Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-232/2020 10.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, “xxxxxx” ASC-nin “Bakı Sukanal” İdarəsinin Magistral xətlərdə təmirtikinti, qəza bərpa və quraşdırma sahəsində qəza bərpa işləri üzrə çilingər işləyən, məhkumluğu olmayan, Füzuli rayonu, Seyidmahmudlu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, döngə 1-də yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx xxxxx 2019-cu il tarixdə saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesində yerləşən “Şirvan” kafesinin qarşısında, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, Omarov Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə, qəsdən T.Omarovu itələyib yerə yıxmış və təpiklə baş nahiyəsindən vurub ona burun sümüklərinin yerdəyişən sınığı ilə müşayiət olunan burun əsasının qançırı, sağ alt göz qapağı və gözaltı nahiyənin qançırı, üst və alt dodaqların selikli qişasının əzilmiş yaraları, alt gözaltı nahiyənin qançırı, üst və alt dodaqların selikli qişasına əzilmiş yaraları, alt çənədə sol İ-İİ-İİİ dişlərin travmatik sınığı, alın, burun əsası və burun ucu nahiyələrinin sıyrıqları kimi bədən xəsarətləri yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, döngə 1-də yerləşən fərdi yaşayış evində yaşayır. O, 2015-ci ildən “xxxxxx” ASC-nin “Bakı Sukanal” İdarəsinin Magistral xətlərdə təmir-tikinti, qəza bərpa və quraşdırma sahəsində qəza bərpa işləri üzrə çilingər peşəsində işləyir. Zərərçəkmiş şəxs Omarovu təxminən bir ildən artıq müddətdir ki tanıyır və sonuncu ilə münasibəti yaxşı olmuşdur. xx xxxxx 2019-cu il tarixdə saat 21 radələrində Baş Dövlət X4 yaxınlığında yerləşən “Şirvan” kafesinə getmiş, masaların birində tək oturub yemək yeyib spirtli içki olan araq içmişdir. Təxminən 1 saat sonra digər masada tək oturmuş Omarov Zərərçəkmiş şəxs ünvansız söyüşlər söymüşdür. O, Zərərçəkmiş şəxs yaxınlaşıb sakit olmasını və kafedən çıxmasının demişdir. Bu zaman Zərərçəkmiş şəxsla aralarında mübahisə yaranmış və kafenin sahibi Şahid onları kafedən bayıra çıxartmışdır. Kafenin giriş qapısının qarşısında Omarov Zərərçəkmiş şəxs ilə mübahisələri davam etmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs Omarov onu vurmaq istəmiş və o, sonuncunun boğazından tutub itələmişdir. Həmin zaman Zərərçəkmiş şəxs Omarov müvazinətini itirib pilləkənlərdən yerə yıxılmışdır. Daha sonra Zərərçəkmiş şəxs yerdən qalxıb ona kəllə və yumruq vurmuş, o da Zərərçəkmiş şəxs təpiklə vurmuşdur. Zərərçəkmiş şəxs kafenin yaxınlığında yerləşən işlədiyi təkər təmiri yerindən dəmir parçası götürüb ona tərəf gəlmiş və o, qaçaraq oradan uzaqlaşmışdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, Zərərçəkmiş şəxs Omarovla barışmış, ona dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxsin ondan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs Omarov Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə saat 22 radələrində bacanağı Namiq Namazovla birlikdə “Şirvan” kafesinə gedib pivə içmişlər. Həmin vaxt kafedə digər masada əvvəllər də həmin kafedə gördüyü Təqsirləndirilən şəxs əyləşib spirtli içki qəbul etmişdir. Bir müddət sonra bacanağı Namiq Namazov kafeni tərk edib evinə getmiş, o isə kafedə qalmışdır. Kafedə işləyən qız onun masasına pivə gətirəndə gülərək qızla danışıb zarafatlaşmış, qızla Namiqin arasında münasibət olduğundan, Namiq masaya yaxınlaşıb onun yaxasından tutub söyüş söyüb nə səbəbə qızla səmimi söhbət etdiyini soruşmuş və aralarında mübahisə yaranmışdır. Bu zaman kafenin sahibi Şahid onlara yaxınlaşıb onu və Namiqi kafedən bayıra çıxartmışdır. O, Namiqlə kafenin girişində məhəccərdə söhbət edərkən yenə aralarında mübahisə yaranmış və mübahisə zamanı Namiq onun boğazından tutub boğmuş, o, özünü müdafiə etmək üçün Namiqin əlini dişləmişdir. Bu zaman Namiq onu itələmiş və o yerə yıxılmış, yerdə olarkən Namiq onun sifətindən təpiklə vurmuşdur. Bundan sonra o, işlədiyi sexə getmiş və oradan dəmir parçası götürərək Namiqin üzərinə getmiş və sonuncu qaçıb getmişdir. O, səhəri gün DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı ifadəsi alınmış Şahid məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2018-ci ilin sentyabr ayından 2019-cu ilin avqust ayına kimi Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Baş Dövlət X4 yaxınlığında “Şirvan” adlı kafeni icarə əsasında işlətmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Omarovu kafedə işlədiyi müddətdə daimi müştəri kimi tanımışdır. Zərərçəkmiş şəxs kafenin yaxınlığında təkər təmiri sexində işləyirmişdir. xx xxxxx 2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs bacanağı ilə birlikdə kafeyə gəlib spirtli içki olan pivə içmişdir. Sonra Zərərçəkmiş şəxs bacanağı getmiş, sonuncu masada tək qalmışdır. Bundan bir qədər sonra Təqsirləndirilən şəxs kafeyə gəlib, masada əyləşmiş və 200 qram spirtli içki olan araq içib kafeni tərk edib gedərkən Zərərçəkmiş şəxs uca səslə ünvansız söyüşlər söydüyünü görüb sonuncuya iradını bildirmişdir. Bundan sonra Namiqlə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış və o, sonuncuları kafedən çölə çıxarmışdır. O, bundan sonra nə baş verdiyini görməmişdir. Təxminən 15-20 dəqiqə sonra kafeni bağlayıb getmiş, yaxınlıqda yerləşən “Neptun” marketin qarşısında Namiqi görmüş, sonuncu ona kafedən çıxdıqdan sonra Zərərçəkmiş şəxs ona kələ atıb, barmağını dişlədiyini, onun da Zərərçəkmiş şəxsı itələdiyini və sonuncunun pilləkanlardan yerə yıxıldığını, daha sonra Zərərçəkmiş şəxs işlədiyi təkər sexindən dəmir götürüb onun arxasınca qaçdığını demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesində yerləşən “Şirvan” kafesinin qarşısında, Omarov Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncuya bədən xəsarətləri yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurması faktına görə CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə törətdiyi xuliqanlıq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesində yerləşən “Şirvan” kafesinin qarşısında baş vermişdir. xx.xx.2019-cu il tarixli, 521 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin rəyindən görünür ki, Omarov Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – burun sümüklərinin yerdəyişən sınığı ilə müşayiət olunan burun əsasının qançırı, sağ alt göz qapağı və gözaltı nahiyənin qançırı, üst və alt dodaqların selikli qişasının əzilmiş yaraları, alt çənədə İ-İİ-İİİ dişlərin travmatik sınığı alın, burun əsası və burun ucu nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1- 2 gün əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Həmin xəsarətlər xx.xx.2019-cu il tarixdə yumruqla və təpiklə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Xəsarətlərin bədənin əlçatan nahiyəsində yerləşməsinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Omarov Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Omarov Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİnin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.1ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmiş və CM-in həmin maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona sözügedən maddədə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Omarov Zərərçəkmiş şəxs əməllərində CM-in 221-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir. AA 232448 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs məcburi kökündür. xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs “xxxxxx” ASC-nin “Bakı Sukanal” İdarəsinin Magistral xətlərdə təmir-tikinti, qəza bərpa və quraşdırma sahəsində qəza bərpa işləri üzrə çilingər peşəsində işləyir və müsbət xarakterizə edilir. AZ-İİ 810094 və AZ-İİİ 442529 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X1 adlı və xx.xx.2014-cü il təvəllüdlü X2 adlı iki azyaşlı uşağı vardır. xx.xx.2020-ci il tarixli iş üzrə zərərçəkmiş şəxs Omarov Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş və sonuncudan heç bir şikayəti, tələbi yoxdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 127.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, döngə 1-də yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, döngə 1-də yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-232/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-232/2020
10.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver