Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-228/2025 13.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X13 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində azyaşlı uşağı olan, ali təhsilli, müğənni, əvvəllər məhkum olunmuş (cəzasını çəkib qurtarmamış), Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 1, Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, xüsusi ittihamçı qismində tanınmaqla, şərəf və ləyaqətini alçaldan, nüfuzunu ləkələyən, onu ağır cinayət törətməkdə ittiham edən, barəsində böhtan xarakterli və təhqiredici yalan məlumatlar yayan X13 CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində həmin maddələrin sanksiyalarında nəzərdə tutulan ən yuxarı həddə cəzanın təyin edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir.
2. Xüsusi ittiham qaydasında şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X13 CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onunla təsdiq olunur ki, o, 01 dekabr 2024-cü il tarixdə özünə məxsus olan şəxsi “instagram” sosial şəbəkə hesabında barəsində təhqiredici və böhtan xarakterli məlumatlar yaymış, onu ağır cinayət törətməkdə ittiham etmiş, yalan məlumatlar dərc etdirərək cəmiyyətdə nüfuzdan salmışdır. Belə ki, Dəniz Əsədova tərəfindən paylaşılan və dərc edilmiş xəbər tipli yazılarda barəsində heç bir sübut və dəlil əsas gətirilmədən, şərəf və ləyaqəti alçaldan, ağır cinayət törətməkdə əsassız yerə ittiham edən məlumatlar dərc edilmişdir. Dəniz Əsədova tərəfindən törədilmiş cinayəti təfərrüatlı formada qeyd ediləcəkdir. Lakin ilk başda şəxsin onun barəsində əsassız məlumatları yayma səbəbini bildirəcəkdir. Belə ki, o, heç vaxt həmin şəxsin vəkili olmamış, aralarında hər hansı bir müqavilə olmamış, həmin şəxsdən pul almamışdır. Ümumiyyətlə ünsiyyətləri belə demək olar ki, olmamışdır. Lakin son günlər həmin şəxs keçmiş vəkilləri Emin Kiçikbəyov, Ceyhun Yusifov və Asim Abbasov barəsində ağır təhqiredici və böhtan xarakterli paylaşımlar etməkdədir. Bu ərəfədə onunla bağlı da paylaşım etmiş və onu da təhqir etmişdir. Barəsində dərc olunmuş paylaşımda onun foto şəkli əks olunmuşdur. Belə ki, o, hazırda Ceyhun Yusifovun xüsusi ittiham işində rəsmi vəkili olmuşdur. Həmçinin bir çox digər xüsusi ittiham işlərində uğur qazanmışdır. Buna dair Ceyhun Yusifov öz facebook hesabında onunla bağlı bağlı paylaşım etmişdir. Həmin paylaşımın ekran görüntüsünü alan Dəniz Əsədova öz hesabında paylaşaraq üzərinə yazır - “Boy, bu demirdi ki, Cavidan dələduzdur? Camaatdan pul alır, məhkəmələrə çıxmır? Allah amansan, kişinin neçə üzü olarmış, Hətta deyirdi ofisdən qovmuşam, həəə bildim, bunun Cavidana işi düşüb, cavidan bunun xüsusi ittihamına çıxır, yadıma düşdü, deyirdi ki, cavidan geri qaytarıram ki, xüsusi ittihamda olan şikayətimə çıxsın. Ceyhunun gücü xüsusi ittihama çatır.” Göründüyü kimi Dəniz Əsədova həm özünə məxsus olan “instagram” sosial şəbəkə hesabından barəsində əsassız və böhtan xarakterli məlumatlar yaymaqdadır. Həmçinin, məlumatların yayıldığı “instagram” sosial şəbəkə hesabı Dəniz Əsədovanın özünə məxsusdur və hazırda 95.000-dən çox izləyicisi vardır. Hesabın hər kəsə açıq (yəni public) hesab olduğunu nəzərə aldıqda paylaşımların olduqca geniş bir auditoriyaya çatdığı bəlli olur. Barəsində yazılan məlumat tamamilə əsassızdır. Belə ki, o, artıq 5 ildən artıq müddətdir ki, hüquqşünas kimi işləməkdədir. İki ilə yaxındır Vəkillər Kollegiyasının üzvü, həmçinin Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müəllimidir. Hər zaman fəaliyyət istiqaməti vətəndaşlara düzgün hüquqi yardım göstərmək olmuşdur. Lakin yayılan məlumatlar açıq-aşkar onu ağır cinayət törətməkdə ittiham etməkdədir. Nəzərə alınsa ki, hüquqşünas - vəkil peşəsində ictimai nüfuz olduqca önəmlidir, ona qarşı bu cinayətin törədilməsinin məqsədyönlü bir qaralama kompaniyası olduğu başa düşülür. Dərc olunan xəbər yazısının başlığı belə öz başına bu tərkibi yaratmaqdadır. Bugünki gündə onun və ailəsi barəsində bu tip əsassız xəbərlərin yayılması həyat və fəaliyyətinə ciddi surətdə mənfi təsir göstərməkdədir. Həmçinin akademik fəaliyyətinə də təsir edən bu təhqirlər tələbələri arasında yayılaraq onun şərəf və ləyaqətinin alçalmasına səbəb olmuşdur. CM-in 147-ci maddəsi olan böhtan əməli ilə əlaqədar cinayət məsuliyyətinin yaranması üçün müəyyən edilməli olan hər 3 hal hazırkı faktda mövcuddur. Belə ki, bu hallar: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya nüfuzdan salması, həmin məlumatın doğru olmaması, belə məlumatların yayılmasıdır. İlk başda məlumatın şərəf, ləyaqəti alçaltmağı, nüfuzdan salınası ilə bağlı hissədə qeyd edilməlidir ki, törətmədiyi iki fərqli ağır cinayətdə ittiham olunması cinayət işləri üzrə tanınmış bir hüquqşünas kimi nüfuzdan salınmasına və ləyaqətinin alçaldılmasına kifayət etməkdədir. Həmçinin şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması ilə bağlı qeyd edilməlidir ki, heç vaxt hər hansı cinayət işində təqsirləndirilən şəxs qismində cəlb olunmamış, həmçinin barəsində də heç bir məhkəmə hökmü çıxarılmamışdır. Həmçinin şəxsə qarşı da heç bir cinayət əməli törətməmişdir. Belə olan halda onun ağır cinayətdə ittiham olunması qəbuledilməzdir. Yekun olaraq məlumatın yayılması hissəsinə dair qeyd edilməlidir ki, şəxsə məxsus “İnstagram” sosial şəbəkə hesabının 95.000-dən çox izləyicisi vardır və olduqca aktiv “public” bir hesabdır. Davamlı olaraq yüzlərlə, minlərlə şəxs hesabın paylaşımlarına baxır. Dəniz Əsədovanın əməlindəki bir digər tərkib isə CM-in 148-ci maddəsidir. Belə ki, başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Barəsində yazılmış paylaşımlarda olduqca ağır küçə söyüşləri vardır. Hansı ki, həmin söyüşlər onun foto şəklinin üzərinə, adının və şəxsi sosial şəbəkə hesabının yanına yazılaraq paylaşılmışdır. Həmin paylaşımalarda onunla yanaşı ailə üzvləri də ağır formada təhqir olunmuşdur. Bu da onun şərəf və ləyaqətini ağır formada alçaltmışdır. Barəsindəki təhqiredici yazılar dərc olunduqdan sonra ona sayısız-hesabsız zənglər gəlmiş, məsələ ilə əlaqədar məndən soruşulınuş, bu isə onda olduqca ağır mənəvi stress yaratmışdır. Barəsində sadalanan təhqirləri bir daha təkrarlamağa zərurət yoxdur, lakin yuxarıda müfəssəl formada paylaşımların məzmunları qeyd olunmuş, həmçinin qoşma vasitəsi ilə əlavə olunan foto şəkillərdə də həmin təhqirlər mövcuddur. Həmçinin, cinayəti törətmiş şəxsin şəxsiyyəti də məhkəmə tərəfindən nəzərə alınmalıdır. Dəniz Əsədova dəfələrlə müxtəlif şəxilər barəsində eyni formada təhqir və böhtan xarakterli məlumatlar yayması səbəbindən barəsində şikayətlər olunmuşdur. Hətta bir dəfə CM-in 178-ci maddəsində, bir dəfə də təhqir və böhtan cinayətinə görə Dəniz Əsədova məhkum olunmuşdur. Dəfələrlə Binəqədi Rayon Məhkəməsində şəxs barəsində xüsusi ittiham qaydasında hökmlər çıxmışdır. Hazırda da şəxs barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə dair axtarış elan olunmuşdur. Edilən paylaşımlarda onun bugünki gündə də islah olunmaması, eyni əməllərə davam etməsi açıq-aşkar görünür. Hətta paylaşımlarda sanki meydan oxumuşcasına bu hərəkətlərinə davam edəcəyini və sözün əsl mənasında ona heç kimin heç bir şey edə bilməyəcəyini bildirir. Hesab edir ki, bu hərəkətlərin artıq qarşısı alınmalıdır. X28 dəfələrlə hökumət nümayəndələrini prokurorluq əməkdaşlarını və məhkəməni təhqir etmişdir. Buna dair video materiallarını da təqdim etmişdir. Beləliklə Dəniz əsədova ona böhtan atmaqla və təhqir etməklə cinayət əməli törətmişdir və qanuna müvafiq şəkildə cəzalandırılması labüddür. əks təqdirdə onun haqqında əsassız yaydığı məlumatlar cəzasız qalacaqdır ki, bu da cəmiyyətdə cəzasızlıq mühiti yaradacaqdır. Bunun da nəticəsində həm həmin şəxslər, həm də başqaları bu cür əməl törətməkdə davam edəcəkdir. Proses iştirakçılarının ifadələri:
3. Məhkəmənin 07 yanvar 2025-ci il tarixli iclasında xüsusi ittihamçı X8 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayəti müdafiə edir. Dəniz Əsədova hüquqlarının müdafiə olunması ilə bağlı həmkarı olan iki nəfər vəkillə müqavilə bağlamışdır. Həmin vəkillərdən biri Ceyhun Yusifovdur. Dəniz Əsədovanın daha əvvəl vəkili olmuş bir şəxs vardır. Həmin şəxs Emin Kiçikbəyovdur. Onlar arasında mübahisə yaranmışdır. X37 Kiçikbəyov barəsində öz səhifəsində məlumatlar yaymış və X33 Əsədova barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermişdir. Cavidan Osmanlı özünün Ceyhun Yusifov və Emin Abbasovla eyni vəkil bürosunda fəaliyyət göstərdiyini, onun barəsində məlumat paylaşılmasının da həmin dövrə təsadüf etdiyini bildirmişdir. Dəniz Əsadova bildirirdi ki, xüsusi ittihamı müdafiə edəcək vəkil tapa bilməyəcəksiniz. Xüsusi ittihamı özünün müdafiə edəcəyini bildikdən sonra onun barəsində də paylaşım etməyə başlamışdır. Beləliklə də hesab etmək olar ki, həm vəkil, həm də akedimik bir müəllim barəsində bu formada paylaşım edilməsi həm təhqir, həm də böhtan cinayət əməllərini ehtiva edir. Bu məlumat 95000 izləyici olan açıq bir sosial şəbəkədə mövcud olan hesabda paylaşılmışdır. Dəniz Əsədova həmin “İnstagram” tətbiqində mövcud olan səhifənin ona məxsus olmadığını bildirir, lakin, həmin səhifə Dəniz Əsədovaya məxsusdur. Belə ki, “Youtube” platformasında Dəniz Əsədovaya məxsus olan kanalda paylaşılan bütün videoların açıqlama hissəsində həmin “İnstagram” tətbiqində mövcud olan səhifəyə keçid edilməsi üçün link qoymuşdur.
4. Cavidan Osmanlı məhkəmənin sonuncu iclas zalında iştirak etməyərək məhkəməyə ünvanladığı ərizəylə məhkəmədən təqsirləndirilən şəxs barəsində ən yüksək həddə cəza verilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkili 11 saylı vəkil bürosunun vəkili X9 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin söylədiyi fikirləri müdafiə edir. Hüquqlarını müdafiə etdiyi şəxs qeyd edir ki, o Cavidan Osmanlını tanımamışdır, ona görə də belə bir paylaşım edə bilməzdi yəni ki, məhkəməyə müraciət olunma tarixi ilə eyni vaxtda olmasına görə. Görünür ki, kimsə Dəniz Əsədovanın adından saxta profil yaradaraq, bu cür paylaşımlar etmişdir. Ona görə əvvəlcə həmin instaqram səhifəsinin Dəniz Əsədovaya məxsus olub-olmaması sübut olunmalıdır. Biz hesab edirik ki, hazırki iş üzrə məhkəmə komputer texniki ekspertizası keçirilməli idi. Ekspertiza nəticəsində sözügedən instaqram səhifəsinin kimə məxsus olması, nə vaxt açılması, eyni zamanda Dəniz Əsədovanın mobil telefonu əsasında da yoxlanma aparıla bilərdi. Bundan başqa xüsusilə bildirmək istəyirik ki, ifadə cinayət məsuliyyətinə səbəb olmamalıdır. İlk növbədə bu ifadədə ağır cinayətə görə böhtan sübuta yetirilmir. Dələduzluq cinayəti dörd təsnifatda özünü göstərir. İkincisi təhqir də hesab edilə bilməz, çünki X29 ümumiyyətlə tanımamışdır, tanımadığı insan qarşı hansı qəsddən söhbət gedə bilər. Görünən odur ki, bir sıra şəxslər birləşərək bir qadına qarşı qərəzli, inadkarcasına mübarizəyə başlamışlar. Verilən ittiham sübuta yetirilmir, odur ki, xahiş edirik ki, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarasınız.
6. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən, təqsirləndirilən şəxs X22 xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ümumiyyətlə bu problem iki aydan artıqdır ki, davam edir. Ceyhun Yusifovla aralarında 12-13 müqavilə bağlanmışdır. Ceyhun Yusifovun etdiyi şikayət üzrə hüquq mühafizə orqanlarında müvafiq araşdırmanın aparıldığını bildirən X34 X19 görə tanıdığını, onunla aralarında hər hansı bir problem olmadığını hazırki xüsusi ittiham qaydasında verilmiş şikayətin də Ceyhun Yusifovun ona qarşı atdığı addımlardan biri olduğunu ifadəsinə əlavə etmişdir. O, bildirmişdir ki, qəsdən ona qarşı olan şikayətlərin sayını artırmağa çalışırlar. Məqsəd odur ki, onun həbsini uzatsınlar. O bunu tək yox həmkarları olan digər vəkillərlə birgə edir. Bir daha bildirir ki, onun ümumiyyətlə Cavidan Osmanlı ilə şəxsi münasibətləri olmamışdır. X17rşı apardığı mübarizədə iki vəkili olmuş Ceyhun Yusifov və Asim Abbasovla mübahisəsi olmuşdur. Belə ki, onlar maraqlarını müdafiə edəcəklərinə dair onunla müqavilə bağlasalar da daha sonra qarşı tərəflə birləşərək səsini batırmaq üçün eyni il, eyni ayda 2024-cü ilin dekabr ayında barəsində 5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişlər. Cavidan Osman isə verilmiş şikayətlər üzrə həm Asim Abbasovun, həm də Ceyhun Yusifovun nümayəndəsi kimi məhkəmədə çıxış etmişdir. Bildirmək istəyir ki, Cavidan Osman sadəcə maraqlarını müdafiə etdiyi vəkillərin sifarişi ilə xüsusi ittiham şikayətinin sayını artırmaq məqsədilə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məqsəd isə odur ki, vaxtilə vəkilləri olmuş hazırda isə ona qarşı xüsusi ittiham qaydasında şikayət verən və onun həbsinə nail olan vəkillər Asim Abbasov və Ceyhun Yusifovla birləşərək onun həbs müddətini uzatsınlar. Ona qarşı qərəzin davam etdiyini bildirən Dəniz Əsədova onu da bildirmişdir ki, hazırda həmin vəkillərin şikayəti üzrə həbsdə olsa da həmin vəkillərin “guya onları təqib edirəm” deyə durmadan cəzaçəkmə müəssisəsinə etdikləri şikayəti əsasında cəza çəkdiyi müəsissədə də müvafiq araşdırma aparılmış, nəticədə isə şikayətin tamamilə əsassız olduğu sübuta yetirilmişdir. Təsirləndirilən şəxs Dəniz Əsədova sonda yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu və onların xəstə olduğunu, özünü təqsirli bilmədiyini bildirərək məhkəmədən ədalətli qərar verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
7. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X22 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 il 09 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza 02 il sınaq müddəti tətbiq edilməklə şərti hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şərti məhkum etmənin çəkilməmiş qalan hissəsindən azad edilərək həmin tarixdə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, X22 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 66.2-ci maddəsinə əsasən qəti olaraq aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa, X22 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən qəti olaraq aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 08 ay 20 gün müddətə islah işləri cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır.
8. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(034)-13/2016 nömrəli qətnaməsindən və nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X20 arasında bağlanılmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X15 adlı iki uşaq anası X10 yanında saxlanılması qət edilmişdir.
9. Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında xx.xx.2018-ci il tarixli AZ-İ 023103 nömrəli şəhadətnamədən görünür ki, X2 ad və soyadı Dostalıyeva Aygün-dən Əsədova Dəniz-ə dəyişdirilmişdir.
10. Doğum haqqında şəhadətnamələrdən görünür ki, X13 himayəsində biri yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X14 və digəri azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X15 olmaqla iki uşağı vardır.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X32 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ambulator kitabçadan çıxarışlardan görünür ki, X3 hər iki beyin yarımkürəsində periventrikulyar periatrial nahiyədə, semioval sahələrdə 6 mm. ölçüdə bir neçə ədəd gliotik ocaq aşkar edilmişdir.
12. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025 il tarixli, 4/288 nömrəli rəyindən görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş (təqsirləndirilən) şəxs X11 xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X8 barəsində ifadə etdiyi “Camaatdan pul alır, məhkəmələrə çıxmır, Cavidan dələduzdur” ifadəsi təhqir xarakterli söz ifadələridir.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)- 251/2025 nömrəli hökmündən görünür ki, X22 CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 147.2-ci maddəsi ilə 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 148-ci maddəsi ilə 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən X18 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən X13 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)-1408/2025 nömrəli qərarı ilə məhkum edildiyi 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla və ona qəti olaraq 8 (səkkiz) ay müddətə azalıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş cəzanın əvvəli 15 may 2025-ci il tarixdən hesablanmaqla həbsdə olduğu müddət ona təyin olunmuş cəza müddətə daxil edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)-1916/2025 nömrəli qərarından görünür ki, X13 CM-in 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin əsaslandırması və mövqeyi:
15. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
16. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlarla müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.
17. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X22 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi sübuta yetirilməmişdir.
18. Belə ki, məhkəmə araşdırması zamanı cinayət işi üzrə xüsusi ittihamçı, təqsirləndirilən şəxs və onun müdafiəçisi dindirilməklə və cinayət işinin materiallarında olan sənədlər tədqiq edilməklə müvafiq məhkəmə istintaqı aparılmışdır. Məhkəmə istintaqı zamanı xüsusi ittihamçı qismində dindirilmiş Cavidan Osmanlı ittihamı təsdiq edən ifadələr vermiş, lakin onu da bildirmişdir ki, onun təqsirləndirilən şəxslə hər hansı bir şəxsi münasibət və ədavəti olmamış, Əsədova Dəniz onun barəsində cəmi bir dəfə paylaşım etmişdir. Buna baxmayaraq o özünü təhqir olunmuş hesab edir və bildirir ki, bu onun cəmiyyətdəki olan nüfuzuna xələl gətirməkdədir. Müdafiə tərəfi isə həmin sənədləri və ifadələri mübahisələndirmiş və bildirmişdir ki, Cavidan Osmanlı ilə heç bir şəxsi münasibət və ədavəti yoxdur, sonuncunun vaxtilə onun vəkilləri olmuş Ceyhun Yusifov və Asim Abbasovla birgə işlədiyini, vəkilləri ilə aralarında yaranan mübahisə zamanı barəsində xüsusi ittiham sayını artırmaq məqsədilə bu yola əl atdıldığını, Cavidanı təhqir etmək niyyətində olmadığını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hər iki tərəfin ifadələri digər sübutlarla müqayisəli şəkildə yoxlanılmalı və qiymətləndirilməlidir.
19. Məhkəmə ilk öncə bildirmək istəyir ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur.
20. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
21. Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
22. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur.
23. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
25. Eyni Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya; təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun.
26. Eyni Plenum qərarının 7-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirməlidirlər. (Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65)
27. “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın “Fikri ifadə etmək azadlığı haqqında” 10-cu maddəsində göstərilir ki, hər kəs öz fikrini ifadə etmək azadlığına malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir.
28. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq isə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Nəzərə almaq lazımdır ki, bugün Avropa İnsan hüquqları Məhkəməsinin əsas yanaşması odur ki, təhqir tənqiddən fərqləndirilməli, xüsusilə şəxsi həyata müdaxilə, şəxsi həyatın toxunulmazlığı prinsipi baxımından dəyərləndirilməli, sonuncunun müdafiəsi isə hər zaman üstünlük təşkil etməlidir. AİHM-si diffamasiya (ləkələmək, böhtan, təhqir) hesab edilən bəyanatların həqiqiliyinin sübutu ətrafında dərin yurisprudensiya inkişaf etdirmişdir. Qeyd edilən hallarla bağlı AİHM-si öz mövqeyini 1992-ci il tarixli “Gastells İspaniyaya qarşı” məhkəmə işində daha da genişləndirirək, məhkəmələrə belə mübahisələrdə cavabdeh tərəfin üzərinə faktların təsdiqi ilə bağlı öz sübutlarını təqdim etmədə zəruri imkan və şəraitin yaradılmalı olmasını bildirmiş, bu sübutların məhkəmənin qərarına təsir edəcəyini vurğulamış, diffamasiya ilə bağlı məhkəmə proseslərindəki cavabdeh tərəfin səsləndirdiyi bəyanatların həqiqi olduğunu münasib səviyyədə sübut etməsi tələbinin Konvensiyanın 10-cu maddəsinin ayrılmaz tərkib hissəsi kimi vurğulamışdır. Qeyd edilən məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsi də Konvensiya ilə eyni mövqedən yanaşaraq bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib isə qadağandır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 8ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə, yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəməlinqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hazırki cinayət işi üzrə məhkəmə linqvstik ekspertizanın keçirilməsi haqqında 1(001)- 228/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərar qəbul etmiş, xx.xx.2025-ci il tarixli, 4/288 nömrəli məhkəmə linqvstik ekspertizası rəyində isə göstərilmişdir ki, “camaatdan pul alır, məhkəmələrə çıxmır, Cavidan dələduzdur” ifadəsi təhqir xarakterli söz və ifadələrdir.
30. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 127-ci maddəsinə görə ekspertin rəyi onun tərəfindən yazılı şəkildə ifadə edilmiş elm, texnika, incəsənət və ya peşə sahəsində xüsusi biliklərə əsaslanmış cinayət prosesini həyata keçirən orqanın və ya cinayət prosesi tərəflərinin ekspert qarşısında qoyduğu suallara, habelə iş materiallarının tədqiqi zamanı ortaya çıxan onun səlahiyyətlərinə aid digər halların araşdırılmasına dair nəticələridir və bu nəticələri əsaslandıran ekspertin apardığı tədqiqatın təsviridir.
31. CPM-in 127.3-cü maddəsinə görə ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır.
32. Məhkəmə tərəflərin verdikləri ifadələri iş materialları ilə birgə nəzərdən keçirərək bldirir ki, ekspertin gəldiyi nəticə ilə məhkəmə razılaşmır. Belə ki, vəkil Ceyhun Yusifovun vəkil Cavidan Osmanlını xüsusi ittiham işlərində uğur qazanması ilə bağlı tərifləyərək şəklini paylaşmasından sonra xüsusi ittihamçının şikayətinə əsas olmuş ifadə tam olaraq təqsirləndirilən şəxs Dəniz Əsədova tərəfindən belə ifadə edilmişdir: “Boy, bu demirdi ki, Cavidan dələduzdur? Camaatdan pul alır, məhkəmələrə çıxmır? Allah amansan, kişinin neçə üzü olarmış, Hətta deyirdi ki, ofisdən qovmuşam, həə bildim, bunun Cavidana işi düşüb, Cavidan bunun xüsusi ittihamına çıxır. Yadıma düşdü, deyirdi ki, Cavidanı geri qaytarıram ki, xüsusi ittihamda olan şikayətimə çıxsın. Ceyhunun gücü xüsusi ittihama çatır.”
33. Göründüyü kimi Dəniz Əsədova əvvəllər vəkili olmuş Ceyhun Yusifovla aralarında yaranan mübahisəyə görə onun dediklərinə istehza ilə yanaşmış, onun dediklərinə istinadən istehza dolu ifadələr işlətmişdir. Qeyd edilən hal məhkəmə istintaqı zamanı ifadələri alınmış təqsirləndirilən şəxs və xüsusi ittihamaçı tərəfindən də təsdiq edilmişdir. Belə ki, xüsusi ittihamçı Cavidan Osmanlı məhkəmədə çıxış edərkən bildirmişdir ki, Dəniz Əsədova ilə aralarında hər hansı bir münasibət olmamış, vəkil Ceyhun Yusifov və Asim Abbasovun xüsusi ittiham qaydasında verdikləri şikayətlər üzrə məhkəmədə nümayəndə kimi təyin olunduqdan sonra, Əsədova Dəniz sosial şəbəkədə barəsində təhqir və böhtan xarakterli məlumat yaymışdır. Daha sonra təhqir və böhtanın davamlılığı, mütəmadi xarakter daşıyıb-daşımaması ilə bağlı ona verilən suala isə Cavidan Osmanlı belə cavab vermişdir ki, onun barəsində bu paylaşım ancaq bir dəfə edilmişdir. Təqsirləndirilən şəxs Dəniz Əsədova isə məhkəmə istintaqı zamanı ona verilən eyni suala belə cavab vermişdir ki, o Cavidan Osmanlını ümumiyyətlə tanımır ona qarşı hər hansı bir ədavət və düşmənçiliyi yoxdur. Bir vaxtlar vəkilləri olmuş Ceyhun Yusifov və Asim Abbasovla aralarında yaranan mübahisəyə görə barələrində xüsusi ittiham qaydasında şikayətlər verilmiş, Cavidan Osmanlı da onların nümayəndəsi kimi tanınmışdır. Bundan sonra barəsində ard-arda xüsusi ittiham qaydasında şikayətlər verilmişdir.
34. CM-in 148-ci maddəsinə görə təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Qeyd edilən maddənin dispozisiyasından da göründüyü kimi əməlin subyektiv tərkibi birbaşa qəsd formasında müəyyən edilmiş və CM-in 148-ci maddəsi ilə təqsirləndirilən şəxsin məsuliyyəti o vaxt yaranır ki, onun əmələ psixi münasibəti əməlin birbaşa qəsd formasında xüsusi ittihamçıya qarşı yönəlmiş olsun. Yəni bu cinayət onu törədən şəxsin o vaxt məsuliyyətinə səbəb olur ki, o, digər şəxsi nüfuzdan salmaq üçün bilərəkdən və arzu edərək onu təhqir etmiş olsun. Hazırki xüsusi ittiham qaydasında şikayətə səbəb olmuş ifadə isə birbaşa Cavidan Osmanlını nüfuzdan salmaq məqsədilə işlədilən ifadə kimi deyil, Ceyhun Yusifovun dediklərinə istehza kimi xarakterizə edilməlidir. Belə ki, ifadənin tam mətnindən aydın olur ki, Dəniz Əsədova əsas hədəf kimi Cavidan Osmanlını deyil, Ceyhun Yusifovu seçmişdir.
35. CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət tərkibi dedikdə əməlin obyektiv və subyektiv elementlərinin zəruri cəmi olub, onun (əməlin) ictimai təhlükəliliyini ifadə edən dörd sistemaltı ünsüründən ibarətdir. Cinayət tərkibinin elementləri cinayətin komponentləridir, cinayət tərkibinin ilkin sistemidir. Cinayət tərkibinin sistemaltı elementləri: obyektdən, obyektiv cəhətdən, subyektdən və subyektiv cəhətdən ibarətdir. Cinayət tərkibi cinayət məsuliyyətinin əsası kimi çıxış etməklə, cinayətin düzgün tövsifini, məhkəmə tərəfindən cəzanın növünün və həddinin seçilməsini təmin edir, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət etməklə, qanunçuluğun möhkəmlənməsinə və ona riayət edilməsinə kömək edir.
36. AİHM-si ifadə azadlığı ilə şəxsi ləyaqətin qorunması arasında balansın qorunmasını vacib hesab etmişdir. Əsas presedentlərdən biri – “Cumpănă və Mazăre Rumaniyaya qarşı” (2004) işində AİHM qeyd etmişdir ki, ifadə azadlığına görə həbs cəzası demokratik cəmiyyətdə zəruri hesab oluna bilməz.
37. Bir sıra dövlətlərin qanunvericiliyində eyni münasibətləri tənzimləyən normalara diqqət yetirsək bir daha aşikar olur ki, bu əməlin cinayət tərkibi yaratması üçün niyyət, əmələ psixi münasibətlə məsuliyyət müəyyən olunur. Misal üçün: Türkiyə Cumhuriyyətində böhtan və təhqir halları X38 ilə tənzimlənir. Həmin qanuna görə sosial mediada yazılmış ifadələr o vaxt təhqir və böhtan hesab edilir ki, bu ifadələri işlədən şəxsin həmin niyyəti sübut olunsun. Sosial mediada yazılmış “dolandırıcı (dələduz)” ifadəsi üçün məhkəmə müəyyən etmişdi ki, “ifadənin yalan və şəxsə yönəlmiş olması sübuta yetirilməyənədək təhqir tərkibi yaranmaz.” (Yargıtay 18. Ceza Dairesi, E.2018/3452, K.2019/2879) Türkiyə Konstitusiya Məhkəməsi isə xüsusilə vurğuladı ki, “Sosial media üzərindən ifadə azadlığına görə cinayət məsuliyyəti yalnız çox zəruri hallarda tətbiq edilə bilər.” (2021/233 başvuru Hakimlər kollegiyası). Almaniya və Fransa qanunveiciliyində də eyni yanaşma mövcud olmaqla, məhkəmələr ifadə azadlığını geniş müdafiə edirlər. X6 Məhkəməsi də (Əsgərlər qatildirlər' işi, 1994; “Facebookda yazılmış koment” işi, 2017) tənqidi, istehza xarakterli fikirləri ifadə azadlığı çərçivəsində qiymətləndirmişdir. Belə ki, bu məhkəmə işində məhkəmə yekun olaraq belə nəticəyə gəldi ki, sosial şəbəkə şərhlərində yazılmış sərt ifadələrdə əgər şəxsə qarşı nifrət və zərər niyyəti sübuta yetirilməyibsə bu ifadələr “təhqir və böhtan” kimi deyil, “ictimai tənqid” kimi qiymətləndirilməlidir.
38. Məhkəmə bildirir ki, hazırki cinayət işində də Əsədova Dənizin ifadəsində “dələduz” sözü yer alır, lakin bu söz başqasına aid istinad şəklindədir (“Boy, bu demirdi ki, Cavidan dələduzdur? …”). Belə halda, təhqir edənin niyyətində birbaşa Cavidan Osmanlını alçaltmaq mövcud deyil. Təqsirləndirilən şəxsin təqsiri o vaxt sübuta yetirilər ki, zərərçəkmişin şikayətində cinayət tərkibi yaradan faktlar sübut olunsun. Hazırki cinayət işində isə paylaşım ictimai müzakirə xarakterli olduğundan və zərər niyyəti sübuta yetirilmədiyindən, cinayət tərkibi yaranmamaqdadır və məhkəmə hesab edir ki, “Dələduz” sözü onun şəxsi fikri olmamaqla, sitat şəklində deyilmiş, istehzalı ifadədir.
39. AİHM-in Lingens Avstriyaya qarşı (1986) məhkəmə qərarında qeyd edilir ki, ifadə azadlığı yalnız “xoş qarşılanan fikirləri” deyil, həm də “tənqidi, istehzalı, ironiya ilə deyilmiş, fikirləri də qoruyur. Sadəcə ifadənin xoşagəlməz və ya kəskin olması təhqir və böhtan tərkibini yaratmır; vacib odur ki, niyyət və faktın yalanlığı sübut edilsin. İfadənin emosional və kəskin olması onun cinayət məsuliyyəti doğurması üçün kifayət etmir. Əsədova Dənizin paylaşımı da istehzalı xarakter daşıdığından, bu presedentə uyğun olaraq müdafiə olunur.
40. AİHM-in Cumpănă və Mazăre Rumaniyaya qarşı (2004) işində isə məhkəmənin mövqeyi belə oldu ki, ifadə azadlığına görə cinayət məsuliyyəti tətbiq etmək demokratik cəmiyyətdə proporsional deyil. Delfi AS. Estoniyaya qarşı (2015) işində məhkəmə bildirdi ki, internetdə yayılan fikirlərin məsuliyyətini yalnız qarşıdakı şəxsə birbaşa zərər vurmaq niyyəti sübuta yetirildikdə qəbul edilməlidir. Təqsirləndirilən şəxs Əsədova Dənizin yazısında isə vəkil Cavidan Osmanlıya qarşı zərər vurma niyyəti sübuta yetirilmir. Castells Spaniyaya qarşı (1992) işində AİHM xüsusilə vurğuladı ki, ictimai vəzifə daşıyan şəxslər (məsələn, vəkil, siyasətçi, millət vəkilləri) tənqidin daha geniş həddini qəbul etməlidirlər. AİHM-in presedentlərinə əsasən, belə ifadələr ifadə azadlığının tərkib hissəsidir və yalnız mülki qaydada tənzimlənməlidir.
41. Aparılmış təhlillər göstərir ki, həm Azərbaycan, həm də Avropa hüquq sistemi ifadə azadlığının məhdudlaşdırılmasını yalnız zəruri hallarda qəbul edir. Sosial mediada paylaşılmış fikirlərin tənqidi və istehzalı xarakter daşıması isə cinayət məsuliyyətinə əsas vermir.
42. Məhkəmə, X1 ağır cinayət törətməklə böhtan atması ilə bağlı ittihamına münasibətdə isə bildirmək istəyir ki, CM-in 147.2-ci maddəsi şəxsi ağır və xüsusilə ağır cinayət törətməklə böhtan atma adlanır. CM-in 147.1-ci maddəsinə görə böhtan atma dedikdə yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. CM-in 147-ci maddəsinin subyektiv tərkibi birbaşa qəsdlə həyata keçirilən cinayətlər kateqoriyasına aiddir. Belə ki, şəxs yalan olduğunu bilə-bilə belə məlumatı yaymalıdır. İkinci zəruri şərti isə ona ağır cinayət törətməklə bağlı böhtan atmalıdır. Məhkəmə bildirmək istəyir ki, CM-in 178-ci maddəsinə görə dələduzluq cinayəti böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayət kimi sıralanmışdır. CMin 177-ci maddəsinin qeyd hissəsinə görə bu Məcəllənin 178.1-ci maddələsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Daha sonra o da qeyd edilir ki, “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Hazırki ittihamda isə müəyyən edilmir ki, Dəniz Əsədova tərəfindən Cavidan Osmanlıya konkret hansı məbləğə münasibətdə dələduzluq cinayətini törətməklə bağlı böhtan atılmışdır. Bundan başqa Əsədova Dəniz “Boy, bu demirdi ki, Cavidan dələduzdur?...” ifadəsi ilə birbaşa öz fikri kimi yox, başqasının dediyini sitat gətirmişdir ki, bununla da onun böhtan atmaq niyyəti (yalan olduğunu bilə-bilə yaymaq) sübuta yetirilməməkdədir.
43. CPM-in 145-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
44. Məhkəmə hesab edir ki, ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübut yalnız paylaşım mətnindən ibarətdirsə və əlavə niyyət göstəriciləri yoxdursa, bu, cinayət məsuliyyəti üçün yetərli deyildir. Belə ki, həm böhtan, həm də təhqir hallarında yalnız “şəxsin şərəf-ləyaqətini” zədələmə deyil, həmçinin “yalan olduğunun bilə-bilə yaymaq” və “şəxsi qəsdən alçaltmaq” kimi tərkib əlamətlər olmalıdır. Hazırki ittihamda isə məhkəmə belə qənaətə gəlir ki, Dəniz Əsədova tərəfindən yayılan ifadə ictimai müzakirə kontekstində yazılmış, istehzalı və tənqidi xarakter daşımaqla onun əməlində birbaşa qəsd mövcud deyildir. O cümlədən Dəniz Əsədova başqasının söylədiyini sitat gətirməklə, öz fikrini “Boy, bu demirdi ki,…” forması ilə ifadə etmiş və elə bu səbəbdən də onun yalan məlumat yaymaq niyyəti sübuta yetirilməmişdir. Mövcud vəziyyətdə isə onun pis niyyətli olması ancaq şübhələrə əsaslana bilər ki, CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir.
45. CPM-in 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur.
46. CPM-in 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.
47. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
48. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər.
49. CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur.
50. CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir.
51. CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
52. CPM-in 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
53. CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir.
54. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
55. CPM-in 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir.
56. Yuxarıda təsvir olunanlardan görünür ki, xüsusi ittihamçı məhkəmə baxışı zamanı X13 CM-in 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və xüsusi ittihamçı tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır.
57. CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
58. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
59. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
60. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
61. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.
62. CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır.
63. CPM-in 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.
64. CPM-in 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir.
65. Beləliklə də, X13 CM-in 147.2 və 148-ci maddələri ilə ittiham olunduğu cinayətin törədilməsində birbaşa qəsdi və təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir.
66. CPM-in 42.1- 42.1.2 və 42.1.4-cü maddələrinə əsasən, əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
67. CPM-in 42.2- 42.2.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.2 və 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə, əməldə cinayət tərkibi olmadıqda və şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır.
68. CPM-in 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.
69. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Əməldə cinayət tərkibinin olmaması isə (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır.
70. CPM-in 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur.
71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir.
72. CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.
73. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, X13 ittiham olunduğu CM-in 147.2 və 148ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş və onun əməlində cinayət tərkibinin əlamətləri mövcud deyildir. Buna görə də, X18 CM-in 147.2 və 148-ci maddələri ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır.
74. Bəraət aldığına görə X12 məhkəmə xərcləri tutulmamalıdır.
75. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur.
76. X22 bəraət almış təqsirləndirilən şəxs kimi xüsusi ittihamçının öz hüquqlarından sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və ona bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.
77. CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət hökmü çıxarmış məhkəmə vurulmuş ziyanın ödənilməsinin cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir.
78. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 34, 55.2, 142, 350.1-ci maddələrinə görə şəxsin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə bəraət alması onun tam və qəti olaraq reabilitasiyası deməkdir və müstəsna olaraq şəxsin hüquqlarının bərpası üçün əsas kimi çıxış etməklə onun məhkəmədə baxılmış ittihamın əsasını təşkil edən eyni hallara görə yenidən təqib olunmasını, o cümlədən eyni hallara başqa cür hüquqi qiymət verilməsi yolu ilə məsuliyyətə cəlb olunmasını istisna edir.
79. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxs X13 hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir.
80. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
81. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
82. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X18 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardım üçün hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.
83. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356-358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. X12 məhkəmə xərcləri tutulmasın. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası X18 izah edilsin. X18 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aytəkin İbrahimova