Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-242/2020 26.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 oğlunun, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs2 müdafiəçisi - Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 müdafiəçisi - Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, E.Nəcəfov küçəsi, ev 10-da qeydiyyatda olan və yaşayan, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1, 326.2, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 ondan ötrü təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, rəsmi sənədi, vətəndaşın şəxsiyyət vəsiqəsini, digər mühüm şəxsi sənədi talama və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişdir. Beləki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Sadıxov Şamil Rövşən oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxx 2019-cu il tarixdə saat 15-30-da Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 saylı ünvanın qarşısında saxlanılmış “Mersedes-Benz ML 350” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan qapısının şüşəsini sındırmaq yolu ilə, avtomobilin salonundan dəyəri 50 manat olan pul kisəsini, onun içərisində 1190 manat nağd pulunu, dəyəri 10 manat olan “Beynəlxalq Banka” aid karınını gizli olaraq talamaqla, ümumilikdə 1250 manat məbləğində əmlakı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 qeyd olunan miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Sadıxov Şamil Rövşən oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxx 2019-cu il tarixdə saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosessi, Biləcəri qəsəbəsi, Q. Süleymanov küçəsi, ev 44 ünvanının qarşısında Zərərçəkmiş şəxs3 məxsus, “Hyundai Accent” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sağ yan şüşəsini daş parçası ilə sındırmaqla avtomobilin salonundan sol qabaq oturacağın alt hissəsində olan dəyəri 200 manat təşkil edən bir ədəd “Versage” markalı pul qabını, onun içərisində olan 426 manat məbləğində nağd pulu, 2 ədəd hər birinin dəyəri 10 manat olmaqla cəmi dəyəri 20 manat təşkil edən “Paşa” banka aid pul kartını, dəyəri 10 manat olan bir ədəd “Albalı” kartını, Zərərçəkmiş şəxs3 məxsus şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənəd hesab edilən sürücülük vəsiqəsini, rəsmi sənəd hesab edilən həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 656 manat miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişdir. Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin noyabr ayının 10-da gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən evin pəncərəsini vint açan alətlə açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olmuş və oradan yataq otağında yerləşən paltar dolabının işərisindən selofan torbada olan dəyəri 2910 manat olan ümumi çəkisi 36,37 qram təşkil edən 750 əyarlı qızıl boyunbağı və bir cüt sırğa dəstini, dəyəri 1832 manat olan 30,52 qram çəkidə, 583 əyarlı bir ədəd boyunbağını, dəyəri 715 manat olan çəkisi 11,92 qram təşkil edən 583 əyarlı bir ədəd qolbağı, dəyəri 491 manat olan ümumi çəkisi 6,14 qram təşkil edən 750 əyarlı iki ədəd gümüşü rəngli boyunbağını, dəyəri 3477 manat olan ümumi çəkisi 43,46 qram təşkil edən 750 əyarlı 10 ədəd sarı rəngli qolbağı, dəyəri 872 manat olan çəkisi 10,90 qram təşkil edən 750 əyarlı sarı-gümüşü rəngli qolbağı, dəyəri 973 manat olan ümumi çəkisi 12,16 qram təşkil edən 750 əyarlı gümüşü rəngli sırğa, üzük və klon dəstini, ümumi dəyəri 2302 manat olan çəkisi 13,13 qram təşkil edən qaşları briliyantdan olan -4 ədədinin hər birinin ölçüsü 0,024 karat,249 ədədinin hər birinin ölçüsü 0,010 karat 3/3 keyfiyyətli gümüşü rəngli üzük, klon və sırğa cütünü, dəyəri 679 manat olan çəkisi 11,31 qram təşkil edən 583 əyarlı bir ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan üzük, klon və sırğa cütünü, dəyəri 1118 manat olan çəkisi 13,97 qram təşkil edən 750 əyarlı 2 ədəd üzərində ağ şəffaf qaşları olan bir ədəd üzüyü, dəyəri 627 manat olan çəkisi 6,32 qram təşkil edən 750 əyarlı 0,050 karatlı, 3/3 keyfiyyətli bir ədəd üzüyü, dəyəri 217 manat olan, çəkisi 3,62 qram təşkil edən 583 əyarlı bir ədəd paxlava formalı sırğa cütünü, dəyəri 280 manat olan çəkisi 4,66 qram təşkil edən 583 əyarlı üzərində bir ədəd sarı rəngli daş olan üzüyü, dəyəri 299 manat olan çəkisi 4,98 qram təşkil edən 585 əyarlı bir ədəd halqa üzüyü, dəyəri 40 manat olan çəkisi 6,74 qram təşkil edən 925 əyarlı ağ şəffaf qaşlı gümüş üzüyü,dəyəri 490 manat olan, çəkisi 7 qram təşkil edən 583 əyarlı bir ədəd üzüyü, dəyəri 700 manat olan çəkisi 7 qram təşkil edən 750 əyarlı bir ədəd üzüyü, dəyəri 280 manat olan çəkisi 4 qram təşkil edən 583 əyarlı bir cüt sırğanı, dəyəri 380 manat olan çəkisi 4 qram təşkil edən 583 əyarlı bir ədəd boyunbağını, dəyəri 700 manat olan çəkisi 5 qram təşkil edən 750 əyarlı bir ədəd brliyant qaşlı qolbağı, dəyəri 490 manat olan çəkisi 7 qram təşkil edən 583 əyarlı bir ədəd üzüyü, dəyəri 420 manat olan çəkisi 6 qram təşkil edən 583 əyarlı bir ədəd üzüyü, həmin otaqda kamutun siyirməsində selofan torbada olan 40 manat məbləğində 50 qəpik xırda pulları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 20.332 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ondan ötrü təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla, oğurluq etmişdir. Beləki, Təqsirləndirilən şəxs2tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin noyabr ayının 10-da gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən evin pəncərəsini vint açan alətlə açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olmuş və oradan yataq otağında yerləşən paltar dolabının işərisindən selofan torbada olan dəyəri 2910 manat olan ümumi çəkisi 36,37 qram təşkil edən 750 əyarlı qızıl boyunbağı və bir cüt sırğa dəstini, dəyəri 1832 manat olan 30,52 qram çəkidə, 583 əyarlı bir ədəd boyunbağını, dəyəri 715 manat olan çəkisi 11,92 qram təşkil edən 583 əyarlı bir ədəd qolbağı, dəyəri 491 manat olan ümumi çəkisi 6,14 qram təşkil edən 750 əyarlı iki ədəd gümüşü rəngli boyunbağını, dəyəri 3477 manat olan ümumi çəkisi 43,46 qram təşkil edən 750 əyarlı 10 ədəd sarı rəngli qolbağı, dəyəri 872 manat olan çəkisi 10,90 qram təşkil edən 750 əyarlı sarı-gümüşü rəngli qolbağı, dəyəri 973 manat olan ümumi çəkisi 12,16 qram təşkil edən 750 əyarlı gümüşü rəngli sırğa, üzük və klon dəstini, ümumi dəyəri 2302 manat olan çəkisi 13,13 qram təşkil edən qaşları briliyantdan olan -4 ədədinin hər birinin ölçüsü 0,024 karat,249 ədədinin hər birinin ölçüsü 0,010 karat 3/3 keyfiyyətli gümüşü rəngli üzük, klon və sırğa cütünü, dəyəri 679 manat olan çəkisi 11,31 qram təşkil edən 583 əyarlı bir ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan üzük, klon və sırğa cütünü, dəyəri 1118 manat olan çəkisi 13,97 qram təşkil edən 750 əyarlı 2 ədəd üzərində ağ şəffaf qaşları olan bir ədəd üzüyü, dəyəri 627 manat olan çəkisi 6,32 qram təşkil edən 750 əyarlı 0,050 karatlı, 3/3 keyfiyyətli bir ədəd üzüyü, dəyəri 217 manat olan, çəkisi 3,62 qram təşkil edən 583 əyarlı bir ədəd paxlava formalı sırğa cütünü, dəyəri 280 manat olan çəkisi 4,66 qram təşkil edən 583 əyarlı üzərində bir ədəd sarı rəngli daş olan üzüyü, dəyəri 299 manat olan çəkisi 4,98 qram təşkil edən 585 əyarlı bir ədəd halqa üzüyü, dəyəri 40 manat olan çəkisi 6,74 qram təşkil edən 925 əyarlı ağ şəffaf qaşlı gümüş üzüyü,dəyəri 490 manat olan, çəkisi 7 qram təşkil edən 583 əyarlı bir ədəd üzüyü, dəyəri 700 manat olan çəkisi 7 qram təşkil edən 750 əyarlı bir ədəd üzüyü, dəyəri 280 manat olan çəkisi 4 qram təşkil edən 583 əyarlı bir cüt sırğanı, dəyəri 380 manat olan çəkisi 4 qram təşkil edən 583 əyarlı bir ədəd boyunbağını, dəyəri 700 manat olan çəkisi 5 qram təşkil edən 750 əyarlı bir ədəd brliyant qaşlı qolbağı, dəyəri 490 manat olan çəkisi 7 qram təşkil edən 583 əyarlı bir ədəd üzüyü, dəyəri 420 manat olan çəkisi 6 qram təşkil edən 583 əyarlı bir ədəd üzüyü, həmin otaqda kamutun siyirməsində selofan torbada olan 40 manat məbləğində 50 qəpik xırda pulları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 20.332 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 326.1, 326.2, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsindəgöstərmişdirki, o, Bakı şəhəri, Biləcəri qəsəbəsi E.Nəcəfov küçəsi ev 10-da yaşamış, özü fərdi əməklə məşğul olmuş, mebel ustası olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Biləcəri qəsəbəsində “Turan” şadlıq evində toyu olmalı idi. O, Binəqədi rayonu Biləcəri qəsəbəsi Dağlıq küçəsi 12 ünvanında yaşayan qonşusu Zərərçəkmiş şəxs1 oğlu İlyas Məmmədova zəng vurmuşdur ki, onu toyuna dəvət etsin. Ona xx xxxxxx 2019-cu il tarixdə saat 18-19 radələrində ***-***-**-** mobil telefonla İlyasın ***-***-**-** nömrəsinə zəng vurmuş və ona 16 noyabrda toyu olacağını demiş, ona dəvətnamə vermək istədiyini bildirmişdir. İlyas ona evdə olmadığlarını, rayona getdiklərini, səhər gəlib dəvətnaməni onun evindən götürərəcəyini bildirmişdir. Bunu biləndən sonra o, onların evinə girib oğurluq etməyi qərara almışdır. Bu məqsədlə dostu Təqsirləndirilən şəxs2lə görüşməyi qərarlaşmışdır. Evdən küçəyə çıxmış və məhəllədə yerləşən marketin yaxınlığında onunla görüşmüş və onunla söhbət edərkən qonşuluğuqda yaşayan İlyasın evindən oğurluq etmək istəmişdir. Onların evində heç kimin olmadığını, rayona getdiklərini bildirmişdir. Səftər onun təklifini qəbul etmiş və birlikdə onun evinə tərəf yollanmışlar. Evə çatmış o, evin tinində gözləmiş, gələn gedən olsa Səftərə xəbər versin. Razılaşdıqdan sonra gecə saat 01 radələrində Səftər ondan ayrılmış, hasara dırmaşaraq həyətə girmişdir. Təxminən yarım saatdan sonra Səftər hasardan aşaraq küçəyə düşmüş, ona yaxınlaşaraq, evdən xırda pullar və qızıl əşyaları götürdüyünü bildirmişdir. Sonra onlar birlikdə həmin yerdən uzaqlaşmış, tez bir zamanda bir qədər aralıda dayanmış və Səftər gödəkcəsinin cibindən qızıl əşyaları çıxarmış, onlardan ona iki ədəd qızıl üzük və bir ədəd ağ nazik bilərzik vermişdir. Qalan zinyət əşyalarını, boyunbağı, üzükləri özündə saxlamışdır. Puldan ona heç nə verməmişdir. Əşyaları bölüşəndən sonra aralaşmışlar. Sonra o, evə getmiş. Səhəri günü saat 9-10 radələrində yuxudan durub bir başa Sumqayıta getmiş, orada Sumqayıt şəhərində mərkəzdə qızıl alqı-satqı dükanlarının birinə yaxınlaşmış və həmin dükanların birinin qarşısında təxminən 60 yaşlarında bir balaca boy arıq kişi ilə rastlaşmış və ona, qızıl əşyalarının olduğunu demiş, onları satmaq istədiyini söyləmişdir. O, ona ehtiyacı olduğundan qızıl əşyalarını satmaq istəyini bildirmişdir. Qızılları ona göstərmişdir. Ona iki ədəd üzüyü göstərmiş, qolbağı isə baxıb özünə qaytarmış və bunu almaq istəmədiyini demişdir. O, əlində olan tərəzinin üzərinə qızıl üzükləri qoyub çəkmiş və ona 320 manat pul verəcəyini demişdir. O, razılaşmış və üzükləri ona verib pulu almışdır. Sonra ondan aralaşmışdır. Sonra o, Bakı şəhərinə qayıtmış, 20 yanvar metrosu tərəfdə həmin pula marketdən özünə ayaqqabı, gödəkcə, bir də şalvar almışdır. Qalan pula telefon konturu, siqaret və xırda para yemək əşyaları almışdır. Pulu tam şəkildə xərcləmişdir. Nazik qızıl sepi isə 20 yanvar metrosu tərəfdə alış veriş edən zaman naməlum şəraitdə itirmişdir. Sonra evə gəlmiş. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında 6-cı PB-nin əməkdaşları onların evinə gəlmişlər və onu polis bölməsinə dəvət etmişlər. Onlar onunla sorğu sual etmişlər və o, heç nəyi boynuna almamışdır. Onu polis əməkdaşları sərbəst buraxmışlar. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında polis əməkdaşları Səftəri saxlamışlar və o, onunla birlikdə oğurluq etdiyini etiraf etdikdən sonra polis əməkdaşları onu da saxlamışlar və o, hər şeyin artıq polisə bəlli olduğunu bilmiş, oğurluğu ikilikdə etdiklərini etiraf etmişlər. Sonra Səftər könüllü olaraq evində saxladğı qızıl əşyalarını polisə təhvil vermişdir. Polis bölməsində qızıl əşyalarından birini, yəni qızıl üzüyü Səftər bibisi oğlu Orxan Paşazadəyə verdiyi məlum olmuşdur. O, həmin üzüyü xx xxxxxx 2019-cu il tarixdə səhər saat 11 radələrində məhəllədə olarkən onun barmağında görmüş, Səftər üzüyü ona satmağa vermişdir.Bundan başqa, 2019-cu ilin aprel ayının əvvələrində yaşadığı Biləcəri qəsəbəsində Sadıxov Şamil Rövşənoğlu adlı şəxslə təsadüfən tanış olmuş, onunla qısa müddətli tanışlıqdan sonra Şamil ona oğurluq etmək istədiyini bildirmiş, o, ona əvvəlcə qorxduğunu desə də, sonradan onun bu fikri ilə razılaşmışdır. Buna görə də xx xxxxx 2019-cu il tarixdə saat 12 radlərində Şamil ilə Biləcəri qəsəbəsində gəzərkən Şamil pulunun olmadığına görə oğurluq etmək istədiyini bildirmiş, o, da işsiz və pulu olmadığına görə onunla razılaşmışdır. Biləcəri qəsəbəsində yerləşən Hərbi Polisin inzibati binasının arxasında olan avtomobillərə baxmış. Şamil “Mersedes ML 350” martkalı dövlət qeydiyyat nişanının sonu 066 olan avtomobili görmüşdür. Bundan sonra o, bir qədər aralıda dayanaraq ətrafı izləməyə başlamışdır ki, Şamil avtomobildən asanlıqla oğurluq etsin, kimsə yaxınlaşdıqda ona xəbər verə bilsin. Şamil həmin avtomobilin sürücü tərəfdən yan şüşəsini yerdən götürdüyü daş parçası ilə qıraraq avtomobilin içərisindən qara rəngli pul qabını götürərək hadisə yerindən qaçmışdır. Şamil qaçdıqdan sonra avtomobilin sahibi hadisə yerinə gəlmiş və onu görmüş, o, ona yaxınlaşmış, o,ondan hadisənin necə baş verdiyini soruşmuş, o, ona bir nəfər şəxsin oğurluq edib qaçdığını bildirmişdir. O, şübhə yaratmamaq üçün hadisə yerindən qaçmamışdır. Bununla bağlı 6-cı Polis bölməsinə gəlmiş və orada şahid kimi izahat vermişdir. Sonra o, azad buraxılmış və məhəllədə Şamil ilə görüşmüş ona vəziyyəti anlatmış, o, isə ona, güya oğurladığı pul qabında 12 manat cəmi pul olduğunu demişdir. O, Şamilin ona yalan danışdığını başa düşmüş, çünki avtomobilin sahibi polis bölməsində olarkən avtomobildən 1190 manat pulunun və bank kartının olduğunu bildirdmişdi. Lakin, Şamil isə and aman etmiş, cəmi 12 manat pulun olduğunu və pulu xərclədiyini demişdir. O, həmin avtomobildən oğurluq edən zaman ətrafda heç kim olmamış və Şamil avtomobildən oğurluq edib qaçdıqdan sonra adamlar ora toplaşmışlar. Polisdə hansısa bir qadın yaşadığı binadan təsadüfən Şamilin oğurluq etdiyini görmüş və mobil telefonla onun fotoşəkilini çəkmişdir. Nə o, nədə ki Şamil həmin qadının onların gizlincə gördüyünü belə hiss etməmişlər. Polis bölməsində olarkən həmin qadının çəkdiyi bir neçə fotoşəkilə o, da baxmış, fotoşəkillərdə olan şəxsin Şamilin fotoşəkili olduğunu, lakin o, həmin adamı tanımadığını polisə bildirmiş, Şamili ələ verməmişdir. Bundan başqa, xx xxxxx 2019-cu il tarixdə saat 01 radələrində Biləcəri qəsəbəsində olarkən Şamillə rastlaşmış, Şamil ona yenidən oğurluq etmək istədiyini bildirmiş və o, onunla razılaşmışdır.“Hyundai Accent” markalı, ağ rəngli dövlət qeydiyyat nişanını xatırlamadığım avtomobili göstərmişdir. O, avtomobilin qabaq sağ tərəfdən olan qapısının əli ilə tutaraq açmağa çalışmış, lakin avtomobilin qapıları bağlı olmuşdur. Bundan sonra, o, bir qədər kənara çəkilmiş,onları heç kimin görməməsindən əmin olmaq üçün ətrafı izləyərkən Şamil həmin avtomobilin sağ tərəfindən yan ön şüşəsini daş vasitəsilə sındıraraq avtomobilin içərisindən 400 manat nağd pulu, Zərərçəkmiş şəxs3 məxsus şəxsiyyət və sürücülük vəsiqəsini, maaş kartı və “Albalı” kartını oğurlamış, Şamil ona tərəf gələndə o, ona yaxınlaşmış və pul qabının içərisində olan 400 manat pulu aralarında 200 manat olmaqla bölüşmüşlər. Bir qədər sonra Şamil ondan 150 manat borc pul almış və getmişdir. Pul qabının içərisində maaş və Albalı kartı Binəqədi rayonu 9-cu mikrorayonda yerləşən “Favorit” marketin qarşısında olan bankomatda yoxlamış, lakin kartların heç birində pul olmamışdır. Pul qabında olan sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi avtomobilin texniki şəhadətnaməsi Şamildə qalmış və onu hara etdiyini bilməmiş və sonradan da maraqlanmamışdır. Sənədləri onun bəlkə tulladığını güman etmişdir. Həmin oğurluğu edərkən onları heç kim görməmişdir. Yuxarıda sadaladığı cinayətlərdənəlavə cinayət törətməmişdir.Oğurluq barədə Şamil ilə aralarında qabaqcadan razlıq olmuşdur. O, polis əməkdaşları tərəfindən sonradan saxlanıldıqda hadisə yerində avtomobilin üzərində onun əl-barmaq iznin qaldığını bilmişdir. Bundan sonra o, polisə avtomobillərdən Şamil ilə birlikdə oğurluqlar etdiyini etiraf etmişdir. Əməlindən peşman olduğunu bildirmişdir. Zərərçəkmiş şəxslərdən avtomobil sahiblərinə vurulmuş ziyan tam, digər zərərçəkmiş şəxsə isə vurulmuş ziyanın böyük hissəsi ödənilmişdir. Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsindəgöstərmişdirki, o, Bakı şəhəri, Biləcəri qəsəbəsi 4-cü Dağlıq küçəsi ev 8-da yaşamşdır. xx xxxxx 2019-cu ildə Binəqədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdır. Özü xeyli müddət olar kı, işsiz olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə o, yaşadığı məhəllədə yerləşən marketin yaxınlığında dayanıb siqaret çəkərkən, təxminən saat 20 radələrində ona dostu Təqsirləndirilən şəxs1 yaxınlaşmış və onlar salamlaşıb söhbət etməyə başlamışlar. Söhbət zamanı o, onun xx xxxxxx 2019-cu il tarixdə Biləcəri qəsəbəsində “Turan” şadlıq evində toyu olacağını demişdir. O, Binəqədi rayonu Biləcəri qəsəbəsi Dağlıq küçəsi 12 ünvanında yaşayan qonşusu Zərərçəkmiş şəxs1 oğlu İlyas Məmmədova zəng vurduğunu, onu toyuna dəvət etdiyini, ona dəvətnamə vermək istədiyini, lakin evdə olmadıqlarını, rayona getdiklərini, səhər gəlib dəvətnaməni evindən götürəcəyini söyləmişdir. Həmin evə girib oğurluq etmək qərarına gəldiyini demiş və ona birlikdə oğurluq etmək, əldə etdiyimi pulu əmlakı yarı böləcəyini təklif etmişdir. O, Farizin bu təklifini qəbul etmiş və gecə yarı həmin evə girəcəklərini qərara almışlar. Sonra o, evinə qayıtmış və evdən zirzəmidən bir ədəd vintaçan götürmüş və gödəkcənin cibinə qoymuşdur. Bir neçə saat gəzib dolaşmışlar. Sadıxın evinə çatmış, o, evin tinində gözləməyi, gələn gedən olsa mobil telefonla ona zəng edib xəbər verəcəyini planlaşdırmışlar. Razılaşdıqdan sonra gecə saat 01 radələrində o, Farizi küçədə pusquda qoyub özü, hasara dırmaşaraq həyətə girmişdir. Sonra o, evin taxta pəncərəsinə yaxınlaşmış və pəncərəni vintaçanla aralayıb açmış və içəri girmişdir. Sonra içəridə olan plastik pəncərəni də vintaçanla açmışdır. Evdə özündə olan alışqan ilə evi işıqlandırmağa başlamış və evi axtarmışdır. Evdə paltar dolabın işərisində bir ədəd qara çanta görmüş və onun içərisindən xeyli qızıl zinyət əşyalarını götürmüş və ciblərinə doldurmuşdur. Sonra otaqda olan kamutun siyirməsini çəkmiş və orada qabda xırda pullar görüb götürmüşdür. Təxminən yarım saatdan sonra o, hasardan aşaraq küçəyə düşmüşdür. Sonra Farizə yaxınlaşmış, ona evdən xırda pullar və qızıl əşyaları götürdüyünü bildirmişdir. Sonra onlar birlikdə həmin yerdən uzaqlaşmış, tez bir zamanda bir qədər aralıda dayanmışlar və o, gödəkcənin cibindən qızıl əşyaları çıxarıb onlardan Farizə iki ədəd qızıl üzük və bir ədəd ağ nazik bilərzik vermişdir. Qalan zinyət əşyaları, boyunbağı, üzükləri isə özünə saxlamışdır. Puldan o, ona heç nə verməmiş, çünki pul az olmuşdur. Təxminən 40 manat pul olmuşdur. Əşyaları bölüşəndən sonra aralaşmışlar. Sonra o, öz evinə o, da öz evinə getmişdir. Səhəri günü o, həmin qızılları gödəkcənin cibindən çıxarıb evdə balaca meymun kuklasının işərisinə yığaraq gizlətmiş və kuklanıda otaqda divardan asmışdır. Pulları öz ehtiyacına xərcləmiş, siqaret almış, marketdən bir iki yeməli ərzaq alıb yemişdir. xx xxxxxx 2019-cu il tarixdə oğurladığı üzüyün birini o, barmağına taxmış və küçəyə çıxmışdır. Səhər saat 11 radələrində məhəllədə olarkən bibisi oğlu Orxan Rəsizadə ilə rastlaşmış və onunla söhbət zamanı o, onun barmağında qızıl üzüyü görmüş, həmin üzüklə maraqlanmış, o, ona üzüyü özünə məxsus olduğunu demiş və üzüyü satmaq qərarına gəldiyini demişdir. Sonra Orxan üzüyü ona verilməsini xahiş etmiş və o, üzüyü ona vermişdir. O, üzüyü satıb pulu ona verəcəyini demişdir. Razılaşmış və üzüyü ona vermişdir. xx xxxxxx 2019-cu il tarixdə Binəqədi RPİ-nin əməkdaşları onun evinə gəlmişlər və onu polis bolməsinə dəvət etmişlər. Polis bölməsində o, artıq polis əməkdaşlarına hər şeyin bəlli olduğunu bilib etdiyiniz oğurluğu etiraf etmiş və qızıl əşyalarını evdə gizlətdiyini bildirmişdir. Sonra polis əməkdaşları ilə birlikdə evinə getmiş və o könüllü olaraq oğurladığı qızıl zinyət əşyalarını protokolla polisə təhvil vermişdir. Başqa heç bir cinayət törətməmiş və etdiyim oğurluq əməlimdən tam peşman olduğunu bildirmişdir. Məhkəmə prosesində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, xx xxxxx 2019-cu il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosessi, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi, ev 44 ünvanının qarşısına özünə məxsus, Hyundai Accent” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlamış və evə getmişdir. xx xxxxx 2019-cu il tarixdə saat 05 radələrində yaşadığı evin pəncərəsindən küçəyə baxdıqda ona məxsus avtomobilin qabaq sağ yan şüşəsinin sındırıldığını aşkarlamış və dərhal avtomobilin yanına gəlmiş, avtomobilin salonundan sol qabaq oturacağın alt hissəsindən dəyəri 200 manat təşkil edən bir ədəd “Versage” markalı pul qabının, onun içərisində olan 426 manat məbləğində nağd pulun, 2 ədəd hər birinin dəyəri 10 manat olmaqla cəmi dəyəri 20 manat təşkil edən “Paşa” banka aid pul kartları özünə məxsus şəxsiyyət vəsiqəsinin sürücülük vəsiqəsinin, avtomobilinə aid nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin oğurlandığını aşkarlamışdır. Dərhal bu barədə DİN-nin 102 Xidmətinə zəng etmiş və oğurluq barədə məlumat vermişdir. Kartların heç birinin hesabında pul olmamışdır. Avtomobilin qapısının yan şüşəsinin sındırılması nəticəsində ona 163 manat məbləğində maddi ziyan dəymişdir. Oğurluğu törətmiş Təqsirləndirilən şəxs1 Rövşən oğlunun qohumları, ona vurulmuş maddi ziyan tam ödədikləriüçün onun ona qarşı heç bir iddiası və şikayəti olmadığını bildirmişdir. Məhkəmə prosesində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdə saat 08 radələrində özünə məxsus olan “Mercedes-Bens ML 350” markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobili ilə işədiyi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan 1 ünvanında yerləşən, Hərbi Polis İdarəsinə gələrək avtomaşına Hərbi Polis İdarəsinin nəzarət buraxılış məntəqəsinin arxa tərəfində olan avtomobil dayanacağında saxlamış və xidmət yerinə getmişdir. Həmin gün saat təxminən 16:20 radələrində xidməti otağında olduğu zaman Hərbi Polis İdarəsinin nəzarət buraxılış məntəqəsində olan növbətçilərdən biri bölmənin daxili telefonuna zəng edərək ona məxsus “Mercedes-Bens ML 350” markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobilinin sol qabaq yan şüşəsinin sındırıldığını bildirmişdir. O, dərhal iş yoldaşları ilə birlikdə avtomobilinin yanına getmiş, mşınının yanına çatanda həqiqətən də, ona məxsus maşının qabaq sol yan şüşəsinin daş parçası ilə sındırıldığını görmüşdür. O, maşının içərisinə nəzər saldıqda sol qapının cib hissəsində olan pul kisəsinin yerində olmadığını müəyyən etmişdir. Həmin pul kisəsində 1190 (min yüz doxsan) manat pul, 2 ədəd müddəti keçmiş maaş kartı, 1 ədəd hal-hazırda istifadəsində olan “Beynalxalq Bank”a aid olan maaş kartı (plastik kart) və həmin kartın şifrəsi yazılı olan zərf var idi. Qeyd etdiklərindən heç biri maşında tapılmamışdır. Həmin pul (1190 manat) və plastik kartları maşınının şüşəsini sındıran şəxs tərəfindən oğurlanmışdır. Bu zaman hadisə yerində təxminən 22-26 yaşlarında olan kişi cinsindən olan, sonradan adının Fariz olduğunu bildiyi bir şəxsi görmüşdür. Həmin şəxs özü onlara yaxınlaşaraq hadisəni qara gödəkcədə, kişi cinsindən olan bir şəxsin törətdiyini və özünün də bu hadisənin bir başa şahidi olduğunu, lakin həmin şəxsin kim olduğunu bilmədiyini bildirmişdir. Bu zaman tanımadığı bir qadın ona yaxınlaşaraq onu kənara çəkmiş, ona maşını saxladığı avtomobil dayanacağının yanında olan yaşayış binasında qohumlarının yaşadığını və onlarda qonaq olan zaman təsadüfən pəncərədən baxarkən hadisənin maşınımın kim və hansı şəraitdə sındırılmasının bir başa şahidi olduğunu və mobil telefon vasitəsi ilə bir neçə şəkil də çəkdiyini, hadisə zamanı Fariz adlı şəxsin başqa bir mavi gödəkcədə olan şəxslə birlikdə özünə məxsus olan “Mercedes- Bens ML 350” markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobilinin yanna gələrək bir müddət hər ikisi birlikdə avtomobilin yan şüşələrindən avtomobilin içərisinə baxdıqlarını, daha sonra Fariz adlı şəxsin avtomobildən bir qədər aralanaraq gəlib-gedənin olubolmadığına nəzarət etdiyini, digər mavi gödəkçəli şəxsin ağzına maska taxaraq cibindən çıxartdığı daş parçası ilə maşının sol qabaq yan şüşəsini sındıraraq qapını açıb içərisindən nə isə götürərək Fariz adlı şəxslə danışaraq oradan uzaqlaşdığını bildirmişdir. O, həmin şəxsdən mobil telefonla çəkdiyi şəkilləri ona verməsini xahiş etdikdə o, həmin şəkilləri bultus vasitəsilə onun telefonuna göndərdiyini demişdir. O, da öz növbəsində Fariz adlı şəxsə yaxınlaşaraq qeyd edilənlərlə bağlı ona məlumat vermiş, ancaq Fariz adlı şəxs hadisəni törətmiş şəxsin onun yaşadığı evin yaxınlığında yaşayan şəxs tərəfindən törədildiyini, ancaq onun adını bilmədiyini bildirəndə, o Fariz adlı şəxsdən onunla birlikdə Binəqədi rayonu 6-cı Polis bölməsinə gəlməsini və gördükləri barədə orada da danışmasını xahiş etmişdir. Fariz adlı şəxs də onunla birlikdə 6-cı Polis bölməsinə getmişdir. Orada o, baş vermiş hadisə ilə əlaqədar ərizə ilə müraciət etdikdən və onda olan fotoşəkilləri polis əməkdaşına təqdim etdikdən sonra həmin Fariz adlı şəxsdən cibində olan əşyaları təqdim etməsini bildirmişlər. Fariz adlı şəxs cibində olan əşyaları təqdim edərkən onun cibindən də qara rəngli maska aşkarlanmışdır. Həmin fotoşəkillərə nəzər yetirdikdə Fariz adlı şəxsin avtomobilindən bir qədər aralıda ərazini müşayət etdiyi, digər mavi gödəkcəli və ağzında maska olan şəxsin də avtomobilin sol qabaq yan şüşəsini daş parçası ilə sındıraraq avtomobilində olan pul kisəsini götürməsi açıqca görünmüşdür. Ona dəyən maddi ziyan ödənildiyindən onun Təqsirləndirilən şəxs1 heç bir iddiası və şikyəti yoxdur. Məhkəmə prosesində zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 3-cü Dağlıq küçəsi ev 12-də ailəsi ilə birlikdə yaşayır. Özü fərdi qaydada əməklə məşğul olur. x xxxxxx 2019-cu il tarixdə günorta saatlarında ailəsi ilə birlikdə şəxsi işi ilə bağlı Şabran rayonunun Prəmsəm kəndinə getmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 11-12 radələrində Bakı şəhərindən iki oğlu da kəndə gəlmişlər. 2019-cu ilin noyabr ayının 9-da axşam saatlarında qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 oğlu İlyasa zəng edərək onun noyabr ayının 16-da toyu olacağını və dəvətnaməni onlara vermək istədiyini bildirmişdir. Oğlu ona cavab verərək evdə heç kimin olmadığını, kəntdə olmalarını, gələndə dəvətnaməni götürəcəyini söyləmişdir. 2019-cu ilin noyabr ayının 10-da saat 15 radələrində hamı ilə birlikdə Bakıya qayıtmışlar. Evə gələndə giriş qapını açıb içəri girmişlər. İçəri girəndə yataq otağında vəziyyətin dağınıq olduğunu görmüşlər. Evə oğru girdiyini başa düşmüşlər. Evin evin bayır və iç pəncərələri açıq olmuşdur. Onlar heç nəyə əl vurmadan dərhal DİN-nin 102 Xidmətinə zəng vurmuşlar və evə naməlum şəxslərin girdiyini bildirmişlər. Sonra polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirmişlər, əl barmaq izləri götürmüşlər. Onlar evə baxış keçirən zaman evdə yataq otağında kamutun siyirməsində yaşıl parça torbadan 40 manat məbləğində 50 qəpikliklərin oğurlandığını aşkar etmişlər. Sonra yataq otağında dolabın içərisində aşağı hissədə selofan paketin içərisində olan qızıl-zinət əşyalarının oğurlandığını müəyyən etmişlər. Qeyd olunanlardan savayı heç nə oğurlanmamışdır. Oğrular evə bayır pəncərəni sıxıb açmaqla girmişlər, sonra 2-ci pəncərəni də eyni üsulla açmışlar. Oğurlanmış əşyalar 10 ədəd qızıl nazik bilərzik, 1 ədəd qalın bilərzik, bir ədəd tros sep bir cüt sırğaları ilə birlikdə, bir ədəd tros sep bir ədəd qolbağı ilə birlikdə, bir komplekt brliyant ağ qızıldan sep, sırğa, üzük və klon ilə birlikdə, bir komplekt qızıl sep, sırğası, klon və üzüyü ilə birlikdə, bir ədəd üzük və bir cüt sırğa sarı qızıldan, bir cüt sırğa, 3 ədəd qaşlı qadın üzüklıri, bir ədəd sarı rəngli kişi üzüyü, bir ədəd ağ brliyant qaşlı kişi üzüyü, bir ədəd gümüş üzük, daha sonra 4 ədəd qadın üzükləri, iki ədəd balaca halqa sırğa, bir ədəd sep, bir ədəd qadın üçün braslet oğurlanmışdır. Onların ümumi dəyəri təxminən 20.000 manat təşkil etmişdir. Oğurluğun kim tərəfindən edildiyini bilməmişdir. Lakin o, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 şübhələnmiş, ona görə ki, o, onların rayonda olmalarını və evdə heç kim olmadığını bilmişdir. Əşyaların bir hissəsi ona qaytarılsa da 4000 manat miqdarında əmlak ona qaytarılmamışdır. O, təqsirləndirilən şəxslərdən şikayətçidir, barələrində qanuna müvafiq cəza təyin olunmasını xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə prosesində elan olunmuş X2 elan olunmuş ifadəsindən məlum olur ki, o, xx xxxxx 2019-cu il tarixdə saat 15-16 radələrində “Ulduz” yataqxanasında eyvanda dayanıb cölə baxırmış. Onların eyvanından Hərbi polisin avtomobil dayanacağı görsənir. Təsadüfən bu vaxtı həmin dayanacaqda 2 nəfər oğlan onun diqqətini cəlb etmiş və onlar tək-tək maşınlara yaxınlaşıb baxdıqlarını görmüşdür. Göy gödəkçəli və qara gödəkçəli iki oğlan olmuşdur. Qara gödəkçəli oğlan birinci Mercedes ML markalı avtomobilə yaxınlaşmışlar. O, şüşədən içəri baxmış, qolu ilə maşının qabaq sol şüşəsini silib içəri baxmaqda davam etmişdir. Sonra keçib orada olan ağ rengli «Lexus» markalı maşına baxmışdır. Həmin qara gödəkçəli oğlan bir qədər kənara keçmişdir. Hərbi polislə dayanacağın arasında dayanmışdır. Qara gödəkçəli oğlan orada dayanıb gəlib gedənlərə nəzarət etmiş və göy gödəkçəli oğlan isə Mercedes ML markalı **-BO-*** nömrəli avtomaşına yaxınlaşmış, əlində daş parçası olmuşdur. Maşının sol yan şüşəsinə yaxnlaşmış, daşı sol şüşəyə vurub sındırmış, əli ilə içəridən maşının qapısını açmış və maşından qara rəngli pul kisəsini götürüb “Ulduz" yataqxanasına tərəf qaçmışdır. O, həmin oğlanları orada görən kimi ona maraqlı gəlmiş və dərhal telefonunu götürüb baş verən hadisəni şəklini çəkmişdir. Qara gödəkçəli oğlan oradan sakitçə uzaqlaşmaq istəyəndə hərbi polisdən işçilər çıxmış, o, onlara yaxınlaşıb sakitcə ona qara gödəkçəli oğlan da göy gödəkçəli oğlanla birlikdə olduğlarını demişdir. Bu vaxt hərbi polisin işçiləri qaçıb həmin qara gödəkçəli oğlanı tutmuşlar. Həmin oğlanların adını və anket məlumatı haqqında heç nə bilməmiş, onları ilk dəfə idi ki, hadisə yerində görürmüşdür. Sonra o, çəkdiyi fotoşəkilləri polis əməkdaşına təqdim etmişdir. Həmin iki oğlan onun onları gizlicə müşayət etdiyini görməmişlər və hiss etməmişlər. O, səs-küy salıb onları hürkütməmişdir. İş materiallarında olan cinayət işinin başlanması haqqında xx.xx.2019-cu il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən oğurluq cinayətinin törədilməsi ilə əlaqədar 190040897№-li cinayət işi başlanmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs1 ********* №-li iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1.177.2.3 və 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, X5 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2019-cu il tarixli qərardan məlum olur ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2019-cu il tarixli qərardan məlum olur ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Bakı şəhər Binəqəi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli tutulduğu xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli tutulduğu xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsi ilə təqsirli bilinərək 1 il 05 ay 26 gün müddətinə azazlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Bakı şəhər Binəqədi rayon məhkəməsinin 1(001)-198/2019 saylı hökmündən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraata birləşdirilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində olan ********* saylı cinayət işi müstəntiq Mehman Ələsəkərovun icraatında olan ********* saylı cinayət işi ilə birləşdirilərək cinayət işləri ********* №-li cinayət işi altında istintaqı davam etdirilsin. İş materiallarına əlavə edilmiş cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqında müstəntiq Ramiz Axundov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardan məlum olur ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilərək ********* nömrəsi altında istintaqı davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin X1 xx.xx.2019-cu il tarixli məktubundan məlum olur ki, Zərərçəkmiş şəxs3 məxsus «Hyundai Accent» markalı Az ** CF *** dövlət nömrə nişanlı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.1992-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin böyük barmağı ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs3 ********* №-li iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2019-cu il tarixli qərardan məlum olur ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şəxsin müvəqqəti saxlama təcridxanasından azad edilməsi haqqında xx.xx.2019-cu il tarixli Qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə Binəqədi rayon MSY-dən azad olunmuşdur. İş materiallarında olan təqsirləndiridlən şəxs qismində cəlb etmə haqqında xx.xx.2019-cu il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunaraq iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan cinayət işinin təzələnərək bir icraata birləşdirilməsi barədə xx.xx.2019-cu il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində olan ********* saylı cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilib icratda olan ********* saylı cinayət işi ilə birləşdirilməklə ********* saylı nömrə altında istintaqı davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan qəbzdən məlum olur ki, X16 tərəfindən Zərərçəkmiş şəxs2 900 manat miqdarında pul ödənilmişdir, onun heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş ərizədən məlum olur ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona vurulmuş maddi ziyan ödənilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 326.1, 326.2, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan olunmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan məlum olur ki, ********* saylı cinayət işi üzrə X9 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan cinayət işindən başqa cinayət işinin ayrılması barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Sadıxov Şamil Rövşən oğlu barəsində Azərbaycan Respublikası CM-nin 326.1, 326.2, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ayrı icraata ayrılmışdır. Ayrılmış cinayət işinə ********* saylı nömrə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 28916/28917 nömrəli ekspert rəyindən görünür ki, təqdiqata təqdim edilmiş dəyəri 2910 manat olan ümumi çəkisi 36,37 qram təşkil edən 750 əyarlı qızıl boyunbağı və bir cüt sırğa dəstini, dəyəri 1832 manat olan 30,52 qram çəkidə, 583 əyarlı bir ədəd boyunbağını, dəyəri 715 manat olan çəkisi 11,92 qram təşkil edən 583 əyarlı bir ədəd qolbağı, dəyəri 491 manat olan ümumi çəkisi 6,14 qram təşkil edən 750 əyarlı iki ədəd gümüşü rəngli boyunbağını, dəyəri 3477 manat olan ümumi çəkisi 43,46 qram təşkil edən 750 əyarlı 10 ədəd sarı rəngli qolbağı, dəyəri 872 manat olan çəkisi 10,90 qram təşkil edən 750 əyarlı sarı-gümüşü rəngli qolbağı, dəyəri 973 manat olan ümumi çəkisi 12,16 qram təşkil edən 750 əyarlı gümüşü rəngli sırğa, üzük və klon dəstini, ümumi dəyəri 2302 manat olan çəkisi 13,13 qram təşkil edən qaşları briliyantdan olan -4 ədədinin hər birinin ölçüsü 0,024 karat,249 ədədinin hər birinin ölçüsü 0,010 karat 3/3 keyfiyyətli gümüşü rəngli üzük, klon və sırğa cütünü, dəyəri 679 manat olan çəkisi 11,31 qram təşkil edən 583 əyarlı bir ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan üzük, klon və sırğa cütünü, dəyəri 1118 manat olan çəkisi 13,97 qram təşkil edən 750 əyarlı 2 ədəd üzərində ağ şəffaf qaşları olan bir ədəd üzüyü, dəyəri 627 manat olan çəkisi 6,32 qram təşkil edən 750 əyarlı 0,050 karatlı, 3/3 keyfiyyətli bir ədəd üzüyü, dəyəri 217 manat olan, çəkisi 3,62 qram təşkil edən 583 əyarlı bir ədəd paxlava formalı sırğa cütünü, dəyəri 280 manat olan çəkisi 4,66 qram təşkil edən 583 əyarlı üzərində bir ədəd sarı rəngli daş olan üzüyü, dəyəri 299 manat olan çəkisi 4,98 qram təşkil edən 585 əyarlı bir ədəd halqa üzüyü, dəyəri 40 manat olan çəkisi 6,74 qram təşkil edən 925 əyarlı ağ şəffaf qaşlı gümüş üzük 2019-cu ilin noyabr ayına olan orta bazar qiymətlərinə uyğun hesablanmışdır. Məmulatların ümumilikdə 16832,0 manat dəyəri olduğu müəyyən olunur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2019cu il tarixli, 28916/28917 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 109,50 (yüz doqquz manat əlli qəpik) manatdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış və polisə təqdim edilmiş dəyəri 2910 manat olan ümumi çəkisi 36,37 qram təşkil edən 750 əyarlı qızıl boyunbağı və bir cüt sırğa dəstini, dəyəri 1832 manat olan 30,52 qram çəkidə, 583 əyarlı bir ədəd boyunbağını, dəyəri 715 manat olan çəkisi 11,92 qram təşkil edən 583 əyarlı bir ədəd qolbağı, dəyəri 491 manat olan ümumi çəkisi 6,14 qram təşkil edən 750 əyarlı iki ədəd gümüşü rəngli boyunbağını, dəyəri 3477 manat olan ümumi çəkisi 43,46 qram təşkil edən 750 əyarlı 10 ədəd sarı rəngli qolbağı, dəyəri 872 manat olan çəkisi 10,90 qram təşkil edən 750 əyarlı sarı-gümüşü rəngli qolbağı, dəyəri 973 manat olan ümumi çəkisi 12,16 qram təşkil edən 750 əyarlı gümüşü rəngli sırğa, üzük və klon dəstini, ümumi dəyəri 2302 manat olan çəkisi 13,13 qram təşkil edən qaşları briliyantdan olan -4 ədədinin hər birinin ölçüsü 0,024 karat,249 ədədinin hər birinin ölçüsü 0,010 karat 3/3 keyfiyyətli gümüşü rəngli üzük, klon və sırğa cütünü, dəyəri 679 manat olan çəkisi 11,31 qram təşkil edən 583 əyarlı bir ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan üzük, klon və sırğa cütünü, dəyəri 1118 manat olan çəkisi 13,97 qram təşkil edən 750 əyarlı 2 ədəd üzərində ağ şəffaf qaşları olan bir ədəd üzüyü, dəyəri 627 manat olan çəkisi 6,32 qram təşkil edən 750 əyarlı 0,050 karatlı, 3/3 keyfiyyətli bir ədəd üzüyü, dəyəri 217 manat olan, çəkisi 3,62 qram təşkil edən 583 əyarlı bir ədəd paxlava formalı sırğa cütünü, dəyəri 280 manat olan çəkisi 4,66 qram təşkil edən 583 əyarlı üzərində bir ədəd sarı rəngli daş olan üzüyü, dəyəri 299 manat olan çəkisi 4,98 qram təşkil edən 585 əyarlı bir ədəd halqa üzüyü, dəyəri 40 manat olan çəkisi 6,74 qram təşkil edən 925 əyarlı ağ şəffaf qaşlı gümüş üzük maddi sübut kimi tanınaraq saxlanması üçün zərərçəkmişə təqdim edilmişdir.Şahid tərəfindən oğurluq hadisəsini törətmiş şəxsin mobil telefonuna çəkmiş 07 ədəd fotolar maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilsin. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon İcra və Probasiya Şöbəsindən Bakı şəhər Binəqədi rayon məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan məlum olur ki, X3 barəsində Binəqədi rayon məhkəməsinin 1(001)-198/2019 №-li xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məzdudlaşdırılması cəzasının tutulduğu xx.xx.2019-cu il tarixə çəkilməmiş cəza müddəti 1 ay 04 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə təsdiq olunur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.4.-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza tçəyin edilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmıllar. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67-ci maddəsin əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərini etiraf etməsini, zərərçəkmiş şəxsə vurduğu ziyandan qismən ödəmələr etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlini ağırlaşıdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini etiraf etməsini, zərərçəkmiş şəxslərdən ikisinə vurduğu ziyanı tam ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3,177.2.4, 326.1 və 326.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, təyin edilmiş cəzalar həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Onun üzərində olan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67-ci maddəsin əsasən ona təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki, iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən müddətə azadlıqdan təcrid olunması törətdiyi əməllər barəsində düşünmələrinə və gələcəkdə cəmiyyətə tam yararlı insan olaraq qayıtmalarına köməklik edəcəkdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilənşəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisində çəkməli, iş üzrə maddi sübut olan dəyəri 2910 manat olan ümumi çəkisi 36,37 qram təşkil edən 750 əyarlı qızıl boyunbağı və bir cüt sırğa dəstini, dəyəri 1832 manat olan 30,52 qram çəkidə, 583 əyarlı bir ədəd boyunbağını, dəyəri 715 manat olan çəkisi 11,92 qram təşkil edən 583 əyarlı bir ədəd qolbağı, dəyəri 491 manat olan ümumi çəkisi 6,14 qram təşkil edən 750 əyarlı iki ədəd gümüşü rəngli boyunbağını, dəyəri 3477 manat olan ümumi çəkisi 43,46 qram təşkil edən 750 əyarlı 10 ədəd sarı rəngli qolbağı, dəyəri 872 manat olan çəkisi 10,90 qram təşkil edən 750 əyarlı sarı-gümüşü rəngli qolbağı, dəyəri 973 manat olan ümumi çəkisi 12,16 qram təşkil edən 750 əyarlı gümüşü rəngli sırğa, üzük və klon dəstini, ümumi dəyəri 2302 manat olan çəkisi 13,13 qram təşkil edən qaşları briliyantdan olan -4 ədədinin hər birinin ölçüsü 0,024 karat,249 ədədinin hər birinin ölçüsü 0,010 karat 3/3 keyfiyyətli gümüşü rəngli üzük, klon və sırğa cütünü, dəyəri 679 manat olan çəkisi 11,31 qram təşkil edən 583 əyarlı bir ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan üzük, klon və sırğa cütünü, dəyəri 1118 manat olan çəkisi 13,97 qram təşkil edən 750 əyarlı 2 ədəd üzərində ağ şəffaf qaşları olan bir ədəd üzüyü, dəyəri 627 manat olan çəkisi 6,32 qram təşkil edən 750 əyarlı 0,050 karatlı, 3/3 keyfiyyətli bir ədəd üzüyü, dəyəri 217 manat olan, çəkisi 3,62 qram təşkil edən 583 əyarlı bir ədəd paxlava formalı sırğa cütünü, dəyəri 280 manat olan çəkisi 4,66 qram təşkil edən 583 əyarlı üzərində bir ədəd sarı rəngli daş olan üzüyü, dəyəri 299 manat olan çəkisi 4,98 qram təşkil edən 585 əyarlı bir ədəd halqa üzüyü, dəyəri 40 manat olan çəkisi 6,74 qram təşkil edən 925 əyarlı ağ şəffaf qaşlı gümüş üzük saxlanması üçün Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, hadisə yerindən götürülmüş əl-barmaq izləri və 07 fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109,50 (yüz doqquz manat əlli) manat təqsirləndirilən şəxslər şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 381-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1, 326.2, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə 03 (üç) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək 2 gün ona təyin edlmiş cəzadan çıxılaraq üzərində 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını “ümumi” rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırması cəzasının xx xxxxxx 2019-cu il tarixədək çəkilməmiş 01 (bir) il 04 (dörd) gün hissəsi, həmin Məcəllənin 68-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanaraq yəni 06 (altı) ay 02 (iki) gün azadlıqdan məhrum etmə hissəsi ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını “ümumi” rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 109,50 (bir yüz doqquz manat əlli qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış dəyəri 2910 manat olan ümumi çəkisi 36,37 qram təşkil edən 750 əyarlı qızıl boyunbağı və bir cüt sırğa dəstini, dəyəri 1832 manat olan 30,52 qram çəkidə, 583 əyarlı bir ədəd boyunbağını, dəyəri 715 manat olan çəkisi 11,92 qram təşkil edən 583 əyarlı bir ədəd qolbağı, dəyəri 491 manat olan ümumi çəkisi 6,14 qram təşkil edən 750 əyarlı iki ədəd gümüşü rəngli boyunbağını, dəyəri 3477 manat olan ümumi çəkisi 43,46 qram təşkil edən 750 əyarlı 10 ədəd sarı rəngli qolbağı, dəyəri 872 manat olan çəkisi 10,90 qram təşkil edən 750 əyarlı sarı-gümüşü rəngli qolbağı, dəyəri 973 manat olan ümumi çəkisi 12,16 qram təşkil edən 750 əyarlı gümüşü rəngli sırğa, üzük və klon dəstini, ümumi dəyəri 2302 manat olan çəkisi 13,13 qram təşkil edən qaşları briliyantdan olan -4 ədədinin hər birinin ölçüsü 0,024 karat,249 ədədinin hər birinin ölçüsü 0,010 karat 3/3 keyfiyyətli gümüşü rəngli üzük, klon və sırğa cütünü, dəyəri 679 manat olan çəkisi 11,31 qram təşkil edən 583 əyarlı bir ədəd gümüşü rəngli, üzərində ağ şəffaf qaşları olan üzük, klon və sırğa cütünü, dəyəri 1118 manat olan çəkisi 13,97 qram təşkil edən 750 əyarlı 2 ədəd üzərində ağ şəffaf qaşları olan bir ədəd üzüyü, dəyəri 627 manat olan çəkisi 6,32 qram təşkil edən 750 əyarlı 0,050 karatlı, 3/3 keyfiyyətli bir ədəd üzüyü, dəyəri 217 manat olan, çəkisi 3,62 qram təşkil edən 583 əyarlı bir ədəd paxlava formalı sırğa cütünü, dəyəri 280 manat olan çəkisi 4,66 qram təşkil edən 583 əyarlı üzərində bir ədəd sarı rəngli daş olan üzüyü, dəyəri 299 manat olan çəkisi 4,98 qram təşkil edən 585 əyarlı bir ədəd halqa üzüyü, dəyəri 40 manat olan çəkisi 6,74 qram təşkil edən 925 əyarlı ağ şəffaf qaşlı gümüş üzük saxlanması üçün Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın; hadisə yerindən götürülmüş əl-barmaq izləri və 07 fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-242/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-242/2020
26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver