Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-237/2023 06.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1995-ci ildə Lənkəran rayonu Haftoni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə sonuncunun oğlu X2 “Azəriqaz Layihə İnşaat QSC”-in şöbə müdirinin müavini vəzifəsinə təyin edəcəyini yalandan vəd verib aldadaraq bu məqsədlə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 özünün yaşadığı ünvan 3 ünvanda 3500 (üç min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirməklə verdiyi vədə əməl etmədən zərər çəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə sonuncunu “Azəriqaz Layihə İnşaat QSC”-in şöbə müdiri vəzifəsinə təyin edəcəyi, bu vəzifədə olarkən 2500 manat məbləğində əmək haqqı alacağı, xidməti iş otağı və avtomobillə təmin ediləcəyini yalandan vəd verib aldadaraq bu məqsədlə xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Zeytun” aptekin qarşısında sonuncunun 8.000 (səkkiz min) manat məbləğində pulunu alaraq verdiyi vədə əməl etmədən zərər çəkmiş şəxsə həmin məbləğdə, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Şəmi qızını tanışı Şahid vasitəsilə tanımışdır. Əvvəllər "xxxx" QSC-də fəhlə, çilingər, iş nəzarətçisi kimi müxtəlif vaxtlarda çalışmışdır. 2022-ci ilin əvvəllərində işdən xaric olunmuşdur. 2018-ci ildən 2021-ci ilədək bankdan götürdüyü kredit, yaxın dost-tanış, hətta iş yoldaşlarından aldığı borclar 20.000 manata qədər çoxalmışdır. Həmin borcların sahibləri onu narahat etmiş, həmdə kredit faizlərini qaytarmaq üçün ona pul lazım olmuşdur. 2022-ci ilin mart ayında yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən bərbərxanada Anarla söhbət edən zaman Anar onun nə işlə məşğul olduğunu, harada işlədiyini soruşduqda ona "xxxx" QSC-in direktor müavini işlədiyini demişdir. 2022-ci ilin mart ayının ikinci yarısında Anar ona zəng edərək qaynına iş axtardığını dedikdə, ona işlədiyi yerdə direktor, direktor müavini və anbardar iş yerlərinin boş olduğunu bildirmiş və həmin vakant yerlərə istəsə qaynı və ya dosttanışlarından birini işə düzəldə biləcəyini demişdir. Anar qaynanası ilə görüşüb oğlunun işi barədə axşam onun ünvanına gedib birlikdə söhbət etməyi ondan xahiş etmiş və onun xahişinə əsasən 24 mart 2022-ci il tarixdə axşamüstü Anarla görüşüb qaynanası Nazilə xanımın yaşadığı ünvan 5 ünvana getmişlər. Orada Nazilə xanım oğlunun "xxxx" ASC-də mühafizə xidmətində mühəndis işlədiyini, lakin həmin işin ağır olduğu üçün oğlunun iş yerinin mümkün olduğu halda dəyişmək istədiyini bildirmişdir. "xxxx" QSC-də şöbə müdirinin müavini yerinin boş olduğunu və oğlunu həmin vəzifəyə düzəldə biləcəyini, bunun üçün 3500 manat lazım olacağını, pulla birlikdə şəxsiyyət vəsiqəsi, əmək kitabçası və bu kimi şəxsiyyətini təsdiq edən sənədlərinin lazım olacağını demişdir. Həmin sənədlərin surətlərini və pulu hazırlayıb ona məlumat verdikdən sonra təkrar görüşəcəyinə söz verib ünvanı tərk etmişdir. 26 mart 2022-ci il tarixdə saat 20 radələrində Anarın zəngi ilə onunla görüşüb qaynanası Nazilə xanımın evinə getmiş və orada Nazilə xanımdan oğlu X3 aid sənədlərin surətlərini və 3500 manat pulu Anarın iştirakında Nazilə xanımdan almış, 20 gün müddətində oğlunu şöbə müdirinin müavini vəzifəsinə düzəldəcəyinə söz vermişdir. Pulu alıb oradan kənarlaşan kimi növbəti gün "xxxx" ASCyə olan kredit borcunu, şəxsi borclarından müəyyən hissəsini ödəmişdir. Bundan başqa 2022-ci ilin mart ayının sonuncu günlərində Anarın vasitəsilə Zərərçəkmiş şəxs2 adlı şəxslə görüşmüş və həmin şəxsə "xxxx" QSC-də direktor köməkçisi vəzifəsində işlədiyini, direktorla yaxın münasibətlərinin olduğunu, direktorun özünün geniş əlaqələrinin olduğunu, onun vasitəsi və köməkliyi ilə Mehracı Bakı şəhəri "xxxx" QSC-də şöbə müdiri işinə düzəldə biləcəyini, bunun üçün tələb olunan 25.000 manat pulun 30 faizini təşkil edən 8.000 manat pulun qabaqcadan ödənilməsinin vacib olduğunu bildirmiş, həmçinin şöbə müdiri təyin olunduğu halda 2500 manat əmək haqqı alacağı, xidməti otaqla, avtomobillə təmin olunacağını demiş, Mehracın əmək kitabçası, şəxsiyyət vəsiqəsi, ali təhsil almasına dair diplomun və digər sənədlərinin surətlərini istəmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Mehracın zəngi ilə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, Zeytun aptekin qarşısında onunla görüşmüş və Mehracdan 8.000 manat pul, sənədlərinin surətlərini alıb götürmüş, 20 gün müddətinə söz verdiyi işi yerinə yetirəcəyinə vəd vermişdir. Pulu alıb getdikdən sonra həmin pullarıda şəxsi borclarına ödəməklə müəyyən hissəsini şəxsi məsrəflərinə xərcləmişdir. 20 günün tamamında Nazilə xanım, Anar, həmçinin Mehrac ona zənglər etdikdə onlara müxtəlif bəhanələr gətirməklə vaxtı uzatmağa başlamış, hətta Mehracı "xxxx" QSC-in qarşısına aparıb gözlədərək vəd verdiyi işi yerinə yetirməyə çalışdığını, lakin direktorun yerində olmadığını deyərək onu evinə yola salmışdır. Mehracın onun guya işlədiyi idarəyə gedərək onun orada işləmədiyini öyrənməklə ifşa olunduğunu anlayıb onların zənglərinə cavab verməmiş və onlardan görüşdən yayınmaqla pullarını qaytarılmaqdan imtina etmişdir. İbtidai istintaq zamanı vurduğu ziyanı tam ödəmiş, zərər çəkmiş şəxslərlə barışıq əldə etmişdir. Habelə vurduğu ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Qeyd edilənləri nəzərə alıb cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X4, Zərərçəkmiş şəxs2 və Şahid təqsirləndirilən şəxsin ifadəsinə uyğun ifadələr vermişlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır (cild 1, i.v 1). Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur (cild 1, i.v 65). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v 25-26). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsinə dair Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 113-116). Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü əsasında CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək 3 il şərti sınaq müddəti müəyyən edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (cild 1, i.v 117-118). Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Onunla barışmışlar, ona qarşı şikayət və tələbləri yoxdur (cild 1, i.v 147-148). 01 mart 2023-cü il tarixli 26475 nömrəli Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında – 2875 (iki min səkkiz yüz yetmiş beş) manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi, zərər çəkmiş şəxslərin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və düzgün olaraq onun əməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, zərər çəkmiş şəxslərin ərizələrini və Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıb, onlara dəymiş ziyanı tamamilə ödəyib, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alıb, iş materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, o cinayət məsuliyyətindən azad edilməli və cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Qeyd edilən Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar (cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda) olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıb, dəymiş ziyanı tamamilə ödəyib, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, qətimkan tədbiri təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən sonra qüvvədən düşmüş sayılır. Buna görə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 10 (on) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43.1, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıb, dəymiş ziyanı tamamilə ödəyib, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlini törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədən düşmüş sayılsın və o dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 60 (altmış) manat ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-237/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-237/2023
06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver