Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-239/2022 14.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, cavabdeh kimi ondan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(001)-3969/2020 saylı qərardadına əsasən 15 iyul 2020-ci il tarixdən baylayaraq 06 oktyabr 2007-ci il tarixdə anadan olmuş X3, 11 dekabr 2008-ci il ta- rixdə anadan olmuş X2 və 16 iyul 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir üşağa görə hər ay 170.00 manat, ümumilikdə cəmi 510,00 manat, həmçinin həmin rayon məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(001)-426/2021 saylı qətnaməsinə əsasən 05 mart 2021-ci il tarixdən baylayaraq yuxarıda adları qeyd olunmuş uşaqların yetkinlik yaşlarına çatana kimi saxla- nılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir üşağa görə hər ay 130.00 manat, ümumilikdə cəmi 390,00 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənil- məsinə dair məhkəmə aktlarını üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 3(001)-1642/2021 saylı və 22 oktyabr 2021-ci il tarixli, 3(001)-3727/2021 saylı qərarlarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək ayrıayrılıqda 500,00 manat məbləğində cərimə tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona 05 noyabr 2021-ci il tarixdə məsuliy- yəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 26 noyabr 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs hər iki məhkəmə aktı üzrə ümumilikdə 5020,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq Bakı şəhəri, Binəqədi rayonunun ərazisində yerləşən "xxxx" MMC-də avtomobillərin yuyulması məntəqəsində işləyir və aylıq əmək haqqı 250,00 manatdır. 2006-cı ilin may ayının 12-də Zərərçəkmiş şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 20 sentyabr 2006-cı il tarixdə Bakı şəhərində yerləşən Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 06 oktyabr 2007-ci il tarixdə Zeynalov Eltac adlı, 11 dekabr 2008-ci il tarixdə Zeynalova Aytac adlı və 16 iyul 2011-ci il tarixdə Zeynalov Nicat adlı üç övladı dünyaya gəlmişdir. Aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2020-ci ilin yanvar ayında ayrılmaq qərarına gəlmişlər. 2020-ci ilin yay aylarında keçmiş həyat yoldşaşı Zərərçəkmiş şəxs ondan uşaqların saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmə tərəfindən 15 iyul 2020-ci il tarixdən başlayaraq hər üç uşağın yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 170 manat, ümumilikdə cəmi 510 manat pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 31 avqust 2020-ci il tarixli, 2(001)-3969/2020 saylı qərar çıxarılmışdır. Həmin ərəfələrdə işləmədiyi üçün imkanı kifayət qədər olmamışdır. Aliment görə borcunu tam olaraq ödəyə bilmədiyi üçün barəsində icra məmuru tərəfindən inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ondan boşanmağa görə və alimentin artırılmasından ötrü 2021-ci ilin əvvəllərində yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(001)-426/2021 saylı qətnaməsinə əsasən aralarında bağlanmış nikah ləğv olunaraq 05 mart 2021-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı hər bir uşağa görə hər ay 130 manat olmaqla, ümumilikdə cəmi 390 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 02 fevral 2021-ci il tarixli, 2(001)-426/2021 saylı qətnamə çıxarılmışdır. O, hər iki məhkəmə qərarı üzrə alimentə görə borclu olduğu məbləği maddi imkanı olmadığına görə tam olaraq ödəyə bilmədiyi üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. O, məhkəmə qərarlarından sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs imkanı daxilində ödəniş etmişdir. Lakin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli və 02 fevral 2021-ci il tarixli qətnamələrinə əsasən ümumilikdə 5020 manat aliment borcu yaranmışdır. O, aliment borcunu tam olaraq ödəmədiyi üçün ona keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs azyaşlı uşaqları ilə görüşməsinə icazə verməmiş, bundan sonra isə o, aliment borcundan heç bir ödəniş etməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu və aliment borcunu ödəməsi üçün imkanının olmamasını, imkanı olduğu təqdirdə borcunu az-az ödəyəcəyini bildirib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2006-cı ilin oktyabr ayında Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 06 oktyabr 2007-ci il tarixdə Eltac, 11 dekabr 2008-ci il tarixdə Aytac və 16 iyul 2011-ci il tarixdə Nicat adlı üç övladı dünyaya gəlmişdir. Aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2020-ci ilin əvvəllərində ayrılmaq qərarına gəlmişlər. Həmin vaxtdan bir müddət sonra uşaqların böyüdülməsində maddi cəhətdən çətinlik çəkdiyinə görə Təqsirləndirilən şəxs uşaqların saxlanılmasından ötrü aliment pulunun alınması üçün 2020-ci ilin yay aylarında aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(001)-3969/2020 saylı qərarı ilə 15 iyul 2020-ci il tarixdən başlayaraq 06 oktyabr 2007-ci il tarixdə anadan olmuş X3, 11 dekabr 2008-ci il tarixdə anadan olmuş X2 və 16 iyul 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək ümumilikdə 510 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi qərara alınmışdır. Bundan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs boşanmağa və alimentin artırılmasına görə 2021-ci ilin əvvəllərində yenidən məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(001)-426/2021 saylı qərarı ilə nikahları ləğv olunaraq hər üç uşağın yetkinlik yaşlarına çatanadək saxlanması üçün alimentin miqdarı hər uşağa görə hər ay 130 manat olmaqla, ümumilikdə 390 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs hər iki məhkəmə ərarı üzrə aliment borcunu ödəmədiyi üçün məhkəmə qərarı ilə cərimə edilmişdir. Məhkəmə qərarlarından sonra Təqsirləndirilən şəxs ona cəmi 5020 manat aliment borcu yaranmışdır. O, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ondan ayrılandan sonra Vəfa adlı xanımla birgə yaşadığını və rəsmi olaraq "xxxx" MMC-də əmtəə-operator vəzifəsində işləyərək aylıq 800 manat əmək haqqı aldığını öyrənmişdir. Lakin Təqsirləndirilən şəxs aliment borcundan ona heç bir ödəniş etməmişdir və sonuncu məhkəmə qərarından, yəni 2021-ci il tarixdən ona bir manat belə olsun ödəniş etməmiş, eləcə də bu müddət ərazində uşaqların maddi-mənəvi ehtiyaclarını qarşılamamışdır. Ona görə də, o, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncunun borclu olduğu məbləğin alınaraq ona qaytarılmasına köməklik göstərilməsini, əks təqdirdə isə onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(001)-3969/2020 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş 06 oktyabr 2017-ci il təvəllüdlü X3, 11 dekabr 2008-ci il təvəllüdlü X2 və 16 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs 15 iyul 2020-ci il tarixdən başlayaraq hər uşağa görə hər ay 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi və onun dərhal icra edilməsi qərara alınmışdır. İcra sənədi 03 sentyabr 2020-ci il tarixdə icraata daxil olmuş, “İcraata başlamaq haqqında” qərar və tələbin könülllü icrası haqqında bildiriş “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əsasən iş üzrə borcluya göndərilsə də, tələb təmin olunmamışdır. Həmçinin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(001)-426/2021 saylı icra sənədinə əsasən həmin uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər bir uşağa görə hər ay 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin icra sənədi 05 aprel 2021-ci il tarixdə icraata daxil olmuş, “İcraata başlamaq haqqında” qərar və tələbin könülllü icrası haqqında bildiriş “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əsasən iş üzrə borcluya göndərilsə də, tələb təmin olunmamışdır. Hər iki icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin tələblərinə əsasən ümumi icraatda birləşdirilmiş, lakin borcun ödətdirilməsi üçün görülmüş məcburi icra tədbirləri nəticə verməmişdir. İş üzrə borclu Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbləri yerinə yetirmədiyi üçün 09 aprel 2021-ci il tarixdə təkrar Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə dəvət edilərək izahatı alınmış, verdiyi izahatında imkanı olmadığı üçün aliment borcunu və aylıq aliment məbləğini ödəyə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə tərtib edilmiş protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 3(001)-1642/2021 saylı qərarı ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Həmçinin borclu Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(001)-426/2021 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə barəsində təkrar protokol tərtib edilmiş və o, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 3(001)-3727/2021 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək yenidən 500 manat məbləğində cərimə edilmişdir. Daha sonra borclu Təqsirləndirilən şəxs icra üçün yeni müddət təyin edilmiş, lakin o, həmin müddətdə də tələbi təmin etməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 8(001)-521/2021 saylı qərardadı Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs "xxxx" MMC-də əmtəə-operatoru işləyərək aylıq əmək haqqı vergi ödəmələri də daxil olmaqla 260 manat təşkil edir. Borclu Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(001)-3969/2020 saylı icra sənədi üzrə aliment borcundan hazırkı vaxta qədər heç bir ödəniş etməmiş və onun həmin icra sənədi üzrə 4080 manat aliment borcu, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(001)- 426/2021 saylı icra sənədi üzrə isə cəmi 2180 manat ödəniş etmiş və cəmi 940 manat borcu qalmaqla, hər iki icra sənədi üzrə cəmi 5020 manat aliment borcu qalmışdır. Tələbkar Zərərçəkmiş şəxs 25 avqust 2021-ci il tarixdə İcra Şöbəsinə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs məhkəmə qətnamələrini icra etməməsini göstərməklə icra materiallarının hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə aktlarının icrasını təmin etmədiyi üçün 26 noyabr 2021-ci il tarixdə CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasına çağırılmış şahid Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməməsi faktına görə CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 07.01.2022-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs icra tələbini tam şəkildə ödəməyə maddi imkanının olmasına baxmayaraq, cinayət işi üzrə Zərərçəkmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktları üzrə alimentə görə borclu olduğu cəmi 5020 manat puldan heç bir ödəniş etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(001)- 3969/2020 saylı qərardadından və icra sənədindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş 06 oktyabr 2017-ci il təvəllüdlü X3, 11 dekabr 2008-ci il təvəllüdlü X2 və 16 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs 15 iyul 2020-ci il tarixdən başlayaraq hər uşağa görə hər ay 170 manat, cəmi 510 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2(001)-426/2021 saylı qətnaməsindən və icra sənədindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 20.09.2006-cı il tarixdə Füzuli rayon VVADQ şöbəsində akt qeydləri kitabında 455 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birə nikahından doğulmuş 06 oktyabr 2017-ci il təvəllüdlü X3, 11 dekabr 2008-ci il təvəllüdlü X2 və 16 iyul 2011-ci il təvəllüdlü X1 anaları Zərərçəkmiş şəxs yanında saxlanılması və həmin uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər bir uşağa görə hər ay 130 manat, cəmi 390 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. 03.09.2020-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(001)-3969/2020 nömrəli icra sənədinə əsasən icraata başlanmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. 05.04.2021-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2(001)-426/2021 nömrəli icra sənədinə əsasən icraata başlanmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. 15.02.2021-ci il tarixli Xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(001)-3969/2020 nömrəli icra sənədini icra etməsi ilə bağlı xəbərdarlıq verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 3(001)- 1642/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat məbləğində inzibati cərimə edilmişdir. 02.08.2021-ci il tarixli Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi barədə qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(001)-3969/2020 nömrəli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2(001)-426/2021 nömrəli icra sənədləri bir icraatda birləşdirilmişdir. 01.09.2021 və 14.09.2021-ci il tarixli Təkrar xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan icra sənədləri üzrə yığılmış aliment borcunu ödəmədiyi üçün ona təkrar xəbərdlıqlar edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 8(001)-521/2021 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.08.2020ci il tarixli, 2(001)-3969/2020 nömrəli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2(001)-426/2021 nömrəli icra sənədlərinin icrası təmin edilənədək borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli, 3(001)- 3727/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat məbləğində inzibati cərimə edilmişdir. Zərərçəkmiş şəxs adına açılmış hesaba dair cədvəldən görünür ki, Təqsirləndirilən şəxs icra sənədləri üzrə ümumilikdə 7200 manat yığılmış 05.11.2021-ci il tarixədək aliment borcundan cəmi 2180 manat pul ödəmişdir. 09.02.2022-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də əmək müqaviləsi üzrə operator vəzifəsində çalışır və aylıq əmək haqqı 300 manat təşkil edir. 18.02.2022-ci il tarixli Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxsq ismində cəlb edilmiş və ona CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 18.02.2022-ci il tarixli Qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 306.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs X4 cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 14 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 15 (on beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 14 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-239/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-239/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver