Məhkəmə qərarları › İş №1(001)-225/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-225/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-225/2025 06.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, “Vətən” Mühafizə Xidmətində mühafizəçi işləyən, Gədəbəy rayonu, Qızıltorpaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 iyul 2024-cü ildə, saat 07 radələrində ünvan 2 ünvanda yerləşən “MedEra” Hospitalının həyətində onu yüksək səslə nalayiq ifadələrlə təhqir edib əlində olan balta ilə zor tətbiq edəcəyi ilə hədələyən Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə zamanı sonuncunu yerə yıxaraq təsirsiz hala gətirib ona hər hansı bir xəsarət yetirmək imkanından məhrum etməsinə baxmayaraq, özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutub öz üstünlüyünü nümayiş etdirməklə ictimai yer hesab olunan tibb müəssisəsinin həyətində ucadan səs-küy salmaqla cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib naməlum mənbədən əldə edib silah qismində istifadə etdiyi kustar üsulla hazırlanmış məişətdə istifadə olunan alətin dəstəyi ilə Zərərçəkmiş şəxs qarın və sağ çiyin nahiyəsindən, yumruq zərbələri ilə sifət və baş nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq ona sağ gözün ağlı qişasına qansızmalar ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, sol çiyin qurşağı nahiyəsinin və sol bazu oynağı nahiyəsinin qançırlı sıyıqları, sol bazu nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sağ said nahiyəsinin, sol baldır nahiyəsinin sıyrıqları, sol gicgah nahiyəsinin, sol bazu nahiyəsinin, döş qəfəsinin sol-yan səthinin, bel nahiyəsinin, qasıq nahiyəsinin, sol sağrı nahiyəsinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “Vətən” Mühafizə Xidmətində mühafizəçi kimi işə başlamışdır. İşə başlayandan ünvan 2 ünvanda yerləşən “MedEra” hospitalına posta çıxmışdır. Həmin postda hər gün saat 07:00-dan növbəti gün saat 07:00-a kimi, yəni 24 saat müddətində xidmətdə olmuşdur. 22 iyul 2024-cü ildə saat 07:30 radələrində “MedEra” hospitalının qarşısında saxlanılmış avtomobillərin girişi bağlamaması üçün səliqəli şəkildə saxlanılmasını təşkil edən zaman həmin hospitalla üzbəüz iki mərtəbəli fərdi həyət evində yaşayan Zərərçəkmiş şəxs evinin eyvanından ünvansız olaraq yüksək səslə qışqırmasını eşitmişdir. Çönüb o tərəfə baxan zaman Zərərçəkmiş şəxs onu özünə doğru əmr tonunda çağırmışdır. Həmin vaxt o, Ağadadaşın içkili olduğunu görüb sonuncunun çağrışına getməkdə tərəddüd edib fikirləşərkən, Zərərçəkmiş şəxs gözləmədiyi anda ona “ermənidən əmələ gələn” deyib onu və ailə üzvlərini nalayiq söyüşlərlə təhqir edərək aşağı düşüb onu baltalayacağını və heç kimin heçnə edə bilməyəcəyini bildirmişdir. O, cavab verməsə də, Ağadadaş eyvandan evin içinə keçib getmişdir. İlk olaraq Ağadadaşın onun ardınca gələcəyini düşünməsə də, görmüşdür ki, Ağadadaş əynində sortik və əlində balta ilə onun üzərinə doğru gəlir. Qaçaraq oradan uzaqlaşan zaman Ağadadaş yenidən onu və ailəsini yüksək səslə nalayiq ifadələrlə təhqir edərək onun ardınca gəlib qaçmamasını, onu vuracağını bildirmişdir. Ağadadaşın onu əlində olan balta ilə vura biləcəyini görüb qaçaraq hospitalın girişindən içəri keçmişdir. Lakin buna baxmayaraq Ağadadaş onu nalayiq ifadələrlə təhqir etdiyi üçün bayıra çıxıb Zərərçəkmiş şəxs sakitləşdirmək istədikdə sonuncu yenidən əlində balta ilə onun üzərinə doğru hücum çəkmişdir. O yenidən qaçıb hospitalın qapısından içəri keçən zaman Ağadadaş onun arxasınca əlində olan baltanı tullamış və balta gəlib onun yanından keçib hospitalın içərisində yerə düşmüşdür. Bundan sonra o, qayıtmışdır ki Ağadadaşı tutub hospitalın həyətindən çıxarsın. Bu zaman Ağadadaş gözləmədiyi anda yumruqla bir neçə dəfə onun sifət və burun nahiyəsindən vurmuşdur. Bundan sonra o, da özünü müdafiə etmək üçün bir neçə dəfə yumruqla Zərərçəkmiş şəxs sifət, baş və bədən nahiyələrindən vurmuşdur. Buna baxmayaraq Ağadadaşı sakitləşdirə bilmədiyi üçün sonuncu balta ilə üzərinə gələn zaman əlinə götürüb sonradan hospiatlm həyətində yerə atdığı gümüşü rəngli dəmir borudan olan dəyənəyi yerdən götürüb qarın və çiyin nahiyəsindən Ağadadaşı iki dəfə vurduqdan sonra boynundan tutaraq yerə yıxmışdır. Elə bu zaman orada olan tanımadığı bir oğlan gəlib əlində olan dəyənəyi alaraq onları aralaşdırmışdır. Lakin buna baxmayaraq Zərərçəkmiş şəxs yenədə onu söyüb təhqir etməkdə davam etmişdir. O, isə burnu qanadığı üçün “MedEra” hospitalın təcilli tibbi yardım xidmətinə gedib orada ilkin tibbi yardım almışdır. Daha sonra isə hadisə yerinə gəlmiş polis əməkdaşlarına hadisə barədə ərizə və izahat vermişdir. Zərərçəkmiş şəxs müğənni kimi tanımış, onunla arasında başqa heç bir ədavət və ya düşmənçilik olmamışdır. Həmin münaqişəyə səbəb Zərərçəkmiş şəxs əsassız yerə ona əmr verərək yanına çağırması və onun vəzifəsinə uyğun olaraq iş yerini tərk edə bilməməsinə görə əsassız olaraq erməni adlandırıb özünü, ailə üzvlərini nalayiq ifadələrlə təhqir edib onu balta ilə vurmağa çalışması olmuşdur. Həmin münaqişə zamanı Zərərçəkmiş şəxs onu ilk öncə əlində olan balta ilə vurmağa çalışsada, o kənara çəkildiyi üçün balta ona dəyməmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışan zaman Ağadadaş onu yumruqla bir neçə dəfə sifət nahiyəsindən vuraraq burnunu sındırmışdır. Həmçinin Ağadadaş onun sol əlinin üst hissəsinə və sol ayağının bud hissələrinə əl və ayaq zərbələri ilə vuraraq xəsarət yetirmişdir. Başqa heç bir xəsarət yetirməmişdir. Həmin münaqişə zamanı Ağadadaş onu vurub xəsarət yetirdikdən sonra o, özünü müdafiə etmək və Ağadadaşı sakitləşdirmək üçün bir-iki dəfə yumruqla sonuncunu sifət nahiyəsindən, daha sonra isə yerdə olan dəyənəyi əlinə götürüb bir dəfə çiyin və bir dəfədə qarın nahiyəsindən vurmuşdur. Başqa heç bir xəsarət yetirməmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs əlində olan balta ilə onu qovalayaraq vurub ağır xəsarət yetirəcəyi və öldürəcəyi ilə hədələyib, həmin baltanı ona doğru atsada o, kənara çəkildiyi üçün balta ona dəyməmişdir. Lakin sonradan öyrənmişdir ki, balta onun yanından keçərkən həmin hospitalda xadimə işləyən Şahid1 ayaq nahiyəsinə dəymişdir. Həmin münaqişə təxminən 15-20 dəqiqə davam etmiş, orada ondan başqa hospitalın baş tibb bacısı Nəzakət Zülfüqarova, tibb bacısı Şahid4, xadimə Nəzakət Paşayevə, xadimə Şahid3, qeydiyyatçı Güldəstə və hazırda xatırlamadığı işçi və xəstələr olmuşdur. Başqa kimlərin olmasını xatırlamır. Həmin münaqişə zamanı Zərərçəkmiş şəxs hərəkətləri nəticəsində işlədiyi hospitalın iş rejmi pozulmuşdur. Həmin münaqişə zamanı Zərərçəkmiş şəxs ona doğru atdığı baltanın “MedEra” Hospitalının içərisində vedrəyə və ya harasa dəyməsini görməmişdir. X3 barışmışdır. Ağadadaş Agayevin ondan şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 21 iyul 2024-cü ildə saat 23 radələrində yaşadığı ünvan 3 ünvanda yıxılıb sol qulaq nahiyəsindən ciddi xəsarət aldığı üçün ev ünvanı ilə üzbəüz yerləşən “MedEra Hospital” klinikaya müraciət etmişdir. Xəsarəti çox ciddi olduğundan sol qulağına 6 ədəd tikiş qoyularaq, müayinə və müalicə olunmaqla 22 iyul 2024-cü ildə təxminən saat 02:30 radələrində adı çəkilən klinikadan çıxıb evinə geri qayıtmışdır. Gecə yıxılarkən özünə məxsus mobil telefonu yararsız hala düşdüyündən və evdə tək olduğu üçün ağrıları olanda ailə üzvlərindən hər hansı birinə məlumat verə bilməmişdir. 22 iyul 2024-cü ildə səhər saat 07 radələrində qulağında dözülməz ağrılar olması səbəbindən yaşadığı ünvanın eyvanından sözügedən klinikanın mühafizəçisi olan adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs müraciət edərək, kəskin ağrılarının olduğunu və həmin tibb müəssisəsindən tibb işçisi çağırmasını xahiş etmişdir. Mühafizəçi Təqsirləndirilən şəxs onun xəstə, ağrılar içində olduğunu bilə-bilə şəxsiyyətini tanıya-tanıya onunla kobud, şəxsiyyətinə yaraşdırmadığı tərzdə danışmağa başlamışdır. O, da öz növbəsində Təqsirləndirilən şəxs xəstə olduğunu, ağrıdığını və təcili həkimə ehtiyacının olduğunu bildirərək bir müsəlman, azərbaycanlı kimi kömək çağırmasını istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona və müsəlman icmasına qarşı təhqiramiz ifadələr işlətməyə başlamışdır. O isə Təqsirləndirilən şəxs hüquqi bir dövlətdə yaşadıqlarını, bu kimi sözlərinə və davranışlarına görə qanunların keşikçisi polis orqanlarında cavab verəcəyini bildirmişdir. Bununlada sözügedən klinikanın mühafizəçisi Təqsirləndirilən şəxs onun, polisin və dövlətin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O da həmin vaxt belə söyüşlər qarşısında dözə və əsəblərinə hakim ola bilməyib əsəbi vəziyyətdə evdən çıxarkən küçədə əlinə keçən xatırlamadığı aləti götürüb kürək nahiyəsində görsənmədən gizlətməklə mühafizəçiyə söyüş söyməməsi barədə bir neçə dəfə orada adını bilmədiyi taksi sürücüsünün yanında xəbərdarlıq edib yaşadığı evə geri qayıtmışdır. Həmin vaxt qeyd etdiyi taksi sürücüsüdə mühafizəçiyə söyüş söyməməsi barədə irad bildirmişdir. Buna baxmayaraq həmin şəxs dayanmadan yolun qarşı tərəfindən söyüşlərinə davam etdiyindən sonuncunun dayandığı istiqamətdə üzərinə doğru hərəkət etməyə başlamışdır. Təqsirləndirilən şəxs durmadan söyüş söyüb üzərinə dəmir parçası ilə gəldiyini görüb ona xəsarət yetirəcəyindən qorxaraq çəkindirmək məqsədi ilə Təqsirləndirilən şəxs dəyməyəcək şəkildə əlindəki aləti sonuncuya doğru atmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onu vurmaq üçün üzərinə gəldiyini görüb özünü qorumaq məqsədi ilə yumruq atmağa çalışmışdır. Lakin 70-ə yaxın yaşının olması və uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkməsi səbəbindən zəif düşdüyü üçün Təqsirləndirilən şəxs onu taqətsiz vəziyyətindən istifadə edərək yerə yıxmışdır. O yerə yıxıldıqdan sonra isə köməksiz vəziyyətindən istifadə edən Təqsirləndirilən şəxs onun baş, bədən və sol göz nahiyəsindən dəfələrlə yumruq və təpiklə vuraraq ona xəsarətlər yetirmişdir. Həmçinin qeyd olunan münaqişə zamanı Təqsirləndirilən şəxs əlində olan dəmir dəyənəklə ona kürək və qarın nahiyəsindən bir neçə dəfə vuraraq müxtəlif xəsarətlər yetirmişdir. O yerdə yıxılı vəziyyətdə olan zaman Nurəddin bir neçə dəfə onları ayıran şəxslərin səylərinə baxmayaraq həmin şəxslərin əlindən çıxıb gəlib ona xəsarət yetirmişdir. Bundan sonra isə orada olan şəxslər onu Nurəddinin əlindən alıb evinə gətirmişlər. Bu zaman ailə üzvüləri 103 TTYX-yə zəng edərək məlumat vermişlər. Sonradan ona məlum olmuşdur ki, baş vermiş hadisə barədə “Medera Hospital” klinikası DİN-in 102 xidmətinə məlumat vermiş və Binəqədi rayon polis idarəsində araşdırma başlanmışdır. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə saat 07:30 radələrində işlədiyi “MedEra” hospitalının zirzəmisində olan zaman anidən həyətdən bir nəfər kişi cinsli şəxsin yüksək səslə nalayiq ifadələr işlətməsi və səs küy etməsi səsinə əlində su vedrəsi ilə xəstəxanın birinci mərtəbəsinə çıxmışdır. Bu zaman görmüşdür ki, həmin səs küy edən şəxs müğəni Zərərçəkmiş şəxs əlində balta ilə hospitalın həyətində mühafizəçi Təqsirləndirilən şəxs üzərinə gələrək sonuncunu nalayiq ifadələrlə təhqir edir. Nurədin Cəlilov isə Ağadadaşın əlində baltanı görüb qaçaraq gəlib hospitalın içərisinə girmişdir. Lakin Ağadadaş sakitləşməyərək söyüş təhqir ifadələri işlətməkdə davam edib, Nurəddini vuracağı ilə hədələyərək hospitala doğru gələn zaman Nurəddin demişdir ki, “gözdəyin çıxım görüm nə istəyir”. Bu zaman onlar Təqsirləndirilən şəxs demişlər ki, çıxmasın. Həmin vaxt Nurəddin Ağadadaşın əlində balta ilə hospitalın girişinə doğru gəldiyini görüb geri çəkilən zaman Ağadadaş əlindəki baltanı Nurədinin ardınca atmışdır. Bu zaman baltanın sapı gəlib onun sağ ayağına dəydikdən sonra keçib hospitalın giriş hissəsində yerə qoyduğu içi su dolu plastik vedrəyə dəyib zərbənin təsirindən geri qayıdıb ayağının altından keçərək yerə düşmüşdür. Lakin həmin vaxt onun işlətdiyi vedrəyə heç nə olmamışdır. O dərhal həmin baltanı yerdən götürüb kənara qoymuşdur ki, heç kimin əlinə keçməsin. Bundan sonra Nurəddin bayıra çıxıb Ağadadaşı sakitləşdirməyə çalışarkən sonuncu yenədə nalayiq ifadələr işlətməkdə davam etdiyi üçün Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs əlbəyaxa olmuşlar. Bunu görən kənardakı şəxslər gəlib Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs aralaşdırmışlar. O da su dolu vedrəni götürüb gedib yarımçıq qalan işlərini görmüşdür. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və ondan hadisə barədə ərizə və izahat almışlar. O həmin münaqişə baş verən zaman hospitalın zirzəmisində işlədiyi üçün hansı səbəbə görə münaqişə yaranmasını bilməmiş, lakin sonradan öyrənmişdir ki, Zərərçəkmiş şəxs Nurəddindən tibb bacısı çağırmasını tələb etmiş, lakin sonuncunun Zərərçəkmiş şəxs işinin bu olmadığını bildirməsi səbəbindən Ağadadaş aqresivləşərək Təqsirləndirilən şəxs təhqir edib münaqişə yaratmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs atdığı baltanın sapı onun sağ ayağına dəyib ağrıtsada, o elədə ciddi bədən xəsarəti almamışdır. Həmin münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir. Orada ondan başqa hospitalın baş tibb bacısı Nəzakət Zülfüqarova, tibb bacısı Şahid4, xadimə Şahid3, qeydiyyatçı Güldəstə və hazırda xatırlamadığı işçi və xəstələr olmuşdur. Başqa kimlərin olmasın xatırlamır. Həmin münaqişə zamanı Zərərçəkmiş şəxs hərəkətləri nəticəsində işlədiyi hospitalın iş rejimi pozulmuşdur. Həmin münaqişə zamanı Zərərçəkmiş şəxs Nurəddinin ardınca balta atdıqdan sonra sonuncu qaydıb Zərərçəkmiş şəxs qarşısını alan zaman həmin şəxslər əlbəyaxa olmuş və Ağadadaş Təqsirləndirilən şəxs əli ilə bir neçə dəfə sifət nahiyəsindən vurmuşdur. Həmin münaqişə zamanı o Nurəddin və Ağadadaşm əlbəyaxa olub bir-birlərinə əl və ayaq zərbələri ilə xəsarət yetirməsini görmüşdür. Başqa heç nə görməmişdir. Həmin vaxt Ağadadaşın əlində balta görsə də, Nurəddinin əlində və ya üzərində heç bir əşya və yaxud predmet görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 22 iyul 2024-cü ildə səhər saat təxminən 07:30 radələrində işlədiyi “MedEra” hospitalına gəlmişdir. Orada olan zaman Zərərçəkmiş şəxs “MedEra” hospitalın mühafizəçisi olan Təqsirləndirilən şəxsla sözlə mübahisə etdiyini və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələr işlədərək sonuncunu təhqir etdiyini görmüşdür. Zərərçəkmiş şəxs bir müddət Təqsirləndirilən şəxsla sözlə mübahisə etdikdən sonra hospitaldan çıxaraq getmiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs getdikdən bir qədər sonra hospitalın binasından çölə çıxmışdır. Lakin bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs əlində balta ilə geri qayıtdığını görmüşdür. Bu vaxt Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs əlində balta ilə gəldiyini görərək cəld xəstəxananın binasına daxil olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs içəriyə girdiyini gördüyü üçün əlində olan baltanı Nurəddinin arxasınca atmışdır. Lakin baltanın dəstəyi xəstəxana da xadimə işləyən Şahid1 sağ ayağına dəydikdən sonra onun yanında olan plastik vedrəyə dəyərək Şahid1 ayağının yanında yerə düşmüşdür. Şahid1 da dərhal baltanı götürmüşdür ki, balta heç kimin əlinə keçməsin. Bundan sonra o öz işlərinə davam edərək xəstəxana da olan xəstələrlə maraqlanmağa başlamışdır. Buna görə də hadisənin davamından xəbəri olmamışdır. Sonradan öyrəndiyinə görə xəstəxana işçilərindən biri hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 zəng məlumat xidmətinə zəng edərək məlumat vermişdir. xx.xx.2024-cü ildə saat 07:30 radələrində “MedEra” hospitalda Zərərçəkmiş şəxslə “MedEra” hospitalın mühafizəçisi Təqsirləndirilən şəxs arasında münaqişənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs hospitalın mühafizəçisi Təqsirləndirilən şəxs hospitalda işləyən tibb bacılarından birinin ona baxmasını deməsi və Təqsirləndirilən şəxs ona burada mühafizəçi işlədiyini, buna görə də içəri keçməsini deməsi olmuşdur. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid5, Şahid6 Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, yaşdığı Binəqədi rayonu, Ə.ünvan 5 ünvanın yaxınlığında özünə məxsus “Hyundai Accent” markalı **-NB-*** dövət qeydiyyat nişanlı avtomobili ilə hər gün səhər saat 09 radələrindən fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs onun taksi fəaliyyəti ilə məşğul olmaq üçün dayandığı yerin qarşısındakı fərdi həyət evində yaşamaqla həm onunla qonşu sayılmış, həmdə bir taksi kimi öz sifarişlərini əksər vaxt ona tapşırmışdır. Buna görə də, Zərərçəkmiş şəxslə normal münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs isə son bir ildir ki, sonuncu “MedEra” Hospitalında mühafizəçi kimi işlədiyi vaxtdan tanımışdır. Həmin şəxslə də münasibətləri normal olmuşdur. Sonuncularla hər hansı bir ədavət və ya düşmənçiliyi olmamışdır. 21 iyul 2024-cü ildə axşam saatlarında evdə olan zaman ona hazırda adını və mobil nömrəsini xatırlamadığı bir qadın zəng edərək Zərərçəkmiş şəxs yoldaşı olduğunu demiş və bildirmişdir ki, Zərərçəkmiş şəxs evin pilləkənlərindən yıxılıb, buna görə də sonuncunu qaldırmaq üçün kömək lazımdır. O yaşadığı evdən düşüb gələnə qədər artıq Zərərçəkmiş şəxs evinin içərisində yıxıldığı yerdən qalxdığını görmüşdür. Həmin vaxt arvadı Zərərçəkmiş şəxs qulağının qanadığını desə də, Zərərçəkmiş şəxs narahat olmamasını deyərək əl-üzünü yumuş, lakin qulağındakı xəsarətin ciddi olduğunu gördüyü üçün xəstəxanaya getməli olduğunu demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs spirtli içki qəbul etdiyi hiss olunmuşdur. O da Zərərçəkmiş şəxs yoldaşı ilə birlikdə sonuncunu evinin qarşısında yerləşən “MedEra” Hospitalına aparmışdır. Oraya gedən zaman Zərərçəkmiş şəxs yoldaşı zəng edərək sonuncunun övladlarını da çağırmışdır. O orada dayandıqdan sonra Zərərçəkmiş şəxs övladları gəldiyi üçün artıq orada qalmağının bir mənası olmadığını görüb evinə getmişdir. Bunun səhərisi, yəni 22 iyul 2024-cü ildə səhər saat 09 radələrində taksi fəaliyyəti ilə məşğul olmaq üçün qeyd olunan ünvana gəldikdə, orada dayanan şəxslərin bir neçə saat öncə Zərərçəkmiş şəxslə mühafizəçi Nurəddin adlı şəxsin mübahisə etdiyini dediklərini eşitmişdir. Həmin gün Nurəddinlə telefon danışığı zamanı sonuncu ona bildirmişdir ki, hadisə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yanına çağırdıqda sonuncunun Zərərçəkmiş şəxs çağırışına getmədiyi üçün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təhqir etməsi və bir qədər sonra Zərərçəkmiş şəxs əlində balta ilə gələrək baltanı N. Cəlilova doğru atması səbəbindən baş vermişdir. Lakin o, Təqsirləndirilən şəxs bildirmişdir ki, bu hadisədə hər kəs öz xeyrinə danışa bilər, buna görə də, ən dəqiq məlumatı istintaq müəyyən edəcək. Bundan sonra onun hadisənin növbəti gedişindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs müğənni kimi tanısa da sonuncu ilə başqa heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs isə təxminən bir il olar ki, “MedEra” hospitalının mühafizəçi kimi tanımışdır. Onun Nurəddinlə normal münasibəti olmuşdur. xx.xx.2024-cü ildə səhər saat 06:30 radələrində “MedEra” hospitalının qarşısına gəlmişdir. Belə ki, orada dayanaraq taksi fəaliyyətilə məşğul olur. Saat təxminən 07:20 radələrində “MedEra” Hospitalın mühafizəçisi Nuru adı ilə tanıdığı Təqsirləndirilən şəxs səsini eşidib sonuncunun hospitalın qarşısında avtomobil saxlayan şəxslə mübahisə etdiyini düşünüb həmin tərəfə baxdıqda orada heç kimin olmadığını görmüşdür. O Nurəddinə yaxınlaşıb kiminlə mübahisə etdiyini soruşduqda sonuncu ona “Büsat” mərasim evinin yanında olan evi göstərib bu evdə olan şəxsin Nurəddinə erməni deməsini və nalayiq ifadələri işlətməsi səbəbindən mübahisə etdiyini demişdir. O Nurəddinə həmin evin Zərərçəkmiş şəxs evi olduğunu bu cür danışıqların doğru olmadığını demişdir. Bu zaman Zərərçəkmiş şəxs yaşadığı evindən şortik və qısaqol köynəklə ayaqyalın şəkildə çölə çıxmışdır. Zərərçəkmiş şəxs öz evinin qarşısında durub Təqsirləndirilən şəxs bildirmişdir ki, “erməni olsaydı gedib çağırardı, adamlığın yoxdur gedib bir nəfər çağırasan, gəlib qulağımın yarasına baxsın”. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, “mən sənə həkim çağıran deyiləm, özün get çağır”. O bu zaman mübahisənin böyüməməsi üçün Zərərçəkmiş şəxs bildirmişdir ki, o həkim çağırar içəri keçsin. Zərərçəkmiş şəxs də içəri keçdikdən sonra Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs barəsində danışaraq deyindiyi üçün Zərərçəkmiş şəxs yenidən çölə çıxmış və o yenə də Zərərçəkmiş şəxs yanına gedərək sonucunu sakitləşdirməyə çalışmışdır. Lakin Ağadadaş yenidən evindən bayıra çıxmış və orada olan adını bilmədiyi yol süpürgəçisi Zərərçəkmiş şəxs qarşısına gələrək sonuncunu sakitləşdirməyə çalışmışdır. Lakin sözlü mübahisənin davam etdiyi şəraitdə Zərərçəkmiş şəxs əsəblərini cilovlaya bilməyib çölə çıxaraq Təqsirləndirilən şəxs təhqirlə cavab verməyə başlamışdır. Bundan sonra o Təqsirləndirilən şəxs yaxınlaşıb bu dəfə də Təqsirləndirilən şəxs uzaqlaşdırmağa çalışmışdır. Təqsirləndirilən şəxs təhqirlərlə Ağadadaşa cavab verdiyi üçün o Nurəddinə yaxınlaşıb bildirmişdir ki, getsin. Bu zaman o Nurəddinin qaçdığını, arxa tərəfə baxdıqda isə Zərərçəkmiş şəxs əlində balta olduğunu görmüşdür. O cəld A.Ağyevin qarşısına qaçıb əlini tutmuş və yenidən evinin həyətinə ötürmüşdür ki, mübahisə böyüməsin. Saat 07:50 radələrində götürməli olduğu müştərisinin arxasınca getməli olduğu üçün avtomobilinin yanına gəlib avtomobilə əyləşmiş və mühərriki işə salmışdır. Bu zaman yol süpürgəçisi olan qadının qışqırdığını eşitdiyi üçün dərhal avtomobildən çölə boylandıqda Zərərçəkmiş şəxs əlində balta ilə “MedEra” Hospitala tərəf getdiyini görmüşdür. O avtomobili işlək vəziyyətdə qoyub Zərərçəkmiş şəxs arxasınca gedən zaman Zərərçəkmiş şəxs əlində olan baltanı Nurəddinə doğru atdığını görmüşdür. Lakin həmin balta Nurəddinə dəyməmişdir. Bundan sonra Nurəddin hospitalın içərisindən çıxıb Ağadadaşm üzərinə doğru gəlmiş və sonuncular əlbəyaxa olmuşdurlar. O bir qədər kənarda dayanıb mübahisənin bitməyini gözləsə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerə yıxmışdır. Lakin Nurəddinin təpiklə Zərərçəkmiş şəxs vurduğunu gördükdə o cəld qaçmış və Zərərçəkmiş şəxs kömək edib sonuncunu yerdən qaldırmışdır. Lakin artıq 08:00-da müştərisini götürməli olduğu üçün Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs orada qoyub öz işinin arxasınca getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, Binəqədi rayon 102 nömrəli MKİS-in tərkibində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ə.Naxçıvani küçəsində təmizlik işinə baxmışdır. Onun iş saatı saat 07:00-dan saat 16:00 radələrinə qədər davam etmişdir. Zərərçəkmiş şəxs müğənni kimi tanısa da sonuncu ilə başqa heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımamışdır. xx.xx.2024-cü ildə səhər saat 07:00 radələrində qeyd olunan yerə gəlmişdir. Saat təxminən 07:10 radələrində işlədiyi küçədə təmizlik işləri aparmaq üçün Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsindən keçən zaman orada səs-küy gəldiyini eşitmişdir. O bir qədər də yaxınlaşdıqda müğənni Zərərçəkmiş şəxs evinin qapısının qarşısında dayanaraq əsəbi şəkildə qışqırdığını görmüşdür. O Zərərçəkmiş şəxs kimə və hansı səbəbə qışqırdığını görməmişdir. O Zərərçəkmiş şəxs yanına çatdıqda Zərərçəkmiş şəxs dayanmadan əsəbi şəkildə qışqıraraq yolun qarşı tərəfində olan şəxslə danışmışdır. O Zərərçəkmiş şəxs yanına çatdıqdan sonra əsəbləşməyinin səbəbini soruşmuş, lakin Zərərçəkmiş şəxs çox əsəbi olduğu üçün ona əhəmiyyət verməyərək yenə də qışqırmaqda davam etmişdir. Qarşı tərəfdə dayanan şəxsin isə Zərərçəkmiş şəxs nə isə deməsi və ya hər hansı bir hərəkət etməsini görməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs əlində balta ilə yolun əks tərəfinə keçib mübahisə etdiyi şəxsin ardınca “MedEra” hospitalının həyətinə doğru getmişdir. O isə bir qədər Zərərçəkmiş şəxs evinin qarşısında yolun kənarında dayanıb nə baş verdiyini anlamağa çalışsa da mübahisənin səbəbini başa düşə bilməmişdir. Bundan sonra o Zərərçəkmiş şəxs sakitləşmədiyini görüb işlərinin yarımçıq qalmaması üçün yoluna davam etmişdir. Daha sonra onun hadisənin davamından məlumatı olmamışdır. Sonradan ətrafda danışan şəxslərdən Zərərçəkmiş şəxs bir şəxslə dava etdiyini eşitmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin materiallarından başqa cinayət işi ayrılması barədə 12 avqust 2024cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, i.v 1-2). ünvan 2 ünvanında yerləşən “MedEra” Hospitalın müşahidə kameralarının xx.xx.2024-cü il tarixdə baş vermiş münaqişənin qeydə aldığı görüntülərinin köçürüldüyü 01 ədəd yaddaş kartına baxış zamanı müəyyən olunur ki, baxış keçirilən 01 ədəd yaddaş kartının içərisində “WhatsApp Video 2024-07-27 at 10.32.53”; “WhatsApp Video 2024-07- 27 at 10.32.54 (1)”; “WhatsApp Video 2024-07-27 at 10.32.54 (2)”; “WhatsApp Video 2024-07-27 at 10.32.54” adlı fayllar vardır. “WhatsApp Video 2024-07-27 at 10.32.53” adlı videofayl açıldıqda 00:00:40 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 6 ünvanda yerləşən “MedEra” Hospitalın həyətində quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Videogörüntünün 00:00:01-ci saniyəsində “MedEra” Hospitalın mühafizəçisi Təqsirləndirilən şəxs öndə, Zərərçəkmiş şəxs isə əlində balta ilə onun arxasınca qaçdığı müşahidə olunur. 00:00:07-ci saniyədə Təqsirləndirilən şəxs adi addımlarla Hospitalın içərisinə doğru getdiyi, Zərərçəkmiş şəxs əlində tutmuş olduğu baltanı ona doğru qaldıraraq ilk öncə nəsə deməsi və əlində olan balta ilə bir qədər irəli gəldiyi görünür. 00:00:27-ci saniyədə Zərərçəkmiş şəxs əlində balta ilə bir qədər irəli gəldikdən sonra dayanıb bir neçə addım geriyə qayıtdığı və 00:00:32-ci saniyədə Zərərçəkmiş şəxs əlində olan balta ilə hospitalın həyətində gəzişməsi müşahidə olunur. “WhatsApp Video 2024-07-27 at 10.32.54 (1)” adlı videofayl açıldıqda 00:01:02 saniyə qeydə alınmış video görüntü aşkar edilir. ünvan 6 ünvanında yerləşən “MedEra” Hospitalın həyətində quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Videogörüntünün 00:00:08-ci saniyəsində “MedEra” Hospitalın mühafizəçisi Təqsirləndirilən şəxs hospitalın içərisinə daxil olduğu müşahidə olunur. 00:00:12-ci saniyədə Zərərçəkmiş şəxs əlində olan balta ilə gəlib hospitalın həyətindən bir qədər dayandıqdan sonra geri qayıtdığı görünür. 00:00:30-cu saniyədə Zərərçəkmiş şəxs əlində balta ilə yenidən Təqsirləndirilən şəxs üzərinə doğru gəlməsi müşahidə olunur. 00:00:33cü saniyədə Zərərçəkmiş şəxs yenidən geriyə gələrək əlindəki baltanı Təqsirləndirilən şəxs tərəf atması və Təqsirləndirilən şəxs çəkildiyi üçün baltanın hospitalın içərisinə doğru getməsi görünür. 00:00:39-cu saniyədə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs əlbəyaxa olması müşahidə olunur. 00:00:49-cu saniyədə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bir qədər uzaqlaşması və sonuncunun yerdən dəmir dəyənəyi götürüb Zərərçəkmiş şəxs üzərinə doğru getməsi görünür. 00:00:53-cü saniyədə Təqsirləndirilən şəxs əlində olan dəmir dəyənəklə Zərərçəkmiş şəxs bir dəfə qarın nahiyəsinə və bir dəfə baş nahiyəsinə vurması, daha sonra əlbəyaxa olması görünür. 00:00:59-cu saniyədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerə yıxması və bir nəfər şəxsin onların yanına yaxınlaşması müşahidə olunur. “WhatsApp Video 2024-07-27 at 10.32.54 (2)” adlı videofayl açıldıqda 00:00:22 saniyə qeydə alınmış video görüntü aşkar edilir. ünvan 6 ünvanında yerləşən “MedEra” Hospitalın içərisində quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Videogörüntünün 00:00:09-cu saniyəsində baltanın hospitalın içərisinə girib oradan olan oturacaqlara dəydikdən sonra istiqamətini dəyişib Şahid1 ayağına dəyib yerə düşməsi müşahidə olunur. 00:00:12-ci saniyədə Şahid1 yerə düşmüş baltanı götürüb oradan uzaqlaşması görünür. Bundan sonra videogörüntünün sonunadək iş üçün hər hansı bir əhəmiyyətli hal müşahidə edilmir.“WhatsApp Video 2024-07-27 at 10.32.54” adlı videofayl açıldıqda 00:01:55 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 7 ünvanda yerləşən “MedEra” Hospitalın həyətində quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Videogörüntünün 00:00:01-ci saniyəsində Zərərçəkmiş şəxs əlində olan baltanı “MedEra” hospitalın içərisinə doğru atdığı görünür. 00:00:07-ci saniyədə Zərərçəkmiş şəxslə “MedEra” Hospitalın mühafizəçisi Təqsirləndirilən şəxs əlbəyaxa olduqları müşahidə olunur. 00:00:13-cü saniyədə Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs əlbəyaxa olan zaman sonuncunun üzərindən dəmir dəyənəyin yerə düşməsi görünür. 00:00:16-cı saniyədə Zərərçəkmiş şəxs Hospitalın həyətində dayanmış qırmızı rəngli avtomobilin yanına yaxınlaşması və 00:00:17-ci saniyədə “MedEra” Hospitalın mühafizəçisi Təqsirləndirilən şəxs yerdən dəmir dəyənək götürərək Zərərçəkmiş şəxs üzərinə doğru getdiyi görünür. 00:00:21-ci saniyədə Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs əlində olan dəmir dəyənəklə Zərərçəkmiş şəxs bir dəfə qarın nahiyəsindən və bir dəfə baş nahiyəsindən zərbə endirməsi və 00:00:27-ci saniyədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerə yıxması müşahidə olunur. Videogörüntünün 00:00:30-cu saniyəsindən orada olan şəxslərdən birinin onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs əlində olan dəmir dəyənəyi onun əlindən alması və 00:00:33-cü saniyədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs uzaqlaşdırması görünür. 00:00:39-cu saniyədə Təqsirləndirilən şəxs tapiklə Zərərçəkmiş şəxs üz nahiyəsində zərbə endirməsi müşahidə olunur. 00:00:41-ci saniyədə onları ayıran şəxsin Təqsirləndirilən şəxs qolundan tutaraq sonuncunu Hospitalın çıxışına doğru apardığı görünür. 00:00:46-cı saniyədə Təqsirləndirilən şəxs yenidən onu uzaqlaşdıran şəxsin əlindən çıxaraq Zərərçəkmiş şəxs yanma qayıtması və onları ayıran şəxsin ona mane olmağa çalışması buna baxmayaraq görüntünün 00:00:56-cı saniyəsində Təqsirləndirilən şəxs yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs təpiklə zərbələr endirməsi və orada olan başqa bir şəxsində ona mane olmağa çalışması müşahidə olunur. Görüntünün 00:01:07-ci saniyəsində iki nəfər şəxsin qaçaraq onlara yaxınlaşması və Zərərçəkmiş şəxs yerdən qalxmasına kömək etmələri görünür (cild 1, i.v 127-128). ünvan 8 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus evin həyət divarında quraşdırılmış müşahidə kamerasının xx.xx.2024-cü ildə baş vermiş münaqişənin qeydə aldığı görüntülərinin köçürüldüyü 01 ədəd CD diskə keçirilmiş baxışdan müəyyən olunur ki, 01 ədəd CD diskin içərisində “VİD-20240730-WA0000.mp4” adlı fayl vardır “VİD- 20240730-WA0000.mp4” adlı videofayl açıldıqda 00:03:31 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü Zərərçəkmiş şəxs ünvan 9 ünvanda yerləşən evinin həyət divarında quraşdırılmış Ə.Naxçıvani küçəsini “MedEra” Hospitalının girişi istiqamətində bir tərəfli formada çəkən müşahidə kamerası ilə qeydə alınmışdır. Videogörüntünün 00:00:01-ci saniyəsində “MedEra” Hospitalın mühafizəçisi Təqsirləndirilən şəxs orada dayanan bir nəfər ağ rəngli köynək geyinmiş şəxslə danışdığı müşahidə olunur. Həmin görüntünün 00:00:05-ci saniyədə Zərərçəkmiş şəxs əlində tutdudğu qırmızı rəngli sapı olan baltanı kürək nahiyəsində gizlədərək yaşadığı evin həyətindən çölə çıxıb Təqsirləndirilən şəxs üzərinə doğru getməsi və sonuncunun oradan bir qədər uzaqlaşdığı görünür. Bundan əlavə görüntünün 00:00:08-ci saniyədə Zərərçəkmiş şəxs əlində olan baltanı arxasında gizlədərək iti addımlarla Təqsirləndirilən şəxs ardınca sonuncunun işlədiyi hospitalın qarşısına qədər gedərək orada bir qədər ləngiməsi və görüntünün 00:00:16-cı saniyəsində Zərərçəkmiş şəxs geri qayıdaraq yaşadığı evin həyətinə daxil olması görünür. Görüntünün 00:00:59-cu saniyəsində Təqsirləndirilən şəxs “MedEra” Hospitalın qarşısında dayanaraq onu əks tərəfində Zərərçəkmiş şəxs evinin həyətinə giriş hissə də dayanmış Zərərçəkmiş şəxslə nəisə danışması və 00:01:10-cu saniyədə orada olan ağ köynəkli şəxsin Təqsirləndirilən şəxs yanına gələrək onunla danışması müşahidə olunur. Bundan başqa görüntünün 00:01:25ci saniyəsində Təqsirləndirilən şəxs bir qədər Hospitalın qarşısından keçən avtomobil yolunun hərəkət hissəsinə daxil olub oradan əks tərəfdə olan Zərərçəkmiş şəxslə sözlə mübahisə edərkən ağ köynəkli şəxsin ona yaxınlaşaraq Təqsirləndirilən şəxs “MedEra” Hospitalın həyətin doğru çəkib aparması görünür. Bundan sonra həmin görüntünün 00:02:12-ci saniyəsində Zərərçəkmiş şəxs əlində olan qırmızı saplı baltanı kürək nahiyəsində gizlədərək Təqsirləndirilən şəxs ardınca “MedEra” Hospitalın həyətinə giriş hissədə quraşdırılmış şlaqbaumun qarşısına gedərək orada dayanması və daha sonra görüntünün 00:02:29-cu saniyəsində Zərərçəkmiş şəxs əlində olan balta ilə “MedEra” Hospitalın həyətinə daxil olması görünür (cild 1, i.v 193). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1572 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sağ gözün ağlı qişasına qansızmalar ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, sol çiyin qurşağı nahiyəsinin və sol bazu oynağı nahiyəsinin qançırlı sıyıqları, sol bazu nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sağ said nahiyəsinin, sol baldır nahiyəsinin sıyrıqları, sol gicgah nahiyəsinin, sol bazu nahiyəsinin, döş qəfəsinin sol-yan səthinin, bel nahiyəsinin, qasıq nahiyəsinin, sol sağrı nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, yumruq, təpik və s.) və eləcə də dəmir parçası ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi və eləcə də öz onun öz boyu hündürlüyündən sərbəst yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri üçün xarakterik deyildir (cild 1, i.v 219-221). Məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/1221 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, məişətdə istifadə olunan alətin dəstəyidir, soyuq silah hesab edilmir (cild 1, i.v 223-225). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 2, i.v 67-68). Qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs atdığı 01 ədəd balta və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi 01 ədəd dəmir dəyənək maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-in saxlanc yerinə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə ünvan 6 ünvanda yerləşən “MedEra” Hospitalın həyətində baş vermiş münaqişənin qeydə alındığı video görüntünün olduğu 01 ədəd yaddaş kartı və ünvan 11 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus evin qarşısını çəkən müşahidə kamerası tərəfindən qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, i.v 63-64). Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməməsi, ilk olaraq Zərərçəkmiş şəxs əlində olan balta ilə onun üzərinə hücum etdiyi, Zərərçəkmiş şəxs bu hərəkətlərinin qarşısını almaq üçün onu zərərsizləşdirdiyi, əks halda sonuncunun ona və ətrafda olan hər kəsə xəsarət yetirəcəyini deməsi barədə göstərdikləri əsassız hesab edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər sübutlarla sübuta yetirilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 07 radələrində ünvan 2 ünvanda yerləşən “MedEra” Hospitalın həyətində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında bir neçə dəfə gedib-gələrək onunla sözlə mübahisəni davam etdirmiş, Təqsirləndirilən şəxs dəmir dəyənəyi götürdüyü üçün Zərərçəkmiş şəxs baltanı götürmüş, sonuncu Təqsirləndirilən şəxs söyüş söyməməsi üçün xəbərdarlıq etmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerə yıxaraq təsirsiz hala gətirib ona hər hansı bir xəsarət yetirmək imkanından məhrum etməsinə baxmayaraq yenidən öz üstünlüyünü nümayiş etdirərək Zərərçəkmiş şəxs vurmağa davam etmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs göstərdiyi həmin xüsusatlar məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər kimi qiymətləndirilməklə rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-dən verilmiş Tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(101)-1079/2013 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144-1.2.1-ci və başqa maddələri ilə təqsirli bilinib qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, i.v 167-189). Qeyd edilən bu hallar Cinayət Məcəlləsinin 18.1-ci və 83.3.4-cü maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs əməlində residivin mövcudluğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə müvafiq olaraq, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda aydın olur ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə yaranmış məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən isə, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmalı və ona, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsaslanmaqla zərər çəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib aşağıdakılara qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. 57 yaşı var. Məhkəmə işin qeyd olunan hallarını və cəzanı yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cəza çəkmədən islah olunması mümkündür. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində təyin ediləcək azadlıqdan məhrum etmə cəzası, onun cəza çəkmədən islah olunması mümkün hesab edilməklə, Azərbaycan Respublikası CM-in 70ci maddəsi tətbiq olunaraq, şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini və şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini həll etməlidir. Qanunvericiliyin qeyd edilən tələbinə əsasən məhkəmə hesab edir ki, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 64 (altmış dörd) manat məbləğində ekspertiza xərcinin yarısının ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tutulması nəzərə alınaraq qalan hissəsi, yəni 32 (otuz iki) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir;.. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi subut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi 01 ədəd dəmir dəyənək dəyəri olmadığından məhv edilməli, baş vermiş münaqişənin qeydə alındığı video görüntünün olduğu 01 ədəd yaddaş kartı və 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs atdığı 01 ədəd balta ilə bağlı məsələnin ayrılmış ********* nömrəli cinayət işi üzrə həll ediləcəyi nəzərə alınmalıdır. Qeyd edilənlərlə yanaşı məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilsin. Sınaq müddəti 2 (iki) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin və onun üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyərinin yarısı 32 (otuz iki) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Maddi sübut kimi tanınmış Binəqədi RPİ-in saxlanc yerində saxlanılan bir ədəd dəmir dəyənək məhv edilsin, baş vermiş münaqişənin qeydə alındığı video görüntünün olduğu 01 ədəd yaddaş kartı və 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar