Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-240/2022 25.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə
1. xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.06.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 69.3-cü maddələri ilə qəti olaraq 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına 2 (iki) il sınaq müddəti ilə şərti məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair
2. xx.xx.1997-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xəzər Rayon Məhkəməsinin 02.10.2014-cü il hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1 və 185.2.2-ci maddələri ilə 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16.02.2015ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış və 29.09.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilmiş, Füzuli rayonu, Yuxarı Əbdülrəhmanlı kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası CM-nin CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə
MÜƏYYƏN ETDİ:
Təqsirləndirilən şəxs1 təkrarən bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 21 aprel 2021-ci il tarixdə saat 16.00 radələrində ictimai yerdə ünvan 2 ünvanın qarşısında tanışı Zərərçəkmiş şəxs2 görüb heç bir səbəb olmadan ünvanına təhqiredici sözlər demiş və buna görə sonuncu iradını bildirdikdə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirərək, ictimai yer hesab olunan küçədə ictimai qaydanı kobud surətdə pozaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 zor tətbiq edib üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə etməklə sonuncunun sinə nahiyəsinə bıçaqla zərbə endirməklə döş qəfəsinin soldan Vİİ qabırğanın yerdəyişməyən sınığı ilə nəticələnən sağlamğının qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa, o, təkrarən 12 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində ünvan 3 ünvanda tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ondan bir neçə gün əvvəl müvəqqəti istifadə məqsədilə verdiyi 01 ədəd “Redmi 6” markalı mobil telefon və 01 ədəd kişi qol saatını geri istəməsini bəhanə edib, əsaslı səbəb olmadan ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirərək, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ictimai yer hesab olunan küçədə Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə təhqir etməklə və üzərində zor tətbiq edib sonuncunun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi endirərək Təqsirləndirilən şəxs2 ilə birlikdə oradan uzaqlaşmış, təxminən 15 dəqiqə keçdikdən sonra o, Təqsirləndirilən şəxs2la birlikdə yenidən həmin ünvana gələrək eyni qaydada o, Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə təhqir etməklə və üzərində zor tətbiq edib Zərərçəkmiş şəxs1 baş və sifət nahiyəsinə yumruq zərbəsi endirməklə sonuncunun sol almacıq nahiyəsinin, çənəaltı nahiyənin sıyrıqları ilə nəticələnən sağlamlığına zərər vurmayana aid dərəcələri təyin edilməyən bədən xəsarətləri, Təqsirləndirilən şəxs2 isə üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs1 zor tətbiq edib sonuncunun sol bud nahiyəsinə bıçaqla iki dəfə zərbə endirməklə sol bud nahiyəsinin 2 (iki) ədəd deşilmişkəsilmiş yaraları ilə nəticələnən sağlamğının qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 12 oktyabr 2021-ci il tarixdə saat 20.00 radələrində ünvan 3 ünvanda tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə, bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 01 ədəd “Redmi 6” markalı mobil telefon və 01 ədəd kişi qol saatını geri istəməsini bəhanə edib, əsaslı səbəb olmadan ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirərək, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ictimai yer hesab olunan küçədə Təqsirləndirilən şəxs1 sonuncunun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi endirdikdən sonra Fuadla birlikdə oradan uzaqlaşmış, təxminən 15 dəqiqə keçdikdən sonra o, Fuadla birlikdə yenidən həmin ünvana gələrək eyni qaydada Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə təhqir etməklə və üzərində zor tətbiq edib Zərərçəkmiş şəxs1 baş və sifət nahiyəsinə yumruq zərbəsi endirməklə sonuncunun sol almacıq nahiyəsinin, çənəaltı nahiyənin sıyrıqları ilə nəticələnən sağlamlığına zərər vurmayana aid dərəcələri təyin edilməyən bədən xəsarətləri, o isə üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 zor tətbiq edib sonuncunun sol bud nahiyəsinə bıçaqla iki dəfə zərbə endirməklə sol bud nahiyəsinin 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamğının qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 21.04.2021-ci il tarixdə 16.00 radələrində ünvan 2 ünvanda baş vermiş mübahisə ilə bağlı bildirmişdir ki, təxminən saat 18.00 radələrində tanışı Aysu adlı qız ilə birlikdə Binəqədi rayonu ərazisində yerləşən İstanbul klinikasının qarşısından söhbət edə-edə keçirmişlər.O, həmin vaxtı yaşayış binasının blokun qarşısında bir cavan oğlan görmüşdür.Tanışı olan Eminə oxşatdığı üçün ona söz ataraq zarafat etmişdir.Həmin şəxs adının Emin olmadığını bildirmiş və ona söyüş ifadələri işlətmişdir.Həmin anda onunla birlikdə olan Aysu adlı qız irəlidə olmuşdur.Lakin o, həmin şəxsin adının Emin yox, Əli olduğunu bilmiş, həmin şəxslə Binəqədi rayonu ərazisində yerləşən 283 saylı məktəbdə paralel siniflərdə oxuduqlarını xatırlatsa da, Əli ilə aralarında mübahisə yaranmışdır.Əli ona nalayiq söyüşlər işlətdiyi üçün onlar bir-biri ilə əlbəyaxa olmuş və o, həmin vaxtı sağ cibində saxladığı taxta dəstəkli bıçağı çıxararaq Əlinin sinəsinə bir dəfə vuraraq zərbə endirmişdir.Həmin vaxtı o,Əlinin köynəyinin qan olduğunu gördükdən sonra sakitləşmiş və Əliyə kömək etmək istəmişdir.O, Əliyə kömək etdikdən sonra oradan uzaqlaşmışdır.Bundan iki gün sonra polis əməkdaşları onu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişdirlər.Orada bildimişdir ki, Əlini bıçaqla vurduğuna görə ondan şikayət ərizəsi yazılıb və sonuncu törətmiş olduğu cinayət əməlini səmimi şəkildə etiraf etmişdir. Bundan başqa, o, bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 təxminən 1 ay müddətində tanımış və həmin şəxslə aralarında mehriban münasibət olmuşdur.Tutulmamışdan 3-4 gün əvvəl tanışı Əli ögey xalasının ona pul borcunun olmasını bildirmiş, həmin şəxsin yaşadığı ünvanı tapmaqda köməklik etməsini ondan xahiş etdikdə sonuncu bu xahişi qəbul etmişdir. Bildirmişdir ki, 12 oktyabr 2021-ci il tarixdə saat 18.00 radələrində o, 147 saylı sərnişin avtobusuna minərək oradan Vüsalın olduğu Abşeron rayonu, Mehdabad qəsəbəsində yerləşən “MOM” adlı kluba getmiş və qeyd olunan klubda olan zaman Vüsal ilə görüşmüşdür.Həmin vaxtı onun mobil telefonunun seti zəif olmasa da “Wifi” vasitəsilə “Whatsapp” sosil şəbəkəsindən Əlinin ona göndərmiş olduğu səs yazısına qulaq asan zaman mobil telefonuna zəng çatmadığından onun ünvanına söyüş söydüyünün şahidi olmuşdur.Əlinin onu söyməsini yanında olan tanışı Vüsal da eşitmiş və onlar birlikdə məsələyə aydınlıq gətirmək məqsədilə Əlinin yaşadığı ünvana getməyə qərar vermişdirlər.O, tanışı Vüsal ilə birlikdə Əlinin yaşadığı ünvanda olan zaman Əli ilə söhbət edərkən Rüstəm və Kənan adlı şəxslər onlara yaxınlaşaraq görüşmüş və sonra çıxıb getmşdirlər.Söhbət zamanı o, Əlidən nə səbəbə söyüş söyməsini soruşduqda Əli “yaxşı eləmişəm” demiş və o, Əlinin bu cavabından əsəbləşərək sonuncunun sifətinə bir dəfə yumruq zərbəsi endirdikdən sonra Əli yerə yıxılmış və o, Vüsal ilə birlikdə çıxıb getmişdirlər.Həmin gün saat 20 radələrində məhəllədə Vüsal ilə söhbət edən zaman Əli ona zəng vuraraq məhəllədə gözlədiyini demiş və söyməyə başlamışdır.O, Əlidən harada olduğunu maraqlandıqda Əli məhəllədə olduğunu bildirmiş və onlar Əliyə gözləməsini demış və Vüsal ilə birlikdə Əlinin olduğu ünvana piyada şəkilə getmişdirlər.Daha sonra Əlinin olduğu ünvanda olan zaman Vüsal kənarda dayanmış və o, Əlidən nə səbəbə ikinci dəfə onu söydüyünü soruşduqda sonuncu ona “səninlə özüm danışacam” demişdir.Bundan sonra, o, yumruqla bir dəfə Əlinin sifətinə yumruq zərbəsi endirmiş və sonuncu qaçmağa başlamışdır.Əli yenidən söyüş söydükdə Vüsal ilə üz-üzə gəlmiş və Vüsal üzərində gəzdirdiyi bıçaqla Əlinin sol bud nahiyəsinə iki bıçaq zərbəsi vurmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara vurulmuş ziyanı ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Əlini hadisədən əvvəl tanımamış və həmin şəxslə aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır.Belə ki, təxminən bir neçə ay bundan əvvəl o, Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və zamanla Fuadla aralarında mehriban formada dostluq münasibəti yaranmağa başlamışdır.Hadisə baş verən gün, yəni 12 oktyabr 2021-ci il tarixdə saat 18.00 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “MOM” adlı klubda olan zaman tanışı Fuad da adı çəkilən kluba gələrək onunla görüşmüş və söhbət etməyə başlamışdırlar.Həmin vaxtı tanışı Fuadın mobil telefonunda adını sonradan bildiyi Əli adlı şəxs tərəfindən söyüldüyünün şahidi olmuşdur.O, Fuaddan onu söyən şəxsin kim olduğunu və harada yaşadığını maraqlandıqda Fuad həmin şəxsin yaşadığı ünvanı bildiyini demiş və onlar birlikdə Əli adlı şəxsin yaşadığı ünvan 4 ünvana gəlib çıxmışdırlar.Həmin vaxtı tanışı Fuad Əli ilə öz aralarında söhbət edən zaman o, bir qədər kənarda dayandığını bildirmişdir.Belə ki, Fuad Əlidən nə səbəbə onu söyməsini soruşduqda Əli ona “yaxşı etmişəm” deyə cavab verdikdə Fuad onun sifətinə bir dəfə yumruq zərbəsi vurmuşdur.Həmin gün saat 20.00 radələrində o, Fuadın yaşadığı evin məhəlləsində söhbət edən zaman Əli adlı şəxs Fuada zəng edərək onu yenidən söyməyə başlamış, Fuad isə onun yanına gələcəyini deyib onunla birlikdə Əlinin yaşadığı evin qarşısına gəlib çıxmışdırlar. Söhbət zamanı Fuad Əliyə “bayaqki səni vurmağım sənə azlıq etdi” dedikdə Əli ona “səninlə özüm danışacam” deyərək söyüşlə cavab vermişdir.Bu zaman Fuad yumruqla bir dəfə Əlinin sifətinə zərbə endirmiş, nəticədə isə Əli qaçmağa başlamış və həmçinin də Əli onu da, söyməyə başlamışdır.O, Əlinin söyməsindən əsəbləşərək Əlini kənara çəkmiş və üzərində gəzdirdiyi düymə ilə idarə olunan aliminium bıçaqla sonuncunun bud nahiyəsinə iki dəfə zərbə endirməklə xəsarət yetirdikdən sonra Fuadla birlikdə oradan uzaqlaşmışdırlar.Baş vermiş hadisə ilə bağlı onlar Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət edilmiş və törətmiş olduqları əməli səmimi şəkildə etiraf etmişdirlər.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş ziyanı tam ödəməsini və yeni ailə qurduğunu və həyat yoldaşının hamilə olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, hal-hazırda Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alır.Təqsirləndirilən şəxs1 ilə əvvəllər birlikdə Binəqədi rayonu ərazisində yerləşən 283 saylı tam orta məktəbdə oxumuşdur.Onun Fuadla əvvəllər aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır.Hadisə baş verən gün, yəni 21 aprel 2021-ci il tarixdə saat 16.00 radələrində o, Binəqədi rayonu ərazisində yerləşən “İstanbul” klinikasının qarşısından keçib dostu ilə görüşə gedən zaman təsadüfən qarşısına Fuad çıxmış və sonuncu onunla heç bir səbəb olmadan kobud ifadələr işlədərək söyüb təhqir etməyə başlamışdır.O, Fuadın belə bir hərəkət etməsindən əsəbləşərək nə səbəbə onu söyməsini maraqlandıqda sonuncu onun sözlərinə məhəl qoymamış, nəticədə isə aralarında ilkin olaraq sözlü mübahisə yaranmışdır.Mübahisə zamanı Fuad onun yaxasından yapışıb sinəsinə yumruq zərbəsi vurmuşdur.Belə ki, o, Fuadı özündən kənarlaşdırmaq istəyən zaman Fuad belindən bıçağı çıxarıb sinəsindən bir dəfə zərbə endirdikdə sinəsindən qan açılmışdır.Bu zaman Fuad sinəsindən qan axdığını görüb yaxınlıqda yerləşən aptekdən bint alıb ona tibbi yardım göstərsə də, sonradan qaçaraq uzaqlaşıb çıxıb getmişdir. Bundan sonra almış olduğu xəsarətlə bağlı ağrıları çoxaldığından həkimə müraciət etmişdir. Belə ki, həkim ona ilkin tibbi yardım göstərdikdən sonra yaşadığı evə gəlmiş və baş vermiş hadisə ilə bağlı atasına məlumat vermişdir.Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 bir neçə ay əvvəl tanımışdır və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır.Hadisə baş verən gün, yəni 12 oktyabr 2021-ci iltarixdə saat 18.00 radələrində kirayədə yaşadığı ünvanda olan zaman tanışı Təqsirləndirilən şəxs1 vermiş olduğu 01 ədəd “Redmi 6” markalı mobil telefon və 01 ədəd kişi qol saatını ondan geri istəmək məqsədilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona mesaj yazmışdır.Fuad həmin vaxtı ona heç bir cavab mesajı yazmamışdır.O, Fuadla telefon vasitəsilə əlaqə saxlamaq istəsə də, bu mümkün olmamışdır.O, bir qədər gözlədikdən sonra Fuad ona zəng edərək söyüşlər söyməyə başlamışdır.O, Fuadın dediklərini başa düşməmiş və sonuncu onunla görüşərək onu başa salacağını bildirmişdir.Həmin gün saat 20.00 radələrində Fuad ona zəng edərək məhlədə gözlədiyini bildirmişdir.O, kirayə yaşadığı evin həyətinə düşən zaman Fuadın yanında bir neçə şəxsin olduğunu bildirmişdir.Fuad ona yaxınlaşaraq heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamışdır.O, Fuaddan mobil telefon və qol saatını tələb edən zaman Fuad gözlənilməz anda onun sifət nahiyəsinə yumruq zərbəsi endirmiş və o, zərbənin təsirindən yerə yıxılmışdır.Bu zaman Fuad və yanında olan tanımadığı şəxslər qaçaraq oradan uzaqlaşmışdırlar. Təxminən 15 dəqiqə keçdikdən sonra Fuad və yanında olan tanımadığı şəxslər yenidən ona yaxınlaşdıqda Fuad yenidən onun sifətinə yumruq zərbəsi endirmişdir.Daha sonra adını sonradan bildiyi Vüsal adlı şəxs ona yaxınlaşaraq hədə-qorxu gəlməyə başlamış, gözləmədiyi anda sol bud nahiyəsində ağrı hiss etmiş və ağrının təsirindən yerə yıxılmışdır.Belə ki, mübahisə zamanı Vüsal adlı şəxs Fuada “bıçaqla vurdum” deyərək buradan uzaqlaşmalı olduqlarını bildirmişdir.Daha sonra, o, kirayə yaşadığı ünvana daxil olan zaman birlikdə yaşadığı şəxslərə bıçaqlandığını bildirmişdir.Həmin şəxslər onu taksi ilə 3 saylı şəhər X11ə çatdırmışdırlar.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş yazılı ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər ilə barışdığını və təqsirləndirilən şəxslərin ona vurduğu ziyanı tam ödədiklərini, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, hal-hazırda heç bir yerdə rəsmi olaraq işləmir.Belə ki, Zərərçəkmiş şəxs2 onun övladıdır, sonuncu halhazırda Bakı Dövlət Univesitetinin şərqşünaslıq fakültəsinin 1-ci kurs tələbəsidir.O, bildirmişdir ki, oğlu Əli tərbiyəli uşaqdır, o, bir valideyn kimi Əlinin tərbiyə və tədrisinə gündəlik olaraq nəzarət edir.Hadisə ilə bağlı bildirmişdir ki, 21 aprel 2021-ci il tarixdə saat 17.00 radələrində işdə olan zaman oğlu Əli ona zəng vuraraq Fuad adlı şəxs tərəfindən mübahisə nəticəsində bıçaqlandığını və almış olduğu xəsarətlə bağlı “İstanbul” klinikasında olduğunu bildirmişdir.O da əlində olan işini yarımçıq qoyub oğlu Əlinin olduğu klinikaya getmişdir. Qeyd olunan klinikada olan zaman ona məlum olmuşdur ki, həmin gün oğlu Əli, Fuad tərəfindən sinə nahiyəsində bıçaqlanmışdır. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, halhazırda Azərbaycan Pedaqoji Universitetində Tarix və Coğrafiya fakültəsində təhsil alır.29 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə birlikdə Bakı şəhəri, ünvan 5 ünvanda kirayə yaşayır.Hadisə ilə bağlı o, bildirmişdir ki, 12 oktyabr 2021-ci il tarixdə kirayə qaldığı ünvanda olan zaman Əlinin otağa daxil olaraq yerə yıxıldığını və sonuncunun vəziyyətinin pis olduğunu görüb təcili tibbi yardım stansiyasına məlumat vermişdir.Belə ki, o, təcili tibbi yardım stansiyasının avtomobilinin gec gəldiyini görüb taksi sifariş etməklə Əlini Ə.Məlikov adına 6 nömrəli xəstəxanaya çatdırmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 11.04.2022-ci il tarixli məhkəməyə təqdim etdiyi yazılı ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona vurulmuş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir, həmin şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 27.01.2022-ci il tarixli məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş yazılı ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona vurulmuş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir, həmin şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya X2 Binəqədi rayon şöbəsinin 529 saylı, 22.04.2021-ci il tarixli rəyində göstərilmişdir ki, Vət. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarət – döş qəfəsinin soldan Vİİ qabırğanın yerdəyişməyən sınığı ilə müşayiət olunan daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün “İstanbul NS” klinikasına müraciət etdiyi 21.04.2021-ci il tarixdən bir qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir.Vət. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarət qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 21.04.2021-ci il tarixdə digər şəxsin bıçaqla onu vurması nəticəsində əmələ gələ bilərdi.Vət.Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin bədənin əl çatan nahiyələrində yerləşməsinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya X2 Binəqədi rayon şöbəsinin 529 saylı, 22.04.2021-ci il tarixli rəyində göstərilmişdir ki, 39/1676 saylı, 27.11.2021-ci il tarixli rəyində göstərilmişdir ki, vət. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər – sol bud nahiyəsinin 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (əşyanın) təsirindən, sol almacıq nahiyəsinin, çənəaltı nahiyənin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X11” PHŞ-nə müraciət etdiyi 12.10.2021-ci il saat 22:34-dən bir qədər əvvəl əmələ gəlmişdirlər.Qeyd olunan xəsarətlərdən sol bud nahiyəsinin 2 (iki) ədəd deşilmişkəsilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlər isə, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur.Vət. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sol almacıq nahiyəsinin, çənəaltı nahiyənin sıyrıqları, qərarda göstərilən tarixdə və şəraitdə yəni 12.10.2021-ci il tarixdə insan bədəninin hissələri (əl və.s.) ilə, sol bud nahiyəsinin deşilmiş-kəsilmiş yaraları isə bıçaqla endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilmələri və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq bərk küt və deşici-kəsici əşyalara dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Əliyev X6 Rayon Məhkəməsinin 17.06.2020-ci il hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilməklə ona 02 il müddətinə şərti sınaq müddəti cəzası verilmişdir.Azərbaycan Respublikası CM-nin 83.3.3cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər təyin olunmuş cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluğu ödənilmiş hesab olunurlar. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin 02.10.2014-cü il hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1 və 185.2.2-ci maddələri ilə 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, 16.02.2015-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış və 29.09.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər təyin olunmuş cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluğu ödənilmiş hesab olunurlar.Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməsini, səmimi peşmanlığını, zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin olmamasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməsini, səmimi peşmanlığını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin olmamasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, həyat yoldaşının hamilə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmçinin, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona ittiham elan olunmuş maddə üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.Belə ki, Təqsirləndirilən şəxs1 əvvəlki hökm üzrə cinayət törədərkən yetkinlik yaşına çatmamışdır.CM-nin 18.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 13 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 4(001)-1093/2021 saylı, 15.10.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmışdır.Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 sınaq müddəti ərzində yenidən cinayət törətdiyinə görə 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.06.2020-ci il tarixli hökmü ilə 01 (bir) il 06 (altı) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum etmə ləğv edilməli və həmin cəza CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bundan öaşqa, məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini və ağırlıq dərəcəsini nəzərə alaraq hesab edir ki, o, ittiham elan olunmuş maddət üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Eyni zamanda, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 13 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 4(001)-1094/2021 saylı, 15.10.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut - 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.06.2020-ci il tarixli hökmü ilə 01 (bir) il 06 (altı) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum etmə ləğv edilsin və həmin cəza CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli tutulduğu tarixdən, yəni 13 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni 13.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir.
Sədrlik edən Hakim: Abbas Rzayev