi dərhal "xxxx" məlumat vermiş, onlara naməlum mobil nömrələrdən durmadan "xxxx"i pisləyən mesajlar göndərilməsindən şikayətlənmişlər. Nə qədər çalışsa da, həmin nömrənin sahibini müəyyən etmək mümkün olmamışdır. Videonun əvvəlində “"xxxx" MMC-nin rəhbəri “Dahi mütəxəssis Kənan Zeynalovun ANALOQSUZ TƏDRİSİNDƏN FRAQMENTLƏR” adlı başlıq yerləşdirilməklə tərəfindən təlimlərin keçirilməsi zamanı səsləndirdiyi ifadələrin müəyyən hissələri montaj olunaraq verilmişdir. Bu montajla elə təəssürat formalaşdırılır ki, guya onun söylədikləri gülüş obyektini təşkil edir. Hər dediyi sözə əlaqəsiz videolar yerləşdirirərək onu savadsız və təcrübəsiz biri kimi təqdim etməyə çalışmışlar. Bu çıxışlar onun nitqiin məhsuludur, istədiyi formada fikrini ifadə etmək azadlığına malikdir. İfadə etdiyi sözlərin hər birinə münasibətdə gülünc səslənən ifadə kimi yanaşılması ona qarşı aparılan kəskin düşmənçiliyin bir hissəsidir. Bununla onu gözdən salmaq niyyətləri özünü bütün çılpaqlığı ilə özünü biruzə verir. Videonun sonunda “"xxxx" MMC-nin rəhbəri Kənan Zeynalov üzünü nə qədər gizlətsə də, əməlləri ifşa olunacaq!” yazısı ilə sanki o, hansısa cinayət əməlini törətmiş kimi abı-hava yaratmışlar. Halbuki özlərinin törətdiyi cinayət hüquqpozmaları baş-alıb gedir. Diqqəti özlərindən başqa yerə yönləndirmək üçün onun təmiz adını hər vəchlə ləkələməkdən çəkinmirlər. Aydındır ki, öz qanunsuz əməllərini ört-basdır edilməsi üçün “Az Estetik” Sevinc Cəlilova ilə birlikdə biznes etikasından kənar və qeyri-qanuni yollara əl atmışdır. Alçaldıcı informasiyanın əks olunduğu daha bir video başqa şəxslər tərəfindən də internet informasiya ehtiyatında yayılmışdır. Həmin videoda guya onun kimliyi ifşa olunmuş, “Yalançı və böhtan atan “İş adamları”ndan uzaq durun!” başlığı ilə geniş əhali kütləsinə çağırışlar edilmiş, başqa şəxslərin onun və atası haqqında dediklərinə diqqət yönləndirilmişdir. Sosial şəbəkələrdə atasının adına “Rüşvətxor”, Korrupsiyoner”, “Xəstələri Sağlam, Sağlamları xəstə edən”, “Dövlət əmlakını mənimsəyən” və sair ifadələr səsləndirilmişdir ki, bununla da onun və ailəsi haqqında yanlış təəssüratın yaranmasına səbəb olmuşlar. Xüsusilə qeyd edilməlidir ki, S.Cəlilova bu və bənzər videoların yayılmasında intensiv iştirak etmiş, öz rəsmi “İnstagram”, “Whatsapp” kimi sosial şəbəkə hesablarında videoların paylaşılmasında xüsusi canfəşanlıq göstərmişdir. Bununla əslində “Az Estetik” özünə yönəlmiş neqativ oxları "xxxx"ə çevirməyə cəhd göstərmişdir. Nəzərinizə çatdıraq ki, S.Cəlilova ictimai fiqur olmaqla vətəndaşlara təsir etmək qabiliyyəti olan geniş kütləyə - 70,000 izləyiciyə malikdir. İntsaqramda mavi ulduz da almışdır. Bu da ən azı 70,000 baxış deməkdir. “Az Estetik”in rəhbəri Rəşad Qasımov tərəfindən aparılan böhtan kampaniyası artıq təhqir kampansiyasına çevrilmişdir. İrəlisini-gerisini, nəticəsini düşünmədən onun və təmsil etdiyi "xxxx"in ünvanına təhqiredici və yalan ifadələrin sosial şəbəkələrdə təqdim edilməsi intensiv şəkildə davam etdirilir. R.Qasımovun “Facebook” profilinə nəzər salsaq bu paylaşımların nədən ibarət olduğunu və nə məqsəd güddüyünü aydın görə bilərik. İlqar Quluzadə ilə birlikdə bu paylaşımlar edilmişdir. Bir rəhbərin biznes etikasından kənara çıxaraq, fikrini ancaq bir məsələyə yönləndirməsi və açıq düşmənçilik etməsi onun təbiətindən xəbər verməkdədir. “Xarab cihaz satdılar” başlıqları ilə paylaşım etmiş, lakin hansı mötəbər mənbəyə əsasən "xxxx"in cihazlarının keyfiyyətsiz olmasını göstərməmişdir. Əlavə olaraq, işgüzar nüfüzun müdafiəsinə dair Bakı Kommersiya Məhkəməsində “AZCOSMETİCS’’ə qarşı qələbə çaldığını bildirmişdir. Lakin unutmuşdur ki, həmin məhkəmə qətnaməsi hələ qanuni qüvvəyə minməmişdir, ondan tərəfimizdən apellyasiya şikayəti verilmişdir. Bu faktlar doğru olsa da, özlərinə sərf etmir deyə həqiqəti açıqlamaqdan və təhrif olunmuş məlumat paylaşmaqdan başqa çarələrinin olmadığını göstərir.Şikayətdə istinad edilən əməlin həqiqətdə baş vermiş olduğu, əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyini təsdiq edən mötəbər və yolverilən sübutlar – video görüntülər yuxarıda qeyd edilənləri təsdiq edir. Qeyd edək ki, bu çıxışlar "xxxx"in birbaşa fəaliyyəti və onun şəxsiylə bağlı olan və onun müsbət imicinə, qazandığı etibara ciddi ziyan vuran məsələdir. Həm məlumatlar cəmiyyət və yaxud ayrı-ayrı qruplar və ya şəxslər arasında “AZCOSMETİCS"in və onun barəsində mənfi rəy yaradaraq işgüzar nüfuzlarını ləkələmiş, hüquqi məsuliyyəti yaranması üçün əsas kimi çıxış etmişdir. Onun haqqında şərəf və ləyaqətimi alçaldan, təhqir və böhtan məlumatları yayan Rəşac Qasımovun, Əli Quluzadənin və Sevinc Cəlilovanın Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə təqsirli bilinməsi və həmin şəxslərin video formatda rəsmi səhifələrində təkzibin paylaşılması və 50,000 AZN məbləğində mənəvi zərərə görə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayətin icraata qəbul edilməsini, Rəşad Qasımovun, Əli Quluzadənin və Sevinc Cəlilovun cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X12 və onun vəkili şikayətin əsassız olması və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməməsi səbəbilə icraata qəbul edilməməsini xahiş etdilər. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs qeyd etmişdir ki, şikayətin əsas hissəsində söhbət İlqar Quluzadədən gedir, xahiş etdi hissəsində isə söhbət Əli Quluzadədən gedir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 haqqında olan şikayətin onunla heç bir əlaqəsi olmadığını və şikayətin əsassız olması səbəbilə icraata qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 vəkili şikayətin əsassız olması və qanunla nəzərdə tutulmuş qaydada tərtib edilməməsi səbəbilə icraata qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 vəkili şikayətin əsassız olması və qanunla nəzərdə tutulmuş qaydada tərtib edilməməsi səbəbilə icraata qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X9 vəkilin dediklərinə əlavəsi olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi. İş materiallarına əlavə edilmiş sübutlardan barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər tərəfindən cinayət əməlinin törədilməsini müəyyən etmək mümkün deyildir. Belə olduğu təqdirdə CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 299, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Rəşad Qasımovun, Əli Quluzadənin və Sevinc Cəlilovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X5 göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. X4 göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. X10 göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar