Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-231/2024 07.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022ci il tarixli 1(103)-728/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 16 (on altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya əldə edərək saxlamış, gəzdirmiş, daşınması və istifadə etmişdir. Belə ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mikrorayonda yerləşən cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində saxlanıldığı müddətdə istintaqa məlum olmayan vaxtda və mənbədən “Cəzaçəkmə müəssisələrinin X6” ilə qadağan olunmuş işlək vəziyyətdə istifadəyə yararlı – “Mini Phone” modelli, “**********38847, **********38847” imei kodlu, 1 ədəd “Nokia” markalı mobil telefon aparatını əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış, (050) ***-**-** nömrəli “Sim” danışıq kartı vasitəsi ilə qardaşı Şahid7 istifadəsində olan (055) ***-**-** nömrəli, əmisi Şahid8 istifadəsində olan (051) ***-**-** nömrəli və dostu Şahid9 istifadəsində olan (055) ***-**-** nömrəli mobil telefonla əlaqə saxlamaqla “Nokia” markalı mobil telefondan istifadə etmiş və 12 may 2023-cü il tarixdə, saat 09:30 radələrində müəssisənin əməkdaşları tərəfindən onun üzərində keçirilmiş axtarış-baxış zamanı əynindəki şalvarının arxa cibindən ***-***-**-** nömrəli «Sim» danışıq kartı və 5 saylı dəstənin yataqxanasında keçirilmiş axtarış-baxış zamanı ona məxsus paltar dolabındakı gödəkcənin iç cibindən qadağan olunmuş əşya olan həmin mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, üzərində aşkar edilmiş mobil telefonu 2023-cü ilin mart ayında cəza çəkdiyi müəssisənin həyətindən gəzişərkən tapmışdır. Həmin mobil telefonu o, şəxsi dolabında gizlətmiş və qohumları ilə telefon əlaqəsi saxlamaq üçün istifadə etmişdir. 12 may 2023-cü il tarixdə cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış tədbirləri zamanı əynində olan şalvarın cibindən 01 ədəd mobil nömrə, dolabında olan gödəkcəsinin cibindən isə 01 dədə mobil telefona aparatı aşkar edilərək götürülmüşdür. Hal-hazırda törətdiyi cinayət əməlindən peşman olmasını bildirib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 X3 Əməliyyat Şöbəsinin rəisi vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, əməliyyat məlumatı əsasında 5 saylı dəstədə aparılmış axtarış və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən sim kart, dolabdan isə gödəkcəsinin cibindən mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 X3 Rejim-nəzarət şöbəsinin baş inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən 11 saylı Cəzaçəkmə Müəssisəsində işləyir. Təqsirləndirilən şəxs ilə aralarında heç bir ziddiyyətli münasibət olmamışdır. 12 may 2023-cü il tarixdə saat 09:30 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında 5 saylı dəstədə tərəflərindən axtarış-baxış tədbirləri həyata keçirilmişdir. Həmin tədbir zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 ədəd Sim kart, dolabda olan gödəkcəsinin cibindən isə qara rəngli, “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əvvəl sim kartın və mobil telefonun ona məxsus olmadığını bildirsə də, istintaq dövründə özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Şahid3 və Şahid4 Şahid1 və X5 ilə oxşar məzmunda ifadələr verərək, sonuncuların göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Təqsirləndirilən şəxs 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə, 2023-cü ilin aprel və may aylarında təxminən 2-3 dəfə hal-hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə ona zəng edib hal-əhval tutmuşdur. Həmin vaxt onun istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 2023-cü ilin aprel-may aylarında 11 saylı cəzaçəkmə müəssisində cəza çəkən qardaşı Pərvin bir neçə dəfə onun istifadəsində olan mobil telefon zəng etmiş, ailə üzvləri ilə bağlı hal-əhval tutmuşdur. Onun qardaşı Təqsirləndirilən şəxs mobil telefonu haradan əldə etməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. Təqsirləndirilən şəxs 11 saylı cəzaçəkmə müəssisində cəza çəkərkən 2023-cü ilin aprel-may aylarında ona təxminən 1-2 dəfə mobil telefonla zəng etmişdir. Onun istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi var. Təqsirləndirilən şəxs onun xatırlamadığı nömrədən həmin nömrəyə zəng etmiş, lakin o, Pərvinə zəng etməmişdir. O, Pərvindən mobil telefonu haradan əldə etməsini soruşmamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid5 və Şahid6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələr elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü tarixli protokoldan görünür ki, əvvəlcədən əldə edilmiş məlumat əsasında müəssisə əməkdaşları tərəfindən 5 saylı dəstədə qeydiyyatda olan məhkum Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilərkən əynində olan şalvarın arxa cibindən “AZERCELL” danışıq kartı (***-***-**-**) və paltar dolabında olan gödəkcənin iç cibindən işlək vəziyyətdə olan 1 (bir) ədəd qara rəngli “NOKİA” markalı mobil telefon aparatı (İMEİ: **********38847, **********38847) aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 X3 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Həbsxanadan 11 saylı cəzaçəkmə müəssisəsinə qəbul edilmişdir. Müəssisəyə qəbul olunduğu ilk gündən onunla fərdi tərbiyəvi və profilaktiki söhbətlər aparılmış, hüquq və vəzifələri, eləcə də müəssisənin X6 izah edilmişdir. Müəssisədə cəza çəkdiyi müddət ərzində qanunvericilikdə nəzərdə tutulmuş qaydada məişət şəraiti ilə tam təmin olunmuş, ziddiyyətli münasibəti və ya düşmənçilik ədavəti olmamış, müəssisə əməkdaşları və məhkumlar tərəfindən ona qarşı heç bir fiziki və ya mənəvi təzyiq göstərilməmiş, qeyri-insani rəftara və işgəncəyə məruz qalmamışdır. Məhkumlar üçün nəzərdə tutulmuş telefon danışığı, görüş və digər hüquqlarından istifadə edir. Onun telefon danışığı və görüşdən istifadə etməyinə heç bir məhdudiyyət qoyulmamışdır. Cəzasını tam təhlükəsiz şəraitdə çəkməyi təmin olunur. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 11 saylı CMyə xx.xx.2022-ci il tarixdə həbsxanadan qəbul olunmuşdur. Müəssisəyə daxil olduğu gündən ona X6 ilə yanaşı, məhkumun hüquq və vəzifələri izah olunmuş, fərdi tərbiyəvi söhbətlər aparılmış, yataq yeri ilə təmin edilmişdir. Məhkuma iş planı tərtib edilərkən, onun fərdi xüsusiyyətləri, törətmiş olduğu cinayətin səbəbləri nəzərə alınmışdır. Məhkumun şəxsi işində olan istiqamətləndirməyə əsasən məhkum müəssisənin iş fəaliyyətini pozmağa yönələn hərəkətlər etməyə, özünü kobud apararaq və əməkdaşlarının qanuni tələblərini yerinə yetirməkdən imtina etməyə, onlara müqavimət göstərməyə, itaətsizlik göstərərək müəssisənin normal iş fəaliyyətini pozmağa, eyni zamanda məhkumlar arasında araqızışdırıcı söhbətlər apararaq narazılıqlar yaratmağa, əməkdaşlara iftira atmağa, qadağan olunmuş əşyalara, qanunvericilikdə nəzərdə tutulmayan imtiyazlara nail olmağa, özünə və ətrafındakılara xəsarət yetirməyə, intihar etməyə meyilli məhkum kimi profilaktiki qeydiyyata alınmışdır. Məhkumun şəxsi işindən göründüyü kimi, cəza çəkdiyi müddət ərzində rejim qaydalarını pozduğuna görə barəsində tənbeh tədbirləri tətbiq edilmişdir. Məhkum Təqsirləndirilən şəxs ilə aparılan fərditərbiyəvi söhbətlər zamanı buraxdığı səhvləri dərk etmir, profilaktiki söhbətlərdən özünə müsbət nəticə çıxarmaq istəmir. Törətdiyi cinayət əməlinin ağırlığını dərk etmir və peşmançılıq hissi keçirmir. Xasiyyətcə qapalı və dəyişkəndir. Məhkum Təqsirləndirilən şəxs ilə dəfələrlə söhbət aparılmasına baxmayaraq cinayət işi üzrə olan 308 manat 46 qəpik ekspertiza xərcini ödəməmişdir. Ailə üzvləri ilə görüş və məhkumlar üçün nəzərdə tutulmuş telefon qovşağı vasitəsi ilə əlaqə saxlayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2011-ci il tarixli 7- N №li qərarı ilə təsdiq edilmiş "Cəzaçəkmə müəssisələrinin X6"na 11-ci əlavədən görünür ki, mobil telefon cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər tərəfindən saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyadır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-728/2022 nömrəli hökmü ilə CM-in 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli 5/883 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, təqdim edilmiş daxilində “SİM” danışıq kartı olmayan bir ədəd “Nokia” markalı “Mini Phone” modelli proqram təminatında olan “**********38847, **********38847” imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş bir ədəd “Nokia” markalı “Mini Phone” modelli telefonun proqram təminatında olan “imei” kodla arxa tərəfindəki markalanma göstəricisində olan “imei” kod fərqlidir. xx.xx.2024-cü il tarixli və "xxxx" MMC tərəfindən təqdim edilmiş disklərdən görünür ki, Çərkəzov X1 Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə “Nokia” markalı mobil telefon aparatından istifadə edərək ***-***-**-** nömrəli danışıq kartı vasitəsi ilə qardaşı Şahid7 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon aparatına 24 aprel 2023-cü il tarixdə, saat 14:33:27, 17:48:31, 18:22:43, 22:16:51 radələrində və 06 may 2023-cü il tarixdə, saat 23:02:34 radələrində, eyni zamanda Şahid9 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon aparatına 06 may 2023-cü il tarixdə, saat 23:14:41, 23:15:10 və 23:21:31 radələrində, həmçinin əmisi Şahid8 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon aparatına 06 may 2023-cü il tarixdə, saat 23:04:37, 07 may 2023-cü il tarixdə, saat 11:51:47 və 08 may 2023-cü il tarixdə, saat 03:35:46 radələrində zənglər edilmişdir xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ***-***-**-** nömrəli “SİM” danışıq kartı və işlək vəziyyətdə 01 ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********38847, **********38847” imei kodlu mobil telefon aparatı maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş 02 ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 317-2.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və cəzasını çəkib qurtarmadan yenidən qəsdən cinayət törətmişdir. CM-in 18.4.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan onun əməlində cinayətlərin residivi yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 317-2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-728/2022 nömrəli hökmü ilə CM-in 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edildiyi16 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini hazırkı hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, CM-in 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-728/2022 nömrəli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-728/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi nəzərə alınmalı və barəsində qətimkan tədbiri seçilməməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş ***-***-**-** nömrəli “SİM” danışıq kartı və işlək vəziyyətdə olan 01 ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********38847, **********38847” imei kodlu mobil telefon aparatı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-728/2022 nömrəli hökmü ilə məhkum olunduğu 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) il 2 (iki) ay 17 (on yeddi) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 11 (on bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş cəzanın əvvəli 07 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-728/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi nəzərə alınsın və barəsində qətimkan tədbiri seçilməsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş ***-***-**-** nömrəli “SİM” danışıq kartı və işlək vəziyyətdə olan 01 ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********38847, **********38847” imei kodlu mobil telefon aparatı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-231/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-231/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver