Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-235/2022 10.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X6 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: X4 Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 11 saylı vəkillər bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1988-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Yaqnaliyev Orxan Gülbala oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.1 və 272.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs komputer sisteminə daxil olmaq hüququ olmadan həmin sistemə mühafizə tədbirlərini pozmaqla orada saxlanılan komputer məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə qəsdən təkrarən daxil olmuş, həmçinin obyektinin komputer sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan komputer məlumatlarını buna hüququ olmadan texniki vasitələrdən istifadə etməklə qəsdən təkrarən ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs komputer sisteminə və ya onun hər hansı bir hissəsinə buna hüququ olmadan mühafizə tədbirlərini pozmaqla orada saxlanılan komputer məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə qanunsuz daxil olmaq məqsədilə müxtəlif adlı istifadəçilərə məxsus “facebook”, “instagram” sosial şəbəkələrinə və “elektron” poçt” qutusuna aid (ad və şifrə) komputer məlumatlarını əldə etmək üçün istifadə edilən 48.57 Mb tutumunda 2.1.20 nömrəli buraxılışı olan “Surveymonkey” proqram təminatını istifadə etdiyi içərisində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı “SM-G570F” modelli “**********42100”, “**********42108” İMEİ kodlu, “R58J34JYB8P” seriya nömrəli mobil smartfonuna “X10” adlı “google”a məxsus rəsmi mənbədən yükləyib quraşdırmış, həmin proqramın iş prinsipinə uyğun olaraq öz komputer məlumatlarını “Surveymonkey” proqram təminatına əlavə etməsi üçün “Ozon optik” adlı instagram səhifələrinin istifadəçisi Şahid özünü İnstagram sosial şəbəkəsinin Türkiyə Respublikasındakı rəsmi nümayəndəliyinin Azərbaycandakı nümayəndəsi olduğunu bildirməklə, 300 manat müqabilində “Ozon optik” instagram səhifəsinə “İnstagram” sosial şəbəkəsi tərəfindən təsdiqlənmiş və hesabın müəyyən marka və tanınmış hesab olduğunu göstərən “mavi tık” əlavə edə biləcəyini, həmin şəxsdə özünə inam yaratmaq üçün “Mavi tık”-a sahib olduqdan sonra 300 manatı ödəyəcəklərini bildirmiş, Şahid razılığını aldıqdan sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Ozon Aptekdə” istifadə olunan ***-***-**-** saylı mobil nömrəyə “Surveymonkey” proqramının linkini göndərməklə həmin linkə daxil olaraq orda qeyd edilmiş “Ozon optik” adlı instagram hesab barədə şəxsi məlumatları, yəni adı, şifrə, həmin hesaba bağlı olan elektron poçt ünvanın və sair məlumatları doldurmasını Şahid bildirmiş, Şahid rəqəmsal komputer məlumatı hesab edilən “Ozon optik” adlı instagram sosial şəbəkə hesabının şəxsi məlumatlarını, yəni adı, şifrə, həmin hesaba bağlı olan elektron poçt ünvanın və sair məlumatları “Surveymonkey” proqramının linkinə daxil etmiş, həmin zaman Təqsirləndirilən şəxs həmin proqramın vasitəsilə Şahid proqrama daxil etdiyi şəxsi məlumatları qanunsuz olaraq əldə edərək 2020-ci ilin avqust ayının ortalarında yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 22 ünvanında yerləşən 98 nömrəli evdən istifadəsində olan “Samsung” markalı “SM-G570F” modelli mobil telefon vasitəsilə “Ozon optik” adlı instagram hesabına buna hüququ olmadan mühafizə tədbirlərini pozmaqla orada saxlanılan komputer məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə qanunsuz daxil olmuş, həmçinin “Ozon optik” adlı instagram hesabının istifadəçi adı, şifrəsini və sair şəxsi məlumatları qanunsuz olaraq dəyişərək komputer sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan rəqəmsal komputer məlumatı hesab edilən “Ozon optik” adlı instagram hesabını buna hüququ olmadan texniki vasitələrdən istifadə etməklə ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən komputer sisteminə və ya onun hər hansı bir hissəsinə buna hüququ olmadan mühafizə tədbirlərini pozmaqla orada saxlanılan komputer məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə qanunsuz daxil olmaq məqsədilə “Ozon Aptekdə” işləyən Şahid 2020-ci ilin avqust ayının ortalarında “Surveymonkey” proqramının linkinə daxil etdiyi “Ozon optik” instagram səhifəsinin komputer məlumatlarının, yəni adı, şifrə, həmin hesaba bağlı olan elektron poçt ünvanın və sair məlumatların “Ozon aptekdə” online satışın həyata keçirildiyi “Ozon aptek” adlı instagram səhifəsi ilə eyni olmasından istifadə edərək 2020-ci ilin dekabr ayının əvvəllərində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 22 ünvanında yerləşən 98 nömrəli evdən istifadəsində olan “Samsung” markalı “SM- G570F” modelli mobil telefon vasitəsilə “Ozon aptek” adlı instagram hesabına buna hüququ olmadan mühafizə tədbirlərini pozmaqla orada saxlanılan komputer məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə təkrarən qanunsuz daxil olmuş, həmçinin “Ozon aptek” adlı instagram hesabının istifadəçi adı, şifrəsini və sair şəxsi məlumatları qanunsuz olaraq dəyişərək komputer sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan rəqəmsal komputer məlumatı hesab edilən “Ozon aptek” adlı instagram hesabını buna hüququ olmadan texniki vasitələrdən istifadə etməklə təkrarən ələ keçirmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 271.2.1 və 272.2.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ailə üzvləri, anası və həyat yoldaşı ilə birlikdə yaşayır. Boş vaxtarında istifadəsində olan “Samsung J5 Prime” markalı mobil telefonla sosial şəbəklərə daxil olmuşdur. Təxminən 2020-ci ilin avqust-sentyabr aylarında “Youtube”-da videolara baxan zaman təsadüfən qarşısına instagram istifadəçilərinin hesablarının sındırılaraq ələ keçirilməsi ilə bağlı video çıxmışdır. Ona maraqlı gəldiyindən o həmin videoya baxmışdır. Videoda hər şeyi sadə şəkildə izah etdiklərindən o rahat başa düşmüş və tətbiq etmək istəmişdir. Belə ki, şəxslərin instagram səhifələrinin sındırmaq üçün “Samsung” telefonları üçün “Play Market”-dən “Surveymonkey” proqramını yükləmək lazım olmuşdur. Həmin proqramın özündə olan linki hesabını ələ keçirmək istədiyi şəxsə göndərilmişdir. Həmin linkə daxil olduqda orada şəxs anket məlumatlarını qeyd etməli olmuşdur. Həmin şəxs anket məlumatlarında istifadəçi adı, şifrəsi, elektron poçt ünvanı və.sair məlumatları qeyd edən zaman o həmin proqram vasitəsilə onun “Surveymonkey” proqramın daxil etdiyi şəxsi məlumatları görə bilmişdir. O həmin məlumatları sonradan dəyişərək özünə məxsus istifadəçi adı, parolu, elektron poçt ünvanı daxil etmiş və həmin şəxs səhifəyə daxil ola bilməmişdir. Ona maraqlı gəldiyindən o, instagramda mobil nömrəsi qeyd edilən instagram səhifələrinə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən sms yazaraq onlara instagramda izləyicilərinin sayını artırmaq və ya onlara “mavi tık” deyilən tətbiqi əlavə etmək kimi təkliflər etmişdir. O həmin şəxsləri inandırmaq üçün onlara gördüyü xidmətin müqabilində alacağı pulu işi gördükdən sonra alacağını bildirmişdir. Bu üsulla hazırda xatırlamdığı bir neçə səhifəyə link göndərmişdir. Lakin həmin şəxslər anket məlumatlarını natamam doldurduğu üçün onarın səhifəsinə daxil ola bilməmişdir. Təxminən 2020-ci ilin avqust ayında instagramda izləyiciləri çox olan “Ozon Optik” və “Ozon Aptek” rəsmi səhifələrində yerləşdirilmiş ***-***-**-** nömrəsinə istifadəsində olan ***-***-**-** saylı nömrədən yazaraq onlara 300 manat müqabilində “Ozonoptik” instagram səhifələrinə İnstagram sosial şəbəkəsi tərəfindən təsdiqlənmiş hesab olduğunu göstərən “mavi tık” əlavə edə biləcəyini bildirmişdir. Onları inandımaq üçün pulu “Mavi tık” əlavə edildikdən sonra alacağını bildirmişdir. Ona cavab yazan şəxs də onunla razılaşmışdır. Bundan sonra o həmin “WhatsApp” hesabına “surveymonkey.com” saytının linkini atmış və həmin sayta girib orada göstərilən məlumatları doldurmasını bildirmişdir. O, həmin “surveymonkey.com” saytına daxil olaraq orada “ozon - optik” instagram səhifəsi barədə məlumatları, eləcə də “e-mail” adresini, login, parolu və digər məlumatları daxil etmişdir. Bundan sonra, o, yaşdığı ünvan 1 ünvanında istifadə etdiyi telefonunda olan “surveymonkey” proqramına daxil olduqda onun daxil etdiyi bütün şəxsi məlumatları görmüş və bütün məlumatları dəyişərək öz məlumatlarını, yəni həmin hesaba bağlı olan nömrə yerinə öz istifadə etdiyi ***-***-**-** saylı nömrəni, həmin səhifəyə bağlanmış elektron poçt ünvanına özü yaratdığı poçt ünvanını və sair məlumatları daxil edərək dəyişmiş və “Ozon_optik” səhifəsini qanunsuz yolla ələ keçirmişdir. Bu üsulla o səhifənin geri qaytarılmasını qarşısını almağa çalışmışdır. O həmin səhifəni ələ keçirdikdən sonra bir müddət istifadə etsə də sonradan səhvliklə əli dəymiş və həmin səhifəni silmişdir. Bundan sonra təxminən 2020-ci ilin dekabr ayının əvvəllərində təsadüfən telefonunda “ozon_optik” rəsmi səhifəsinə yazdıqları istifadəçi şifrəsini “Ozon_aptek” səhifəsinə yazaraq yoxladıqda hər iki səhifənin eyni kodlu olduğunu bilmişdir. Bu əməli avtomatik olaraq baş vermiş, yəni telefonun yaddaşında həmin hesab qaldığı üçün daxil olma da avtomatik olaraq baş vermişdir. Bundan sonra, o həmin səhifəyə daxil olaraq yuxarıda qeyd etdiyi üsulla həmin səhifənin şəxsi məlumatlarını dəyişərək öz məlumatlarını daxil etmişdir. Lakin sonradan səhifənin sahibi özü hansısa kompyuter mütəxəssisi vasitəsi ilə səhifəni geri qaytarmışdır. “Ozon Optik” və “Ozon aptek” adlı instagram səhifərinə qanunsuz olaraq daxil olmaqla həmin səhifələrin şifrə və adlarını dəyişib ələ keçirməkdə xüsusi bir məqsədi olmamışdır, dediyi kimi sadəcə olaraq youtube kanalında belə bir şey edərək şifrə və parolu ələ keçirməyin mümkün olduğunu gördüyündən ona maraqlı gəlmiş və yoxlamaq istəmişdir.O həmin səhifələri satmaq və yaxud da kiməsə vermək kimi xüsusi bir məqsədi olmamışdır.“Ozon Optik” və “Ozon aptek” adlı instagram səhifərindən əlavə hazırda xatırlamadığı səhifələrə həmin “surveymonkey” proqramının linkini göndərsə də həmin şəxsə linkə daxil olub baxsalar da lazımı məlumatları əlavə etmədikləri üçün o həmin səhifələri ələ keçirə bilməmişdir.Hazırda törətdiyi əməldən çox peşmandır. Törətdiyi əməlin xırda qanun pozuntusu olduğunu, əməlin cinayət hesab edildiyini bilmədiyini və cinayət olmadığını bildirərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi3 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs ailəlidir, iki azyaşlı övladı vardır. 2012-ci il tarixdə Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsini bitirmişdir. Həmin vaxtdan müxtəlif apteklərdə işləmişdir. 2014-cü il tarixdən “Ozon” adlı apteki açaraq orada işləmişdir. Aptekin fəaliyyət göstərməsi üçün lisenziyanı Avromed apteklər şəbəkəsinə aid olan "xxxx" MMC-dən almışdır. Rəsmi sənədlərdə də aptekin adı “Buta-304” aptek kimi yazılmışdır. Yəni rəsmi olaraq aptek "xxxx" apteklər şəbəkəsinin bir apteki kimi qeydiyyatdan keçmişdir. Faktiki olaraq isə aptek ona məxsusdur. Orda həyata keçirilən satışa o cavabdehlik daşımış və əldə edilən gəlir də ona məxsus olmuşdur. O rəsmi sənədlərdə “Buta-304” aptekdə əczaçı vəzifəsində işləmişdir. “Ozon” aptek (Buta-304) ünvan 3 ünvanında fəaliyyət göstərir. Şahid onun tanışıdır. Onu da aptekdə işə götürmüşdür. Onun da Avromed şirkəti daha dəqiq desək "xxxx" MMC ilə əmək müqaviləsi olmuşdur. O aptekdə satıcı kimi qeydiyyata alınmışdır. Lakin Rauf əsasən aptekin online sifarişlərinin qəbul edilməsi işləri ilə məşğul olmuşdur. Pandemiya ilə əlaqədar olaraq online sifarişlər xeyli artmışdır. Buna görə də Rauf xüsusi olaraq online sifarişlərə baxmışdır. O sadəcə aptekin “Ozonoptik” və “Ozonaptek” adlı istagram səhifələrini idarə etmiş və ora göndərilən sifarişləri yerinə yetirmiş, verilən sualları cavablamışdır. Həmçinin, aptekdə ***-***-**-** saylı mobil nömrə ilə də WhatsApp hesabına göndərilən sifarişəri qəbul etmişdir. Təxminən 2020-ci ilin avqust ayının ortalarında Rauf ona bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə ilə WhatsApp hesabına ***-***-**-** saylı mobil nömrədən bir nəfər şəxs mesaj yazaraq ona İnstagram sosial şəbəkəsinin Türkiyə Respublikasındakı rəsmi nümayəndəliyinin Azərbaycandakı nümayəndəsi olduğunu bildirmişdir.Həmin şəxs ona təklif etmişdir ki, istədikləri təqdirdə 300 manat müqabilində onların “Ozonoptik” instagram səhifələrinə İnstagram sosial şəbəkəsi tərəfindən təsdiqlənmiş hesab olduğunu göstərən “mavi tık” əlavə edə bilər. “Mavi tık” deyilən həmin nişan hesabın müəyyən marka və tanınmış hesab olduğunu göstərir. “Mavi tık”-a sahib olan hesab daha tez tapılır və insanlarda daha etibarlı səhifə təsiri bağışlayır. O Raufla məsləhətləşdikdə belə qərara gəlmişlər ki, həmin “Mavi tık”-a sahib olaq və gəlirlərini artırsınlar. O Raufdan həmin şəxsin onları aldadıbaldatmayacağını da soruşduqda Rauf sms yazan şəxsin ona mavi tıka sahib olduqdan sonra 300 manatı ödəyəcəklərini bildirdiyini demişdir. Buna görə də onlar heç bir təhlükə görməmişlər və ona inanmışlar.O Raufa həmin şəxslə danışıb razılaşmasını bildirmişdir. Bundan sonra, o, Raufla danışanda həmin şəxsin ona sorğu blankı göndərdiyini və həmin blankı doldurduğunu lakin növbəti gün “Ozon Optik” adlı həmin səhifələri yoxa çıxdığını bildirmişdir. İnstagramda axtarış belə verdikdə səhifənin mövcud olmadığı bildirilmişdir. Lakin həmin səhifə elə də gəlir gətirən və səhifə olmadığından, ilk dəfə başlarına belə bir iş gəldiyindən nə edəcəklərini bilməmişlər. Tanışlardan maraqlandıqda bildirmişlər ki, ola bilsin ki, instagram tərəfindən səhifə silinmişdir. Belə hallar bəzən olur. Buna görə də, onlar şübhələnməmişlər. Bundan sonra, təxminən 2020-ci ilin dekabr ayının əvvəllərində onların digər rəsmi səhifələri olan “Ozon aptek” səhifəsi də yoxa çıxmışdır. Həmin səhifə onların əsas səhifələri olmuşdur.Orada 98 000 izləyiciləri olmuşdur. Həmin səhifə vasitəsilə aptekdən gündəlik 1500-2000 manat dəyirəndə alış-veriş olmuşdur. Buna görə də artıq onlar başa düşmüşlər ki, səhifələri oğurlanmış və istəmişlər ki, həmin şəxs müəyyən edilsin.Buna görə də, tanışlarından xahiş etmişdir ki, səhifəni oğurlayan şəxsin müəyyən edilməsində ona köməklik göstərsinlər. Onlara bir neçə ay qabaq birinci səhifənin də yoxa çıxdığını,Raufun doldurduğu anket məlumatları barədə bildirdikdə onlara demişlər ki, onların hər iki səhifələri Raufa sms yazan ***-***-**-** saylı nömərinin istifadəçisi tərəfindən ələ keçirilmişdir. Belə ki, həmin şəxs “surveymonkey.com” saytına Raufun daxil etdiyi məlumatları qanunsuz olaraq ələ keçirərək sonradan istifadəçi adını, login və parolunu dəyişmişdir.Həmin səhifənin izləyicisi çox olduğundan onu satıb gəlir əldə etmək istəmişdir. Bundan sonra, o, Raufa bildirmişdir ki, o özü bu barədə ərizə ilə kibercinayətlər sahəsində ixtisaslaşdırılmış qurum kimi tanıdığları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etsin. “Ozon” aptek ona məxsusdur, hadisə nəticəsində ziyan ona dəymişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi3 27.04.2022-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyan ödənilmişdir. Bu barədə zərərçəkmiş şəxsin ərizəsi iş materialalrında mövcuddur. Bu səbəbdən həmin ərizənin məhkəmə çıxışı kimi nəzərə alınmasını xahiş etmişdir. İş materialalrında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 13.10.2021-ci il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və ondan heç bir şikayəti yoxdur, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, o, əvvəllər ünvan 4 ünvanında fəliyyət göstərən “Ozon” aptekində satıcı kimi fəaliyyət göstərmişdir.Həmin aptek “AvroMed” apteklər şəbəkəsinin tərkibində fəaliyyət göstərmişdir.O da əmək müqaviləsini “AvroMed” ilə bağlamışdır.Rəsmi adı satıcı getsə də o bir başa aptekdə satışla məşğul olmamışdır.Belə ki, aptek online şəkildə sifarişləri də qəbul edib ünvanlara çatdırmışdır.Buna görə də, o, sadəcə aptekin “Ozonoptik” və “Ozonaptek” adlı istagram səhifələrini idarə etmiş və ora göndərilən sifarişləri yerinə yetirmiş, verilən sualları cavablamışdır.2020-ci ilin ortalarında aptekdə istifadə olunan ***- ***-**-** saylı mobil nömrənin WhatsApp hesabına ***-***-**-** saylı mobil nömrədən bir nəfər şəxs mesaj yazaraq ona İnstagram sosial şəbəkəsinin Türkiyə Respublikasındakı rəsmi nümayəndəliyinin Azərbaycandakı nümayəndəsi olduğunu bildirmişdir.Həmin şəxs ona təklif etmişdir ki, istədiyi təqdirdə 300 manat müqabilində onların “Ozonoptik” instagram səhifələrinə İnstagram sosial şəbəkəsi tərəfindən təsdiqlənmiş hesab olduğunu göstərən “mavi tık” əlavə edə bilər.“Mavi tık” deyilən həmin nişan hesabın müəyyən marka və tanınmış hesab olduğunu göstərir.“Mavi tık”-a sahib olan hesab daha tez tapılır və insanlarda daha etibarlı səhifə təsiri bağışlayır.Buna görə də, o istəmişdir ki, həmin “Mavi tık”-a sahib olaraq və gəlirlərlərini artırsınlar.Həmçinin, sms yazan şəxs ona mavi tıka sahib olduqdan sonra 300 manatı ödəyəcəyini bildirdiyindən ona inanmışdır. Çünki faktiki heç bir təhlükə görməmişdir.O, bu barədə müdiriyyətə bildirmiş və onlar da razılaşmışlar.Bundan sonra, o, həmin şəxsə yazaraq razı olduğlarını bildirmişlər.Həmin şəxs ona “WhatsApp” hesabına “surveymonkey.com” saytının linkini atmış və həmin sayta girib orada göstərilən məlumatları doldurmasını bildirmişdir. O da “surveymonkey.com” saytına daxil olmuş və orada “ozonoptik” instagram səhifəsi barədə məlumatları, eləcə də “e-mail” adresini, login, parolu və digər məlumatları daxil etmişdir.Bundan bir iki gün sonra baxmışdır ki, həmin səhifə yoxa çıxmışdır.İnstagramda axtarış belə verdikdə səhifənin mövcud olmadığı bildirilmişdir.Lakin həmin səhifə elə də gəlir gətirən və səhifə olmadığından, ilk dəfə başlarına belə bir iş gəldiyindən nə edəcəklərini bilməmişlər. Tanışlardan maraqlandıqda bildirmişlər ki, ola bilsin instagram tərəfindən səhifə silinmişdir.Belə hallar bəzən olur.Buna görə də, o, şübhələnməmişdir.Bundan sonra təxminən 2020-ci ilin dekabr ayının əvvəllərində onların digər rəsmi səhifələri olan “Ozonaptek” səhifəsi də yoxa çıxmışdır.Həmin səhifə onların əsas səhifələri olmuşdur.Orada 98.000 izləyiciləri olmuşdur.Həmin səhifə vasitəsilə aptekdən gündəlik 1500-2000 manat dəyirəndə alış-veriş olmuşdur.Buna görə də, artıq onlar başa düşmüşlər ki, səhifələri oğurlanmış və istəmişlər ki, həmin şəxs müəyyən edilsin.Buna görə də tanışlarından xahiş etmişdir ki, səhifəni oğurlayan şəxsin müəyyən edilməsində ona köməklik göstərsinlər.Onlara bir neçə ay qabaq birinci səhifənin də yoxa çıxdığını, “surveymonkey.com” saytına səhifə barədə məlumatları yazdığını bildirdikdə ona demişlər ki, onun hər iki səhifəsini ona sms yazan ***-***-**-** saylı nömərinin istifadəçisi ələ keçirmişdir.Belə ki, həmin şəxs “surveymonkey.com” saytına daxil etdiyi məlumatları qanunsuz olaraq ələ keçirərək sonradan istifadəçi adını, login və parolunu dəyişmişdir.Həmin səhifənin izləyicisi çox olduğundan onu satıb gəlir əldə etmək istəmişdir.Bundan sonra, o, baş verənlər barədə ərizə ilə kibercinayətlər sahəsində ixtisaslaşdırılmış qurum kimi tanıdığı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir.O ,Ozon Aptekində sadəcə satıcı işləmişdir. Hadisə nəticəsində ona heç bir ziyan dəyməmişdir. Hadisə nəticəsində ziyan “Ozon” aptekinə dəymişdir. Həmçinin o bidirmişdir ki, Orxan Yaqnəliyevin niyyəti səhifəni ələ keçirib satmaq olmuşdur. Sosial şəbəkəı hesabları adətən şəxslər tərəfindən tamah niyyəti ilə sındırılır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəməkompyuter texniki ekspertizasının 16.02.2021-ci il tarixli 5/144 saylı rəyə əsasən müəyyən edilmişdir ki, təqdim edilmiş bir ədəd “Samsung” markalı, “SM-G570F” modelli “**********42100”, “**********42108” İMEİ nömrəli, “R58J34JYB*P” seriya nömrəli mobil smartfonun yaddaşında müəyyən edilmiş, “X10” adlı “Google”a məxsus rəsmi mənbədən yüklənib quraşdırılmış 48.57Mb tutumunda 2.1.20 nömrəli buraxılışı olan ”Surveymonkey” proqram təminatı ilə müxtəlif adlı istifadəçilərə məxsus “Facebook”, “instagram” sosial şəbəkələrinə və “elektron poçt” qutusuna aid (ad və şifrə) kompütür məlumatları proqram təminatının texniki istifadə etməklə əldə etmək üçün istifadə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə-kompyuter texniki ekspertizasının 12.03.2021-ci il tarixli 5/219 saylı rəyə əsasən müəyyən edilmişdir ki, mobil telefonda və yaxud komputerdə saxlanılan hər hansı bir sosial şəbəkəsinin istifadəçisi adı və şifrəsi (o cümlədən “Ozon Aptek” instagram sosial şəbəkəsinin) rəqəmsal komputer məlumatı hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 aptekdə istifadə olunan ***-***-**-** saylı mobil nömrənin WhatsApp hesabına özünə məxsus ***-***-**-** saylı mobil nömrədən mesaj yazaraq həmin şəxsə, yəni Şahid İnstagram sosial şəbəkəsinin Türkiyə Respublikasındakı rəsmi nümayəndəliyinin Azərbaycandakı nümayəndəsi olduğunu bildirmişdir. Orxan Yaqnəliyev ona təklif etmişdir ki, istədiyi təqdirdə 300 manat müqabilində onların “Ozonoptik” instagram səhifələrinə İnstagram sosial şəbəkəsi tərəfindən təsdiqlənmiş hesab olduğunu göstərən “mavi tık” əlavə edə bilər. “Mavi tık” deyilən həmin nişan hesabın müəyyən marka və tanınmış hesab olduğunu göstərir. “Mavi tık”-a sahib olan hesab daha tez tapılır və insanlarda daha etibarlı səhifə təsiri bağışlayır. Buna görə də, o istəmişdir ki, həmin “Mavi tık”-a sahib olaraq gəlirlərlərini artırsınlar. Həmçinin, sms yazan şəxs ona mavi tıka sahib olduqdan sonra 300 manatı ödəyəcəyini bildirdiyindən ona inanmışdır. Çünki faktiki heç bir təhlükə görməmişdir. O, bu barədə müdiriyyətə bildirmiş və onlar da razılaşmışlar. Bundan sonra, o, həmin şəxsə yazaraq razı olduğlarını bildirmişlər. Həmin şəxs ona “WhatsApp” hesabına “surveymonkey.com” saytının linkini atmış və həmin sayta girib orada göstərilən məlumatları doldurmasını bildirmişdir. O da “surveymonkey.com” saytına daxil olmuş və orada könüllü olaraq “ozonoptik” instagram səhifəsi barədə məlumatları, eləcə də “e-mail” adresini, login, parolu və digər məlumatları daxil etmişdir. X5 “surveymonkey.com” saytına daxil olaraq Şahid tərəfindən daxil edilən bütün şəxsi məlumatları görmüş və bütün məlumatları dəyişərək öz məlumatlarını, yəni həmin hesaba bağlı olan nömrə yerinə öz istifadə etdiyi ***-***-**-** saylı nömrəni, həmin səhifəyə bağlanmış elektron poçt ünvanına özü yaratdığı poçt ünvanını və sair məlumatları daxil edərək dəyişmiş və “Ozon_optik” səhifəsini ələ keçirmişdir. Bu üsulla o səhifənin geri qaytarılmasını qarşısını almağa çalışmışdır. O həmin səhifəni ələ keçirdikdən sonra bir səhvliklə əli dəymiş və həmin səhifə silinmişdir. Bundan sonra təxminən 2020-ci ilin dekabr ayının əvvəllərində o “ozon_optik” rəsmi səhifəsinə yazdıqları istifadəçi şifrəsini “Ozon_aptek” səhifəsinə yazaraq yoxladıqda hər iki səhifənin eyni kodlu olduğunu bilmişdir. Bundan sonra o həmin səhifəyə daxil olaraq yuxarıda qeyd etdiyi üsulla həmin səhifənin şəxsi məlumatlarını dəyişərək öz məlumatlarını daxil etmişdir. Bununla da o həmin instagram hesabını da ələ keçirmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə görə bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1-ci maddəsinə əsasən kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma əməli təkrar törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.2.1-ci maddəsinə əsasən kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi əməlləri təkrar törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət əməlinin obyekti kompyuter sisteminin, kompyuter məlumatlarının mühafizəsi sahəsində yaranan ictimai münasibətlər, subyekti kompyuter sisteminə daxil olmaq hüququ olmayan şəxs, predmeti isə kompyuter məlumatlarıdır. Cinayətin obyektiv cəhəti kompyuter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı hissəsinə mühafizə tədbirlərini pozmaqla , yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə daxil olmadan ifadə olunur. Cinayət Məcəlləsinin 271.2.1-ci maddəsində təsbit olunan əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Kompyuter sisteminə daxil olan şəxs daxil olmağa hüququ olmadığını, mühafizə tədbirlərini pozmaqla daxil olduğunu qabaqcadan görüb dərk edir və daxil olmağı arzu edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271-ci maddəsinin 1-ci Qeydində “kompyuter sisteminin anlayışı verilmişdir. Həmin Qeydə əsasən “kompyuter sistemi” dedikdə müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən hər hansı qurğu və ya bir-birinə qoşulmuş və ya əlaqələndirilmiş qurğular qrupu başa düşülür. Azərbaycan Respuublikası tərəfindən müvafiq bəyanat və qeyd-şərtlərlə ratifikasiya edilmiş Kibercinayətkarlıq haqqında Konvensiyanın 1-ci maddəsində «kompüter sistemi»nin anlayışı kimi müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatik işlənməsini həyata keçirən hər hansı qurğunu və ya qarşılıqlı qoşulmuş və ya əlaqəli qurğular qrupunun nəzərdə tutulduğu qeyd edilmişdir. Həmin maddədə «kompüter verilənləri» dedikdə faktların, məlumatların və ya anlayışların kompüter sistemində, o cümlədən kompüter sistemində hər hansı funksiyanın həyata keçirilməsini təmin edən proqram vasitəsilə emal üçün yararlı olan istənilən təqdim formasını nəzərdə tutulduğu qeyd edilmişdir. Təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün ilk növbədə cinayət hesab edilən əməlin törədilmə üsulunu müəyyən etmək və istifadə edilən texniki vasitə və proqramların anlayışını aydınlaşdırmaq zəruridir. “Surveymonkey” – internet üzərindən müəyyən bir sahədə, mövzuda məlumat toplamaq, bazar araşdırması üçün təhlillər aparmaq, risklərin idarə edilməsi, ümumiyyətlə müxtəlif məqsədlər üçün anket yaratmaqda istifadə edilən internet resursudur. İnstagram – şəkil və video paylaşmaq üçün istifadə edilən sosial şəbəkə xidmətidir. İnstagram hesabı – ad soyad, elektron poçt ünvanı və şifrə təyin edərək qeydiyyatdan keçməklə yaradılan şəxsi və ya iş profili olmaqla rəqəmsal kompyuter məlumatıdır. Mobil telefon – verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən texnoloji kommunikasiyta vasitəsi hesab edilən qurğudur. Qurğu – hər hansı bir işi, əməliyyatı həyata keçirmək üçün istifadə edilən mexanizm, alət, cihaz və ya vəsaitdir. X1 əməlinin cinayət hesab edilməsi üçün cinayət tərkibinin bütün əlamətləri mövcud olmalıdır. Belə ki, AR CM-nin 271.1-ci maddəsinin dispoziyasına görə 1. kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan daxil olma 2. yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma cinayət hesab edilir. Həmçinin Cinayət Məcəlləsinin 272.1-ci maddəsinin dispozisiyasına görə 1. kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, 2. o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi cinayət hesab edilir. Orxan Yaqnəliyevə istinad edilən CM-nin 271.2.1 və 272.2.1-ci maddələrinin tərkibi onun tərəfindən şəxsi niyyətlə (tamah niyyəti mövcud olub-olmamasından asılı olmayaraq) komyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan, yəni qanunsuz təkrar daxil omaqla və kompyuter məlumatlarını təkrar ələ keçirməklə ictimai təhlükəli əməlin törədilməsi ilə yaranmışdır. Orxan Yaqnəliyev tərrəfindən “ozonoptik” instagram səhifəsini idarə edən Şahid aldadılması, Orxan Səfərovun əsl niyyətini pərdələmək üçün özünü instagram sosial şəbəkəsinin Türkiyə Respublikasındakı rəsmi nümayəndəliyinin Azərbaycandakı nümayəndəsi olduğunu bildirməsi onun həmin hesaba qanunsuz olaraq daxil olmasına və onun idarə etdiyi instagram şəxsi hesab məlumatlarının dəyişdirməsinə və ələ keçirilməsinə səbəb olmuşdur. Çünki əsl niyyətini bilmiş olsaydı (instagram hesabına ələ keçirmək niyyətini) Şahid öz instagram hesab məlumatlarını Orxan Yaqnəliyev tərəfindən göndərilmiş linkdəki anketi əlavə etməzdi. Kompyuter sisteminə daxil olma o zaman könüllü hesab edilə bilər ki, şəxs özü öz hesab məlumatlarını digər şəxsin əsl niyyətini bilə-bilə, yəni onun hesabına daxil olaraq şəxsi məlumatlarını və şifrəsini dəyişərək ələ keçirəcəyini əvvəlcədən bilmiş olsun və buna şəxsən özü icazə versin. Şəxsin öz könüllü razılığı olmadan onun anket məlumatlarının aldadılaraq götürülməsi və hesabına daxil olunaraq şifrəsinin dəyişdirilməsi heç vaxt qanuni daxil olma hesab edilə bilməz. Hüququ olmadan kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olma dedikdə qanuni istifadəçi olmayan, yaxud qanunvericiliklə belə hüququ qadağan edilən və ya müvafiq icazəsi olmadan daxil olması başa düşülür. Buna hüququ olmadan kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olma mühafizə tədbirlərini pozmaqla törədildikdə Cinayət Məcəlləsinin 271-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Mühafizə tədbirlərini pozmaqla daxil olma özgənin adından, yaxud parolundan, texniki qurğuların köməyindən istifadə etməklə, müdafiə sisteminin zəif yerlərinin tapılması, şəxsin aldadılması, və “sındırılması” və s.bu kimi yollarla daxil olmanı nəzərdə tutur. Həmçinin ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının ələ keçirilməsi Cinayət Məcəlləsinin 272-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Komyuter məlumatlarının ələ keçirilməsi dedikdə informasiya sahibinin və ya komyuter məlumatının sahibinin həmin informasiya üzərində təkbaşına sahiblik və sərəncam hüququnun pozulması ilə nəticələnən ictimai təhlükəli əməlin törədilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2-ci maddəsinə görə cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. X1 əməlinin ictimai təhlükəliliyi onda ifadə olunur ki, onun törədilməsi nəticəsində kompyuter verilənlərin məxfiliyi, bütövlüyü yararlılığına qarşı yönəlmiş əməllər baş vermiş, həmçinin bu sistem, şəbəkə və verilənlərdən qeyri-qanuni istifadə mümkün olmuş, şəxsi, ailə və kommersiya sirri təşkil edən məlumatların toxunulmazlıq hüququna qəsd edilmişdir. Məhkəmə Orxan Yaqnəlyev tərəfindən törədilmiş ictimai təhlükəli əməli az əhəmiyyətli hesab etməyərək öz mövqeyini bununla əsaslandırır ki, iş materiallarına əlavə edilmiş screenshotlardan göründüyü kimi Orxan Yaqnəliyev tərəfindən yalnız “ozonaptek” adlı instagram hesabını deyil, digər şəxslərə məxsus isntagram hesablarını da ələ keçirməyə çalışmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs digər şəxslərə də eyni üsulla surveymonkey.com saytından link göndərərək şəxsi anket məlumatlarını doldurmasını tələb etdiyini lakin həmin şəxslər anket məlumatlarını natamam təqdim etdiyi üçün eyni əməlləri onlara münasibətdə törədə bilmədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsə məxsus instagram və ya digər şəxsi xarakterli hesabın şifrəsinin ələ keçirilərək ona dəyişiklik edilməsi az əhəmiyyətli ictimai təhlükəli əməl hesab edilə bilməz. Belə ki, zərərçəkmiş şəxs “ozonaptek” adlı instagram sosial şəbəkə hesabı vasitəsi ilə pandemiya dövründə online satışlar həyata keçirərək qazanc əldə etmişdir. Orxan Yaqnəliyev tərəfindən zərərçəkmiş şəxsə məxsus biznes sosial şəbəkə hesabının ələ keçirilməsi ilə zərərçəkmiş şəxsə qarşı gündəlik gəlirdən məhrum olması, yəni əhəmiyyətli zərər vurma ilə nəticələnən ictimai təhlükəli əməl törədilmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, instagram və ya digər başqa növ hesabın şifrə ilə təhlükəsizliyinin təmin edilməsi onun məxfiliyinə və oradakı informasiyanın başqa şəxslər tərəfindən görülməsi, oxunması, əldə edilməsi, paylaşılmasının qarşısının alınmasına xidmət edir. İnstagram hesabında gizli məktub qutusu bölməsinin mövcud olduğundan həmin bölməyə başqa şəxslərin qanunsuz daxil olmaqla şəxsi, ailə və ya biznes məlumatlarının ələ keçirilməsi, şəxsin icazəsi olmadan həmin məlumatların oxunması şəxsin konstitusiyada nəzərdə tutulmuş şəxsi toxunulmazlıq hüququnun pozulmasına gətirib çıxarmış olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İV bəndinin tələblərinəı görəhər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 271.2.1 və 272.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Buna görə də, o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ikinci instagram hesabına bilərək daxil olmadığı və telefonun yaddaşında qaldığı üçün həmin hesabın avtomatik açılması ilə bağlı arqumentini əsaslı hesab etməyək qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ilkin ifadələrdə ikinci-yəni “Ozon_aptek” instagram hesabına eyni kodu yazmaqla daxil olduğunu bildirmişdir. Bu onu göstərir ki, ad və şifrə avtomatik olaraq telefonun yaddaşında mövcud olmamışdır. Həmin hesaba daxil olma yalnız ad və şifrə yenidən yazılmaqla mümkün olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olduğunu bilmədiyini və cinayət hesab etmədiyi əsasını işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, ilk dəfə az ağır cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə kompyuter texnologiyaları sahəsində əmək fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə cərimə növündə cəza təyin olunması, qanuni, ədalətli və əsaslıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəza təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş əsas cəzalar qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut – Təqsirləndirilən şəxs oğluna məxsus 01 ədəd “Samsung” markalı, “SM-G570F” modelli mobil telefon sahibinə qaytarılmalı və iş üzrə maddi sübut ekspertiza zamanı çəkilmiş “screenshot”lar olan bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 122,34 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə kompyuter texnologiyaları sahəsində əmək fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 272.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə kompyuter texnologiyaları sahəsində əmək fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 2 (iki) il müddətinə kompyuter texnologiyaları sahəsində əmək fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 6000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut “Samsung” markalı, “SM-G570F” modelli mobil telefon sahibinə qaytarılsın. İş üzrə maddi sübut ekspertiza zamanı çəkilmiş “screenshot”lar olan bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci 122,34 (yüz iyirmi iki manat otuz dörd) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. X2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-235/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-235/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver