Məhkəmə qərarları › İş №1(001)-24/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-24/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-24/2025 05.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 11.20 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi– Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X6, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə iştirakı ilə , xx xxxxxx 1984-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2nda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.2-ci; 177.2.1 və 177.2.4-cü maddələri ilə xx xxx 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2nda yaşayan, barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə (təsviri-əsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 on səkkiz yaşına çatmış və yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs olduğu halda yetkinlik yaşına çatmayanı vədlər vermək vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 on səkkiz yaşına çatmış olduğu halda və yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi oğlu xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 mobil telefon alması barədə vədlər verib cinayətkar fəaliyyətə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə X2 idarə etdiyi «Mercedes» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax rayonundan Bakı şəhərinə gələn zaman Təqsirləndirilən şəxs2 avtomobilin qoltuqaltı hissəsində pulun olmasını bildikdən sonra bu barədə ona bildirmiş və həmin tarixdə saat 12:00 radələrində ünvan 3 ünvana çatdıqda əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, Təqsirləndirilən şəxs2 pulu götürməsini deyib evinə getmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 isə avtomobilin sürücüsü X2 onların əşyalarının daşınmasına kömək etməsindən istifadə edib «Mercedes» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda ön oturacaqların arasındakı qoltuqaltı hissəsindən zərfin içərisində olan Zərərçəkmiş şəxs məxsus 20 848 (iyirmi min səkkiz yüz qırx səkkiz) manat xeyli miqdarda nağd pulu gizli olaraq talayıb aparıb ona verməklə Zərərçəkmiş şəxs 20 848 (iyirmi min səkkiz yüz qırx səkkiz) manat məbləğində xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 onu cinayətkar fəaliyyətinə cəlb etmiş tərbiyə etmək vəzifəsini daşıyan şəxs anası Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talama məqsədilə birlikdə xx.xx.2023-cü il tarixdə X2 idarə etdiyi «Mercedes» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax rayonundan Bakı şəhərinə gələn zaman o, avtomobilin qoltuqaltı hissəsində pulun olmasını bildikdən sonra bu barədə anasına bildirmiş və həmin tarixdə saat 12:00 radələrində ünvan 3 ünvana çatdıqda əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 ona pulu götürməsini deyib evinə getmiş, o isə, avtomobilin sürücüsü X2 onların əşyalarının daşınmasına kömək etməsindən istifadə edib «Mercedes» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda ön oturacaqların arasındakı qoltuqaltı hissəsindən zərfin içərisində olan Zərərçəkmiş şəxs məxsus 20 848 (iyirmi min səkkiz yüz qırx səkkiz) manat xeyli miqdarda nağd pulu gizli olaraq talayıb aparıb anası Təqsirləndirilən şəxs1yə verməklə Zərərçəkmiş şəxs 20 848 (iyirmi min səkkiz yüz qırx səkkiz) manat məbləğində xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1 və 177.2.4 –cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, əri İlyasla təxminən 7-8 il bundan əvvəl boşanmışlar, lakin bu günədək bir evdə yaşayırlar, təxminən 1 ay bundan öncə oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə yay tətili olduğundan Yevlax rayonuna anası Azadə Məmmədovanın yanına getmişlər, xx.xx.2023-cü il tarixdə oğlu ilə birlikdə Bakı şəhərinə əvvəllər tanımadığı taksiylə qayıtmışlar, onlar taksiyə Yevlax şəhərində əyləşən zaman avtomobildə o və oğlu Nurandan başqa 2 nəfər tanımadığı Bakı şəhərinə gedən şəxs də olmuşdur, taksi sürücüsü Kürdəmir rayonu ərazisində adını dəqiq xatırlamadığı kafedə olanda avtomobili saxlayıb təxminən 10 dəqiqə gözləyəcəyini və ehtiyaclarını ödəyə biləcəklərini bildirmiş, onlarla birlikdə Bakı şəhərinə gedən 2 nəfər sərnişin avtomobildən enmiş, o və oğlu avtomobildə qalmışlar, oğlu Nurana siqaret çəkmək istədiyini bildirmiş mağazadan almağa utandığından sürücüyə məxsus avtomobilin ön hissəsində olan siqaretin bir ədədini götürməsini ondan xahiş etmişdir.Sürücü və digər sərnişinlər həmin vaxt avtomobildə olmadığından oğlu Nuran oturduqları arxa oturacaqdan irəliyə keçib siqaret götürmüş, sürücüyə məxsus həmin siqaretin 1 ədədini ona vermiş, Nuran siqareti axtaran zaman avtomobilin ön hissəsində oturacaqların arasındakı qutuya da baxmış, Nuran ona siqareti verəndə bildirmişdir ki, qutuda 01 ədəd bağlı zərf və həmin zərfin üzərində 10 manat pul vardır, Nurandan həmin vaxt zərfin içinə də baxmasını istəsə də o, zərfin bağlı olduğunu demiş, zərfin bağlı vəziyyətdə olmasını ehtimal etdiyindən içərisində pul vəsaitlərinin olmasını düşünmüş, daha sonra oğlunun ona verdiyi siqareti çəkmək üçün avtomobildən enmiş, təxminən 3-4 dəqiqə sonra sürücü və digər sərnişinlər avtomobilə əyləşdikdə o da oğlu ilə əyləşmiş, sürücü bir də avtomobili yolda saxlamamış, təxminən 2 saat sonra Bakı şəhərinə çatmışlar, qeyd etdiyi 2 nəfər sərnişin Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Lökbatan dairəsi yaxınlığında avtomobildən enmişlər, sürücü onları yaşadıqları evə qədər aparmış, yaşadıqları ünvan 2nına saat 12:00 radələrində çatmışlar, sürücüdən əşyaları evə aparmasına köməklik etməsini xahiş etmiş, sürücü etiraz eləməmiş, o, əşyalardan bir hissəsini evə aparan zaman oğlunu çağırmış və ona demişdir ki, sürücü əşyalardan evə gətirən zaman avtomobil boş olacaq və həmin vaxt avtomobilin ön hissəsindəki oturacaqların arasında olan qutudakı bağlı zərfi gətirib ona versin.Oğlu etiraz etməmiş, təxminən 2 dəqiqə sonra oğlu zərfi gətirib ona vermiş, sürücü həmin vaxt evə əşyaları gətirirmiş, lakin zərfi oğlunun götürüb ona verməsini görməmiş, əşyalar bitdikdən sonra sürücüylə sağollaşmışlar, həmin vaxt evdə qızı Aysu olmuş, əri İlyas isə evdə olmamış, zərfi açdıqda içərisində dəqiq sayını bilməsə də çoxlu sayda 100 manatlıq əsginasların olmasını görmüş, bu zaman özü də bir qədər qorxmuş, taksi sürücüsü təxminən 3-4 dəqiqə sonra yenidən onların evinə qayıtmış və avtomobildə pulların olduğunu hal-hazırda isə tapa bilmədiyini bildirmiş, o, ilkin olaraq taksi sürücüsünə pullardan xəbəri olmadığını demiş, həmin taksi sürücüsüylə bir qədər söhbət etmişlər və ona demişdir ki, bəlkə oğlu Nuran götürüb, onunla danışsın, götürübsə qaytarsın versin, evə qayıtmış, qızı Aysu rəfiqəsi Nərmingilə getdiyindən içərisində pul olan zərfi qızı Aysuya vermiş və həmin pulu çantasına qoymasını özündə saxlamasını, ondan istəyən zaman isə gətirib verməsini bildirmiş, bunu etməyinə səbəb isə oğlu Nuranın çox qorxduğunu görməyi olmuş, qızı Aysu getdikdən sonra mobil telefon vasitəsi ilə də zəng edib tapşırmışdır ki, pulu saxlasın, lazım olan vaxtı deyəcəkdir, gətirib qaytarar, daha sonra yenidən həyətə çıxıb sürücüyə demişdir ki, oğluyla danışır, uşaqdır, götürübsə narahat olmasın, onun pulunu alıb qaytaracaq, təxminən 7 dəqiqə sonra isə qapının döyüldüyünü görmüş və qapını açdıqda polis əməkdaşları özlərini təqdim etmişlər, onlarla polis bölməsinə getməli olduğunu bildirmişlər, o, etiraz etmədən həmin polis əməkdaşlarıyla bölməyə yollanmış, Polis Bölməsində olan zaman hər şeyi olduğu kimi danışmışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 son söz zamanı özünü qismən təqsirli bildiyini, yetkinlik yaşına çatmayan övladının taksidən həmin pulu götürməsindən onun xəbərinin olduğunu, hal-hazırda isə zərərçəkmiş şəxsə dəymiş zərərin tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışıq əldə edildiyini, zərərçəkmiş şəxsin ondan və övladından şikayətçi olmamasını, ilk dəfə cinayət törətməsini, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladının olmasını, qadın olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, hal-hazırda oğlunun səhhətində müəyyən problemlərin olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə iştirakı ilə ifadə verən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, atası İlyasla anası Nurlanə təxminən 7-8 il bundan əvvəl boşanmışlar. Təxminən 1 ay bundan öncə anası Təqsirləndirilən şəxs1 ilə birlikdə yay tətili olduğundan Yevlax rayonuna nənəsi Azadə Məmmədovanın yanına getmişlər, xx.xx.2023cü il tarixdə oğluyla birlikdə Bakı şəhərinə əvvəllər tanımadığı taksiylə qayıtmışlar, onlar taksiyə Yevlax şəhərində əyləşən zaman avtomobildə o və anası Nurlanədən başqa 2 nəfər tanımadığı Bakı şəhərinə gedən şəxs də olmuş, taksi sürücüsü Kürdəmir rayonu ərazisində adını dəqiq xatırlamadığı kafedə olanda avtomobili saxlayıb təxminən 10 dəqiqə gözləyəcəyini və ehtiyaclarını ödəyə biləcəklərini bildirmiş, onlarla birlikdə Bakı şəhərinə gedən 2 nəfər sərnişin avtomobildən enmiş, o və anası avtomobildə qalmışlar, anası Nurlanə ona siqaret çəkmək istədiyini bildirmiş və mağazadan almağa utandığından sürücüyə məxsus avtomobilin ön hissəsində olan siqaretin bir ədədini götürməsini xahiş etmiş, sürücü və digər sərnişinlər həmin vaxt avtomobildə olmadığından o, oturduğu arxa oturacaqdan irəliyə keçib siqaret götürmüş və sürücüyə məxsus həmin siqaretin 1 ədədini anası Nurlanaya çəkməsi üçün vermiş, o, siqareti axtaran zaman avtomobilin ön hissəsində oturacaqların arasındakı qutuya da baxmış, siqareti anasına verdikdə ona qutuda 01 ədəd bağlı zərf və həmin zərfin üzərində 10 manat pul olduğunu da demiş, həmin vaxt zərfin içinə də baxmaq istəsə də, zərfin bağlı olduğunu görmüş, zərfin bağlı vəziyyətdə olmasını ehtimal etdiyindən içərisində pul vəsaitlərinin olmasını düşünmüş, anası Nurlanənin siqaret çəkməsi üçün avtomobildən enmiş, təxminən 3-4 dəqiqə sonra sürücü və digər sərnişinlər avtomobilə əyləşdikdə o da anasıyla əyləşmiş, sürücü bir də avtomobili yolda saxlamamış, təxminən 2 saat sonra Bakı şəhərinə çatmışlar, 2 nəfər digər sərnişin Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Lökbatan dairəsi yaxınlığında avtomobildən enmişlər, sürücü onları yaşadıqları evə qədər aparmış, yaşadıqları ünvan 2nına saat 12:00 radələrində çatmışlar, anası sürücüdən əşyaları evə aparmasına köməklik etməsini xahiş etmiş, sürücü etiraz etməmiş, o da əşyalardan bir hissəsini evə aparmaqda anasıyla sürücüyə kömək etmiş, evdə olan vaxt sürücü avtomobildəki əşyalardan evə gətirən zaman avtomobil boş olduğundan həmin vaxt avtomobilin ön hissəsindəki oturacaqların arasında olan qutudakı bağlı zərfi götürüb evə gəlmiş, həmin zərfi bacısı Şahid1 çantasına qoymuş, əşyalar bitdikdən sonra sürücüylə sağollaşmışdırlar.Həmcinin həmin vaxt evdə bacısı Aysu olmuş, daha sonra isə Aysu həmin çantasını götürərək rəfiqəsigilə getmişdir.Zərfin içərisində nə qədər pul olmasını o, görməmiş, taksi sürücüsü təxminən 3-4 dəqiqə sonra yenidən yaşadıqları evə qayıtmış və avtomobildə pulların olduğunu, hal-hazırda isə tapa bilmədiyini bildirmiş, anası Nurlanə taksi sürücüsünə pullardan xəbəri olmadığını demişdir. Taksi sürücüsü getdikdən sonra anası ondan pulu götürüb-götürməməsini soruşmuş və o, oğurluq etdiyini anasına bildirmişdir.Polislərin onu tutacağından qorxduğunu anasına deyib ağlamağa başlamışdır.Bundan sonra Nurlanə anasına zəng etmiş, hadisəni anasına danışmış, taksi sürücüsünü anası tanıdığından bildirmişdir ki, sürücüyə desin ki, polisə şikayət etməsin.Təxminən 7 dəqiqə sonra isə qapının döyüldüyünü görmüş və qapını açdıqda polis əməkdaşları özlərini təqdim etmişlər, onlarla polis bölməsinə getməli olduqlarını bildirmiş, onlar həmin polis əməkdaşlarıyla bölməyə yollanmışdırlar.Məhkəmə baxışı zamanı yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs2 təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət törətməsini, cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, vurulmuş ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, xx.xx.2023-cü il tarixdə qohumu X4 20 848 manat pul vəsaitini Yevlax şəhərində olan zaman Bakı şəhərində digər qohumuna çatdırması üçün vermiş, belə ki, X13-Bakı marşurutu istiqamətində taksi fəaliyyəti ilə məşğul olduğundan, eləcə də inandığından öz pullarını ona etibar edirmiş, Vüsal etiraz etməmiş və təxminən 1 saat sonra idarə etdiyi «Mercedes Benz» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə sərnişinləri topladıqdan sonra yola düşəcəyini bildirmiş, Vüsal Yevlax şəhərindən Bakı şəhəri istiqamətində hərəkətə başlayan anda ona yola çıxdığını bildirmiş, təxminən 1 saatdan bir Vüsalla bu formada telefon əlaqəsi saxlayıb danışırlarmış, Vüsal təxminən 3 saat sonra xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrinə Vüsal ona telefon vasitəsi ilə zəng edərək bildirmişdir ki, ona vermiş olduğu 20 848 manat pul vəsaitləri oğurlanmış, pulu ələ keçirmiş şəxsləri görməsə də, sərnişin qismində Yevlax şəhərindən Bakı şəhərinə apardığı şəxslərdən olduğunu bildirmiş, Vüsal bu barədə DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edib məlumat verdiyini də demiş, o, həmin gün bir qədər işləri olduğundan özü Bakı şəhərinə gələ bilməmiş, lakin mütamadi olaraq Vüsalla telefon vasitəsi ilə danışıb əlaqə saxlayırmış, Vüsal pulları götürən şəxslərin polis əməkdaşları tərəfindən saxlanıldığını ona bildirmişdir.Zərərçəkmiş şəxs X7 məhkəməyə ünvanladığı 27 may 2024-cü il tarixli teleqrama əsasən məlum olur ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir və təqsirləndirilən şəxslərlə barışmışdır və təqsirləndirilən şəxslərdən heç bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Qanuni nümayəndə bildirmişdir ki, keçmiş arvadı Nurlanə ilə təxminən 7-8 il bundan əvvəl rəsmi boşansa da, bu günədək bir evdə yaşayır, 2023-cü ilin iyul ayında keçmiş arvadı Təqsirləndirilən şəxs1 oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə yay tətili olduğundan Yevlax rayonuna Nurlanənin anası Azadə Məmmədovanın yanına getmişlər, xx.xx.2023-cü il tarixdə isə Bakı şəhərinə qayıdacaqlarını bildirmişlər, o, işdə olduğundan onları qarşılaya bilməyəcini, həmin taksi ilə birbaşa yaşadıqları ünvan 4 ünvanına gəlmələrini bildirmiş, həmin gün səhər saatlarında Yevlax şəhərindən çıxdıqlarını bildiyindən, günorta saatlarında Bakı şəhərinə çatacaqlarını təxmin etmişdir, qızı Şahid1 onunla birlikdə qalmış, o, həmin gün səhər işə getmiş, günorta təxminən 14:00 radələrində qızı Şahid1 zəng edərək keçmiş arvadı Nurlanə ilə oğlu Nuranı polis əməkdaşlarının Polis İdarəsinə dəvət etdiyini bildirmiş, o nə baş verdiyini soruşduqda Aysu ona dəqiq heç nə bilmədiyini demişdir. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Şahid1 təxminən 4 ildir ki, tanıyır, eləcə də həmin müddətdən etibarən onun ailə üzvləri olan anası Təqsirləndirilən şəxs1, qardaşı Təqsirləndirilən şəxs2 həmin müddətdən etibarən tanıyır, Şahid1 öz ailə üzvləri ilə birlikdə onlarla qonşuluqda yaşayır, həmin vaxtdan etibarən o, Aysunu və ailə üzvlərini tanımış, 03 avqust 2023-cü il tarixdə saat 15:10 radələrində Aysu ona mobil telefonla zəng edərək onunla görüşmək istədiyini və bir yerdə gedib hər hansısa bir optika mağazasından eynək almaq istədiyini bildirmiş, o, etiraz etməmiş, yaşadığı evin yaxınlığındakı “Nursel” mağazasının yanında Aysuyla görüşmüşlər, ilk öncə yaxınlıqdakı Bazarstore mağazasına daxil olmuşlar, Aysu orada ödəniş terminalı vasitəsi ilə ödəniş etmiş, onun haraya və nəyə görə ödəniş etməsini xatırlamır, Bazarstore mağazasından çıxdıqdan sonra yaşadıqları evin yaxınlığında Cəfər Xəndan küçəsində dəqiq ünvanını xatırlamadığı “Elit” aptekə daxil olmuşlar, onlar aptekdən eynəyi alıb bayıra çıxdıqdan sonra Aysunun mobil telefonuna zəng gəlmiş, Aysu həmin şəxslə danışdıqdan sonra o, nə baş verdiyini soruşduqda Aysu bildirmişdir ki, qardaşı Nuran Yevlax rayonundan gəldikləri taksi sürücüsünün avtomobilindən sürücüyə məxsus 200-300 manat pul vəsaitini götürmüş, o, hadisə barədə daha dəqiq məlumat verməsini Aysudan soruşsa da, Aysu dəqiq bilmədiyini demiş, təxminən 5-6 dəqiqə sonra Aysuya yenidən zəng gəlmiş, Aysu mobil telefonla danışdıqdan sonra yeniədn soruşmuş, Aysu bildirmiş ki, qardaşının götürdüyü həmin pul məsələsinə görə anası Nurlanə və qardaşı Nuranı polis bölməsinə dəvət etmişlər, Aysu atası İlyasla birlikdə polis bölməsinə getməli olduğunu bildirmiş, Aysu ona demişdir ki, təxminən 10-15 dəqiqə sonra qayıdır, özündə olan çantaları o, saxlasın. Belə ki, Aysuyla görüşən zaman belində qırmızı rəngli çanta asmış, 01 ədəd qara rəngli çantanı isə çiynindən yandan asmışdı, Aysu qara çantanıqırmızı çantasının içərisinə yerləşdirmiş, o etiraz etməmiş və Aysuya çantasını aparıb evdə saxlamağını təklif etmiş, ortalıqda itə biləcəyini demiş, Aysu isə çantasını yaşadığı blokun pilləkənlərinin üzərinə qoymağını istəmiş, o, etiraz etməmiş, Aysu getdikdən sonra çantasını götürüb yaşadığı binanın 5-ci mərtəbəsində pilləkənlərin üzərinə qoymuş, daha sonra evə getmiş, təxminən 30 dəqiqə sonra qapı döyülmüş, Aysu polis əməkdaşları ilə evə daxil olmuş, polis əməkdaşları özlərini təqdim etdikdən sonra Aysuya məxsus çantanın yerini soruşduqda o, çantanı qoyduğu yeri onlara göstərmiş, daha sonra atası Rafiq Hüseynov ona bildirmişdir ki, Aysunun çantasında təxminən 20 min manat məbləğində pul vəsaiti olmuş, Aysunun oğurluq hadisəsi törətməsi və yaxud həmin 20 min manat pul vəsaitinin hansı yolla ələ keçirməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, anası Təqsirləndirilən şəxs1 qardaşı Nuranla birlikdə artıq 1 ay idi ki, yay tətili olduğundan Yevlax şəhərinə nənələri Azadə Məmmədovanın yanına getmişlər, xx.xx.2023-cü il tarixdə anasıyla telefonla danışdıqda artıq yolda olduqlarını və Bakı şəhərinə qardaşı Nuranla qayıtdıqlarını bildirmiş, anasıyla qardaşı həmin gün saat təxminən 12:00 radələrində evə çatmışlar, həmin gün rəfiqəsi Nərmingilin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvanı küçəsində yerləşən dəqiq ünvanını xatırlamadığı evinə gedəcəkmiş, anasıyla qardaşının gəlişini gözləmiş, anasıyla qardaşı evə gəldikdən sonra taksi sürücüsünün köməkliyi ilə şəxsi əşyalarını evə aparmışlar.Qardaşı və anası evə gəldikdən sonra o rəfiqəsi ilə görüşə getmişdir. Rəfiqəsi Nərminlə bir yerdə olan zaman anası zəng vurub ona bildirmişdir ki, qardaşı sürücünün maşınından içində pul olan zərfi götürübmüş. O, bu barədə rəfiqəsinə də məlumat vermiş, daha sonra qardaşının telefonunu yığan zaman telefona Nuran deyil, polis əməkdaşı cavab vermişdir.Polis əməkdaşı ona 43-cü Polis Bölməsinə gəlməsini tələb etmiş, o etiraz etməmişdir.O, atasını yığıb bu barədə atasına da məlumat vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində ifadə verən X8 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 anasıdır.Zərərçəkmiş şəxs sürücü ona zəng etmiş, maşından pulun götürüldüyünü demişdir.Sürücü pulun məbləğini deməmiş, 102-ə zəng etmişdir.Sonradan həmin pul vəsaiti zərərçəkmiş şəxsə qaytarılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs Qabil oğlunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqrama əsasən məlum olur ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, həmin şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya X10 Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 3336 saylı rəyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur.O, iş üçün əhəmiyyət kəsb edən xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi).Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansısa bir dəyişiklik aşkar olunmur. -Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Situativlik, məsuliyyətsizlik, səthilik, qıcıqlara qarşı həssaslıq kimi fərdi-psixoloji xüsusiyyətlərinə malikdir -Təqsirləndirilən şəxs2 özündən uydurmağa patoloji meyllilik əlamətləri müşahidə olunmadı. -X9 etdiyi hərəkətlərin xarakterini və mahiyyətini adekvat olaraq dərk etmək, qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Həmçinin, iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis baş leytenantı Azər Aslanlı tərəfindən qəbul edilmiş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 23.00 tarixdə tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-827/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti rədd edilmiş və o, məhkəmə iclas zalından azad edilmişdir.Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Azər Aslanlı tərəfindən qəbul olunmuş 05 avqust 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Həmçinin, məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etməsini, səmimi peşmançılığını, himayəsində 02 (iki) yetkinlik yaşına çatmayan övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə az ağır cinayət törətməsini, vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməsini, səmimi peşmançılığını, vurulmuş ziyanın tam ödənməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə az ağır cinayət törətməsini və yetkinlik yaşına çatmayan şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-nin 170.1, 177.2.1-ci və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir.Həmçinin, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi onun özünü gözləyən daha ağır cəzadan yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir.Belə ki,X3 eyni zamanda CM-nin 170.2-ci maddəsi ilə təqsirli olması özünün qismən etiraf edici ifadəsi, digər təqsirləndirilən şəxs (oğlu) Təqsirləndirilən şəxs2 ifadəsi, şahid ifadələri və cinayət işinin materialları ilə tam sübuta yetirilir.Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 taxsidə olan pul vəsaitini anası X3 göstərişi ilə götürməsi və pul vəsaitinin götürülməsindən onun xəbərinin olması da özünün qismən etiraf edici ifadəsi, digər təqsirləndirilən şəxs (oğlu) Təqsirləndirilən şəxs2 ifadəsi, şahid ifadələri və cinayət işinin materialları ilə tam sübuta yetirilir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-nin 170.1, 177.2.1-ci və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.4-cü ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Göstəriləndəri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli və o, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin qadın olmasını, məhkumun şəxsiyyətini, habelə ağırlaşdıran halların olmamasını və cəzanı yüngülləşdirən halların məcmusunu, yəni özünü qismən təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışıq əldə edildiyini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, qadın olmasını, himayəsində 2(iki) yetkinlik yaşına çatmayan övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq, Təqsirləndirilən şəxs1 məhz azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti təyin edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirməli, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur.Həmin Məcəllənin 84.2-ci maddəsinə yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməsini, səmimi peşmançılığını, vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, ilk dəfə az ağır cinayət törətməsini və yetkinlik yaşına çatmadığını nəzərə alaraq ona ittiham elan olunmuş maddələr üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını - yaşadığı ünvan 2nda çəkməlidir.Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut – cinayət işi üzrə 20 848 manat pul vəsaitinin - sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalıdır. Həmçinin, cinayət işi üzrə Müdafiəçi1 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 95 saat hüquqi xidmətin dəyəri 570 (beş yüz yetmiş) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ********************.S.W.İ.F.T. B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Bundan başqa, cinayət işi üzrə Müdafiəçi2 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 95 saat hüquqi xidmətin dəyəri 570 (beş yüz yetmiş) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab №AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmaqla o, 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunsun və ona 2 (iki) il sınaq müddəti təyin edilsin, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılsın. 2.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 2nda çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – cinayət işi üzrə 20.848 manat pul vəsaitinin - sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi1 məhkəmə baxışı zamanı sərf etdiyi 90 (doxsan) saat hüquqi xidmətin dəyəri 540 (beş yüz qırx) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ ********************. S.W.İ.F.T.B.İ.K:AİİBAZ2Xhesab№AZ48AİİB********************,VÖEN- 1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar Müdafiəçi2 məhkəmə baxışı zamanı sərf etdiyi 90 (doxsan) saat hüquqi xidmətin dəyəri 540 (beş yüz qırx) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T. B.İ.K:AİİBAZ2Xhesab№AZ48AİİB********************,VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar