Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-231/2025 05.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X15 Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,649 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü il tarixdə saat 07:30-da Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanında saxlanılaraq, ünvan 4əmin polis bölməsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 09:20-də üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,649 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam radələrində Nəsimi rayonunda yerləşən «Papanin» adlanan yerdən öz istifadəsi üçün 10 manata tanımadığı şəxsdən bir ədəd şəffaf sellofona bükülmüş psixotrop maddə metamfetamin alıb üzərində saxlamışdır ki, istifadə eləsin. xx.xx.2024-cü il tarixdə təxminən saat 07:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsində tanışı X8 ilə birlikdə olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və ona təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan metamfetamin adlanan psixotrop maddə boş zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ 7-ci PB-nin sahə inspektoru vəzifəsində çalışır və polis kapitanı rütbəsi daşıyır. xx.xx.2024-cü il tarixdə etimad doğuran, qərəzsiz mənbədən Binəqədi RPİ-nin 7ci PB-yə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin və psixotrop maddələrin gəzdirməsi, istifadə etməsi və daşıması ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs və X3 cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanmaları üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat 07:20 radələrində o, qrup üzvü Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis kapitanı X7, Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı X14 və Binəqədi RPİ 7-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru X9 ilə birlikdə ünvan 5 ünvanın yaxınlığına gəlmişlər. xx.xx.2024cü il tarixdə saat 07:30 radələrində yuxarıda göstərilən ünvanın qarşısında olan zaman orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs və X5 bənzəyən şəxsləri görmüşlər və onlara yaxınlaşmışlar. Özlərini onlara təqdim etdikdən sonra onları ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin 7-ci PB-yə dəvət etmişlər, onlar buna etiraz etmədikdən sonra onları bölməyə apararaq barələrində araşdırma aparılması üçün Təqsirləndirilən şəxs 7-ci PB-nin X13a, X6 isə 7-ci PB-nin baş təhqiqatçı Rəşad İsmayılzadəyə təhvil vermişlər. X13 ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı əşya olub olmaması soruşulduqda, o, olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir, lakin hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Tərəzi vasitəsi ilə bükümün çəkisi ölçülmüş və çəkisinin 0,72 qram olması müəyyən edilmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə olduğunu, həmin bükümü xx.xx.2024-cü il tarixdə «Papanin» adlanan yerdən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:30-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 21). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Büküm açıldıqda içərisində ağ rəngli kristal halında maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin, hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, i.v 31-32). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3929 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş AR DİN “Zərflər üçün № 176” möhür əksi, “Şübhəli şəxs: /imza/ Təqsirləndirilən şəxs; İştirak etdi: /imza/ Şahid2; /imza/ Şahid1” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,649 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,599 qram (cild 1, i.v 44-46). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 59). Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı MSY-dən azad edilmişdir (cild 1, i.v 80). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 5320 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.116-117). AZ-T 033965 nömrəli nikah haqqında şəhadətnamənin, AZ-İİ 627014 və AZ-İİİ 456145 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə X11 arasında nikah bağlanmış, onların bu nikahlarından 2010-cu il təvəllüdlü Məhəmməd və 2014-cü il təvəllüdlü Əli adlı övladları doğulmuşdur (cild 1,i.v.122-123). xx.xx.2024-cü il tarixli “DVD disk üzrə videoyazı məlumatların baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X13, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülmüş bükümü çıxardıb masanın üzərinə qoyur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü xx.xx.2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirir. Bundan sonra həmin büküm zərfə qoyularaq qablaşdırılır (cild 1, i.v 126) xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında və xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 0,649 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı 0,599 qram çəkidə olan psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etmələri nəzərə alınmaqla maddi sübut kimi tanınmış, 0,599 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həli edilənədək Binəqədi rayon polis idarəsində saxlanmış, 01 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 129-134). Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə amnistiya qərarına əsasən cəzadan azad edilmişdir (cild 1, i.v.90-102). Binəqədi rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Şövqi Əsgərov tərəfindən tərtib edilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb dilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış - Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, sonuncunun üzərindən götürülmüş tədqiqatdan sonra qalıq qalmış psixotrop maddə olan 0,599 qram metamfetamin isə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmişdir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, habelə xususı müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə maddi ziyan yoxdur. İş üzrə məhkəmə xərci 60 manat təşkil edir (cild 1, i.v.148). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X10” X20 xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: “Akademik M.A. Topçubaşov adına X18” PHŞ-də tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs “Anevrizmanın ləğvi. Sol xarici qalça, ümumi, dərin, səthi bud arteriyalarının bağlanması” cərrahiyyə əməliyyatından sonrakı vəziyyətinin olduğu, mütəxəssis müayinəsi zamanı isə sol aşağı ətrafın əzələlərinin işemik kontrakturası, qıc olmuş vəziyyəti və hissiyyatın pozulduğu müəyyən edilmişdir. Qeyd olunan xəstəlik xroniki gedişlidir. Təqsirləndirilən şəxs hazırki sağlamlıq vəziyyəti ilə əlaqədar onun məhkəmə iclaslarında iştirakı mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində iki azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında alternativ qaydada iki cəza növü – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə nəzərdə tutulmuşdur. Bu isə cəzanın təyini zamanı fərdiləşdirmə və fərdi hüquqi yanaşma prinsipini tətbiq etməyi zəruri edir. Cinayət hüququnun təməl prinsiplərindən biri olan cəzanın fərdiliyi prinsipinə əsasən, eyni hüquqpozmanı törətmiş şəxslərə mütləq şəkildə eyni cəzanın verilməsi zəruri deyil. Cəzanın məqsədi – sosial ədalətin bərpası, hüquqpozmanın qarşısının alınması və şəxsin islahına yönəlik olduğuna görə, məhkəmə hər bir şəxsin konkret vəziyyətini nəzərə alaraq qanun çərçivəsində ədalətli və proporsional qərar qəbul etməlidir. Təqsirləndirilən şəxsin əvvəllər də analoji hüquqpozmalara görə məsuliyyətə cəlb olunması məlumdur. Bu hal, şübhəsiz ki, onun mənfi xarakteristikası kimi qiymətləndirilməli və cəzanın təyini zamanı nəzərə alınmalıdır. Dövlət ittihamçısı da məhz bu mənfi faktoru əsas tutaraq, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını təklif etmişdir ki, bu mövqe də anlaşılan və hüquqi əsaslara söykənmiş sayıla bilər. Həqiqətən də, eyni tipli hüquqpozmaya təkrar yol verilməsi cəmiyyət üçün təhlükənin davamlı olduğunu göstərən əlamət ola bilər. Lakin cəzanın təyini yalnız keçmiş davranışlar əsasında deyil, hazırkı fərdi şəraitin, şəxsin real həyati durumu və davranışının dərin təhlili əsasında həyata keçirilməlidir. Məhkəmə, prosesin gedişatı zamanı təqsirləndirilən şəxsin məhkəmə iclaslarında iştirak edə bilməməsinin səbəblərini nəzərə alaraq, onun sağlamlıq vəziyyəti ilə bağlı şübhələrin obyektiv araşdırılması məqsədilə məhkəmə-tibbi ekspertizası təyin etmişdir. İş üzrə təqdim olunmuş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs sol aşağı ətraf əzələlərinin işemik kontrakturası, ayağın 5-ci barmağında çürümə, qıcolma və hissiyat pozğunluğu daxil olmaqla, ağır xəstəliklərdən əziyyət çəkir. Rəydə təqsirləndirilən şəxsin stasionar tibbi müalicə aldığı qeyd olunur. Göründüyü kimi təqsirləndirilən şəxsin səhhətində müşahidə olunan xəstəliklər xroniki gedişli və irəliləyici xarakter daşıyır. Belə xəstəliklər müalicəyə uzunmüddətli ehtiyac yaradır, fasiləsiz nəzarət və peşəkar tibbi müdaxilə tələb edir. Aydındır ki, təqsirləndirilən şəxsin səhhətində müşahidə olunan qıcolma hallarının qəfil baş verməsi və bu vəziyyətin vaxtında idarə edilməməsi isə şəxsin həyatına birbaşa təhlükə yarada bilər. Çünki belə hallar operativ və ixtisaslaşmış tibbi müdaxilə tələb edir. Bununla yanaşı, bu cür xəstəliklər daimi nəzarət və xüsusi qayğı tələb etdiyindən, təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsində saxlanması, həmin müəssisənin tibbi və təşkilati imkanları çərçivəsində də davamlı çətinliklər və humanitar problemlər meydana çıxara bilər. Məhkəmə bu baxımdan Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin müvafiq tətbiqi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin Dorneyanunun Ruminyaya qarşı (55089/13, 28 noyabr 2017) işi üzrə qəbul etdiyi hüquqi mövqeyə istinad edir. Həmin qərarda Məhkəmə açıq şəkildə qeyd etmişdir ki, terminal mərhələdə ağır xəstəlikdən əziyyət çəkən şəxsin penitensiar müəssisədə saxlanılması, dövlətin adekvat tibbi yardım təmin etməməsi fonunda insan ləyaqətini pozan, insanı əzaba məruz qoyan, dolayısı ilə isə Konvensiyanın 3-cü maddəsinin pozulmasına səbəb olan qeyri-insani və ləyaqətsiz rəftar formasıdır. Ona görə də Məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda təqsirləndirilən şəxsin fiziki vəziyyəti, irəliləyici tibbi pozuntuları və fasiləsiz müalicəyə ehtiyacı onun cəzaçəkmə müəssisəsində saxlanmasını həm hüquqi, həm tibbi, həm də humanist baxımdan məqbul sayılmaz. Bu səbəbdən, cəzanın məqsədinə – yəni şəxsin islahı və cəmiyyətə reinteqrasiyasına – azadlığın məhdudlaşdırılması cəza növü daha adekvat cavab verəcəkdir. Qeyd olunanları ümumiləşdirsək belə yekunlaşdırmaq olar ki, məhkəmənin tətbiq edəcəyi cəza – azadlığın məhdudlaşdırılması dövlətin cinayət hüququ vasitəsilə göstərdiyi hüquqi reaksiyanın zəruriliyini və əsaslılığını tam şəkildə təmin edir. Belə ki, törədilmiş əməlin ictimai təhlükəliliyi nəzərə alınaraq təqsirləndirilən şəxsə qarşı qanuni sanksiya tətbiq olunur, lakin bu sanksiya onun konkret sağlamlıq vəziyyəti, şəxsi durumu və tibbi ehtiyacları ilə uyğunlaşdırılmış, məqsədəuyğun və ölçülü hüquqi tədbir formasında həyata keçirilir. Bununla da dövlət öz hüquqi mövqeyini qoruyur, ictimai ədalət prinsipi təmin edilir, lakin eyni zamanda insan ləyaqəti və həyat hüququ tapdanmadan hüququn məqsədyönlü tətbiqinə nail olunur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (24 saatdan artıq) şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 5320 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,599 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 46 (qırx altı) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Həmin Qərara edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 42 saatın hər iş saatının 6 manatdan, 4 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 296 manat (42 saat x 6 AZN + 4 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi, ev 16) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,599 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X4, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 46 (qırx altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 296 (iki yüz doxsan altı) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-231/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-231/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver