Məhkəmə qərarları › İş №1(001)-223/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-223/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-223/2025 15.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1971-ci il tarixdə Lənkəran rayonu, Şağlakücə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Şağlakücə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, döngə 12, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,357 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 11 may 2024-cü il tarixdə, saat 18:00-da Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi döngə 18-də yerləşən Uğur marketin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 19:40-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,357 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,433 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, 09 iyul 2024-cü il tarixdə, saat 17:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşadığı nömrəsiz evin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 18:50-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,433 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 11 may 2024-cü ildə kirayə yaşadığı evdən onu aparmışlar. Həmin vaxt onunla evdə kirayə yaşayan Rasif Həsənovu da aparmışlar. Onlar “Meyvəli” bazarında arabaçı işləyirlər. Polis Bölməsində qarşısına psixotrop maddə metamfetamin qoyub üzərinə götürməyini tələb etdilər. Fiziki olaraq ona zor tətbiq etməsələr də, başa salmışlar ki, bunu götürməlidir, az bir miqdardır, bir-iki günə buraxılacaqdır. Çıxış yolu görməyib onlarla razılaşmış, psixotrop maddəni üzərinə götürmüşdür. İki gün saxlanıldıqdan sonra onu sərbəst buraxdılar. Bundan başqa o, 08 iyul 2024-cü il tarixdə təkrarən saxlanılaraq yenidən polis bölməsinə aparılmışdır. Bu dəfə də qarşısına narkotik vasitəni üzərinə götürməyini tələb etdilər. Fiziki olaraq ona zor tətbiq etməsələr də, başa salmışlar ki, bunu götürməlidir, az bir miqdardır, bir-iki günə buraxılacaqdır. Çıxış yolu görməyib onlarla razılaşmış, psixotrop maddəni üzərinə götürmüşdür. İki gün saxlanıldıqdan sonra onu sərbəst buraxmışlar. Onun heç bir cinayət törətmədiyini nəzərə alıb, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Rasiflə kirayə yaşayırdı, tutulan zaman evin sahibləri də evdə idi. Ev sahiblərinin adlarını və əlaqə nömrələrini xatırlamır. İkinci epizodda “Uğur market”dən 50-60 metr aralıqda saxlanılmışdır. Əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Lakin saxlanılan zaman üzərindən çıxmamışdır. Polis bölməsində bir büküm vermişdilər ki, istifadə eləsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayon polis idarəsinin 40-cı Polis bölməsinin sahə inspektoru vəzifəsində çalışır, polis baş leytenantı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələri əldə etmələri, üzərlərində saxlayaraq daşımaları və istifadələri ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olduğundan bölmə rəisinin 11 may 2024cü il tarixli əmri ilə ondan və PB-nin C/A üzrə ə/m, polis kapitanı Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri ilə birlikdə hazırlanmış əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdə saat 18:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi döngə 18-də yerləşən Uğur marketin yaxınlığında piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılaraq işlədiyi Polis bölməsinə gətirilmişdir. Bununla bağlı rəhbərliyə raportla müraciət edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması Polis bölməsinin təhqiqatçısı, polis kapitanı Hacı Musayevə tapşırılmış, sahə inspektoru Şahid2 üzərində psixotrop maddələrin və narkotik vasitələr gəzdirməsində şübhəli bilinən Təqsirləndirilən şəxs ilə birlikdə təhqiqatçı Hacı Musayevin xidməti iş otağına keçmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkillə tanış olduqdan sonra, Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılması barədə qərar təqdim edildi. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə etirazı olmadığını bildirdi. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olduqdan sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoydu. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansısa bir əşya və ya predmet aşkar edilmədi. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aparılan sorğu zamanı o, üzərindən aşkar edilən bükümün içərisindəkinin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 11 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə tərəzidə çəkildikdə çəkisinin 0,45 qram olması müəyyən edildi. Aşkar edilmiş büküm təhqiqatçı tərəfindən açıldı və içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzə maddə olduğu göründü. Aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı və üzəri Azərbaycan Respublikası DİN-in «Zərflər üçün» 234 nömrəli möhürü ilə möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Sonra bu barədə protokol tərtib edildi və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayon polis idarəsinin 40-cı Polis bölməsinin sahə inspektoru vəzifəsində çalışır, polis mayoru rütbəsini daşıyır. Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələri əldə etmələri, üzərlərində saxlayaraq daşımaları və istifadələri ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olduğundan bölmə rəisinin 07 iyul 2024-cü il tarixli əmri ilə ondan və PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri ilə birlikdə hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 09 iyul 2024-cü il tarixdə saat 17:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşadığı nömrəsiz evin yaxınlığında piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılaraq işlədiyi Polis bölməsinə gətirilmişdir. Bununla bağlı rəhbərliyə raportla müraciət edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması Polis bölməsinin təhqiqatçısı, polis kapitanı Hacı Musayevə tapşırılmış, sahə inspektoru Şahid4 üzərində psixotrop maddələrin və narkotik vasitələr gəzdirməsində şübhəli bilinən Təqsirləndirilən şəxs ilə birlikdə təhqiqatçı Hacı Musayevin xidməti iş otağına keçmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkillə tanış olduqdan sonra, Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılması barədə qərar təqdim edildi. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə etirazı olmadığını bildirdi. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olduqdan sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoydu. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansısa bir əşya və ya predmet aşkar edilmədi. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aparılan sorğu zamanı o, üzərindən aşkar edilən bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu, həmin heroini 08 iyul 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tərəzidə çəkildikdə çəkisinin 0,57 qram olması müəyyən edildi. Aşkar edilmiş büküm təhqiqatçı tərəfindən açıldı və içərisində narkotik vasitə heroinə bənzə maddə olduğu göründü. Aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı və üzəri Azərbaycan Respublikası DİN-in «Zərflər üçün» 234 nömrəli möhürü ilə möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Sonra bu barədə protokol tərtib edildi və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin C/A üzrə ə/m, polis kapitanı Şahid1 ifadəsində şahid qismində dindirilmiş İ.Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə 12 may 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 59). Şübhəli şəxsin tutulması haqqında 11 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 78). Məhkəmə kimyəvi ekspertizasının 12 may 2024-cü il tarixli 3-16-16/2-6/2682 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №234” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs “imza” yazısı və digər ad, soyad, imzalar qeyd edilmiş 1 (bir) ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,357 qram olan ağ rəngli kristallik üsulla hazırlanmış psixotorop maddə metamfetamindir. Tədqiqata sərf edildi 0.05 qram, qalıq 0.307 qram (cild 1, i.v 100-102). “Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi” haqqında 13 may 2024-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis kapitanı X4 barəsində axtarış və götürmə aparılan şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoyur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılır, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Şəffaf sellofana bükülmüş büküm açıldıqda bükümün içərisindən ağ rəngli kristal şəkilli kütlə aşkar edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilir. Heroinə bənzər kütlənin çəkisi 0.45 qram olur. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu, narkotik vasitəni 11 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirir. Həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır. DİN-in 234 nömrəli möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanır (cild 1, i.v 146) Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 13 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v. 116-117). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə 13 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o həmin tarixdə mühafizə altında saxlanıldığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 138-139). Məhkəmə-narkoloji ekspertizanın 14 may 2024-cü il tarixli 3271 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MOP (+), MET (+), MTD (+), THC (+) aşkar olunmuşdur. Deməsinə görə, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Nəticədə, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1,i.v 164-165). “Əşyanın maddi sübut kimi tanınması” haqqında 17 may 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd kağız zərfdə qablaşdırılmış 01 ədəd bükümdə 0,357 qram psixotrop maddə metamfetamindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq qalmış 0,307 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq qalmış 0,307 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 01 ədəd DVD disk məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək cinayət işi materiallarına əlavə edilərək saxlanılmışdır (cild 1, i.v 149-150). Cinayət işinin başlanması barədə 09 iyul 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 20). Şəxsi axtarış və götürmə aparılması haqqında 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 18:50-ci dəqiqədən saat 19:10-cu dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddə və narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlərin təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Şəffaf sellofana bükülmüş büküm açıldıqda qəhvəyi rəngli maddə aşkar edilmiş və narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə həmin kütlənin çəkisi 0,57 qram olmuş, o, narkotik vasitəni 08 iyul 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd şeffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. DİN-in 234 nömrəli möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, i.v.32-33). Məhkəmə kimyəvi ekspertizasının 09 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3544 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №234” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs “imza” yazısı və digər ad, soyad, imzalar qeyd edilmiş 1 (bir) ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,433 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi 0.05 qram, qalıq 0.383 qram (cild 1, i.v 43-45). “Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi” haqqında 10 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis kapitanı X4 barəsində axtarış və götürmə aparılan şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoyur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Şəffaf sellofana bükülmüş büküm açıldıqda ağ rəngli kristalşəkilli maddə aşkar edilmiş və psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildikdə həmin kütlənin çəkisi 0.45 (qırx beş) qram olmuş, o, psixotrop maddəni 11 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd şeffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. DİN-in 234 nömrəli möhürü ilə möhürlənir (cild 1, i.v 198). “Əşyanın maddi sübut kimi tanınması” haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd kağız zərfdə qablaşdırılmış 01 ədəd bükümdə 0,433 qram narkotik vasitə heroindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq qalmış 0,383 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq qalmış 0,383 qram narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 01 ədəd DVD disk məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək cinayət işi materiallarına əlavə edilərək saxlanılmışdır (cild 1, i.v 205-206). Məhkəmə-narkoloji ekspertizanın 11 iyul 2024-cü il tarixli 4751 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v 235-236). “Təqsirləndirilən şəxsə qarşı yenidən ittiham elan edilməsi” haqqında 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir (cild 1, i.v 168-169). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o həmin tarixdə mühafizə altında saxlanıldığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 190-191). Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, istintaqı aparılan ********* nömrəli cinayət işi, icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir (cild 1, i.v 56-57). Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı İsa Süleymanov tərəfindən tərtib edilmiş arayışdan görünür ki, 13 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış - Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, sonuncunun üzərindən götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,307 qram psixotrop maddə metamfetamin və 0,383 qram narkotik vasitə heroin isə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmişdir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, habelə xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə maddi ziyan yoxdur. İş üzrə məhkəmə xərci 154 manat təşkil edir (cild 1, i.v 276). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 3(001)- 4713/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətə inzibati həbs edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 1(001)- 223/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. Bakı Şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin məhkəməyə ünvanladığı 05 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı İstintaq Təcridxanasının məhkəməyə ünvanladığı 07 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə Binəqədi RPİ-in əməkdaşları tərəfindən tutularaq həmin tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı istintaq mərhələsində verdiyi etiraf ifadəsindən fərqli olaraq bildirir ki, guya o, polis əməkdaşları tərəfindən marketin yaxınlığında deyil, yaşadığı kirayə evdən saxlanılıb. O, saxlanma zamanı evdə ev sahiblərinin də olduğunu qeyd etsə də, bu iddianın sübutlandırılması istiqamətində heç bir konkret addım atılmamışdır. Əgər doğrudan da saxlanılma prosesi şəxsin qeyd etdiyi ünvanda, ev şəraitində baş vermiş olsaydı, bu halın təsdiqi üçün sadalanan şəxslərin yəni guya evdə olan ev sahiblərinin ən azından adları, əlaqə nömrələri və digər müəyyənedici məlumatları təqdim edilə bilərdi. Lakin təqsirləndirilən şəxs bu şəxslərin nə adını, nə də onlarla əlaqə vasitəsini göstərmişdir ki, bu da onun iddiasının real vəziyyətə uyğun olmadığını göstərir. Məhkəmə həmçinin diqqətdə saxlayır ki, bəli, təqsirləndirilən şəxs hal-hazırda həbsdə saxlanılsa da, o, müdafiə hüququnu həyata keçirən vəkillə təmsil olunurdu və məhkəmə istintaqında vəkil üçün şahidlərin müəyyənləşdirilməsi və onların məhkəməyə çağırılması üçün tam hüquqi imkanlar mövcud idi. Əgər həqiqətən də belə şəxslər mövcud olsaydı və hadisə onların iştirakı ilə baş vermiş olsaydı, müdafiə tərəfi bu şəxslərin şahid qismində dindirilməsini təmin etməyə çalışardı. Lakin nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi tərəfindən bu istiqamətdə hər hansı təşəbbüs göstərilməmişdir. Bu baxımdan, təqsirləndirilən şəxsin məhkəmə mərhələsində irəli sürdüyü yeni versiya sübutlarla təsdiqlənmir, real həyat şərtlərinə uyğun gəlmir və yalnız cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə müdafiə strategiyası kimi irəli sürüldüyü qənaətini yaradır. Bu səbəbdən həmin bəyanat məhkəmənin inandırma standartlarına cavab vermədiyindən hüquqi əhəmiyyətə malik sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, iş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs hər iki epizod üzrə müdafiəçinin iştirakı ilə prosessual qaydada dindirilmişdir. Dindirmə zamanı vəkilin iştirakı təmin olunmuş, təqsirləndirilən şəxs ona qanunla nəzərdə tutulmuş hüquqları izah edildikdən sonra, tam könüllü şəkildə və təzyiq olmadan ifadə vermiş, törətdiyi əməlləri etiraf etmişdir. Əgər həqiqətən də polis orqanlarında təqsirləndirilən şəxsə qarşı psixoloji təzyiq göstərilmiş olsaydı, onun bu barədə ilk növbədə vəkilinə məlumat verməsi, habelə bu faktı dərhal qeyd etməsi gözlənilən olardı. Lakin vəkilin iştirakı ilə keçirilmiş istintaq hərəkətləri zamanı bu istiqamətdə nə şifahi, nə yazılı, nə də hər hansı qeydlə təsdiqlənən müraciət olunmamışdır. Əksinə, təqsirləndirilən şəxs vəkilin iştirakı ilə əməllərini etiraf etmiş və izahatlarında daxili ziddiyyət və ya qeyri-müəyyənlik müşahidə edilməmişdir.Həmçinin,dindirmənin protokollarında vəkildən hər hansı qeyri-qanuni hal barədə qeyd və ya etiraz da yer almamışdır. Bu da göstərir ki, istintaq zamanı təqsirləndirilən şəxsin ifadəsi prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə, sərbəst və könüllü şəkildə alınıb. Bu səbəbdən onun ilkin istintaq zamanı verdiyi ifadələr, etibarlı və sübut qismində qəbul edilə biləcək əsas ifadələrdir. Həmçinin nəzərə almaq lazımdır ki, bu, təqsirləndirilən şəxsin hüquq-mühafizə orqanlarında ilk dəfə saxlanılması halı deyildir. O, daha əvvəl də eyni mahiyyətli əməllə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyətə cəlb olunmuş, hətta inzibati qaydada həbs edilmişdir. Deməli, həmin şəxs hüquq-mühafizə prosedurlarından məlumatsız deyil və hüquqi vəziyyətinin fərqindədir. Bu məqamlar onu göstərir ki, təqsirləndirilən şəxs təcrübəli və məlumatlı olmaqla yanaşı, hüquqlarından da xəbərdardır və əgər istintaq zamanı qeyri-qanuni münasibətə məruz qalsaydı, bunu dərhal vəkilə və ya prosessual sənədlərdə qeyd edərdi. Lakin belə hal baş verməmişdir. Nəticə etibarilə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi iş materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 27 sentyabr 2024-cü il tarixli Tələbnamədən və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək, hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla, 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli, amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir (cild 1, i.v 216-223). Göründüyü kimi, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsaslanmaqla cinayətin təkrar törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də eyni hüquqazidd davranışa yəni narkotik vasitələrin dövriyyəsi ilə bağlı yol verdiyi müəyyən edilmişdir. Belə ki, o, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə (narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə) inzibati qaydada məsuliyyətə cəlb olunaraq inzibati həbs növündə cəzalandırılmışdır. Göründüyü kimi, tətbiq olunan inzibati tədbir onun islah olunmasına xidmət etməmiş, əksinə, təqsirləndirilən şəxs bu davranışı davam etdirərək, daha ağır artıq cinayət tərkibli əməl törətmişdir. Bu hallar, həmçinin hazırki iş üzrə psixotrop maddənin və narkotik vasitənin miqdarı məhkəməyə əsas verir ki, təqsirləndirilən şəxsin davranışının və ictimai təhlükəlilik səviyyəsinin yalnız azadlıqdan məhrumetmə növündə cəza ilə qarşısının alınması və onun islah olunması mümkündür. Məhkəmə belə qənaətə gəlir ki, yüngül və alternativ cəza tədbirləri təqsirləndirilən şəxs barəsində profilaktik və tərbiyəedici təsir gücünə malik olmayacaqdır. Ona görə də bu dəfə ona təqsirli bilindiyi Cinayət Məcəlləsinun 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 11 may 2024-cü il tarixdən 13 may 2024-cü il tarixədək, həmçinin 08 iyul 2024-cü il tarixdən 10 iyul 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı cəmi 4 (dörd) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinə hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 0,307 qram olan psixotrop maddə metamfetamin və 0,383 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu iki ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 154 (bir yüz əlli dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 55 (əlli beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Həmin Qərara edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 43 saatın hər iş saatının 6 manatdan, 12 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 390 manat (43 saat x 6 AZN + 12 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdən 13 may 2024-cü il tarixədək, həmçinin 08 iyul 2024-cü il tarixdən 10 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət (4 gün) cəzasının müddətinə hesablanaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 05 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 0,307 qram olan psixotrop maddə metamfetamin və 0,383 qram narkotik vasitə heroin məhv edilsin. İki ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 154 (bir yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ **********0000003944 SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 390 (üç yüz doxsan) (43 saat x 6 AZN + 12 saat x 11AZN) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar