Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-231/2023 25.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X1, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxx 1966-cı il tarixdə İsmayıllı rayonu, Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 09 il müddətinə azadlıqdan məhrum etmə və 1.500 (min beş yüz) manat cərimə cəzası təyin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 1.500 (min beş yüz) manat cərimə cəzası təyin olunmuş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, ‘8 Noyabr-Zəfər Günü münasibətilə aministiya elan edilməsi haqqında’ Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinin təsiri altına düşdüyündən Bakı Şəhər Probasiya idarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cərimə cəzasından azad edilərək xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmış, barəsində 23 noyabr 2022-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 9-da qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ağayev küçəsi, ev 1-də yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, Zərərçəkmiş şəxs oğlu X9 təhsil aldığı Türkiyə Respublikasının «Çankara Turizm» İnstitutundan Azərbaycan Respublikası İdman Akademiyasına köçürəcəyinə dair yalan vəd verib aldatmaqla, ilkin olaraq 2021-ci ilin may ayının sonlarında ünvan 1 ünvanında yerləşən «Yağmur» qadın geyimləri mağazasında Zərərçəkmiş şəxs 3.000 (üç min) manat, daha sonra isə 02 iyul 2022-ci il tarixdə, saat 15 radələrində həmin mağazada 3.000 (üç min) manat pul və 1.500 (min beş yüz) manat dəyərində geyim əşyaları alıb, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 7.500 (yeddi min beş yüz) manat məbləğində pulu hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı müstəntiq onu bir dəfə dindirmişdir. Daha sonra müstəntiq onun saxlandığı müvəqqəti saxlama yerinə gələrək, orada ona sənədlərə imza etdirmişdir. O kağızları oxumaq istəyəndə, ona “səni buraxacam, oxumağa ehtiyac yoxdur” sözlərini deyərək, sənədləri oxumağına icazə verməmişdir. Ona görə də ifadəsini və digər sənədləri oxumadan imzalamışdır. Zərərçəkmiş şəxs 2021-ci il mart ayında tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsində yerləşən «Yağmur» qadın geyimləri mağazasını işlədir və o da həmin mağazanın daimi müştərisi olmuşdur. O, Zərərçəkmiş şəxs ayrı-ayrı vaxtlarda 1000 manat və 700 manat pul vəsaitini borc olaraq almış, həmçinin 200 manat dəyərində nisyə çəngəl-bıçaq dəsti almışdır. Daha sonra aldığı pulları geri qaytarmaq istəyəndə Zərərçəkmiş şəxs tapa bilməmişdir. Hazırda Zərərçəkmiş şəxs olan borcunu ödəməyə maddı imkanı yoxdur, ama imkanı olan kimi ilk olaraq ona olan borcunu ödəyəcəkdir. Ona verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ayrı-ayrı vaxtlarda 1000 manat və 700 manat borc pul, 200 manat dəyərində isə nisyə mal almış, həmin borcdan geriyə ödəniş etməmiş, borcunu ödəmək üçün bir neçə dəfə mağazaya və evinə getmiş, lakin onu tapmadığı üçün borcunu qaytara bilməmişdir, maddi imkanı olanda borcunu geri ödəyəcəkdir, ona ibtidai istintaq zamanı ifadə verərkən hədə qorxu və təziq olmamışdır, ibtidai istintaq zamanı da hazırda verdiyi kimi ifadələr vermişdir, lakin ifadələrini oxumadan imza etmişdir, ona elan edilmiş ittiham uydurmadır, əvvəllər Təhsil Nazirliyinində işləməmişdir, özünü Zərərçəkmiş şəxs Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə özünü CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilmədiyini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı MKR, S.Məmmədova küçəsində yerləşən «Yağmur» adlı mağazada qadın geyimlərinin satışı ilə məşğuldur. 2021-ci ilin mart ayından etibarən tanıdığı, onun mağazasına müştəri kimi gələn Təqsirləndirilən şəxs onunla yaxın münasibət qurmuşdur. Mətanət yalandan özünün Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində işlədiyini demiş, oğlu X6 həmin dövrlərdə Türkiyə Respublikasında, X7 1-ci kursda oxuduğunu bildiyindən Təqsirləndirilən şəxs ona 6.000 manat versə oğlunun Türkiyədən Azərbaycanda olan İdman Akademiyasına köçürə biləcəyini demişdir. O, Mətanətə inanaraq onunla razılaşmışdır. 2021-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs Binəqədi rayonu, 6-cı mkr, S.Məmmədova küçəsində yerləşən «Yağmur» qadın geyimləri mağazasına gəlmiş, bu işlə bağlı Mətanətə 3.000 manat nağd pul vermiş, yerdə qalan 3.000 manat pulu isə düzəldib verəcəyini bildirmişdir. Birinci dəfə 3.000 manat pul verəndə tanışı Afət adlı şəxsdən 1.000 manat borc almış, həmin pulu Mətanətə verəndə də Afət adlı tanışı onun yanında olmuşdur. xx.xx.2021-ci il tarixdə digər 3.000 manat nağd pulu, özünə məxsus qızılları lombarda qoyaraq götürmüşdür. Mətənatə zəng etmiş və pulu hazırladığını bildirmişdir. Həmin gün saat 15:00 radələrində X1 deməsinə görə Təhsil Nazirliyində sürücü işləyən şəxsin gəlib ondan həmin pulu götürüb ona çatdıracağını və eyni zamanda gələn sürücüyə əlavə olaraq nisyə qadın paltarları, ayaqqabısı vıə çəngəl-bıçaq dəsti verməyini bildirmişdir. Sonradan həmin sürücü kimi ona təqdim edilən şəxsin Şahid2 adlı şəxs olduğunu bilmişdir. xx.xx.2021-ci ildə saat təxminən 15:30 radələrində Şahin adlı şəxs idarə etdiyi Mercedes markalı **-NR-*** dövlət nömrə nişanlı avtomaşınla onun mağazasına gəlmişdir. O, Təqsirləndirilən şəxs çatdırması üçün Şahid2 3.000 manat nağd pul və 1.500 manat dəyərində olan qadın geyimlərini vermişdir. Pul vəsaitini və qadın geyimlərini verdikdən təxminən bir saatdan sonra Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ona zəng edərək, 3.000 manat pulun və 1.500 manat dəyərində olan qadın geyimlərinin ona çatdığını bildirmişdir. Mətanət ona 2 ay müddətində, yəni 2021-ci ilin sentyabr ayına kimi oğlunun X5 Bakı şəhərində yerləşən İdman Akademiyasına köçürüləcəyinə söz vermişdir. Lakin Təqsirləndirilən şəxs verdiyi sözü tutmamış, oğlunun köçürülmə məsələsinə görə verdiyi 6.000 manat nağd pulu və nisyə olaraq verdiyi 1.500 manat dəyərində olan qadın geyimlərinin və digər əşyaların pulunu müxtəlif bəhanələr gətirərək geri qaytarmamışdır. Sonradan polisə şikayət edəndə öyrənmişdir ki, ona təhsil nazirliyinin sürücüsü kimi təqdim etdiyi şəxs Şahid2 Təhsil Nazirliyinin sürücüsü deyil, Mətanətin əridir. Mətanət yalandan ərini Təhsil Nazirliyinin sürücüsü kimi təqdim edib onu aldatmışdır. Mətanəti əvvəllər tanımamışdır, mağzaya gəlib gedən müştəri kimi tanımışdır. Ümumilikdə Mətanətə 6.000 manat nağd pul və 1.500 manat dəyərində olan qadın geyimləri vermişdir. Mətənatə birinci dəfə 3.000 manat verəndə yanında Afət adlı tanışı olmuşdur. İkinci dəfə 3000,00 manat pulu və 1500,00 manat dəyərində qadın geyimlərini Təqsirləndirilən şəxs çatdırması üçün onun göndərdiyi, sonradan əslində Mətanətin əri olduğunu bildiyi Şahid2 verən vaxtı da yanında Şahid1 adlı tanışı olmuşdur. Mətanət ondan nağd qaydada 6000,00 manat və 1500,00 manat dəyərində qadın geyimləri və çəngəl bıçaq alaraq onu aldatmışdır. Bundan başqa lombarda qızıl qoyub pul götürdüyü üçün əlavə faizlər ödəmişdir. Həmin faizləri də Mətanətin ondan aldadaraq aldığı pula görə ödəmişdir. Bugünə kimi də aldadaraq ona vurduğu ziyandan bir manat belə ödəniş etməmişdir. Ona verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, oğlunu təhsil aldığı Türkiyə Respublikasından Azərbaycana köçürtmək üçün Təqsirləndirilən şəxs ondan ümumilikdə 6000,00 manat məbləğində nağd pul vəsaiti və nisyə olaraq 1500,00 manat məbləğində qadın paltarları, ayaqqabılar, sabolar, çəngəl qaşıq dəsti almış, 3000 manatı 2021-ci ilin may ayında, 3000 manat pul və 1500 manatlıq nisyə malları (pal-paltar, ayaqqabılar, sabolar, çəngəl qaşıq dəsti) 2021-ci ilin iyul ayında sonradan əri oluğunu bildiyi Şahinə Mətanətə çatdırmaq üçün verdiyini, Təqsirləndirilən şəxs özünü ona Təhsil Nazirliyinin işçisi kimi təqdim etdiyini, 1500,00 manat dəyərində malları guya nazirlikdə işləyən iş yoldaşlarına sataraq pulunu ona verəcəyini, Təqsirləndirilən şəxs köçürmə ilə bağlı oğlunun şəklini, hərbi biletini götürdüyünü, köçürmə ilə hər hansı ərizə yazdırmadığını, onun etibarını, inamını qazandığı üçün ondan şübhələnmədiyini bildirmişdir. Məhkəmədən təqsirləndirilən şəxs X3 tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu bildirərək onun barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs də o da ticarətlə məşğul olduqlarından 10 ilə yaxındır ki, bir birlərini tanıyırlar. Hazırda təqsirləndirilən Təqsirləndirilən şəxs Elnarənin 6-cı mkr, S.Məmmədova küçəsindəki «Yağmur» qadın geyimləri mağazasında görmüşdür və ordan tanıyır. Hər ikisi ticarətlə məşğul olduğundan o Elnarənin işlətdiyi dükanda tez tez olur. Mətanət Elnarənin mağazasında olduğu vaxt bir neçə dəfə Təhsil Nazirliyində işlədiyini, Elnarənin uşağının Bakıya köçürmə məsələsini həll edə biləcəyini bildirmişdir. Elnarə ona demişdir ki, oğlu X9 təhsil aldığı Türkiyə Respublikasının «Çankara Turizm» İnstitutundan Azərbaycan Respublikası İdman Akademiyasına köçürmək üçün Mətanətə müraciət etmiş və Mətanətə bu işi görmək üçün Elnarədən pul istəmişdir. Bu səbəbdən də, Elnarə 2021-ci ilin mayında ondan 1.000 (bir min) manat məbləğində borc pul istəmiş və o, həmin məbləği Elnarənin işlətdiyi mağazaya aparmışdır. Həmin vaxt Mətanət də mağazada olmuş və Elnarə ondan borc aldığı pulu və özündə olan 2.000 (iki min) manat məbləğində pulun üstünə qoyaraq, ümumilikdə 3.000 (üç min) manat məbləğində pulu onun yanında Mətanətə vermişdir. Bundan sonra 02 iyul 2021-ci il tarixdə yenə də Elnarənin işlətdiyi «Yağmur» qadın geyimləri mağazasında olan zaman Mətanətin əri olan Şahin adlı şəxsə 1.500 (bir min beş yüz) manat dəyərində qadın geyimləri, çəngəl bıçaq dəsti və 3.000 (üç min) manat məbləğində nağd pul vermişdir. Sonradan Elnarə ona demişdir ki, Mətanət onu aldatmış, oğlunun unversitetinin Türkiyədən Bakıya dəyişməsini yalandan ona demiş və hazırda Mətanəti tapa bilmir, pullarını geri ala bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Ağdaş rayonu, Hüşün kəndində qeydiyyatda olsa da, ünvan 4anında ailəsi ilə birlikdə yaşayır. Hazırda təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs onun rəsmi həyat yoldaşıdır və bu nigahdan xx.xx.2002-ci il təvəllüdlü İlahə adlı və xx.xx.2007-ci il təvəllüdlü Nailə adlı iki qız övladları var. Təqsirləndirilən şəxs həyat yoldaşı olduğundan ona ifadə verməmək kimi hüququnun olduğu ona izah edilmişdir, lakin ifadə vermək istədiyini bildirmişdir. Daha sonra o, ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı o dindirmə protokolunu oxumadan imzalamışdır. Buna səbəb onun latın qrafikasında yazıb-oxumağı bacarmamasıdır. Ona görə də istintaq zamanı yazılanlardan məlumatı yoxdur. Hazırkı cinayət işi ilə bağlı onu deyə bilər ki, Zərərçəkmiş şəxs da həyat yoldaşı vasitəsilə tanımışdır. Belə ki, Mətanətlə Elnarə arasında 550 manat bilet pulu söhbəti olmuşdur. Həmin pulun əvəzinə Elnarə xanıma rayondan nəhrə yağı, kənd toyuğu, balıq və digər kənd məhsulları gətirmişdir. Həmin kənd məhsullarını da Elnarə xanımın ünvan 2 ünvanında yerləşən «Yağmur» qadın geyimləri mağazasına aparıb özünə təhvil vermişdir. O Elnarə xanımdan 3000 manat pul və 1500 manatlıq nisyə mal götürməmişdir və bu barədə yazılanlar yalandır. Ona verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, cəmi 2 dəfə bazarlıq edərək Elnarə xanıma aparıb vermiş, hər dəfəsində təxminən 13-14 kq nəhrə yağı, 13-14 ədəd kənd toyuğu və 3-4 ədəd balıq vermişdir. Şahid2 məhkəmə icilasında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında kəskin ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə məhkəmə iclasında elan edilmişdir. Şahid2 ibtidai istintaqda vermiş olduğu ifadəsi elan edildikdən sonra ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsi alınan zaman ona fiziki və psixi zorakılıq olmamış, ona ifadə verməkdən imtina etmək hüququnun olduğu bildirilmiş, o könüllü olaraq ifadə vermiş, lakin ifadəni oxumadan imzalamış, onun ifadəsinin altındakı latın qrafikasında əl yazısı ilə yazılmış “İfadəni oxudum sözlərimlə düz yazılıb əlavəm yoxdur düzlüyünü imzamla təsdiq edirəm” cümləsi onun tərəfindən yazılmış, ifadənin sonunda adının qarşınındakı imza da ona məxsusdur. Ona latın qrafikası ilə yazıb oxuya bilmirsiniz, belə olan halda ifadəniz altında latin qrafikası ilə necə yazmısınız sualına müstəntiq tərəfindən latın qrafikası ilə yazmaq lazım olduğunu dediyi üçün güc bəla ilə yazdığını bildirmişdir. Ona ünvanlanmış digər suallara cavab olaraq isə bildirmişdir ki, mobil telefonu var və istifadə edir, mobil telefonunda da nömrələri kontakta latın qrafikası ilə qeyd edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli, 1(101)-970/2015 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə çəkilməmiş 1500 (bir min beş yüz) manat cərimə cəzası yeni hökmlə ona təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə ona qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə və 1500 (bir min beş yüz) manat cərimə cəzaları təyin edilmişdir. Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 27 aprel 2017-cil tarixli 7(011)-126/2017 saylı qərarının surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli hökmündən qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən 1,2,6-cı epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata həmin hissələrdə xitam verilmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli hökmü ilə təqsirli bilinərək təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 08 (səkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə ödənilməmiş 1500 (bir min beş yüz) manat cərimə cəzası ona təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1500 (bir min beş yüz) manat cərimə cəzaları təyin edilmişdir. Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli 7(011)-376/2018 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 1.500 (min beş yüz) manat cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə, cərimə cəzasından isə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli aministiya qərarının 2.11-ci bəndinə əsasən azad edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 190248-21-1/3-8249-18 saylı məktubundan görünür ki, X3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-870/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə çəkilməmiş 1500 manat cərimə cəzası yeni hökmlə ona təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə ona qəti olaraq 09 il müddətinə azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzaları təyin edilmişdir. AR CM-nin 68.2-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs cərimə cəzasının müstəqil icra edilməsi qərara alınmış, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Məhkum Təqsirləndirilən şəxs 1492 manat ödənilməmiş cərimə cəzası qalmışdır. Məhkum Təqsirləndirilən şəxs "8 X16 münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinin təsiri altına düşdüyü üçün Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cərimə cəzasından azad edilmiş və xx.xx.2021-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Şübhəli şəxsin tutulması haqqında 21 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 4(001)- 1311/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 12 (on iki) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 4(001)- 81/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 (iyirmi) gün müddətinə uzadılmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, “Mənə verilmiş 23 noyabr 2022-ci il tarixli qərarla elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə özümü təqsirli bilirəm. Mənə verilən suallara cavab olaraq göstərə bilərəm ki, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 9 ünvanında qeydiyyatda olsam da, ünvan 4anında ailəm ilə birlikdə yaşayıram. Mən, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə 3.000 manat cərimə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşam və xx.xx.2019-cu il tarixdə cəzamın sonu ilə azad olunmuşam. Mən, Zərərçəkmiş şəxs 2021-ci il mart ayında tanımışam. Həmin ərəfələrdə mən, Elnarənin sözlərindən bilmişəm ki, o, oğlu X9 X11 İdman Akademiyasına köçürmək istəyir. Həmin vaxt mənim maddi sıxıntılarım olduğundan pula ehtiyacım olduğu üçün fikirləşmişəm ki, Elnarəyə bu barədə yalan məlumat verib, yəni yalandan guya özümü Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində işlədiyimi deyib Elnarədən pul alaraq maddi sıxıntılarını ödəyə bilərəm. Bu səbəbdən mən, Elnarəyə özümü Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində işlədiyimi deyərək bildirmişəm ki, onun oğlunu müəyyən pul müqabilində X11 İdman Akademiyasına köçürə bilərəm. Elnarə mənimlə razılaşmış və mən Elnarədən 02 iyul 2021-ci il tarixdə 2.000 manat pul almışam. Mən, Zərərçəkmiş şəxs ilə telefonda danışdım və ərim Şahid2 pulu götürməsi üçün Zərərçəkmiş şəxs işlədiyi ünvan 2 ünvanında yerləşən «Yağmur» qadın geyimləri mağazasına göndərdim. Şahin də həmin mağazaya gedərək Elnarədən 2.000 manat pulu almış və gətirib mənə vermişdi. Bundan sonra mən, Zərərçəkmiş şəxs 200 manat dəyərində qaşıq dəsti və hazırda xatırlamadığım məbləğdə qadın geyimləri almışam. Sual: Əriniz Şahid2 Sizin hansı məqsədlə Zərərçəkmiş şəxs pul almağınız barədə məlumatı olmuşdurmu? Cavab: Xeyir, mən Şahinə demişdirm ki, maddi sıxıntılarım olduğu üçün Elnarədən borc pul alıram. X13 hansı məqsədlə pul almağım barədə məlumat verməmişdim. Sual: Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Siz özünüzü ona Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində işlədiyinizi və onun oğlu X9 6.000 manat pul müqabilində X11 idman Akademiyasına köçürə biləcəyinizi bildirmisiniz. Bu barədə nə deyə bilərsiniz? Cavab: Bəli, mən Elnarəni inandırmaq məqsədi ilə özümün Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində işləməyimi deyib, onun oğlunu müəyyən pul müqavbilində çankara X12 Akademiyasına köçürə biləcəyimi bildirmişəm. Lakin Elnarədən bunun müqabilində 2.000 manat nağd pul, 200 manat dəyərində qaşıq dəsti və hazırda xatırlamadığım məbləğdə qadın geyimləri almışam. Sual: Elnarə Məmmədaova ifadəsində bildirmişdir ki, Siz əriniz Şahid2 ona Təhsil Nazirliyinin sürücüsü kimi təqdim etmisiniz. Bu barədə nə dəyə bilərsiniz? Cavab: Xeyir, mən Elnarəyə bu barədə heç nə bildirməmişəm. Sual: Siz əvvəllər hər hansı şəxsi hansısa üniversitetə, instituta və ya akademiyaya köçürmüsünüzmü, ümumiyyətlə Sizin Təhsil Nazirliyində hər hansı əlaqələriniz varmı? Cavab: Xeyir, mən əvvəllər hər hansı şəxsi hansısa üniversitetə, instituta və ya akademiyaya köçürməmişəm və mənim ümumiyyətlə Təhsil Nazirliyində hər hansı əlaqəm yoxdur. Sadəcə Elnarənin oğlunu X8 İdman Akademiyasına köçürmək istədiyini bildiyim üçün və həmin ərəfədə maddi sıxıntılarım olduğundan düşündüm ki, Elnarədən bu adla pul ala bilərəm. Sual: İfadənizə əlavəniz varmı? Cavab: (əlyazma ilə) ifadəmi oxudum sözlərimlə düz yazılıb əlavəm yoxdur düzgünlüynü imzamla təsdiq edirəm.” İbtidai istintaq zamanı Şahid2 ifadəsində göstərmişdir ki, “İş üzrə mənə məlum olan hallarla bağlı göstərə bilərəm ki, Ağdaş rayonu, Kükəl ərazi dairəsi, Hüşün kəndində qeydiyyatda olsam da, ünvan 4anında ailəm ilə birlikdə yaşayıram. Təqsirləndirilən şəxs mənim arvadımdır və birgə nigahdan iki övladımız var. Mətanət Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə 3.000 manat cərimə cəzasına, Bakı Ağıir Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2019-cu il tarixində cəzasının sonu ilə azad edilmişdir. 02 iyul 2021-ci il tarixdə Mətanət ona bildirdi ki, ünvan 2 ünvanında yerləşən «Yağmur» qadın geyimləri mağazasına gedim və Elnarə adlı qadın Mətanətə verməsi üçün pul verəcəkdir. Mən də Mətanətdən nə məsələ olmasını soruşduqda, Mətanət mənə bildirdi ki, Elnarədən borc alıb sıxıntılarını həll edəcəkdir. Bu səbəbdən mən Mətanətin sözü ilə etibarnamə əsasında idarə etdiyim «Mercedes Benz» markalı, **-NR- *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanında yerləşən «Yağmur» qadın geyimləri mağazasına getdim və Elnarə adlı qadın mənə Mətanətə verməyim üçün 2.000 manat pul vermişdir. Mən də həmin pulu Elnarədən götürüb arvadım Mətanətə vermişdim. Sual: Arvadınız Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyində işləmişdirmi? Cavabİ Xeyir, Mətanət ümumiyyətlə Azərbaycan Respublikası Təhsil Nazirliyində işləməmişdir. Sual: Sizin arvadınız Təqsirləndirilən şəxs hansı məqsədlə Zərərçəkmiş şəxs pul alması barədə məlumatınız olmuşdurmu? Cavab: Xeyir, mənim bu barədə heç bir məlumatım olmamışdır, mən bu barədə Mətanət polis əməkdaşları tərəfindən tutulan zaman bilmişəm. Sual:Siz özünüz Azərbaycan Respublikası Təhsil Nazirliyində işləmisinizmi? Cavab:Xeyir, mən də ümumiyyətlə Azərbaycan Respublikası Təhsil Nazilriyində işləməmişəm. Sual: İfadənizə əlavəniz varmı? Cavab: (əlyazma ilə) “İfadəni oxudum sözlərimlə düz yazılıb əlavəm yoxdur düzlüyünü imzamla təsdiq edirəm.” Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs ümumilikdə 7500 manat pulunu qəsdən ələ keçirərək öz şəxsi məqsədlərinə xərcləyib vədinə əməl etməməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs əmlakını ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə ilk öncə təqsirləndirilən şəxsin rəsmi nikahda olduğu Şahid2 məhkəmə baxışında verdiyi ifadəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin ifadələr həyat yoldaşı, Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi daşıyır. Məhkəmə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini daha mötəbər hesab edir. Şahid həmin ifadəni oxumadan imzaladığını, ümumiyyətlə latın qrafikaslı əlifba ilə yazıb oxumağı bacarmadığını bildirsə də, o ibtidai istintaq zamanı könüllü olaraq ifadə vermiş, ona yaxın qohumu-arvadına qarşı ifadə verməmək hüququ izah edilmiş, o könüllü olaraq sərbəst qaydada ifadə verdikdən sonra öz əlyazması ilə ifadəsini oxumuş, onun sözləri ilə düzgün yazıldığını, əlavəsi olmadığını bildirmiş, məhkəmə baxışı zamanı da həmin yazıların onun tərəfindən yazıldığını etiraf etmişdir. Şahid2 Hicra oğlunun onun həmin yazını müstəntiqin diqtəsi ilə yazdığını deməsini də, məhkəmə həqiqətə uyğun hesab etmir. Çünki o mobil telefonunda da adları kontakta latın qrafikalı əlifba ilə qeyd etdiyini bildirir. Əgər şəxs həqiqətən latın qrafikalı əlifbada yazmağı və oxumağı bacarmırsa o zaman istifadə etdiyi mobil telefonda da adları kiril əlifbası ilə qeyd edərdi. Həmçinin o, istintaqda ifadə verərkən ifadəsinin sonunu latın qrafikalı əlifba ilə deyil, kiril əlifbası ilə də yaza bilərdi. Lakin tədiqiq edilmiş sübutlarla müəyyən edilir ki, o ifadənin sonunda latın qrafikalı əlifba ilə sərbəst və səhvsiz yazmışdır. Bundan başqa ona məhkəmə tərəfindən təqdim edilmiş iltizamda da, ad, soyad və ata adını özü sərbəst qaydada latın qrafikalı əlifba ilə yazaraq imzası ilə təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, onun latın qrafikalı əlifba ilə yazıb oxumağı bacarmamasını bildirməsi yaxın qohumu olan-həyat yoldaşını, hazırkı halda Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi daşıyır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs onun həyat yoldaşı olduğundan o, ümumiyyətlə ifadə verməkdən imtina etmək hüququna malik idi və buna görə qanunvericiliklə ümumiyyətlə hər hansı məsuliyyət nəzərdə tutulmamasına baxmayaraq, o, könüllü olaraq ifadə vermişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, zərərçəkən şəxsdən Təqsirləndirilən şəxs çatdırılması üçün pul vəsaiti və geyim əşyaları almışdır. Onun vasitəsi ilə alınmış vəsaitin məbləği barədə isə məhkəmə qeyd edir ki, həmin məbləğin 2.000 manat deyil, 3.000 manat məbləğində nağd pul formasında və 1.500 manat dəyərində geyim və digər əşyalar formasında olması həm Zərərçəkmiş şəxs həm də iş üzrə həmin halların bilavəsitə şahidi olmuş Şahid1 ifadələri ilə təsdiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə münasibətdə isə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs özünü CM-nin 178.2.4-cü maddəsində təqsirli bilməməsi məzmununda ifadə verməsi özünü müdafiə xarakterlidir, cinayət məsuliyyətinə cəlb olunmaq və cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə edilmişdir. Məhkəmə hesab edir ki, onun ibtidai istintaq zamanı ifadəsini oxumadan imzalaması həqiqəti əks etdirmir. Əvvəllər də dələduzluq cinayəti törətmiş və buna görə məhkum edilmiş şəxsin yenidən dələduzluq cinayətinə görə təqsirləndirildiyi cinayət işi üzrə verdiyi etirafedici ifadəsini oxumadan imzalaması inandırıcı deyildir. Bundan başqa şəxsin barəsində Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 4(001)- 1311/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilərkən, habelə həmin məhkəmənin 02 fevral 2023-cü il tarixli 4(001)-81/2023 saylı qərarı ilə həbsdə saxlama müddəti uzadılarkən məhkəmə iclaslarında təqsirləndirilən şəxs qismində cəlb etmə qərarını, habelə ifadəsini oxumadan imzalaması və müstəntiqin onu aldatması barədə hər hansı xüsusatı bildirməmiş, o yalnız həbsdə saxlanılması üçün prosessual əsasların olmadığını bildirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs barəsində bir dəfə həbs qətimkan tədbirinin seçilməsi və bir dəfə də həbsdə saxlama müddətinin uzadılması barədə məhkəmə qarşısına çıxarılmış, məhkəmə qarşısına çıxarılarkən məhkəməyə təqdim edilmiş sənədlərlə tanış edilmiş və o, bunların heç birinə etiraz etməmiş, müstəntiq tərəfindən aldadıldığını bildirməmişdir. Əgər o həqiqətən də müstəntiq tərəfindən aldadılaraq həmin sənədlərə imza etmiş olsaydı bununla bağlı məhkəmə qarşısına çıxarılarkən hər hansı xüsusatı bildirərdi. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs özünü CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli hesab etməməsi barədə ifadəsini iş üzrə digər sübutlarla qarşılıqlı şəkildə təqdiq edərək qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan ifadələr, eləcə də, məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs və şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan hallara istinad edilməklə qurulmuş müdafiəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarına əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1,449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs, edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. İş üzrə də müəyyən edilmişdir ki, nə təqsirləndiriən şəxsə, nə da onun həyat yoldaşı iş üzrə şahid kimi dindirilmiş Şahid2 ibtidai istintaq zamanı hər hansı fiziki və psixi zorakılıq tətbiq edilməmiş, həmin şəxslər hər hansı fiziki və psixi zorakılıqla bağlı nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki, məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət etməmişlər və bunları onların hər ikisi ifadəsində təsdiq etmişlər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, onun əvvəlki höküm ilə təqsirli bilindiyi CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası iki ildən beş ilədək müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən isə həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllər az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayətlər törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzasını çəkib qurtardıqdan sonra iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materialları ilə də müəyyən edilmidşir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi və CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunduğu 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından cəzasının sonu ilə xx.xx.2019-cu il tarixdə azad edilmiş, hazırkı cinayət əməlini isə 2021-ci ilin may ayının sonlarında və 02 iyul 2022-ci il tarixdində, yəni məhkumluğunun ödənilmədiyi dövrdə tötərmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən isə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında isə daha ciddi cəza kimi iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır ki, həmin maddəyə əsasən də Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) aydan az azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab etməyərək Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq ona həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli onun tutulduğu 21 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edildiyindən və hazırkı halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə əsasən müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 21 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın, maddi sübutun və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 45 (qırx beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 270 (iki yüz yetmiş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhər Binəqədi rayon 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Bakı şəhər Binəqdi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-231/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-231/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver