Məhkəmə qərarları › İş №1(001)-237/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-237/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-237/2022 02.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 2000-ci ildə Astara rayonunda doğulmuş, subay, orta təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.4, 120.2.7 və 120.2.9-cü maddələri ilə təqsirli bilinərək, 11 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 X3 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cəza çəkdiyi Penitensiar Xidmətin 11 X3 “Cəzaçəkmə müəssisələrinin X7” ilə qadağan olunmuş əşya, daxilində danışıq kartı olan, “**********40988” İmei kodlu 1 ədəd “Nokia” markalı mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş və 05.10.2021-ci il tarixdə, saat 00:45 radələrində Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisənin 3 saylı dəstəsinin 1 saylı yataqxanasında müəssisə əməkdaşları tərəfindən onun üzərində keçirilmiş axtarış-baxış zamanı sol əlində gizlətdiyi, daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ona Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, 05.10.2021-ci il tarixdə, saat 00:45 radələrində Penitensiar Xidmətin 11 X3 cəza çəkdiyi 3 saylı dəstəsinin 1 saylı yataqxanasında müəssisə əməkdaşları tərəfindən onun üzərində keçirilmiş axtarış-baxış zamanı sol əlində gizlətdiyi, daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatının aşkar olunaraq götürüldüyünü, həmin mobil telefon aparatının ona məxsus olduğunu və onu könüllü olaraq müəssisə əməkdaşlarına təhvil verdiyini bildirmiş, həmin mobil telefon aparatını 04 oktyabr 2021-ci ildə, yəni üzərində aşkar olunaraq götürülməmişdən bir gün əvvəl cəza çəkdiyi müəssisənin ərazisindəki idman meydançasında səkinin yanından tapdığını, gizli şəkildə qeydiyyatda olduğu yataqxanaya gətirərək, çarpayısının üstündəki döşəyin altında gizlətdiyini, məqsədinin isə həmin mobil telefon aparatından gizli şəkildə istifadə edərək, yaxınları ilə əlaqə yaratmaq olduğunu bildirmişdir. Əməlindən peşman olduğunu bildirərək onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid Penitensiar Xidmətin 11 X4 Əməliyyat Şöbəsinin rəisi Şahid1 oğlu ifadəsində göstərmişdir ki, 05.10.2021-ci il tarixdə, saat 00:45 radələrində Penitensiar Xidmətin 11 X3 cəza çəkən məhkum Təqsirləndirilən şəxs üzərinə müəssisə əməkdaşları tərəfindən axtarış-baxış keçirilən zaman onun sol əlində tutduğu işlək vəziyyətdə, daxilində danışıq kartı olan, “**********40988” İmei kodlu 01 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Qanunla qadağan olunmuş mobil telefon aparatı aşkar olunan zaman məhkum Təqsirləndirilən şəxs telefon aparatının ona məxsus olduğunu bildirmiş və könüllü olaraq həmin mobil telefonu təhvil vermişdir. Şahidlərin və əməkdaşların iştirakı ilə daxilində danışıq kartı olan həmin mobil telefon aparatı zərfə qoyularaq qablaşdırılmış, sonradan bu barədə müvafiq protokol tərtib edilərək, protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. 11 X3 cəza çəkən bütün məhkumlara hazırlanması, saxlanması, gəzdirilməsi, daşınması, eləcə də istifadəsi qadağan olunmuş əşyaların siyahısı elan edilmiş, bütün məhkumlar kimi məhkum Təqsirləndirilən şəxs da qadağan olunmuş əşyaların siyahısı ilə tanış olduğunu və həmin əşyaların hazırlanmasının, saxlanmasının, gəzdirilməsinin və daşınmasının məsuliyyət yaratdığını bildiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Penitensiar Xidmətin 14 X4 əməkdaşı Şahid2 və Penitensiar Xidmətin 1 X4 əməkdaşı Şahid3 da Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 212950299 nömrəli cinayət işi 25 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə başlanmışdır. 03 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Kompyuter-texniki ekspertizasının 21 fevral 2022-ci il tarixli, 5/214 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “Nokia” markalı, “Mini Phone” modelli, “**********40988” imei kodlu mobil telefon aparatı hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirinin “Cəzaçəkmə müəssisələrinin X7”nın təsdiq edilməsi barədə 19 noyabr 2010-cu il tarixli 16-T saylı əmrinin 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş məlumatdan göründüyü kimi Hüseynov X6 Ağır Cinayətlər Məhkəməsinin 25.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7 və 120.2.9-cü maddələri ilə təqsirli bilinərək, 11 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Penitensiar Xidmətin 11 X1 daxil olmuş xasiyyətnaməyə əsasən məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə mənfi xarakterizə olunduğu və islah yoluna qədəm qoymadığı bildirilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 317-2.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin tələbnaməsindən və müvafiq hökmündən görünür ki, Hüseynov X6 Ağır Cinayətlər Məhkəməsinin 25.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7 və 120.2.9-cü maddələri ilə təqsirli bilinərək, 11 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə cəza çəkmənin əvvəli 07 yanvar 2019-cu il tarixdən hesablanmışdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və cəzasını çəkib qurtarmadan yenidən qəsdən cinayət törətmişdir. CM-in 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 317-2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, CM-in 67.1-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25.04.2019-cu il tarixli, 1(99)-164/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini hazırkı hökmlə ona təyin ediləcək cəzaya qismən birləşdirilməsini və ona qəti cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli hökm elan olunduğu gündən, yəni 02 iyun 2022-ci il tarixdən hesablanmalı və cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25.04.2019-cu il tarixli hökmü ilə məhkum olunduğu cinayət işi üzrə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və barəsində qətimkan tədbiri seçilməməlidir. CPM-in 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 ədəd daxilində danışıq kartı olan, “**********40988” İmei kodlu 1 ədəd “Nokia” markalı mobil telefon aparatı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, CPM-in 197.1.4-cü maddəsinə əsasən məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 53,65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 33 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 198 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25.04.2019-cu il tarixli hökmü ilə məhkum olunduğu 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 (yeddi) il 10 (on) ay 04 (dörd) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş cəzanın əvvəli 02 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25.04.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi nəzərə alınsın və barəsində qətimkan tədbiri seçilməsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 ədəd daxilində danışıq kartı olan, “**********40988” İmei kodlu 1 ədəd “Nokia” markalı mobil telefon aparatı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 53,65 (əlli üz manat altımmış beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 33 (otuz üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 198 (yüz doxsan səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs oğluna isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar