Məhkəmə qərarları › İş №1(001)-237/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-237/2025

09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-237/2025 09.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kürdədir rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması hədəsi ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində alkoqol sərxoşluğu vəziyyətində ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43cü polis bölməsinin inzibati binasının qarşısına gələrək heç bir əsaslı səbəb olmadan özünün müstəsna şəxsiyyət olmasını, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla ucadan səs küy salıb nalayiq ifadələr işlətməklə, həmçinin əvvəlcədən istintaqla müəyyən edilməyən tarixdə və mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi 01 ədəd zavod üsulu ilə istehsal edilmiş ,bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əlində tutub nümayiş etdirərək həmin polis bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışan polis baş leytenantı Şahid4 qarşısına çıxmasını tələb etmiş, bunun baş vermədiyini gördükdə isə orada olan polis əməkdaşlarının iradəsinə zidd olaraq əlində olan soyuq silah hesab edilən bıçaqla polis əməkdaşlarını hədələyərək polis bölməsinin inzibati binasına daxil olmuş və polis bölməsinə daxil olduqdan sonra qanunsuz əməllərinə davam edərək polis bölməsinin növbətçi hissəsinin şüşəsini yumruqla, həmçinin xidməti otaqların qapısına təpiklə vurub 200 manat məbləğində maddi ziyan vuraraq Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə məxsus əmlakı zədələmiş, eləcə də əlində olan bıçağı nümayiş etdirərək orada olan xidməti vəzifələrini icra edən polis əməkdaşlarını zor tətbiq olunması ilə hədələyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması hədəsi ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 221.3 və 228.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə vaxtı onun üzərində bıçaq olmuşdur, lakin polis bölməsində qapı və pəncərənı qırmamış, heç kimin üstünə bıçaq çıxarmamışdır. Onu pilləkənin üstündə tutub, qoluna qandal vurmuş, maşını oturtmuşlar. Hadisədən əvvəl yaşadığı evdə qardaşı ona demişdir ki, onu Tural adlı polis əməkdaşı axtarır. O, həmin vaxt qardaşına heç nə etmədiyini demişdir. Bundan 1-2 gün sonra o, spirtli içki içib polis bölməsinə gedərkən onu polis əməkdaşları pilləkənlərdə saxlayıb, qoluna qandal vurub aparmışlar. O, ayıldıqda X1 görmüşdür. Orada nəyə görə tutulduğunu soruşmuş, çağırıldığı üçün gəldiyini demişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin vaxt pivə və araq içmişdir. O, spirtli içki içib bölməyə getməyi palnalaşdırmamış, çağırıldığı üçün polis bölməsinə getmişdir. O, spirtli içki içdikdən sonra yatmış, oyanıb polis bölməsinə getmişdir. Polis bölməsində onu 6-7 nəfər polis əməkdaşı qarşılamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmişdir. Polis bölməsinə gedərkən onun üzərində bıçaq olmuş, lakin bıçağı çıxarmamışdır. O, polis bölməsinə getməmişdən əvvəl tək yeyib içmişdir. Qardaşı ona Tural adlı polis əməkdaşının onu nəyə görə axtardığını deməmişdir. Polis bölməsində onun qoluna üç qandal vurub MSY-yə aparmışlar. Həmin vaxt ağzından su axmışdır. O, polis bölməsində üstündə olan bıçağı çıxarmamışdır. O, polis bölməsinə 27 avqust 2024-cü il tarixdə saat 18-19 radələrində getmişdir. Qardaşı ona Tural tərəfindən axtarıldığını 25 avqust 2024-cü il tarixdə demişdir. O, 27 avqust 2024-cü il tarixdə qardaşını görməmiş, dalaşmamışdır. Müstəntiq ona ifadəsinə imza çəkməsini, sonra buraxılacağını demiş, o, da imza çəkmişdir. O, bölməsinə şüşəyə yumruq verməmiş, qapıya təpik atmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsində göstərmişdir ki, onun heç kimlə düşmənçiliyi və ədavəti yoxdur. Təxminən 2009-cu ildən Bakı şəhərində valideyinləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, yalnız fəhləlik ilə dolanır. İşi olanda gün ərzində 20 və ya 30 manat pul alır. xx.xx.2024-cü il tarixdə təxmini günorta saat 12 radələrində adını xatırlamadığı, lakin DSK yolunda yerləşən kafelərin birində təxmini 4 və ya 5 bakal pivə içmişdir. Orada təxmini 30 dəqiqə ərzində tək oturub spirtli içki qəbul etmişdir. Ondan sonra durub yaşadığı ünvana getmişdir. Qərara gəlmişdir ki, evdə oturub yeyib içsin. Bunun uçun evin yanında olan marketlərdən birinə gedib, 01 ədəd konserv balıq, 01 ədəd çörək, meyvə şirəsi və yarım litrlik araq almışdır. Sonradan yaşadığı ünvana gəlib yemək yeməyə və aldığı yarım litrlik arağı içməyə başlamışdır. Təxmini axşam saat 18 radələrinədək tək yaşadığı ünvanda yeyib içmişdir. Bundan sonra yemək yeməyi qurtarıb və istirahətə başlamışdır. Şahid5 onun qardaşıdır. Həmin günü xx.xx.2024-cü il tarixdə qardaşı Samir evə gələrək onun spirtli içki içdiyi üçün onunla mübahisə etməyə başlamışdır. Həmçinin ona bildirmişdir ki, Binəqədi RPİ-nin 43-cü polis bölməsinin əməliyyat müvəkkili Tural çoxlu spirtli içki içdiyi üçün onu axtarır. Samirin bu sözü və Turalın onu spirtli içki içdiyi üçün axtarması onu çox qəzəbləndirmişdir. Həmin vaxtı içkili olduğu üçün bu onda qıcıq yaratmışdır. O, bu səbəbdən Şahid4la məsələni həll etməkdən ötrü yaşadığı evdən bıçağı götürmüş və piyada bölməyə yollanmışdır. Bölmənin qarşısında olan zaman bıçağı cibindən çıxarıb qışqıraraq Şahid4 çölə çağırmışdır. Lakin Şahid4 çölə çıxmamışdır. Ümumiyyətlə həmin vaxtı Turalın bölmədə olub-olmadığını da bilməmişdir. Bundan sonra o polis bölməsinə daxil olmuşdur. Bölmənin girişinin sol hissəsində yerləşən şüşəli yerə yaxınlaşıb Şahid4 çağırmalarını istəmişdir. Tural həmin vaxtı yenə çıxmadığı üçün o, yumruqla şüşəyə vurub Turalı çağırmalarını istəmişdir. Bundan sonra orada olan polis əməkdaşları ondan bıçağı yerə qoymağını tələb etmişlər. O, isə Şahid4 gəlməsə bıçağı yerə qoymayacağım demişdir. Bu zaman bölmənin birinci mərtəbəsində yerləşən otaqların qapılarına təpiklə vurub Şahid4 tapmağa çalışmışdır. Bundan sonra polis əməkdaşları müdaxilə edib əlimdəki bıçağı almışlar. Baş vermiş hadisə zamanı o əlindəki bıçaqla heç kimi vurmamış yalnız təpiklə otaqların qapısına vurmuşdur. Şahid4 çağırmaqda niyyəti onu vurmaq və ya xəsarət yetirmək olmamışdır. O, həmin vaxtı spirtli içkinin təsiri altında olmuşdur. Onun fikri Turalı qorxudub qardaşından əl çəkməsini təmin etmək olmuşdur. Baş vermiş hadisə təxminən 30 dəqiqə davam etmiş və həmin hadisə zamanı heç bir xəsarət almamışdır. Bununla da, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi qənaətinə gəlinmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsi Binəqədi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Nümayəndə ifadəsində göstərmişdir ki, 27 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan Şahid4 onu axtarmasını bəhanə gətirərək, 43-cü polis bölməsinin inzibati binasına gələrək, bölmənin içərisinə daxil olmuşdur. Təqsirləndirilən şəxs əlindəki bıçaqla Şahid4 və orada olan polis əməkdaşlarını hədələmiş və bu hərəkətləri ilə kifayətlənməmiş yumruqla növbətçi hissənin şüşəsini, habelə təpiklə xidməti otaqların qapılarını vurub zədələmiş, bu hərəkətlər nəticəsində idarəyə iki yüz manat maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 26 avqust 2024-cü il tarixdən 27 avqust 2024-cü il tarixə keçən gün Binəqədi RPİ-nin 43-cü polis bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmətdə olmuşdur. Xidmət etdiyi Binəqədi rayonu, Binəqədi qəsəbəsi, kənd Binəqədi ərazisində vətəndaşların avtomobillərinin yan şüşəsini sındırmaqla, maşınlarından oğurluq hadisəsi baş vermiş və həmin oğurluq hadisəsinin açılması istiqamətində rəhbərlik tərəfindən göstəriş verilmişdir. Müşahidə kameralarına baxan zaman həmin vaxtı Təqsirləndirilən şəxs qardaşı ərazidən bir neçə dəfə keçmiş, sonuncuya bir neçə sual vermişlər. Sonra o, getmiş, axşam ona zəng edib, bir nəfər şəxsin onu axtardığını demişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, aralarında hər hansı düşmənçilik, mübahisə olmamışdır. Təqsirləndirilən şəxs hadisə günü polis bölməsinə gələrkən o, bölmədə olmamış, iş yoldaşları ona zəng edib, məlumat vermişlər. O, Təqsirləndirilən şəxs polis bölməsinə çağırmamış, qardaşını görərkən Ramilin harada olduğunu, nə iş gördüyünü soruşmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis bölməsinin məsul növbətçisi vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, hadisəni tam xatırlamır. Xatırladığı odur ki, Təqsirləndirilən şəxs əməliyyat müvəkkilini öldürmək üçün polis bölməsinə gəlmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs bıçaqla əməliyyatçını vurmaq istəmişdir. O, hadisə baş verən vaxtı növbətçi olmuşdur. O, həmin vaxt Təqsirləndirilən şəxs əlində bıçaq görmüş, lakin hansı əlində olduğunu xatırlamır. Təqsirləndirilən şəxs bıçaqla ona və yaxud başqalarına xəsarət yetirməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 43-cü polis bölməsində məsul növbətçi vəzifəsində çalışır. 2015-ci ildən DİO-da 2020-ci ildən isə tutduğu vəzifədə xidmət edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 18:40 radələrində ünvan 5 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-də xidmətdə olan zaman polis bölməsinin dəhlizində bir nəfər şəxsin yüksək səslə nalayiq söyüşlər söydüyünü eşidib dəhlizə çıxmışdır. Bu zaman sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin əlində bıçaqla polis bölməsinin növbətçi hissəsinin qarşısında dayanıb Şahid4 çağırdığını və onu öldürəcəyini dediyini eşitmişdir. Təqsirləndirilən şəxs əlindəki bıçaq ilə orada olan digər şəxsləri də hədələmişdir. O, dəfələrlə həmin şəxsi nizam-intizama dəvət etsə də həmin şəxs buna məhəl qoymamış öz əməllərinə davam etmişdir. Həmçinin əli ilə polis bölməsinin növbətçi hissəsinin şüşəsinə yumruq vurmuş, eləcə də təpiklə polis bölməsinin qapılarına vurmuşdur. Həmin şəxsin sərxoş vəziyyətdə olması açıq aydın hiss olunmuşdur. Həmin şəxsə Şahid4 polis bölməsində olmaması bildirilsə də Təqsirləndirilən şəxs qəti surətdə həmin şəxsin oraya gəlməsini, öldürəcəyini bildirmişdir. Bundan sonra orada olan polis əməkdaşları Təqsirləndirilən şəxs söhbətə tutaraq başın qatmış və əlindəki bıçağı alaraq daha ictimai təhlükəli əməl törətməsinin qarşısını almışlar. Baş vermiş hadisə təxminən 30- 40 dəqiqə davam etmiş və baş vermiş hadisə nəticəsində heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, onlar Binəqədi rayonu ərazisində yaşayır. Hadisədən əvvəl Tural adlı polis əməkdaşı ondan qardaşını soruşmuş, bundan sonra qardaşı Təqsirləndirilən şəxs Turalla söhbət etmək üçün getmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid4 27 avqust 2024-cü il tarixdə ondan Təqsirləndirilən şəxs içki içib-içmədiyini soruşmuşdur. Həmin gün Ramil spirtli içki içmiş, o, evə gəldikdə Ramilə az içməsini demişdir. Şahid4la Ramilin hər hansı ədavətinin olmasını o, bilməmişdir. Şahid4 iki-üz dəfə Ramillə maraqlanmışdır. Hadisə günü o, Ramilin evdən çıxdığını görmüş, hara getdiyini bilməmişdir. Ramil üzərində balaca bıçaq gəzdirmiş, həmin bıçağı ova gedərkən balıq təmizləmək üçün istifadə etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis bölməsinin polis sahə inspektoru, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayının sonlarında o, polis bölməsində əməliyyat qrupunda olmuşdur. O, polis bölməsində olarkən dəhlizdə bir nəfər şəxsin səs-küy saldığını eşitmiş, dəhlizə çıxdıqda adını sondan bildiyi Təqsirləndirilən şəxs bıçaqla durduğunu görmüşlər. Təqsirləndirilən şəxs Tural adlı polis əməkdaşını çağırmışdır. Həmin vaxt qarışıqlıq yaranmış, polis əməkdaşları bıçağı Təqsirləndirilən şəxs əlindən almışlar. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, hadisə günü görmüşdür. Həmin vaxtı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olması hiss olunmuşdur. Təqsirləndirilən şəxs əl və ayaqları ilə qapı, pəncərələrə zərbə vurmuş, polis əməkdaşlarına tabesizlik göstərmişdir. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Ramil Muxtarlının əlində böyük bıçaq olmuşdur. Həmin vaxt polis bölməsində mülki şəxslər də olmuşdur. O, Ramil Muxtarlının özünə və ya başqa şəxsə xəsarət yetirməsinin şahidi olmamışdır. Ramil əlindəki bıçağı verməmək istəməmiş, lakin kiminsə üzərinə hücum etdiyini o, görməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 27 avqust 2024-cü il tarixdə Binəqədi RPİ-nin 43-cü polis bölməsində əməliyyat qrupunda olmuşdur. Həmin gün təqsirləndirilən şəxs sərxoş vəziyyətdə polis bölməsinin inzibati binasına daxil olaraq nalayiq ifadələr işlətmiş, üzərində olan bıçağı açıqca nümayiş etdirərək hədə-qorxu gəlmiş, daha sonra polis əməkdaşı Şahid4 öldürəcəyini bildirmişdir. Ramil Muxtarlı inzibati binanın şüşələrinə yumruq, təpik vuraraq zədə yetirmişdir. Növbətçi hissə iş fəaliyyətini dayandırdığı üçün Ramil Muxtarlı tərəflərindən saxlanılmış, sənədləşmə aparılmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı polis bölməsində mülki şəxslər də olmuşdur. Təqsirləndirilən şəxs əlində böyük bıçaq olmuşdur. Hadisə vaxtı Ramil Muxtarlı özünə və ya başqa şəxsə xəsarət yetirməmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X6 ifadəsində göstərmişdir ki, tərəfindən müxtəlif işlərlə bağlı istintaq aparılaraq yekunlaşdırıldığı üçün həmin işin xüsusatlarını tam xatırlamır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, cinayət işi üzrə məhkəmə-trasoloji ekspertizasının keçirilməsinə zərurət olmamışdır. Çünki hadisə olan zaman kifayət qədər şahidlər olmuş, 6-7 nəfər şahid dindirilmiş, həmin şahidlər hadisənin baş verməsini görən şəxslər olmuşdur. Şahidlər öz ifadələrində bildirmişlər ki, həqiqətən də Təqsirləndirilən şəxs qapılara zərbələr vurmuşdur. Təqsirləndirilən şəxs özü də ifadəsində qapıya təpik ilə vurmasını təsdiq etmişdir. Ekspertizanın təyin olunması üçün ayaq izinin götürülməsi qeyri mümkündür. İzin qəlibə tökülüb ekspertizaya göndərilməsi mümkünsüzdür. Ayaqqabının izi tam düşmədiyi üçün götürülməmişdir. Bundan əlavə ilkin tədqiqat araşdırmasını o, aparmamışdır. İlkin tədqiqat araşdırması bölmədə aparılmışdır. Bölmədə aparılan zaman təhqiqatçı tərəfindən ayaq izi götürülməmiş və həmin günün səhəri ora təmizlik işçiləri tərəfindən silinmişdir. İş materialları ona verildikdə yalnız fotoşəkil var olmuş və fotoşəkil ilə ekspertizanın keçirilməsi qeyri-mümkündür. Ramil Muxtarlıya məxsus bıçağın üzərindən iz götürülməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə faktla bağlı CMin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasının baş vermişdir. Eyni zamanda baxış protokolu ilə bərabər Təqsirləndirilən şəxs məxsus 01 ədəd bıçaq götürülərək cinayət işi materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçağa baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, bıçaq qatlanan tiplidir, tiyə və dəstəkdən ibarət olmaqla ümumi uzunluğu 320 mm-dir. Bıçağın tiyəsi boz rəngli olmaqla metal materialdan hazırlanmışdır, tiyənin uzunluğu 145 mm, eni əsasında 25.8 mm -dir. Tiyədə "Stainless Steel U.S.A" yazısı həkk edilmişdir. Tiyənin aşağı kənarı itilənmiş, yuxarı kənarı isə küt formadır. Bıçağın dəstəyi taxtaya bənzər materialdan hazırlanmışdır, qəhvəyi rəngdədir. Bıçağın dəstəyinin uzunluğu 175 mm-dir xx.xx.2024-cü il tarixli, sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in 221.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-661/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 29 avqust 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hal-hazırda məhkumluğu yoxdur. xx.xx.2024-cü il tarixli, 3/1378 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 221.3-cü maddəsindən həmin məcəllənin 221.3 və 228.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in 221.3 və 228.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı istintaqa verdiyi ifadəsini təsdiq etməklə hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid4 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid3 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid1 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid2 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-912/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 16 gün yəni 15 dekabr 2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə, cinayət işinə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən işin faktiki halları düzgün müəyyən edilməyərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 221.3-cü maddəsi ilə tövsifində səhvə yol verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində alkoqol sərxoşluğu vəziyyətində ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin inzibati binasının qarşısına gələrək heç bir əsaslı səbəb olmadan özünün müstəsna şəxsiyyət olmasını, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla ucadan səs küy salıb nalayiq ifadələr işlətməklə, həmçinin əvvəlcədən istintaqla müəyyən edilməyən tarixdə və mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi 01 ədəd zavod üsulu ilə istehsal edilmiş ,bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əlində tutub nümayiş etdirərək həmin polis bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışan polis baş leytenantı Şahid4 qarşısına çıxmasını tələb etmiş, bunun baş vermədiyini gördükdə isə orada olan polis əməkdaşlarının iradəsinə zidd olaraq əlində olan soyuq silah hesab edilən bıçaqla polis əməkdaşlarını hədələyərək polis bölməsinin inzibati binasına daxil olmuş və polis bölməsinə daxil olduqdan sonra qanunsuz əməllərinə davam edərək polis bölməsinin növbətçi hissəsinin şüşəsini yumruqla, həmçinin xidməti otaqların qapısına təpiklə vurub 200 manat məbləğində maddi ziyan vuraraq Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə məxsus əmlakı zədələmiş, eləcə də əlində olan bıçağı nümayiş etdirərək orada olan xidməti vəzifələrini icra edən polis əməkdaşlarını zor tətbiq olunması ilə hədələyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması hədəsi ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bununla da, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi qənaətinə gəlinmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik və hüquq ədəbiyyatı “cinayət” anlayışı ilə yanaşı “obyektiv əlamətlər” anlayışından istifadə edir. Cinayət – ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərin sistemidir. Cinayət tərkibi – ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. Belə ki, tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində, 28-ci maddəsinin İ və İİ hissələrində, 60-cı maddəsinin İ hissəsində, 63-cü maddəsində, 67-ci maddəsində, 71-ci maddəsinin İ və İİ hissələrində, 127-ci maddəsinin Vİİ və İX hissələrində hər kəsin toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, hər kəsin azadlıq hüququnun yalnız qanunda nəzərdə tutulmuş qaydada məhdudlaşdırılması, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi, hər bir təqsirləndirilən şəxsin təqsirinin qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməli olması və s. nəzərdə tutulmuşdur. Qeyd olunan prinsiplərin təmin edilməsi və şəxsin törətdiyi cinayətə görə məsuliyyətinin fərdiləşdirilməsi məqsədilə cinayətin tövsifi mühüm hüquqi əhəmiyyətə malikdir. CM-in 1.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır. CM-in 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət məsuliyyətinə səbəb olur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsi belə nəticəyə gəlir ki, CM-in 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarın 4-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Həmin qərarında 10-cu bəndində qeyd edilmişdir ki, xuliqanlıq müvafiq icazəsi olmayan odlu və ya soyuq silah tətbiq edilməsi ilə müşayiət edilməklə törədildikdə, təqsirləndirilən şəxsin əməli cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.3-cü və 228-ci maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı). Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməlin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Şərh edilməsi xahiş olunan cinayətin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Qeyd olunmalıdır ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Nəzərə alınmalıdır ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Məhkəmə, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması hədəsi ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq əməlini törətməsi ittihamına qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs soyuq silah hesab olunan bıçaqla Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə daxil olmuş, lakin həmin bıçaqdan istifadə edilməklə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yaratmaqla, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərə yol verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında görünür ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs soyuq silah qismində istifadə edilən bıçaqdan istifadə edərək insanların həyat və ya sağlamlığı üçün real təhlükə yaratmaqla, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərə yol verməsi sübuta yetirilməmişdir. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal əsasında Təqsirləndirilən şəxs əməlinin CM-in 221.3 və 228.4-cü maddələri ilə tövsif edilməsi əsassızdır. Həmçinin məhkəmə ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin inzibati binasında əlində olan soyuq silah hesab edilən bıçaqla zərər çəkmiş şəxsə zor tətbiq olunması hədəsi ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməsi göstərilsə də, ibtidai istintaq zamanı konkret olaraq kimə qarşı silahda istifadə olunaraq qərəzli hərəkətlərlə xuliqanlıq edilməsi müəyyən edilməmiş, bununla bağlı heç bir şəxs zərər çəkmiş şəxs qismində tanınmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxaraq təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq səlahiyyətinə malikdir. Yəni məhkəmə tərəfindən ittihamın həcmini genişləndirməklə təqsirləndirilən şəxsin məsuliyyətinin ağırlaşdırılması ilə bağlı səlahiyyətə malik deyildir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində alkoqol sərxoşluğu vəziyyətində ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43cü polis bölməsinin inzibati binasının qarşısına gələrək heç bir əsaslı səbəb olmadan özünün müstəsna şəxsiyyət olmasını, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla ucadan səs küy salıb nalayiq ifadələr işlətməklə, həmçinin əvvəlcədən istintaqla müəyyən edilməyən tarixdə və mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əlində tutub nümayiş etdirərək həmin polis bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışan polis baş leytenantı Şahid4 qarşısına çıxmasını tələb etmiş, bunun baş vermədiyini gördükdə isə orada olan polis əməkdaşlarının iradəsinə zidd olaraq polis bölməsinin inzibati binasına daxil olmuş və polis bölməsinə daxil olduqdan sonra qanunsuz əməllərinə davam edərək polis bölməsinin növbətçi hissəsinin şüşəsini yumruqla, həmçinin xidməti otaqların qapısına təpiklə vurub 200 manat məbləğində maddi ziyan vuraraq Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə məxsus əmlakı zədələmiş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlinin CMin 221.3 və 228.4-cü maddələrindən həmin Məcəllənin 221.1 və 228.4-cü maddələrinə tövsif edilməsini qanuni və ədalətli hesab edir. CPM-in 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsində göstərilir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “X7 Keçirilməsi Zamanı “İnsan Hüquqlarının və X5 Haqqında” X2 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X3 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.3 və 228.4-cü maddələrindən həmin Məcəllənin 221.1 və 228.4-cü maddələrinə tövsif edilməli və o, CMin 221.1 və 228.4-cü maddələri ilə törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, törədilmiş xuliqanlıq cinayəti ilə bağlı heç bir təqsiri olmamasına, polis bölməsində əmlaka ziyan vurmamasına dair ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 221.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, CM-in 221.1 və 228.4-cü maddələrində göstərilən cinayət əməllərini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.1-ci və törədildiyi zaman qüvvədə olan 228.4-cü maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.1 və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən sözügedən cinayət əməlləri 27 avqust 2024-cü il tarixdə törədilsə də həmin zaman qüvvədə olan CM-in 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, (milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) əməlinə görə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. 7 mart 2025-ci il tarixli 153- VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə CM-in 228-ci maddəsi yeni redaksiyada verilmişdir. Yeni redaksiyada CM-in 228.4-cü maddəsində göstərilmişdir ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; təkrar törədildikdə; mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə –beş ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. CM-in 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. CM-in 10.3-cü əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Odur məhkəmə, CM-in 10-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əmələ görə cinayətin törədildiyi vaxt qüvvədə olan CM-in 228.4-cü maddəsinin sanksiyası həddində ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Həmçinin iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-661/2024 nömrəli qərarı ilə barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 29 avqust 2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 29 avqust 2024cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 29 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən cəzanın həbsdə saxlanıldığı müddət həcmində olması nəzərə alınaraq, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132 və CM-99-1-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərər çəkmiş şəxs cinayət hadisəsi zamanı ona vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərər çəkmiş şəxsə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələrindən həmin Məcəllənin 221.1 və 228.4-cü maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 1 (bir) il 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 avqust 2024-cü il tarixdən hazırki vaxtadək 1 (bir) il 11 (on bir) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq cəzasını çəkmiş hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilsin. İş üzrə zərər çəkmiş hüquqi şəxs Binəqədi Rayon Polis İdarəsinə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar