Məhkəmə qərarları › İş №1(001)-223/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-223/2021

09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-223/2021 09.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, azərbaycanlı, məhkum olunmamış, subay, Abşeron rayonu, Xırdalan şəhəri, Mirəli Qaşqay küçəsi, ev 16 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində Biləcəri dəmir yolu stansiyasının ərazisində, "xxxx" QSC-nin 19-cu Blok Post adlanan yerdə yerləşən qorunan dəmir yolu keçidində Təqsirləndirilən şəxs özünə məxsus olan və idarə etdiyi “Mercedes-Benz” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törətdiyinə görə polis əməkdaşları tərəfindən Biləcəri st. XPŞ-nə dəvət edilmiş və 13 yanvar 2021-ci il tarixdə, saat 00:57-də şöbənin növbətçi hissəsində dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama zamanı onun əynindəki şabalıdı rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümün içərisindən 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,474 qram və 0,892 qram, ümumi təmiz çəkisi 1,366 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə, kütlələri xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin alüdəçiliyindən əziyyət çəkdiyi üçün 8 gün müddətində Reabilitasiya-Bərpa mərkəzində müalicə almış və müalicəsi başa çatdıqdan sonra yenidən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 12 yanvar 2021-ci il tarixdə təxminən, saat 22 radələrində ünvan 1 ünvanında yaşayan qaynanasının evindən çıxaraq yaşadığı Novxanı bağlarına getmək qərarına gəlmiş, özünə məxsus «Mercedes-Benz» markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşərək Novxanı istiqamətinə hərəkətə başlamışdır. Avtomaşında 2020-ci ilin dekabr ayında tanımadığı şəxsdən 20 manata aldığı 2 büküm tiryəki çıxarıb ondan 1 nöqtəsini ayıraraq atma yolu ilə qəbul etmiş, astma-bronxit xəstəliyi kəskinləşdiyinə görə mütəmadi olaraq istifadə etdiyi nəfəs artırıcı preparat olan “BEXİFROT” almaq üçün Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən aptekə getmişdir. O, preparatı alıb aptekdən çıxdıqdan sonra idarə etdiyi “Mercedes-Benz” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşib həmin preparatdan istifadə etmiş, bundan sonra qəbul etdiyi narkotik vasitə olan tiryəklə dərman preparatının havası əks təsir göstəridiyinə görə hara və necə getməyini bilməmiş, ayıldığında idarə etdiyi avtomaşınla dəmir yolu ərazisində yol-nəqliyyat hadisəsi törətdiyini anlamışdır. Həmin əraziyə polis əməkdaşları yaxınlaşaraq nə baş verdiyini soruşaraq onu və avtomaşınını yaxınlıqda yerləşən Biləcəri stansiyasında, X7 aparmışlar. Polis Şöbəsinə dəvət edilmiş hal şahidlərinin iştirakları ilə üzərində şəxsi axtarış aparılarkən əynində olan şabalıdı rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə içərisində 2 ədəd qara rəngli kütlə, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində ağ rəngli, kristal şəklində kütlə, 1 ədəd içərisində məhlul olan 1 qramlıq insulin şpritsi və 2905 manat məbləğində pul vəsaiti aşkar edilərək götürülmüşdür. Sorğu zamanı üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə içərisində 2 ədəd qara rəngli kütlənin narkotik vasitə olan tiryək, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli kütlənin narkotik vasitə olan heroin, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində ağ rəngli, kristal şəklində kütlənin isə psixotrop maddə olan metamfetamin olduğunu etiraf etmişdir. Üzərindən aşkar edilmiş ona məxsus olan narkotik vasitələr, 1 ədəd içərisində məhlul olan 1 qramlıq insulin şpritsi, həmçinin 2905 manat məbləğində pul vəsaiti onun və dəvət edilmiş hal şahidlərinin iştirakları ilə zərflərə qoyulub möhürlənərək qablaşdırılmışdır. Onun üzərindən aşkar olunmuş narkotik və psixotrop maddələri 2020-ci ilin dekabr ayında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda, hazırda qeydiyyatda olduğu və əvvəllər yaşadığı məhəllənin yaxınlığında tanımadığı şəxsdən, tiryəki 2 bükümdə olmaqla 20 manata, heroini 1 bükümdə yarım qram olmaqla 20 manata almış, 1 büküm metamfetamini isə həmin şəxs ona pay kimi vermişdir. Bundan başqa soyadı iş materiallarında “Yusubov” kimi qeyd olunsa da, şəxsiyyət vəsiqəsində “Yusibov” kimi əks olunmuşdur. O, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində bildirmişdir ki, 1994-cü ildən DİO-da, hal-hazırda isə DYNPİ-nin Biləcəri st. XPŞ-in məsul növbətçisi vəzifəsində xidmət edir, polis mayorudur. Şöbə rəisi tərəfindən tərtib olunmuş növbətçilik cədvəlinə əsasən 12 yanvar 2021-ci il tarixdə, saat 09:00-da növbəni qəbul edib xidmətə başlamış, həmin gün İstintaq-əməliyyat qrupunda Baş-Ələt st. XPM-in rəisi polis mayoru Şahid3 və NMQ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid5 olmuşlar. Həmin gün saat 23:25-də Baş-Ələt st. XPM-in rəisi polis mayoru Şahid3 növbətçi hissəyə yaxınlaşaraq XPŞ-nin CAB-nin rəisi polis kapitanı Şahid6 ona zəng vuraraq "xxxx" QSCnin Biləcəri dəmir yolu stansiyasının ərazisində 19-cu Blok Postun 2-ci qorunan keçidində yol-nəqliyyat hadisəsinin baş verdiyini və əməliyyat qrupunun oraya gəlməsini istədiyini bildirmişdir. Baş-Ələt st. XPM-nin rəisi polis mayoru Şahid3 və NMQ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid5 birlikdə qeyd edilən ünvana yollanmışlar, az sonra yəni 13 yanvar 2021-ci il tarixdə, saat 00:40-daonlar bir nəfər şəxsi gətirərək növbətçi hissəyə təhvil vermişlər. XPŞ-nin növbətçi hissəsində gətirilən şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Bundan sonra həmin gün saat 00:57-də Biləcəri XPŞ-nin növbətçi hissəsində dəvət olunmuş hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan şabalıdı rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə içərisində 2 ədəd qara rəngli kütlə, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli kütlə, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində ağ rəngli kristal şəklində kütlə, 1 ədəd içərisində məhlul olan 1 qramlıq insulin şpritsi, 2905 manat məbləğində pul vəsaiti və sair şəxsi əşyalar aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin, metamfetamin, tiryək və heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr hal şahidlərinin iştirakları ilə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 ifadəsində bildirmişdir ki, o DYNPİ-nin, Biləcəri st. XPŞ-nin CAB-in bölmə rəisi vəzifəsində xidmət edir, polis kapitanıdır. 12 yanvar 2021-ci il tarixdə, saat 23:15-də "xxxx" QSC-nin Biləcəri dəmir yolu stansiyasının ərazisində 19-cu Blok Postun 2-ci qorunan keçidində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat almış və dərhal həmin ünvana yollanmışdır. Orada “Mersedes-Benz” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomaşının yolun hərəkət hissəsindən çıxaraq dəmir yolu xəttlərinin üzərinə keçdiyini görmüş, sürücüyə yaxınlaşaraq özünü təqdim edib nə baş verdiyini soruşaraq bu barədə Biləcəri st. XPŞ-nə məlumat vermişdir. Az vaxt keçmiş XPŞ-də əməliyyat qrupunun tərkibində olan Baş-Ələt st. XPM-in rəisi polis mayoru Şahid3 və NMQ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid5 həmin ünvana gəlmişlər. Onların köməkliyi ilə yol-nəqliyyat hadisəsi törətmiş şəxsi və avtomaşını Biləcəri st. XPŞ-nə gətirmişlər. Növbətçi hissəsində həmin şəxsin xx.xx.1980-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 eyni məzmunlu ifadələr verərək Şahid6 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid3 və Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onları iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəəri elan olunmuşdur. Məhkəmə iclasına çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Eyni zamanda sonuncunun məhkəməyə daxil olmuş 03.06.2021 və 25.08.2021 -ci il tarixli teleqramlarında ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 13.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.11) 14.01.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v. 1) 13.01.2021-ci -ci il tarixli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama barədə” protokoldan görünür ki, 2 hal şahidin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və onun üstündə olan şeyləri yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan şabalıdı rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə içərisində 2 ədəd qara rəngli kütlə, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli kütlə, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində ağ rəngli kristal şəklində kütlə, 1 ədəd içərisində məhlul olan 1 qramlıq insulin şpritsi, 2905 manat məbləğində pul vəsaiti, 1 ədəd qara rəngli alışqan tapança və sair şəxsi əşyalar aşkar olunmuşdur. (i.v. 8-9) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2021-ci il tarixli 6/157 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılar olan zərfdəki bir ədəd bükümdə 02 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,474 qram və 0,892 qram, ümumi təmiz çəkisi 1,366 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütlələri xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir, 01 ədəd bükümdə təmiz çəkisi 0,084 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,134 qram qəhvəyimtil rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə–heroindir, 01 ədəd 01 ml-lik şprisin içərisində narkotik vasitə –heroin izləri müəyyən edildi. Şprisdə heroin iz miqdarda olduğundan eyniləşdirmə tədqiqatını aparmaq mümkün olmadı. (i.v. 71-74) 14.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v.91-92) 14.01.2021-ci il tarixli qərarlardan görünür ki, X3 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. (i.v.103-104) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 07.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. 29.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2021-ci il tarixli protokolla götürülüb zərfə qablaşdırılmış ümumi xalis çəkisi 1,366 qram olan narkotik vasitə tiryək iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış narkotik vasitələr 0,084 qram heroin, 1,316 qram tiryək və 0,084 qram psixotrop maddə metamfetamin saxlanması üçün X4 Polis İdarəsinin maddi sübutları saxlama anbarına təhvil verilmişdir. (i.v.128-129 ) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X8 Ambulator X1 ekspert komissiyasının 04 fevral 2021-ci il tarixli, 346 nömrəli rəyində qeyd olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.143-144) 29.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 13 yanvar 2021-ci il tarixli «şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında VV 05 №li» protokolla götürülmüş təmiz çəkisi 0,084 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,134 qram kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroinin şəxsi istehlak miqdarında olması müəyyən edildiyindən onun əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi yaranır. Lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə daha ağır ittiham elan olunması nəzərə alınmışdır. (i.v.148-153 ) Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil kooperativ təsərrüfat idarəsi 142 saylı Mənzil tikinti kooperativi tərəfindən verilmiş xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (i.v. 157) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin, iş üzrə keçən şahidlərin ifadələri, aparılmış ekspertiza rəyləri və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini və iş materiallarında olan digər sübutları araşdırıb, dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması haqqında təklifini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsin CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddə cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun ilk dəfə az ağır cinayət əməli törətməsini, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı 13.01.2021-ci il tarixdən 14.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün müddət nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, Mirəli Qaşqay küçəsi, ev 16-da yerləşən ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 109,9 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə, qanunun təsvir edilmiş tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN NBPİ X4 Polis İdarəsinin maddi sübutları saxlama anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,316 qram çəkidə narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 46 saat müddətində hüquqi yardım göstərmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 46 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 46 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 276 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13.01.2021-ci il tarixdən 14.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, Mirəli Qaşqay küçəsi, ev 16-da yerləşən ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 109,9 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Azərbaycan Respublikası DİN NBPİ X4 Polis İdarəsində saxlanılan 1,316 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 46 (qırx altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 276 (iki yüz yetmiş altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar