Məhkəmə qərarları › İş №1(001)-24/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-24/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-24/2023 14.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1997-ci ildə Cəlilabad rayonu Hacıismayıllı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta, məhkumluğu olmayan, Cəlilabad rayonu Hacıismayıllı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində fərdi həyət evində kirayədə yaşayan və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 00:20 radələrində X1 məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz C220» markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 50-60 km/saat sürətlə Bakı-Sumqayıt şosesində Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tətbir görməyərək hərəkətdə olduğu yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan sağ baldır sümüklərinin açıq sınığı, sol baldır sümüklərinin qapalı sınığı ilə nəticələnən və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətləri yetirməsinə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, idarə etdiyi **-CL-*** dövlət qeydiyyat nişanlı «Mercedes-C220» markalı avtomobillə Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmuş, həmin avtomobil X1 məxsus olmuş, Mikayıl Quliyev də kirayədə qaldığı evin sahibi olmuş, Mikayıl Quliyev həmin avtomobili etibarnamə əsasında idarə etmək üçün vermiş, həmin avtomobillə taksi kimi məşğul olaraq ailəsini dolandırmış, xx.xx.2022-ci il tarixdə təqribən saat 00:10 radələrində idarə etdiyi həmin avtomobillə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsindən iki nəfər müştəri götürərək Xırdalan dairəsi istiqamətində hərəkətdə başlamış, həmin günü təqribən saat 00:20 radələrində Ekologiya yolu deyilən əsas yola çıxarkən körpünün üstündə hərəkətdə olduğu zaman hərəkətdə olduğu yolun sağından soluna keçmək istəyən 3 nəfər görmüş, həmin şəxsləri görəndə onlarla aralarında 30-40 metr ara məsafəsi olmuş, həmin şəxslərdən iksi yolu qaçaraq yolun soluna keçmiş, digər üçüncü şəxs isə yolu keçməyib yolun sağında dayanmış, həmin şəxsə 15 metr məsafə qalmış həmin şəxsin yolu keçməsini nəzərinə çatdırılması üçün siqnal vermiş, lakin avtomobili ilə həmin şəxs arasında 3-4 metr məsafə qalmış həmin şəxs yolu qaçaraq keçmək istədikdə avtomobili tormuz edib sola çəkmiş, lakin avtomobili saxlaya bilməyib həmin şəxsi vurmuş, hadisə vaxtı surəti 50-60 km/saat olmuş, avtomobili saxlayıb vurduğu şəxsə yaxınlaşmış, həmin şəxs yerdə uzanıqlı vəziyyətdə olmuş, həyacanlı olduğundan təcili yardıma yığmaq əvəzinə 112 xidmətinə zəng etmiş, lakin bunu bildikdə ki, həmin vaxt avtomobilində olan müştərilərdən biri 103 xidmətinə zəng edərək təcili yardıma hadisə barədə məlumat verərək təcili yardım çağırmış, təcli yardım gec geləcəyini görüb həmin şəxsi öz avtomobilinə qoyaraq Mərkəzi Respublika xəstəxanasına aparmış, orada həkimlərə təhvil vermiş, daha sonra Binəqədi RPİ-nin əməkdaşları gələrək polis idarəsinə dəvət etmiş, polis idarəsinə gəlib hadisə barədə məlumat vermiş, daha sonra hadisə yerində olaraq iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisədən sonra vurduğu şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, Bakı şəhərində müxtəlif yerlərdə fəhlə kimi işləyib ailəsini dolandırırmış, xx.xx.2022-ci il tarixdə işdən çıxaraq evə getmək üçün yola çıxmış, həmin gün təqribən saat 00:20 radələrində Ekalogiya postu deyilən yerə yaxın olan körpüdə yolu qaçaraq keçmək istəyərkən bu zaman qarşıdan surətlə hərəkət edən avtomobil **-CL-*** dövlət qeydiyyat nişanlı «Mercedes-C220» markalı avtomobil anidən onu vurmuş, o yolu keçən zaman onunla avtomobil arasında təxminən 1-1,5 metr məsafə olmuş, hər iki ayağından xəsarət almış, vurulduqdan sonra asfalt yola düşüb qalmış, vuran adam öz avtomobilinə qoyaraq Mərkəzi Respublika xəstəxanasına aparmış, orada həkimlərə təhvil vermiş, sonra onu vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmiş, həmin şəxsi əvəllər tanımamışdır. Daha sonra zərərçəkmiş şəxs məhkəməyə təqsirləndirilən şəxslə barışıq əldə etməsini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığı məzmunlu ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən məlum olur ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi 27 aprel 2022-ci il tarixdə Hüseyn İlyas oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə başlanmışdır. xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan şəxs ***-***-**-** saylı mobil nömrə ilə DİN-nin 102 xidmətinə zəng edərək Ekalogiya postu istiqamətində avtomaşının piyadanı vurması ilə bağlı məlumat vermiş və həmin məlumat törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 102 nömrəsi ilə qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 285 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxsın bədənində aşkar olunmuş xəsarətlərsağ baldır sümüklərinin açıq sınığı, sol baldır sümüklərinin qapalı sınığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “Akademik M.Ə.Mirqasımov adma Respublika Klinik xəstəxanası” Publik Hüquqşi şəxsə müraciət etdiyi xx.xx.2022-ci il saat 00.35-dən bir qədər əvvəl əmələ gəlmişdirlər, zərərçəkənin qeyd etdiyi xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olanr sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasn nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni, hərəkətdə olan avtomobilin onu vurması nəticəsində əmələ gələ bilərdilər. İş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/704 nömrəli rəyindən görünür ki, Mercedes Benz C220 markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protoklundan görünür ki, baş vermiş hadisə Bakı Sumqayıt şosesində Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov küçəsində asfalt yolda baş vermişdir. Yol asfalt örtüklüdür, hamardır, üfiqidir, asfalt quru haldadır, yolda qazıntı, dağıntı, çala-cuxur yoxdur, yol 2 hərəkət istiqamətindən və hər hərəkət hissəsi 3 hərəkət zolağından ibarətdir. Hər bir hərəkət hissəsinin eni 9 metr, hrə zolağın eni isə 3 metrdir. Hər iki hərəkət hissəində olan hərəkət zolağlarını ağ kəsik xətlər ayırır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi Mirəziz Mirəliyev tərəfindən məhkəməyə ünvanlanmış 003-16413/222 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təhlükəsiz Şəhər Xidmətində arxivlərin saxlanılma müddəti bitdiyindən (1 ay) sorğuda göstərilən müvafiq məlumatların təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi Mirəziz Mirəliyev tərəfindən məhkəməyə ünvanlanmış 003-18606/222 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki,Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov küçəsi, “Murad” şadlıq sarayının qarşısında Təhlükəsiz Şəhər Xidmətinin video müşahidə kameraları mövcud deyildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-468/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi, Təqsirləndirilən şəxs idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz C220» markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Sumqayıt şosesində Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov küçəsində (Murad şadlıq sarayının qarşısı) sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vurması ilə bağlı hadisənin baş vermə mexanizmi dəqiq əks olunmaqla yol-nəqliyyat hadisəsinin protokolu və ona dair sxemi tərtib edilməsi və hadisə yerinə baxış keçirilməsinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora (Bakı şəhəri Binəqədi rayon prokurorluğu) tapşırılması qərara alınmışdır. Binəqədi rayon prokuroru Fuad Məmmədov tərəfindən xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol xx.xx.2023-cü il tarixdə məhkəməyə rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli 2/1908 nömrəli sərxoşluğun müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs BD407610 seriyalı, B1, C1, C katiqoryalı sürücülük vəsiqəsi olmaqla onun avtomobili idarə etmək hüququ olmuşdur. Mercedes Benz C220 markalı, 99CL446 dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və məhkmənin hökmünə kimi saxlanılması şərti ilə sahibinə qaytarılması nəzərə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «X3 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Şahmar Hüseynovun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə olan ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, o, istintaqa belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmağa çalışmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1, 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutlduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Azərbaycan Respublikası Cinayət Prosessuaıl Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarrılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, CM-nin 263-cü maddəsinin qeyd hissəsinin 2ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin, cinayət işinə xitam verildiyindən, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut "Mercedes Benz C220" markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 78 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 468 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən CM-nin 263-cü və CPM-nin 40.3, 43.1; 344-347; 349; 351- 353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən (zərərçəkmiş şəxslə barışdığına və vurulmuş ziyanı tamamilə ödədiyinə görə) cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut "Mercedes Benz C220" markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 78 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 468 (dörd yüz altmış səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar