Məhkəmə qərarları › İş №1(001)-242/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-242/2021

07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-242/2021 07.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakları ilə,

1. xx.xx.1991-ci il tarixdə Füzuli rayonu, Mahmudlu-3 kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Şəkərcik kəndinə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair,

2. xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi:

1. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 12 aprel 2020-ci il tarixdə saat 14 radələrində ünvan 4 ünvanda yerləşən saxlanc yeri hesab olunan “xxxx” TASC-nin həyətinə oradan binaya qanunsuz daxil olaraq, əvvəlcədən aralarında olan razılaşmaya əsasən binanın ikinci mərtəbəsində yerləşən geyim dəyişmə otağına girib orada özləri ilə gətirdikləri dəmir alətlə alüminium materialdan hazırlanmış hər birinin dəyəri 150 manat olan 600 manat dəyərində dörd ədəd pəncərəni yerindən çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “xxxx” TASC-nə ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 21.01.2021-ci il tarixdə günorta saatlarında Binəqədi rayonu, Sulu-təpə dairəsindən “Coca-Cola” firması istiqamətində yol kənarı plakatından altından istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,408 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 25.01.2021-ci il tarixdə saat 12 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən korpus 42 ünvanının yaxınlığında Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılıb Binəqədi rayonu, Azadlıq prospekti 19 ünvanda yerləşən 4-cü PŞ-nə gətirilərək üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkcənin iç sol cibindən bir ədəd “Borofone” sözü yazılmış eynək qabının içərisində gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,408 qram olan Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

2. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 12 aprel 2020-ci il tarixdə saat 14 radələrində ünvan 4 ünvanda yerləşən saxlanc yeri hesab olunan “xxxx” TASC-nin həyətinə oradan binaya qanunsuz daxil olaraq, əvvəlcədən aralarında olan razılaşmaya əsasən binanın ikinci mərtəbəsində yerləşən geyim dəyişmə otağına girib orada özləri ilə gətirdikləri dəmir alətlə alüminium materialdan hazırlanmış hər birinin dəyəri 150 manat olan 600 manat dəyərində dörd ədəd pəncərəni yerindən çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “xxxx” TASC-nə ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 onun uşaqlıq dostudur, bir məhəllədə böyümüşlər. Hər ikisi işsizik və maddi çətinlik çəkdiklərinə görə də Mazanla belə qərara gəlmişlər ki, yaşadıqları evin yaxınlığında yerləşən hazırda işləməyən Sərdarov adına zavoda girib oradan metal oğurlayıb aparıb metal qəbulu məntəqəsinə satıb pul əldə etsinlər. Bu məqsədlə də o və Mazan görüşüb birlikdə 12 aprel 2020-ci il tarixdə saat 14 radələrində Binəqədi şosesində yerləşən Sərdarov adına zavodun yaxınlığına gəlib zavodun açıq qapısından həyətinə daxil olmuşlar və zavodun binasının birinci, yaxud ikinci mərtəbəsindən dörd alüminium pəncərəsini özləri ilə götürdükləri dəmir parçasından istifadə etməklə söküb yerindən çıxarmışlar. Bundan sonra, o və Mazan həmin pəncərələri birlikdə yaxınlıqda yerləşən məhlələrinə gətirmişlər. Orada həmin pəncərələri vintaçan vasitəsi ilə hissələrə ayırmışlar və o “Qazel” sürücüsü kimi tanıdığı Azərə zəng vuraraq onu yük daşıması üçün məhlələrinə çağırmışdır. Təxminən 20 dəqiqə sonra Azər yük maşını ilə məhəlləyə gəlmişdir. O və Mazan sökdükləri alüminium pəncərənin metal hissələrini avtomobilə yükləmişlər. Bundan sonra hər ikisi, yəni o və Mazan həmin avtomobilə əyləşib Azərə bildirmişdir ki, yükü Binəqədi kəndində Toğrul işləyən metal qəbulu məntəqəsinə aparsın. Orada işləyən Toğrulla danış, gətirdiyi malların söküntüyə gedən zavodun müdirindən tullantı kimi ucuz qiymətə aldığını bildirərək 120 manat satmışlar. O, həmin pulun 10 manatını Azərə yük daşınmasına görə verib, yerdə qalan 110 manat pulu Mazanla öz aralarında bərabər bölmüşlər. Həmin hadisədən 3 gün sonra, Binəqədi kəndində N saylı hərbi hissənin qarşısında dayandığı zaman polis əməkdaşları ona yaxınlaşmışlar və onu Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində o, etiraf edərək dostu Mazanla birlikdə Sərdarov adına zavoda girib oradan alüminium pəncərələri oğurladıqlarını bildirmişdir. Bundan başqa tutulmazdan təxminən 5-6 ay əvvəl metamfetamindən, şüşə deyilən narkotik vasitədən istifadə etməyə başlamışdır. O, narkotik vasitəni sosial şəbəkədə tanımadığı İran İslam Respublikasının vətəndaşının adına açılmış səhifələrdən biri ilə yazışaraq online görüntü ilə danışıb əldə etmişdir. Belə ki, e-manat terminalı vasitəsi ilə həmin şəxsin təqdim etdiyi bank seriyasına pul ödəniş etdikdən sonra həmin şəxs “instaqram” səhifəsində ona narkotik vasitəsinin siqaret qutusunda atıldığı yerin şəklini çəkib atıb və ünvanı izah etmiş, beləcə o, da vasitəni əldə edib istifadə edirmiş. 25 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 42-də yaşadığı evin yaxınlığında dayanan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 4-cü PŞ-yə aparılaraq orada dövlət hesabına müdafiəçi təyin edilmiş vəkil ilə tanış olmuş və vəkil ona təqdim edildikdən sonra şübhəli qismində tutulmağı ona elan edilmişdir. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və həmin zaman üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan cibindən bir ədəd qara rəngli eynək qabını çıxarıb masanın üzərinə qoymuşdur. Eynək qabı açıldıqda içərisindən gümüşü rəngli siqaret kağızına bükülmüş bir bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzəri axtarılmış, lakin hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. O, üzərindən aşkar olunan gümüşü rəngli siqaret kağızına bükülmüş bir bükümdə olan ağ rəngli kristallardan ibarət kütləni göstərərək həmin maddənin şüşə olduğunu bildirmişdir. Həmin psixotrop maddəni 21 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Binəqədi rayonu, Sulu-təpə qəsəbəsində dairədən “Coca-Cola” firması istiqamətində plakatın altında siqaret qutusunun içindən öncədən etdiyi online sifarişlə şəxsi istifadəsi üçün almış, həmin gün şüşədən cüzi hissəsini falqada çəkmişdir. Bundan sonra üzərindən aşkar edilmiş maddə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda törətdiyi cinayət əməllərindən peşmandır. Təqsirləndirilən şəxs1 ilə birlikdə törətdikləri oğurluq hadisəsi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam ödənilmiş və zərərçəkmiş şəxs tərəfindən onlara qarşı heç bir şikayət, tələb yoxdur. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun uşaqlıq dostudur, bir məhəllədə böyümüşlər. Hər ikisi işsiz və maddi çətinlik çəkdiklərinə görə Talehlə qərara gəlmişlər ki, yaşadıqları evin yaxınlığında yerləşən hazırda işləməyən, Sərdarov adına zavoda girib oradan metal oğurlayıb aparıb metal qəbulu məntəqəsinə satıb pul əldə etsinlər. Bu məqsədlə də o və Taleh 12 aprel 2020-ci il tarixdə saat 14 radələrində görüşüb birlikdə Sərdarov adına zavodun yaxınlığına gəlib Zavodun açıq qapısından həyətinə daxil olmuşlar və zavodun binasının dəqiq yadında qalmayan birinci, yaxud ikinci mərtəbəsində dörd ədəd alüminium pəncərələrini özləri ilə götürdükləri dəmir parçasından istifadə etməklə söküb yerindən çıxarmışlar. Bundan sonra, o və Taleh həmin pəncərələri birlikdə yaxınlıqda yerləşən məhlələrinə gətirmişlər. Orada həmin pəncərələri vintaçan vasitəsi ilə hissələrə ayırmışlar və Taleh “Qazel” avtomobili sürücüsü kimi tanıdığı Azərə zəng vuraraq onu yük daşıması üçün məhlələrinə çağırmışdır. Təxminən 20 dəqiqə sonra Azər yük maşını ilə məhəlləyə gəlmişdir. O və Taleh sökdükləri alüminium pəncərənin metal hissələrini “Qazelə” yükləyib həmin avtomobillə metal qəbulu məntəqəsinə getmişlər. Talehlə birlikdə oğurladıqları əşyaları maşından düşürüb metal qəbulu məntəqəsinə gətirmişlər. Taleh orada işləyən Toğrulla gətirdiyi malların söküntüyə gedən zavodun müdirindən tullantı kimi ucuz qiymətə aldığını bildirmişdir. Bundan sonra, Toğrul gətirdikləri alüminiumları tərəzidə çəkmiş və malları alıb müqabilində onlara 120 manat pul vermişdir. Onlar həmin pulun 10 manatını Azərə yük daşınmasına görə vermişlər, yerdə qalan 110 manat pulu Talehlə öz aralarında bərabər bölmüşlər. Həmin hadisədən 3 gün sonra, evdə olduğu zaman polis əməkdaşları gələrək onu Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində o, Talehlə birlikdə Sərdarov adına zavoda girib oradan alüminium pəncərələri oğurladıqlarını etiraf etmişdir. Bu cinayət onun törətdiyi ilk cinayətdir, başqa heç bir cinayət törətməmiş və törətdiyi əməldən peşmandır. Həmçinin zərərçəkmiş şəxs dəymiş ziyan tam şəkildə ödənildiyindən onlara qarşı heç bir şikayət və tələb yoxdur. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini, digər Təqsirləndirilən şəxs1 elan edilmiş CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosesi 53 ünvanında yerləşən “xxxx” TASC-nin Hüquq və ümumi məsələlər şöbəsinin rəisi vəzifəsində işləyir. 2020-ci ilin aprel ayının 12-də xxxx” TASC-nin həyətinə qanunsuz daxil olmaqla zavodun binasının 4 ədəd alüminium materialdan olan pəncərələrini yerindən çıxarılaraq oğurlanmışdı. Bu barədə onların 13 aprel 2020-ci il tarixdə məlumatı olmuş və həmin tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə məlumat vermişlər. Bundan sonra Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən araşdırma aparılmış və İstintaq Şöbəsində faktla əlaqədar cinayət işi başlanılmışdır. Onlara bu barədə məlumat verilib bildirilmişdir ki, oğurluq faktı ilə əlaqədar istintaq edilən cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşlar. Həmin oğurluq hadisəsi nəticəsində cəmiyyətə ümumilikdə təxminən 600 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən müəssisəyə dəymiş ziyan tam şəkildə ödənilmiş və onların təqsirləndirilən şəxslərdən heç bir şikayəti, tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosesi 53 ünvanda yerləşən xxxx” TASC-də mühafizəçi işləyir. 13 aprel 2020-ci il tarixdə səhər saatlarında növbəyə gəlib ərazidə gəzərkən müəyyən edilmişdir ki, zavodun binasının 2-ci mərtəbəsində işçilərin soyunub geyinmə otağının zavod rəhbərliyinin 600 manata sifariş edib aldığı 4 ədəd alüminium materialdan olan pəncərəsi yerindən çıxarılaraq oğurlanmışdır. Bundan sonra o, ərazi üzrə Binəqədi RPİ-nin 4-cü PŞ-nə məlumat vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən 40-cı korpusda yerləşən X3 məxsus metal qəbulu məntəqəsində metal qəbul edib satan işləyir. 12.04.2020-ci il tarixdə təxminən saat 16 radələrində iş yerində olarkən Binəqədi qəsəbəsindən tanıdığı Taleh və adını sonradan bildiyi Mazan adlı şəxslə birlikdə Binəqədi kənd sakini əvvəllər tanıdığı Azər adlı şəxsin idarə etdiyi “Qazel” markalı avtomobillə onun yanına gəlmişlər və satmaq üçün alüminium qırıqları gətirdiklərini bildirmişlər. O, gətirilən həmin malları tərəzidə çəkmiş və çəkiyə uyğun, hər 1 kiloqrama görə 1 manat 60 qəpik olmaqla həmin şəxslərə dəqiq xatırlamadığı məbləğdə pul verib alüminium qırıqlarını metal qəbulu məntəqəsinə yığmışdır. Həmin zaman Talehin deməsinə görə gətirdikləri həmin alüminium qırıqlarını söküntüyə gedən binanın sahibindən zibil tullantısı kimi ucuz qiymətə almışdır. O, Talehi tanıyaraq şəxsiyyət vəsiqəsinin surəti əsasında həmin alüminium qırıqlarını qəbul etmişdir. Bundan təxminə iki gün sonra Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları onun işlədiyi yerə gələrək Taleh və Mazanın ona satdıqları həmin alüminiumuların oğurluq olmasını demişlər. O, da həmin metalları polislərə təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 25.01.2021-ci il tarixdə 4-cü PŞ-nə mötəbər mənbədən Təqsirləndirilən şəxs2 Binəqədi rayon ərazisində oğurluq cinayətləri törətməklə yanaşı üzərində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə gəzdirib daşımaq və istifadə etməklə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumat məruzə edildikdən sonra həmin şəxsin ifşa olunması və saxlanılması məqsədi ilə əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar o və şöbənin əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən əməliyyat qrupu yaradılaraq keçirilən əməliyyat tədbirləri nəticəsində 25.01.2021-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığında görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs2 özlərini təqdim edib polis əməkdaşı olduqlarını dedikdən sonra sonuncuya narkotik vasitə istifadə etməkdə və qanunsuz olaraq daşımaqda şübhəli olduğunu bildirib Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. 4-cü PŞ-də Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş Həmin zaman Təqsirləndirilən şəxs2 üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif edilmiş, sonuncu da əynində olan gödəkcənin sol iç cibindən bir ədəd qara rəngli eynək qabını çıxarıb masanın üzərinə qoymuş, həmin eynək qabı açıldıqda içərisindən gümüşü rəngli siqaret kağızına bükülmüş bir bükümdə ağ rəngli kristaldan ibarət pxisotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 özü həmin kütlənin şüşə adlandırdıqları psixotrop maddə olan metamfetamin olduğunu, həmin vasitəni tanımadığı şəxsdən internet vasitəsilə etdiyi sifarişlə 20 manat müqabilində Sulutəpə qəsəbəsinə gedərək götürdüyünü, şəxsi istifadəsi üçün alıb üzərində saxlayaraq gəzdirdiyini, həmin şüşə adlanan vasitədən cüzi olaraq istifadə etdiyini, qalan hissəsini isə özü istifadə etmək məqsədilə üzərinə gəzdirdiyini bildirmişdi. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmağa başlanılmış və üzərində qeyd ediləndən başqa qeyri qanuni və iş üzrə əhəmiyyət kəsb edəcək əşya müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdəki ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metmfetaminə bənzər kütlə zərfdə qablaşdırılıb üzəri baxış iştirakçıları tərəfindən imza edilməklə möhürlənmişdir. Daha sonra Bundan sonra bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 4-cı PŞ-nin əməliyyat müvəkkili Şahid1, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid5 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib saxlaması faktına görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 25.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə edərək gəzdirməsi və oğurluqla məşğul olması barədə Binəqədi RPİnin 4-cü PŞ-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 25.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 25.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Binəqədi RPİnin 4-cü PŞ-in əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 25 yanvar 2021-ci il tarixdə saxlanılıb Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman, əynindəki qara rəngli gödəkcənin iç sol cibindən bir ədəd “Borofone” sözü yazılmış eynək qabının içərisində gümüşü rəngli siqaret kağızına bükülmüş maddə aşkar edilərək götürülmüşdür. 25.01.2021-ci il tarixli, 6/328 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 173” möhür əksi və “T.Ş.Fehruz.. və s. yazılar, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,408 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi çəkisi – 0,408 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq - 0,358 qram. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.01.2021-ci il tarixli, 5(001)-112/2021 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 tərəfindən qəbul edilmiş və həmin bölmənin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyev tərəfindən təsdiq edilmiş 25 yanvar 2021-ci il tarixli qərar və həmin qərar əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri qanuni hesab edilmişdir. 27.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qeyri qanuni və dövriyyəsi qadağan olmuş vasitə olub olmamasını soruşduqda sonuncu əynində olan qara rəngli gödəkcənin sol iç cibindən qara rəngli eynək qabını təqdim edərək stolun üzərinə qoymuş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi üzərində “Borofone” sözləri yazılmış eynək qabı açıldıqda içərisindən gümüşü rəngli siqaret kağızına bükülmüş bir bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin zaman maddənin psixotrop maddə olan metamfetamin olmasını, metamfetamini həmin gün online sifariş vasitəsi ilə terminalda ödəniş etdikdən sonra Sulutəpə qəsəbəsinə gedərək oradan götürüb şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra keçirilən şəxsi axtarış zamanı aşkar edilən gümüşü rəngli siqaret kağızına bükülmüş bir bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin qablaşdırılaraq zərfə qoyulmuş və üzəri möhürlənərək imzalanır. Bundan sonra keçirilən hərəkət protokolaşdırılmış və iştirak edən şəxslər tərəfindən imza edilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.01.2021-ci il tarixli, 4(001)-84/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 25 yanvar 2021-ci il tarixdən hesablanmışdır. 15.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrəsi ilə davam etdirilmişdir. 15.04.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosesi 53 ünvanda yerləşən “xxxx” TASC-nin həyətinə qanunsuz daxil olaraq zavodun binasından oğurluq olması ilə bağlı zavodun mühafizəçisi Şahid3 müraciəti əsasında toplanmış material üzrə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 15.04.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15 aprel 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 15.04.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15 aprel 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 16.04.2020-ci il tarixli protokoldan görünür ki, keçirilmiş istintaq hərəkəti zamanı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ mədən, 40-cı korpusda yerləşən metal qəbulu məntəqəsindən 4 ədəd plastik materialdan olan alüminium pəncərə qırıntıları götürülmüşdür. 16.04.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.04.2020-ci il tarixli, 4(001)-335/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək sonuncu məhkəmə iclas zalından azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.04.2020-ci il tarixli, 4(001)-334/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək sonuncu məhkəmə iclas zalından azad edilmişdir. 17.04.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 17.04.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 17.04.2020-ci il tarixli, 55 nömrəli “X7 və Hüquq Şirkəti” MMC-nin ekspert rəyindən görünür ki, ekspertiza təyin edilməsi haqqında qərarda qeyd olunan 4 ədəd pəncərə çərçivəsinin hazırki vəziyyətdə metal qırıntısı kimi 2020-ci ilin aprel ayına ümumi orta bazar qiyməti 194.0 manat müəyyən edilmişdir. 17.04.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. 17.04.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. 16.02.2021-ci il tarixli, 353 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza” Publik hüquqi şəxsin rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. 01.03.2021-ci il tarixli, 601 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 02.04.2021-ci il tarixli Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 42 ünvanında qeydiyyatsız yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. 15.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı oğurluq cinayət əməlini törətməsi ilə bağlı ifadəsini hadisə yerində əyani şəkildə göstərmişdir. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsinin ibtidai istintaqa təqdim etdiyi ərizədən görünür ki, müəssisənin həyətindən oğurlanmış 4 ədəd alüminium pəncərənin dəyəri iş üzrə Təqsirləndirilən şəxs2 anası tərəfindən ödənildiyindən, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti, tələbi qalmamışdır. 15.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilib götürülmüş 0,408 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra metamfetaminin 0,358 qram qalmış qalığı, həmçinin iş üzrə maddi sübut kimi tanınmış 4 (dörd) ədəd alüminium materialdan olan pəncərənin hissələri saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs2 üzərinə axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd disk sübut növü kimi hesab edilərək cinayət işinin materiallarında saxlanılmışdır. 16.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 4(001)-376/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 10 may 2021-ci il tarixədək uzadılmışdır. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 02.06.2021ci il tarixli ərizədən görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş zərər tam ödənilmiş, heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, digər Təqsirləndirilən şəxs1 əməli isə ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs1 isə təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-in 177.2.1 və 177.2.3-cü maddələr ilə verilmiş ittiham üzrə) və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməllərini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası, CM-in 234.1-ci maddəsinin sanksiyası həddində isə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 68-ci maddəsinin tələbləri baxımından ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmalı və CM-in 66-cı maddəsinin tələblərinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də CM-in 66 və 68-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 15 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.04.2020-ci il tarixli, 4(001)-335/2020 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək sonuncu məhkəmə iclas zalından azad edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 15 aprel 2020-ci il tarixdən 17 aprel 2020-ci il tarixədək, yəni 2 (iki) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2, hazırkı cinayət işi ilə bağlı 15 aprel 2020-ci il tarixdən 17 aprel 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 25 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.01.2021-ci il tarixli, 4(001)-84/2021 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 25 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 4(001)- 376/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 10 may 2021ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 25 yanvar 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 25 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 15 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.04.2020-ci il tarixli, 4(001)-334/2020 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək sonuncu məhkəmə iclas zalından azad edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 15 aprel 2020-ci il tarixdən 17 aprel 2020-ci il tarixədək, 2 (iki) gün müddətində tutulmuşdur. CPM 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, hazırkı cinayət işi ilə bağlı 15 aprel 2020-ci il tarixdən 17 aprel 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,358 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 4 (dörd) ədəd alüminium materialdan olan pəncərənin hissələri iş üzrə zərərçəkmiş şəxsə “xxxx” TASC-nə qaytarılmalı və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 109 (bir yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 tutulmalıdır. Bununla yanaşı, məhkəmə-əmtəəşünaslıq keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2, qalan 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs1 tutulmalıdır. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 42 (qırx iki) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 15 aprel 2020-ci il tarixdən 17 aprel 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli 25 yanvar 2021-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 aprel 2020-ci il tarixdən 17 aprel 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,358 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 4 (dörd) ədəd alüminium materialdan olan pəncərənin hissələri iş üzrə zərərçəkmiş şəxsə “xxxx” TASC-nə qaytarılsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 109 (bir yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 tutularaq, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2, qalan 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs1 tutularaq, “X7 və Hüquq Şirkəti” MMC “xxxx” ASC X6 KOD 201025, VÖEN **********, S.W.İ.F.T. Kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ 013501**********1944, VÖEN **********, Hesab AZ53AİİB******************** saylı hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar