Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-233/2025 21.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X17, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayında Azərbaycan Dövlət Tibb Universitetinin “müalicə işi və profilaktika” fakültəsini bitirsə də, anesteziologiya-reanimatologiya ixtisası üzrə rezidentura kursu keçmədən, həmin sahə üzrə praktik tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi olmadan və tibb mərkəzi ilə aralarında əmək müqaviləsi bağlanmadan ünvan 3 ünvanında yerləşən “X39” MMC-də qeyri rəsmi olaraq anestezioloqreanimatoloq kimi fəaliyyət göstərərkən X3 11 iyun 2024-cü il tarixdə saat 18:00 radələrində liposaksiya əməliyyatı olunmaq üçün tibb mərkəzinin əməliyyatxanasında cərrahi əməliyyata hazırlamaq məqsədilə anesteziya edərkən Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlari”nın 24.1-ci bəndinin tələblərini (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) pozmaqla, belə ki, Aybəniz Almuradovaya veriləcək anesteziya metodunu xüsusi müayinələrlə, yəni xəstənin nevroloji vəziyyətinin, ürək fəaliyyətinin yoxlanılması, nevropatoloq tərəfindən konsultasiyanın aparılması əsasında dəyərləndirməli, “markain” adlı dərman preparatının istifadəsindən əvvəl anamnez toplamalı, preparatın istifadə olunacağı şəxsin allergik reaksiyasının olub-olmadığını müəyyən etməli, Aybəniz Almuradovada “markain” adlı dərman preparatına və ya onun tərkib elementlərinə qarşı hər hansı həssaslığın olub-olmamasını təyin etmək üçün dərialtı sınaq qoymalı, spinal anesteziyanın lokalizasiyasını düzgün müəyyən etməli, spinal anestezi iynəsi daxil ediləcək nahiyəni ağrıkəsici preparat inyeksiya etməli olduğu halda, həmin qaydalara cinayətkarcasına etinasız yanaşaraq bunları etmədən, Aybəniz Almuradovanın onurğa sütununa lokalizasiyanı düzgün müəyyən etmədən spinal anesteziya aparatının iynəsini ilk dəfə daxil edib “markain” adlı dərman preparatını sinir kələflərinə deyil səhvən ümumi qan dövranına yeritdikdə spinal anestezi aparatının iynəsinə likvor mayesi gəlməli olduğu halda qan gələrək sonuncunun vəziyyətinin pisləşdiyini görməsinə baxmayaraq, Aybəniz Almuradovada “markain” adlı dərman preparatına qarşı həssaslığın olmasına diqqətsizlik və etinasızlıq göstərib növbəti dəfə eyni üsulla anesteziya etməyin dərman preparatına qarşı hiperhəssaslıq yaradaraq sonuncunu həyatdan məhrum edə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda diqqətsizlik və etinasızlıq göstərərək təkrarən spinal anesteziya aparatının iynəsini Aybəniz Almuradovanın Xİİ döş -1 bel fəqərələrə rası səviyyəsində onurğa boşluğuna daxil edib 0,5 mq “markain” adlı dərman preparatını yeritdikdə Aybəniz Almuradova qeyri- adekvat spinal anesteziya nəticəsində ölümü ilə birbaşa səbəbli əlaqəsi olan anafilaktik şok keçirdiyindən dərhal “X39” MMC-dən köçürüldüyü “Məlhəm” hospital və “X15” publik hüquqi şəxsində xəstənin vəziyyətinin ağırlığına uyğun düzgün görülmüş ixtisaslı tibbi yardımlar göstərilməsinə baxmayaraq, onun tərəfindən qüsurlu icra edilmiş qeyri-adekvat spinal anesteziya zamanı anafilaktik reaksiya (şok) fonunda, traxeostomiya əməliyyatı ilə əlaqədar yuxarı tənəffüs yollarının qan və qan laxtaları ilə obturasion asfıksiyası, kəskin tənəffüs çatışmazlığı baş verməsi 02 iyul 2024-cü il tarixdə saat 19:15-də ünvan 4 ünvanında yerləşən “X15” publik hüquqi şəxsində Aybəniz Almuradovanın ölümünə səbəb olduğundan o, qeyri-adekvat spinal anesteziya aparması nəticəsində Aybəniz Almuradovanı ehtiyatsızlıqdan öldürmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında Azərbaycan Dövlət Tibb Universitetinin “Müalicə işi və profilaktika” fakültəsini bitirmiş, tibbi sahədə hər hansı ixtisas üzrə rezidentura kursundan keçməmişdir. Əmək fəaliyyətinə 10 avqust 2023cü il tarixdə “Medicare” klinikasında növbətçi həkim vəzifəsində başlamış, daha sonra “Medistyle” xəstəxanasında təcili tibbi yardım həkimi işləmişdir. 2024-cü ilin iyun ayında “WhatsApp” mobil tətbiqində tanışının statusunda yeni açılmış “Reo-Med” klinikasında iş elanı olduğunu görəndə elanda qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlamış və Aysel adlı xanım onu işlə bağlı danışmaq üçün klinikaya dəvət etmişdir. 10 iyun 2024-cü il tarixdə “Reo-Med” Tibb Mərkəzinin ikinci mərtəbəsində pilləkənlərdən dəhlizə keçdikdə solda yerləşən ilk otaqda Aysel xanım və Əli bəy onu və arvadı X12 qəbul etdikdən sonra Əli bəy ondan anesteziologiya sahəsində bacarığı olub-olmadığını soruşduqda, o bu sahədə bacardığını bildirmişdir. Əli bəy ona 1 həftəyə yaxındır klinikanı işlətmək üçün götürdüyünü, hazırda klinikanın direktoru olduğunu, “Alo” doktor tibb mərkəzinin də ona məxsus olduğunu, bu klinikanın da adını dəyişib “Alo” doktor qoyacağını, klinikada yenidənqurma işləri apardığını deyərək, “sabaha beş əməliyyatımız var, gəl sabahdan anestezioloq kimi işə başla” deyə bildirib aylıq ona 1000 manat əmək haqqı verəcəyini və maaşın artacağını dedikdə o, Əli bəylə razılaşıb klinikadan getmiş, səhəri gün, yəni 11 iyun 2024-cü il tarixdə səhər saat 08:30-da “Reo-Med” Tibb Mərkəzində işə başlamışdır. 11 iyun 2024-cü il tarixdə Aybəniz Almuradovanı anesteziya edilməsi üçün əməliyyata hazırlayarkən sonuncunun qarın nahiyəsində piy kütləsi çox olmadığından əməliyyat uzun vaxt tələb etməyəcəyinə görə anesteziyanı spinal qaydada etməyi qərarlaşdırmışdır. Əməliyyatdan öncə X19 adlı tibb bacısı tərəfindən seftriaksonun və lidokainin probu qoyulmuşdur. Həmçinin o, özü Aybənizi “ekq” müayinəsindən keçirmişdir. Təxminən saat 17:00-18:00 aralığında əməliyyatxanaya gətiriləndə Aybəniz xanımın vəziyyəti normal olmuşdur. O, Aybənizlə söhbət edib ondan yemək qəbul edib-etmədiyini, indiyə qədər diş çəkdirib-çəkdirmədiyini, lidokain vurulub- vurulmadığını soruşmuş, Aybəniz isə üzərində iki dəfə keysəriyyə əməliyyatı aparıldığını bildirmişdir. Bu zaman Mətanət, Mətanətin köməkçisi (balaca boylu, dolu bədən quruluşlu qadın) otaqda olmuşdur. O, ilk dəfə spinal anestezi aparatını Aybənizin bel fəqərəsinin (3 və 4-cü fəqərə arası boşluğuna) daxil etdikdə, aparata qan gəlmiş, bu zaman dərhal Aybənizin halı pisləşərək təzyiqi aşağı düşmüş (80/40), o, dərhal Aybənizi uzandırmış və Aybənizə “kafein” inyeksiya edib, ayaqlarını yuxarı istiqamətdə qaldırmışdır. Təxminən 5 dəqiqəyə Aybənizin təzyiqi normallaşrmş, bu zaman Mətanət əməliyyatxananı tərk edərək “xəstənin vəziyyəti normallaşsın, sonra qalxacam yuxarı” demiş, Mətanət getsə də, köməkçisi otaqda qalmışdır. Təxminən 10 dəqiqə sonra Aybənizin vəziyyəti düzəldikdə o, yenidən spinal anesteziya üçün iynəni Aybənizin əvvəl vurduğu nahiyəsinə daxil etdikdə onurğa kanalından likvor mayesi gəlmiş və o, 0,5 mq “morkain” adlı dərman preparatını onurğa kanalına yeridərək xəstəni əməliyyat masasına uzandırmışdır. Bundan 2-3 dəqiqə sonra xəstə anafilaktik şok keçirmiş, yəni xəstənin əl və ayaq nahiyələrində qıcolma, çənə kilidlənməsi, göz bəbəklərinin yuxarı doğru hərəkəti (opstornostik vəziyyət) müşahidə olunmuşdur. O, dərhal xəstəni intubasiya edib (profol və relaksant vuraraq) anestezi aparatına qoşmuş, xəstənin ürəyi dayandığına görə xəstəyə qapalı kardioloji masaj tətbiq etməklə xəstənin ürək ritmini geri qaytarmış, Aybənizə 1 mq adrenalin və 1 mq atropin dərmanı inyeksiya etmişdir. Bundan sonra “West” hospitaldan gələn tibbi yardım heyəti xəstəyə yardım göstərmiş, daha sonra xəstə “Məlhəm” hospitalına köçürülümüşdür. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onu işə qəbul edən zaman Şahid11 onun ixtisasının anestezoloq olmadığını bilməsinə baxmayaraq, onu klinikada anestezoloq kimi fəaliyyət göstərməyə cəlb etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək cəza təyin edilən zaman nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi kimi dindirilmiş X13 izahat verərək bildirmişdir ki, X9 ilə 23 aprel 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 2 övladları dünyaya gəlmişdir. X26 11 iyun 2024-cü il tarixdə abdominal nahiyədən liposaksiya əməliyyatı olunmaq üçün “Reo-Med” Tibb Mərkəzinə müraciət etsə də, onun bu barədə sonradan, yəni Aybənizin vəziyyəti pisləşdikdən sonra məlumatı olmuşdur. Həmin gün Aybəniz ona anası ilə birlikdə paltar almaq üçün mağazalara baxacağını bildirmiş, lakin əməliyyatla bağlı heçnə deməmişdir. 12 iyun 2024-cü il tarixdə səhər saat 7 radələrində anası ondan “Aybənizdən xəbərin var mı?” soruşmuş və qaynı İlkinin zəng edərək “Aybənizin birdən-birə xəstəxanada halı pisləşib, xəstəxanadayıq, ora gəlin” dediyini bilirmişdir. O, vəziyyətin ciddi olmadığını fikirləşdiyi üçün xəstəxanaya deyil, işlərinini həll etmək üçün başqa yerə getmiş, həmin gün dayısı oğlu Lətif zəng edərək Aybənizin vəziyyətinin ağır olduğunu dedikdən sonra dərhal “Məlhəm" Hospitala getmişdir. “Məlhəm” Hospitalın reanimasiya şöbəsinə qalxdıqda baldızı Gülər Əliyevanın orada olduğunu və ağladığını, Gülərin yanında Mətanət adlı xanımın və bir nəfər tanımadığı xanımın olduğunu görmüşdür. O, Aybənizin yoldaşı olduğunu bildirib nə baş verdiyini soruşmuş və arvadı Aybənizin “Reo-Med” Tibb Mərkəzinə liposaksiya əməliyyatı olunmaq üçün müraciət etdiyini, orada əməliyyata hazırlıq zamanı Babək adlı anestezioloqun arvadının bel nahiyəsindən anesteziya edən zaman Aybənizin anafilaktik şok keçirərək komaya düşdüyünü öyrənmişdir. Babək adlı anestezioloqun səhv tibbi tədbir aparması isə, nəticədə həyat yoldaşı Aybəniz Almuradovanın ölümünə səbəb olmuşdur. 10 fevral 2025-ci il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisi X18 məhkəməyə ərizə ünvanlayaraq cinayət işi üzrə onun zərərçəkmiş şəxsin hüquqi varisi kimi iştirakına xitam verilməsini həmin tarixdə X27 ərizə ilə məhkəməyə müraciət edərək cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. Məhkəmənin iclasında zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınaraq dindirilmiş X27 ifadəsində göstərmişdir ki, Aybəniz Almuradova onun bacısıdır. Bacısı 10 iyun 2024-cü il tarixdə “Reo-Med” Tibb Mərkəzinə müraciət etmiş və “İnstagram” sosial şəbəkəsindən estetik cərrah kimi tanıdığı Şahid1 qəbulunda olmuşdur. Aybənizin qarın nahiyəsində hamiləlikdən sonra artıq piy kütləsi və sallanma olduğundan Şahid1 Aybənizə qarın nahiyəsinin liposaksiya əməliyyatını məsləhət görmüşdür. Hadisə baş verən gün o məlumatı anasından almışdır. O, bacısının səhhətindən narahat olub qorxduğu üçün həkimlərin ona məlumat verməsini tələb etmişdir. Bu zaman Şahid1, Şahid11 və digərləri onun və anasının yanına düşmüşdür. Bu zaman Şahid1 ona məlumat verərək bildirmişdir ki, bacısının vəziyyəti yaxşıdır, sadəcə əməliyyat zamanı təzyiqi düşmüşdür və vəziyyəti pisləşmişdir, hazırda reanimasiyadadır. Daha sonra o, uzun təkidlərdən sonra bacısını görmüş və bacısı bu zaman huşsuz, lakin bədəni isti vəziyyətdə olmuşdur. Daha sonra bacısı Aybəniz Almuradovanı sağalması üçün başqa klinikaya köçürəcəklərini bildirmişlər. Sonradan onlara aydın olmuşdur ki, əməliyyata hazırlıqla əlaqədar bacısına spinal nahiyədən anesteziya verilən zaman anafilaktik şok keçirib koma vəziyyətinə düşmüşdür. Həmin gün bacısı “Məlhəm” Beynəlxalq hospitalının reanimasiya şöbəsinə yerləşdirilmiş, 22 iyun 2024-cü il tarixdə X8 köçürülmüş, 02 iyul 2024-cü il tarixdə X5 reanimasiya şöbəsində vəfat etmişdir. Daha sonradan Təqsirləndirilən şəxsla söhbəti zamanı o bildirmişdir ki, bacısına huşu qapalı olmasına baxmayaraq, ikinci dəfə anesteziya iynəsi vurulmuşdur və ona bu göstərişi Şahid1 vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilməməsini, təqsirləndirilən şəxsdən şikayətçi olmasını nəzərə alaraq, bacısının ölümündə təqsiri olan Təqsirləndirilən şəxs ağır cəza verilməsini və Şahid1 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Aybəniz Almuradova onun qızıdır. Qızı ilk dəfə 10 iyun 2024-cü il tarixdə “Reo-Med” Tibb Mərkəzinə müraciət etmiş və “İnstagram” sosial şəbəkəsindən estetik cərrah kimi tanıdığı Şahid1 qəbulunda olmuşdur. Aybənizin qarın nahiyəsində hamiləlikdən sonra artıq piy kütləsi və sallanma olduğundan Şahid1 Aybənizə qarın nahiyəsinin liposaksiya əməliyyatını məsləhət görmüşdür. Analizləri “Reo-Med” Tibb Mərkəzində versə də, müayinələr “Alo doktor” Tibb Mərkəzində aparılmışdır. Əməliyyatdan əvvəl Aybəniz yalnız qanın ümumi analizi və koaquloqramma müayinələrindən keçmiş, ürək ritmi və digər müayinələr aparılmamışdır. Əməliyyata hazırlıqla əlaqədar spinal nahiyədən anesteziya verilən zaman anafilaktik şok keçirib koma vəziyyətinə düşmüş, həmin gün “Məlhəm” Beynəlxalq hospitalının reanimasiya şöbəsinə yerləşdirilmiş, 22 iyun 2024-cü il tarixdə X8 köçürülmüş, 02 iyul 2024-cü il tarixdə X5 reanimasiya şöbəsində vəfat etmişdir. Hazırda şikayət və tələbinin qızının ölümündə təqsiri olan Təqsirləndirilən şəxs və digərlərinin cəzalandırılmasından ibarət olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 iyun 2024-cü il tarixdə saat təxminən 17:00-18:00 radələrində Aybəniz xanım klinikaya gəlmiş, Aybənizi prosedura Məleykə adlı tibb bacısı hazırlamış, o, Aybənizin qarın nahiyəsində olan artıq piy kütləsini xüsusi şprits vasitəsilə götürməyi, proseduru yerli keyitmə üsulu ilə icra etməyi planlaşdırsa da, Aybəniz xanım ağrıya dözümü olmadığını bildirərək prosedurun anesteziya ilə icra olunmasını xahiş etmiş, bundan sonra “Reo-Med” Tibb mərkəzində Məleykə adlı tibb bacısı Aybənizə “seftriakson” (antibiotik) adlı dərman preparatının sınağını etmiş və qoluna vazofiks qoyularaq “natriya-xlorid” köçürmüşdür. Aybənizdə həmin dərman preparatlarına qarşı hər hansı bir həssaslıq göstərmədiyindən və səhhəti normal olduğundan, təxminən 1 saat sonra Aybənizi 4-cü mərtəbədə yerləşən əməliyyat otağına qaldırmışdırlar. Həmin zaman əməliyyat otağında anestezioloq Təqsirləndirilən şəxs, o və onun köməkçisi Şahid7 olmuş, Babək Aybənizi əməliyyat stolunun üzərində oturaq vəziyyətdə saxlayıb bel nahiyəsindən spinal anesteziya etmək üçün iynəni Aybənizin onurğa nahiyəsinə yerləşdirmiş, lakin şpritsə onurğa mayesi əvəzinə qan gəlmiş, bu zaman Aybənizin təzyiqi qəfil aşağı düşmüş, o qışqıraraq Babəkə dayanmasını bildirmiş, pasiyent həmin dəqiqə özünə gəlib yaxşı olduğunu demiş, o dəfələrlə Babəkə heçnə etməməsini və xəstənin özünə gəlməyini gözləməsini tapşırıb aşağı mərtəbəyə öz otağına düşmüş, təxminən 10-15 dəqiqədən sonra yenidən əməliyyatxanaya qalxan vaxt Babəkin Aybənizə spinal anesteziya etdiyini gördükdə Babəkə “elədiz?, niyə elədiz? Yaxşıydı ki?” suallarını vermiş, Babək “hər şey yaxşıdır, xəstə də yaxşıdır” demiş, lakin bundan təxminən 2-3 dəqiqədən sonra Aybənizin vəziyyəti qəfil pisləşməyə başlamış, xəstə huşunu itirməyə və rəngi göyərməyə başladıqda, dişləri isə kilidləndikdə, Babək dərhal Aybənizə “adrenalin”, “deksametazon” dərman preparatları inyeksiya etmiş, daha sonra xəstənin vəziyyətinin pisləşdiyini görüb Babək pasiyenti intubasiya etmişdir. Lakin Təqsirləndirilən şəxs Aybəniz Almuradovanın vəziyyətini stabilləşdirə bilmədiyindən xəstəni başqa tibb müəssisəsinə köçürmək üçün müxtəlif klinikalara zəng etmiş, elə həmin gün Aybəniz Almuradova “Məlhəm” Beynəlxalq hospitalına köçürülmüşdür. Onun tərəfindən Aybəniz Almuradovaya qarşı ümumiyyətlə hər hansı bir tibbi müdaxilə edilməmiş, xəstənin bu vəziyyətə düşməsinə səbəb isə anestezioloq Təqsirləndirilən şəxs tərəfindən edilmiş anesteoloji tibbi tədbirlər olmuşdur. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ali tibb təhsili olmamışdır, klinikaya kosmetoloq kimi işə qəbul edilmiş və yüngül prosedurları həyata keçirmişdir. Əməliyyat zamanı isə baş verən hadisə onun ucbatından baş verməmiş, xəstəyə növbəti iynənin vurulmasını davam etdirməsi üçün o göstəriş verməmişdir. O həmin xəstəxanada əvvəllər də işləmiş, sotradan xəstəxananın rəhbərliyi dəyişdikdən sonra xəstəxanaya Şahid11 rəhbərlik etməyə başlamış və Şahid11 ona qalıb bu xəstəxanada fəaliyyət göstərməsini bildirmişdir. Həmçinin xəstə Aybəniz Almuradovanı “Məlhəm” klinikasına o aparmış və bu zaman xəstənin müalicəsi üçün bütün xərcləri o qarşılamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X38 ümumi reanimasiya şöbəsinin anestezioloq-reanimatoloqu və ekspert-mütəxəssis kimi Aybəniz Almuradovanın ölümü ilə bağlı təkrar komisyon məhkəmə-tibbi ekspertizasının keçirilməsi və rəy verilməsində iştirak etmiş Şahid3 ifadəsində bildirmişdir ki, liposaksiya əməliyyatının spinal anesteziya ilə aparıla bilməsi göstərilsə də, X9 ilə bağlı olan halda xəstəyə veriləcək anesteziya metodunun seçimi düzgün olaraq dəyərləndirilməmişdir. Belə ki, xəstədə anesteziya öncəsi düzgün müayinələr təyin olunmamış, yəni xəstənin ürək-damar fəaliyyəti və nevroloji vəziyyəti yoxlanılmamış, xəstəyə nevropatoloq tərəfindən konsultasiya aparılmamış, ürəyi exo-kardioqrammadan keçirilməmişdir. Cinayət işi materiallarından görünür ki, xəstə yalnız qanın ümumi analizi və koaquloqramma müayinələrindən keçmişdir ki, bu da spinal anesteziyanın tətbiqi üçün kifayət deyildir. Bundan başqa, anesteziyanı aparmaq istəyən Təqsirləndirilən şəxs anesteziologiya mütəxəssisi olmamışdır. Yəni anesteziologiya sahəsində rezidentura (internatura) kursu keçməsini təsdiq edən sənədlər aşkarlanmamışdır. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ilk dəfə spinal anestezi iynəsini Aybəniz Almuradovanın onurğa nahiyəsinə daxil etdikdə, iynəyə qan gəlmiş və bundan sonra xəstənin vəziyyəti qəfil pisləşmişdir. Spinal anesteziya edilməmişdən öncə xəstənin dərman preparatına qarşı hər hansı həssaslığın olubolmamasını müəyyən etmək üçün dərialtı yeritmə ilə sınaq qoyulmalı idi. Şok (reaksiya) üzrə analgetiklər və antibiotiklər ən çox risk qrupuna daxildir. Müvafiq halda sınaq qoyulmamışdır. Bundan başqa, xəstəyə spinal anesteziyanın lokalizasiyasını düzgün təyin etmək üçün kifayət qədər düzgün pozisiya müəyyən edilməmişdir. Spinal anesteziya iynəsinə onurğa kanalından likvor mayesi gəlməli olduğu halda, qan gəlmişdir ki, buna səbəb lokalizasiyanın düzgün seçiiməməsi olmuşdur. Belə ki, spinal anestezi iynəsinin daxil ediləcəyi nahiyə düzgün müəyyən edilməmiş, iynə daxil ediləcək nahiyəyə yerli ağrıkəsiki preparat vurulmalı olduğu halda vurulmamışdır. Təqsirləndirilən şəxs yeritdiyi anestetik sinir kələflərinə deyil səhvən ümumi qan dövranına keçmişdir. Spinal anesteziya onurğa kanalının kənarlarında yerləşən sinir kələflərinin keyləşdirilməsini nəzərdə tutur. Xəstəyə ilk dəfə sadəcə iynəni daxil etməklə vəziyyətinin pisləşməsi mümkün hal hesab edilmir. Eyni zamanda xəstənin vəziyyəti pisləşdikdən sonra yenidən eyni üsulla anesteziyanın davam etdirilməsi tibbi cəhətdən yolverilməzdir. Rəydə qüsurlu icra edilmiş qeyri-adektvat spinal anesteziya dedikdə isə qeyd edilənlər nəzərdə tutulur. Anestezioloq kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs tərəfindən X4 qarşı qüsurlu icra edilmiş qeyriadektvat spinal anesteziya sonuncunun anafilaktik reaksiya (şok) keçirməsinə və sonradan isə ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş ekspert Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında MTE və PA birliyi PHŞ-nin Binəqədi rayon şöbəsinin məhkəmətibb eksperti Şahid4 digər Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Məlhəm” hospitalın qulaq-burunboğaz həkimi Şahid6 ifadəsində göstərmişdir ki, X9 11 iyun 2024-cü il tarixdə axşam saat 21:31-də “Məlhəm” Beynəlxalq Hospitalın reanimasiya şöbəsinə daxil olmuşdur. O, xəstəni ilk dəfə 14 iyun 2024-cü il tarixdə reanimotoloqun konsultasiyası səbəbilə görmüşdür. 15 iyun 2024-cü il tarixdə reanimasiya tədbirləri çərçivəsində ağciyərlərin daha rahat sanasiyası və uzun müddət intubasiya borusunun yarada biləcəyi fəsadların qarşısını almaq üçün xəstəyə planlı şəkildə tərəfindən erkən traxestomiya əməliyyatı icra olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 20 mart 2024-cü il tarixdən etibarən “REO-MED” Tibb Mərkəzində lazeroloq işləməyə başlamışdır. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs 11 iyun 2024-cü ildə klinikada anestezioloq kimi işləməyə başlamışdır. “REO-MED” Tibb Mərkəzinin baş direktoru Səddam Əliyev klinikadan getdikdən sonra onun yerinə klinikanı işlətməyə Şahid11 və köməkçisi Aysel adlı şəxslər gəlmiş, ona Babəki təqdim edən Aysel olmuş, Aysel Babəkin bundan sonra Tibb Mərkəzində anestezioloq kimi işləyəcəyini bildirmişdir. Həmçinin Mətanət xanım da ona Əli və Ayselin klinikanı işlətməyə götürdüklərini, qalıb işləməyi təklif etdiklərini, bu səbəbdən də heç yerə getmədiyini bildirmişdir. 11 iyun 2024cü il tarixdə təxminən saat 18:00-19:00 radələrində klinikada səs-küy olduğunu eşidən zaman əməliyyat otağına qalxdıqda ora xeyli insanın toplaşdığını görmüşdür. O, həmin gün Aybəniz Almuradovanın əməliyyatında iştirak etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Məlhəm” hospitalın təcili tibbi yardım həkimi Şahid8 ifadəsində göstərmiş ki, o, çağırış əsasında 11 iyun 2024-cü il tarixdə axşam saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “REO-MED” Tibb Mərkəzinə getmişdir. Tibb mərkəzinə çatdıqdan sonra o və “Məlhəm” Hospitaldan olan tibbi heyət əməliyyatxanaya qalxmışdır. Xəstə- X9 əməliyyatxanada əməliyyat masasının üzərində arxası üstə uzanıqlı vəziyyətdə olmuşdur. Xəstə intubasiya olunmaqla tənəffüsü anesteziya aparatı vasitəsilə təmin olunsa da, əməliyyat otağında STA (süni tənəffüs aparatı) olmamış, xəsdə kardiomonitora qoşulmamışdır. Kardiomonitor cihazının özü olsa da, xəstəni cihaza qoşmaq üçün ledlər olmadığından xəstəni qoşa bilməmişdirlər. Xəstə hipoksik vəziyyətdə olmaqla, yuxarı ətrafda qıcolmalar olmuş və huşu aydın olmamışdır. O, xəstəyə ilk olaraq qıcolma əleyhinə yardımlar edərək, ambulansın süni tənəffüs cihazına qoşmuş, daha sonra xəstəni kardiomonitora bağlayıb “Məlhəm” Hospitalına aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15” PHŞ-nin reanimatoloqu Şahid10 ifadəsində göstərmişdir ki, X9 22 iyun 2024-cü il tarixdə axşam saat 17:40-da “Məlhəm” Beynəlxalq Hospitalının ambulansı vasitəsilə çox ağır vəziyyətdə X8 təxliyyə edilmişdir. Xəstə gətirildikdə huşu “qlaskokoma” şkalası ilə 5 bal qiymətləndirilmişdir. Tənəffüs traxeostomik boru vasitəsilə təmin olunmuşdur, qidalanma isə peg vasitəsilə (yəni bilavasitə mədəyə qoşulmuş zond vasitəsilə) olmuşdur. Xəstəyə nevroloji statusuna uyğun olaraq müalicə aparılmışdır. Xəstə daxil olan zaman traxeyadan verilmiş bəlğəm nümunələrində infeksiyalar aşkar edilmiş, buna müvafiq infeksionistin təyinatı olmuşdur. Xəstə dinamik nəzarət və müşahidə altında olmuşdur. Getdikcə xəstənin nevroloji statusunda pisləşmə qeyd olunmuş, müvafiq olaraq təkrar nevroloqun baxışından keçirilmişdir. 02 iyul 2024-cü il tarixdə səhər saat 08:00 radələrindən arterial təzyiqin enməsi müşahidə edilmiş, sidik ifrazının kəskin azalması, davamlı hipertermiya (yəni temperaturun yüksəlməsi) bəbəklər anizokarik (yəni bəbəklər qeyri-bərabər ölçüdə) olmuşdur. Xəstənin vəziyyəti qeyri-stabil olduğuna görə təkrar beyin kompyuter tomoqrafiyasının icrası qeyri- mümkün olmuşdur. Xəstəyə səhər saat 08:00-dan noradrenalin infuziyası, təqribən 12:00 radələrində əlavə olaraq dopamin infuziyası başlanmışdır. Bundan başqa gün ərzində xəstənin traxeyası bir neçə dəfə planlı sanasiya edilmişdir. Lakin xəstənin hemodinamik göstəriciləri normallaşmamış, əksinə pisləşməyə davam etmişdir. 02 iyul 2024-cü il tarixdə 45 dəqiqə ərzində icra edilmiş intensiv terapiya və reanimasiyan tədbirlər kompleksinə baxmayaraq (18:25-dən başlayaraq ağciyərlərin ambu kisəsi ilə süni ventilyasiyası, ürəyin qapalı masajı, adrenalin və atropin infusiyası venadaxili yeridilmişdir.) xəstəni xilas etmək mümkün olmamış, saat 19:15-də bioloji ölüm qeydə alınmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyun ayının əvvələrində Bakı şəhərində icarəyə götürüb işlətmək üçün klinika axtarmışdır. Həmin vaxt “Reo-Med” Tibb Mərkəzini icarəyə götürmək məqsədilə inzibati binasına yaxınlaşmışdır. Daha sonra o tibb mərkəzinin mülkiyyətçisi ilə görüşmüş və razılıq əldə olunacağı təqdirdə 01 iyul 2024-cü il tarixdən klinikanı işlədəcəklərini bildirmişdir. Daha sonra o və köməkçisi Aysel xanımla birlikdə təmir işləri və klinikanın sənədləri ilə tanış olmaq üçün mütəmadi olaraq klinikanın inzibati binasına gəlib getmişlər. Hadisə baş verən gün isə klinikanın inzibati binasında olsa da, faktiki olaraq klinikanı o işlətməmiş və orada əməliyyatı həyata keçirən həkimləri işə o qəbul etməmişdir. Hadisə zamanı səs-küyə yuxarı qalmış və əməliyyat zamanı xəstələrdən birinin halının pisləşdiyini eşitmişdir. Təqsirləndirilən şəxs anestezoloq kimi o, işə qəbul etməmişdir. Sadəcə olaraq o, Yasamal rayon ərazisində yerləşən “Alo” doktor klinikasının rəhbəri olmuş və orada “tibb bacısı” vakansiyası elan etmişdir. Təqsirləndirilən şəxs isə həyat yoldaşını həmin vakansiya üzrə işə düzəltmək üçün gətirmişdir. Görüş zamanı o, Təqsirləndirilən şəxs klinikanı hələ icarəyə götürmədiyini, sadəcə işləmək üçün kollektiv topladığını bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, “Alo Doktor” Klinikasında Şahid11 köməkçisi olaraq işləmişdir. “Reo-Med” Klinikasının inzibati binasına isə oranı icarəyə götürmək istədikləri üçün baxış məqsədilə getmişlər. O, "WhatsApp” sosial şəbəkəsi üzərindən Klinikaya “tibb bacısı” vakansiyası elanı vermişdir. Təqsirləndirilən şəxs isə həyat yoldaşını həmin vakasiya üzrə işə düzəltmək üçün gətirmiş, onlar “Reo-Med” klinikasının inzibati binasında görüşmüş və “xəstə baxım evi”nin fəaliyyətə başlayacağı təqdirdə onu “Reo-Med” Klinikasında tibb bacısı kimi işə götürəcəklərini bildirmişlər. “Reo-Med” Klinikasında baş verən hadisədən isə səs-küy yarandığı üçün xəbərdar olmuşdur. Daha sonra xəstənin halını maraqlanmaq üçün “Məlhəm” hospitala getmişdir. Məhkəmə iclasına çağrılmış şahidlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında MTE və PA birliyi PHŞ-nin Xəzər rayon şöbəsinin rəisi Şahid5 və Şahid9 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadəsi elan olunmuş və tədqiq edilmiş hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, X2 “Reo-Med” Tibb Mərkəzində spinal anesteziya edilən zaman anafilaktik şok keçirdikdən sonra X6 reanimasiya şöbəsində ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. 009658 nömrəli diplomdan görünür ki, Təqsirləndirilən şəxs oölu Azərbaycan Tibb Universitetində “müalicə işi” ixtisası üzrə həkim ali peşə-ixtisas dərəcəsi verilmişdir. 02 iyul 2024-cü il tarixli meyitə baxış protokolundan görünür ki, meyit meyitxanaya paltarsız gətirilmişdir. Meyit qadın cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdə, orta boyludur. Meyit əllə toxunduqda soyumuşdur. Meyit qacıması yoxlanılan bütün əzələ qruplarında kafi inkişaf etmişdir. Meyit ləkələri gövdənin arxa səthində yayılmış qırmızımtıibənövşəyi rəngdə olmaqla təzyiq etdikdə itir və 1,5-2 dəqiqəyə öz əvvəlki rənginə bərpa olur. Baş tükləri sıxdır, qəhvəyimtil rəngdədir, 30-40sm uzunluqdadır. Xarici qulaq keçəcəkləri sərbəst və ifrazatsızdır.Gözləri qapalıdır, bəbəklər genişlənmişdir, sağ-sola bərabərdir, diametrləri 0,5sm-dir, buynuz qişa parlaqdır, konyuktivaya qansızmalar yoxdur. Burun sümükləri əllədikdə tamdırlar. Ağız və burun dəliklərindən ifrazat yoxdur. Ağzı qapalıdır. Dişləri tamdır, təbiidir. Dili ağız boşluğunda diş xəttindən arxada sərbəst yerləşmişdir. Boynu gövdəyə müvafiq uzunluqda və köklükdədir. Boyunun ön səthində 3,x1,5sm ölçüdə, kənarları cərrahi tikilmiş, aşağı traxeostomik boru yeri vardır, ətrafı qansızmalı və ödemlidir. Döş qəfəsi silindrik olub, simmetrikdir. Süd vəziləri şarvaridir, döş gilələri solğun-qəhvəyimtil rəngdə piqmentasiyalıdır. Qabırğalar əllədikdə patoloji hərəkətsizdir. Qarnı qabırğa qövsləri səviyyəsindədir, əllədikdə yumşaqdır. Qarının ön divarında sol epiqastral nahiyəsində, üzərində bir ədəd cərrahi tikiş olan zond yeri vardır. Qasıüstü nahiyədə köndələn istiqamətli, 16sm uzunluğunda, keçirilmiş keysəriyyə kəsiyindən sonrakı çapıq vardır. Xarici cinsiyyət üzvləri qadın tipində düzgün inkişaf etmişdir. Uşaqlıq yolundan ifrazat yoxdur. Arxa keçəcək qapalıdır, ətrafı təmizdir, dərisi zədəsizdir. Yuxarı və aşağı ətraf sümükləri əllədikdə tamdırlar. Boynun sağ və sol yan səthlərində inyeksiya yaracıqları vardır. Onurğa sütununun Xİİ döş və İ bel fəqərələrarası səviyyəsində 0,3sm diametrində inyeksiya yaracığından sonrakı piqmentasiya qeyd edilir. Meyitin bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. xx.xx.2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 5 ünvanında yerləşən “Reo-Med” Tibb Mərkəzində baş verməsi müəyyən edilmişdir. “Məlhəm” Beynəlxalq hospitalından daxil olmuş 04 iyul 2024-cü il tarixli, 120/24 nömrəli məktubdan görünür ki, “X1 xx.xx.2024-cü il tarixində müraciət etmiş və müvafiq müayinələrdən sonra ona “G93.1 Baş beyin digər rubrikalarda təsnif olunmayan anoksik zədələnməsi” diaqnozu qoyulmuşdur. Xəstədə huşun itirilməsi, hərəkətsizlik, eləcə də yaxınlarınım verdiyi məlumata görə xəstəxanada əməliyyat öncəsi arrest olmuş, CPR edilmiş və ambulansla “X22” MMC-yə gətirilmişdir. Huşu qapalı olan xəstə reanimasiya şöbəsinə yerləşdirilmişdir. X9 “X22” MMC-də olduğu müddət ərzində ona aspirasiya pnevmaniyası səbəbi ilə müalicə başlanılmış və nəticədə pnevmoniya geriləmişdir. Həmçinin xəstəyə nootrop, beyin stimulə edici və antiepileptik müalicə başlanılmış və bu müalicə nəticəsində xəstə gözlərini açmış, hər iki qolunda cüzi motor hərəkətlər meydana gəlmişdir. Xəstə xx.xx.2024-cü il tarixində yaxınlarının istəyi ilə başqa xəstəxanaya köçürülmüşdür. Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X23” PHŞ-nin məhkəmə-tibbi ekspertizasının 19 iyul 2024-cü il tarixli, 56/MEŞ saylı rəyindən görünür ki, X2 meyitində tibbi manipulyasiya və prosedur yerləri istisna olmaqla xəsarət və ya xəsarət izi aşkar edilmədi. X2 ölümünün bilavasitə səbəbi “Liposaksiya” cərrahiyyə əməliyyatından əvvəl keçirilmiş qeyri-adekvat spinal anesteziya zamanı (“Markain” adlı dərman vasitəsinin tərkib hissəsi olan “Bupivacain”lə) anafilaktik reaksiya (şok) fonunda, traxeostomiya əməliyyatı ilə əlaqədar yuxarı tənəffüs yollarının qan və qan laxtaları ilə obturasion asfiksiyası, kəskin tənəffüs çatışmazlığı olmuşdur. Ölüm xx.xx.2024-cü il tarixdə, saat 19:15-də X7 baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində “Markain” adlı dərman vasitəsinin tərkib hissəsi olan Bupivacaine aşkar edilmişdir. Metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenialkilamin qrupuna aid olan amfetamin və mefamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. X2 onurğa sütununun Xİİ döş - İ bel fəqərələrarası səviyyəsində 0,3 sm diametrində spinal anesteziya ilə əlaqədar inyeksiya yaracığından sonrakı piqmentasiya ocağı aşkar edilmişdir. X2 meyitində “Liposaksiya” cərrahiyyə əməliyyatına uyğun hər hansı bir prosedur yerləri aşkar edilmədi. Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X23” PHŞ-nin komisyon məhkəmə-tibbi ekspertizasının 05 avqust 2024-cü il tarixli, KEŞ-715 saylı rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində tibbi manipulyasiya və prosedur yerləri istisna olmaqla hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. “Reo Med” X33 Almuradovanın adına tibbi sənədlər tərtib edilməli olduğu halda, bu tərtib edilməmişdir. Bununla əlaqədar onun üzərində “Liposaksiya” cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstərişin olub-olmaması barədə tikir söylənilməsi mümkün olmadı. “Liposaksiya” cərrahiyyə əməliyyatından əvvəl keçirilmiş qeyri- adekvat spinal anesteziya zamanı (“Markain” adlı dərman vasitəsinin tərkib hissəsi olan “Bupivacain’lə) anafilaktik reaksiya (anafilaktik şok) baş verdiyindən Aybəniz Almuradovanın üzərində “Liposaksiya” cərrahiyyə əməliyyatı icra edilməmişdir. Aybəniz Almuradovanın üzərində “Liposaksiya" cərrahiyyə əməliyyatı spinal anesteziya altında aparıla bilərdi. Aybəniz Almuradovanın meyiti müayinə olunmuş və onun ölümünün bilavasitə səbəbi “Liposaksiya” cərrahiyyə əməliyyatından əvvəl icra edilmiş qeyri-adekvat spinal anesteziya zamanı (“Markain” adlı dərman vasitəsinin tərkib hissəsi olan “Bupivacain”iə) anafilaktik reaksiya (şok) fonunda, traxeostomiya əməliyyatı ilə əlaqədar yuxarı tənəffüs yollarının qan və qan laxtaları ilə obturasion asfıksiyası, kəskin tənəffüs çatışmazlığının olduğu müəyyən edilmişdir ki, bununla da qüsurlu icra edilmiş qeyriadekvat spinal anesteziya zamanı (“Markain” adlı dərman vasitəsinin tərkib hissəsi olan “Bupivacain”lə) yaranmış anafilaktik reaksiyanın (şok) baş vermiş ölümlə səbəbli əlaqəsi vardır. Bu da səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçiliq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlari”nın 24.1-ci bəndinin tələblərinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs spinal anesteziyanı icra edən həkim anestezioloqreanimatoloqdur. Aybəniz Almuradovaya spinal anesteziyadan öncə anestezioloji dərman preparatına (konkret halda “markain”) qarşı hər hansı həssaslığın olub-olmadığını müəyyən etmək üçün sınaq qoyulmalı idi. Aybəniz Almuradovaya traxeostomik borunun fəaliyyətinə qüsurlu nəzarət ilə əlaqədar yuxarı tənəffüs yollarının qan və qan laxtaları ilə obturasion asfıksiyası baş vermişdir. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarının 24.1-ci bəndinin tələblərinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs traxeostomik borunun fəaliyyətinə nəzarət edən həkimdir. Qeyd edilən qüsurlu tibbi xidmətin ölümlə səbəbli əlaqəsi olmamışdır. Aybəniz Almuradovanın adına tibbi sənədlər tərtib olunmadığından anafilaktik şok keçirdikdən sonra şok əleyhinə tibbi yardımların aparılıb-aparılmaması barədə fikir söylənilməsi mümkün olmadı. İş materiallarına əlavə edilmiş məlumatlardan göründüyü kimi, anafilaktik şok baş verdikdən sonra ona 1 mq adrenalin və 1 ampula dekzametazon venadaxili infuziya edilmişdir. Bu da anafilaktik şok əleyhinə düzgün olaraq inyeksiya edilmişdir. Təqsirləndirilən şəxs “Reo Med” Klinikası ilə əmək müqaviləsi və profil üzrə müvafiq sertifikasiya şəhadətnaməsi olduğu halda o, əməliyyatda anestezioloq-reanimatoloq kimi iştirak edə bilərdi. Şahid1 profil üzrə müvafiq sertfıkasiya şəhadətnaməsi olduğu halda o, “Liposaksiya” cərrahiyyə əməliyyatını icra edə bilərdi. İş materiallarına əlavə edilmiş məlumatlardan göründüyü kimi, Aybəniz Almuradovanın əməliyyatında anestezioloq kimi iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə baş verən gün əməliyyatxanada xəstənin bel nahiyəsinə ilk dəfə iynəni daxil etdikdən sonra xəstənin təzyiqi qəfil aşağı düşmüş və xəstə huşunu itirmişdir, bundan təxminən 10 dəqiqə sonra xəstənin spinal nahiyəsinə yenidən “Markain" adlı dərman preparatı inyeksiya edilmişdir. Aybəniz Almuradovanın vəziyyəti pisləşdikdən sonra yenidən eyni inyeksiyanm təkrarlanması tibbi cəhətdən yol verilməzdir. Belə ki, “Markain” adlı dərman preparatına ilkin inyeksiya zamanı həmin preparata qarşı artıq hiperhəssaslıq yaranmışdır. Aybəniz Almuradovanın adına tibbi sənədlər tərtib olunmadığından ona əməliyyatdan öncə zəruri tibbi müayinələrin aparılıb- aparılmaması barədə fikir söylənilməsi mümkün olmadı. Bu tibbi sənədlərin tərtibatı isə zəruri idi. “Reo Med” Tibb Mərkəzinin müvafiq lisenziya şəhadətnaməsi olduğu halda həmin klinikada “Liposaksiya” cərrahiyyə əməliyyatı aparıla bilərdi. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X9 istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X13 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, X39” MMC-də “baş direktor” vəzifəsində işləyən X28 ilə bağlanmış əmək müqaviəsinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə X28 tərəfindən könüllü təqdim edilmiş “Reo-Med” Tibb Mərkəzinin video-müşahidə kameralarının “ALHUA” markalı yaddaş blokunda olan video-görüntülərə baxış keçirilmiş, yaddaş blokunda olan 09 ədəd fayl açılmadığına görə daxil olmaq mümkün olmamışdır. Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X23” PHŞ-nin komisyon məhkəmə-tibbi təkrar ekspertizasının 12 sentyabr 2024-cü il tarixli, KEŞ-852 saylı rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində tibbi manipulyasiya və prosedur yerləri istisna olmaqla hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. “Reo Med” X33 Almuradovanın adına tibbi sənədlər tərtib edilməli olduğu halda, bu tərtib edilməmişdir. Bununla əlaqədar onun üzərində “Liposaksiya” cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstərişin olubolmaması barədə tikir söylənilməsi mümkün olmadı. “Liposaksiya” cərrahiyyə əməliyyatından əvvəl keçirilmiş qeyri- adekvat spinal anesteziya zamanı (“Markain” adlı dərman vasitəsinin tərkib hissəsi olan “Bupivacain’lə) anafilaktik reaksiya (anafilaktik şok) baş verdiyindən Aybəniz Almuradovanın üzərində “Liposaksiya” cərrahiyyə əməliyyatı icra edilməmişdir. Aybəniz Almuradovanın üzərində “Liposaksiya" cərrahiyyə əməliyyatı spinal anesteziya altında aparıla bilərdi. Aybəniz Almuradovanın meyiti müayinə olunmuş və onun ölümünün bilavasitə səbəbi “Liposaksiya” cərrahiyyə əməliyyatından əvvəl icra edilmiş qeyri-adekvat spinal anesteziya zamanı (“Markain” adlı dərman vasitəsinin tərkib hissəsi olan “Bupivacain”iə) anafilaktik reaksiya (şok) fonunda, traxeostomiya əməliyyatı ilə əlaqədar yuxarı tənəffüs yollarının qan və qan laxtaları ilə obturasion asfıksiyası, kəskin tənəffüs çatışmazlığının olduğu müəyyən edilmişdir ki, bununla da qüsurlu icra edilmiş qeyri-adekvat spinal anesteziya zamanı (“Markain” adlı dərman vasitəsinin tərkib hissəsi olan “Bupivacain”lə) yaranmış anafilaktik reaksiyanın (şok) baş vermiş ölümlə səbəbli əlaqəsi vardır. Bu da səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçiliq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlari”nın 24.1-ci bəndinin tələblərinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs spinal anesteziyanı icra edən həkim anestezioloq-reanimatoloqdur. Aybəniz Almuradovaya spinal anesteziyadan öncə anestezioloji dərman preparatına (konkret halda “markain”) qarşı hər hansı həssaslığın olub-olmadığını müəyyən etmək üçün sınaq qoyulmalı idi. Aybəniz Almuradovaya traxeostomik borunun fəaliyyətinə qüsurlu nəzarət ilə əlaqədar yuxarı tənəffüs yollarının qan və qan laxtaları ilə obturasion asfıksiyası baş vermişdir. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarının 24.1-ci bəndinin tələblərinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs traxeostomik borunun fəaliyyətinə nəzarət edən həkimdir. Qeyd edilən qüsurlu tibbi xidmətin ölümlə səbəbli əlaqəsi olmamışdır. Aybəniz Almuradovanın adına tibbi sənədlər tərtib olunmadığından anafilaktik şok keçirdikdən sonra şok əleyhinə tibbi yardımların aparılıb-aparılmaması barədə fikir söylənilməsi mümkün olmadı. İş materiallarına əlavə edilmiş məlumatlardan göründüyü kimi, anafilaktik şok baş verdikdən sonra ona 1 mq adrenalin və 1 ampula dekzametazon venadaxili infuziya edilmişdir. Bu da anafilaktik şok əleyhinə düzgün olaraq inyeksiya edilmişdir. Təqsirləndirilən şəxs “Reo Med” Klinikası ilə əmək müqaviləsi və profil üzrə müvafiq sertifikasiya şəhadətnaməsi olduğu halda o, əməliyyatda anestezioloq-reanimatoloq kimi iştirak edə bilərdi. Şahid1 profil üzrə müvafiq sertfıkasiya şəhadətnaməsi olduğu halda o, “Liposaksiya” cərrahiyyə əməliyyatını icra edə bilərdi. İş materiallarına əlavə edilmiş məlumatlardan göründüyü kimi, Aybəniz Almuradovanın əməliyyatında anestezioloq kimi iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə baş verən gün əməliyyatxanada xəstənin bel nahiyəsinə ilk dəfə iynəni daxil etdikdən sonra xəstənin təzyiqi qəfil aşağı düşmüş və xəstə huşunu itirmişdir, bundan təxminən 10 dəqiqə sonra xəstənin spinal nahiyəsinə yenidən “Markain" adlı dərman preparatı inyeksiya edilmişdir. Aybəniz Almuradovanın vəziyyəti pisləşdikdən sonra yenidən eyni inyeksiyanın təkrarlanması tibbi cəhətdən yol verilməzdir. Belə ki, “Markain” adlı dərman preparatına ilkin inyeksiya zamanı həmin preparata qarşı artıq hiperhəssaslıq yaranmışdır. Aybəniz Almuradovanın adına tibbi sənədlər tərtib olunmadığından ona əməliyyatdan öncə zəruri tibbi müayinələrin aparılıb- aparılmaması barədə fikir söylənilməsi mümkün olmadı. Bu tibbi sənədlərin tərtibatı isə zəruri idi. “Reo Med” Tibb Mərkəzinin müvafiq lisenziya şəhadətnaməsi olduğu halda həmin klinikada “Liposaksiya” cərrahiyyə əməliyyatı aparıla bilərdi. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ilk dəfə spinal anesteziya üçün nəzərdə tutulmuş aləti Aybəniz Almuradovanın onurğa kanalına yeritsə də, dərman preparatını Aybəniz Almuradovanın onurğa kanalına yeritməmişdir. Belə olan halda, sadəcə iynəni onurğaya daxil etməklə Aybəniz Almuradovanın səhhətində pisləşmənin olması (A/T kəskin aşağı – 80/40 mm.c.s.-na düşməsi) tibbi cəhətdən mümkün deyil. Belə ki, onun bilavasitə səbəb “Liposaksiya№ cərrahiyyə əməliyyatından əvvəl qüsurlu icra edilmiş qeyri-adekvat spinal anesteziya zamanı (“Markain” adlı dərman vasitəsinin tərkib hissəsi olan “Bupivacain”lə) yaranmış anafilaktik reaksiya (şok) olmuşdur. Aybəniz Muradovaya 45 dəqiqə müddətində icra edilmiş intensiv terapiya tədbirləri zamanı traxeostomik boruda qan laxtalarının əmələ gəlməsi istisna edilmir. Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyətindən 31 oktyabr 2024- cü il tarixli, 5-38/2-139/2024 saylı məktubla daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, C.Məmmədquluzadə 24-də qeydiyyatdadır, xx.xx.1997-ci il tarixdə anadan olub, əvvəllər məhkumluğu olmayıb, evlidir, işsizdir. Onun barəsində Bərdə şəhər İcra Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid7 arasında üzləşdirmə keçirilmiş və Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini bir daha Şahid7 üzünə qarşı bildirərək, “Reo-Med” Tibb Mərkəzinin əməliyyatxanasında Aybəniz Almuradovaya həm ilk dəfə həm də növbəti dəfə təkrarən spinal anesteziya edən zaman Şahid7 əməliyyatxanada olduğunu demişdir. xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki,Şahid1 ilə Şahid7 arasında üzləşdirmə keçirilmiş və Şahid1 ifadəsində göstərdiklərini bir daha Şahid7 üzünə qarşı bildirərək, “Reo-Med” Tibb Mərkəzinin əməliyyatxanasında X16 Babək Rəfail oğlu tərəfindən həm ilk dəfə həm də növbəti dəfə təkrarən spinal anesteziya edilən zaman Şahid7 əməliyyatxanada olduğunu demişdir. Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X23” PHŞ-nin komisyon məhkəmə-tibbi əlavə ekspertizasının 07 noyabr 2024-cü il tarixli, KEŞ- 1005 saylı rəyindən görünür ki, Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, ilk dəfə spinal anesteziya üçün nəzərdə tutulmuş aləti Aybəniz Almuradovanın onurğa kanalına yeritsə də, dərman preparatını Aybəniz Almuradovanın onurğa kanalına yeritməmişdir. Belə olan halda, sadəcə iynəni onurğaya daxil etməklə Aybəniz Almuradovanın səhhətində pisləşmənin olması (A/T kəskin aşağı – 80/40 mm.c.s.-na düşməsi) tibbi cəhətdən mümkün deyil. İlk dəfə icra edilmiş spinal anesteziya onun ölümünə səbəb olmamışdır. Belə ki, onun bilavasitə səbəb “Liposaksiya№ cərrahiyyə əməliyyatından əvvəl qüsurlu icra edilmiş qeyri-adekvat spinal anesteziya zamanı (“Markain” adlı dərman vasitəsinin tərkib hissəsi olan “Bupivacain”lə) yaranmış anafilaktik reaksiya (şok) olmuşdur. Məhkəmə-tibbi ekspertiza tədqiqatı fotoşəkillər əsasında aparılmır. Aybəniz Almuradovanın meyitinin xarici müayinəsi zamanı onun onurğa sütununun Xİİ döş - İ bel fəqərələrarası səviyyəsində 0,3 sm diametrində inyeksiya yaracığından sonrakı piqmentasiya müəyyən edilmişdir. "X22"da Aybəniz Almuradovanın adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “Dəqiqləşdirilməmiş koma, baş beyinin digər rubrikalarda təsnif olunmayan anoksik zədələnməsi" diaqnozu aparılmış müvafiq müayinələrə əsasən düzgün təyin edilmişdir. Aparılmış müalicələr təyin edilmiş diaqnoz uyğun olmuşdur. Aybəniz Almuradovanın ölümünə bilavasitə səbəb "Liposaksiya" cərrahiyyə əməliyyatından əvvəl ikinci dəfə qüsurlu icra edilmiş qeyriadekvat spinal anesteziya zamanı ("Markain" adlı dərman vasitəsinin tərkib hissəsi olan "Bupivacain"lə) yaranmış anafilaktik reaksiya (sok) olmuşdur ki, bununda "X22"da aparılmış müayinə və müalicələrlə səbəbli əlaqəsi olmamışdır. Aybəniz Almuradovaya traxeostomik borunun fəaliyyətinə qüsurlu nəzarət ilə əlaqədar yuxarı tənəffüs vollarının qan və qan laxtaları ilə obturasion asfiksiyası baş vermişdir. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş "Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları"nın 24.1-ci bəndinin tələblərinin ("ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi") pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs traxeostomik borunun fəaliyyətinə nəzarət edən həkimdir. Qeyd edilən qüsurlu tibbi xidmətin ölümlə səbəli əlaqəsi olmamışdır. xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə könüllü təqdim edilmiş “Reo Med” Tibb Mərkəzinin video-müşahidə kameralarının yaddaş qurğusu maddi sübut qismində tanınmışdır. Həmçinin Şahid9, Şahid10, X20, Şahid8, X29, X34, Şahid6, Şahid1, Şahid7, X10 və X14 əməllərində hər hansı cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından onların barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 124.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 124.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 124.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halla yanaşı, ona cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün —məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2024cü il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həkim kimi fəaliyyət göstərərək ehtiyatsızlıqdan adam öldürmə cinayəti törətməsini nəzərə alaraq cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirmək, o cümlədən, onun tərəfindən həkim kimi fəaliyyət göstərməklə cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxsə müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası, AR CM-nin 46.2-ci maddəsinə əsasən əlavə cəza qismində həkim kimi fəaliyyət göstərmək hüququndan məhrum edilməklə, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut növü kimi tanınmış “Reo Med” Tibb Mərkəzinin video-müşahidə kameralarının yaddaş qurğusu iş materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 60 (altmış) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 02 (iki) il müddətinə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş həkim kimi fəaliyyət göstərmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Reo Med” Tibb Mərkəzinin video-müşahidə kameralarının yaddaş qurğusu iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-233/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-233/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver