Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-228/2024 04.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiın, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, sürücü işləyən, Ağsu şəhəri Səməd Vurğun küçəsi ev 3/a-da qeydiyyatda olmaqla həmin mənzildə yaşayan, barəsində «başqa yerə getməmək haqqında İltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İstintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü ildə saat 20:10 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Binəqədi rayonu ərazisindən keçən 12-ci kilometrində idarə etdiyi OPEL ASTRA minik markalı 77HN753 dövlət qeydiyyat nişanlı avtomobillə 2 zolaqlı yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində faraların yaxın işığında 50 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda bunu etməyib «X16» Azərbaycan Respublikas Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağ texniki imkanı olsa da ala bilməyib yolayrıcı beton piltələrin yanından yolun hərəkət hissəsin daxil olub sağa doğru 6 metr məsafə iti yerişlə qət etmiş piyada 1992-ci il təvəllüdlü X5 avtomobilin ön sağ hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Gülnarə Həsənzadəyə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızma ilə müşaiyət olunan sağ təpə sümüyünün kəllə əsasına keçən çoxqəlpəli sınıqları, sağ diz oynağının qapalı sınığı, sağ təpə nahiyəsini sağ baldır nahiyəsinin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin, qarm nahiyəsinin, sol diz oynağı nahiyəsinin və sağ bud nahiyəsinin sıyrıqları xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Son 2 ildir etibarnamə əsasında “OPEL ASTRA” minik markalı 77HN753 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ağsu arasında taksilik edərək bu yolla çörək pulu qazanır. 01 noyabr 2023- cü ildə saat 18:00 radələrində Ağsu şəhər avtovağzalından Bakı şəhərinə gələn 3 nəfər tanımadığı qadın sərnişinləri götürüb Bakı şəhərinə yola düşmüşdür. Saat 20 radələrində Hökməli dairəsini keçib Bakı şəhəri istiqamətində hərəkəti faraların yaxın işıqlarında 2 hərəkət zolaqlı yolun sağ zolağı ilə 50 km/saat sürətlə davam etdirirmişdir. Yolun 12-ci kilometrinə yaxınlaşanda piyada zolağını görüb sürəti bir qədər aşağı endirmişdir. Piyada zolağında piyadanın olmadığını görüb avtomaşının sürətini 50 km/saata qaldırıb hərəkəti davam etdirmişdir. Bu zaman avtomaşının ön sağ hissəsinə nəyinsə çırpıldığını görüb dərhal sağa istiqamətləndirmiş, ön patpres sındığından nəyinsə sağa düşdüyünü bilmiş və avtomaşını sağ tərəfdə saxlayaraq maşından düşmüşdür. Bu zaman görmüşdür ki, dayandığı yerdən arxada yolun sağ hissəsinin kənarında piyada uzanıb və anlamışdır ki, piyadanı vurmuşdur. Piyadaya yaxınlaşaraq onun nəfəs aldığını görüb maşınına əyləşdirib aparmaq istəyəndə oraya toplaşmış tanımadığı insanlar qoymamışlar ki, həkimsiz əl vursa ziyan verərə bilər. Ardından piyadanın qadın olduğunu nəzərə alıb maşından özünə məxsus gödəkcəni götürüb qadının üstünü örtmüşdür. Hadisədən qısa vaxt sonra polis əməkdaşları gəlmiş və məlum olmuşdur ki, piyada qadın artıq ölmüşdür. Sonra müstəntiqlə hadisə yerinin baxışında iştirak etmişdir. Hadisə zamanı sərxoş olmamış, idarə etdiyi avtomobil isə texniki cəhətdən saz vəziyyətdə olmuşdur, piyadanın haradan keçdiyini, yolun hansı istiqamətindən sağ tərəfdənmi, sol tərəfdənmi gəldiyini və ümumiyyətlə hərəkətini, addımladığını və ya qaçdığını görməmişdir. Yalnız avtomaşını nəyəsə, hansısa maneəyə çırpıldığını görmüşdür. Sonra məlum olmuşdur ki, avtomaşına çırpılan piyada qadındır, buna görə də hərəkəti üçün təhlükənin nə zaman yarandığını bilmir. Hadisə yerinin yaxınlığındakı «Fərid» marketinin giriş hissəsində quraşdırılmış müşahidə kamerasından hadisənin baş vermə mexanizmini əks etdirən görüntülərə özünün iştirakı ilə baxış keçirilərkən diskin 01 dəqiqə 54-cü saniyədən başlanan görüntüdə 01 noyabr 2023-cü ildə saat 20:10 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Binəqədi rayonu ərazisindən keçən 12-ci kilometrində yolun Şamaxı rayonu istiqamətinə olan hissəsindən yolun Bakı şəhəri istiqamətinə olan hissəsinə doğru bir nəfər uşaq və qadının yolu keçdiyini və həmin piyadaların arxasınca yolu keçən piyadanı sedan tipli, yəni idarə etdiyi avtomobil ön hissəsi ilə vurduğunu vidogörüntüdə görmüşdür. Lakin qadını idarə etdiyi avtomobillə vurmazdan əvvəl videogörüntüdə görsənən həmin qadını və uşağı görməmişdir. Videogörüntüyə baxdıqdan sonra həmin uşaq və qadının yolun solundan sağına keçdiklərin görərək, vurduğu piyadanın da yolu soldan sağa keçərkən idarə etdiyi avtomobillə vurulmasın başa düşmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi X14 ilə barışıq əldə etməsinin, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının, evli və iki övladı olmasının nəzərə alınmasını və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində göstərmişdir ki, mərhum X6 onun bacısıdır. Gülnarə xx.xx.1992-ci ildə Ağsu şəhərində doğulmuşdur. Gülnarə 2013-cü ildə X2 ərə getmişdir və bu evlilikdən 2014 və 2015-ci il təvəllüdlü iki uşağı vardır. Gülnarə İntizamla rəsmi nikah bağlamamışdır. Gülnarə Ağsu şəhərində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində fərdi evdə ailəsi ilə birlikdə kirayədə yaşamışdır. Gülnarə kirayədə yaşadığı evin ətrafında günəmuzd olaraq ev yığışdırmaqla məşğul olmuşdur. 01 noyabr 2023-cü ildə saat 20:10 radələrində Sulutəpə qəsəbəsində kirayədə yaşadığı evə gedərkən eşitmişdir ki, evə getdiyi yolun üstündə, yəni Bakı-Şamaxı-Yevlax yolunun Binəqədi rayonu ərazisindən keçən 12-ci kilometrində avtomobil bir nəfər piyadanı vurub və piyada hadisə yerində ölmüşdür. Hadisə yerinə çatdıqda üzü örtülmüş meyiti görmüş və meyitin üstünü açanda bacısı Gülnarə olduğunu görmüşdür. Müstəntiq hadisə yerində olmuş və meyit morqa göndəriləndə özü də bacısının meyiti ilə morqa getmişdir. Bacısının meyiti Binəqədi rayon MTE-nin morqunda müayinə olunduqdan sonra onlara təhvil verilmiş və aparıb meyiti Ağsu şəhər qəbiristanlığında 02 noyabr 2023-cü ildə dəfn etmişlər. Hazırda ona məlumdur ki, bacısını Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü ildə saat 20:10 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Binəqədi rayonu ərazisindən keçən 12-ci kilometrində idarə etdiyi OPEL ASTRA minik markalı 77HN753 dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X14 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış zamanı hadisə yerinin Bakı-Şamaxı-Yevlax yolunun Binəqədi rayonu ərazisindən keçən 12-ci kilometrində olması, hərəkət zolağının sayının 2 olması, yolun asfalt beton örtüklü və quru olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8” X17 223 nömrəli meyitin ekspertizası ekspert rəyindən görünür ki, X3 meyitində baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızma ilə müşaiyət olunan sağ təpə sümüyünün kəllə əsasına keçən çoxqəlpəli sınıqları, sağ diz oynağının qapalı sınığı, sağ təpə nahiyəsinin, sağ baldır nahiəsinin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin, qarın nahiyəsinin, sol diz oynağı nahiyəsinin və sağ bud nahiyəsinin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyaların təsirindən əmələ gəlmişdir, xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X3 ölümünə səbəb dalağın sağ təpə sümüyünün kəllə əsasına keçən çoxqəlpəli sınıqları nəticəsində inkişaf edən baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızma olmuşdur. X3 meyitindən götürülmüş qanda etil spirti və narkotik maddə aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/42842 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskin 01 dəqiqə 54-cü saniyədən başlanan görüntüdə 01 noyabr 2023-cü ildə saat 20:10 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Binəqədi rayonu ərazisindən keçən 12-ci kilometrində yolun Şamaxı rayonu istiqamətinə olan hissəsindən yolun Bakı şəhəri istiqamətinə olan hissəsinə doğru bir nəfər uşaq və qadın yolu keçir və həmin piyadaların arxasınca yolu keçən piyadanı sedan tipli, markasını, qeydiyyat nişanlarını və rəngini müəyyən etmək mümkün olmayan hərəkətdə olan avtomobil ön hissəsinə vurur və ardından hadisə yerində nəqliyyat vasitələri dayanır, marketdən naməlum şəx'slər hadisə yerinə doğru qaçırlar. Görüntüyə əsasən piyadanın yolun Şamaxı rayonu istiqamətindən Bakı şəhəri istiqamətinə olan hissəsinə keçərkən avtomobillə vurulması müəyyən olundu. xx.xx.2023-cü il tarixli “ifadələrin yerində yoxlanılmasına” dair protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə X6 zərərçəkmiş şəxs qismində tanınmış, iş üzrə X14 zərərçəkmiş şəxs X3 hüquqi varisi qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin sorğuya cavab məktubundan görünür ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə xx.xx.2032-ci il tarixədək müddətə etibarlı olan BC 802481 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. xx.xx.2024-cü il tarixli, 8/3576 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində OPEL ASTRA minik markalı 77HN753 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X16» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi ifadə, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşamaqla aşağıdakı tərkibdə ailə üzvləri var: 1982-ci il təvəllüdlü X7, 2004-cü il təvəllüdlü X11, 2010-cu il təvəllüdlü X9. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə nə yazılı, nə də şifahi şikayət daxil olmuşdur. X14 tərəfindən Binəqədi Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********237 nömrəli notarial təsdiqli ərizədən görünür ki, onun yol nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, evli və bir yetkinlik yaşına çatmayan övladı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı atomobil maddi sübut hesab edilmiş və sahibinə qaytarılması nəzərə alınmışdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiın təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış yol nəqliyyat hadisəsinin baş verməsini özündə əks etdirən disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-228/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-228/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver