Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-243/2022 31.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş (cəzasını çəkib qurtarmamış), Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 06 sentyabr 2021-ci il tarixdə saat 02:30 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Binəqədi rayonu, 28 May qəsəbəsi 2-ci küçə fərdi tikilmiş evdə yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evin hasarından həyətə qanunsuz daxil olub, evin mətbəxinin dəmir barmaqlığı olmayan pəncərəsini sıxma yolu ilə açaraq yaşayış sahəsi olan evə qanunsuz daxil olaraq oradan 01 ədəd 50 (əlli) manat dəyərində olan şpakilovka qarışdıran mikseri, 01 ədəd 40 (qırx) manat dəyərində olan laqondanı, 01 ədəd 200 (iki yüz) manat dəyərində olan pereparatoru, 01 ədəd 100 (yüz) manat dəyərində olan lazer aparatını, 4 top ümumilikdə 160 (yüz altmış) manat dəyərində elektrik naqillərini, həmçinin divara çəkilmiş 140 (yüz qırx) manat dəyərində elektrik naqilini kəsməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 690 (altı yüz doxsan) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə saat 10:30 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Binəqədi rayonu, 28 May qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evin hasarından həyətə qanunsuz daxil olub, evin plastik pəncərəsini sıxma yolu ilə açaraq yaşayış sahəsi olan evə qanunsuz daxil olaraq yataq otağındakı şkafın içində olan dəftərin arasına qoyulmuş 826 (səkkiz yüz iyirmi altı) manat pulu və şkafın alt hissəsindən 01 (bir) ədəd, dəyəri 30 (otuz) manat olan Vyetnam istehsallı, « Samsunq » markalı « GT-S7562 » modelli mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 856 (səkkiz yüz əlli altı) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə saat 23 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 2-da yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evin hasarından həyətə qanunsuz daxil olaraq evin pəncərəsinin dəmir barmaqlığını dəmir alətlə sındırıb yaşayış sahəsi olan evə qanunsuz daxil olaraq oradan 01 (bir) ədəd dəyəri 50 (əlli ) manat olan enerji gücləndiricisini, 01 (bir) ədəd dəyəri100 (yüz) manat olan elektrik ətçəkən maşınını, daha sonra isə həyətdə tikilmiş hamama qanunsuz daxil olub, 01 (bir) ədəd dəyəri 80 (səksən) manat olan “Termet” markalı 24 litr su həcmli su qızdırıcısını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 230 (iki yüz otuz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayəti törətməyə görə məhkum olunmuş, sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Oğurluq cinayətlərini pula ehtiyacı olduğundan törətmişdir. 06 sentyabr 2021ci il tarixdə Binəqədi rayonu 28 May qəsəbəsi ərazisində piyada gəzərkən sahibini tanımadığı fərdi yaşayış evinin qapısının bağlı olduğunu, evin işıqlarının sönmüş vəziyyətdə olduğunu görmüşdür. Həmişə olduğu kimi pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gələrək, ətrafa nəzər salıb, ətrafda heç kimin olmadığını görmüşdür. O, yaşayış sahəsinin hasarından həyətə keçmiş, eyni zamanda evdə heç kimin olmadığına əmin olduqdan sonra evin mətbəxinin dəmir barmaqlığı olmayan plastik materialdan olan pəncərəsini əli ilə sıxaraq açmışdır. Sonra evə girmiş, evin içərisindəki hamamda təmirlə bağlı istifadə olunan dəmir metaldan olan alətləri görmüş və həmin alətləri aparıb satmağını fikirləşmişdir. Orada olan laqonda aparatını şpakilovka qarışdıran mikserin, pereparatoru, lazer aparatını, top şəkilində olan elektrik naqilini və həmçinin divara çəkilmiş elektrik naqillərində kəsib qablaşdırdıqdan sonra əşyaları götürüb oradan çıxıb getmişdir. Həmin evdən oğurluq edib, həyətdən çıxarkən heç kimlə rastlaşmamış, evdən oğurladığı əşyaları və elektrik naqillərini tanımadığı şəxsə 150 (yüz əlli) manata satıb, əldə etdiyi pulu özü üçün xərcləmişdir. Qeyd etdiyi ünvandan oğurluq edən zaman tək olmuş və bu barədə heç kəsə heç bir söz deməmişdir. Bunan başqa, 10 oktyabr 2021-ci il tarixdə Binəqədi rayonu 28 May qəsəbəsi ərazisində piyada gəzərkən sahibini tanımadığı fərdi yaşayış evinin qapısının bağlı olduğunu görmüş, həmişə olduğu kimi pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. Ətrafa nəzər saldıqdan sonra heç kimin olmadığını görüb, həmin yaşayış sahəsinin hasarından həyətə daxil olmuşdur. Həyətdə olan iki mərtəbəli evdə heç kimin olmadığına əmin olduqdan sonra evin birinci mərtəbəsinin plastik pəncərəsini əli ilə sıxaraq açmış, pəncərədən içəri daxil olmuşdur. Evin yataq otağında olan şkafın içərisindəki dəftərin arasında pul olduğunu görüb pulu saymadan götürərək cibinə qoymuş, sonra şkafın alt hissəsində bir ədəd “Samsunq” markalı sönülü vəziyyətdə olan mobil telefonu da götürüb cibinə qoymuşdur. Bundan sonra içəri daxil olduğu pəncərədən çıxıb həyətin hasarından aşıb küçəyə çıxmışdır. Həmin vaxt ətrafda heç kim olmadığından sərbəst formada gəzə-gəzə oradan uzaqlaşıb getmişdir. Həmin evdən oğurluq yolu ilə əldə etdiyi pulu sonra saydıqda 826 (səkkiz yüz iyirmi altı) manat olduğunu bilmişdir. Həmin pulu özü üçün yeyib-içməyə xərcləmiş, oğurluq yolu ilə həmin evdən götürdüyü mobil telefonu qorxduğu üçün heç kimə satmamış və özündə saxlamışdır. Polis bölməsində olduğu zaman könüllü olaraq həmin telefonu təqdim etmişdir. Bundan başqa, 03 dekabr 2021-ci il tarixdə Binəqədi rayonu 28 May qəsəbəsində piyada gəzərkən fərdi yaşayış evlərindən birinin işıqlarının sönülü vəziyyətdə olduğunu görüb, yenə də həmişə olduğu kimi pula ehtiyacı olduğundan özlüyündə oğurluq etmək qərarına gəlmişdir. Küçədə heç kimin olmadığını görüb həmin fərdi yaşayış evinin hasarından həyətə keçmişdir. Həyətdə olarkən həmin evdə heç kimin olmadığına tam əmin olduqdan sonra oradan tapdığı dəmir parçası ilə evin pəncərəsinin dəmir barmaqlığını sındırıb, pəncərədən içəri keçmişdir. Orada olan bir ədəd elektrik ətçəkən aparatını və bir ədəd elektrik gücləndiricisini götürüb həyətə çıxmış, həyətdə qapısı açıq olan hamama daxil olmuş və orada olan bir ədəd su qızdırıcısını götürmüşdür. Bundan sonra həmin əşyaları qablaşdırıb, həyətin hasarından küçəyə çıxmış və həmin yerdən uzaqlaşıb getmişdir. Həmin fərdi yaşayış evindən oğurladığı bir ədəd elektrik ətçəkən aparatı 20 (iyirmi) manata və bir ədəd enerji gücləndiricisini 15 (on beş) manata tanımadığı şəxslərə satmışdır. Həmin şəxslərə əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satdığını bildirmişdir. Oğurladığı bir ədəd su qızdırıcısını isə adını xatırlamadığı çobana 20 (iyirmi) manata satmış, çobana da su qızdırıcının özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satdığını bildirmişdir. Hazırda törətdiyi cinayət əməlində peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək, onlara vurulmuş ziyanın tam şəkildə ödənildiyini qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadığı evin yaxınlığında ona məxsus 3 sot torpaq sahəsinin içərisində 4 otaqlı fərdi yaşayış evi tikdirmiş, həmin evdə təmir işləri görülən zaman təmir işləri görən ustanın alətləri evdə olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 23:00-dək evdə olmuş, evdən çıxanda qapı və pəncərələri bağlayıb getmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında evə gələndə mətbəxin pəncərəsinin açıq olduğunu görmüş, həmin vaxt evdən oğurluq olduğunu anlamışdır. Evin içərisində olan hamam otağına qoyduqları 1 (bir) ədəd dəyəri 50 (əlli) manat olan şpakilovka qarışdıran mikserin, kiçik ölçülü dəyəri 40 (qırx) manat olan laqondanın, iri ölçülü dəyəri 200 (iki yüz) manat olan pereparatorun, 1 (bir) ədəd dəyəri 100 (yüz) manat olan lazer aparatının, 160 (yüz altmış) dəyərində 4 top elektrik naqilinin yerində olmadığını, həmçinin divara çəkilmiş təxminən 140 (yüz qırx) manat dəyərində elektrik naqillərinin də kəsilib aparıldığını görmüşdür. Mətbəxin pəncərəsinin açılması nəticəsində ona heç bir maddi ziyan dəyməmiş, lakin yaşadığı evdən baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 690 (altı yüz doxsan) manat maddi ziyan dəymişdir. Bu səbəbdən də DİN-nin 102 xidmətinə zəng edərək baş verənlərlə bağlı məlumat vermişdir. Yaşayış evindən başqa əşyalar götürülməmiş və oğurlanmış alətləri özü 390 (üç yüz doxsan) manata almışdır. Həmin alətlərin hamısı onun özünə məxsus olmuş və ustalar onun alətlərindən istifadə etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vrulumuş ziyan tam şəkildə dənilmiş, onun təqsirləndirilən şəxsən heç bir şikayəti tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 28 may qəsəbəsində iki mərtəbəli həyət evində anası ilə birlikdə yaşayır. Anası Gürcüstan Respublikasına getdikdən sonra o, evdə tək qalırmışdır. 10 oktyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı ünvandan çıxıb getmiş, xx.xx.2021-ci il tarixdə gecə saatlarında evinə qayıtmışdır. Qayıdan zaman evin birinci mərtəbəsinin plastik pəncərəsinin sındırılaraq açıldığını görmüşdür. Dərhal evə daxil olmuş və evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Evin yataq otağında yerləşən şkafın içərisindəki 826 manat nağd pulun, şkafın altına qoyduğu çox vaxt işlətmədiyi “Samsunq S-7562” modelli mobil telefonunun oğurlandığını müəyyən etmişdir. Oğurlanmış mobil telefon işlənmiş olduğundan onun qiyməti təxminən 30 (otuz) manat olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vrulumuş ziyan tam şəkildə dənilmiş, onun təqsirləndirilən şəxsən heç bir şikayəti tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu 28 May qəsəbəsində yerləşən 26 saylı fərdi yaşayış evi ona məxsusdur. Həmin evdə yaşasa da, 2021-ci il noyabr ayının axırlarında Binə qəsəbəsində işlədiyi üçün müvvəqqəti olaraq həmin işlədiyi ünvana yaxın yerdə kirayədə yaşamışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 28 May qəsəbəsində yerləşən yaşayış evinə baş çəkməyə gəlmiş, həyətə daxil olan zaman evin pəncərəsinin dəmir barmaqlığının sınıdırıldığını görmüş və evdən oğurluq olduğunu başa düşmüşdür. həyətə bir az nəzər saldıqda, həyətdə olan hamamda ümumi dəyəri 200 (iki yüz) manat olan «Termet» markalı su qızdırıcısının olmadığını müəyyən etmişdir. Evin içərisinə baxanda isə evin daxilində olan bir ədəd dəyəri 50 (əlli) manat olan enerji gücləndiricisinin və dəyəri 100 (yüz) manat olan bir ədəd ətçəkən aparatın yerində olmadığını görmüşdür. Hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək baş verənlərlə bağlı məlumat vermişdir. Yaşayış evindən başqa əşyalar oğurlanmamış, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 350 (üç yüz əlli) manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vrulumuş ziyan tam şəkildə dənilmiş, onun təqsirləndirilən şəxsən heç bir şikayəti tələbi yoxdur. Məhkəmə iclasına çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə oların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən fərdi yaşayış evə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya, predmet aşkar edilməmişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şükürlü X5 rayonu, 28 May qəsəbəsində yerləşən fərdi yaşayış evindən 1000 manat puldan əlavə oğurladığı «Samsung Galaxy» markalı, «GT-S7562» modelli mobil telefonu könüllü olaraq istintaqa təqdim etmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən fərdi yaşayış evindən oğurladığı «Samsung Galaxy» markalı, «GT-S7562» modelli mobil telefon digər markalı mobil telefonlarla birlikdə tanınma üçün Zərərçəkmiş şəxs2 təqdim edilmiş, sonuncu 2-ci sırada olan «Samsung Galaxy» markalı, «GT-S7562» modelli mobil telefonu işarə edərək həmin telefonun ona məxsus olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya, predmet aşkar edilməmişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, X4 «Termet» markalı su qızdırıcısını yaşadığı evin həyətindən gətirib könüllü olaraq istintaqa təqdim edərək onu 2021-ci ilin dekabr ayının əvvəllərində yaşadığı Müşfiq qəsəbəsində yolu kənarında qoyun otaran zaman yoldan keçən Teymur adlı şəxsdən 20 manata aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X1 olaraq istintaqa təqdim etdiyi «Termet» markalı su qızdırıcısını digər aparatlarla birlikdə tanınma üçün Zərərçəkmiş şəxs3 təqdim edilmiş, sonuncu 3-cü sırada olan «Termet» markalı su qızdırıcısını işarə edərək həmin aparatın ona məxsus olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilərək istintaqı davam etdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-1324/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 16 dekabr 2021-ci il tarixdən hesablanmışdır. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı Binəqədi rayonu, 28 May qəsəbəsi 2-ci küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya, predmet aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli, 9/945 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd «Termet» markalı 24 litr su həcmli su qızdırıcısının istifadə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 80,00 manat müəyyən olunur. xx.xx.2022-ci il tarixli, 9/298 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Vyetnam istehsallı, «Samsung» markalı, «GT-S7562» modelli mobil telefonun istifadə olması və satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 30,00 manat müəyyən olunur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) ədəd «Samsung Galaxy» markalı, «GT-S7562» modelli mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus «Termet» markalı su qızdırıcısı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-214/2021 nömrəli hökmü ilə CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə yaşadığı evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və onun heç bir şikayəti, tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə yaşadığı evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və onun heç bir şikayəti, tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə yaşadığı evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və onun heç bir şikayəti, tələbi yoxdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd «Samsung Galaxy» markalı, «GT-S7562» modelli mobil telefon və 1 (bir) ədəd «Termet» markalı su qızdırıcısı saxlanılması üçün Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-241/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 31 mart 2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(002)-587/2022 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-214/2021 nömrəli hökmü ilə CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il azaldılmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-214/2021 nömrəli hökmü ilə CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(002)-587/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək cəzası 1 (bir) il azaldılmışdır. Təqsirləndirilən şəxs məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün təşkil edir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan sonuncunun anası tərəfindən tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığından və vurulmuş maddi ziyan ödənildiyindən ona qarşı heç bir şikayəti, tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi yoxdur. Ona vurulmuş ziyn ödənilmişdir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahid ifadələri, ekspertiza rəyləri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-214/2021 nömrəli hökmü ilə məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasını hazırkı vaxtadək çəkməmişdir. Məhkəmə, CM-in 18.4.4-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-214/2021 nömrəli hökmü ilə məhkum olunduğu və hazırkı vaxtadək çəkilməmiş qalan cəza azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından onun əməlində cinayətlərin residivinin olması nəzərə alınmamalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs hazırda baxılan iş üzrə zərərçəkmiş şəxlərlə barışaraq onlara vurulmuş maddi ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallarla yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirir, lakin Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayət əməlinə görə məhkum olunduğu cəzası çəkib qurtarmadan yenidən eyni xarakterli cinayət törətməsi onun islah olunmamasını göstərir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-214/2021 nömrəli hökmü ilə məhkum edildiyi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(002)-587/2022 nömrəli qərarı ilə 1 (bir) il azaldılmış azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmamışdır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-214/2021 nömrəli hökmü ilə məhkum olunduğu və çəkilməmiş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-1324/2021 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 16 dekabr 2021-ci il tarixdən hesablanmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 4(001)-241/2022 nömrəli qərarı ilə onun həbsdə saxlanılma müddəti 31 mart 2022-ci il tarixədək uzadılmış və hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 16 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd «Termet» markalı su qızdırıcısı hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs3, 1 (bir) ədəd «Samsung Galaxy» markalı, «GT- S7562» modelli mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-214/2021 nömrəli hökmü ilə məhkum olunduğu və çəkilməmiş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdiriməklə, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 16 dekabr 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlanma müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd «Termet» markalı su qızdırıcısı hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs3 təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd «Samsung Galaxy» markalı, «GT-S7562» modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs2 təhvil verilsin. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-243/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-243/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver