Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-225/2020 12.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğdə cərimə cəzasına məhkum olunmuş, Salyan raoyon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş cərimə növündə cəza qazancının 20% dövlət nəfinə tutulmaqla 2 il islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 20:00 radələrində Bakı şəhəri Nəsimi rayonu 3-cü mkr. dairəsi yaxınlığında yerləşən köhnə yanacaq-doldurma məntəqəsinin yanında Şahid1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsi 1 D saylı binanın yaxınlığınadək daşımış, həmin tarixdə saat 21:30 radələrində Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Binəqədi RPİ-nin inzibati binasına aparılmış və inzibati otaqda videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış və götürmə aparılması zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf kəsimə bükülmüş bükülüdə təmiz çəkisi 1,430 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir, heç bir fiziki, ruhi və xroniki xəstəliklərdən əziyyət çəkmir, əvvəllər bir dəfə oğurluq etdiyi üçün Salyan rayon məhkəməsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə 3.000 (üç min) manat cərimə cəzasına məhkum olunmuşdur. O, fərdi qaydada ustalıqla məşğuldur, uzun müddətdir ki, narkotik vasitə aludəçisidir və mütəmadi olaraq narkotik vasitələr, əsasən «kakos» kimi tanınan narkotik vasitə heroin qəbul edir. O, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 19:00 radələrində narkotik vasitə olan «kakos» əldə etmək üçün Salyan rayonundan Bakı şəhərinə gəlmiş, özünə məxsus «Samsung» markalı mobil telefon vasitəsi ilə adını bilmədiyi və İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs ilə danışaraq sonuncudan «kakos», yəni narkotik vasitə olan heroin almaq istədiyini demiş, danışdıqları zaman həmin şəxs ondan harada olduğunu soruşmuş, o da, Nəsimi rayonu 3-cü mkr. dairəsi yaxınlığında yerləşən köhnə yanacaq-doldurma məntəqəsinin yanında olduğunu demişdir. Həmin şəxs ondan nə geyindiyini soruşanda o, cins şalvarla cins qış gödəkçəsi geyindiyimi bildirmiş, həmin şəxsin tapşırığı ilə öz fotoşəklini çəkərək «whatsapp» sosial şəbəkəsi vasitəsilə sonuncuya göndərib gözləməyə başlamışdır. O, həmin gün saat təxminən 20:00 radələrində köhnə yanacaq-doldurma məntəqəsinin yanında olarkən bir nəfər əvvəllər tanımadığı, sonradan adının «Elvin» olduğunu bildiyi şəxs yaxınlaşaraq şəffaf sellofan torbada olan narkotik vasitəni ona vermiş, o, “Elvin” adlı şəxsə 50 manat məbləğdə pul vermiş və sonuncu çıxıb getmişdir. O, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 21:30 radələrində Nəsimi rayonu Alı Mustafayev küçəsi 1 D saylı yaşayış binasının yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər, onun narkotik vasitələrin gəzdirilməsi və istifadəsində şübhəli olmağı barədə məlumat vermişlər. Sonra polis əməkdaşları ona əlini cibinə salmamasını deyərək birlikdə Binəqədi rayon Polis İdarəsinin inzibati binasına getməyi təklif etdikdə, o, polis əməkdaşlarına etiraz etmədən razılaşmış və birlikdə Binəqədi RPİ-nin inzibati binasına getmişdir. Orada inzibati otaqda dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış və götürmə aparılmış, bu zaman o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı və bir neçə saat əvvəl «Elvin» adlı şəxsdən aldığı narkotik vasitə heroini cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Sonra polis əməkdaşlarının şifahi sorğu-sualına cavab olaraq bildirmişdir ki, o, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini həmin gün saat 20:00 radələrində Nəsimi rayonu 3-cü mkr. dairəsi yaxınlığında yerləşən köhnə yanacaq-doldurma məntəqəsinin yanında əvvəllər tanımadığı, sonradan adının «Elvin» olduğunu öyrəndiyi şəxsdən 50 manat məbləğdə pul ödəməklə almışdır. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı üzərindən heç bir qeyri-qanuni əşya, maddə və ya predmet aşkar olunmamışdır. O, uzun illərdir ki, narkotik vasitə olan “kokos”, yəni heroini qəbul edir, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni xx xxxxxx 2019cu il tarixdə saat 20:00 radələrində Bakı şəhəri Nəsimi rayonu 3-cü mkr. dairəsi yaxınlığında yerləşən köhnə yanacaq-doldurma məntəqəsinin yanında əvvəllər tanımadığı, adının «Elvin» olduğunu sonradan bildiyi şəxsdən 50 manat ödəyərək almış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş və başqa heç bir cinayət əməli törətməmişdir. Valideynləri vəfat etmişdir, azyaşlı qardaşı onun himayəsindədir. Barəsində həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Nəsimi rayonu A.Mustafayev küçəsi 1 B ünvanda «Vasif» adlı şəxsin narkotik vasitələri qanunsuz əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsinə dair qərar çıxarılmış, yaradılmış əməliyyat qrupunda o da iştirak etmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 21:30 radələrində xx.xx.1989-cu il təvəllüdlü «Vasif» adlı şəxs ünvan 2 B saylı ünvanda müəyyən edilmiş, sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını deyərək özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu demiş, daha sonra Təqsirləndirilən şəxs əlini cibinə salmadan birlikdə Binəqədi RPİ-nin inzibati binasına getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs razılaşıb onlarla birlikdə Binəqədi rayon Polis İdarəsinin inzibati binasına getmiş, təhqiqatçı otağında dəvət edilmiş müxətəssisin və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə saxlanılan şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılara hüquq və vəzifələri izah ediləndən sonra üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Saxlanılan şəxs Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində əldə edilməsi, istifadəsi, saxlanılması, daşınması, satışı və digər formada dövriyyəsi qanunla qadağan olunmuş əşya, maddə və predmet varsa, könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf kəsimə bükülmüş bükülünü, sol yan cibindən isə, 02 ədəd “İ Phone 6” və “Samsung” markalı mobil telefon aparatlarını çıxarıb masanın üzərinə qoymuş və üzərində başqa əşya olmadığını bildirmişdir. Bundan sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən əməliyyat marağı kəsb edəcək heç bir əşya, maddə və ya predmet aşkar olunmamışdır. Sorğu-suala cavab olaraq, Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi şəffaf sellofan kəsimə bükülmüş maddə el içində “kakos” kimi tanınan narkotik vasitədir və özü uzun müddətdir narkotik vasitədən istifadə edir. xx xxxxxx 2019cu il tarixdə saat 20:00 radələrində İran İslam Respublikası vətəndaşı, adını bilmədiyi şəxs vasitəsi ilə tanıdığı və sonradan adının “Elvin” olduğunu öyrəndiyi şəxsdən Nəsimi rayonu 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən köhnə yanacaq doldurma məntəqəsinin yaxınlığında 50 (əlli) manata almışdır və öz istifadəsi üçün üzərində gəzdirmişdir. Bundan sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd bükülü iş üçün əhəmiyyət kəsb etdiyindən olduğu kimi bağlanılmış, iştirakçıların gözü qarşısında boş zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, protokol ucadan oxunulduqdan sonra iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. O, əməliyyat tədbirlərindən əvvəl Təqsirləndirilən şəxs tanımamış, heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 Şahid2 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2019-cu il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2019-cu il tarixdə saat 22:15-də tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 31803 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş” yazısı olan qeydli zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1.430 qr olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroinin təmiz çəkisi 1.430 qr, sərf edildi 0,1 qr, qalıq 1,330 qr. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 31803 nömrəli, xx.xx.2019-cu il tarixli ekspertiza rəyi üzrə aparılmış tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil etmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan olunması və s. qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında” 4(001)-1028/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində 03 ay (üç) müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbs etmənin əvvəlinin tutulduğu xx.xx.2019-cu il tarixdən hesablanması və s. qərara alınmışdır. İş materiallarında olan həbsin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 384 nömrəli, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən ona elan edilmiş ittihamın məzmununun dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin anbarına təhvil verilməsi, videogörüntünün olduğu 1 ədəd CD diskin mühüm sübut əhəmiyyəti kəsb etdiyindən sübut novü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilməsi və s. qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Salyan rayon İcra və Probasiya Şöbəsindən Binəqədi rayon məhkəməsinə ünvanlanmış məktubdan məlum olur ki, Salyan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3000 manat miqdarında cərimə cəzası icra edilmədiyi üçün Salyan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə aylıq qazancın 20% dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs cəzasını xx.xx.2020-ci il tarixədək çəkdiyi üçün onun həmin tarixə çəkilməmiş cəzası qazancının 20% dövlət nəfinə tutulmaqla 08 ay islah işi təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ƏƏSMF-nun Salyan rayon şöbəsinin arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs qardaşı X8 qəyyum kimi ailə başçısını itirməyə görə sosial müavinat alır. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında xx.xx.2020-ci il tarixli şəhadətnamənin surətindən məlum olr ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildə doğulmuş X5 atası hesab edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən məlum olur ki, X6 xx.xx.2018-ci ildə X7 isə xx.xx.2010-cu ildə vəfat etmişlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi və şahid ifadələri ilə, DVD-R 16X formatlı diskə keçirilmiş video baxışla və iş üzrə maddi sübutla Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamış və daşıması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, himayəsində ailəsinin, azyaşlı övladının və himayəsinə verilmiş azyaşlı qardaşının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs barəsində Salyan rayon məhkəməsinin hökmü ilə təyin edilmiş cəza azadlıqdan məhrumetmə ilə əlaqədar olmadığı üçün ona cəza təyin edilərkən residivi müəyyən edilmədən cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin halların nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hökm elan olunan günə qədər həbsdə və ev dustaqlığında saxlandığı müddət bir günə bir gün hesablanmaqla nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsin əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar tamamilə və ya qismən toplanarkən azadlıqdan məhrumetmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. İş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-nin anbarında saxlanılan ekpertiza təhqiqatından sonra qalıq çəkisi 1.330 qr olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir, 1 ədəd DVD-R 16X formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi məhkəmə araşdırması və istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 240 (iki yüz qırx) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151 - 11 saylı Vəkil Bürosunun hesablaşma hesabı) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə təyin edilsin. İş üzrə mülki iddia verilməmişdir . Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Salyan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş qazancının 20% dövlət nəfinə tutulmaqla islah işləri cəzasının çəkilməmiş qalan 08 ay hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetə cəzasının bir gününə dörd gününü bərabər tutmaq hesabı ilə hesablayaraq 2 (iki) ay azadlıqdan məhrumetmə cazasına bərabər tutulsun. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən birləşdirilərək üzərində qəti olaraq 1 (bir) il müddətinə azalıqdan məhrumetmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 240 (iki yüz qırx) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h- AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151 - 11 saylı Vəkil Bürosunun hesablaşma hesabı) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin “maddi sübutların saxlanılması otağına” təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq çəkisi 1.330 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işi materialında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-225/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-225/2020
12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver