Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-229/2020 11.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 29 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 30, ev 110 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,245 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metafetamin və təmiz çəkisi 1,050 qram olan qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış və xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 00:15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən korpus 125-də yerləşən 35 saylı Poliklinikanın yaxınlığında olan vaxtı Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis bölməsinə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkcəsinin sağ yan cibindən 2 ədəd siqaret qutusunun birinin içərisində ümumi çəkisi 0,245 qram olan, 01 ədəd ağ rəngli kağız bükülünün içərisində 0,070 qram metafetamin, 01 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində 0,060 qram metafetamin, 01 ədəd gümüşü rəngli kağız bükülünün içərisində 0,115 qram metafetamin və 01 ədəd ağ rəngli sellofan bükülünün içərisində və təmiz çəkisi 1,050 qram olan qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə aydır ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə “20 Yanvar” metrostansiyası yaxınlığında bir nəfər üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manat dəyərində metafetamin və 40 manat dəyərində heroin alıb şəxsi istifadəsi üçün üzərində daşımışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədəndə yerləşən 35 nömrəli poliklinikanın yaxınlığında piyada gedərkən üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə olmasından şübhə edildiyini deyib polis bölməsinə dəvət etmişlər və o, polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə getmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah edilərək müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra onun üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı polis əməkdaşları ondan üzərində qeyri-qanuni əşyanın olubolmamağı barədə soruşmuş o, əynində olan boz rəngli gödəkcəsinin sağ yan cibindən 2 ədəd siqaret qutusu və 1 ədəd alışqan, həmin gödəkcənin sol yan cibindən 1 ədəd mobil telefon adaptoru, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Xiaomi” markalı, qara rəngli mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını demişdir. Polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış və üzərində hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra o, üzərindən çıxan siqaret qutusunun birini açaraq içərisində olan siqaret dənələrini masanın üzərinə boşaltmış, daha sonra üzərindən çıxan digər siqaret qutusunu açmış və içərisində olan 01 ədəd ağ rəngli sellofan bükülünü, 01 ədəd şəffaf rəngli sellofan bükülünü, 01 ədəd ağ rəngli kağız bükülünü və 01 ədəd gümüşü rəngli kağız bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlər polislər tərəfindən açılıb bir-bir içərisində olan maddələrin nə olduğunu soruşmuşlar. O, həmin bükülülərin içərisində narkotik vasitələ heroin və psixotrop maddə metafetamin olduğunu demişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. O, tərtib edilmiş protokolla tanış olduqdan sona protokolu öz imzası ilə təsdiq etmişdir. Həmçinin bildirmişdir ki, o, anası ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 30, ev 110 ünvanında yaşayır. Atası hərbiçi olmaqla 2000-ci ildən iş yerində baş qəza nəticəsində yanaraq ölmüşdür. Himayəsində xəstə anası vardır və ailədə yeganə qazanc gətirən şəxsdir və törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PBnin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, 35 saylı poliklinikanın yaxınlığında yaşayan Ruslan adlı şəxsin mütəmadi olaraq Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz istifadə etməsi saxlaması və gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatını daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Binəqədi RPİ-nin 43-cü PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və sahə inspektoru, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə əməliyyat qrupunun üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən 35 saylı poliklinikanda əməliyyat mövqeyi seçmişlər. xx xxxxxx 2020-ci il tarixdə 00:15-də Ruslan adlı şəxsə bənzər bir nəfər şəxsi görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin zaman saxlanılan şəxs onlara özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və onlar sonuncuya narkotik vistlərin istifadəsində və daşımasında şübhəli olduğunu deyib Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuş və sonuncu əynində olan gödəkcənin sağ yan cibindən 2 ədəd siqaret qutusunu və 1 ədəd alışqanı, həmin gödəkcənin sol yan cibindən 1 ədəd mobil telefon adaptorunu, əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Xiaomi” markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində gödəkcənin və şalvarın bütün ciblərinə baxış keçirilmiş, daha sonra ayaqqabısı çıxarılmış və masanın üzərində olan əşyalardan başqa heç nə aşkar olunmamışdır. Daha sonra siqaret qutularının içərisini boşaltmaq təklif edilmiş, Təqsirləndirilən şəxs birinci qutuda olan siqaretləri boşaltmış və içərisində heç nə aşkar edilməmişdir. 2-ci qutunun ağzını açıb masaya boşaldan zaman 4 ədəd büküm aşkarlanmışdır. Həmin bükümlərin hər biri açılmış və Təqsirləndirilən şəxs bükülülərin içərisində olanların nə olduğu soruşulan zaman sonuncu bükülülərin içərisində narkotik vasitə və psixotrop maddə olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin maddələri haradan, kimdən, hansı qiymətə və nə üçün aldığını soruşanda Təqsirləndirilən şəxs üzərində aşkar edilən maddələri adını bilmədiyi şəxsdən, bir gün əvvəl “20 yanvar” metrostansiyasının yaxınlığından özü istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülülər qablaşdırılaraq götürülüb bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PBnin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Rafail oğlu, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PBnin sahə inspektoru, polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, Ruslan adlı şəxsin mütəmadi olaraq Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz istifadə etməsi saxlaması və gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatını daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Binəqədi RPİ-nin 43-cü PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 15 fevral 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə əməliyyat qrupunun üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən 35 saylı poliklinikanda əməliyyat mövqeyi seçmişlər. xx xxxxxx 2020-ci il tarixdə 00:15-də Ruslan adlı şəxsə bənzər bir nəfər şəxsi görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin zaman saxlanılan şəxs onlara özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və onlar sonuncuya narkotik vistlərin istifadəsində və daşımasında şübhəli olduğunu deyib Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Polis Bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Lakin o, Təqsirləndirilən şəxs üzərində aparılmış axtarışda iştirak etməmişdir. sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda üzərində narkotik vasitə əldə edib saxlaması və daşıması faktına görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, “Ruslan” adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi, saxlaması və istifadə etməsi barədə Binəqədi RPİnin 43-cü PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən 2 ədəd siqaret qutusunun içərisində olan bükülülər aşkar edilərək götürülmüşdür. xx.xx.2020-ci il tarixli, 4017 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “1.(imza) Təqsirləndirilən şəxs ......” və s. qeydlər olan zərfdə olan 3 ədəd bükümdəki ayrı-ayrılıqda təmiz çəkiləri 0,070 qr., 0,060 qr., 0,115 qram, ümumi təmiz çəkisi 0,245 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə-metafetamindir. Həmin zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,050 qram olan qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Qeyd: Heroinin təmiz çəkisi – 1,050 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 0,950 qram. Metafetaminin ümumi çəkisi – 0,245 qram, tədqiqata sərf edildi – 0,060 qram, qalıq – 0,185 qram. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 5(001)-154/2020 nömrəli qərarından görünür ki, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin bölmənin rəisi, polis polkovnik-leytenantı Elşən Tağıyev tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli qərar və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. xx.xx.2020-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərində olan əşyaları könüllü surətdə verməsi təklif edilir və Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkcənin sağ yan cibindən iki ədəd siqaret qutusu, bir ədəd alışqan, həmin gödəkcənin sol yan cibindən mobil telefon adaptorunu, əynindəki boz rəngli şalvarın sağ yan cibindən “Xiaomi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyur. Bundan sonra masanın üzərinə qoyduğu siqaret qutusunu açır və içərisindən bir ədəd ağ rəngli sellofan bükümü, bir ədəd şəffaf rəngli sellofan bükümü, bir ədəd ağ rəngli kağız bükümü və bir ədəd gümüşü kağızı bükümü çıxarıb həmin bükümlərin ona məxsus olduğunu, içərisində narkotik maddə olduğunu və həmin narkotik maddələri “20 Yanvar” metrostansiyasının yanında tanımadığı şəxsdən aldığını bildirir. xx.xx.2020-ci il tarixli, 456 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİnin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz 1,050 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ümumi təmiz çəkisi 0,245 qram çəkidə psixotrop maddə olan metafetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra heroinin 0,950 qram qalmış qalığı ilə birlikdə metafetaminin 0,185 qram qalmış qalığı saxlanması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Videogörüntü olan bir ədəd DVD disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin və metafetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla hər birinin ayrı-ayrılıqda yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 30, ev 110 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 00:15-də Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis bölməsinə aparılmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 01:05-də şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:20-dən 11:50-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİnin İŞ-nin müstəntiqi Nahid Məmmədov tərəfindən verilmiş vəsatətin Binəqədi rayon prokurorluğu tərəfindən müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs, saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Sadalanan iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı azadlığı faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdə saat 00:15-də məhdudlaşdırılaraq həmin tarixdə saat 01:05-də şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə saat 11:20-dən 11:50-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilmiş və prokuror tərəfindən vəsatətin müdafiə edilməsindən imtina edilmiş, bundan sonra Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd olunanlara əsasən və təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulma müddətinin 2 (iki) gün olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,950 qram narkotik vasitə olan heroin və ümumi təmiz çəkisi 0,185 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 41 (qırx bir) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 41 (qırx bir) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 41 (qırx bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 246 (iki yüz qırx altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 30, ev 110 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,950 qram narkotik vasitə olan heroin və ümumi təmiz çəkisi 0,185 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 41 (qırx bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 246 (iki yüz qırx altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-229/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-229/2020
11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver