Məhkəmə qərarları › İş №1(001)-228/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-228/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-228/2023 25.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Ağsu rayonu, Dilman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Dilman kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində ünvan 2 ünvanında yerləşən yataqxananın 2-ci girişinin qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərrək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafelərinə toxunan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək həmin yataqcanada yaşayan və yataqxananın 2-ci girişinin qarşısında durmuş Zərərçəkmiş şəxs1 və onun xəstə uşaqlarının üzərinə idarə etdiyi avtomobilin işıqlarını salmasına görə ona bildirilmiş iradları bəhanə edib Zərərçəkmiş şəxs1 qonşuların yanında nalayiq sözlərlə təhqir etmiş, sonra yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq sonuncuya başın tüklü hissəsində sağ gicgah-təpə nahiyəsinin cərrahi tikişli əzilmiş yarası və sağ diz oynağının ön səthinin aşağı yarısının sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən «Gürcü mətbəxi» kafesinin qarşısında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərrək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafelərinə toxunan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək həmin kafenin qarşısında durmuş Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan nalayiq sözlərlə təhqir etmiş, sonra yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq sonuncuya alın nahiyəsinin dərialtı hematoması, burun belinin qançır-şişkinliyi, sağ bazu oynağı nahiyəsinin, döş qəfəsinin sıyrıqları, sağ və sol dirsək oynaqları nahiyələrinin səthi əzilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirərək təkrarən xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə iş yoldaşı Əlizadə yıxılaraq əlindən xəsarət aldığı üçün sınıqçı kimi tanıdığı, işlədiyi mağazanın yanındakı yataqxanada yaşayan şəxsin arxası ilə həmin yataqxanaya ona məxsus “Mercedes” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gedərək sınıqçını götürüb dostunu müayinə etməsi üçün aparmışdır. Həmin şəxsi geri qaytarıb düşürdükdən sonra küçədə dayanmış əvvəllər tanıdığı və onun işlədiyi ət dükanına müştəri kimi gələn Günel və onun yanında olan qadın onun üzərinə qışqıraraq avtomobilin işıqlarını söndürməyini tələb etmişlər O, da həmin şəxslərə gecə olduğu üçün avtomobilin işıqlarını yandırmalı olduğunu bildirdikdə həmin qadınlar onu söyməyə başladıqları üçün aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı onların ikisidə söyüş söyə-söyə maşına yaxınlaşmışlar. O, avtomaşından düşüb və onların söyüşlərinə cavab verib onları maşından kənar durmaqlarını tələb etmişdir. Həmin vaxt Günelin onun avtomobilinə xəsarət yetirdiyi görüb onları kənara itələmişdir. Həmin qadınların ikisidə onun üstünə cumaraq onu vurmağa başlamışlar. Onlar onun bədəninin müxtəlif nahiyyələrinə sillə və yumruq vurub, cırmaq atmışlar. Həmin vaxt o, qolundan, sifətindən, sinəsindən müxtəlif xəsarətlər almışdır. Bu zaman o, həmin qadınların onu vurmalarından əsəbiləşərək onları kənara itələsə də, onlara əl qaldırmamışdır. Həmin vaxt ətrafda və qonşuluqda yaşayan sakinlər onları aralamışlar. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə naməlum nömrədən onun mobil telefonuna zəng gəlmiş və o, cavab verən zaman zəng etmiş naməlum şəxs ona bildirmişdi ki, «Günelin qardaşıyam, hardasansa görüşmək istəyirəm». O da həmin şəxsə Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yerləşən «Gürcü mətbəxi» kafesində olduğunu demişdi. Təxminən 10-15 dəqiqə sonra, yəni saat 22 radələrində Günelin qardaşı Emil onun yanına gəlmiş və bacısı ilə əlaqədar söhbət etmək istədiyini bildirmişdir. O, Emilə çöldə gözləməsini bildirmişdir. Emil çölə cıxmış və o, kafedən cıxdıqda görmüşdür ki, Emilin yanında 2 nəfərdə tanımadığı şəxs var. Həmin şəxslər onu görən kimi onunla kobud danışaraq söyməyə başlamışlar və üçü də onun üstünə cumaraq vurmağa başlamışlar. Onlar onun bədəninin müxtəlif nahiyələrinə vurmuşlar. Aralarında baş vermiş münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə vaxtı o, da qarşılıqlı olaraq Elnur və onun yanında gəlmiş iki nəfərə söyürdü. Emil və onun yanında olan iki nəfər onun üstünə cumub onu vurmağa başlayan zaman ətrafa kənar şəxslər yığışmışdır. Onlardan biri Elnur adında şəxsdir, qalanlarının adlarını bilmir. O, Emil və onunla gələn şəxslərə döyüldükdən kafeyə geri qayıdıb pivə içməyə davam etmişdir. O, Güneli və İranəni vurmamış, onlar onu vurarkan onları ancaq itələmişdir. İranə divara dəyməmişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını və ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, yaşadığı yataqxananın yaxınlığında yerləşən ət dükanında təxminən 1 ildir ki, Qurban adlı şəxs qəssab olaraq işləyir. 29 iyul 2022-ci il tarixdə saat 20:30 radələrində azyaşlı və əlil olan uşaqlarını hava almaları üçün yaşadığı yataqxananın həyətinə çıxarmışdı və bloka giriş hissəsinin qarşısında dayanmışlar. Həmin zaman onun yanında baldızı İranə də var idi. Onlardan başqa orada bina sakinləri var idi və yay ayı olduğu üçün bir çox sakinlər həyətdə idi. Həmin zaman qəssab kimi tanıdıqları Qurban adlı şəxs idarə etdiyi avtomobillə həyətə daxil olub onların dayandıqları yerdə avtomobilini saxlamışdır. Qurbanın avtomobilinin gur yanan işıqlarını onların üzərlərinə yönəlmişdi. Onun uşaqları əlil olduqlarından həmin gur işıq vurmasından narahat olmuşlar və buna görə də, baldızı İranə Qurban adlı şəxsə iradını bildirib işığı söndürməsini söyləmişdir. Lakin, Qurban adlı şəxs İranəyə kobud formada cavab qaytarmış və «sən kimsən ki, mənə söz deyirsən?» ifadəsini, həmçinin nəlayiq ifadələr işlətmişdir. O və İranə Qurban adlı şəxsdən bir daha tələb etmişlər ki, avtomobilinin işıqlarını onların üzərlərinə yönəltməsin. Bu zəmində Qurban adlı şəxslə aralarında söz mübahisəsi yaranmışdır. Həmin zaman onlar dayanmışlar, Qurban isə avtomobilində sükan arxasında əyləşmişdir. Söz mübahisəsi zamanı Qurban adlı şəxs avtomobildən düşərək ona və İranəyə nalaliyq ifadələr işlətməklə üzərlərinə gəlmiş, bir əli ilə onun boğazından tutub sıxmış, digər əli ilə yumruqla onun baş və bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirməyə başlamışdır. Zərbə nəticəsində onun başından qan axmağa başlamış, İranə isə müdaxilə etdikdə Qurban onu da əlləri ilə itələyib davara çırpmışdır. Qurban adlı şəxsin onlara qarşı fiziki zor tətbiq etməsinin qarşını almaq üçün kənarda olan qonşular müdaxilə etmişlər və Qurban adlı şəxsi onlardan bir təhər ayırmışlar. Hadisəni görən azyaşlı əlil uşaqları qorxduğu üçün o, uşaqları götürüb yaşadığı mənzilə qalxmışdır. Həmçinin 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat vermişdir. Eyni zamanda ona tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım çağırılmışdır. Daha sonra isə o, «Semaşko» adlanan xəstəxanaya gedərək tibbi yardım almış, həmin zaman baş nahiyyəsinə cərrahi tikiş olunmuşdur. Hadisə 29 iyul 2022-ci il tarixdə saat 20:30 radələrində yaşadıqları ünvan 3 ünvanda yerləşən yataqxana binasının həyətində baş vermişdir. Həmin zaman orada o, baldızı Şahid2, 2015-ci və 2020-ci il təvəllüdlü azyaşlı uşaqları X9 və X10, Qurban adlı şəxs, onlardan əlavə həyətdə bir neçə qonşuları olmuşlar. Həmin qonşuların ailə vəziyyətlərini nəzərə alaraq adlarını qeyd etmək istəmir. Nə o, nə də İranə Qurbanı vurmamışlar, habelə Qurbanı vurmağa onların gücü də çatmazdı. Onlar Qurbanın ünvanına təhqiredici ifadə işlətmişlər, çünki ilk öncə Qurban onları təhqir etdiyi üçün onlarda sözlə cavablandırmışlar. Qurban onu döyən zaman o, Qurbanın əlindən çıxmağa və özünü müdafiə etməyə çalışmışdır. Həmin vaxt ola bilsin ki, istəmədən Qurbana hər hansı bir xəsarət yetirmiş olsun, lakin o, qəsdən Qurbana heç bir xəsarət yetirməmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X11 ifadəsində göstərmişdir ki, 29 iyul 2022-ci il tarixdə geçə saatlarında işdən evə qaydan zaman bacısı Zərərçəkmiş şəxs1 və qohumu İranə Yusufovanın yaşadıqları yataxananın yaxınlığında ət dükanında qəssab işləyən Qurban tərəfindən döyüldüyünü öyrənmişdir. Həmin günün səhəri xx.xx.2022-ci il tarixdə gecə işdən evə qaqydarkən Qurbanla söhbət etmək qərarına gəlmişdir. Bu məqsədlə Qurbanın mobil nömrəsinə zəng vuraraq harada olduğunu soruşmuşdur. Qurban da, Biləcəri parkının yaxınlığında piyvəxanada olduğunu bildirmişdir. O, həmin pivəxanaya xalası oğlu Vüsalla getmişdir. Orada Qurbana bildirmişdi ki, «elədiyin əmələ görə bacımdan üzür istə, bizdə şikayətçi olmayaq». Bu vaxt Qurban ondan çöldə gözləməyini istəmişdir. O, çölə çıxaraq Qurbanı gözləmişdir. O, xalası oğlu Vüsal ilə birlikdə Qurbanı gözləyən zaman Vüsal ilə söhbət etmiş, bu vaxt Qurban onun xəbəri olmadan ona yaxınlaşaraq arxadan yumruqla onun boynuna vurmuş və o, stolbaya dəyərək yerə yıxılmışdır. O, yerdə olan zaman Qurban onun böğazından tutaraq onu boğmuş və sifətindən yenə yumruqla vurmuşdur. Xalası oğlu Vüsal o, yerdə olan zaman onlara yaxınlaşdı ki, onu Qurbanın əlindən alsın. Qurban Vüsalı da sillə ilə vurmuşdur. Sonra o, yerdən qalxaraq yerdə olan taxta parçasını götürüb Qurbanı vurmaq istəmişdir. Qurban qolunu ağac parçasının qabağına tutmuş, sonra Qurban onu yenidən yerə yıxıb çox saylı yumuruq zərbələri vurmuş, o da Qurbanı bir dəfə yumruqla vurmuşdur. Dava vaxtı Vüsalın Qurbanı vurub-vurmadığını görməmiş və ətrafda olan tanmadığı şəxslər onları aralamışlar. O, Vüsalla bir yerdə evə getmiş, sonra onun evinə polis əməkdaşları gəlmiş və onun vəziyyətini görüb demişlər ki, həkimə getsin və səhəri gün polisə gələr. Hadisə zamanı ərtafda çox sayda şəxs olmuşdur. Qurban heç bir əsaslı səbəb olmadan ona əl atıb onu vurmuş, o da Qurbanı vurmuşdur. Qurbanla görüşə o və xalası oğlu Vüsal getmişlər. Onlar üç nəfər yox, iki nəfər olmuşlar. Onun niyyəti dalaşmaq yox, Qurbanın onun bacısını doydüyünə görə bu məsələni sülh yolu ilə həll etmək olmuşdur. Lakin Qurban pivəxanadan çıxan kimi onun boynundan yumruqla vurmuş və o yerə yıxılmışdır. Bunu görən Vüsal onları ayırmaq istəmişdir. Sonra o, yerdən qalxanda yerdən taxta parçası götürərək Qurbanı vurmaq istəmiş, həmin vaxt Qurban qolunu qabağa vermiş və taxta parçası onun qoluna dəymişdir. Qurbanın qolundan xəsarət alması bu zaman ola bilər. Sonra Qurban onu yenidən yerə yıxıb yumruq təpiklə döymüşdür. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 29 iyul 2022ci il tarixdə saat 20:30 radələrində gəlinləri Günelin azyaşlı və əlil olan uşaqlarını hava almaları üçün yaşadıqları yataqxananın həyətinə çıxarmışlar və bloka giriş hissəsinin qarşısında dayanmışlar. Həmin zaman onun yanında gəlinləri Güneldə var idi. Onlardan başqa orada bina sakinləri var idi və yay ayı olduğu üçün bir çox sakinlər həyətdə idi. Zərərçəkmiş şəxs1 ilə həyətdə oturduqları zaman «Mercedess» markalı avtomobillə Qurban kimi tanıdığı ət mağazasında işləyən qəssab yüksək sürətlə həyətə daxil olmuşdu. Qurban idarə etdiyi avtomaşının ışıqlarını onların üzərlərinə saldığı üçün həmin şəxsə iradını bildirmişdi ki, həyətdə uşaqlar və insanlar var. Qurban adlı şəxs ona «sən kimsən ki, mənə söz deyirsən» deyib onu və Güneli nalaiq küçə söyüşləri ilə təhqir etmişdi. O, və İranə Qurban adlı şəxsdən bir daha tələb etmişdi ki, avtomobilinin işıqlarını onların üzərinə yönəltməsin və onları təhqir etdiyinə görə onun onları söydüyü üçün cavabını sözlə olaraq vermişlər. Bu zəmində Qurban adlı şəxslə aralarında söz mübahisəsi yaranmışdı. Həmin zaman onlar dayanmışlar, Qurban isə avtomobilində sükan arxasında əyləşmişdi. Söz mübahisəsi zamanı Qurban adlı şəxs avtomobildən düşərək ona və Günelə nalaliyq ifadələr işlətməklə üzərlərinə gəlmişdi. X12 boğazından tutub boğmağa başlamış və əli ilə başından bir neçə dəfə yumruq, sonra isə ayağı ilə bir neçə dəfə də zərbə vuraraq ona xəsarət yetirmişdi. O, isə Güneli Qurbanın əlindən almaq üçün aralamaq istmişdi. Bu vaxt Qurban onu itələmiş və o, blokun böyründə olan divara çırpılmışdı. Qurban adlı şəxsin Günelə qarşı fiziki zor tətbiq etməsinin qarşını almaq üçün kənarda olan qonşular müdaxilə etmişlər və Qurban adlı şəxsi onlardan bir təhər ayırmışlar. Günel «102» xidmətinə zəng edərək onu döyülməyi barədə məlumat vermişdi. Eyni zamanda Günelə tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım çağırılmışdı. Daha sonra isə Güneli «Semaşko» adlanan xəstəxanaya aparmışdılar. O və Günel Qurbana heç bir xəsarət yetirməmişlər. Qurban Güneli döyən zaman o, Güneli Qurbanın əlindən almağa çalışmışdır. O və Günel Qurbana qəsdən heç bir xəsarət yetirməmişlər, əksinə Qurban Güneli döymüş, onu isə itələmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2 ildən çoxdur ki, Binqədi rayonu Biləcəri qəsəbəsi, Y.hüseynov küçəsi, 74 ünvanında yerləşən «Gürcü mətbəxi» kafesində ofisiant işləyir. Qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində ünvan 4 ünvanında yerləşən «Gürcü mətbəxi» kafesində ofisiant işləyən zaman əvvəllər tandığı Qurban adlı şəxs kafedə yemək yeyərək piyvə icirdi. Həmin vaxt görmüşdür ki, arıq bədən quruluşlu cavan bir oğlan icəri daxil olaraq Qurbanı cölə cağırdmışdır. Sonra həmin şəxs çölə çıxmışdı. Bir azdan sonra Qurbanda yeməyini yedikdən sonra çölə çıxdmışdı. Bir neçə dəqiqədən sonra o, çöldən səs eşitmiş və kafedən çölə çıxanda görmüşdür ki, Qurbanla həmin kafeyə girən şəxs mübahisə edirlər. Həmin vaxt həmin kafeyə girən şəxsin yanında iki nəfərdə vardır. Həmin 2 nəfər onların mübahisəsinə baxmışlar. Sonra Qurban həmin digər iki şəxsdən birinə sillə vurmuş və bu vaxt onlar ikisidə hadisə yerindən qaçmışdılar. Qurbanı kafedən çağıran şəxs isə əlindəki taxta parçası ilə Qurbanı başından vurmuşdu. Qurban həmin onu kafedən çağıran şəxsi yerə vuraraq döyməyə başlamışdı. Sonra ətrafa yığışan şəxslər və o, həmin Qurbanı kafedən çağıran şəxsi Qurbanın əlindən alaraq dağılışmışlar. Qeyd etmişdir ki, hava qaranlıq olduğu üçün o, Qurbanı kafedən çağıran şəxsin yanında olan digər iki nəfər şəxsin sifətlərini görə bilməmişdir. Qurbanı kafedən çağıran şəxsin yanındakı 2 nəfər şəxs onların yanlarında dayanmışlar, mübahisə edən isə Qurbanla sonuncunu kafedən çağıran şəxs idi. O, həmin iki nəfərin münaqişədə iştirak etmələrini görməmişdir. Dava təxminən 10 dəqiqə davam etmişdir. Ətrafda cox sayda tanmadığı şəxslər var idi və bəziləri ayrırdı, bəziləri isə tamaşa edirdi. O, konkret olaraq kiminsə əlində və ya üzərində pıcaq olmasını görməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 30 iyul 2022ci il tarixdə axşam saatlarında evdə olan zaman xalası oğlu Zərərçəkmiş şəxs2 ona zəng edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə onun bacısı Güneli yataqxananın yaxınlığında olan ət mağazasında işləyən qəssab Qurban döymüşdür və onunla söhbət etmək lazımdır və bir yerdə getsinlər onun yanına. O, razılaşmış və Emilin iş yerinə getmişdi. Sonra onlar ikisidə məhlələrinə gəlmişlər və orada ət mağazasından Qurğanın telefon nömrəsini götürmüşlər. X16 zəng etmiş və harada olmasını soruşmuşdu. Qurban bildirmişdi ki, «Gürcü mətbəxi» pivəxanasındadır və onları oraya dəvət etmişdi. Onlar birlikdə həmin pivəxanaya gəlmişlər. Burada onlar Qurbana təklif etmişlər ki, Qurban Güneldən üzr istəsin və onlar şikayətlərini götürsünlər. Qurban onlara çöldə gözləməyi demişdir. O, Emillə bir yerdə pivəxanadan çölə çıxmış və Qurbanı gözləmişlər. Həmin vaxt saat 22 olardı. O, xalası oğlu Emil ilə birlikdə Qurbanı gözləyən zaman söhbət edirdilər. Bu vaxt Qurban çölə çıxmış və söyə-söyə onlara yaxınlaşaraq yumruqla Emili vurmuş və Emil stolbaya dəyərək yerə yıxılmışdır. O, Qurbanı Emildən ayırmağa çalışmışdır. Həmin vaxt ona da Qurbanın silləsi dəymişdi. Sonra Emil yerdən duraraq yerdən taxta parçası götürmüş və Qurbanı vurmuşdur. Taxta parçası Qurbanın qoluna dəymiş və Qurban Emli təkrarən yerə yıxıb yumruq-təpiklə vurmağını davam etmişdir. O, həmin vaxt yenədə Qurbanı Emildən ayırmağa çalışmışdır. Sonra ətrafda olan tanımadığı şəxslər Qurbanı onlardan ayırmış və o, Emillə evə getmişdi. Dava zamanı o, xəsarət almamışdır, Qurbanı ayırarkan sonuncu ona bir sillə vurmuşdur. Həmin sillənin heç bir izi qalmamışdır. Onun heç bir xəsarəti olmadığından məhkəmə-tibbi ekspertizasının müayinəsindən keçmək istəmir. Hadisə 30 iyul 2022-ci il tarixdə saat 22:00 radələrində Binəqədi rayonu, Biləcəri parkının yaxınlığında yerləşən piyvəxananın qarşısında baş vermişdir. Hadisə zamanı ərtafda olan kənar şəxsləri o, tanımır. Qurban düz ifadə vermir, belə ki, Qurbanla görüşə o, və xalası oğlu Vüsal getmişlər. Onlar üç nəfər yox, iki nəfər olmuşlar. Onların niyyətləri dalaşmaq yox, Qurbanın Emilin bacısını doydüyünə görə bu məsələni sülh yolu ilə həll etmək olmuşdur. Lakin, Qurbaq pivəxanadan çıxan kimi yuiruqla Emili vurmuş və yerə yıxmışdır. O, onları aralaşdırmaq istəmişdir. Sonra Emil yerdən qalxanda yerdən taxta parçası götürərək Qurbanı vurmaq istəmişdir. Həmin vaxt Qurban qolunu qabağa vermiş və taxta parçası onun qoluna dəymişdir. X17 yenidən yerə yıxıb yumruq təpiklə döymüşdür. O, Qurbanı vurmamış, ancaq aralaşdırmağa çalışmışdır. Qurbanda olan xəsarətlərdən sol əlin ön səthinin və sol dirsək oynağı nahiyəsinin sıyrıqları xəsarətləri Emil taxta parçası ilə Qurbanı vurarkan baş verə bilərdi. Qalan xəsarətlərdən onun xəbəri yoxdur. O, Qurbanı Emildən ancaq ayırmış, Qurbanı vurmamışdır. Dava vaxtı Qurban onu və Emili nalayiq sözlərlə söymüşdür. O, Qurbanı söyməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Şahid2 aralarında baş vermiş münaqişə həmin tarixdə saat 20:30 radələrində ünvan 2 ünvanda yerləşən yataqxananın 2-ci girişin qarşısında baş vermişdir. xx.xx.2022-ci il tarixli, 2/17858 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, 30 iyul 2022-ci il tarixdə keçirilmiş sərxoşluq hallarının müayinəsi zamanı Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoşluq əlamətləri müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 aralarında baş vermiş münaqişə xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən Biləcəri parkına bitişik «Gürcü mətbəxi» kafesinin-pivəxanasının qarşısında baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 1590 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın tüklü hissəsində sağ gicgah-təpə nahiyəsinin cərrahi tikişli əzilmiş yarası və sağ diz oynağının ön səthinin aşağı yarısının sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 29 iyul 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 1608 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin dərialtı hematoması, burun belinin qançır-şişkinliyi, sağ bazu oynağı nahiyəsinin, döş qəfəsinin sıyrıqları, sağ və sol dirsək oynaqları nahiyələrinin səthi əzilmiş yaraları bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün Bakı şəhər Təcili və X4 stansiyasının 17 saylı bölməsinə müraciət etdiyi xx.xx.2022-ci il saat 01:00-dan bir qədər əvvəl əmələ gəlmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insanbədəninin hissələri (əl, yumruq, təpik və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə saat 19:25-də şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində statusu saxlanılmaqla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, 03 noyabr 2022-ci il tarixdə saat 15:00-da saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Şübhəli şəxs statusunun götürülməsi və qətimkan tədbirinin ləğvi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şbhəli şəxs statusu götülməklə barəsidə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və müvafiq qərarın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-269/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsi ilə «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 1.16-cı və 9.1-ci bəndlərinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Cinayət işinin materiallarının tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları CM-in 221.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmiş və iş üzrə istintaqı davam etdirilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Qətimkan tədbiri seçilmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 adlı üç azyaşlı övladı vardır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 03 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qimsində statusu saxlanılmaqla saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 noyabr 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 iyul 2023-cü il tarixdən hesablanmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçiləcək “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanib, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 25 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar