Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-233/2022 21.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1987-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3 və 317-1.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonradan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, 16 may 2018-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, sonradan Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 sentyabr 2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, sonradan Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-235/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Xaçmaz şəhəri, Nəsimi küçəsi, ev 4, mənzil 4 ünvanında qeydiyyatda olan, ünvan 1də yaşamış, baxılan iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, başqa cinayət işi üzrə isə barəsində 22 fevral 2022-ci il tarixdən “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə olan marixuana əldə edib daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhərindən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 5.667 qram çəkidə marixuana əldə edərək üzərində saxlayaraq daşıyarkən, 06 yanvar 2022-ci il tarixdə saat 04:00 da Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Koroğlu küçəsində saxlanılıb Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmiş və orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins gödəkçəsinin sol döş cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün təmiz çəkisi 5,667 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 06 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Koroğlu küçəsində piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis olduqlarını bildirərək xidməti vəsiqələrini təqdim etmişdir.Həmin şəxslər onun narkotik vasitələrdən istifadəsi barədə şübhələr olduğunu bildirərək Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişdirlər.Bundan sonra özünün razılığı ilə Binəqədi RPİ-nin 4-cü PŞ-yə aparılmış və orada ona öz razılığı əsasında müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı üzərində hər hansı qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan cins şalvarın ön sağ cibindən İphone və sol yan cibindən Xiomi markalı telefonları, şalvarın sağ arxa cibindən 1 ədəd 10 manatlıq və 7 ədəd 1 manatlıq əskinas olmaqla ümumillikdə 17 manat pul əskinasını təqdim etmişdir.Bundan sonra əynində olan göy rəngli cins gödəkçənin sol döş cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur.Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Bundan sonra ondan paltarlarının ciblərini açması tələb olunmuşdur və onun paltarlarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Daha sonra masanın üzərinə qoyduğu bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm açılaraq narkotik vasitə hesab olunan marixuana nümayiş etdirilmişdir.Ondan həmin kütlənin nə olduğu soruşulduqda o, həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir.O həmin narkotik vasitəni Xaçmaz şəhərindən tapdığını və üzərində şəxsi istifadə məqsədilə saxladığını bildirmişdir.Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı zor tətbiq edilmədiyini bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, 4-cü PŞ-də CAüzrə əməliyyat müvəkkili polis mayoru vəzifəsində xidmət edir. 06 yanvar 2022-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə xx.xx.1987-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5i rayonu, E.Süleymanov küçəsi, ev 137A, mənzil 63-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi ilə bağlı mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla bölmənin rəhbərliyinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 06 yanvar 2022-ci il tarixdə müvafiq qərar qəbul edilərək əməliyyat tədbirinin keçirilməsinə dair qrupun təşkil edilməsi haqqında protokol tərtib olunmuşdur. Həmin qrupa o və bölmənin sahə inspektoru, polis leytenantı Şahid2 daxil edilmişdir.Onlar Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsinə gəlmişlər.Təqsirləndirilən şəxs həmin yerdə olduğunu müəyyən etmiş və ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər, sonra isə ona hüquq və vəzifələrini izah edilmişdir.Həmçinin, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaq və gəzdirməklə şübhələnildiyini bildirərək onlarla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr 191 ünvanında yerləşən 4-cü PŞ-nə getməsini təklif etmişlər. Şəxsiyyəti müəyyənləşdirilmiş Təqsirləndirilən şəxs onların təklifi qəbul etmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir. Bu barədə bölmənin rəhbərliyinə raportla məruzə edilmişdir.Həmin faktın araşdırılması bölmənin təhqiqatçısı, polis kapitanı X5 həvalə olunmuşdur. Bundan sonra onlar və inspektor kriminalist onun üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməyə dəvət olunmuşdur.Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və ona hüquq və vəzifələri izah olunmuşdur. Onun hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmiş və üzərinə video çəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs video çəkiliş vasitəsi ilə müdafiəçisinin iştirakı olmadan üzərinə şəxs axtarış keçirilməsinə etiraz etməmişdir.Qeyd olunanlardan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşyanını olub-olmaması soruşulmuş, olduğu halda həmin əşyanın könüllü olaraq təqdim etməsi təklif edilmişdir.Təqsirləndirilən şəxs əynində olan cins gödəkcənin sol döş cibindən bir ədəd şəffaf rəngli sellafona bükülmüş kütləni çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra, onun üzərinə axtarış davam etdirilmiş, lakin əlavə əhəmiyyət kəsb edən hər hansı bir əlavə əşya aşkar edilməmiş və götürülməmişdir. Aşkar edilmiş bükümün içərisinə baxılmış və onun bitki mənşəli kütlənin olması müəyyən edilmişdir.Sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu 1 ədəd bükümün içərisində narkotik vasitə olan “marixuana”nın olduğunu bildirib onun özünə məxsus olduğunu, həmin kütləni tutulmazdan 3 il əvvəl şəxsi istifadəsi üçün Xaçmaz şəhərindən tapdığını bildirmişdir.Qeyd olunanlardan sonra həmin maddə çəkisini və ölçüsünü müəyyən etmək məqsədilə zərfə qoyularaq qablaşdırılmış və zərfin içərisinin boş olması əvvəlcədən onlara göstərilmişdir. Həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, təhqiqatçı tərəfindən bu barədə tərtib edilərək protokol ucadan oxunmuş, onlar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır.Tərəflərindən Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir zor və təzyiq edilmədiyi bildirilmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, 4-cü PŞ-də sahə inspektoru, polis leytenantı vəzifəsində xidmət edir. 06 yanvar 2022-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə xx.xx.1987-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5i rayonu, E.Süleymanov küçəsi, ev 137A, mənzil 63-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi ilə bağlı mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumatın yoxlanılması məqsədilə raportla bölmənin rəhbərliyinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 06 yanvar 2022-ci il tarixdə müvafiq qərar qəbul edilmiş və əməliyyat tədbirinin keçirilməsinə dair qrupun təşkil edilməsi barədə protokol tərtib olunmuşdur.Həmin qrupa o və bölmənin CA-üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 daxil edilmişdir.Onlar Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsinə gəlmişlər.Təqsirləndirilən şəxs həmin yerdə olduğunu müəyyən etmiş və ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər, sonra isə ona hüquq və vəzifələrini izah edilmişdir.Həmçinin, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaq və gəzdirməklə şübhələnildiyini bildirərək onlarla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr 191 ünvanında yerləşən 4-cü PŞ-nə getməsini təklif etmişlər. Şəxsiyyəti müəyyənləşdirilmiş Təqsirləndirilən şəxs onların təklifi qəbul etmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir.Bu barədə bölmənin rəhbərliyinə raportla məruzə edilmişdir.Həmin faktın araşdırılması bölmənin təhqiqatçısı, polis kapitanı X5 həvalə olunmuşdur. Bundan sonra onlar və inspektor kriminalist onun üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməyə dəvət olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və ona hüquq və vəzifələri izah olunmuşdur. Onun hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmiş və üzərinə video çəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs video çəkiliş vasitəsi ilə müdafiəçisinin iştirakı olmadan üzərinə şəxs axtarış keçirilməsinə etiraz etməmişdir. Qeyd olunanlardan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşyanını olub-olmaması soruşulmuş, olduğu halda həmin əşyanın könüllü olaraq təqdim etməsi təklif edilmişdir.Təqsirləndirilən şəxs əynində olan cins gödəkcənin sol döş cibindən bir ədəd şəffaf rəngli sellafona bükülmüş kütləni çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra, onun üzərinə axtarış davam etdirilmiş, lakin əlavə əhəmiyyət kəsb edən hər hansı bir əlavə əşya aşkar edilməmiş və götürülməmişdir.Aşkar edilmiş bükümün içərisinə baxılmış və onun bitki mənşəli kütlənin olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu 1 ədəd bükümün içərisində narkotik vasitə olan “marixuana”nın olduğunu bildirib onun özünə məxsus olduğunu, həmin kütləni tutulmazdan 3 il əvvəl şəxsi istifadəsi üçün Xaçmaz şəhərindən tapdığını bildirmişdir. Qeyd olunanlardan sonra həmin maddə çəkisini və ölçüsünü müəyyən etmək məqsədilə zərfə qoyularaq qablaşdırılmış və zərfin içərisinin boş olması əvvəlcədən onlara göstərilmişdir.Həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, təhqiqatçı tərəfindən bu barədə tərtib edilərək protokol ucadan oxunmuş, onlar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Tərəflərindən Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir zor və təzyiq edilmədiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/10 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Zərflər üçün N 173” dairəvi möhür əksi, “...Təqsirləndirilən şəxs imza...” yazı və imzalar olan zərfdəki 01 ədəd şəffaf sellofanda təmiz çəkisi 5.667 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 279 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərdən və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamə və hökm və qərarlara əsasən müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3 və 317-1.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, 16 may 2018-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 sentyabr 2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, sonradan Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-235/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmişdir.Beləliklə də, məlum olur ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrm etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyinə görə əməlində CM-nin 18.2-ci maddəsinin tələbinə əsasən cinayətin təhlükəli residivi vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olmasını və təqsirini etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində CM-nin Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını və şahid ifadələrini və dövlət ittihamçısının mövqeyini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək və təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək hesab edir ki, CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin Qərara əsasən məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 6 yanvar 2022-ci il tarixdən 7 yanvar 2022-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Malik Əhmədov tərəfindən tutulmuşdur.Həmçinin, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Məmmədhüseyn Əliyev tərəfindən tərtib edilmiş 7 yanvar 2022-ci il tarixli, təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan məlum olur ki, 7 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.Həmçinin, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 24 fevral 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və tutulmasının əvvəlinin 22 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır.Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 22 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(007)-235/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi olduğuna görə o, AR CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və ona azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən onun barəsində baxılan iş üzrə “həbs” qətimkan tədbiri seçilməli və onun başqa cinayət işi üzrə həbsdə olduğu nəzərə alınmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyindən və məcburi müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci- 88.70 manat (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik maddə olan marixuananın 5.617 qram olan qalığı məhv edilməlidir. İş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 60 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-235/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 22 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və başqa cinayət işi üzrə həbsdə olduğu nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan marixuananın 5.617 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 88.70 manat (səksən səkkiz manat yetmiş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. 1(001)-233/2022 saylı cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 60 (altmış) saat vaxt sərf etmişdir, buna görə də, hüquqi xidmətin dəyəri 360 (üç yüz altmış) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesa b№AZ48AİİB********************,VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-233/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-233/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver