Məhkəmə qərarları › İş №1(001)-24/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-24/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-24/2024 04.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxsin müdafiəçisi: Müdafiəçi1, xx.xx.1991-ci ildə Gürcüstanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, «X3 İctimai Birliyi»nin mətbuat xidmətinin rəhbəri işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 29 aprel 2022-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, özünü, həyat və sağlamlıqları üçün təhlükə yaratdığı insanlardan üstün tutub, uca səslə qeyri-etik, nalayiq ifadələr səsləndirib, digər şəxslərin istirahəti və rahatlığını pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurmuş, qərəzli hərəkətlərinin davamı olaraq Zərərçəkmiş şəxs qəsdən vurub ona sağ baldır və sol said nahiyələrinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs qəsdən vurub ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcələrinə görə sağlamlığa yüngül zərərvurmaya aid sol təpə-gicgah nahiyəsinin qançır-hematoması ilə müşayiət edilən xəsarət və sol qulaq seyvanının, sol almacıq nahiyəsinin qançırları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi sübuta yetirilmir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində idarə etdiyi **-PR-*** dövlət qeydiyyat nişanlı «Chevrolet» markalı «Spark» modelli avtomobillə yaşadığı evdən çıxaraq, iş yoldaşı Təqsirləndirilən şəxs2 götürüb işlədiyi Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski, küçəsində yerləşən ofisə gələn zaman 9-cu mikrorayon, Mir Cəlal küçəsində işıqforun qırmızı işığında dayandıqda, digər hərəkət zolağı ilə hərəkət edən «Renault» markalı, üzərində «Uber» taksi reklamı olan avtomobilin sürücüsü ona əl hərəkətləri ilə təhqiredici işarələr edərək, ana söyüşü söyüb ötüb keçmişdir. Həmin şəxsin 300-400 metr irəlidə avtomobili yol kənarında saxladığını görüb, həmin avtomobilin yanına yaxınlaşmış və iş yoldaşı Təqsirləndirilən şəxs2 şüşəni aşağıya salaraq həmin sürücüdən “ağsaqqal niyə hörmətsizlik edirsən” deyərək nə üçün onları təhqir etdiyini soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs arasında sözlü mübahisə olduğunu, sonuncu söyüşlə cavab verərək Xəyala “gəl otur görüm nə deyirsən” deyib Xəyala bildirmişdir ki, onun avtomobilinə əyləşsin. Xəyal isə onun avtomobilindən düşüb Zərərçəkmiş şəxs avtomobilinə yaxınlaşmış və şüşədən əlini salıb bir-birlərinə əl atmağa başlamış, bu zaman o, dərhal avtomildən düşərək onları ayırmaq üçün araya girmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs avtomobilin qapısını açaraq düşmək istəyən zaman Təqsirləndirilən şəxs2 dizi ilə İlqar Salyevin yerdə olan bir ayağını onun avomobilinin qapısının arasında saxlayaraq sıxmış, sonuncunu düşməyə qoymamışdır. Zərərçəkmiş şəxs Xəyalın əynində olan paltarından tutub dartdıqda, Xəyal da onu paltarından tutaraq dartışmışdırlar. Hadisə zamanı ona məxsus olan «Apple Whatch» markalı qol saatı və «Xiaomi» markalı mobil telefonu da yerə düşərək yararsız vəziyyətə düşmüşdür. Baş vermiş hadisədən sonra hətta orada olan bir qadın ona “götür bu uşağı get” deyə məsləhət vermişdir. Zərərçəkmiş şəxs avtomobilinin arxa təkərinə bir dəfə təpiklə vuraraq “çıx get burdan” deyə əsəbiləşdiyini, qərəzli olaraq niyyətinin Zərərçəkmiş şəxs xəsarət yetirmək olmadığını, onun qolundakı sıyrıqların Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs ayırmağa çalışan zaman baş vermiş ola biləcəyini bildirmişdir. Hadisə zamanı iş yoldaşı Təqsirləndirilən şəxs2 xəsarət almış, onun gözü göyərmişdir. Hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. O, xəsarəti dirsək nahiyəsindən aldığı üçün və ciddi xəsarət olmadığından məhkəmə-tibbi ekspertizasında tibbi müayinədən keçməyi lüzumsuz bilməmiş, bu səbəbdən də müayinədən keçməmişdir. Məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Baş vermiş hadisəyə səbəb Zərərçəkmiş şəxs ona əl-qol işarələri edərək onu və Təqsirləndirilən şəxs2 nalayiq ifadələrlə söyməsi olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadədən fərqli olaraq ifadəsində göstərmişdir ki, «Renault» markalı «Megane» modelli, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə ilə idarə edir və həmin avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. 29 aprel 2022-ci il tarixdə, saat 09 radələrində sifariş qəbul edərək müştərini ünvan 3 ünvanına gətirən zaman, Mir Cəlal küçəsi 1 ünvanında, yol kəsişməsində «Chevrolet» markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı avtomaşının yolun hərəkət hissəsində dayanaraq süni tıxac yaratmasına görə o, idarə etdiyi avtomaşınla kənardan dövrə edərək, həmin nəqliyyat vasitəsinin xanım sürücüsünə ya sağa ver, ya sola deyərək ötüb yoluna davam etmişdir. Təxminən 01 km irəlilədikdən sonra sərnişini düşürmək üçün avtomobili yol kənarında saxlamışdır. Həmin zaman qeyd etdiyi avtomobilin yanında dayandığını görmüşdür. O, həmin qadın sürücünün yanındakı cavan oğlanın onun qadın sürücüyə söz deyərək ötüb keçməsini bəyənmədiyini, nəqliyyat vasitəsindən düşmək istədikdə Təqsirləndirilən şəxs1 yanındakı sərnişinə düşmə dediyini, mübahisə yaranacağını görüb onun da idarə etdiyi nəqliyyat vasitəsindən düşdüyünü, əslində ayağındakı xəsarətin döyülmə nəticəsində deyil özünə məxsus avtomobildən düşüb söhbət etmək istəyən zaman bir ayağının yerdə olanda Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsinin qapısını sıxaraq ayağını qapının arasında saxlaması nəticəsində meydana gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 avtomobilin açıq olan pəncərəsindən əlini içəriyə salaraq onun başını avtomobilin tavanına vurduğunu və Təqsirləndirilən şəxs1 onları ayırmağa çalışdığını, lakin gücü çatmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 onu avtomobilə itələyək “sür çıx get” demişdir. Zərərçəkmiş şəxs qolunda və əlində olan sıyrıqların, ola bilsin ki, uzun dırnaqları olduğundan Təqsirləndirilən şəxs1 onları ayırmağa çalışdığı zaman yarana biləcəyini qeyd etmişdir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs1 ona heç bir xəsarət yetirməmiş, əksinə onunla Təqsirləndirilən şəxs2 ayırmağa çalışmış, qolunda olan sıyrıqlar Təqsirləndirilən şəxs1 onları ayıran zaman meydana gəlmişdir. İbtidai istintaq zamanı da hazırki kimi ifadə vermiş, o həmin ifadəsində Təqsirləndirilən şəxs1 ona xəsaərt yetirməsini deyil, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 bir yerdə olduğunu qeyd etdiyini bildirmişdir. Hazırda nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə başlanılmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında keçirilən üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı onlar ifadələrini bir-birlərinin üzlərinə qarşı təsdiq etmişlər. 03 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin ibtidai istintaqı təzələnmişdir. 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. 17 noyabr 2022-ci il tarixdə Abbasova X1 RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən tutularaq Binəqədi RPİ-nin İstintaq Şöbəsinə gətirilmişdir. 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnərək istintaq edilmişdir. 17 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 iş üzrə şübhəli şəxs qismində tutularaq Binəqədi RPİ-nin MSY-yə təhvil verilmişdir. 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə əməl Azərbaycan Respublikası CM-in 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Abbasova X1 RPİ-nin MSY-dən azad edilmiş və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. 26 dekabr 2022-ci il tarixdə istintaq zamanı Təqsirləndirilən şəxs2 könüllü olaraq Binəqədi RPİ-nin İstintaq Şöbəsinə gələrək, barəsində axtarış elan olunduğundan məlumatsız olduğunu bildirmişdir. 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-297/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqından yayındığından barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuşdur. Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 46-4/2-7440 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 yerinin müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş və məlum olmuişdur ki, o, xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasına getmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-297/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin icraatından, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ayrılmış cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs2 tutulanadək dayandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-297/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs barəsində məcburi gətirilmə tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən daxil olmuş xx.xx.20023-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirakı təmin edilmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs1 ilə aralarında barışıq olduğunu, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. İş üzrə məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA Birliyi» Publik Hüquqi şəxsin Binəqədi rayon şöbəsinin 05 may 2022-ci il tarixli 828 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol təpə-gicgah nahiyəsinin qançır-hematoması, sol qulaq seyvanının, sol almacıq nahiyəsinin qançırları, sağ baldır və sol said nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər müddətə uyğun gəlirlər, dərəcələrinə görə sol təpə-gicgah nahiyəsinin qançır-hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zərərçəkmiş şəxsin idarə etdiyi nəqliyyat vasitəsi ilə digər nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs1 ilə aralarında yaranmış kiçik dialoq səbəbindən qaynaqlanmışdır. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs tıxac yaratmasını əsas göstərərək özünə məxsus avtomobili idarə edən Təqsirləndirilən şəxs1 kobud formada reaksiya vermiş, ona əl-qol işarələri edib ötmə əməliyyatı həyata keçirtmiş, bu isə Təqsirləndirilən şəxs2 xoşuna gəlmədiyindən 300-400 metr aralıda sərnişini düşürən Zərərçəkmiş şəxs yaxınlaşaraq kobud danışığının səbəbini öyrənməyə çalışmışdır. Bu zaman tərəflər arasında mübahisə kəskinləşmiş, məsələni aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs2 əyləşdiyi nəqliyyat vasitəsindən düşmüş və Zərərçəkmiş şəxs avtomobilindən düşməsinə şərait yaratmayaraq dizi ilə avtomobilin qapısını sıxıb ayağını avtomoblin qapısı ilə gövdəsi arasında saxlamaqla ona sağ baldır nahiyyəsinin sıyrıqları ilə müşaiyət olunan xəsarətlər, başını isə avtomobilin tavanına vurmaqla sol təpə-gicgah nahiyəsinin qançırhematoması, sol qulaq seyvanının, sol almacıq nahiyəsinin qançırları ilə müşaiyət olunan xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs1 onları ayrımaq üçün idarə etdiyi avtomobili tərk edərək digər nəqliyyat vasitəsinə yaxınlaşmış və onları ayırmağa çalışmış, bu zaman Zərərçəkmiş şəxs bədən səthi üzərində olan sıyrıqlar Təqsirləndirilən şəxs1 əl dırnaqlarının təsiri nəticəsində sol said nahiyyəsində xəsarətlər yaranmışdır. Məhkəmə hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla, o cümlədən məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsi, həmçinin təqdim etdiyi Təqsirləndirilən şəxs1 barəsində heç bir şikayətinin olmaması barədə ərizəsinə, habelə iş üzrə toplanmış digər sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirliliyi, yəni Zərərçəkmiş şəxs üzərinə hücum çəkib zor tətbiq edərək, tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında onu qəsdən vurub ona sağ baldır və sol said nahiyələrinin sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərlə müşayiət olunan qəsdən qərəzli hərəkətlərlə xuliqanlıq etməsi öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər—min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham sadəcə zərərçəkmiş şəxsin ifadəsinə əsaslandığından, təqsirləndirilən şəxsin xuliqanlıq cinayətini törətməsi sübut edən heç bir digər sübut əldə edilmədiyindən və zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə verdiyi ifadəni təkzib etməsi təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham əsaslı hesab edilə bilməz. Bu mövqe Avropa İnsan hüquqları Məhkəməsinin Qaritski Polşaya qarşı iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hərəkətlərinin hüquqi tövsifi ilə əlaqədar bu şəkildə ibtidai araşdırma orqanının gəldiyi nəticə Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyaları ilə şərtləndirildiyindən, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarları, bu qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərlə ziddiyyət təşkil etdiyindən, onların təqsirli bilinməsində və əməlin tövsifində buraxılmış səhv kimi qiymətləndirilməlidir. Xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. O da nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında isə göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndinə görə də ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına dəlalət edən (o cümlədən, bu pozuntunun nədə ifadə olduğunu göstərən) konkret faktlar isə nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara heç təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda da istinad olunmamışdır. Belə ki, ittihamda təqsirləndirilən şəxsə istinad edilən cinayəti yaradan hallar kimi müstəsna olaraq onların zərər çəkmiş şəxsə qarşı törətdiyi hərəkətlər təsvir edilmiş və xuliqanlıq cinayətinə aid əlamətlər sadalanmışdır. İttiham tərəfinin istinad etdiyi dəlillər cinayətin törədildiyi yerdə ictimai qaydanın kobud şəkildə pozulması haqqında nəticə çıxarmaq üçün kifayət edə biləcək məlumatları əks etdirmir, bilavasitə hadisəyə aid sübutlar bazası isə qeyd olunan şəxslərin ifadələri, habelə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlərin xarakteri və ağırlıq dərəcəsi haqqında məlumatları əks etdirən məhkəmə-tibbi ekspertzasının rəyi ilə məhdudlaşır. Bundan əlavə, uzun müddətdir formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən də müəyyən olunur ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərər çəkən şəxsin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenumunun qərarlarına uyğun olaraq Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət törətməsində təqsirliliyinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs döyməsi, onlara xəsarət yetirməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından onun əməlində inzibati xəta tərkibi də mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X4 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Telfner Avstriyaya qarşı ( 2001) işində Avropa məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin irəli sürülmüş ittihamda göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlartoplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsi toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına 70 saat üçün nəzərdə tutulan 420 manat pul ödənilməlidir. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərində təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə”növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 70 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar