Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-222/2021 07.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Bravo” marketdə mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 03 noyabr 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən 248 saylı tam orta məktəbin həyətində bir gün əvvəl, yəni 02 noyabr 2020-ci il tarixdə mühafizəçi işlədiyi “Bravo” marketdə Zərərçəkmiş şəxs onun ünvanına “çaqqal” dediyinə görə ondan üzr istəməsini tələb etmiş və sonuncu üzr istəməyəcəyini bildirdikdə başı ilə sifət nahiyəsinə bir dəfə və yumruqla bədənin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq, ona burun sümüklərinin qəlpəli yerdəyişən sınığı, təpə nahiyəsinin qançır-şişkinliyi, alın nahiyəsinin, sol qaş nahiyəsinin bayır kənarının, sol gicgah nahiyəsinin, sağ gözaltı nahiyənin, boyun nahiyəsinin, sağ qulaq seyvanın qançırları, sağ qaş nahiyəsinin bayır kənarının, alın nahiyəsinin, döş qəfəsinin sağ yarısının arxa səthinin sıyrıqlarından ibarət xəsarət yetirməklə, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02.11.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “Bravo” marketdə işdə olan zaman, saat 20 radələrində marketin qapısı bağlı olarkən bir nəfər əvvəllər tanımadığı müştəri qapını döyməyə başlamışdır. O, əvvəl həmin qapını döyən müştəriyə əhəmiyyət verməmiş, lakin həmin müştəri marketin qapısını təpiklə döydüyü üçün qapını açıb ona komendat saatı olduğundan marketin bağlı olduğunu izah etmişdir. Lakin həmin şəxs bir ədəd siqaret alıb çıxacağını ona demiş, o, isə mümkün olmadığını ona sakitliklə bir daha izah etmiş, bu zaman həmin şəxs onunla söz mübahisəsi edərək ona «çaqqal» deyib təhqir etmişdir. O, isə xidmətdə olduğu üçün həmin şəxslə mübahisə etməmiş və sonuncudan mobil telefon nömrəsini mübahisələrinə aydınlıq gətirməsi üçün almışdır. Bundan sonra o, həmin şəxsin dostu Elvinin məhəllə uşağı Tural olmasını öyrənmişdir. 03.11.2020-ci il tarixdə dostu Şahid1 zəng edib onun məhəllə uşağı Turalla mübahisələrinin düşdüyünü deyib mübahisənin tanışlıqla həll olunmasıına köməklik etməsini xahiş etmişdir. Saat təxminən 14 radələrində o, Elvinlə 248 saylı tam orta məktəbin arxasında görüşmüş və Turalın mobil telefonuna zəng vurub məktəbin yanında onu gözlədiyini demişdir. Zəngindən təxminən yarım saat sonra Tural idarə etdiyi avtomobillə həmin yerə gəlmiş və sonuncu avtomobildən düşmədən ona avtomobilə əyləşməsini demişdir. O, bundan imtina etdikdən sonra Tural avtomobildən düşərək onunla söhbət etməyə başlamış, dostu Elvin də onların yanında olmuşdur. O, Turaldan üzr istəməsini tələb etmiş və sonuncu isə ondan üzr istəməyəcəyini deyərək dalaşmağı təklif etmişdir. Bundan sonra onlar məktəbin arxasına keçmiş və həmin zaman Tural onun üstünə gəlməyə başlamışdır. O, Turalı özündən aralamaq üçün başı ilə onun sifət nahiyəsindən vurmuşdur. Bu zaman Tural da təpiklə onun sağ əlindən vurmuş, sonra Elvin onları ayırmışdır. Hazırda törətdiyi əməldən peşman olmaqla, Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Həmçinin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 02 noyabr 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən “Bravo” marketə çörək almaq məqsədi ilə getmiş, lakin marketin mühafizəçisi marketin bağlandığını bildirib onu içəri buraxmamışdır. O, həmin şəxsdən israrla xahiş etsə də, sonuncu onu içəri buraxmış və aralarında sözlə mübahisə yaranmışdır. O, həmin zaman əsəbiləşərək mühafizəçiyə “çaqqal” demiş, həmin vaxtı mühafizəçi adının sonradan bildiyi Sinur ondan mobil nömrəsini istəmiş, ona görə də öz mobil telefon nömrəsini vermişdir. 03.11.2020-ci il tarixdə saat 14 radələrində Sinur onun mobil telefonun nömrəsinə zəng edərək və ona yaşadığı məhəllədə olduğunu demişdir. Bundan sonra o, idarə etdiyi avtomobillə Sinurun yanına getmiş və sonuncun yanında Elvin adlı şəxsin olduğunu görmüşdür. O, Sinuru söhbət etmək məqsədi ilə avtomobilə oturmağa dəvət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Bundan sonra o, avtomobildən düşərək Sinur və yanındakı dostu ilə birlikdə 248 nömrəli məktəbin arxasına keçmişlər. Orda Sinur ondan, “çaqqal” sözünə görə üzr istəməsinə tələb etmiş, o, isə bundan imtina etmişdir. Həmin vaxt Sinur qəfildən başı ilə onun sifət nahiyəsindən vurmuş, o isə özünün müdafiə edən zaman ikisi də yerə yıxılmışdır. Sinurun üzərinə keçməyə çalışarkən onun yanında olan Elvin adlı şəxs Sinurun üstündən onu itələmiş və həmin vaxt Sinur yenə onun sifət nahiyəsinə yumruqla vurmuşdur. Həmin zaman sifətindən qan açıldığı üçün Sinur sakitləşib oradan çıxıb getmişdir. Daha sonra o, halsız vəziyyətdə olduğuna görə qonşuları Şahid2 zəng etmiş və sonuncu gəlib ona evlərinə getməyinə kömək etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş və sonuncudan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 03.11.2020-ci il tarixdə dostu Sinur ona bir nəfərin şəklini ataraq həmin şəxsi tanıyıb-tanımamasını soruşmuşdur. O, həmin şəkilə baxdıqda şəkildə olan şəxsi Tural oğlduğunu görərək Sinura həmin şəxsi tanıdığını demişdir. Sinur ona Turalla probleminin olduğunu sonuncunun onu təhqir etdiyini demişdir. Tural ona Sinurla birlikdə görüşməyi təklif etmiş və o, sonuncu ilə razılaşmışdır. Bundan sonra o, Sinurla birlikdə görüşüb birlikdə 248 nömrəli məktəbin yanına gedərək orada Turalı gözləmişlər. Bir müddət sonra Tural öz avtomobili ilə həmin yerə gəlmiş və Sinura maşında oturmağı təklif etmişdir. Sinur bundan imtina etdikdən sonra Tural avtomobildən düşmüşdür. Sinur onu təhqir etdiyini bildirib Turaldan üzr istəməsini tələb etmiş sonuncu isə imtina edərək məsələni dalaşmaqla həll etməyi demişdir. Bundan sonra onlar məktəbin arxasına keçmiş və orada Tural Sinuru təpiklə vurmuş, Sinur isə başı ilə Turalın sifət nahiyyəsindən vurmuşdur. Həmin vaxt Turalın burnundan qan gəlmiş, o isə araya girib onları ayırmışdır. Bundan sonra onlar ayrılaraq çıxıb getmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, yaşadıqları binanın eyni blokunda yaşayan Zərərçəkmiş şəxs qonşu kimi tanımış və münasibətləri yaxşı olmuşdur. 03 noyabr 2020-ci il tarixdə günorta radələrində evdə olduğu zaman istifadəsində olan mobil telefonuna qonşuları Turalın istifadəsində olan mobil telefonundan zəng gəlmiş, cavab verən zaman Tural həyətdə olduğunu bildirib onu həyətə çağırmışdır. O, bundan sonra həyətə çıxmış, Turalı gördükdə onun halsız vəziyyətdə, sifətinin və burnunun qanlı vəziyyətdə olduğunu görmüşdür. Həmin zaman Turaldan nə baş verdiyini, sifətinin, burnunun nə üçün qanlı olduğunu soruşmuş, Turalda ona yaşadıqları evlərinin yaxınlığındakı 248 saylı tam orta məktəbin həyətində Sinur adlı oğlanla dalaşdığını, Sinurun kəllə və yumruqla onu vurduğunu demiş və döyüldüyü üçün sərbəst hərəkət edə bilmədiyindən onu mənzillərinə qaldırmağını ondan xahiş etmişdir. Ona görə də qonşuları Turala köməklik etmiş, onu yaşadıqları mənzilə qaldırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 30.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 03.11.2020-ci il tarixdə Binəqədi rayonu İ.Dadaşov küçəsində yerləşən 248 saylı tam orta məktəbin həyətində Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuraraq ona xəsarət yetirməsi faktına görə CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 04.11.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 03.11.2020-ci il tarixdə Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnən hadisə Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən 248 saylı tam orta məktəbin həyətində baş vermişdir. 04.11.2020-ci il tarixli, 1843 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər- burun sümüklərinin qəlpəli yerdəyişən sınığı, təpə nahiyəsinin qançır-şişkinliyi, alın nahiyəsinin, sol qaş nahiyəsinin bayır kənarının, sol gicgah nahiyəsinin, sağ gözaltı nahiyənin, boyun nahiyəsinin, sağ qulaq seyvanın qançırları, sağ qaş nahiyəsinin bayır kənarının, alın nahiyəsinin, döş qəfəsinin sağ yarısının arxa səthinin sıyrıqları ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 03.11.2020-ci il tarixdə insan bədəninin hissələri (əl barmaqlarının dırnaqları, kəllə, yumruq və s.) ilə yetirilə bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. 21.01.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, barəsində CM-in 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. 15.02.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 16.02.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Şahid1 üzünə qarşı demişdir. 23.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 23.03.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 1(001)-222/2021 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Zərərçəkmiş şəxs mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. 07.06.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam şəkildə ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. 07.06.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəmə təqdim etdiyi ərizədən görünür ki, cinayət işi üzrə o, həm zərərçəkmiş, həm də mülki iddiaçı qismində tanınmışdır. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh olan Təqsirləndirilən şəxs barışdığından mülki iddiadan imtina etmişdir. 07.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərccin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, iş üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs mülki iddiadan imtina etməsi barədə müraciətini nəzərə alaraq, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməsini məqsədə müvafiq hesab edir. CPM-in 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. CPM-in 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-222/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-222/2021
07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver