Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-245/2021 21.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Abşeron rayonu, Fatmayı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, 12 yanvar 2021-ci il tarixdə saat 07:30 radələrində özünə məxsus, ayıq vəziyyətdə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21074 markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə M.Rəsulzadə qəsəbəsi istiqamətində saatda 50 km. sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin qaydaları pozaraq və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək idarə etdiyi VAZ-21074 markalı ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu, Azadlıq prospekti, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasının qarşısında yolu soldan sağa keçən piyada X3 avtomobilin qabaq hissəsi ilə vurub ehtiyyatsızlıqdan sağ körpücük sümüyünün qapalı sınığı, sağ baldır sümüklərinin qapalı sınığı, sağ və sol bud sümüklərinin qapalı sınıqları, sağ və sol qasıq və oturaq sümüklərinin qapalı sınıqları ilə müşayiət olunan bel və aralıq nahiyələrinin qançırları, sağ və sol dirsək oynağı nahiyəsinin, sağ bazu nahiyəsinin, ağız bucağının sıyrıqları, sol said nahiyəsinin, sol əlin barmaqlarının, sağ əlin İİ, İİİ, İV və V barmaqlarının qançırları ilə nəticələnən dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan, 22 yanvar 2021-ci il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasında S.N.Eyvazovanın sağ körpücük sümüyünün, sağ baldır sümüklərinin, sağ və sol bud sümüklərinin, hər iki qasıq və oturaq sümüklərinin sınıqları nəticəsində inkişaf edən travmatik şok nəticəsində ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir. Bir beçə ildir ki, qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus olan 2006-cı il buraxılışlı VAZ 21074 markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Avtomobili texniki cəhətdən saz vəziyyətdədir. Özü ümumiyyətlə spirtli içki qəbul etmir. Yaşadığı Fatmayı kəndində iri buynuzlu heyvan saxlayır. Süd və qatığını isə sataraq dolanır. 12 yanvar 2021-ci il tarixdə saat 05 radələrində yaşadığı Fatmayı kəndindən Papanin adlanan əraziyə süd aparıb satmaq üçün özünə məxsus olan VAZ 21074 markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək hərəkətə başlamışdır. Südü deyilən ünvana çatdırıb yaşadığı evə getmək üçün Binəqədi rayonu Azadlıq prospekti ilə üzü Rəsulzadə qəsəbəsi istiqamətində saat 50 km. surətlə hərəkət etmişdir. O, Azadlıq prospekti ilə əsas yolla hərəkət edib işıqforun yaşıl işığında hərəkətinə davam edib Dövlət Miqrasiya Xidmətinə tərəf yaxınlaşan zaman avtomobilinin qabaq orta hissəsi ilə yolu soldan sağa keçən piyadanı ehtiyyatsızlıqdan vurmuşdur. O, yalnız zərbə səsi eşidən zaman bilmişdir ki, adam vurmuşdur. Belə ki, çatdırıb əyləc pedalına belə basa bilməmişdir. Dərhal avtomobilini saxlayaraq həmin vurduğu şəxsə yaxınlaşmışdır. Həmin şəxs təxminən 60- 70 yaşında olan qadın olmuş, huşsuz vəziyyətdə yerdə uzanmışdır. O, ətrafda olan şəxslərin köməkliyi ilə həmin qadını avtomobilinə əyləşdirərək əvvəlcə Məlikov adına 6 saylı xəstəxanaya aparmış, lakin onu qəbul etməmişlər. Daha sonra isə o, vurduğu piyada qadını Respublika Xəstəxanasına apararaq təcili tibbi yardım göstərilməsini təmin etmişdir. Həmin qadının adı X4r. 12.01.2021-ci il tarixdə Səriyə Eyvazova Respublika Xəstəxanasında vəfat etmişdir. Hadisə vaxtı yol örtüyü asfalt, düz, quru olsa da, hava şəraiti dumanlı, nəmişli, qaranlıq olmuşdur. Hadisə vaxtı avtomobildə ayıq vəziyyətdə, tək olmuş və yük olmamışdır. Həmin piyada qadın yolu soldan sağa doğru keçmək istəmiş, onun hansı addımlarla hərəkət etməsini görməmiş, avtomobili saatda 50 km. surətlə idarə etmişdir. O, həmin piyadanı hadisə baş verənədək 3 metr məsafədən görmüşdür. O, əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi baş vermiş hadisə ilə əlaqədar onu bağışlamışdır, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Mərhumun müalicəsi və dəfni ilə əlaqədar xərcləri qarşılamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X6 onun anasıdır. 12 yanvar 2021-ci il tarixdə saat 07 radələrində anası xadimə işlədiyi Nəsimi RPİ-nin 21-ci PB-nə getmək üçün yaşadığı M.Rəsulzadə qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 19 ünvanında yerləşən fərdi yaşayış evindən çıxıb Binəqədi rayonu, Azadlıq prospekti Dövlət Miqrsaiya İdarəsinin inzibati binasının qarşısında piyada yolu keçən zaman VAZ- 21074 markalı ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə ehtiyyatsızlıqdan onu vuraraq xəsarət yetirmişdir. Bundan sonra həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs anası Səriyəni Respublika Xəstəxanasına çatdırıb tibbi yardım göstərilməsi üçün bütün imkanlarından istifadə etsə də anası Səriyə Eyvazova almış olduğu xəsarətlərdən 22.01.2021-ci il tarixdə Respublika Xəstəxanasında vəfat etmişdir. Təqsirləndirilən şəxs Əiiağa oğlunu əvvəllər tanımamış, hadisədən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs VAZ-21074 markalı ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsüdür. Hal-hazırda o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, müalicə və yas tədbirləri ilə xərcləri təqsirləndirilən şəxs tərəfindən qarşılanmışdır. Hadisənin ehtiyatsızlıqdan baş verdiyini başa düşərək bu qərara gəlmişdir. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22.01.2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan AC seriyalı, 235375 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 19.10.2027-ci il tarixədək etibarlı olan “BC” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan AD seriyalı, 037327 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074” minik markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarında olan 12.01.2021-ci il tarixli, 2/741 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur, ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25.01.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında” 09.02.2021-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X6 yol-nəqliyyat hadisəsi nəticəsində öldüyündən onun qızı X8 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 22.01.2021-ci il tarixli 15 saylı ekspert rəyindən görünür ki, mərh.S.N.Eyvazova 12.01.2021-ci il tarixdə saat 11:30-da Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasına “Sağ baldır və sol budun sınıqları” diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən ümumi vəziyyəti ağır, şikayətləri hər iki aşağı ətrafda deformasiya və ağrıların olmasındandır. Nəbzi ritmik, zəif dolğunluqda olub, 1 dəqiqədə 96 vurğudur. A/T 80/50mm.c.st-dur. 12.01.2021-ci il tarixdə xəstə reanimasiya şöbəsinə verilmişdir. 12.01.2021-ci il tarixdə sağ bazu oynağı nahiyəsinin rentgenoqrammasında sağ körpücük sümüyünün yerdəyişmiş sınığı qeyd olunur. Sağ baldırın iki proyeksiyalı rentenoqrammasında baldır sümüyünün yuxarı 1/3-nin və epifizinin yerdəyişmiş, qəlpəli sınığı qeyd olunur. Sol budun və bud-çanaq oynaqlarının 13.01.2021-ci il tarixdə çəkilmiş rentgenoqrammalarında sol budun orta 1/3-nin yerdəyişmiş sınığı, sağ bud sümüyünün burmalararası qəlpəli sınığı, hər iki qasıq sümüyünün sınığı təyin edilir. 22.01.2021-ci il tarixdə xəstənin vəziyyəti çox ağır olaraq qalmış, huşu koma İİİ tipində pozulmuşdur. Tənəffüsü STA aparatı vasitəsilədir. A/T 95/40mm.c.st-dur. Nəbzi 1 dəqiqədə 110 vurğudur. Ürək tonları karlaşmışdır. 22.01.2021-ci il tarixdə saat 12.45-də xəstənin halı ağırlaşmış, xəstədə ürək dayanması baş vermişdir. Aparılan reanimasion tədbirlərə baxmayaraq saat 13:10-da xəstədə bioloji ölüm qeyd alındı. Ölümün səbəbi poliorqan çatışmazlığı. Sağ baldır və sol bud sümüyünün sınığı. Qapalı kəllə-beyin travması. Travmatik şok. Klinik diaqnoz: Sağ körpücük, budun burmaaltı nahiyəsinin və baldır sümüklərinin yuxarı 1/3-nin, sol budun orta 1/3- nin, hər iki qasıq sümüklərinin qapalı sınıqları. Travmatik şok İİİ dərəcə. Mərh. S.N.Eyvazovanın meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - sağ körpücük sümüyünün qapalı sınığı; - sağ baldır sümüklərinin qapalı sınığı; - sağ və sol bud sümüklərinin qapalı sınıqları; - sağ və sol qasıq və oturaq sümüklərinin qapalı sınıqları il müşayiət olunan bel və aralıq nahiyələrinin qançırları; - sağ və sol dirsək oynağı nahiyəsinin, sağ bazu nahiyəsinin, ağız bucağının sıyrıqları; - sol said nahiyəsinin, sol əlin barmaqlarının, sağ əlin İİ,İİİ,İV və V barmaqlarının qançırları. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün RKX-na müraciət etdiyi 12.01.2021-ci il saat 11:30-dan bir qədər əvvəl əmələ gəlmişdirlər və ağır dərəcəli travmatik şokla müşayiət olunduqlarından ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərh. S.N.Eyvazovanın meyitində aşkar olunmuş sağ və sol dirsək çuxurlarının, sağ said nahiyəsinin nöqtəşəkilli yaracıqları həmin nahiyələrdə yerləşən venoz damarlara iynə vurulması nəticəsində əmələ gəlmişdirlər. Mərh. S.N.Eyvazovanın bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 12.01.2021-ci il tarixdə hərəkətdə olan minik avtomobilinin piyadanı vurması nəticəsində əmələ gelə bilərdilər. Mərh. S.N. Eyvazovanın ölümü 22.01.2021-ci il tarixdə saat 13:10-da Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasında baş vermişdir. Mərh. S.N.Eyvazovanm ölümünə səbəb sağ körpücük sümüyünün, sağ baldır sümüklərinin, sağ və sol bud sümüklərinin, hər iki qasıq və oturaq sümüklərinin sınıqları nəticəsində inkişaf edən travmatik şok olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.04.2021-ci il tarixli, 8/567 saylı ekspert rəyindən görünür ki, VAZ-21074” markalı 10ZU871 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən məlum olur ki, 05.04.2021-ci il tarixli, 8/567 saylı ekspert tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi barədə” 21.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında “Sübutların qiymətləndirilməsi haqqında” 21.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması, “VAZ-21074” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və saxlanması üçün sahibinə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X2 ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışlar. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu təqsirləndirilən və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspert rəyləri eləcə də cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 7 oktyabr tarixli 2 nömrəli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, onun törətmiş olduğu cinayəti könüllü etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ailəsinə maddi yardım göstərməsini cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssəsində çəkməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab №-AZ34CTRE********************, X5, KOD210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ 013601**********3944, SWİFT- BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut “VAZ-21074” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 05.05.2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində cinayət işinin materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 60 manat (“xxxx” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssiəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli müəssisəyə qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005 VÖEN ********** Muxbir hesab AZ 85NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 60 manat (“xxxx” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h- AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübut “VAZ-21074” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-245/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-245/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver