Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-229/2022 04.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi Məhkəmə iclasının katibi: Novruzova Cəmilə Davud qızının katibliyi Xüsusi ittihamçı X5 nümayəndəsi və vəkili (“Ədalət” vəkil bürosunun vəkili) Müdafiəçi2, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X12 nümayəndəsi və vəkili “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1989-cü il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, müğənni, məhkumluğu olan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, X30 küçəsi 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan X12 Azərbaycan Respublikası CM-in (bundan sonra CM) 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X20 “TikTok” sosial şəbəkəsində özünə məxsus “deniz_esedova_official” səhifəsində 02 yanvar 2022-ci il tarixdən başlayaraq ayın müxtəlif günlərində Nigar Qasımzadə barəsində həqiqətə uyğun olmayan təhqiramiz sözlərlə hər kəsin də görə və oxuya biləcəyi şəkildə onu təhqir etmiş, yalan məlumatlar vermişdir. Dəniz Əsədova yalan olduğunu biləbilə, Nigar Qasımzadənin ləyaqətini ləkələyən, nüfuzdan salan, həqiqətə uyğun olmayan təhqir və böhtan xarakterli məlumatları sosial şəbəkələrdə yaymaqla, onun cəmiyyətdə, kollektivdə, dostların əhatəsində şərəf və ləyaqətini ləkləyən ifadələr işətmiş, peşə sahəsində nüfuzdan salaraq işgüzar nüfuzuna xələl yetirmişdir. Qeyd edilən hallar X10 “TikTok” sosial şöbəsində özünə məxsus “deniz_esedova_official” səhifəsində paylaşılmışdır. X4 Qasımzadə barəsində təhqir xarakterli, yalan və həqiqətə uyğun olmayan, təhqiramiz xarakterli, şərəf və ləyaqətinə toxunan, ictimaiyyət də işgüzar nüfuzumu aşağı salan və ləkələyən qərəzli məlumatlara yol vermişdir. X13 barəsində yayılmış təhqir və böhtan xarakterli məlumatlar aşağıdakılardan ibarətdir: Video-3 (1 dəqiqə 30 saniyə): Paylamağdan bezib, altı, az altı bazardı anan gəlib də yanıva Sənnən niyə məşğul olmur, fahişə, Vüqar məllim mənim tarix məlimim olub Sağ olun vəfasızlar mənim anamın qızı səni içəri qoyduracağ, onda ağlın başıva gələcəy səbrri ol ay fahişə, ay Niqu, Niqu bu respublikada bir kişi çıxıb demədi e Dənizin əxlaqında zərrə qədər prablem var bir adam demədi bu sözü amma sənin əxlaqınnan bağlı nə qədər insanlar bizi yığdı hamı bizə nə dedi, dedi fahişədi o yanırsan e, yan narahat olma, nə ağlıyıb özümü yaman günə qoyacam, nə özümü xəstə salacam, nə gözəlliyimə xələl gətirəcəm on on beş gün, yirmi gün Bakıdayam, onnan sora uçuram Maskvaya gedirəm daha da pul qazanıb, daha da çoxlu işlər görəm sənsə burda yanasan, gəlib efirlərə çıxacam, qayıdacam Maskvaya. Video-7 (2 dəqiqə 30 saniyə): Sən kişiciksən Cabbar, sənin qeyrətin vicdanın yoxdu, mən artıx, mən, Dəniz,çünki mən sözü üzə deyənəm, sənə deyirəm ki sən kişi deyilsən. Mən də sənin atavı söyəcəm ömür boyu, çünki qorxaxsan, qorxax, qorxax olmasan, gedib polisdə zadnıya atmarsan polis mənə deyəndə, ki qarşı tərəf deyir ki Dəniz də bizi söyür, deyirəm bəli, o məni bir dəfə söyür mən onu yüz dəfə söyürəm, cəzası nədi çəkim, mən belə qızam, mərd, qorxmuram, qanun hamı üçün qanundu, sizi mən bilirsiz neyliyəcəm, sizin qazıvızı elə alacam bu Bakı şəhərində efirdən qorxursuz ki əri çıxıb bizi biyabır eliyəcəy qalmısız telekanallara tapşıra-tapşıra sosial şəbəkəni əlimnən alacaqsız, açıram danışıram, əcəb eliyirəm hər gün on adam məlumatlıdısa bu məsələdən, fso da rüsvaysız, toy bazarıvız şərəfsizlər, əqidəsizlər, zadniyə atan qorxağ kişicik, kül sənin kişi başıva polisin nəyinnən ölüb qorxursan vermişəm şikayət, get dalında dur da dalında dura bilmirsən, nəyə söyürsən klavyatura arxasında əjdaha olmusan, dünya dərəbəyliydi pozğunuvun başını bağlıya bilmirsən bir kişi bir qadına ya sahib çıxmalıdı, ya o qadının başını buraxmalıdı sən nə sahib çıxmırsan, nə də başını buraxmırsan nə istiyirsən o Nigardan ki, Nigarı mən düşman qazanmışam Nigar da baxın aa, izahatda yazılır ki, Nigar müğənnidi, yanıma gəlibgedəndə, Dəniz isə müğənni olmaq istiyir bax siz öləsiz, Nigar hansı efirə çıxıb, Dəniz efirlərə çıxır, hə Nigar hansı təhsili alıb, Dəniz dayanmadan təhsil alır, Dəniz dayanmadan mahnı buraxır, hə mənə bilirsiz polislər nə dedilər, dedilər gözəlsiz, paxıllığıvızı çəkillər, gedin işivizi işliyin Niqu görürsən, cındır kökündəsən, cındır kökündə, əyniyə paltar tapmırsan mən ama yaşıyıram bəy balası kimi sənin məqsədin oydu ki, məni camaata əxlaqsız kimi tanıtdırasan, o da mənə o qara ləkə yapışmaz, narahat olma” Video-10 (bir dəqiqə 17 saniyə): Ay Cabbar, arvad, cındır, qorxmursansa telefonuma niyə cavab vermirsən? cavab ver də yığıram səni, hə mən niyə bir adamın zəngin geri çevirmirəm, cavab verirəm, hə Siz başdan ayağa hamınız başdan qrijasız, anormalsız, ölün, toy bazarıvızı yox elədim qalmısız, dostun tanışın toyun paylaşırsız, hələ çox yanacaxsız canıvız çıxsın, ilişəndə bilərdiz ki kimə ilişirsiz, mənə yox da day bına bax, bütün günü söyür burda, çünkü aldığı tərbiyə budu, ana atanı atıb peysərə, ana başqa kişiynən görüşür, bu ailənin qızı bu olcağ da bunnan artıx mən buna nə edim durub mənə tərif yazası deyil ki, fahişə ailədən çıxmış fahişə qızıdı durub bütün günü kişi söyüşü yazır, sənin kül başıva, nə gündəsən sən. 1) Video-15 (2 dəqiqə 55 saniyə): - Tərbiyəsizin qızı, alçağın qızı, biqeyrətin qızı - Sürsünlər ki sürüm də - Hə, bax özümə hörmət etmiyəndə niyə eləmişəm - Ay Atası biqeyrət, anası kişilərnən sevgili olan atasınnan xəbəri olmuyan - Sənin dədən kişidi? - Evində arvadı başqa kişiynən görüşür, soxum sənin atavın boyunu yerə - Bax Zor edirəm səni təhqir edirəm, əcəb edirəm - Gəlsin kimsə mənə desin ki onu niyə təhqir eliyirsən - Deyəcəm bir ildi mən təhqir olunuram, neyləməliyəm - A itin qızı, a şərəfsizin qızı, ay alçağın qızı, ay biqeyrətin qızı, get anavın dərdini çək da - Kişi qucağındadı, atan ola ola - Soxum sənin atavın boyun yerə, bunu istiyirsən, hə - Belə səni soxum yerə - Ay milət girin baxın instaqramnan, adı Definədi - Definə ofisal, Nigar adı, əsl adı həyatda Nigardı, Niqu - Bunu istiyirsən, deyim ki atan kişidi, kişi deyil, peysərdi, anavı saxlıyır - Hə, anan on ildi bir kişinin qucağında yatır, soxum sənin atavın boyun yerə - Öl ə, bunu istiyirsən, nə qədər yazacağsan o qədər səni pis yerinnən vuracam - Sənin sınan yerin var həyatda, mənim sınan yerim yoxdu - Çünki sənin başıvı anan yerə soxub, sən, indi də sən atavın başını yerə soxursan - Zatən sizdə qeyrət yoxdu, sənin qeyrəti dayılarıvın olsa anavın başını kəsər qoyar böyrü üstə - Day, nəsildən çıxartmaz, deməz ki o bizim qızımız deyil - Sizin içinizi mən açım qoyum orqanın qarşısına, bu dövləti, bu vətəndaşların qarşısına - Siz onda görəcəksiz ki siz kimnən baş-başa gəlmisiz, səbrri olun - Ay insanlar, mənə yazan Cabbarın sevgilisi Nigardı, X6 - Mənnən vətəndaşın nə işi var - Vətəndaş məni nə üçün söysün gecə-gündüz, hə - Ay soxulcan, nə istiyirsən mənim səyfəmdən - Sən söyə bilirsən, biz söyə bilmirik, əcəb edirəm söyürəm - Kimsə mənə heç nə deyə bilməz, mən bu gün məhkəmədə də dedim ki mən onu öldürüb qatil olacam - Çünki məni o həddə çatdırıb - Söy də davam elə - Dəniz qızışdı, səsivi kəsdin, itin qızı, küçə itisən e sən mənim üçün, küçə, bomujun qızısan - Adı Definadı Məhkəmə iclasında X22 xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, X13 ilə səsyazma “İlkin Music” səs yazma studiyasında tanış olmuşdur. O, həmin studiyada 13500 manat verərək çalışmışdır və 1500 manat isə Cababar Musayevə müəllim kimi onu öyrətməsi müqabilində vermişdir. Cabbar Musayev bir gün gəlmiş və ona Nigar Qasımzadənin həyatında olan qadın olduğunu və qısqanclıqla bağlı münaqişələr yaşandığı üçün Nigar Qasımzadənin də onunla bir yerdə studiyada oturacağını bildirmişdir. İlk əvvəl Nigar Qasımzadənin oturmasına razı olduğunu və ilk dərsdən etibraən Cabbar Musayevin haləının dəyişdiyini hiss etdiyini bildirmişdir. İlkin də sonra ona Nigarın qısqanc olduğunu bildirmişdir. Dərslər hər dəfə təxirə salındığını, teztez dərs vaxtı fasilələr verildiyini bildirmişdir. Aranjeman işi İlkində olduğu üçün ona pul verdiyini və studiyada rahat çalışmaq istədiyini bildirdiyini qeyd etmişdir. Üçüncü dəfə Cabbar Musayevə belə davam etməyəcəyini, bu kimi qısqanclıqları özünə yaraşdırmadığını bilidrmişdir. Cabbar Musayev ona bir daha belə neqativ halların olmayacağına Nigarın artıq onunla eyni otaqda oturmayacağına vəd vermişdir. Lakin yenə pu hallar davam etmiş, nəhayət 4-cü dərsdə, may ayında qısa yaşıl don geyindiyini, Nigarın ona düz otur deməsinin ona pis təsir etdiyini bildirmişdir. O zaman Cabbar usayevə bir daha Nigarı görmək istəmədiyini bildirmiş, İlkinə isə belə halalr təkrarlanarsa ödədiyi pulları geri tələb edəcəyini dediyini qeyd etmişdir. İlkin o zaman X23 X24 telefonunda əngəllədiyini bildirmişdir. Bundan sonra sosial şəbəkələrdə X21 görüşdüyü barədə əsassız və əxlaqsız fikirlər səslənməyə başlamışdır. Hətta anası və qızının ünvanına əxlaqsız sözlər deyildiyi, söyüldüyünü bildirmişdir. Dəniz Əsədova ifadəsində göstərmişdir ki, X7 üzr istəməsini tələb etdiyini əks təqdirdə onu polisə verəcəyini bildirmişdir. Cabbar Musayev də o zaman ondan Nigarın yerinə üzr istədiyini, iti yiyəsinə görə sayarlar deyərək Dənizi sakitləşdirməyə çalışdığını bildirmişdir. 2021-ci il in oktyabr, noyabr ayından etibarən onu Nigar Qasımzadənin təhqiq etdiyini bildirmişdir. Xakker vasitəsi ilə onu təhqir edən şəxslərin İP ünvanını tapdığını və həmin şəxsin Nigar Qasımzadə olduğunu qeyd etmişdir. Daha sonra youtube platformasında ona məxsus videoya Nigar Qasımzadənin neqativ məzmunlu şərhlər yazdığını, “Geyimin pisdir, zövqü yoxdur” deyildiyini qeyd etmişdir. Nigar Qasımzadənin hər kəsə “Dəniz qəhbədir, kişiylə görüşür” dediyini, hətta tanımadığı nömrələr özünə zənglər edildiyini və pulla görüş təklif edildiyini bildirmişdir. Namus baxımından alnıaçıq olduğunu, qızına və ölmüş anasına dil uzadıldığı üçün onu təhqir etdiyini, onu bu həddə Nigar Qasımzadənin gətirdiyini bildrimişdir. Əməlindən peşman olmadığını qeyd etmişdir. Himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X1 Dəniz Elman qızı ilə 2021-ci ilin yay aylarında tanış olduğunu, ikisinin də eyni studiyada mahnı yazdırmağa getdiyini bildirmişdir. Tanış olduqdan 1-2 ay sonra günahı olmayayaolmayan Dəniz Əsədova tərəfindən təhqirlərə məruz qaldığını, məsələni aydınlaşdırmaq üçün ona zəng edərək görüşmək istədiyini bildrimiş Dəniz Əsədova onun görüşmək istəmədiyini bildirərək anasının ünvanına söyüş söydüyünü demişdir. Nigar Qasımzadə anasını söymədiyini desə də telefonda onun atasının kişi olmadığını bildirərək sağollaşdıqlarının bildrimişdir. 6 ay müddətində sosial şəbəkələrdə təhqiqrlər davam etdiyini və nəhayət məhkəməyə müraciət etməyə məcbur olduğunu bildrimişdir. Qeyd olunanları nəzərə alıb, X12 azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X5 nümayəndəsi və vəkili Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun çıxış edərək, X12 AR CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materialalrında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/699-4/704-5/554 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1. Tədqiqat zamanı tədiqiq olunan video görüntülərin “Tik-tok” sosial şəbəkəsində “canlı yayım” aparılan zaman “Mobizen” ekran qeydedici proqram təminatı vasitəsilə qeydə alınması müəyyən olundu. Həmin video görüntülərə baxış zamanı video təsvirlərin yayımlandığı tarixə dair hər hansı bir texniki qeyd müəyyən edilməmişdir. Lakin video təsvirlərin qeydə alındığı cizahın çəkiliş aparılan zaman saat göstəricisinin real saatla uyğun olub-olmamasını hazırda yoxlamaq mümkün olmadığından həmin video görüntülərin dəqiq yayımlandığı vaxtı fləş kartın yaddaşında olan video fayllar əsasında müəyyən etmək mümkün deyildir.2. Ekspertizaya təqdim edilmiş 1 ədəd fləş yaddaş kartında olan mübahisəli videofonoqramlardakı görüntülərdə montaj əlaməti üçün xarakterik olan kəskin səhnə dəyişikliyi, videofonoqramlardakı danışıqlarda situasiya ilə əlaqəli olmayan cümlələrarası və ifadələararası məntiqi rabitənin pozulması, danışıq siqnalında keçid prosesi üçün xarakterik siqnalın olması və akustik şəraitin kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı. 3.1 Təqdim olunmuş 1 ədəd fleşkartda olan “Whatsapp Video 2022-03-01 at 10.03.08 AM.mp4”, Whatsapp Video 2022-03-01 at 10.05.02 AM.mp4”, “Whatsapp Video 2022-03-01 at 10.05.35 M.mp4”, Whatsapp Video 2022-03-01 at 10.06.32 AM.mp4”, video-20- 3 dəqiqə 27 saniyə.mp”, “video 20-3 dəqiqiə 27 saniyə.mp4” adlı videogörüntülərdə işlədilmiş rəyin tədqiqi hissəsində göstərilən söz və ifadələr təhqiredici məlumatlat hesab olunur. 3.2. “Whatsapp Video 2022-03-01 at 10.03.08 AM.mp4”, Whatsapp Video 2022-03-01 at 10.05.02 AM.mp4”, “Whatsapp Video 2022-03-01 at 10.05.35 M.mp4”, Whatsapp Video 2022-03-01 at 10.06.32 AM.mp4”, video-20- 3 dəqiqə 27 saniyə.mp”, “video 20-3 dəqiqiə 27 saniyə.mp4” adlı videogörüntülərdə səslənmiş söz və ifadələr X13 adlı şəxsə ünvanlanmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, X22 CM-in 178.3.2, 32.4.312.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3, 69.3, 70-ci maddələrinə müvafiq olaraq 02 il sınaq müddəti ilə 04 il 09 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022ci il tarixdə Bakı Apellyasiya məhkəməsinin qərarı ilə barə\sində təyin edilmiş şərti məhkum etmənin çəkilməmiş qalan hissəsindən azad edildiyindən qeydiyyatdan çıxarılmışdır. Həmçinin işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-230/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə X22 CM-nn 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək aylıq qazancından 20% məbləğində pul tutulmaqla 06 ay müddətə islah işləri cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 83.3.2-ci maddsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. X2 məhkumluğu ödənilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, himayəsində xx.xx.2010-cu ildə doğulmuş X15 və xx.xx.2011-ci il tarixdə doğulmuş X16 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxs X22 tərəfindən 02 yanvar 2022-ci il tarixdən başlayaraq ayın müxtəlif günlərində “TikTok” sosial şəbəkəsində X18 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videoda, yəni kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında xüsusi ittihamçı X5 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etməsi, yalan olduğunu biləbilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaymaqla böhtan atması ilə bağlı xüsusi ittiham qaydasında şikayətin dəlillərinə münasibət bildirərək hesab edir ki, həmin dəlillər əsaslıdır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş, biri digərini tamamlayan mötəbər sübutlarla açıq-aşkar təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxs X12 iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “TikTok” sosial şəbəkəsində X18 məxsus "deniz_esedova_offıcial” səhifəsində 02 yanvar 2022-ci il tarixdən başlayaraq ayın müxtəlif günlərində yaydığı videolardan görünür ki, o, həmin kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında X8 “Ay camaat mənə yazan Cabbarın sevgilisi Nigardı, X6”, “Anan da paylamağdan bezib. Az, altı, bazardı anan gəlib də yanıva. Sənnən niyə məşğul olmur, fahişə. Vüqar məllim mənim tarix məlimim olub. ... Mənim anamın qızı səni içəri qoyduracağ, onda ağlın başıva gələcəy, səbrri ol. Ay fahişə, ay Niqu, Niqu, bu respublikada bir kişi çıxıb demədi e Dənizin əxlaqında zərrə qədər prablem var. Bir adam demədi bu sözü. Ama sənin əxlaqınnan bağlı nə qədər insanlar bizi yığdı. Hamı bizə nə dedi, dedi fahişədi o. Yanırsan e, yan”, Şərəfsizin qızı, alçağın qızı, biqeyrətin qızı. Sürsünlər ki sürüm də. Hə? Bax, özümə hörmət etmiyəndə neynəmişəm? Ay atası biqeyrət, anası kişilərnən sevgili olan atasınnan xəbəri olmuyan. Sənin dədən kişidi? Evində arvadı başqa kişiynən görüşür, soxum sənin atavın boyunu yerə. Bax, zor edirəm səni təhqir edirəm, əcəb edirəm. Gəlsin kimsə mənə desin ki, onu niyə təhqir eliyirsən. Deyəcəm bir ildi mən təhqir olunuram, neynəməliyəm? A itin qızı, a şərəfsizin qızı, ay alçağın qızı, ay biqeyrətin qızı, get anavın dərdini çək daa. Kişi qucağındadı, atan ola-ola. Soxum sənin atavın boyun yerə. Bunu istiyirsən? Hə? Belə səni soxum yerə? Ay millət, girin baxın İnstaqramnan, adı Definədi. Definə ofisal. Nigar adı, əsl adı həyatda Nigardı. Niqu.” Məzmunlu çıxış etməklə kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatlarında yalan olduğunu bilə-bilə X9 böhtan atmışdır. X22 bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsində göstərilən cinayət əməlini törətmişdir. İş üzrə təsvir olunanlardan görünür ki, X3 Nigar Çingiz qızının Cabbar Musayevlə başqa formada münasibətinin olmasını deməsi heç bir sübuta söykənmir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (De Haes və Gijsels, § 42 vəLingens, § 46). Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə, isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Bu mənada məhkəmə, xüsusi ittihamçı X5 mövqeyilə, yəni təqsirləndirilən şəxs X12 02 yanvar 2022-ci il tarixdən başlayaraq ayın müxtəlif günlərində “TikTok” sosial şəbəkəsində X18 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videolarda onu “ay qəhbə”, “ay cındır”, “ay fahişə”, az götün çatır yaz”, ay pozğun” ............” məzmunlu ifadələrini səsləndirməklə xüsusi ittihamçının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldıb onları təhqir etməsinin baş verməsi ilə razılaşır və qeyd edir ki, təqsirləndirilən şəxs X22 bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 148-ci maddəsində göstərilən cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər (5-ci bənd). Bundan başqa təqsirləndirilən şəxs X12 iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “TikTok” sosial şəbəkəsində X18 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videodan görünür ki, D.Əsədova çıxışında “Musiqiçi, şey, musiqiçi, sintizator çalan Cabbar var e, şey, İmişlidə, İmişlili, Könül Kərimovaynan işliyir e dostlar. O altı ildi Nigar adlı bir qıza ilişib, Nigar da onu şantajnan əlində saxlayır. Səhnə adı da Dəfilədi, girin səhifəsində baxın” kimi ifadələr işlətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs X22 “TikTok” sosial şəbəkəsində X18 məxsus "deniz_esedova_offıcial” səhifəsində yaydığı videoda səsləndirdiyi “Musiqiçi, şey, musiqiçi, sintizator çalan Cabbar var e, şey, İmişlidə, İmişlili, Könül Kərimovaynan işliyir e dostlar. O altı ildi Nigar adlı bir qıza ilişib, Nigar da onu şantajnan əlində saxlayır. Səhnə adı da Dəfilədi, girin səhifəsində baxın” ifadələrinin həqiqiliyini təsdiq edəcək sübut məhkəməyə təqdim edə bilməmişdir. “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun (5-ci bənd). Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Belə olan halda aydın olur ki, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X22 xüsusi ittihamçı X9 qarşı CM-in 147.1 və 148-ci maddələrində göstərilən cinayət əməlləri törətdiyindən həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzudedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə qeyd edir ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X22 ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, ittiham və müdafiə tərəfinin də təqdim etdiyi kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmış yuxarıda göstərilən məlumatlara, ekspert rəyinə, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır cinayət əməlininin təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində göstərilmiş himayəsində 2 azyaşlı uşağın olması nəzərə alınmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Buna görə də, təqsirləndirilən şəxs X12 əməllərinin tövsif olunduğu maddələrin sanksiyası hüdudlarında islah işləri cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin ediləcək həmin cəzalar tam toplanılmalıdır. Cinayt Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Sözügedən maddənin tələbinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. X22 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 4 (dörd) ay müddətə islah işləri, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 04 (dörd) ay müddətə islah işləri cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X18 təyin olunmuş cəzaları tam toplamaq yolu ilə ona qəti olaraq, aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 08 (səkkiz) ay müddətə islah işləri cəzası təyin edilməlidir. Hal-hazırki hökmlə təyin olunmuş cəza Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-230/2022 saylı, xx.xx.20222-ci il tarixli hökmü ilə X22 üzərində saxlanılmış 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaqla qəti olaraq X12 üzərində aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətə islah işləri cəzası saxlanılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. X22 islah işləri cəzasını iş yeri üzrə çəkməli və cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası X12 yaşayış yeri üzrə icra qurumuna həvalə edilməlidir. X12 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin iş üzrə ekspertizanın keçirilməsinə çəkilmiş xərc 200 manat (iki yüz) X11 tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə hesab edir ki, 1 ədəd fləş kart iş materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X22 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 4 (dörd) ay müddətə islah işləri, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 04 (dörd) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X18 təyin olunmuş cəzaları tam toplamaq yolu ilə ona qəti olaraq, aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 08 (səkkiz) ay müddətə islah işləri cəzası təyin edilsin. Hal-hazırki hökmlə təyin olunmuş cəza Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-230/2022 saylı, xx.xx.20222-ci il tarixli hökmü ilə X22 üzərində saxlanılmış 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaqla qəti olaraq X12 üzərində aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətə islah işləri cəzası saxlanılsın. X22 təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəksin və cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası X12 yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. X12 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin İş üzrə ekspertizanın keçirilməsinə çəkilmiş xərc 200 manat (iki yüz) X11 tutulub dövlət nəfinə keçirilsin. 1 ədəd yaddaş kartı iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-229/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-229/2022
04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver