Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-223/2022 04.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, xx xxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 21 iyul 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1; 181.2.5-ci maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının 20 sentyabr 2005-ci il tarixli qərarı ilə hökmü dəyişdirilərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının 21 dekabr 2006-cı il tarixli, İş № 5k- 125/2006 saylı qərarı ilə cəza müddəti 05 ilə endirilmiş və 05.12.2009-cu il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, işləməyən, Abşeron rayonu, Mehdiabad qəsəbə ərazi dairəsi, Mehdiabad qəsəbəsi, İsmət Qayıbov küçəsi, ev 41 ünvanda qeydiyyatda olan və ünvan 1mış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə edib daşımış və üzərində gəzdirməklə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 01.07.2021-ci il tarixdə saat 15.00 radələrində Bakı şəhəri,Yasamal rayonu ərazisində yerləşən qəbristanlıqda istintaqa məlum olmayan mənbədən 01 ədəd 247984 №-li, zavod üsulu ilə Çex Respublikasında istehsal olunmuş, 7,65 mm kalibrli, yivli odlu döyüş silahı, texniki cəhətdən saz və atəşə yararlı «CZ-27» modelli tapançanı, tapançanın içərisində 01 ədəd zavod üsulu ilə istehsal olunmuş «CZ- 27» modelli silahların komplekt hissəsi olmaqla, texniki cəhətdən saz və 7,65 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş sandığı qanunsuz olaraq əldə edib daşımış və Bakı şəhəri, Binəqədi rayonu ərazisində üzərində gəzdirməklə saxlamış, 07.01.2022-ci il tarixdə saat 13:40-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən 15 saylı evin yaxınlığında Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına aparılıb, orada həmin tarixdə saat 15:20-də üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli cins şalvarının sağ tərəf bel hissəsindən həmin 01 ədəd 247984 №-li, zavod üsulu ilə Çex Respublikasında istehsal olunmuş, 7,65 mm kalibrli, yivli odlu döyüş silahı, texniki cəhətdən saz və atəşə yararlı CZ-27 modelli tapança, tapançanın içərisində 01 ədəd zavod üsulu ilə istehsal olunmuş «CZ-27» modelli silahların komplekt hissəsi olmaqla, texniki cəhətdən saz və 7,65 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş sandıq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 07 yanvar 2022-ci il tarixdə saat 13:40 radələrində ünvan 2 ünvanı ilə piyada gedərkən, iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq, özlərini təqdim etmiş və üzərində odlu silah olmasından şübhə edildiyi üçün, üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər.Bundan sonra o, könüllü olaraq, Binəqədi RPİ-nin 43-cü PB-nə aparılmış və orada öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək, video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı, polis əməkdaşları tərəfindən ondan, üzərimdə olan qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan boz rəngli paltonun sol yan cibindən bir ədəd boz rəngli «Nokia» markalı mobil telefonu, həmin paltonun sağ yan cibindən bir ədəd üzərində “Prima” yazısı olan ağ rəngli siqaret qutusunu, bir ədəd qara rəngli alışqanı, əynində olan qara rəngli cins şalvarının sağ tərəf bel hissəsindən bir ədəd boz metal rəngli, üzərində “Pistole Modell 27 Kal 7,65” yazısı olan tapançanı çıxarıb masanın üzərinə qoymuşdur.Bundan sonra üzərindən dövriyyəsi qadağan olunmuş hər-hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir.Üzərindən aşkar olunmuş silahı haradan əldə edilməsi barədə ona sual veerildikdə o, həmin silahı tutlmamışdan öncə Bakı şəhəri, Yasamal rayon qəbirsanlığında tapdığını bildirmişdir.Həmin silahı o, adını çəkmək istəmədiyi şəxslərlə ədavətdə olduğu üçün, özünü müdafiə etmək məqsədilə üzərində gəzdirmiş və aşkar olunmuş silahdan heç vaxt istifadə etməmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 43-cü PB-nin ə/m polis leytenantı Şahid1 bildirmişdir ki, 06.01.2022-ci il tarixdə xidmətdə olduğu zaman, ona xx.xx.1984-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bölmənin rəhbərliyinə qərarla müraciət etmişdir. Bununla bağlı əməliyyat qrupu yaradılmış və qrupa ondan başqa Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə ə/m polis leytenantı Şahid2 da daxil olmuşdur.Daxil olmuş mötəbər məlumat əsasında Şahid2la birlikdə 07.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən döngə 15 ünvanın yaxınığına getmişlər.Orada həmin gün, saat 13:40-da qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs adlı şəxsə yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, ona odlu silahın qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, Binəqədi RPİ-nin 43-cü PB-nə getməsini təklif etmişlər. Həmin şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirdib onlarla birlikdə Binəqədi RPİ-nin 43cü PB-nə getmişdir. Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan silahı atması, gizlədə bilməsinə, istifadə etməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar.Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyevə həvalə olunmuşdur.Video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir.Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli paltosunun sol yan cibindən bir ədəd boz rəngli «Nokia» markalı mobil telefonu həmin paltonun sağ yan cibindən bir ədəd «Prima» markalı siqaret qutusunu, bir ədəd qara rəngli alışqanı, əynində olan qara rəngli cins şalvarının sağ tərəf bel hissəsindən bir ədəd boz metal rəngli tapançanı çıxarıb masanın üzərinə qoymuşdur.Təqsirləndirilən şəxs həmin tapançanı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən qəbristalıqda gəzərkən, yerdən tapdığını, öz müdafiəsi üçün üzərində gəzdirdiyni bildirmişdir.Bundan sonra təhqiqatçı tərəfindən aşkar olunmuş tapança qablaşdırılaraq, müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmçinin bu barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, daha sonra bütün iştirakçılar tərfindən həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-nin 43-cü PB-nin ə/m polis leytenantı Şahid2, digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ballistik ekspertizasının 07.01.2022-ci il tarixli, 22/26R nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki: Tədqiqata təqdim edilmiş 01 ədəd 247984 №-li silah, zavod üsulu ilə Çex Respublikasında istehsal olunmuş, 7,65 mm kalibrli, CZ-27 modelli tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.Tədqiqata təqdim edilmiş 01 ədəd sandıq, zavod üsulu ilə istehsal olunmuşdur, CZ-27 modelli silahların komplekt hissəsi olmaqla, texniki cəhətdən sazdır və 7,65 mm kalibirli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur.Tədqiqata təqdim edilmiş silahdan eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamə və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlər Məhkəməsinin 21.07.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5, 185.3.3-cü maddələri ilə təqsirli bilinib 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 20.09.2005-ci il tarixdə Apellyasiya Məhkəməsinin 21.07.2005-ci il tarixli qərarı ilə hökm dəyişdirilib, qəti 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 21.12.2006-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kollegiyasının qərarı ilə cəza müddəti 05 ilə endirilmişdir və o, 05.12.2009-cu il tarixdə cazasının sonu ilə azad edilmişdir.Beləliklə də, məlum olur ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumuluğu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, “Məhkəmə hökmü” haqqında Azərbaycan Respublikası Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Həmçinin, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 07 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixdə tutulmuşdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd Çex Respublikasında istehsal olunmuş, 7.65 mm kalibrli, CZ 27 modelli tapança və 01 ədəd 7.65 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş sandıq istifadə üçün yararlı olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan – iş üzrə görüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 07 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs ” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd Çex Respublikasında istehsal olunmuş, 7.65 mm kalibrli, CZ 27 modelli tapança və 01 ədəd 7.65 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş sandıq istifadə üçün yararlı olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut – iş üzrə görüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-223/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-223/2022
04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver