Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-224/2025 17.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Ermənistanın, Kalinino rayonu, Qaraisə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Təqsirləndirilən şəxs, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur.
2. Belə ki, Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində ünvan 2 ünvanının qarşısında yerləşən torpaq sahəsində qonşusu Zərərçəkmiş şəxs1 və sonuncunun arvadı Zərərçəkmiş şəxs2 arasında qeyd olunan torpaq sahəsinə sahiblik hüququna yiyələnməklə bağlı məhkəmə çəkişməsinin davam etməsinə baxmayaraq həmin torpaq sahəsinin dəmir lövhələrdən ibarət hasarının Zərərçəkmiş şəxs1 tərəfindən sökülməsi nəticəsində sonuncunun təşəbbüsü əsasında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı əlində olan bel ilə Zərərçəkmiş şəxs1 baş, qol və müxtəlif bədən nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq ona sol bazu nahiyəsinin əzilmiş cırılmış yarası, sağ qulaq seyvanı nahiyəsinin, sağ gicgah nahiyəsinin, sağ əlin iç səthinin əzilmiş yaraları, sağ təpə nahiyəsinin qançır-şişkinliyi, sağ qaşın bayır səthinin qançırı, sağ çiyin qurşağı nahiyəsinin, sağ bazu oynağı nahiyəsinin, sağ və sol bazu nahiyələrinin, sol qoltuqaltı nahiyənin, sağ dirsək oynağı nahiyəsinin, sağ əlin V barmağının və bel nahiyəsinin sıyrıqları kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, həmçinin onları ayırmağa çalışan Zərərçəkmiş şəxs2 isə əlində olan bellə baş və sağ sinə nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq ona sağ süd vəzinin, dərialtı hematoması və sıyrığı, sağ said nahiyəsinin, sağ və sol bazu nahiyələrinin, sol əlin, sağ bud nahiyəsinin qançırları, sağ təpə nahiyəsinin qançır-şişkinliyi, sağ və sol said nahiyələrinin sıyrıqları kimi ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir.
3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, yay ayları idi, işdən gəldikdə görmüşdür ki, bayırdan səs-küy gəlir. Hasarları dəmir lövhələrdən ibarətdir və həmin lövhələri 1995-ci ildə almışdır. Qeydiyyatları vardır və bələdiyyə vergisini də vaxtında verirlər. Həmin yerdə toyuq, cücə, təsərrüfat saxlamışdır. Bayıra çıxdıqda görmüşdür ki, Zaur və yoldaşı İlahə əllərində bel ilə hasarı dağıdırlar. Bununla bağlı görüntülər də vardır. Zaur və yoldaşı torpağın onlara aid olduğunu iddia edirdilər. Bundan əvvəl də Şahid3 torpağını zəbt etmişlər. Onunla da ədavətləri vardır. İkisi həyətlərinə daxil olub ağacları, masaları, bütün hər şeyi dağıtmışlar. Bir də görmüşdür ki, onların hər ikisi yoldaşına xəsarət yetirir. O da məcbur olub beli götürüb özünü müdafiə etmişdir. Lakin onlara bellə vurmamış, özünü müdafiə edərkən bel onlara dəymişdir. Yoldaşı polisə məlumat vermiş və bir müddət sonra polis gələrək, həyətdə onlar da daxil hər kəsi polis bölməsinə aparmış və izahatları alındıqdan sonra buraxılmışlar. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid3 həmin torpağı 2003-cü ildə almış, torpağın çıxarışı olmasa da, bələdiyyə sənədi vardır. Polislər çağırışdan təxminən 1 saat sonra gəlmişlər. Zaur və yoldaşı polis gələndə həyətdə olmuşlar. Apellyasiya məhkəməsi torpaqla bağlı müsbət qərar çıxarmışdır. O, zərərçəkmiş şəxslərə xəsarət yetirməmiş, xəsarət almaması üçün özünü müdafiə etməyə çalışmışdır. Qurbanın torpağı onun torpağı ilə hasar qonuşusudur. Zərərçəkmiş şəxslərlə əvvəllər aralarında mübahisə olmamış, Qurbana torpağının zəbt edilməsi ilə bağlı məlumat verdiyi üçün həmin şəxslər onunla ədavət aparmışlar. Hadisədən təxminən 2 il əvvəl Şahid3 torpağına da girmişlər. Zərərçəkmiş şəxslər onu vurmuş, o da yüngül xəsarət almışdır. Lakin ekspertizadan keçməkdən imtina etmişdir. Zərərçəkmiş şəxslər torpağın onlara aid olduğunu iddia etmişlər. Zərərçəkmiş şəxslər onlardan qabaq da Şahid3 torpağına girmişlər. O da bu barədə Şahid3 məlumat vermiş və buna görə onunla ədavət aparmışlar. Beli əlinə almaqda məqsədi özünü müdafiə etmək olmuşdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir.
4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır.
5. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onlar torpaqla bağlı məhkəməyə müraciət etmiş, lakin iddia tələbləri təmin edilməmişdir. 1979-cu ildən həmin yaşayış binasının sakinidirlər. Həmin torpaq sahəsi də bina sakinlərinin istifadəsindədir. Orada övladının başına dəmir parçası düşmüş və bu da övladında bəzi problemlərə səbəb olmuşdur. 1952-ci ildə həmin torpaq sahəsi bölünmüşdür. Onlar bina sakini olmamışlar. Qurban onu məhkəməyə vermiş, Dövlət Əmlak Komitəsi də gəlib rəy vermişdir ki, həmin torpaq sahəsi yaşayış binasına aiddir. Bu səbəbdən iddiaları rədd edilmişdir. Apellyasiya məhkəməsinə müraciət edilmiş, orada da iddiaları rədd edilmişdir. Ali Məhkəməyə müraciət olunsa da, bu da müsbət nəticə verməmişdir. O, MTT-nin götürülməsi üçün Ali Məhkəmənin qərarının götürülməsini gözləmişdir. Orada hasar kimi dəmir var idi. Həmin şəxslər 27 may 2023-cü il tarixdə öz hasarlarını gecə sındırmış və digər tərəfə keçmişlər. Onlara kimsə izah edib ki, Qurban 300 kv.m-ə torpağı düzəldib, qalan hissə isə qalmışdır. O, 4-cü Polis Şöbəsinə müraciət etmiş və Bəhlul adlı təhqiqatçı ona məhkəməyə müraciət etməsini bildirmişdir. O da məhkəməyə müraciət etmək hüququ olmadığını bilir. Məhkəmə iclasında hakim ona məhkəmənin torpaq verən qurum olmadığını, rəsmi sənədlərə əsasən torpağın kimə məxsus olmasına baxıldığını və subyektiv hüquqlarının olmadığını izah etmişdir. O da rəsmi qaydada dövlət orqanlarına müraciət etmiş və ona cavab olaraq bildirmişlər ki, yaşayış binasına məxsus torpaqlardır və istifadə edə bilərlər. Təqsirləndirilən şəxsin yoldaşı hər zaman onu təhqir etmişdir. O hətta bu barədə 4-cü Polis Şöbəsinə müraciət etmişdir. Bir gün qonşuları Raya xanım ona yaxınlaşıb ağacın budağının ona mane olduğunu və kəsmək üçün ondan icazə istəmişdir. O da edə bilməyəcəyini, lakin özlərinin edə biləcəklərini bildirmişdir. Raya nəvəsini göndərmiş və həmin budağı kəsdirmişdir. Təqsirləndirilən şəxsin yoldaşı çıxmış və onu təhqir etmişdir. Həyətdə kamera olmuş və həmin kamerada ağacı kimin kəsdiyi görünmüşdür. Yoldaşı çıxıb nə olduğunu soruşduqda o da onların əsəbləşdirdiyini bildirmişdir. Yoldaşı isə fikir verməməsini söyləmişdir. İçəri keçdikdən sonra yoldaşı orada sallanan dəmir parçasını çıxarmaq lazım olduğunu bildirmişdir. Övladı autizm xəstəsidir və həmin dəmir parçasının ona xəsarət yetirmək ehtimalı olduğundan o, dəmiri çıxarmışdır. Bu zaman yoldaşının qışqırdığını eşitmişdir. Qəfildən Təqsirləndirilən şəxs bellə onun başına zərbə endirmiş, ikinci zərbəni isə yoldaşına vurmuşdur. Artıq bu şəxsin azğınlaşdığını gördükdə özünü yoldaşının önünə atmış və onu müdafiə etmişdir. Bu zaman əyilib beli tutmuş, lakin daha bir zərbə də almışdır. Yoldaşı da əlindəki bellə özünü müdafiə etməyə çalışmışdır. O, 102 zəng xidmətinə məlumat vermişdir. Bibisinə İlahəni tək qoymamasını, Təqsirləndirilən şəxs yoldaşının onun yoldaşının saçından tutaraq, torpaqdan çıxardığını bildirmişdir. Şahid3 və Təqsirləndirilən şəxs əlbirdirlər. Şahid3 ondan gizli inzibati məhkəməyə müraciət etmişdir. AQTA üç dəfə onlara bildirmişdir ki, orada toyuq, cücə saxlamaq olmaz. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, torpaq sahəsi onların istifadəsində olmuşdur. Topaqdan müxtəlif məqsədlərlə istifadə etmiş, əkib-becərmişlər. Atası həmin yeri Vahab adlı şəxsə vermiş və o, 2007-ci il tarixədək oradan istifadə etmişdir. Azatgil həyət evində yaşamışdır. Qonşulardan biri öz torpağını erməniyə satmış, daha sonra da həmin yeri Azat almışdır. Təqsirləndirilən şəxs və yoldaşını PPX avtomobili ilə aparmışlar. O isə yoldaşı ilə birlikdə polis idarəsinə getmişlər. Sonda ekspert rəyi ilə tanış olmuşlar, lakin işlərini kənara atıb gecikdirmişlər. Onlar ekspert rəyi ilə razı deyillər. Torpaq sahəsinin Şahid3 olduğunu bildirmişlər. Orada hər torpaq sahəsinin girişi ayrıdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş etmişdir.
6. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, həyətdə işləyərkən səs-küy gəldiyini eşitmişdir. Yola çıxan zaman yoldaşın su borusunu təmir etdiyini və Şahid1 hər zaman olduğu kimi yoldaşına təhqirlər etdiyini görmüşdür. Yoldaşından nə baş verdiyini soruşduqda, ağaca görə narazıçılıq yaratdığını bildirmişdir. O isə gedib şikayət etməsini bildirmişdir. Sonra o, içəri keçib işinə davam etməyə başlamışdır. Ağacın dibini belləyən zaman görmüşdür ki, dəmir hasardan bir dəmir parçası sallanır. Sonra yoldaşına həmin dəmir parçasını çıxarmasını demişdir, çünki həmin dəmir parçasının övladına xəsarət yetirməsindən narahat idi. Yoldaşı da gəlib həmin dəmir parçasını açmağa başlamışdır. Bir də görmüşdür ki, Təqsirləndirilən şəxs bellə zərbələr endirir. Onlar özlərini qorumasa da, ikisinin də də başı yarılacaqdı. Yoldaşı polis çağırmış, sonradan Təqsirləndirilən şəxs yoldaşı İradə yaxınlaşmışdır. Azat və yoldaşı onu itələyib, buraya keçməyəcəyini bildirmişlər. Qurbanı şahid kimi çağırsalar da, o, hadisədə iştirak etməmişdir. Təqsirləndirilən şəxs anasını itələmiş və anası da it yuvasına dəymişdir. Hadisədən bir saat sonra polislər gəlmiş və onlar izahat vermək üçün polisə getmişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, yoldaşı su borusunu təmir etmişdir. Avtomobil yolunun həyətlə əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs qəfildən yoldaşı və onun başına zərbələr endirməyə başlamışdır. Yoldaşı dəmir lövhələrinin hamısını sökməmiş, sadəcə düşmək ehtimalı olanları çıxarmışdır. Ekspert rəyi ilə ən sonda tanış olmuşlar. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və məhkəmədən ona ağır cəza təyin edilməsini xahiş etmişdir.
7. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 34 ildir ki, orada dərzi işlədiyindən hər kəs onu tanımışdır. Orada heç kimlə ədavətləri olmamış, heç bir qonşularına pislik etməmişdir. Lakin bir nəfər bunların əlindən ölmüşşür. 67 yaşı olan yoldaşını sistemdən qaldırıb gətirmişdir. 3 il Nazimi, 4 il də Qurbanı pis günə qoymuşlar. 2 ildir pis gündədirlər. Bütün dövlət qurumlarından evlərinə gəlmişlər. Toyuq saxladıqları üçün AQTA-ya, ağaclarını budadıqlarına görə ETSN-nə şikayət etmişlər nəticədə hər iki qurum onları cərimələmişlər. Evlərində sakit yaşaya bilmirlər. Hər gün bir quruma şikayət verirlər. Hadisə baş verən gün bizim ağacın budaqlarını qonşuya kəsdirirdilər mən də dedim ki, əgər budaq kəsmək qanunsuzluq idisə nə üçün siz də kəsirsiz. Daha sonra bir də baxdım ki, aramızda olan dəmir hasarı sökürlər. Nə üçün bunu etdiklərini soruşduqda isə onu itələmişlər. Bu zaman da yoldaşı özünü yetirmişdir. Onların üçünün də əlindən belini almışdır ki, belə şey etmsinlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, yoldaşının beli götürməsini onları vurmasını görməmişdir. Azatın əlində bel var idi. Həm onlar, həm də öz tərəflərindən telefonla çəkiliş aparılmışdır. Xeyr, necə vurduqlarını görməmiş, gedən kimi onları ayırmışdır. Xəsarətin çoxunu özləri yetirmiş, hətta mübahisədən sonra həyətdə mahnı qoyub oynamağa başlamışlar. O, qısa müddətlik telefonu götürməyə getmişdir.
8. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, nəvəsi ilə dərsdən qayıdarkən görmüşdür ki, Zaur qan içindədir. Nə üçün belə olduğunu soruşduqda demişdir ki, gör hələ İlahə nə gündədir. Gedib görmüşdür ki, İradə İlahənin saçından tutmuşdur. Ona İlahənin saçını buraxmasını bildirmişdir. Telefonla onun da başına zərbə endirilmişdir Azat isə onun qolunu burmuş, sonra polis gəlib onları şöbəyə aparmışdır. Hər biri qan içində olmuşdur həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, gəldikdə mübahisə bitmişdi. Polis şöbəsində izahat verdikdən sonra xəstəxanaya getmişlər. Qızının saçından tutmaları yanında olmuşdur. Onları vurduqlarını görməmişdir. Onun özü də ekspertizadan keçmişdir.
9. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hadisəni görməmişdir. Onun torpağını zəbt etdikdən sonra Azatın torpağına gəlib münaqişə yaratmışlar. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, aralarında torpaq mübahisəsi olmuşdur. O, həmin binada yaşamır və özünün torpağı vardır. Zaurgil onun torpağını da zəbt etmişlər. Təqsirləndirilən şəxs uzun müddətdir ki, orada yaşamışdır. Hadisə ilə bağlı heç nə görməmişdir. Həmin yer 2003-cü ildən onun olmuş və bələdiyyədən sənədlər almışdır. Ondan əvvəl isə boş sahə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
10. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.
11. Təqdim olunmuş əşyanın götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi ünvan 3 ünvanının qarşısında yerləşən torpaq sahəsini qeydə alan müşahidə kameralarının xx.xx.2024-cü il tarixdə baş vermiş hadisəni qeydə aldığı videogörüntülərin köçürüldüyü 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 götürülmüşdür.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 1233 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər – sol bazu nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ qulaq seyvanı nahiyəsinin, sağ gicgah nahiyəsinin, sağ əlin iç səthinin əzilmiş yaraları, sağ təpə nahiyəsinin qançırı-şişkinliyi, sağ qaşın bayır səthinin qançırı, sağ çiyin qurşağı nahiyəsinin, sağ bazu oynağ nahiyəsinin, sağ və sol bazu nahiyələrinin, sol qoltuqaltı nahiyənin, sağ dirsək oynağı nahiyəsinin, sağ əlin V barmağının, bel nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən onun ilkin tibbi yardım üçün “Ə.D.Məlikov adına X7” PHŞ-nə müraciət etdiyi xx.xx.2024-cü il saat 00:28-dən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və loklizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, yumruq və s.) və eləcə də bellə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri üçün xarakterik deyildir.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 1234 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ süd vəzinin dərialtı hematoması və sıyrığı, sağ said nahiyəsinin, sağ və sol bazu nahiyələrinin, sol əlin, sağ bud nahiyəsinin qançırları, sağ təpə nahiyəsinin qançırı-şişkinliyi, sağ və sol said nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “Ə.D.Məlikov adına X7” PHŞ-nə müraciət etdiyi xx.xx.2024-cü il saat 00:30-dan bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, yümruq, təpik və s.) və eləcə də bellə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri üçün xarakterik deyildir.
14. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.
15. Videogörüntüyə baxış keçirilməsi haqqında protokodan görünür ki, 01 ədəd CD diskin içərisində “WhatsApp Video 2024-06-21 at 14.00.32”, “WhatsApp Video 2024-06-21 at 14.00.34 (1)”, “WhatsApp Video 2024-06-21 at 14.00.34”, “WhatsApp Video 2024-06-21 at 14.19.03 (1)”, “WhatsApp Video 2024-06-21 at 14.19.03”, “WhatsApp Video 2024-06-21 at 14.19.04” adlı fayllar vardır. “WhatsApp Video 2024-06-21 at 14.00.32” adlı fayl açıldıqda 00:00:29 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsində yerləşən torpaq sahəsində quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Videogörüntüyə baxış zamanı həmin kameranın Binəqədi rayonu, A.Nemətulla küçəsində yerləşən torpaq sahəsinin mübahisəli dəmir lövhələrlə hasarlanmış hissəsini bir istiqamətdə qeydə aldığı müşahidə olunur. Videogörüntünün 00:00:01-ci saniyəsində dəmir lövhələrin arxasında dayanmış kişi cinsli, əynində ağ rəngli kofta olan bir şəxsin əlində olan bel ilə qarşısında duran əynində ağ rəngli kofta və qara rəngli şalvar olan şəxsin baş nahiyəsindən beş dəfə qadın cinsli şəxsin başına isə bir dəfə vurduğu görünür. Təqsirləndirilən şəxs iştirakı ilə Zərərçəkmiş şəxs1 təqdim etdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsində yerləşən torpaq sahəsində baş vermiş münaqişəni əks etdirən 01 CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsi tanıyaraq həmin dəmir lövhələrin arxasında dayanmış, əynində ağ rəngli kofta olan və əlindəki bellə qarşısındakı şəxsi vuran şəxsin özünün olduğunu, əlindəki bellə baş nahiyəsindən vurduğu, əynində ağ rəngli kofta qara rəngli şalvar olan şəxsi isə Zərərçəkmiş şəxs1 olduğunu bildirmişdir. Videogörüntünün 00:00:06-cı saniyəsində orada olan qadın cinsli, əynində çəhrayı rəngli kofta və qara rəngli şortik olan bir şəxsin əlində olan bel ilə qarşı tərəfdə duran şəxsə zərbə endirməsi müşahidə olunur. Təqsirləndirilən şəxs həmin qadın cinsli, əynində çəhrayı rəngli kofta və qara rəngli şortik olan qadının isə Zərərçəkmiş şəxs2 olduğunu bildirmişdir. Videogörüntünün davamında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı tərəflə çəkişmələri və daha sonra oradan uzaqlaşmaları müşahidə olunur. Bundan başqa videogörüntüdə iş üçün hər hansı bir əhəmiyyətli hal müşahidə edilmir. “WhatsApp Video 2024-06-21 at 14.00.34 (1)” adlı fayl açıldıqda 00:00:36 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü mobil telefon vasitəsilə qeydə alınmışdır. Videogörüntünün 00:00:10-cu saniyəsinə qədər mübahisəli dəmir lövhələrin qeydə alınması müşahidə olunur. Daha sonra videogörüntünün 00:00:22-ci saniyəsində kişi cinsli, mavi rəngli zolaqları olan ağ rəngli kofta və qara rəngli şalvar geyinmiş bir şəxsin orada dayanıb qarşı tərəflə danışdığı görünür. Həmin görüntünün 00:00:24-cü saniyəsində isə videonu çəkən qadın səsli şəxsin və yuxarıda qeyd olunan şəxsin qarşı tərəfə “lapatkaynan vur, gəl vur, gəl də gəl vur, niyə vurmursan gəl, gəl burə vur görüm, gəl vur hanı lapatkan, gətirdə lapatkanı gətir” və.s kimi ifadələr işlətmələri görünür. Təqsirləndirilən şəxs videogörüntüdə əynində mavi rəngli zolaqları olan ağ rəngli kofta və qara rəngli şalvar olan şəxsi tanıyaraq Zərərçəkmiş şəxs1 olduğunu və videogörüntünün Zərərçəkmiş şəxs2 tərəfindən çəkildiyini və videodakı səsin sonuncuya məxsus olduğunu bildirmişdir. Qeydə alınan görüntünün 00:00:34-cü saniyəsində kişi cinsli, əynində qara rəngli kofta və boz rəngli şalvar olan bir şəxsin oradan uzaqlaşması müşahidə olunur. Təqsirləndirilən şəxs həmin əynində qara rəngli kofta və boz rəngli şalvar olan şəxsi tanıyaraq oradan uzaqlaşan şəxsin özü olduğunu bildirmişdir. Bundan başqa videogörüntüdə iş üçün hər hansı bir əhəmiyyətli hal müşahidə edilmir. “WhatsApp Video 2024-06-21 at 14.00.34” adlı fayl açıldıqda 00:01:06 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü mobil telefon vasitəsilə qeydə alınmışdır. Görüntünün ilk saniyələrindən qadın cinsli, əynində boz rəngli qısaqol kofta və ağ rəngli üzərində mavi rəngli güllər olan şortik geyinmiş şəxsin qarşı tərəflə yüksək səslə danışıb mübahisə etməsi və yanında bir şəxsin dayanması müşahidə olunur. Həmin görüntünün 00:00:45-ci saniyəsində arxa tərəfdən kişi cinsli, saqqallı, əynində qara rəngli kofta olan şəxsin gələrək yüksək səslə danşıb mübahisəyə qoşulması görünür. Təqsirləndirilən şəxs qeyd olunan videogörüntüdə olan qadın cinsli, əynində boz rəngli qısaqol kofta və ağ rəngli üzərində mavi güllər olan şortik geyinmiş şəxsi tanıyaraq həmin şəxsin arvadı Şahid1 olduğunu, yanında dayanan şəxsin özü olduğunu və sonradan mübahisəyə qoşulan şəxsin isə kişi cinsli, saqqallı və əynində qara rəngli kofta olan şəxsin isə oğlu olduğunu bildirmişdir. Bundan başqa videogörüntüdə iş üçün hər hansı bir əhəmiyyətli hal müşahidə edilmir. “WhatsApp Video 2024-06-21 at 14.19.03 (1)” adlı fayl açıldıqda 00:00:19 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsində quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Videogörüntüyə baxış zamanı həmin kameranın Binəqədi rayonu, A.Nemətulla küçəsini həyət darvazalarının olduğu bir istiqamətdə qeydə aldığı müşahidə olunur. Görüntünün 00:00:05-ci saniyəsindən başlayaraq qadın cinsli qısaqol kofta və şortik geyinmiş şəxsin əl-qol hərəkətləri ilə orada dayanmış kişi cinsli, siqaret çəkən bir şəxslə nəisə danışması, həmin kişi cinsli şəxsində ona nəisə deməsi görünür. Təqsirləndirilən şəxs həmin şəxsləri taıyaraq qadın cinsli, əynində qısaqol kofta və şortik olan şəxsin arvadı Şahid1 olduğunu, orada olan kişi cinsli, siqaret çəkən şəxsin isə Zərərçəkmiş şəxs1 olduğunu bildirmişdir. Daha sonra 00:00:16-cı saniyədə həmin qadının qapıdan həyətə doğru keçməsi müşahidə olunur. Videogörüntünün sonunda, yəni 00:00:19-cu saniyədə isə digər qapıdan başqa bir qadın cinsli şəxsin çıxması görünür. Təqsirləndirilən şəxs həmin qadın cnsli şəxsin isə Zərərçəkmiş şəxs2 li qızı olduğunu bildirmişdir. Bundan başqa videogörüntüdə iş üçün hər hansı bir əhəmiyyətli hal müşahidə edilmir. “WhatsApp Video 2024-06-21 at 14.19.03” adlı fayl açıldıqda 00:00:14 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsində yerləşən torpaq sahəsində quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Videogörüntüyə baxış zamanı həmin kameranın Binəqədi rayonu, A.Nemətulla küçəsində yerləşən torpaq sahəsini giriş qapısından həyətə doğru bir istiqamətdə qeydə aldığı müşahidə olunur. Videogörüntünün ilk saniyələrindən başlayaraq səs-küy gəlməsi və təhqirlər işlədilməsi müşahidə olunur. Həmin görüntünün 00:00:05-ci saniyəsində səs-küy gəlməsi və həyətdə olan evdən əynində çəhrayı rəngli kofta və qara rəngli şortik olan qadın cinsli bir şəxsin çıxması müşahidə olunur. Təqsirləndirilən şəxs həmin qadın cinsli, əynində çəhrayı kofta və qara rəngli şortik olan şəxsi tanıyaraq həmin şəxsin Zərərçəkmiş şəxs2 olduğunu bildirmişdir. Bundan başqa videogörüntüdə iş üçün hər hansı bir əhəmiyyətli hal müşahidə edilmir. “WhatsApp Video 2024-06-21 at 14.19.04” adlı fayl açıldıqda 00:00:10 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsində quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Videogörüntüyə baxış zamanı həmin kameranın Binəqədi rayonu, A.Nemətulla küçəsini həyət darvazalarının olduğu bir istiqamətdə qeydə aldığı müşahidə olunur. Qeydə alınmış görüntünün ilk saniyələrindən kişi cinsli bir şəxsin orada duraraq siqaret çəkməsi və qadın cinsli bir şəxsin əl arabası ilə həyətdən çıxaraq müşahidə kamerasının əhatə dairəsindən çıxıb getməsi görünür. Təqsirləndirilən şəxs həmin görüntüdə olan şəxsləri tanıyaraq əl arabası ilə həyətdən çıxan şəxsin arvadı Şahid1 olduğunu, orada dayanıb siqaret çəkən şəxsin isə Zərərçəkmiş şəxs1 olduğunu bildirmişdir. Bundan başqa videogörüntüdə iş üçün hər hansı bir əhəmiyyətli hal müşahidə edilmir.
16. Təqdim olunmuş əşyanın götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi içərisində xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanının qarşısında yerləşən torpaq sahəsində baş vermiş hadisənin qeydə alındığı videogörüntülərin olduğu 1 ədəd yaddaş kartı iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün Şahid1 götürülmüşdür.
17. Videogörüntüyə baxış keçirilməsi haqqında protokodan görünür ki, 1 ədəd yaddaş kartının içərisində “WhatsApp Video 2024-10-18 at 11.05.53” adlı fayl vardır. “WhatsApp Video 2024-10-18 at 11.05.53” adlı fayl açıldıqda 00:03:43 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsində yerləşən torpaq sahəsində mobil telefonun kamerası ilə qeydə alınmışdır. Videogörüntünün 00:00:01-ci saniyəsində videogörüntü qaranlıq olsa da, kənardan səs-küy gəldiyi eşidilir. 00:00:35-ci saniyədə kişi cinsli, əynində boz rəngli qolsuz kofta və göy rəngli cins şalvar olan şəxsin, qadın cinsli, əynində çəharayı rəngli kofta və qara rəngli şortik olan şəxsin əyləşdiyi və videoçəkən şəxslə sözlə mübahisə etdiyi müşahidə olunur. Şahid1 iştirakı ilə sonuncunun təqdim etdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsində yerləşən torpaq sahəsində baş vermiş münaqişəni əks etdirən 01 yaddaş kartına baxış keçirilən zaman Şahid1 videogörüntüdə olan şəxsləri tanıyaraq orada əyləşən əynində boz rəngli qolsuz kofta və göy rəngli cins şalvar olan şəxsin Zərərçəkmiş şəxs1 olduğunu, qadın cinsli əynində çəhrayı rəngli kofta və qara rəngli şortik olan şəxsin isə Zərərçəkmiş şəxs2 olduğunu bildirmişdir. Videogörüntünün 00:00:49-cu saniyəsində orada kişi cinsli, əynində qara rəngli kofta olan başqa bir şəxsində əyləşdiyi görünür. Şahid1 həmin kişi cinsli, əynində qara rəngli kofta olan şəxsi tanıyaraq onun qaynı olduğunu bildirmişdir. Daha sonra 00:00:53-cü saniyədə Zərərçəkmiş şəxs1 əlində olan mobil telefonla çəkiliş edərək sözlə mübahisəni davam etdirməsi və 00:00:59-cu saniyədə oraya qadın cinsli, əynində qara rəngli kofta və narınc rəngli şalvar olan bir şəxsin gəlməsi müşahidə olunur. Şahid1 həmin qadın cinsli, əynində qara rəngli kofta və narınc rəngli şalvar olan şəxsi tanıyaraq onun Şahid2 olduğunu bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 sinə nahiyəsindən almış olduğu xəsarətdə videogörüntüdə görünür. Bundan sonra videogörüntünün davamında sözlə mübahisələr davam edir. 00:01:16-cı saniyədə isə Zərərçəkmiş şəxs1 əlindən almış olduğu xəsarət görünür. 00:02:32-ci saniyədə orada qadın cinsli, əynində qara rəngli kofta və boz rəngli şalvar olan bir şəxsin dayanması görünür. Şahid1 həmin qadın cinsli əynində qara rəngli kofta və boz rəngli şalvar olan şəxsi tanıyaraq həmin şəxsin özünün olduğunu bildirmişdir. Videogörüntünün 00:03:00-cı saniyəsində isə başqa bir qadın cinsli, açıq mavi rəngli bəzəkli qısaqol kofta olan və boz rəngli bəzəkli yubka olan şəxsin kənarda dayanması görünür. Şahid1 həmin qadın cinsli, açıq mavi rəngli bəzəkli qısaqol kofta olan və boz rəngli bəzəkli yubka olan şəxsi tanıyaraq onun qaynı arvadı olduğunu bildirmişdir. Daha sonra sözlə mübahisənin hələdə davam etdiyi və Zərərçəkmiş şəxs1 oradan getməsi müşahidə olunur. Bundan başqa videogörüntüdə iş üçün hər hansı bir əhəmiyyətli hal müşahidə edilmir.
18. Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.
19. Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.
20. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanının qarşısında yerləşən torpaq sahəsində baş vermiş münaqişənin qeydə alındığı video görüntülərin olduğu 01 ədəd yaddaş kartı və 01 ədəd CD disk 05 noyabr 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.
21. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.
22. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:
23. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir.
24. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X5rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir.
26. Qeyd edilənlərə əsasən məhkəmə bildirmək istəyir ki, tərəflər arasında mübahisənin motivi torpaqdır. Bu hal nəinki tərəflərin məhkəmədə verdiyi ifadələrlə eyni zamanda mülki və inzibati qaydada müxtəlif məhkəmələrin icraatında olan və ya yekunlaşan işlərlə də sübuta yetirilir. Tərəflər arasında yaranan bu gərginlik biri-biriləri üzərində üstünlük əldə etmək istəyinin formalaşmasına səbəb olmaqla yersiz mübahisələrə də səbəbiyyət vermişdir. Belə ki, Təqsirləndirilən şəxs və onun həyat yoldaşı Şahid1 verdiyi ifadələrdən müəyyən olunur ki, zərərçəkənlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayəti üzərinə həyətində toyuq-cücə saxladığı üçün müxtəlif vaxtalarda təqsirləndirilən şəxs və onun həyat yoldaşı X2, ağaclarını kəsdiyi üçün isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimə edilmişlər. Bundan başqa iş üzrə sübutların tədqiqi zamanı müəyyən olunur ki, tərəflər bir-biriləri ilə münaqişə edən zaman zərərçəkənlər də qarşı tərəfə hücum çəkmiş, eyni zamanda müxtəlif ifadələrlə mübahisənin gərginləşməsinə şərait yaratmışlar. Məhkəmə baxışı zamanı zərərçəkənlər tərəfindən təkrar ekspertizanın keçirilməsi ilə bağlı verdikləri vəsatətlər də sağlamlığa ağır və ya az ağır zərər vurmanı təsdiqləməklə qarşı tərəfin daha ciddi cəza ilə cəzalandırılması məqsədinə yönəlmişdir. Vəsatət isə onunla əsaslandırılmışdır ki, onların yaraları 21 gündən daha çox müddətə sağalmışdır. Lakin məhkəmə vəsatətə münasibətdə onu da qeyd etmək istəyir ki, sağlamlığa zərər vurma zamanı sağlamlığın pozulma müddəti haqqında məsələni həll edərkən təkcə tibbi arayışların məlumatlarını deyil, yetirilmiş zərərin obyektiv xüsusiyyətlərini də nəzərə almaq lazımdır. Belə ki, bəzən müalicə müddəti şəxs tərəfindən süni surətdə uzadıla və ya qısadıla bilər.
27. Məhkəmə bildirir ki, tərəflər arasında mübahisə təkcə bununla yekunlaşmamışdır. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 6(001)-224/2024 saylı, 20 dekabr 2024-cü il tarixli məhkəmə nəzarəti qaydasında qəbul etdiyi qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin təhqiqatçısı, polis leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, gecə saat 04:00-da qonşuları tərəfindən aralarında olan torpaq mübahisəsi zamanı özü və anası döyülmüş, nəticədə xəstəxanaya getmiş və orada ona “baş beynin silkələnməsi” diaqnozu qoyulmuşdur. Buna baxmayaraq iş materiallarında ekspertiza rəyi olmamışdır. Bu səbəbdən də Zərərçəkmiş şəxs2 tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməmişdir.
28. Qeyd edilən hallar bir daha onu göstərir ki, tərəflər arasında torpaqla bağlı yaranan mülki mübahisə, torpaq üzərində üstünlüyün əldə edilməsi məqsədilə tərəflər arasında qanunazidd hərəkətlərin törədilməsinə səbəb olmuşdur.
29. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, CM-in 73.2-ci maddəsinə görə sağlamlığa yüngül zərər vurma əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Hazırki cinayət işində tərəflər arasında barışıq əldə edilmədiyindən (tərəflərin barışığın yalnız torpaq güzəştə gedilərsə əldə olunması mümkündür fikri ilə) Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad oluna bilməsi üçün əsas aradan qalxmışdır. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.
30. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
31. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur və həmin maddədə sağlamlığın qısa müdddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulur.
32. Şərh edilən cinayətin obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin obyektiv cəhəti aşağıdakıları əhatə edir: 1) ictimai-təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik); 2) sağlamlığın qısa müddətə pozulmasında və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsində ifadə olunmuş ictimai təhlükəli nəticə; 3) əməllə baş vermiş ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə.
33. Cinayətin subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarət ola bilər. Təqsirkar öz əməlinin ictimai təhlükəliliyini dərk edir, bunun zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vuracağını qabaqcadan görür və bunun baş verməsini arzu edir (birbaşa qəsd) və ya bunun baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd).
34. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
37. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.
38. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır.
39. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən), təqsirkarın şəxsiyyətini (yaşlı olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
40. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 128-ci maddəsinin sanksiyası həddində cərimə cəzası təyin edilməlidir.
41. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun, 2003-cü Qərarında göstərilmişdir ki, təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır. Cərimə növündə cəza təyin edərkən məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin miqdarı hökm çıxarılan vaxt üçün hesablanmalıdır. Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz.
42. CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.
43. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd yaddaş kartı və 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.
45. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 15 (on beş) saat vaxt sərf etmişdir.
46. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
47. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
48. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.
49. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi) Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 28.5-ci maddəsi).
51. Beləliklə, məhkəmə bildirir ki, gəlinən nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd yaddaş kartı və 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aytəkin İbrahimova