Məhkəmə qərarları › İş №1(001)-224/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-224/2022

10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-224/2022 10.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə

1. xx.xx.1989-cu il tarixdə Naxçıvan MR-nın Babək rayonu, Əznəburd kəndində anadan olmuş, azərbaycanlı,Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 (üç) azyaşlı övladı olan, orta təhsilli, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 69.3-cü maddələri ilə aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, Naxçıvan MR-nin Kəngərli rayonu, Çalxanqala kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair

2. xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Mərkəzi Binəqədi qəsəbəsi, Cantəpə məhəlləsində yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə

Müəyyən etdi:

Təqsirləndirilən şəxs1 bir qrup şəxs tərəfindən ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 bir qrup şəxs tərəfindən ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən hərəkətlərlə xuliqanlıq etmişdir Belə ki, Təqsirləndirilən şəxs1 20 sentyabr 2021-ci il tarixdə saat 23:45 radələrində Bakı şəhəri Binəqədi rayonu,Xırdalan dairəsi, Xırdalan şossesinin sağ kənarında yerləşən“Avtoş-dönər” adlanan dönərxananın arxasında Zərərçəkmiş şəxs1 onun qardaşı Şahid1 ünvanına nalayiq sözlər deməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik,etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumi davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib ictimai yer hesab olunan ərazidə Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edib sağ əli ilə başına vurub sol təpə nahiyyəsinin qançırı kimi sağlamlığa zərərvurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdikdən sonra onun xuliqanlıq hərəkətlərinin qarşısını alan və bu hərəkətlərinə irad bildirən zərərçəkmiş Zərərçəkmiş şəxs2 fiziki zor tətbiq edib yumruq və sillə ilə bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vurub-sağ üst göz qapağının qançırları, burun yəhərinin, sol qulaq seyvanının orta-aşağı 1/3-nin ön səthinin sıyrıqları, sol qulaq seyvanının orta- yuxarı 1/3nin ön sərbəst kənarının qançırı, alt dodağın sol yarısının şişkinliyi fonunda ağız bucağına yaxın selikli qişasının ətrafı qansızmalı sıyrığı kimi sağlamlığa zərərvurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, bundan sonra yenidən Zərərçəkmiş şəxs1 döş qəfəsinə sağ ayağı ilə güclü zərbə endirərək sağ Xİ-Xİİ qabırğaların qapalı sınıqları kimi xəsarətlər yetirib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş, sonradan hadisə yerinə gəlmiş tanışı Təqsirləndirilən şəxs2 ilə əlbir olub bir qrup şəxs halında öz fiziki gücünü və üstünlüklərini nümayiş etdirərək ətrafda çoxlu sayda tanımadıqları insanların olmasınabaxmayaraq şəxsiyyətlərini başqalarının şəxsiyyətinin fövqündə qoyub, ictimai qaydalara açıq etinasızlıq,cəmiyyətə qarşı hörmətsizlik göstərməkdə davam etdirərək yumruq və sillə ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 sifət nahiyyəsinə vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla yüngül zərər vurmaya aid edilən alın nahiyəsinin sol yarısının və sol qaş qövsü proyeksiyasının hematoması,bu fonda sol qaş qövsünün orta hissəsinin səthi əzilmiş yarası kimi xəsarətlər, zərərçəkmiş Zərərçəkmiş şəxs1 sinəsinə təpik zərbəsi vurmaqla sağlamlığa zərərvurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərə aid edilən döş qəfəsinin sağ yan səthində orta qoltuq xətti üzrə İİİ-İV qabırğalarası sahənin qançırı kimi xəsarətlər yetirmiş Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs1 hündürlüyə qaldırıb yerə atmaqla sağlamlığa zərərvurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərə aid edilən döş qəfəsinin sağ yarısının və sağ bel nahiyyəsinin kəskin ağrılarla müşaiyət olunan əziyi kimi xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 - 20 sentaybr 2021-ci il tarixdə saat 23:45 radələrində Bakı şəhəri Binəqədi rayonu, Xırdalan dairəsi, Xırdalan şossesinin sağ kənarında yerləşən “Avtoş-dönər” adlanan dönərxananın arxasında heç bir əsaslı səbəb olmadan ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə, ictimai yer hesab olunan yerdə tanışı Təqsirləndirilən şəxs1 zərərçəkmiş Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edib başına sağ əl yumruq zərbəsi ilə vurub sol təpə nahiyyəsinin qançırı kimi sağlamlığa zərərvurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti və Təqsirləndirilən şəxs1 bu hərəkətlərinə irad bildirən ictimai qaydadın pozulmasının qarşısını alan zərərçəkmiş Zərərçəkmiş şəxs2 fiziki zor tətbiq edib yumruq və sillə ilə bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vurub-sağ üst göz qapağının qançırları, burun yəhərinin, sol qulaq seyvanının orta-aşağı 1/3-nin ön səthinin sıyrıqları, sol qulaq seyvanının orta- yuxarı 1/3-nin ön sərbəst kənarının qançırı, alt dodağın sol yarısının şişkinliyi fonunda ağız bucağına yaxın selikli qişasının ətrafı qansızmalı sıyrığı kimi sağlamlığa zərərvurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş və sonradan yenidən zərərçəkmiş Zərərçəkmiş şəxs1 döş qəfəsinə sağ ayağı ilə güclü zərbə endirərək sağ Xİ-Xİİ qabırğaların qapalı sınıqları kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq nyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirdikdən sonra o, Təqsirləndirilən şəxs1 ilə əlbir olub bir qrup şəxs halında öz fiziki gücünü və üstünlüklərini nümayiş etdirərək ətrafda çoxlu sayda tanımadıqları insanların olmasınabaxmayaraq şəxsiyyətlərini başqalarının şəxsiyyətinin fövqündə qoyub, ictimai qaydalara açıq etinasızlıq, cəmiyyətə qarşı hörmətsizlik göstərməkdə davam edərək yumruq və sillə ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edib sifət nahiyyəsinə vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla yüngül zərər vurmaya aid edilən alın nahiyəsinin sol yarısının və sol qaş qövsü proyeksiyasının hematoması, bu fonda sol qaş qövsünün orta hissəsinin səthi əzilmiş yarası, zərərçəkmiş Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edib sinəsinə təpik zərbəsi vurmaqla sağlamlığa zərərvurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərə aid edilən döş qəfəsinin sağ yan səthində orta qoltuq xətti üzrə İİİ-İV qabırğalarası sahənin qançırı, zərərçəkmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1la birlikdə hündürlüyə qaldırıb yerə atmaqla sağlamlığa zərərvurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərə aid edilən döş qəfəsinin sağ yarısının və sağ bel nahiyyəsinin kəskin ağrılarla müşaiyət olunan əziyi kimi bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum olunmuşdur.xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində işlədiyi tikinti-təmir işlərini yekunlaşdıraraq evinə getmək üçün Xırdalan dairəsinə gəlmişdir. Xırdalan dairəsi yaxınlığında “Aşıqlar” kafesini qardaşı Lətif icarəyə götürüb işlətdiyindən həmin kafeyə gedib şam yeməyi yemək qərarına gəlmişdir. Kafedə qardaşı Lətiflə birlikdə masa arxasında oturub söhbət etmiş və qardaşı masanı tərk etdikdən sonra yemək yeyib, 5-6 bakal pivə içərək saat 23:30 radələrində evinə getmək üçün kafeni tərk etmişdir.Kafedən çıxaraq Xırdalan şossesinin kənarındakı “Aftoş” dönərin yanında dayanıb taksi gözləyərkən sonradan adı ona məlum olan Fazil adlı 60-65 yaşlı kişinin kafeni işlədənin ünvanına nalayiq ifadə işlətdiyini eşidərərk ona yaxınlaşıb həmin kafenin qardaşı tərəfindən işlədildiyini və onun ünvanına nalayiq ifadə işlətməsinə görə irad bildirərkən Fazil adlı şəxs onun da ünvanına nalayiq ifadə işlətmiş, hətta ona əl-qol atmışdır. Fazilin əlindəki sellofan torbanı alaraq onun başına iki dəfə vurmuş və oradan uzaqlaşmasını istəmişdir. Həmin vaxt Fazilin yanında olan, yaşı təxminən 40-45 olan, sonradan adı məlum olan Şahin adlı şəxs onun üzərinə gələrək nə üçün onun tanışını vurmasına iradını bildirmiş, hətta əli ilə yüngül formada onun boyun ardına bir dəfə sillə vurmuşdur. Şahinin hərəkətinə cavab olaraq üzərinə gedib əli ilə sinəsindən geriyə itələmiş və bu zaman Fazil adlı şəxsin ona doğru gəldiyini görərək ona tərəf çevrilib sağ ayağı ilə onun sinəsinə güclü zərbə vurmuşdur. Fazil aldığı zərbədən əlləri ilə sağ tərəf sinəsini tutaraq arxası üstə yerə yıxılmışdır. Bu zaman Şahin adlı şəxs onun üzərinə gəldikdə onun sifətinə,bədəninin müxtəlif nahiyyələrinə bir neçə yumruq-sillə zərbələri vurmuşdur. Onun səs-küyünə ətrafdakı tanımadığı şəxslər toplaşıb tamaşa etməyə başlamışlar. Həmin vaxt qardaşının kafesində ofisiat işləyən kimi az müddətdə tanıdığı Tural adlı saqqallı oğlan yaxınlaşaraq əl və ayağı ilə Şahin adlı şəxsin bədəninin müxtəlif nahiyyələrinə, həmçinin ayağa durub yaxınlaşmaq istəyən Fazilin sinəsindən zərbələr vurmağa başlamışdır. Kənarda dönərxananın yaxınlığındakı ağacın altında söhbət edən 2-3 nəfər tanımadığı cavan oğlanlar, eləcə də ətrafdakı taksi avtomobillərinin tanımadığı sürücülərindən bir-iki nəfər müdaxilə edib onları kənarlaşdırmaq istədikdə Fazil adlı orta yaşlı kişi onun və Turalın üzərinə gəldikdə onlar hər ikisi onu yuxarı qaldıraraq yerə buraxmış və onun tanışı Şahin adlı şəxs digər müdaxilə edən şəxslərlə birlikdə Fazili yerdən qaldırmışlar. Tanımadığı şəxslər onları sakitləşdirib aralamış, bir nəfər 35-40 yaşlı tanımadığı qadın yoldan keçən taksi avtomobilini saxlayıb Fazillə Şahini həmin taksiyə əyləşdirib oradan uzaqlaşmalarına kömək etmişdir.Təxminən 10-15 dəqiqə ərzində davam edən dava-dalaşdan sonra əvvəllər tanımadığı Fazil və Şahin adlı şəxslər qadının saxladığı taksi ilə hadisə yerindən uzaqlaşıb getmiş, hadisədən sonra evinə gəlmiş və sonradan ona məlum oldu ki, Fazil və Şahin adlı şəxslər döyülmələri barədə polisə şikayət etmişlər.Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 sağ əlini yumruq halında bükərək sellofan torba ilə başına vurub ona sol təpə nahiyyəsinin qançırı kimi sağlamlığa zərərvurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətini, həmçinin bu hərəkətlərinə irad bildirən tanışı Zərərçəkmiş şəxs2 fiziki zor tətbiq edib yumruq və sillə ilə bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vurub-sağ üst göz qapağının qançırları, burun yəhərinin, sol qulaq seyvanının orta-aşağı 1/3-nin ön səthinin sıyrıqları, sol qulaq seyvanının orta- yuxarı 1/3-nin ön sərbəst kənarının qançırı, alt dodağın sol yarısının şişkinliyi fonunda ağız bucağına yaxın selikli qişasının ətrafı qansızmalı sıyrığı kimi sağlamlığa zərərvurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri, Zərərçəkmiş şəxs2 qarşı tətbiq olunan fiziki zorakılığın qarşısını almağa cəhd edən Zərərçəkmiş şəxs1 döş qəfəsinə sağ ayağı ilə güclü zərbə endirərək ona sağ Xİ-Xİİ qabırğaların qapalı sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər onun tərəfindən əl və ayaq zərbələri ilə yetirilmiş, Zərərçəkmiş şəxs2 bədəni üzərində dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla yüngül zərər vurmaya aid edilən alın nahiyəsinin sol yarısının və sol qaş qövsü proyeksiyasının hematoması, bu fonda sol qaş qövsünün orta hissəsinin səthi əzilmiş yarası, Zərərçəkmiş şəxs1 sinəsinə təpik zərbəsi vurmaqla sağlamlığa zərərvurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərə aid edilən döş qəfəsinin sağ yan səthində orta qoltuq xətti üzrə İİİ-İV qabırğalarası sahənin qançırı Təqsirləndirilən şəxs2 tərəfindən yetirilmiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə hündürlüyə qaldırıb yerə buraxmaqla sağlamlığa zərərvurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərə aid edilən döş qəfəsinin sağ yarısının və sağ bel nahiyyəsinin kəskin ağrılarla müşayiət olunan əziyi kimi bədən xəsarətlərini isə Tural Quliyevlə birlikdə yetirmiş,hadisəyə tamaşa edən, müdaxilə edən, ətrafa toplaşan şəxslərdən heç birini tanımamış, Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 onunla Təqsirləndirilən şəxs2 başqa döyüb xəsarət yetirmiş şəxs və ya şəxslər olmamışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində 03 (üç) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərlərə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilirək göstərmişdir ki, 2016-cı ilin dekabr ayında ailə qurmuş və toy günündə atası Heybət ürəktutmasından vəfat etmişdir. Hazırda 3 və 5 yaşlarında iki azyaşlı övladları vardır.X3 2020-ci ilin sentyabr ayında 22 yaşında xərçəng xəstəliyindən vəfat etmiş və azyaşlı övladlarına anası Mehbarə Niftəliyeva himayəlik edir və onlara məskunlaşdıqları Biləsuvar rayonu, Cəbrayıl qəsəbəsində qulluq edir. Azyaşlı övladlarına və anasına maddi dəstək olmaq üçün Bakı şəhərinə gələrək müxtəlif fərdi işlərdə çalışmalı olmuşdur. 2021-ci ilin yay aylarından başlayaraq Binəqədi rayonu, Xırdalan Şossesi, Xırdalan dairəsi adlanan ərazidə Lətif adlı Naxçıvan MR-sı sakininin işlətdiyi “Aşıqlar” kafesində günü 5 manata ofisiant işləməyə başlamışdır. Kafedə işlədiyi müddətdə Lətifin qardaşı Təqsirləndirilən şəxs1 tanımışdır. 20 sentyabr 2021-ci il tarixdə axşam saat təxminən 23:45 radələrində iş müddəti bitdiyindən kafedən çıxıb evinə getmək üçün yaxınlıqdakı Xırdalan dairəsi, Xırdalan şossesinə çıxmışdır.Yolun kənarındakı “Aftoş” dönər köşkünün yanına çatmışdı ki, orada Rüstəmin sonradan adları ona məlum olan Fazil və Şahin adlı orta yaşlı şəxslərlə mübahisə etdiyini, Rüstəmin Fazil adlı şəxsin əlindən torbanı alıb onun başına iki dəfə vurduğunu görmüşdür. Sonuncunun Şahin adlı tanışının Rüstəmə yaxınlaşdığını gördükdə iki nəfərin Rüstəmi döyə biləcəklərini etimal edərək dərhal yaxınlaşıb Rüstəmə kömək etmək istəmişdir. Onlara yaxınlaşanadək Rüstəm təpik zərbəsilə yaşlı kişi Fazilin sinəsinə zərbə vurub sonra onun hərəkətlərinə irad bildirən Şahin adlı ikinci şəxsin sifətinə, bədəninin digər nahiyyələrinə sillə və yumruq zərbələri vurduğunun şahidi olmuşdur. Onlara yaxınlaşdığı zaman Fazil adlı şəxsin yerdən durub Rüstəmə tərəf getdiyni görüb təpiklə onun sinəsindən bir dəfə vurmuş,sonra Şahinin sifətinə,alın nahiyyəsinə sol üst göz və digər nahiyyələrinə bir neçə dəfə zərbələr vurmuşdur. Bundan sonra Rüstəmlə birlikdə Fazil adlı orta yaşlı kişini qaldırıb hündürlükdən yerə buraxmışdır. Bu zaman kənardan tamaşa edən tanımadığı bir neçə cavan oğlanlar, taksi sürücüləri yaxınlaşıb onu və Rüstəmi sakitləşdirərək kənara çəkmiş,bir nəfər 35-40 yaşlı qadın da müdaxilə edərək yoldan keçən tanımadığı şəxsin idarə etdiyi taksi maşınını saxlayaraq Fazillə Şahin adlı şəxsləri taksiyə əyləşdirib oradan uzaqlaşmalarına köməklik etmişdir. Hadisə təxminən 15 dəqiqə davam etmiş, dava-dalaş saat 23:45-dən 24.00 radələrinədək davam etmişdir. Tanımadığı kənar şəxslərin müdaxiləsi nəticəsində dava-dalaşa son qoyulmuş və onlar ayrılıb öz evlərinə getmişlər.Xeyli vaxt sonra Rüstəmin həbs olunduğunu eşitdikdə Fazil və Şahin adlı şəxslərin polisə şikayət edikləri ona məlum olmuşdur. Davaya müdaxilə edən,tamaşa edən və ətrafa toplaşan şəxslərdən heç kimi tanımamış, Rüstəmlə ondan başqa Fazil və Şahin adlı şəxsləri döyən,onlara bədən xəsarətləri yetirən olmamışdır. Təqsirləndirilən şəxs2,həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs1 sol təpə nahiyyəsindəki qançırı kimi bədən xəsarəti Rüstəmin əlindəki sellofan torbanı alıb iki dəfə başına yumruq halında bükülmüş sağ əli ilə vurarkən aldığını,Rüstəmin qanunsuz hərəkətlərinə Şahin adlı tanışı ilə birlikdə irad bildirərkən Rüstəmin sağ ayaq zərbəsi ilə sağ tərəf döş qəfəsinə güclü zərbə endirməsi nəticəsində sağ Xİ-Xİİ qabırğaların qapalı sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti onun tərəfindən yetirilmiş, döş qəfəsinin sağ yarısının və sağ bel nahiyəsinin kəskin ağrılarla müşayiət olunan əziyi halında küt travması kimi xəsarəti isə Rüstəmlə birlikdə onu hündürlüyə qaldırıb yerə atma nəticəsində Rüstəmlə birlikdə yetirmiş, həmçinin döş qəfəsinin sağ yan səthində orta qoltuq xətti üzrə İİİ-İV qabırğalararası sahənin qançırı kimi xəsarətin Turalın ayaq zərbəsi ilə vurması nəticəsində almışdır.Eləcədə, Zərərçəkmiş şəxs2 sağ üst göz qapağının qançırı, burun yəhərinin, sol qulaq seyvanının orta-aşağı 1/3nin ön səthinin sıyrıqları, sol qulaq seyvanının orta-yuxarı 1/3-nin ön sərbəst kənarının qançırı, alt dodağın sol yarısının şişkinliyi fonunda ağız bucağına yaxın selikli qişasının ətrafı qansızmalı sıyrığı kimi xəsarətlərin Rüstəm tərəfindən yumruq, sillə zərbələri ilə yetirilməsi, alın nahiyəsinin sol yarısının və sol qaş qövsü proyeksiyasının hematoması, bu fonda sol qaş qövsünün orta hissəsinin səthi əzilmiş yarası,sol üst göz qapağının qançırı, döş qəfəsinin ön sol yan səthində ön qoltuq xətti üzrə Vİİ-Vİİİ qabırğalararası sahənin qançırı, sağ baldırın yuxarı və orta 1/3-nin ön səthlərinin sıyrıqları kimi xəsarətlərin isə onun tərəfindən yetirildiyini səmimi olaraq etiraf etmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərlərə vurulmuş ziyanı ödəməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, himayəsində 2 (iki) azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22:30 radələrində yaxın tanışı Zərərçəkmiş şəxs2la birlikdə sonuncunun yaşadığı Şabran qəsəbəsinə taksi maşınları ilə əşyalar göndərməsi üçün Bakı şəhəri, Nəsimi rayonu, ”Şamaxinka” adlanan yerə getmişlər.Orada Şahin taksi vasitəsilə yaşadığı Şabran rayonuna əşyalar göndərdikdən sonra birlikdə Xırdalan dairəsinə yollanmış və həmin ərazidə ayrılmazdan əvvəl Xırdalan dairəsində yerləşən “Sürücü” kafesinə daxil olub orada adambaşına bir bakal pivə içmiş,sonra kafedən çıxıb təxminən 15 metrə kənarda üzərində “Avtoş-dönər” yazılmış köşkün arxasındakı betonun üzərində oturmuşlar. Oturduqları zaman Şahin siqaret çəkmiş və onlar artıq ayrılaraq evlərinə getməyə hazırlaşmışlar. Bu zaman bir nəfər, sonradan adını eşitdiyi və əvvəllər tanımadığı Rüstəm adlı şəxsin onlara yaxınlaşdığını görmüşlər. Onu hər ikisi tanımadıqlarından həmin şəxsin Şahindən siqaret istəmək üçün

yaxınlaşdığını düşünmüşlər.Lakin,həmin şəxs yaxınlaşan kimi oturuqlu vəziyyətdə onun əlindəki sellofan torbanı alaraq başına iki dəfə zərbə vuraraq ünvanına nalayiq ifadələr işlətməklə onu təhqir etmişdir.Həmin vaxt o və tanışı Şahin ayağa qalxmış və sonuncu ondan əvvəl həmin şəxsə öz iradlarını bildirmişdir.Rüstəm adlı şəxs cavabında əli ilə onun sinəsindən geriyə itələyərək bir daha ünvanlarına nalayiq ifadələr işlətmişdir. Tanımadığı şəxsləri heç bir səbəb olmadan söyüb təhqir etməsi və döyməsinə irad bildirdirərək uzaqlaşıb öz işinin dalınca getməsini dedikdə Rüstəm gözlənilmədən onun sinəsindən güclü təpik zərbəsi ilə vurmuşdur. Təpik zərbəsi onun sağ tərəfdən sinəsinə dəydiyindən həmin anda daxildən sanki qabırğalarının sındığını hiss etmiş və əlləri ilə sinəsini tutaraq arxası üstündə yerə yıxılmışdır. Bunu görən Şahin dərhal müdaxilə edib həmin şəxsin onu döyməsinin qarşısını almaq istədikdə Rüstəm Şahinin üzərinə hücum çəkib ünvanına nalayiq ifadələr işlətməklə əl və ayağı ilə onun bədəninin müxtəlif nahiyyələrinə vurmağa başlamışdır.Həmin anda o, özü ayağa qalxıb Şahinin döyülməsinin qarşısını almağa çalışdıqda kənardan bir nəfər, üzü saqqallı, arıq bədən quruluşlu, yaşı təxminən 25-26 olan, qaraşın sifətli, əynində göy cins şalvarı olan, Rüstəmin tanıdığı şəxs olduğunu ehtimal etdiyi,sonradan adı onlara məlum olan Tural adlı cavan oğlan yaxınlaşıb əl və ayağı ilə Şahinin bədəninin müxtəlif nahiyyələrinə vurmağa başlamışdır. Səs-küyə kənardan bir neçə nəfər cavan oğlanlarda yaxınlaşıb davaya müdaxilə etmiş və Rüstəmlə Turalı sakitləşdirməyə çalışmışdirlar. Turalla Rüstəm onu hündürlüyə qaldırıb arxası üstə yerə buraxdıqda az əvvəl Rüstəmin təpiklə vurduğu zaman güclü ağrı hiss etdiyi qabırğalarından təkrar güclü ağrılar hiss etmiş, ani olaraq ağrıdan sanki huşunu itirmişdir. Bu zaman bir nəfər 35-40 yaşında, həmin şəxsləri tanıdığını ehtimal etdiyi qadın yaxınlaşaraq müdaxilə edib dərhal yol maşını saxlatdıraraq onun və Şahinin həmin maşına oturub oradan uzaqlaşmalarını,əks halda Rüstəm və Tural tərəfindən təkrar döyüləcəkləri ilə xəbərdar etmişdir.Onlar avtomobilə minərək hadisə yerindən uzaqlaşmış və ağrıları şiddətləndiyindən travmatologiya xəstəxanasına müraciət etmiş və müayinə zamanı Xİ-Xİİ-ci qabırğalarım sındığı ona məlum olmuşdur. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və məlumat əsasında Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət etmişdirlər.Zərərçəkmiş şəxs1,həmçinin ifadəsində qeyd etmişdir ki, həmin şəxslərə qarşı onun və tanışı Şahin tərəfindən heç bir artıq hərəkətlərə yol verilməmiş, həmin şəxsləri nə o, nə də Şahin tanımışdır. Onlar, heç bir səbəb olmadan üzərlərinə hücum çəkərək ünvanlarına nalayiq ifadələr işlətməklə fiziki zor tətbiq edib onların hər ikisinə bədən xəsarətləri yetirmişlər. Hadisə zamanı qabırğasına təpik zərbəsi vuran şəxsin adının Rüstəm olduğunu eşitmişdir. Dava-dalaşın baş verdiyi vaxt saat 23:45 radələri olardı. Hadisə təxminən 10-15 dəqiqə ərzində davam edib,döyülməyi nəticəsində 2 qabırğasının sınığı, sinə, baş, digər bədən nahiyyələrinin əziyi kimi xəsarətləri almış və MTE-sı müayinəsindən keçmişdir. Müayinə zamanı sol təpə nahiyəsinin qançırı, sağ Xİ-Xİİ qabırğaların qapalı sınıqları, döş qəfəsinin sağ yan səthində orta qoltuq xətti üzrə İİİ-İV qabırğalararası sahənin qançırı, döş qəfəsinin sağ yarısının və sağ bel nahiyəsinin kəskin ağrılarla müşayiət olunan əziyi halında küt travması kimi bədən xəsarətləri aşkar olunmuşdur ki, sol təpə nahiyyəsindəki qançırı Rüstəm adlı şəxs onun əlindəki sellofan torbanı alıb iki dəfə başına vurarkən yumruq halında sağ əl barmaqlarları ilə yetirmişdir. Rüstəm adlı şəxsin hərəkətlərinə həm o, həm də dostu Şahin irad bildirərkən Rüstəm sağ ayağı ilə onun sağ tərəf döş qəfəsinə güclü zərbə endirməsi nəticəsində sağ Xİ-Xİİ qabırğaların qapalı sınıqları baş vermişdir.Döş qəfəsinin sağ yan səthində orta qoltuq xətti üzrə İİİ-İV qabırğalararası sahənin qançırı isə yerə yıxılı vəziyyətdə olarkən üzü saqqallı, adını sonradan Tural kimi eşitdiyi şəxs tərəfindən təpik zərbəsi ilə vurulması nəticəsində yetirilmiş, döş qəfəsinin sağ yarısının və sağ bel nahiyəsinin kəskin ağrılarla müşayiət olunan əziyi halında küt travması isə Rüstəmlə Tural adlı şəxsin onu yuxarı qaldırıb yerə atmaları nəticəsində yaranmışdır.Həmin şəxslərdən başqa ona xəsarət yetirən, fiziki zor tətbiq edən olmamışdır.Rüstəm və Tural adlı şəxslər alkoqol sərxoşluğu təsiri altında olmuş,heç bir səbəb olmadan onu və yaxın tanışı Zərərçəkmiş şəxs2 ətrafa toplaşan insanların gözü qarşısında təpik,yumruqla döyüb hər ikisinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişlər. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, halhazırda təqsirləndirilən şəxslər ona vurulmuş ziyanı ödəmişdirlər, o, təqsirləndirilən şəxslərlə barışmışdır, onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və ya tələbi yoxdur və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ailə üzvləri Şabran şəhərində yaşadıqlarından onların maddi təminatının qarşılanması üçün Bakı şəhərinə gələrək fərdi işlərdə çalışır. xx.xx.2021-ci il tarixdə saat 22:30 radələrində yaxın tanışı Zərərçəkmiş şəxs1lə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, ”Şamaxinka” adlanan yerə gedərək oradan taksi vasitəsilə ailə üzvlərinin yaşadığı Şabran şəhərinə müəyyən əşyalar göndərdikdən sonra birlikdə Xırdalan dairəsinə getmiş və həmin vaxt o, Xırdalan şəhərində, Fazil isə Binəqədi rayonu, Binəqədi şossesində yaşadığından Xırdalan dairəsində düşməli olmuşlar. Ona görə də Xırdalan dairəsində avtobusdan düşüb yaxınlıqda olan “Sürücü” kafesinə daxil olmuş və kafedə hər biri bir bakal pivə içib söhbət etdikdən sonra kafedən çıxıb təxminən 15 metrə kənarda “Avtoş-dönər”adlanan köşkün arxasındakı betonun üzərində oturmuşlar. Oturduqları zaman o,siqaret çəkib Fazillə söhbət etmişlər və ayrılmağa hazırlaşmışdırlar. Bu zaman bir nəfər, sonradan adını eşitdiyi və əvvəllər tanımadığı Rüstəm adlı şəxsin onlara yaxınlaşdığını görmüşlər. Onu hər ikisi tanımadıqlarından həmin şəxsin ondan siqaret almaq üçün yaxınlaşdığını ehtimal etsə də, Rüstəm adlı şəxs Fazilə yaxınlaşaraq oturaqlı halda əlindən sellofan torbanı alaraq iki dəfə başına vurub ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Rüstəmin bu hərəkətinə irad bildirdikdə sonuncu əcəb etdiyini deyərək sərxoş vəziyyətdə onun sinəsindən geriyə itələyərək onun da ünvanına nalayiq ifadə işlətmişdir. Fazil oturduğu yerdən ayağa qalxaraq ona yaxınlaşmaq və Rüstəmin hərəkətlərinə etirazını bildirmək istədikdə Rüstəm Fazilin sinəsindən güclü bir təpik zərbəsi vurmuş, nəticədə sonuncu aldığı zərbənin təsirindən sağ tərəf sinəsini tutub arxası üstə yerə yıxılmışdır.Rüstəm onun yerə yıxıldığını görərək üzərinə hücum çəkib yıxılı vəziyyətdə təpiklə onu vurmaq istədikdə ona yaxınlaşıb qarşısını almaq istədikdə bu dəfə onun üzərinə hücum çəkib ünvanına nalayiq ifadələr işlədərək sillə və yumruq zərbələri ilə sifətinə, dodağına, digər nahiyyələrinə vurmağa başlamışdır. Bu anda Fazil yerdən qalxıb onun döyülməsinin qarşısını almağa kömək etmək istədikdə kənardan bir nəfər üzü saqqallı, arıq bədən quruluşlu, yaşı təxminən 25- 26 olan, qaraşın sifətli, əynində göy cins şalvarı olan, Rüstəm adlı oğlanın tanıdığı şəxs olduğunu ehtimal etdiyi, adının Tural olduğunu həmin vaxt eşitdiyi cavan oğlan yaxınlaşıb heç bir səbəb olmadan əl və ayağı ilə onun sinəsinə,başına, qoluna və başqa nahiyyələrinə vurub xəsarətlər yetirmişdir. Səs-küyə kənardan bir neçə tanımadığı cavan oğlanlar yaxınlaşıb davaya müdaxilə edib onları aralamağa çalışmışdırlar. Bu zaman Tural adlı oğlanla Rüstəm Fazili yerdən qaldırıb arxası üstə yerə buraxmış və sonuncunun ani olaraq hərəkətsiz qaldığını görərək tanımadığı şəxslərlə birlikdə Fazilin yerdən qalxmasına köməklik göstərmişdir.Həmin vaxt 35-40 yaşında tanımadığı qadın yaxınlaşaraq müdaxilə edib dərhal yol maşını saxlatdıraraq onunla Fazili taksi ilə hadisə yerindən uzaqlaşmalarına yardımçı olmuşdur.Hər ikisinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildiyindən travmatologiya xəstəxanasına müraciət edərək müayinə olunmuş və müayinə zamanı Fazilin Xİ-Xİİ-ci qabırğalarının sınması və onda isə müxtəlif əzik və qançırların olduğu müəyyən olunduqda bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, sonra isə ərizə ilə Binəqədi RPİ-nin 6-cı PB-nə müraciət etmişdirlər. Zərərçəkmiş şəxs2, həmçinin qeyd etmişdir ki, onların tərəfindən həmin şəxslərə qarşı heç bir artıq hərəkətə yol verilməmiş,həmin şəxsləri nə o,nə də Fazil tanımamış,heç bir səbəb olmadan Rüstəm və Tural adlı şəxslər onların üzərinə hücum edərək ünvanlarına nalayiq ifadələr işlətməklə hər ikisinə qarşı müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdirlər. Hadisə təxminən 10-15 dəqiqə ərzində davam etmiş, MTE-sı müayinəsindən keçmiş və müayinə zamanı- alın nahiyəsinin sol yarısının və sol qaş qövsü proyeksiyasının hematoması, bu fonda sol qaş qövsünün orta hissəsinin səthi əzilmiş yarası, sağ və sol üst göz qapaqlarının qançırları, burun yəhərinin, sol qulaq seyvanının orta-aşağı 1/3-nin ön səthinin sıyrıqları, sol qulaq seyvanının orta- yuxarı 1/3-nin ön sərbəst kənarının qançırı, alt dodağın sol yarısının şişkinliyi fonunda ağız bucağına yaxın selikli qişasının ətrafı qansızmalı sıyrığı, döş qəfəsinin ön sol yan səthində ön qoltuq xətti üzrə Vİİ-Vİİİ qabırğalararası sahənin qançırı, sağ baldırın yuxarı və orta 1/3-nin ön səthlərinin sıyrıqları kimi, həmin xəsarətlərdən alın nahiyəsinin sol yarısının və sol qaş qövsü proyeksiyasının hematoması, bu fonda sol qaş qövsünün orta hissəsinin səthi əzilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan, digər xəsarətlər isə hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədədn xəsarətləri aldığı təsdiq olunmuşdur. Həmin xəsarətlərdən- sağ üst göz qapağının qançırı, burun yəhərinin, sol qulaq seyvanının ortaaşağı 1/3-nin ön səthinin sıyrıqları, sol qulaq seyvanının orta- yuxarı 1/3-nin ön sərbəst kənarının qançırı, alt dodağın sol yarısının şişkinliyi fonunda ağız bucağına yaxın selikli qişasının ətrafı qansızmalı sıyrığı kimi xəsarətlər Rüstəmin yumruq zərbələri nəticəsində, alın nahiyənin sol yarısının və sol qaş qövsü proyeksiyasının hematoması, bu fonda sol qaş qövsünün orta hissəsinin səthi əzilmiş yarası, sol üst göz qapağının qançırı, döş qəfəsinin ön sol yan səthində ön qoltuq xətti üzrə Vİİ-Vİİİ qabırğalararası sahənin qançırı, sağ baldırın yuxarı və orta 1/3-nin ön səthlərinin sıyrıqları kimi xəsarətləri isə Turalın yumruq və təpik zərbələri nəticəsində almışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, təqsirləndirilən şəxslər ona vurulmuş ziyanı ödəmişdirlər, o, təqsirləndirilən şəxslərlə barışmışdır, onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və ya tələbi yoxdur, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xirdalan şossesi adlanan ərazidə «Aşıqlar» kafesini icra əsasında işlətməklə məşğul olur.Kafeni hər gün saat 17:00-dan-00:00-a kimi işlədir. Təqsirləndirilən şəxs1 onun kiçik qardaşıdır. xx.xx.2021-ci il tarixdə axşam saatlarında Rüstəm onun icarə əsasında işlətdiyi kafeyə gəlmiş və onunla görüşərək eyni masa arxasında əyləşib qısa müddət söhbət etmişdirlər. Qardaşı Rüstəm bir neçə bakal pivə içmiş, yemək sifariş vermiş və onun vacib işi olduğundan qardaşı ilə şam yeməyinə otura bilməmiş və kafeni tərk etmişdir.Qardaşı Rüstəmin onunla eyni ünvanda deyil başqa ünvanda yaşamasına görə onunla əlaqə yaratmamış və növbəti günlərdə onunla görüşə bilməmişdir. Yalnız xx.xx.2021-ci il tarixdə ona məlum olmuşdur ki, Rüstəm xx.xx.2021-ci il tarixdə saat 22:30 radələrində kafedən çıxdıqdan sonra yaxınlıqdakı “Aftoş” dönərin qarşısında əvvəllər onun kafesində ofisiant işləmiş Tural adlı Cəbrayıl rayon sakini ilə birlikdə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlı şəxslərlə dava-dalaş etmiş, həmin şəxsləri döyüb xəsarət yetirmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 istintaqa verdiyi ifadəsinə əsasən məlum olur ki, Bakı şəhəri,Binəqədi rayonu, Xırdalan dairəsi, Xırdalan Şossesinin sağında yerləşən “Aşıqlar” kafesində iş icraçısı işləyir. Həmin kafeni tanışı, həmyerlisi Şahid1 icarə əsasında işlədir.Hər gün saat 17.00 -dan axşam saat 00.00-dək işdə olur və bəzi hallarda müştəriləri olmadıqda kafeni vaxtından əvvəl bağlamalı olurlar.Təqsirləndirilən şəxs1 onun müdiri Şahid1 kiçik qardaşıdır. Onu, ara-sıra işlədiyi kafeyə gəlib gedərkən görüb tanımışdır. xx.xx.2021-ci il tarixdə kafedə olarkən Təqsirləndirilən şəxs1 təxminən saat 22:00 radələrində kafeyə gəlmiş və qardaşı Lətiflə masa arxasında əyləşib bir neçə dəqiqə söhbət etmişdirlər. Rüstəm özü üçün bir neçə bakal pivə və yemək sifariş vermişdir. Qardaşı Lətif saat 23:30 radələrində evdən vacib zəng daxil olduğundan kafeni tərk etmişdir. Müştəri olmadığından həmin vaxt o özü, həmçinin Tural adlı ofisiant, eləcə də Rüstəm kafeni tərk etmişdir.Rüstəm və Tural bir neçə dəqiqə fərqi ilə kafeni tərk etmiş və o, isə kafeni bağlayıb piyada Biləcəri qəsəbə istiqamətinə hərəkət etmişdir. Növbəti günlərdə Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarının kafeyə gələrək Rüstəmi axtarıb maraqlanmalarından məlum oldu ki, 20 sentyabr 2021-ci il tarixdə axşam saat 23:30 radələrində yolun kənarında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlı şəxslərlə dava edib, hadisənin şahidi olan ofisiant Tural da ona qoşularaq birlikdə həmin şəxsləri döymüş və döyülən şəxslər bu barədə polisə ərizə ilə müraciət etmişdirlər. Həmin günlərdə bu barədə Rüstəmin qardaşı Lətifə məlumat vermiş və Rüstəmin polis əməkdaşları ilə görüşünü təmin etmişdir.Tural isə həmin vaxtdan işə gəlmədiyindən onunla əlaqə yarada bilməmiş və sonradan məlum olmuşdur ki, o, Binəqədi rayonu, Binəqədi şossesindəki “Cəbrayıl” kafesində ofisiant işləyir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi 18 fevral 2022-ci il tarixli yazılı ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, həmin şəxslərə qarşı onun heç bir şikayət və tələb yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi 18 fevral 2022-ci il tarixli yazılı ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, həmin şəxslərə qarşı onun heç bir şikayət və tələb yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 əvvəlllər məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmətibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 1513 nömrəli rəyi ilə müəyyən edilmişdir ki,vətəndaş Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - alın nahiyəsinin sol yarısının və sol qaş qövsü proyeksiyasının hematoması, bu fonda sol qaş qövsünün orta hissəsinin səthi əzilmiş yarası, sağ və sol üst göz qapaqlarının qançırları, burun yəhərinin, sol qulaq seyvanının orta-aşağı 1/3-nin ön səthinin sıyrıqları, sol qulaq seyvanının orta- yuxarı 1/3-nin ön sərbəst kənarının qançırı, alt dodağın sol yarısının şişkinliyi fonunda ağız bucağına yaxın selikli qişasının ətrafı qansızmalı sıyrığı, döş qəfəsinin ön sol yan səthində ön qoltuq xətti üzrə Vİİ-Vİİİ qabırğalararası sahənin qançırı, sağ baldırın yuxarı və orta 1/3-nin ön səthlərinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 20 sentyabr 2021 -ci il tarixdə qeyd olunan nahiyələrə yumruqla və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə alın nahiyəsinin sol yarısının və sol qaş qövsü proyeksiyasının hematoması, bu fonda sol qaş qövsünün orta hissəsinin səthi əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər isə hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyalarına, eləcə də müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin özü tərəfindən özünə yetirilmə nəticəsində deyil, kənar şəxs (şəxslər) tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertizasının 29 sentyabr 2021-ci il tarixli,1514 saylı məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində - sol təpə nahiyəsinin qançırı, sağ Xİ-Xİİ qabırğaların qapalı sınıqları, döş qəfəsinin sağ yan səthində orta qoltuq xətti üzrə İİİ-İV qabırğalararası sahənin qançırı, döş qəfəsinin sağ yarısının və sağ bel nahiyəsinin kəskin ağrılarla müşayiət olunan əziyi halında küt travması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunan, göstərdiyi şəraitdə, yəni 20 sentyabr 2021-ci il tarixdə baş nahiyyəsinə küt əşya ilə vurma, gövdənin yuxarı qaldırmaqla döş qəfəsinin sağ yarısının və sağ bel nahiyyəsinin zərbə ilə yerə çırpılması nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə sağ Xİ-Xİİ qabırğaların qapalı sınıqları həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Digər xəsarətlər isə hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyalarına, eləcə də müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin özü tərəfindən özünə yetirmə nəticəsində deyil,kənar şəxs(şəxslər) tərəfindən yetirilmiş lokal zərbələr tərəfindən törənə bilməsi barədə fikir söyləmək mümkündür. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməsini, səmimi peşmançılığını, himayəsində 03 (üç) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Həmçinin, məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, ilk dəfə cinayət törətməsini, himayəsində 02 (iki) azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Azərbaycan Respublikası Cinayət Məcələsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 AR CM-nin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 AR CM-nin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 AR CM-nin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməsini, səmimi peşmançılığını, himayəsində 03 (üç) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alaraq ona ittiham elan olunmuş maddə üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmalı, o, qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır.Təqsirləndirilən şəxs1 10 dekabr 2021-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək həbsdə olduğu, 02 (iki) ay müddət təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs1 qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Rövşən Cavadov tərəfindən qəbul edilmiş 10 dekabr 2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 10 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Binqəədi rayon Məhkəməsinin 4(001)-1302/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul edilmiş qərara əsasən məlum olur ki, AR CMnin 127.2.3 və 221.2.1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməklə həbsdən azad ediməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Rövşən Cavadov tərəfindən qəbul edilmiş 10 fevral 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 oğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanında çəkməlidir. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı yer üzrə Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirməlisi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, ilk dəfə cinayət törətməsini, himayəsində 02 (iki) azyaşlı övladının olmasını nəzərə alaraq ona ittiham elan olunmuş maddələr üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 oğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri, Binəqədi rayonu, Mərkəzi Binəqədi qəsəbəsi, Cantəpə məhəlləsində yerləşən mənzildə çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi3 hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 50 saat vaxt sərf etmişdir. Həmçinin, müəyyən edilir ki, Müdafiəçi4 hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 50 saat vaxt sərf etmişdir. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə məsrəfi yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 10 dekabr 2021-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək həbsdə olduğu, 02 (iki) ay müddət 1 günə 2 gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını – yaşadığı ünvan 1 ünvanda yerləşən mənzildə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını –Bakı şəhəri, Binəqədi rayonu, Mərkəzi Binəqədi qəsəbəsi, Cantəpə məhəlləsində yerləşən mənzildə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. 1(001)-224/2022 saylı cinayət işi üzrə Müdafiəçi3 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı cəmi 50 saat vaxt sərf etmişdir, buna görə də, hüquqi xidmətin dəyəri 300 (üç yüz)) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ******************** S.W.İ.F.T.B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. 1(001)-224/2022 saylı cinayət işi üzrə Müdafiəçi4 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı cəmi 50 saat vaxt sərf etmişdir, buna görə də, hüquqi xidmətin dəyəri 300 (üç yüz) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ******************** S.W.İ.F.T.B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir.

HakimAbbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar