Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-239/2023 30.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Kazımov Araz Nurəddin oğlunun sədrliyi Ağayev Taleh Valeh oğlunun katibliyi Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1969-cu ildə Naxçıvan MR, Şərur rayonu,Xok kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR Kəngərli rayonu,Xok ərazi dairəsi, Xok kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yusif İmanov küçəsində nömrəsiz evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, o, 14 oktyabr 2022-ci il tarixdə səhər saatlarında ünvan 1 ünvanında adını «Tural» kimi tanıdığı şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxsdən 10 manat pulun müqabilində satış məqsədi olmadan qanunsuz olaraq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış şəxsi istiehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,262 qram narkotik vasitə heroini əldə etməklə əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamaqla daşımış, 14 oktyabr 2022-ci il tarixdə saat 16:30-da Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə gətirilmiş və həmin tarixdə saat 18:20 dəqiqədə üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,262 qram olan qəhvəyi rəngli bozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli aşağıda şərh olunan qaydada sübuta yetirilir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən saxlanana kimi «kakos» kimi tanıdığı narkotik vasitə olan heroindən istifadə etməklə narkotik vasitə aludəçisinə çevrilmişdir.14 oktyabr 2022-ci il tarixdə səhər saatlarında dostu Səbuhi ilə birlikdə olarkən bədənində olan ağrılardan əziyyət çəkdiyindən Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 4 ünvanında adını Tural kimi tanıdığı şəxsdən öz istifadəsi üçün 10 manat verib bir ədəd şəffaf selofan bükümdə toz halında qəhvəyi rəngli «kakos» kimi narkotik vasitə olan heroin alaraq əynindəki qara rəngli şalvarının sağ yan cibində saxlamışdır ki, sonra özü istifadə etsin. Elə həmin gün saat 16 radələrində dostu Səbuhi ilə birlikdə Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 4 ünvanının qarşısında olarkən mülki geyimdə olan 4 nəfər mülki şəxs onlara yaxınlaşıb, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib, Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər, onlar da, polis əməkdaşları ilə birlikdə 7-ci Polis Bölməsinə gəlmişlər.Bölmədə təhqiqatçı tərəfindən onlara hüquq və vəzifələri izah olunmuş, onun özünün ərizəsinə əsasən vəkil bürosundan onun hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmişdir.Sonra xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçiilmiş, belə ki, əvvəlcə ona üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən gizlədib saxladığı bir ədəd şəffaf selofan bükümü çıxararaq təqdim etmişdir. Sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş, saxlanılması qadağan edilən heç bir əşya aşkar edilməmişdir. O, polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, üzərində aşkar edilmiş şəfffaf selofanda olan maddə narkotik vasitə herondir və tanımadığı Tural adlı şəxsdən 10 manata özünün istifadəsi üçün almışdır.Daha sonra həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. O,daha sonra əməlindən peşiman olduğunu göstərdi. İş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsin üzərində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna 7-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və sahə inspektoru polis baş leytenantı Şahid1 da, daxil edilmişdir. Alınmış məlumatın yoxlanılması məqsədi ilə onlar 14 oktyabr 2022-ci il tarixdə təxminən saat 16:30 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 4 ünvanının qarşısında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan şəxsi görüb yaxınlaşmışlar, özlərini təqdim etmişlər. Həmin şəxs də, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs bildirmişlər ki, üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı onlarla birlikdə Binəqədi RPİ-nin 7-ci PB-nə getməlidir. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə 40-cı PB-nə gəlmişdir. Polis Bölməsində təhqiqatçı, polis mayoru X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdr. Bundan sonra, bölmədə, xidməti iş otağında Təqsirləndirilən şəxs özünün razılığı ilə müdafiəçinin iştiraki olmadan video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub olmaması soruşulmuş, olduğu halda isə həmin əşyanın könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Həmin bükümü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsini, həmin bükümdə olan maddənin el arasında kokos kimi tanınan narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 14 oktyabr 2022-ci il tarixdə Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 4 ünvanında adını Tural kimi tanıdığı şəxsdən özünün istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 ifadəsinə tam uyğun ifadə verdilər. Təqsirləndirilən şəxs oğlunun cinayət əməli onun özünün etdiyi cinayət əməlini etiraf etməsi, şahidlərin ifadələri ilə yanaşı iş materialları ilə də, tam sübuta yetirilir. İş materiallarının 30-31-ci vərəqlərindəki Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı polis mayoru baş leytenantı Rəşad Bayramov tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşayaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf büküm çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə narkotik vasitə “kokos» olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 4 ünvanının qarşısında tanımadığı Tural adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. İş materiallarının 37-41-ci vərəqlərindəki məhkəmə kimyəvi ekspertizasının 15 oktyabr 2022-ci il tarixli, 6/5956 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Din Zərflər üçün»176» dairəvi möhür əksi və «…Zeyniyev- imza , işirakçılar üç imza…. Şahid3 - imza» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi 0,262 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (siyahı 1) daxildir. Tədqiqat zamanı psixotrop maddə olan heroin istifadə olunandan sonra 0,212 qram qalıq qalmışdır. İş materiallarının 110-111-ci vərəqlərindəki məhkəmə-narkolojı ekspertizasının 18 oktyabr 2022-ci il tarixli, 6124 saylı rəyinə görə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarının 101-102-ci vərələrindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alnmış tələbnamədən və iş materiallarının 104-108-ci vərəqlərindəki Binəqədi rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(001)-201/2014 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay mddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 1(001)-201/2014 saylı cinayət işinin materiallarından görünür ki, Zeyniyev X3 rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə ona təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə və 1 il 6 ay müddətinə nəqliyyat vasitlərini idarə etmə hüququndan məhrum etmə cəzalarını çəkmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.32-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün nəticələri ləğv edir. İş materiallarının 17-18-ci vərəqindəki şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə saat 17:20 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarının 88-89-cu vərəqlərindəki təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi haqqında Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədovun 16 oktyabr 2022-ci il tarixli qərarından və iş materiallarının 90-91-ci vərəqindəki Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru Ramil Əliyevin 16 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Binəqədi rayon məhkəməsinin məhkəmə hazırlıq iclasının 20 fevral 2023-cü il tarixli, 1(001)-239/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ona tam sübutdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsüf edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayət xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən peşiman olmasını, məhkumluğunun olmamasını, yeddi övladının o cümlədən iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir, iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanları, işin bütün hallarını nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən də, islah edilib tərbiyə olunmasını mümkün hesab edir və onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini lazım bilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbayan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bakı şəhər Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,212 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Binəqədi RPİ-nin 7-ci Polis bölməsinin baş təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd DVD disk iş materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia, başqa maddi sübut və başqa ekspertiza xərci yoxdur. Binəqədi rayon məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs oğluna göstərdiyi 30 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 180 manat ödənilməlidir və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 349, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yaşayış massivində nömrəsiz evdə çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi bütün dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq qərar olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasına və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Azərbayan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilsin. (Keçiriləcək hesab:Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı-X1,kodu 21005,VÖEN **********, müxbir hesab AZ41NABZ********************,SFİFT CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi –VÖEN **********, hesab AZ34CTRE********************) İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,212 qram olan narkotik vasitə heroin məhv edilsin. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin baş təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 1 (bir) ədəd DVD disk iş materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Göstərilən müddətdə apellysiya şikayəti və protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Araz Kazımov
Məhkəmə qərarları › İş №1(001)-239/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-239/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver