Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-243/2024 19.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə saat 09 radələrində Baki şəhəri, Binəqədi rayonu, “Motodrom” yaşayış sahəsində, ictimai yerdə taksi fəaliyyəti ilə məşğul olduğu “Kia-Rio” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilində müştəri kimi əyləşən şəxsiyyəti istintaqa məlum olmayan “Cavid” adlı şəxslə “Opel Meriva” markalı **-TX-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs bir müddət əvvəl Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “Azpetrol” YDM-d həmin məntəqənin xadiməçisinin ünvanına nalayiq sözlər deməsini bəhanə edib şəxsiyyəti istintaqa məlum olmayan “Cavid” adlı şəxslə birlikdə bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını kobud surətdə pozub, bilərəkdən özünü ictimai qaydalara qarşı qoyaraq , gücünü nümayiş etdirməklə,ucadan nalayiq sözlər deyərək “Cavid” adlı şəxs üzərində olan dəmir parçasını silah qismində istifadə edilən əşya kimi tətbiq etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib baş nahiyəsinə, əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq sağ göz qapaqları və gözaltı nahiyənin qançırı, sağ gicgah nahiyəsinin, sağ bud nahiyəsinin sıyrıqları xəsarətləri ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirmiş, o isə, yerdən götürdüyü taxta parçasını silah qismində istifadə edilən əşya kimi tətbiq etməklə zərər çəkmiş şəxs X2 üzərində zor tətbiq edib vuraraq alın nahiyəsinin qançırlısıyrığı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmayan, əl zərbələri ilə vuraraq sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz qapaqları və gözaltı nahiyənin qançırı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişlər. Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra “Cavid” adlı şəxs onu təpiklə vuraraq soldan gicgah almacıq qövsünün yerinidəyişmiş sınığı ilə müşayiət olunan sol almacıq nahiyəsinin sıyrığı xəsarətləri ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, o isə təpik zərbələri ilə vuraraq üst çənədə solda İV-V-Vİ-Vİİ dişlərin travmatik sınıqları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, habelə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ayaqqabısını və əynində olan köynəyini cırmaqla zədələyib məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o “Kia-Rio” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə icarə əsasında fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə evdə olan zaman tanışı Cavid ona zəng edib onu Bakıxanov qəsəbəsindən götürüb Yasamal rayonu ərazisinə aparmasını xahiş etmişdir. O da Bakıxanov qəsəbəsinə gedib Cavidi götürmüş və Yasamal rayonu istiqamətinə gedərkən Tibilisi prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə daxil olmuşdur. Avtomobilə yanacaq doldurandan sonra maşından düşüb sanitar qovşağına keçmək istəmiş, həmin vaxt sanitar qovşağının qarşısında xadiməçi və sonradan adını bildiyi Taleh adlı şəxsin dayandıqlarını görmüşdür. Xadiməçi Talehə sanitar qovşağının qarşısını sildiyini, quruyandan sonra ora daxil olmasını bildirmiş, o isə kənarda dayanıb gözləmişdir. Taleh xadiməçi ilə mübahisə edərək təkidlə içəri daxil olmaq istədiyini bildirmişdir. Xadiməçi isə sakit öz işini görmüş, lakin Taleh həmin xadiməçi qadınla kobud danışmışdır. Bu zaman sakit tərzlə Talehə demişdir ki, yaşlı qadındır yer silir, gözlə qurusun sonra içəri keçər. Lakin Taleh daha da aqressiv danışmağa başlamış, o Talehin həmin yaşlı xadiməçi qadınla onun şəxsiyyətini alçaltma formasında danışmağına dözməmiş və Talehə “sənə demirəm onunla elə danışma” demişdir. Həmin vaxt Taleh onun üzərinə gəlmiş və əli ilə üzündən itələmək istəyəndə orada olan işçilər onları ayırmış, bu zaman o heç bir xəsarət almamışdır. Belə ki, o Talehi, Taleh də onu vurmamışdır. Sonra o sanitar qovşağına daxil olub əl üzünü yuyaraq çölə çıxanda Talehin həmin qadına qarşı yenə də nalayiq ifadələr işlətməsini görmüşdür. Öz anası da xadiməçi işlədiyindən Talehin həmin qadına qarşı kobud, qeyrietik davranışı və nalayiq ifadələr işlətməsinə dözməyib ona yaxınlaşmış və xadiməçi qadınla işi olmamasını bildirmişdir. Taleh onun da ünvanına nalayiq ifadələr işlətmiş və yenə də mübahisə etsələr də bir-birlərini vurmamışlar. Daha sonra YDM-nin işçiləri də gələrək Talehə öz iradlarını bildirmişlər ki, nəyə görə yaşlı qadını təhqir edir. Taleh ona demişdir ki, maşını onun maşınının arxasınca sürsün. Talehə əhəmiyyət verməyərək öz avtomaşınına əyləşib yoluna davam etmişdir. Taleh öz avtomaşını ilə onun idarə etdiyi avtomobilin arxasınca gəlmiş, sağına və soluna keçərək maşını saxlamasına işarə etmişdir. Hətta 20 yanvar dairəsindən Yasamal rayonu istiqamətinə dönmək istəyərkən buna imkan verməmiş və o körpünün üstünə qalxmışdır ki, Taleh uzaqlaşıb getsin. Lakin yenidən Taleh maşını arxasınca sürməyə davam etmişdir. O avtomobillə Biləcəri qəsəbəsindəki körpünün altından dönüb geri qayıtmışdır. Döndükdən sonra o Motodrom adlanan yerdə maşını saxlamış və yerə düşən kimi Talehə əl uzatmışdır ki, barışsınlar. Talehə demişdir ki, dost olsunlar və bir az səmimi söhbət etmişlər. Talehlə barışmaq üçün müəyyən söhbətlər etmiş, həmin söhbət əsnasında Taleh ona əslən Cəbrayıl rayonundan olduğunu bildirmişdir. Söhbət edən zaman Taleh əlindəki avtomaşının açarı ilə Cavidin üz nahiyyəsinə vurmaq istəmişdir. Cavid arxaya çəkilmiş və Taleh qaçmaq istəyəndə ayağı ilə Talehin ayağına vurmuşdur. Bu zaman Taleh yerə yıxılmış və çox əsəbi olduğu üçün Taleh yerdə olan zaman onun üz nahiyyəsinə yumruqla bir neçə dəfə zərbə vurmuşdur. Həmin vaxt Cavid Talehə dindar olduğunu, sülh tərəfdarı olduğunu bildirmişdir. Taleh isə hirsli şəkildə ona dalaşmaq istədiyini bildirmişdir. Həmin vaxt yaranmış səs-küyə ətrafdakılar gəlib Talehi sakitləşdirməyə çalışmışlar. Taleh ayaqqabısının cırıldığını bildirib ayaqqabı istəmiş, o isə avtomaşınından ayaqqabı gətirib ona vermək istəyəndə Taleh ayaqqabını götürməmişdir. Taleh ona yenisini almasını bildirikdə o pulunun olmadığını ona demişdir. Bundan sonra avtomaşına əyləşib getmək istəyəndə Taleh maşının qarşına kəsərək sürüb getməyinə mane olmuşdur. Taleh bir az sonra kənara çəkilmiş və o da yoluna davam etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, yanacaq doldurma məntəqsindən çıxdıqdan sonra onunTalehlə olan mübahisəni davam etdirmək niyyəti olmamış, avtomobildə əyləşən sərnişin Cavidlə birlikdə yoluna davam etmişdir, Taleh idarə etdiyi avtomobillə onu təqib etməyə başlamış, arxasınca sürmüş, ona öz yolu ilə hərəkətini davam etdirməsinə qəsdən mane olaraq hərəkət etdiyi istiqamətini məcburi şəkildə Binəqədi rayonunun ərazisinə dəyişməyə vadar etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırki cinayət işi üzrə Mənzər xanım şahid qismində çağrılıb halbuki ona elə hadisə zamanı xəsarət yetirən ilk şəxs məhz o olmuşdur. Opel markalı ** TX *** qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 10 iyun 2023-cü il tarixdə saat 08 radələrində həmin avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “Azpetrol” YDM-nə daxil olub avtomobilə yanacaq doldurmuşdur. Hadisədən 1 gün öncə isə yuxusuz olduğundan əl-üzünü yumaq üçün sanitar qovşağına daxil olarkən orada xadiməçi işləyən qadın nə üçün ora girdiyini soruşmuş, bu zaman onunla sözlü mübahisəsi yaranmışdır. Həmin vaxt xadimə qadın kobud şəkildə onu nalayiq ifadələrlə təhqir etmi, o da öz növbəsində sənin oğlundur demişdir. Bu zaman Mənzər əlində balon ilə üzünə vurmuş və ətrafda olan iki nəfər şəxs də üstünə hücum edərək onun ilə kobud şəkildə danışmağa başlamışlar. Həmin iki nəfər şəxs də YDM-nə avtomobilə yanacaq vurmaq üçün daxil olmuşlar. Onlardan biri “Kia” markalı taksi avtomobilinin sürücüsü, digəri isə sərnişin olmuşdur. Mənzər onu vuran zaman mobil telefonu yerə düşmüşdür, “Samsung A 50” markalı mobil telefonunu həmin qadın götürmüşdür. Lakin müstəntiq onun izahatında güya həmin Samsung A 50 markalı mobil telefonu çox güman ki, xadiməçinin götürdüyünü bildirdiyini qeyd etmişdir. Hadisədən sonra neçə dəfə Mənzər xanıma mobil teıefonu qaytarmasını xahiş etmişdir. Onunla “Həzi Aslanov” metrostansiyasının yaxınlığında görüşən zaman üzərinə hücum çəkərək gödəkçəsini cırmışdır, o bununla bağlı da polis bölməsinə şikayət etməmişdir. Bir müddət sonra isə Mənzər 10 iyun 2023-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədər istintaqa verdiyi izahatında onun adını çəkməsini, izahatında dəyişilik edərək onun adını çıxaracağı təqdirdə mobil telefonunu qaytaracağını bildirmişdir. Hadisə zamanı taxta parçasını yerdən götürüb onu vuran şəxs Nicatın yanında olan şəxs, əlində dəmir parçası ilə zərər yetirən şəxs isə Nicat olmuşdur.. Həmin iki nəfər şəxs də YDM-nə avtomobilə yanacaq vurmaq üçün daxil olmuşlar. Onlardan biri “Kia” markalı taksi avtomobilinin sürücüsü, digəri isə sərnişin olmuşdur. Həmin vaxt iki nəfər şəxs ona orada adam çox olduğundan YDM-də mübahisə etməmələrini , oradan çıxıb başqa yerə getməklə məsələyə aydınlıq gətirmələrini, avtomobili onların avtomobilinin arxasınca sürməsini bildirdiyindən o da avtomobili idarə edərək YDM-dən çıxmış və həmin avtomobilin arxasınca sürmüşdür. Həmin avtomobilin sürücüsü Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış sahəsində, yolun kənarında avtomobili saxlamış və o da avtomobili saxlayaraq maşından düşmüşdür. Onların maşınından isə şəxs Nicat, Ənvər və Cavid düşmüşlər. O qaçmaq istəyəndə onlardan biri ayağı ilə onu yerə yıxmış, Nicat özündəki dəmir parçası ilə onun başından, sifətindən zərbələrlə vurmağa başlamışdır. Həmin zərbədən başı və sifəti qanamışdır. Onlar yerdə də təpikləməyə və yumruqlamağa davam etmişlər, o birtəhər ayağa qalxmış, ayağa qalxandan sonra orada ətrafda yaşayan tanımadığı şəxs səsə-küyə gələrək həlimə aparmaqlarını bildirmişdir. O özü də onlara əl ilə işarə edərək getməməklərini bildirsə də , lakin onlar buna əhəmiyyət verməyərək avtomobilə əyləşib çıxıb getmişlər. O isə aldığı bədən xəsarətləri ilə bağlı xəstəxanaya müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs dövlət ittihamçısı tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Azpetrol” yancaq doldurma məntəqəsində mübahisə zamanı Cavid və Nicat olmuşlar, Cavid və Nicatın yolüstü üçünçü şəxsi götürdüklərini görməmişdir, ona ilk olaraq Mənzər xanım əlindəki balon ilə üzünə çırparaq zərbə yetirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Mənzəri əvvəllər tanımamışdır, onunla aralarında mübahisə Azpetrol YDM-də yerləşən sanitar qovşağından istifadə etdiyinə görə baş vermişdir, Mənzər ona həmin sanitar qovşağının Azpetrol YDMnin personalı üçün nəzərdə tutulduğunu bildirsə də, o həmin sanitar qovşağına ondan öncə də müştərilərin daxil olduğunu gördüyündən istifadə etmişdir. Nicat yaşlı qadınla niyə mübahisə etməsi səbəbindən müdaxilə etmiş, o isə cavabında məsələnin ona aidiyyətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs sədrlik edən tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Azpetrol” yanacaq doldurma məntəqəsində baş verən mübahisə zamanı orada olan mühafizəçilər onları ayırmışlar. Nicat və Cavid “Azpetrol” yancaq doldurma məntəqəsində də onun bədəninin müxətif yerlərinə xəsarət yetirmişlər. Nicat ona nalayiq söyüş söyərək onun arxasınca getməsini bildirdiyindən və ona ətrafdakı insanıların içində çox pis söyüşlər söydüyündən o da qüruruna sığışdıra bilmədiyindən onların arxasınca getmişdir. ağır xəsarətləti YDM-də almamışdım. “Azpetrol” yancaq doldurma məntəqəsində də Nicat və Cavid adlı şəxslər onun bədəninin müxətif yerlərinə xəsarət yetirmişlər.Lakin, o ağır xəsarətləri “Azpetrol” yancaq doldurma məntəqəsində deyil, Binəqədi rayonu ərazisində yerləşən “Motodrom” deyilən ərazidə almışdır. Motodrom yaşayış sahəsində Cavid din adamı olduğunu, dava-dalaş ilə arasının olmadığını bildirən zaman o da ona az öncə Azpetrol YDM-də etdiyi hərəkət ilə indi burdakı danışğın bir-birinə düz gəldəyini irad bildirdikdə Nicat qəfil yaxasından tutaraq nəlayiq şəkildə təhqir edərək söymüşdür. Nicat onu vuranda əlinda dəmir parçasının olduğunu, beşinci (çeçələ barmağı) barmağında da iri qaşlı gümüş üzük olmuşdur. Məhkəmə iclasında Şahid1 ifadə verərək bildirmişdir ki, o Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən «Azpetrol» YDM-də xadiməçi işləyir. “Azpetrol” yancaq doldurma məntəqəsində iki sanitar qovşağı var. Onlardan biri müştərilər üçü, digəri isə işçilər üçün nəzrdə tutulmuşdur. 10 iyun 2023-cü il tarixdə səhər saat 08 radələrində işdə olarkən YDM-də ayaq yolunu təmizləyən vaxt bir nəfər tanımadığı şəxs işçilər üçün nəzərdə tutulan ayaqyoluna girmək istəyəndə onun qolundan tutaraq ora girmək olmaz deyə bildirmişdir. Həmin şəxs isəona «sən kimsən ki mənim qolumdan tutub içəri buraxmırsan» deyərək qolundan itələmiş, məhəl qoymayaraq içəri daxil olmuşdur. Oradan çıxanda yenidən təkrar olaraq «sən kimsən ki, məni içəri buraxmırsan» deyən zaman o həmin şəxsə sanitar qovşağını təmizləyənin o olduğunu, bu səbəbdən onu içəri buraxmadığını bildirmişdir. Taleh isə ona alçaldıcı şəkildə «sən heç kimsən,tualet təmizləyənsən» ifadəsini işlətmişdir. Bu sözünə görə ona tərbiyəsiz olduğunu dedikdə, Taleh ona «tərbiyəsiz özünsən cındır qızı cındır» deyə cavab qaytarmışdır. O da Talehə cavabında ona «cındır sənə tərbiyə verənindir» demişdir. Bu zaman kənarda olan bir nəfər tanımadığı şəxs Talehə anan yaşında arvadın üzərinə hücum çəkirsən bununla da kifayətlənməyərək qadının ünvanına nalayiq şəkildə ifadələr işlədərək cındır deyirsən, utanmırsan deyəndə, Taleh ona irad bildirən adını sonradan bildiyi Nicatı da söyərək səni kimsən ki, müdaxilə edirsən deyərək onunla mübahisə etməyə başlamış, Taleh Nicatın üstünə cumaraq başı ilə kəllə zərbəsi ilə xəsarət yetirmişdir. Mübahisə baş verəndə orada olan işçilər onları aralamağa çalışdılar. Sonra hər ikisi maşına əyləşib YDM-dən çıxdılar. Axşam təxminən 17:00 radələrinə YDM-də çalışan operator gələrək müdirin onu çağırdığını bildirdi, direktorun iş otağına daxil olanda polis və zərər çəkmiş şəxs Talehin orda olduqlarını gördü. Taleh hətta həmin gün polisin yanında da onun üzərinə hücum çəkərək ünvanına nalayiq söyüşlər işlədəndə polis əməkdaşı dərhal onun paltarından tutaraq ordadan uzaqlaşdıraraq çölə çıxartdı. O da polis əməkdaşına «görürsən qardaş hələ sizin yanınızda özünü aparmağı bilmir,indi görün səhər burda necə idi » deyərək şikayətini bildirmişdir. Bundan əlavə hadisənin baş verməsindən təxminən 3 ay sonra Taleh ona zəng etmiş, onun telefonunu guya oğurladığımıə bildirmişdir. Lakin, o Teleh Mustafayevə məxsus mobil telefonu görməmişdir. “Azpetrol” yancaq doldurma məntəqəsində yerə düşən və aşkarlanan ən kiçik əşya belə direktora təhvil verilir. Məhkəmə iclasında Şahid1 dövlət ittihamçısı tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o Talehin mobil telefonunun düşməsini görməmişdir. Talehə Nicat tərəfindən xəsarət yetirilməsini görməmişdir. Məhkəmə iclasında Şahid1 müdafiəçi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Nicatı əvəllər görməmiş və tanımamışdır, o Nicatı elə ilk dəfə həmin gün “Azpetrol” yancaq doldurma məntəqəsində baş verən hadisə zamanı görmüşdür. Taleh ilə aralarında mübahisə onun Azpetrol YDM-də yerləşən personallar üçün ayrılmış WC-yə daxil olması üstündə baş vermişdir. Nicatın həmin vaxt həmin mübahisyə müdaxilə etməsinə səbəb Talehin onu alçaldıcı ifadələr işlədərək , söyərək təhqir etməsi olmuşdur. Müdafiə tərəfinin vəsatəti məhkəmə iclasında ifadəsi alınmış Şahid2 bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən « Azpetrol» YDM-də kassir-operator işləyir. 10 iyun 2023-cü il tarixdə səhər saat 08 radələrində işdə olan zaman yanacaq doldurma məntəqəsinin arxasından səs-küy eşitmiş,ora yaxınlaşanda iki nəfər şəxsin bir-birlərini söydüünü və bir-birlərini vurmaq istədiklərini görmüşdür. O və digər kassir operator onlara yaxınlaşıb aralaşdırdıqdan sonra onlar öz maşınlarına əyləşib YDM-ni tərk etmişlər. Sonradan tərəflər arasındakı mübahisənin səbəbini öyrənən zaman bilmişlər ki, bir nəfər şəxs işçilər üçün nəzərdə tutulan ayaqyoluna girmək istəyəndə xadiməçi Mənzər ona ora girməyin qadağan olunduğunu bildirdikdə həmin şəxs isə Mənzərin sözünə əhəmiyyət verməyərək onu təhqir edib işçilər üçün nəzərdə tutulan ayaqyoluna daxil olmuşdur. Mənzər ona iradını bildirəndə həmin şəxs Mənzəri təhqir etməyə başlamışdır. Sonradan orada olan digər şəxs Mənzəri təhqir etdiyinə görə irad bildirdikdəoun “tualet təmizləyən” olduğuu bildirmiş, niyə onun da bu söhbətıə müdaxilə etdiyini bəhanə edib onunla da mübahisə etməyə başlamışdır. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ilk olaraq Taleh Nicatı söyüş söyərək təhqir etmiş, daha sonra isə ona kəllə ataraq xəsarət yetirmişdir. Hadisə baş verən vaxt orada operator, növbə rəisi və digər əməkdaşları olmuşlar. Onlar arasında əlbəyaxa dava zamanı tərəfləri araşdırmaq üçün o və YDM-nin digər əməkdaşları yaxınlaşmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 10 iyun 2024-cü il tarixli raportdan görünür ki, vətəndaş X3 binəqədi RPİ-nin 40-cı PB-nə ərizə ilə müraciət edərək tanımadığı iki nəfər şəxsin onu ilk olaraq Tbilisi prospektində yerləşən Azpetrol YDM-də, daha sonra isə Binəqədi rayonu Motodrom YYMdə döymələri barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Motodrom Yaşayış massivi adlanan ərazidə baş vermişdir. xx.xx.2023-cü il tarixli, 1097 nömrəli “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - soldan gicgah almacıq qövsünün yerinidəyişmiş sınığı ilə müşayiət olunan sol almacıq nahiyəsinin sıyrığı, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, sağ göz qapaqları və gözaltı nahiyənin qançırı, alın nahiyəsinin qançırı-sıyrığı, sağ gicgah nahiyəsinin, sağ bud nahiyəsinin sıyrıqları, üst çənədə solda İV-V-Vİ-Vİİ dişlərin travmatik sınıqları bərk küt əşyanın ( əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən soldan gicgah almacıq qövsünün yerinidəyişmiş sınığı ilə müşayiət olunan sol almacıq nahiyəsinin sıyrığı, üst çənədə solda İV-V-Vİ-Vİİ dişlərin travmatik sınıqları həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasmı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri ( əl, yumruq, təpik və s. ) və eləcə də taxta parçası ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də şəxsin öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün könüllü olaraq Binəqədi RPİ-nin CAŞ-nə gəlmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Zərərçəkmiş şəxs üzləşdirmə istintaq hərəkəti zamanı istintaqda verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə saat 09 radələrində Motodrom yaşayış massivində onu vuraraq xəsarət yetirməsi faktını bir daha təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Məhkəmə tərəfindən Daxili İşlər Nazirliyi X1 Xidmətinə ünvanlanmış Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında yaranan mübahisənin baş verdiyi Bakı şəhəri, Binəqədi rayonu, X7 Massivi, Sumqayıt-Bakı magistralının sağ kənar hissəsinin 10 iyun 2023-cü il tarixə olan video-görüntülərinin məhkəməyə təqdim edilməsinə dair sorğusuna verilmiş cavabdan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsi mümkün deyil. "xxxx" MC-nin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, yanacaqdoldurma məntəqələrində quraşdırılmış videomüşahidə sistemləri çəkilmiş videogörüntüləri təqribən 15-17 gün müddətində yaddaşda saxlamaq qabiliyyətinə malikdir. Bundan sonra onlar avtomatik olaraq yeniləri ilə əvəzlənirlər. Videogörüntülər xx.xx.2023-cü il tarixə aid oludğundan müvafiq videogörüntüləri təqdim etmək mümkün deyil. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində, təqsiri sübuta yetirilməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət işinin materiallarında səhifə 6-da olan raportdan görünür ki, Zərərçəkmiş şəxs 10 iyun 2023-cü il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nə ərizə ilə müraciət edərək həmin iki nəfər şəxsin onu ilk olaraq “Azpetrol” yanacaq doldurma məntəqəsində, daha sonra isə Binəqədi rayonunda yerləşən Motodrom deyilən ərazidə döymələri barədə məlumat vermişdir. Cinayət işinin materiallarında səhifə 8-də olan Zərərçəkmiş şəxs tərəfindən Binəqədi RPİ-nin 40-cı PB-nə ünvanlanmış olan ərizədən görünür ki, həmin ərizədə Zərərçəkmiş şəxs 10 iyun 2023-cü il tarixdə Tbilisi Prospektində yerləşən “Azpetrol” yancaq doldurma məntəqəsində avtomobilən dizel markalı yancaq doldurduqdan sonra sanitar qovşağına getmək üçün oranın işçisindən icazə aldığını və sanitar qovşağından istifadə etdiyini, daha sonra orada işləyən xadimə qadının onu nəlayiq sözlərlə təhqir etdiyini, bu zaman orada olan daha iki nəfər şəxsin də müdaxilə edərək onu günahkar çıxararaq onların aralarıyca gəlməsini bildirmələrini, avtomobili idarə edərək həmin şəxslərin olduğu avtomobilin arxasıyca getməsini, Motodrom deyilən ərazidə avtomobildən düşdükdən sonra avtomobildə olan şəxslərdən birinin əlindəki taxta parçası ilə onun sinəsinə vurduğundan zərbədən yıxıldığını, yıxıldıqdan sonra həmin şəxslərin hər ikisinin onu yumruq və təpiklə baş və göz nahiyələrinə, bədəninin müxtəlif hissələrinə zərbələr vuraraq xəsarət yetirdiklərini, onu söyüb təhqir etdiklərini bildirmişdir. Cinayət işinin materiallarında səhifə 14-də olan fotocədvəldən də görünür ki, Taleh Mstafayev hadisənin baş verdiyi yer kimi vətəndaşlar üçün nəzərdə tutulmuş sanitar qovşağını deyil, digər sanitar qovşağını göstətmişdir. Cinayət işinin materiallarında səhifə 20-də olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş izahatdan görtünür ki, Zərərçəkmiş şəxs vermiş olduğu izahatında əvvəl qeyd etdiyi xüsusatlara əlavə olaraq həmin vaxt “Azpetrol” yanacaq doldurma məntəqəsində sanitar qovşağından istifadə etdikdən sonra orada nəinki xadimə işləyən Mənzər adlı qadının, həmçinin növbə rəisinin də onu təhqir etdiyini, Binəqədi rayonu ərazisində yerləşən “Motodrom” deyilən ərazidə iki nəfər şəxsin onu döymələrindən sonra huşunu itirdiyini, ayıldıqdan sonra ona məxsus olan “Samsung A50” markalı mobil telefonun da üzərində olmadığını, əynindəki kofta cırıldığından soyunub oradakı zibil qabına atdığını bildirmişdir. Cinayət işinin materiallarında səhifə 25-də olan Təqsirləndirilən şəxs izahatından görünür ki, o vermiş olduğu ilk izahatında Talehin məhz orada xadimə işləyən qadına qarşı nəlayiq ifadələr işlətməsi səbəbindən ona irad bildirməsini, “Azpetrol” yancaq doldurma məntəqəsində Talehə heç bir xəsarət yetirmədiyini, Talehin onun sürüdüyü avtomobili təqib edərək arxasıyaca gəlməyə məcbur etməsini, Binəqədi rayonu ərazisində yerləşən “Motodrom” deyilən ərazidə onu ancaq yumruq və təpiklə vurmalarını,nə onun nə də Cavud adlı şəxsin əlində taxta parçası olmadığını bildirmişdir. Cinayət işinin materiallarında səhifə 29-da olan Şahid1 izahatından görünür ki, 10 iyun 2023-cü il tarixdə bir nəfər tanımadığı şəxsin işçilər üçün nəzərdə tutulmuş sanitar qovşağında daxil olmaq istədiyini görmüş, bu zaman onun qolundan tutub həmin sanitar qovşağından istifadə etməyin qadağan olunduğunu bildirmişdir. Həmin şəxs isə onu kobudcasına cavab verərək “əlini çək az, sən kimsənki mənim qolumdam tutursan cındır qızı cındır” demiş, o isə cavabında buranın sahibi olduğunu bildirmişdir. O isə cavabında “sən heç kimsən sən tualet təmizləyənsən” deyəndə ona cavab olaraq tərbiyəsiz deyəndə Taleh adlı şəxs “tərbiyəsiz səsən cındır qızı cındır” demişdir. Həmin vaxt sanitar qovşağının qarşısında olan sonradan adını bildiyi Nicat adlı şəxs Talehə niyə anası yaşda qadınla kobud danışçası, onu söyü təhqur etməsini irad bildirdikdə Taleh onunla da kobud danışıb “sən kimsən” deyərək onunla mübahisə etməyə başlamış, ona əl ilə qapaz vurmuşdur. Talehin onu vurmasından sonra onlar ılbəyəxa olmuşlar, orada olan işçilər onları ayırmışlar. Lakin Taleh sakitləşməmiş, uca səslə Nicatın getmək istəməyinə baxmayaraq ona mane olmağa çalışmış, Nicata qarşı nəlayiq ifadələr işlədərək öz mobil telefon nömrəsini verərək ona zəng etməsini, söhbətlərini kənarda həll edəcəklərini bildirmişdir. Həmçinin, ona verilmiş suallara cavab olaraq, ilk olaraq zərbəni Talehin Nicata vurduğunu bildirmişdir. Cinayət işinin materiallarında səhifə 48-də olan zərərçəkmiş şəxsin ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs həmin ifadəsində “Samsung A50” markalı mobil telefonun “Azpetrol” yanacaq doldurma məntəqəsində mübahisə zamanı düşdüyünü, çox gümanki həmin mobil telefonu elə Mənzər adlı qadının götürdüyünü, Nicat adlı şəxsin onun taxta parçası ilə, Cavid adlı şəxsin isə onu təxminən 40 sm uzunluğunda olan dəmir parçası ilə vurduqlarını, həm ayaqqabısının, həm də köynəyinin cırıldığını, bu səbəbdən onları orada olan zibil qabına atdığını, orada olan şəxslərin onu apardıqlarını, Nicat və Cavid adlı şəxsin qabağını kəsərək onu həkimə aparmaqlarını istəməsini, lakin onların getməsini, Nicat və Cavid adlı şəxsin onu yalnız Binəqədi rayonu ərazisində yerləşən “Motodrom” deyilən ərazidə döymələrini bildirmişdir. Həmin ifadəsində ona verilmiş suallara cavab olaraq Binəqədi rayonu ərazisində yerləşən “Motodrom” deyilən ərazidə aralarında mübahisə baş verən zaman oradan keçən avtomobil sürücülərinin münaqişəni gördüyünü, ətrafda onları aralaşdıran şəxslərin olmamasını bildirsə də, vermiş olduğu ifadəsinin məzmununda orada olan şəxslərin onu yıxıldığı yerdən qaldırdıqlarını, onu hadisənin baş verdiyi yerdən birtəhər çəkib apardıqlarını bildirmişdir. Cinayət işinin materiallarında səhifə 64-66 olan əməliyyat tapşırıqlarından görünür ki, cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq Anar Ağayarov tərəfindən 10 iyun 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış sahəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Opel” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs idarə etdiyi “Kio-Rio” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hərəkət trayektoriyalarının müəyyən olunaraq istintaq orqanına təqdim edilməsi, “Cavid” adlı şəxsin müəyyən olunaraq istintaq orqanına təqdim edilməsi, Binəqədi rayonu ərazisində yerləşən “Motodrom” deyilən ərazidə baş verən hadisəni görə biləcək şahidlərin dairəsinin əməliyyat yolu ilə müəyyən olunaraq ifadələrinin alınması üçün istintaq orqanına təqdim olunmasına dair göstərilş verilmişdir. Cinayət işinin materiallarında səhifə 115-də olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs üzləşdirmə zamanı Nicat adlı şəxsin onu taxta parçası ilə vurduğunu, sonradan həm Nicatın həm də Cavidin onu yumruq və təpiklə vurmasını, həmin vaxt özünün xəsarətlərlə bağlı xəstəxanaya müraciət etdiyini bildirmişdir. Cinayət işinin materiallarında səhifə 128-də olan 02 yanvar 2024-cü il tarixli “Toplanmış sübutlara hüquqi qiymət verilməsi” haqqında qərardan görünür ki, müstəntiq cinayət işinin materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsim, şahidlərin ifadərini, ekspertiza rəyini sadalamaqla kifayətlənmiş, yekunda isə təqsirləndirilən şəxsin əməlinin CMÇ-nin 127.2.3 və 221.3-cü maddələri ilə tövsif edilməsi qənaətinə gəlmişdir. Cinayət işinin materiallarıda səhifə 166-167 olan məktublardan görünür ki, 10 iyun 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış sahəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Opel” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs idarə etdiyi “Kio-Rio” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hərəkət trayektoriyalarının müəyyən olunaraq istintaq orqanına təqdim edilməsi, “Cavid” adlı şəxsin müəyyən olunaraq istintaq orqanına təqdim edilməsi, Binəqədi rayonu ərazisində yerləşən “Motodrom” deyilən ərazidə baş verən hadisəni görə biləcək şahidlərin dairəsinin əməliyyat yolu ilə müəyyən olunaraq ifadələrinin alınması mümkün olmamışdır. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı aşağıdakı ziddiyyətlər müəyyən olunmuşdur. -Zərərçəkmiş şəxs 10 iyun 2023-cü il tarixdə vermiş olduğu ərizə və izahatında birbirindən fərqlənən xüsusatları bildirmişdir, ilk verdiyi ərizəsində iki nəfər şəxsin onu həm yanacaq doldurma məntəqəsində, həm də “Motodrom” deyilən ərazidə döymələrini bildirsə də, sonradan həmin iki nəfər şəxsin onu yalnız “Motodrom” deyilən ərazidə döymələrini, 10 iyun 2023-cü il tarixli izahatında isə Mənzər adlı qadının və növbə rəisinin də onu söyüb təhqir etdiyini bildirmişdir. -Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu izahat və ifadələrində sanitar qovşağından icazə alıb istifadə etdiyini bildirsə də göstərilən xüsusat öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 vermiş olduqları ifadələrində Zərərçəkmiş şəxslə Şahid1 arasında yaranan mübahisənin məhz Talehin icazəsiz olaraq personal üçün nəzərdə tutulmuş sanitar qovşağından istifadə etməsi, daha sonra xadiməçi qadını təhqir etməsi səbəbindən, Zərərçəkmiş şəxslə İbrahimov Adil arasında yaranmış olan mübahisənin də Talehin Şahid1 təhqir etməsi səbəbindən yarandığını bildirmişlər. -Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu izahat və ifadələrində, eyni zamanda məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində məhz təqsirləndirilən şəxsin yanacaq doldurma məntəqəsində söyüş söyərək onun arxasıyca gəlməsinə məcbur etməsini, onu idarə etdiyi avtomobillə təqib etməsini bildirsə də məhkəmə istintaqı zamanı göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işi üzrə Şahid1 həm cinayət işi üzrə icraat zamanı həm də vermiş olduğu izahat və ifadəsində, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində Zərərçəkmiş şəxs yanacaq doldurma məntəqəsində olarkən orada olan işçilərin onları sakitləşdirməyə cəhd etməsinə baxmayaraq Talehin sakitləşmədiyini, Nicatın getmək istəməsinə baxmayaraq ona mane olmağa çalışdığını, Nicata qarşı nalayiq ifadələr işlədərək uca səslə öz mobil telefon nömrəsini verərək ona zəng etməsini bildirməsini, söhbətlərini kənarda həll edəcəklərini bildirmişdir. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı ibtidai istintaqı aparan müstəntiq Anar Ağayarov tərəfindən 10 iyun 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış sahəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Opel” markalı **- TZ-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs idarə etdiyi “Kio-Rio” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hərəkət trayektoriyalarının müəyyən olunaraq istintaq orqanına təqdim edilməsinə dair əməliyyat tapşırığı verilsə də, həmin əməliyyat tapşırığının icrasını təmin etmək mümkün olmamışdır. Göstərilən halın dəqiqləşdirilməsi məqsədi ilə, məhkəmə istintaqı zamanı həmin məlumatların əldə edilməsi məqsədi ilə sorğu verilsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən verilmiş məktubda arxivlərin saxlama müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan əlavə cinayət işi üzrə məhkəməyədək icraat zamanı hadisənin baş vermiş olduğu “Azpetrol” yanacaq doldurma məntəqəsindən hadisənin baş verdiyi görüntülər əsas sübut növü olmasına baxmayaraq əldə edilərək cinayət işinin materiallarına əlavə edilmədiyindən məhkəmə istintaqı zamanı həmin görüntülərin əldə edilməsi məqsədi ilə sorğu verilsə də, "xxxx" MMC tərəfindən verilmiş cavab məktubunda yanacaqdoldurma məntəqələrində quraşdırılmış videomüşahidə sistemləri çəkilmiş videogörüntüləri təqribən 15-17 gün müddətində yaddaşda saxlamaq qabiliyyətinə malik olduğu, bundan sonra sonra onların avtomatik olaraq yeniləri ilə əvəzləndiklərini, videogörüntülərin xx.xx.2023-cü il tarixə aid olduğundan müvafiq videogörüntüləri təqdim etməyin mümkün olmadığı göstərilmişdir. -Zərərçəkmiş şəxs ilkin olaraq verdiyi ərizəsində iki nəfər şəxsdən birinin əlindəki taxta parçası ilə onu vurduğunu, yerə yıxıldıqdan sonra isə hər ikisinin yumruq və təpiklə onu vurmalarını bildirsə də, zərərçəkmiş şəxs qismində ifadəsi alınan zaman Təqsirləndirilən şəxs onu əlindəki taxta parçası ilə, Cavid adlı şəxsin isə onu əlindəki dəmir parçası ilə vurduğunu bildirmiş, təqsirləndirilən şəxslə aralarında üzləşdirmə aparılan zaman isə yalnəz Təqsirləndirilən şəxs onu taxta parçası ilə vurduğunu bildirmiş, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində isə Nicat adlı şəxsin onu əlindəki taxta parçası ilə, Cavid adlı şəxsin isə onu əlindəki dəmir parçası ilə vurduğunu bildirmişdir. Bundan əlavə zərərçəkmiş şəxs qismində ifadəsi alınan zaman hadisənin baş verdiyi yerdə ətrafda onları aralaşdıran şəxslərin olmamasını bildirsə də, vermiş olduğu ifadəsinin məzmununda orada olan şəxslərin onu yıxıldığı yerdən qaldırdıqlarını, onu hadisənin baş verdiyi yerdən birtəhər çəkib apardıqlarını bildirmişdir. Lakin zərərçəkmiş şəxsin göstərdiyi bu xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Binəqədi rayonu ərazisində yerləşən “Motodrom” deyilən ərazidə baş verən hadisəni görə biləcək şahidlərin dairəsinin əməliyyat yolu ilə müəyyən olunaraq ifadələrinin alınması üçün istintaq orqanına təqdim olunmasına dair göstəriş verilsə də, hadisəni real görə bilən həmin şəxslərin dairəsi ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməmiş, onların şahid qismində ifadələri alınmamış, zərərçəkmiş şəxsin ifadəsində qeyd etdiyi kimi onların həqiqətən taxta parçasından və dəmir parçasından istifadə edərək zərərçəkmiş şəxsə xəsarət yetirib-yetirməməsi aydınlaşdırılmamış, zərərçəkmiş şəxsin vermiş olduğu izahat və ifadələri, üzləşdirmə zamanı vermiş olduğu ifadələri arasında olan ziddiyyətlər aaradan qaldırılmamış təqsirləndirilən şəxsin və digər şəxsin zərərçəkmiş şəxsə taxta parçası və dəmir parçası ilə xəsarət yetirməsini təsdiq edəcək sübutlar cinayət işinin materiallarına əlavə edilməmişdir. Belə ki, məhkəmə istintaqının nəticələrindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı CM-in 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmişdir, özünü yalnız zərərçəkmiş şəxsə xəsarət yetirilməsi hissəsində təqsirli bilmişdir. Qeyd edilənlərə əsasən də məhkəmədə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə “Azpetrol” yanacaq doldurma məntəqəsində xadiməçi işləyən qadın Şahid1 arasındakı mübahisə məhz Zərərçəkmiş şəxs Şahid1 ona personal üçün nəzərdə tutulmuş sanitar qovşağından istifadə etməməsini bildirməsi, buna baxmayaraq Zərərçəkmiş şəxs həmin sanitar qovşağından istifadə etməsi, oradan çıxdıqdan sonra Mənzərin Talehə irad bildirməsi, cavabında isə Zərərçəkmiş şəxs Şahid1nə alçaldıcı ifadələrlə təhqir etməsi səbəbindən yaranmışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Adil oğlu əvvəllər birbirini tanımamışlar.Həmin vaxt sanitar qovşağının qarşısında olan Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs yaşlı, orada xadimə işləyən qadını təhqir etməsi səbəbindən öz vətəndaşlıq borcunu yerinə yetirərək irad bildirdiyindən Zərərçəkmiş şəxs bu dəfə də Təqsirləndirilən şəxs ilə mübahisə etməyə başlamış, ilk olaraq ona “kəllə ilə zərbə endirmiş”dir. “Azpetrol” yanacaq doldurma məntəqsində olan şəxslərimn onları sakitləşdirməyə cəhd etməsinə baxmayaraq Zərərçəkmiş şəxs sakitləşməmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili təqib etmiş, avtomobildən düşdükdən sonra onlar arasında yenidən mübahisə yaranmışdır. Yəni, təqsirləndirilən şəxslərin xuliqanlıq niyyəti olmamışdır. Nəzərə alsaq ki, xuliqanlıq subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir və təqsirkar şəxs ictimai qaydanı kobud surətdə pozduğunu, cəmiyyətə açıqca hörmətsizlik etdiyini, habelə CM-in 221-ci maddəsində nəzərdə tutulan xuliqanlıq hərəkətlərini törətməsini dərk edir və bunu arzu edir. Hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindən xuliqanlıq niyyətinin olmamasını, anası da xadimə işlədiyindən Zərərçəkmiş şəxs yaşlı, xadimə qadını alçaldəcı ifadələrlə təhqir etdiyindən ona irad bildirməsini, ilkin olaraq Talegin ona kəllə ilə zərbə vurmasını, daha sonra onun idarə etdiyi avtomobili təqib etdiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndinə görə ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Qeyd olunanlardan məhkəmə belə qaənətə gəlir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş hadisə məhz zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlamışdır. Belə olan halda əməlin xuliqanlıq kimi tövsifi yolverilməzdir. Çünki Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, yəni şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və sair törədilən hərəkətlər xuliqanlıq kimi tövsif edilə bilməz. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs xuliqanlıq cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Belə ki, CM-in 221.1-ci maddəsinin mənasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan əməldir. Bu isə o deməkdir ki, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Digər tərəfdən xuliqanlıq şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunur. Ona görə də xuliqanlığın əlavə obyektini insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Qeyd olunan əməl üzrə xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalı, yəni başqa sözlə desək xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bununla yanaşı yuxarıda qeyd olunanlardan göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.3-cü maddələri ilə ittiham elan edərkən ittihamın əsasını yalnız zərərçəkmiş şəxsin verdiyi ifadələri təşkil etmişdir ki, həmin ifadələr arasında kəskin ziddiyyətlər olmuşdur. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Cinayət-Prosessual qanunvericiliyin tələblərinə görə təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasina dair" 29 yanvar 2004cü il tarixli Qərarında göstərilir ki, təqsirləndirilən şəxsin özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsinə dair konstitusiya norması ədalətli məhkəmə baxışını, fərdin azadlıq konstitusiya hüququnu, təqsirsizlik prezumpsiyasını, şəxsi toxunulmazlığı təmin edən mühüm təminatlardan biridir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə görə də hər kəs ona qarşı irəli sürülən hər hansı bir ittihama baxılması zamanı tam bərabərlik əsasında digər təminatlarla yanaşı, özünə qarşı ifadə verməyə və ya təqsirini boynuna almağa məcbur edilməməlidir. Həmin Qərarda qeyd edilir ki, özünə qarşı ifadə verməyə məcbur edilməmək hüququ şübhəli və ya təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməyə məcbur edilməsinin qarşısını almağın mühüm təminatıdır. Lakin bu hüquq mütləq deyil, onun hədləri hər bir konkret halda fərdin, cəmiyyətin və dövlətin maraqları arasında dəqiq və ədalətli balans əsasında müəyyənləşdirilməlidir. Hadisənin baş verməsinə səbəb olan şəxsin hərəkətlərində (yaxud hərəkətsizliyində) cinayət tərkibi olarsa, bir qayda olaraq cinayət işinin başlamasından sonra şəxsin statusundan asılı olaraq müvafiq cinayət-prosessual hüquqları, o cümlədən özünə qarşı ifadə verməmək hüququ yaranır və bu hüquqlar cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. X5 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bununla da yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə heç bir dəlilə istinad edilməmiş və iş materiallarında olan sübutlar təqsirləndirilən şəxsin həmin əməllərə görə təqsirli bilinməsi üçün kifayət etmir, eləcə də məhkəmədə təqsirləndirilən şəxs tərəfindən qeyd edilən cinayət əməllərinin törədilməsinə dair ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar təkzib edilmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı ittiham tərəfi tərəfindən ibtidai istintaq orqanının gəldiyi nəticəni təsdiq edən sübutlar təqdim edilməmişdir. CPM-in 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. CPM-in 42.2-ci maddəsinə əsasən Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 221.3-cü maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, cinayət işinə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qəsdən sağlamlığa az ağır zərər vurmaya dair cinayət tərkibinin olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilsə də, məhkəmə istintaqı zamanı sonuncunun əməlində xuliqanlıq hərəkətinin olmaması müəyyən edilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs əməlinin 127.2.3-ci maddəsi ilə tövsif edilə bilməz. CM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 37-ci bəndində göstərilir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Həmin qərarın 38-ci bəndinə əsasən təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Yuxarıda qeyd edilənlərə və qanunvericiliyin tələblərinə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində xuliqanlıq hərəkətinin olmaması müəyyən edilərək həmin maddə ilə ona bəraət verilməsi qənaətinə gəldiyindən Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddə ilə elan edilmiş əməli CM-nin 127.1-ci maddəsinə tövsif edilməlidir.Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 127.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1-i axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 03 noyabr 2023-cü il tarixdə məhdudlaşdırılmış, 03 noyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar müdafiəçisinin iştirakı ilə elan olunmuş, ittihamın mahiyyəti izah edilmiş və qərarın surəti təqdim edilmişdir. Daha sonra 03 noyabr 2023-cü il tarixdə saat 13:55-dən 14:35-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir. Bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə Binəqədi rayon prokurorluğuna müraciət edilmiş, 04 noyabr 2023-cü il tarixli qərar ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 03 noyabr 2023-cü il tarixdən 04 noyabr 2023-cü il tarixədək təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 45(qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 45(qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45(qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs həmin hissədə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Nəsimi rayonu, Neftçilər prospekti ev 145, mənzil 135-i axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45(qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-243/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-243/2024
19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver