Məhkəmə qərarları › İş №1(001)-245/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-245/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-245/2022 13.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X6 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: “Hümbətov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, xx.xx.1984-cü il tarixdə Ermənistan SSR, Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində yanğından mühafizə üzrə böyük inspektor vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və hazırda barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 29,178.2.3, 29,178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə 501-K nömrəli əmrlə Penitensiar Xidmətin Mühafizə alayının komendant bölüyünün taqım komandiri vəzifəsində, xx.xx.2019-cu il tarixdən isə Penitensiar Xidmət üzrə 1228 ş/h nömrəli əmrlə 16 saylı cəzaçəkmə müəssisəsinin böyük inspektoru (yanğından mühafizə üzrə) vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2018-ci ildə Bakı şəhərində tanış olduğu Qəbələ rayon sakini Şahid5 Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, meşə ərazisi olmaqla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən Meşələrin İnkişafı Xidmətinin tabeliyində olan X14 Təsərrüfatı Mərkəzinin balansında olan, “Su tayı” istirahət mərkəzinin və mərkəzin yerləşdiyi 0,80 ha ərazinin 10 il müddətinə onun adına yenidən icarə müqaviləsi bağlanaraq icarəyə verilməsi, həmçinin məhkəmələrdə həmin mərkəzlə əlaqədar baxılan mülki işlərlə bağlı xeyrinə qərar çıxarılmasında köməklik göstərilməsinə dair 2019-cu ilin fevral ayında özünə müraciəti ilə əlaqədar həmin ayın ortalarında Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında Şahid5la görüşləri zamanı sonuncuya guya özünün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələrinin, həmçinin müvafiq məhkəmələrdə hakim vəzifəsində işləyən tanışlarının olmasını, həmin əlaqələrindən istifadə edərək Şahid5 adına, vaxtilə icarəsində olmuş “Su tayı” istirahət mərkəzinin və mərkəzin ətraf ərazisinin yenidən 10 illik müddətinə müqavilə bağlanaraq ona icarəyə verilməsinə nail olacağını, həmçinin məhkəmədə Şahid5la sonuncunun qardaşı Azər Rəhimov arasında olan mülki mübahisələrin də Şahid5 xeyrinə həll edilərək məhkəmə tərəfindən onun xeyrinə qərar çıxarılacağını yalandan vəd verib, qeyd edilən məsələlərin müsbət həlli üçün yaxın münasibətdə olduğu həmin Nazirliyin və məhkəmələrin səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 15.000 (on beş min) manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirməklə görəcəyi işlə bağlı özünə inam yaradaraq, Şahid5la razılaşmaqla sövdələşib, həmin adla 2019-cu ilin fevral ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında Şahid5 inandırmaq üçün şəxsiyyət vəsiqəsinin, “Su tayı” istirahət mərkəzi ilə bağlı adına olmuş əvvəlki icarə müqaviləsinin surətlərini, habelə 15.000 (on beş min) manat məbləğində pul vəsaitini alıb, bundan sonra, eyni niyyətlə, 2019-cu ilin fevral ayının sonlarında Şahid5 istifadəsində olan ***-***-**-**, ***-***-**-** mobil telefon nömrəsi ilə istifadəsində olan ***-***-**-** mobil nömrə ilə əlaqə saxlayıb qeyd edilən niyyətlə rüşvət qismində verilməsi üçün əlavə olaraq 2.000 (iki min) manat pul vəsaitinin verilməsinin zəruri olmasını yalandan bildirərək onunla sövdələşib həmin tarixdə sonuncudan Qəbələ rayonu, Vəndam qəsəbəsinə yerləşən, əvvəlki adı “Girvə”, hazırki adı “Vəndam” olan restoranda görüşüb 2.000 (iki min) manat pul vəsaitini alıb, habelə, eyni niyyətlə, 2019-cu ilin aprel ayında Şahid5la qeyd edilən mobil telefon vasitəsi ilə yenidən əlaqə saxlayıb həmin məsələlərin həll edilməsi üçün rüşvət qismində verməkdən ötrü əlavə olaraq 5.000 (beş min) manat pul vəsaitinin verilməsinin zəruri olmasını yalandan bildirərək onunla sövdələşib həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Şamaxinka adlanan ərazidə, “Lukoil” yanacaq doldurma məntəqəsində Şahid5 övladı Şahid2 vasitəsi ilə göndərdiyi 5.000 (beş min) manat pul vəsaitini sonuncudan alıb, eyni niyyətlə, 2019-cu ilin may ayında Şahid5la qeyd edilən mobil telefon vasitəsi ilə əlaqə saxlayıb həmin məsələlərin həll edilməsi üçün rüşvət qismində verməkdən ötrü əlavə olaraq 5.000 (beş min) manat pul vəsaitinin verilməsinin zəruri olmasını yalandan bildirərək onunla sövdələşib həmin tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən hərbi hissənin yaxınlığında sonuncunun övladı Şahid2 vasitəsi ilə göndərdiyi 5.000 (beş min) manat pul vəsaitini sonuncudan alıb, eyni niyyətlə, 2019-cu ilin iyun ayında Şahid5la yenidən qeyd edilən telefon vasitəsi ilə əlaqə saxlayıb həmin məsələlərin həll edilməsi üçün rüşvət qismində verməkdən ötrü əlavə olaraq 10.000 (on min) manat pul vəsaitinin verilməsinin zəruri olmasını yalandan bildirərək onunla sövdələşib həmin tarixdə sonuncunun Bakı şəhərinə tanımadığı taksi ilə göndərdiyi həmin pulun bir hissəsi olan 6.000 (altı min) manat pul vəsaitini alaraq ümumilikdə 2019-cu ilin fevral-iyun ayları ərzində qeyd edilən niyyətlə əldə etdiyi Şahid5 məxsus 33.000 manat pul vəsaitini özünün şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid5 məxsus cəmi 33.000 (otuz üç min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmiş, sonradan Şahid5 hər hansı sənədləşdirmə işlərinin aparılmamasını və aldadılmasını görüb qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid5 məxsus 37.000 (otuz yeddi min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Lakin məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 29,178.2.3, 29,178.2.4 və 32.4, 312.1-ci maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyib iş üzrə verdiyi ifadələrində göstərmişdir ki, 2005-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində mülki müdafiə və yanğından mühafizə üzrə böyük inspektor vəzifəsində işləmişdir. Vəzifə təlimatına uyğun olaraq fəaliyyəti cəzaçəkmə müəssisəsində yanğından mühafizə qaydalarına nəzarət etməkdən ibarət olmuşdur. Qəbələ rayonu, Vəndam qəsəbə sakini Şahid1 tanımır, həmin şəxslə görüşməmiş və heç bir münasibəti də olmamışdır. Şahid1 atası Şahid5 da çox yaxından tanımır. Belə ki, həmin şəxsi, yəni Şahid5 bir dəfə təxminən 2017-ci ildə Bakı şəhərində Zümrad adlı əmisi qızının yanında görmüşdür, daha sonra isə Qəbələdə qonaqlıq verdiyi zaman ikinci dəfə görmüşdür. Yəni bu təsadüf nəticəsində baş vermişdir. Zümrad dərzi işləyir və o, tez-tez həmin xanımın işlədiyi yerə gedərək özünə xidməti forma tikdirir. Şahid5 da məhz Zümradın yanına paltar tikdirmək üçün gedən zaman təsadüf nəticəsində görmüş, qısaca olaraq salamlaşıb, ümumi söhbətlər etmişlər. Daha sora Zümrad ona zəng edərək, Ramilə əlaqə nömrəmi verməsini və ona məsləhət verməyimi xahiş etmişdir. Ramil elə həmin gün ona zəng etdi. Onun həyatı elə məhkəmə proseslərindən ibarət olmuşdur. Məhkəmə prosesləri 2017-ci ildən 2019-cu ilədək davam etmişdir. Əgər səsini şübhələndiyi üçün yazırdısa nəyə görə o 5 il ərzində şikayət etməmişdir. Zümrad xanım iddia edir ki, Şahid5 ona borclu olduğundan borcunu qaytarmışdır, o isə bu barədə heç kimə heç nə deməmişdir. Ramil ona zəng edən zaman filan yerdə, filan məhkəmədə işi olduğunu bildirmiş, ondan nə edə biləcəyini soruşmuş, işin gedişi ilə bağlı məsələhətlər istəmişdir. O, isə ona bildiyini demiş, lakin heç vaxt Ramildən pul alaraq onun xeyrinə iş həll etməmişdir. Şahid5 uşaqlarını məhkəmə icra işi ilə bağı görmüşdür, əvvəllər onları tanımamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zümrad xanım Şahid5 ona əmioğlusu kimi təqdim etmiş və zəng edəndə məsləhət verməsini xahiş etmişdir. Qəribə israrcı adam olduğunu, adama 5-10 dəfə dalbadal zəng etdiyini qeyd etmişdir. Zəng edərkən qardaşı ilə aralarında məhkəmə mübahisəsi olduğunu və bununla bağlı məsləhət istədiyini bildirirdi. Mülki işləri ilə bağlı ümumi məlumatı olduğunu qeyd etmişdir. Ola bilər ki Ramil ondan haçansa məhkəmədə tanışı olub-olmamasını soruşmuş, o isə cavabında olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs kiminsə kiməsə pul verdiyini eşitmədiyini qeyd edərək xüsusi olaraq vurğulamışdırki, Şahid5 pula görə qardaşını öldürmüş, əmioğlusunu isə güllələmişdir. Şahid5 necə biri olduğunu sonradan anladığını və Zümrad xanıma verdikləri pulu almaq üçün belə bir səhnə qurduqlarını, penitensiar xidmət işçisi olduğunu bildikləri üçün şikayəti məhz onun barəsində etdiklərini güman etdiyini qeyd etmişdir. Həmçinin o qeyd etmişdir ki, iş üzrə aldığ iddia edilən məbləğ müstəntiq tərəfindən aldadılmış qardaşı tərəfindən ödənilmişdir. Həqiqətən də ona qarşı iddia edilən əməli törətmiş olsaydı, ibtidai istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilənə qədər tələb edilən məbləği ödəyib canını onlardan qurtara bilərdi. Buna həm maddi imkanı, həm də fiziki imkanı çatırdı. Lakin üzləşdiyi böhtanla razılaşmadığı və özünün təqsirli bilmədiyi üçün sona qədər ziyanı ödəməkdən imtina etmişdir. İxtisasca hüquqşünas olduğunu və bu səbəbdən də ondan məsləhət istənildiyini qeyd etmişdir. Şahid5 oğulları ilə Bakıda görüşmədiyini bildirmiş, ola bilsin ki Təqsirləndirilən şəxs Qəbələdə olarkən onlara məxsus istirahət zonasında onlara qulluq edərkən oğlu onu orada görmüşdür. Qeyd etmişdir ki, əgər o dələduzluq edirdisə o zaman nəyə görə Qəbələdə Şahid5 ona qonaqlıq verirdi?! Ümumiyyətlə, Şahid5 mülki işlərdə “guya pullar xərcləməsi” barəsində ibtidai istintaq zamanı araşdırma gedərkən bildiyini o vaxta qədər belə bir mübahisədən məlumatı olmadığını vurğulamışdır. Həmçinin məhkəmə istintaqı zamanı iş materiallarında olan maddi sübut kimi tanımış 1 ədəd CD diskə baxış keçirilən zaman içərisində olan 4 ədəd səs yazısına aid qeyd etmişdir ki, həmin səs yazısındakı danıqların Şahid5la aparıldığını, həmin danışıqların hansı tarixdə aparıldığını xatırlamadığını lakin hazırki mübahisəyə aidiyyəti olmadığını bildirmişdir. O əlavə etmişdir ki, həmin danışıqlarda Şahid5 ondan pula ehtiyacı olduğundan borc axtardığını və bu barədə Təqsirləndirilən şəxs ona kömək etməyini xahiş etdiyini bildirmişdir. Lakin konkret olaraq söhbətlərin nəilə bağlı olduğunu xatırlamasa da bu işə aid olmadığını dəqiq bildiyini qeyd etmişdir. Şahid1 dediklərinin yalan olduğunu bildirmişdir. Həmçinin 2019-cu il tarixdə “Passat” markalı avtomobili olmamışdır. Təxminən 2000-ci illərin əvvəllərində “Passat” markalı maşını olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ifadəsində qeyd etmişdir ki, bəlkə də ola bilsin ki, Şahid5 istifadəsində olan ***-***-**-** saylı və ***-***-**-** saylı telefon nömrəsi, həmçinin Şahid3 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi, Şahid2 istifadəsində olan ***- ***-**-** saylı telefon nömrəsi ilə onun istifadə etdiyi ***-***-**-** saylı telefon nömrəsinə zəng etmişlər, mesaj yazmışlar. Lakin artıq bunu xatırlamır, ona görə də bir söz deyə bilməz. Amma qətiyyətlə cinayət işi üzrə günahı olmadığını, ona qarşı irəli sürülən ittihamın nə şəxsiyyətinə nə də ailəsinə layiq olmadığını, belə bir əməl etmiş olsaydı vəzifə itirməkdən, o cümlədən cəmiyyətdə rüsvay olmamaq üçün tələb edilən pulu ödəyib canını qurtaracağını bildirmişdir. Odur ki, məhkəmədən təqsirli olmadığı üçün barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınmış Şahid5 ifadəsində bildirmişdir ki, Şahid1 onun oğludur. İlk öncə onun belə bir müraciətdən məlumatı olmamışdır, daha sonra ibtidai istintaqın gedişində işdən xəbərdar olmuşdur. O,mübahisənin bu yerə gəlməsini heç istəmədiyini, uşaqlarıının tələsdiyini, Təqsirləndirilən şəxs onu aldatmaq niyyətinin olmadığını güman etdiyini qeyd edərək təssüf hissini bildirmişdir. Sonradan uşaqlarının Rasifdən ya müqaviləni, ya da pulu geri istədiklərini bildiyini, amma əslində işin bu yerə çatmasını heç istəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə tanışlığının 2019-cu ilə təsadüf etdiyini, məhlə qızı Zümrad xanım vasitəsi ilə tanıdığını bildirmişdir. Zümradın atası ilə onun atasının qohumluq əlaqələri olduğunu, eyni restoran probleminin Zümrad xanımda da olduğunu, Zümrad xanımın qohumlarının toyunda Zümradın ona yaxınlaşaraq “eşitmişəm başına iş gəlib..tanış var məsləhət istəsən deyərəm..Bilirəm ki, məhkəmə işin var” deyə onunla bu məzmunda söhbət etmişdir. Zümrad xanıma qardaşlarıları ilə problemi olduğunu, başına oun gəldiyini, müqavilə almaq istədiyini bildrimişdir. Toydan 5-10 gün keçdikdən sonra Zümrad ona müqavilə alağa köməklik edə biləcək Rasif adlı tanışının olduğunu bildirmişdir, Rasiflə heç bir qərəzi olmadığıı, 3-4 dəfə çörək kəsdiklərini, aralarında pul söhbəti olduğunu, ondan heç bir şikayəti olmadığını, hətta Rasifin dostu ilə birlikdə Qəbələyə gələn zaman 1 dəfə qonaq etdiyini də bildirmişdir. Hadisənin bu həddə gəlib-çıxmasına özünün də təccübləndiyini və Təqsirləndirilən şəxsla salam-sağolu olduğunu qeyd etmişdir. O, həbs edildikdən sonra çöldə işi alınmadığından uşaqlarının pul tələb etdiyini, uşaqların isə Rasifdən ya pulu, ya da müqaviləni tələb etmişlər. Deyədən Təqsirləndirilən şəxs da uşaqlara bildirmişdir ki ya pul görməyib, ya da atasını tanımır. Dəqiq nə deyildiyini bilmir. Uşaqlar da acıq edib Korrupsiya idarəsinə müraciət etmişdirlər. Əslində uşaqların məsələni bu həddə çatdırmamalı olduğunu, Təqsirləndirilən şəxs da səhvliyə yol verib onu tanımadığını deməməli idi. İş düzəlmirdisə pulu qaytarmalı və işi bu həddə çatdırmamılı olduğunu bildirmişdir. Məhkəmə istintaqında verilmiş sullara cavab olaraq qeyd etmişdir ki, bir gün Şahid4 ona zəng edərək 15000 manat pul müqabilində ona kömək edə biləcəyini bildirmişdir. Şahid4 Neftçilər metro stansiyasından bir az yuxarıda iş yeri olduğunu və onun Zümradın çağırışı ilə oraya tək getdiyini, 15 dəqiqə keçdikdən sonra Rasifin oraya gəldiyini qeyd etmişdir. Həmin vaxta qədər Rasifi tanımadığını, görmədiyini bildirmişdir. Rasifin oturmadığını elə Zümradın iş yerində otaqda ayaq üstə Zümrad xanımın yanında pulu sayıb getdiyini qeyd etmişdir. 15—20 gün keçdikdən sonra bazarda görüşdüklərini, Qəbələdə yerləşən Girvə restoranına gələrək çay içdiklərini, 2000 manat pulu da həmin vaxt verdiyini bildirmişdir. Sonra 5000 manat,daha sonra yenə də 5000 manat vermişdir. Ali məhkəməyə kassasiya şikayətini özü verdiyini qeyd etmişdir. Qardaşı ilə aralarında olan məhkəmə mübahisəsi ilə bağlı qeyd etmişdir ki, Telman 400 min ABŞ dolları pul verdiyi, onun xeyrinə qərar çıxarılacağı, apellyasiya şikayətinin təmin olunacağını, işin yenidən araşdırılması üçün Şəki apellyasiya məhkəməsinə göndərildiyini bildirmişdir. Təqsirləndirilən şəxsla tanış olanda işi artıq Ali məhkəmənin icraatında olmuşdur. Elə buna görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi onunla müqavilə bağlamırdı. Onlar ərazi üzrə məhkəmə mübahisəsi olduğu üçün müqavilə bağlamırdılar. 15000 manat məbləğdə pulu müqavilə üçün verdiyini qeyd etmişdir. Ali məhkəmədə işin yenidən araşdırılması üçün Şəki apellyasiya məhkəməsinə qaytarıldığını göstərmişdir. Həmin vaxt Şahid4 ona zəng edərək bildirmişdir ki, 5000 manat da pul lazımdır və Ədalətə zəng edib hansısa bankdan pul götürməsini istədiyini, 3500 manat Ədalətin pul götürdüyünü, 1500 manatı isə taksi sürücüsü ilə Ədalətə göndərdiyini bildirmişdir. Ədalət də həmin pulu Təqsirləndirilən şəxs vermişdir. 5-10 gün keçdikdən sonra xəbər göndərdilər ki, 5000 də lazımdır. İmkanı olmadığını kimya müəllimi olan oğlu İsmayılı Kapital banka göndərdiyini, Kapital bankdan 5500 manat götürdüyünü, 5000 manatı Ədalət işdə olduğundan Natiqə göndərmişdir. Apellyasiya instansiyası qeyd etmişdir ki, 3 gün sonra qərarı verəcəkdirlər. Bundan sonra şübhələnmiş və məhkəmədən çıxan kimi Rasifə zəng etdiyini, “deyəsən məni əla salıblar” dediyini bildirmişdir. Həmin vaxt 6230 markalı mobil telefon işlətdiyini səs yazmaq üçün daha yaxşı telefon götürdüyünü bildirdi. Şəki Apellyasiya məhkəməsinin qərarının onun xeyrinə bitdiyini bildirmişdir. Daha sonra qardaşı Telman həmin qərardan kassasiya şikayəti vermişdir. Təqsirləndirilən şəxs 29000 manat pul verdiyini, həmin pulu müqavilə üçün verdiyini, Ekologiya şöbəsinə getdiyini, icranın müavini Tarifin yanında olduğunu söyləmişdir. İlk dəfə 2019-cu ildə Təqsirləndirilən şəxs pul verdiyini, 2020-ci lin iyul ayında tutulduğunu qeyd etmişdir. İlk dəfə müqaviləni 2000 ABŞ dolları müqabilində Nəriman adlı bir nəfər vasitəsi ilə aldığını bildirmişdir. Ali məhkəmədə yekunda qərar onun lehinə verilmiş, daha sonra həmin obyektə qardaşı tərəfindən basqın olduğunu və aralarında baş vermiş münaqişə nəticəsində silahdan atəş açılmaqla qardaşı Azərin öldüyünü, özünün isə hadisədən sonra tutulduğunu bildirmişdir. Bundan sonra oğulları Təqsirləndirilən şəxs verilən pulları geri istəmişdir. Məhkəmə istintaqı zamanı verilən suala cavab olaraq bildirmişdir ki, o Təqsirləndirilən şəxs 29 000 manat pul vermiş və o pulu məhkəmə qərarları üçün deyil müqavilə almaq üçün verdiyini qeyd etmişdir. Dəfələrlə Qəbələ rayon ekologiya şöbəsinə getdiyini, bir dəfə isə icranın müavini Tarif müəllimin yanına gedib ondan xahiş etdiyini, çox çalışdığını lakin işin yenə də alınmadığını görüb pulu tələb etmişdir. 2019-cu ilin iyul ayında Bakıya gedib ilk dəfə 15 000 manatı o vaxt verdiyini, 2020-ci ilin iyul ayında isə tutulduğunu bildirmişdir. Bir dəfə də Təqsirləndirilən şəxs ona ekologiyanın nümayəndəsi ilə oturduğunu, təcili 6000 göndərəcəyi təqdirdə işi həll edəcəyini bildirmişdir. Həmin vaxt onun pulu olmadığından oğlunun Nazim adlı sinifyoldaşından pul götürərək Natiqə göndərmişdir. Təqsirləndirilən şəxs zəng etmiş və oğlu Natiq aparıb pulu restoranda Rasifə vermişdir. 15-20 gün keçdikdən sonra Rasif işin alınmadığını bildirdikdə ondan həmin pulu geri istəmiş, 4000 manat pulu geri qaytardığını göstərmişdir. Məhkəmə istintaqı zamanı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ümumilikdə Rasifə 15000, daha sonra 2000 manat Girvədə, daha sonra 5000 və 6000 manat pul vermişdir. İlkin ifadəsindəki ziddiyyətlərə aydınlıq gətirərək bidirmişdir ki, ibtidai istintaq zamanı o iki dəfə X2 dindirildiyini, istintaqda verdiyi ifadəni xatırlamadığını və tələsik olduğu üçün vaxt baxımdan sıxdıqlarını özlərinin yazıb-pozduqlarını, o isə nə yazıblarsa oxumadan ona imza etdiyini qeyd etmişdir. Zümrad qadın olduğu üçün ibrtidai istintaq zamanı adını vermək istəmədiyini demişdir. Zümradın ondan oğlunun toyu üçün borc pul aldığını, sonra isə qaytarıb vetdiyini bildirmişdir. Zümrad xanıma borcu olmadığını, aralarındakı borc münasibətinin Zümradın ondan borc istəməsi ilə başladığını bildirmişdir. Zümrad xanım istədiyi üçün müqavilə şirinliklə alındığı üçün 15000 manat pul bir verdiyini, 5000 apellyasiyadan keçirtmək üçün, 5000 apellyasiya instansiyası üçün, sonradan müqavilə üçün 6000 (10 illik müqavilə 25 illik müddətə çevirmək üçün), ən sonda isə Ali məhkəmə üçün 10000 manat istədiyini bildirmişdir. Daha sonra Rasif işin alınmadığını bildirmişdir. Ekologiya nazirliyinə yazılı müraciətlər etdiyini lakin nəticə olmadığını bildirmişdir. Vəkil heç nə demədiyi üçün vəkillə pul söhbəti etməmişdir və buna görə Təqsirləndirilən şəxs müraciət etmişdir. 17000 manat verəndə qərar çıxmadığını, 29 mindən 25 000 manat qaytarıldığını və həmin zaman Şəkidə istintaqda olduğu üçün uşaqların həmin məbləğlə razılaşdığı qeyd etmişdir. Rasif görüşdükləri vaxt xidməti formada olmuşdur, Zümrad xanım da bildirmişdir ki.ş o Ədliyyə nazirliyinin işçisidir. 60 dəfə Rasifin Azercell, 84 dəfə isə Bakcell nönrəsinə zəng etmişdir. Məhz bakcell nömrəsinə zəng etməsinin məqsədini belə izah etmişdir:“Baxdım gördüm ki, “qonşu” getdi...ortada iş də yoxdur, mən gələcəkdə nə isə eləməkdən ötrü səs yazan telefon götürüb, onunla müəyyən hissə danşııqlarımız var..” 40-a yaxın səs yazısı vardır. Məhkəmə istintaqı zamanı verilən sualalra cavab olaraq o qeyd etmişdir ki, Zümrad xanımın yanına tək getmişdir, oğulları onunla getdiklərini bildiriblərsə yanlış demişlər, həmçinin maşında pul vermədiyini göstərmişdir. Rasifin özündən onun harada işlədiyini qətiyyən eşitmədiyini, onun iş yeri barədə ancaq Zümrad xanımdan eşitdiyini, Təqsirləndirilən şəxs 2-ci dəfə 2000 manat verəndə xidməti formada görmüşdür. Sonuncu dəfə Təqsirləndirilən şəxs 6000 manat verdiyini, Təqsirləndirilən şəxs 10 000 manatı 6000-dən əvvəl istədiyini lakin həmin vaxt pulu olmadığından Rasifə faizə borc pul verən adam axtarmasını xahiş etmişdir. Sonuncu dəfə verdiyi 6000 manat puldan 4000 manatını qaytarmışdır. O bildirmişdir ki, həmin pulu, yəni 6000 manatı oğlu Natiq Rəhimova Bakıya yollamış və Bakıda yerləşən hansısa restoranların birinə gedərək Natiq pulu Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə istintaqı zamanı təkrar-təkrar Təqsirləndirilən şəxs təqsirli bilmədiyini, Rasifin ona heç vaxt “pulu qaytarmayacam” demədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 verdiyi ifadənin ibtidai istintaq dövründə verdiyi ifadələrlə ziyyət təşkil edilməsinin səbəbi aydınlaşdırıldıqda, o bildrimişdir ki, o istintaqda türmə şəraitində, kamerada olmuşdur. Kamera şəraitində onu müstəntiqin yanına aparmışlar və o gəlibgörmüşdür ki, kiişinin qabağında hər şey hazırdır və onu da elə vaxtı gətirib çıxardırlar ki, 8 dəqiqə 10 dəqiqə, 15 dəqiqə vaxt qalır. Qələmi müstəntiq verirdi ki imzalasın. Məhkəmə iclasında elan edilmiş ifadənin ona məxsus olmadığını bildrimişdir. Məhkəmə istintaqı zamanı xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınmış Şahid5 məhkəməyə həmin tarixdə ərizə təqdim edərək məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadənin zərərçəkmiş qismində ifadə kimi nəzərə alınmasını, Zümrad vasitəsilə Təqsirləndirilən şəxs verdiyi pulların ona tam şəkildə qaytarıldığı, təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir tələbinin olmadığını göstərmişdir. Həmçinin yaşlı və xəstə olması səsəbilə sonrakı məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “X15” şirkətində çilingər işləyir. İşin ona məlum olan halları ilə bağlı qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla görüşməmişdir, yalnız bir dəfə atasının yanında görmüşdür, özü ilə söhbəti olmamışdır. O, qardaşı ilə birlikdə kredit götürərk atasına vermiş, atası isə pulu Natiqin Rasifə verməsi üçün pulu ona göndərmişdir. Türkanda Rasifə 5000 manart pulu gecə vaxtı Natiq vermişdir. Gec olduğu üçün və o ərazini tanımadığı üçün Natiq taksi ilə getmişdir. Natiqin hər iki dəfə pulu tək gedərək verdiyini bildirmişdir. Atası Şahid5 Təqsirləndirilən şəxs Ədliyyə nazirliyində şöbə müdiri kimi tanıtdığını, bütün danışıqları oun özünün apardığını, Rasifə çatası pulun bağları ilə bağlı müqavilə alınması və məhkəmənin gedişi ilə bağlı olduğunu bilmişdir. Qohumlar arasında ədavət olduğundan məhkəmə işi uzanırdı və atasının bir tanışı da bildirmişdir ki, o bu məsələnin həll edilməsinə kömək edəb bilər. Məhkəmə işləri dövründə atasının vəkili olduğunu təsdiq etmiş, məhkəmələrdə qanuni yolla hər dəfə iş alınmır deyə, onlar da qeyri-qanuni yola əl atdıqlarını bildirmişdirlər. 15000 manat pulun atası Şahid5 tərəfindən verildiyini, daha sonra bu kifayət etmədiyi üçün atasının əlavə 2000 manat verdiyini, daha sonra 5000 və 5000 daha pul istədiyini bunun da alınmadığını bildirmişdir. Bakı şəhərində yaşadığı üçün pulların konkret hansı vəzifəli şəxslərə çatacağını bilməmişdir. Atasının ilk dəfə 15000 manat pulu Neftçilər metrostansiyasının yaxınlığında verdiyini, onun həmin vaxt maşında olduğunu və mülki geyimdə olan Təqsirləndirilən şəxs 15-20 metr aralıda gördüyünü bildirmişdir. O qeyd etmişdir ki, onlar ayaq üstə açıq havada danışmışdırlar, Təqsirləndirilən şəxs dəqiq nə qədər pul verildiyini bilmədiyini, lakin atasının 15000 manat pul ilə gəldiyini söyləmişdir. Görüşdən ayrıldıqdan sonra atasında pul görmədiyini əlavə etmişdir. 2000 manat pulu Qəbələdə xatırladığı qədərilə qardaşı İsmayılla birikdə atasının Girvə restoranında Təqsirləndirilən şəxs verdiyini eşitmişdir. Təqsirləndirilən şəxs atası Şahid5la adını əvvəldən bildiyi lakin çəkmədiyi Zümrad adlı xanımın tanış etdiyini, lakin borcları qayıtsın deyə adını əvvəldən demək istəmədiklərini bildirmişdir. Buna görə ibtidai istintaq dövründə ilkin izahatlarda “Şahid4 tanımadıqlarını” bildirmişdirlər. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq o, atası Şahid5 Şahid4 borcu olması barədə məlumatı olmadığını bildirmişdir. Bildiyi qədərilə Zümrad xanım dərzi olmuşdur və heç kimin gedib xanım dərzidən 30000 borc alacağına inanmadığını bildrimişdir. O qeyd etmişdir ki, atası ilə Təqsirləndirilən şəxs arasında pu məsələsi 2019-cu ilin fevral ayında başlamış, sonuncu dəfə iyul ayında verimişdir. Təqsirləndirilən şəxs 15000, dsaha sonra 2000, ən son isə 5000-5000 manat pul verilmişdir.Sonuncu dəfə 10000 manat istədiyini, atasının həmin tələb üzrə 6000 manat düzəldə bilib Şahid2 Bakıya göndərdiklərini, Natiqin isə həmin pulu Bakı şəhərində hansısa bir restoranda Təqsirləndirilən şəxs verdiyini, sonradan iş alınmadığı üçün atasının Rasifdən pulu geri istədiyini, bildyi qədərilə Təqsirləndirilən şəxs 1000 manat pulu xərclədiyi üçün 5000 manat məbləğini geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı Ədalət Rəhimov bildirmişdir ki, ibtidai istintaq orqanında ifadələri alınarkən hazır protokollara imza etmişdir. İşin təfərrüatlarını, yəni atasının iştirakçısı olduğu məhkəmə işinin iclaslarını ətraflı və dəqiq bimədiyini, ibtidai istintaq dövründəki detallı izahatların müstəntiq tərəfindən yazıldığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 onun qardaşıdır. Təqsirləndirilən şəxs atası Şahid5 vasitəsi ilə tanıdığını, evdə atasının Təqsirləndirilən şəxs onların məhkəmə işində kömək edəcəkƏdliyyə nazirliyində işləyən biri kimi tanıtdığını qeyd etmişdir. O bildirmişdir ki, atası onlara Təqsirləndirilən şəxs məhkəmədə olan işlərlə bağlı problemlərin həll edilməsində kömək edəcəyini demişdir. Məhkəmə istintaqı zamanı ona verilən sualalra cavab olaraq göstərmişdir ki,Təqsirləndirilən şəxs 2 dəfə pul vermişdir (hər dəfə 5000 manat). Bir dəfə isə Təqsirləndirilən şəxs 5000 manat pul götürmüşdür. Məhkəmə mübahisəsindən dəqiq məlumatı olmadığını, işlərin nə atasının, nə də əmisinin xeyrinə bitmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsla 1 dəfə Şamaxinka, növbəti dəfə isə Türkan deyilən ərazidə günü dəqiq xatırlamasa da 2019-cu il olduğunu bildirmişdir. Atası ona rayondan taksi ilə pul göndərdiyini, onu götürüb dediyi əlaqə nömrəsinə zəng edərək görüşüb həmin şəxsə verməsini tapşırmışdır. İlk dəfə atası Şahid5 Təqsirləndirilən şəxs 15000 manat verdiyini, sonra qardaşının 2000 manat, özünün isə 2 dəfə hər dəfə 5000 manat olmaqla, daha sonra atasının 6000 olmaqla, 5000 manat Təqsirləndirilən şəxs geri qaytarması ilə aralarında bu ardıcıllıqla pul mübadiləsi olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs 1 dəfə xidməti, bir dəfə isə mülki geyimdə görmüşdür. İlk dəfə Təqsirləndirilən şəxs 5000 manat verəndə qardaşı Ədalət Rəhimovun yanında olduğunu və maşında onu gözlədiyini, ikinci dəfə isə Türkana tək getdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs ilk dəfə Şamaxinkaya “Passat” markalı dövlət qeydiyyat nömrəsini xatırlamadığı nəqliyyat vasitəsilə gəldiyini bildirmişdir. Türkanda da həmin maşın idi. Verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs konkret olaraq üzbəüz və ya telefon danışığında pul istəməyini hər hansı məbləğdə pul istəməsini eşitmədiyini, sadəcə ona pul verildiyini eşitdiyini qeyd etmişdir. Birinci dəfə pulu sayıb verdiyini desə də hansı əskinaslı olması və pul vahidi ilə bağlı suala xatırlamadığını bildirməklə cavab vermişdir. 5000 manat pulu geri alanda saymadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid3 bildirmişdir ki, Şahid5 onun atasıdır. Məhkəmə qərarlarının nəticəsinin atasının lehinə olduğunu, lakin ona nə müqavilə verildiyini, nə də onların obyektə buraxılmadığını, obyektin statusunun havada qaldığını bildimişdir. O ifadəsində göstərmişdir ki, atası ilk dəfə 15000 manatı qardaşı ilə birlikdə Təqsirləndirilən şəxs verdiyini, 2000 manat isə Qəbələdə vermişdir. Atası tutulduqdan sonra ədliyyə işçisininkim olduğunu bilmişdir. Atası Şahid5 bir iş görən tanış tapdığını pulu ona verəcəyini demişdir. Təqsirləndirilən şəxs atası Şahid5 özünü Ədliyyə nazirliyində çalışan şöbə müdiri kimi təqdim etdiyini xatırladığını bildirmişdir. Təqsirləndirilən şəxsla atası arasında hansı sövdələşmənin olmasını, Təqsirləndirilən şəxs konkret olaraq nə edəcəyini və nə vəd etdiyini bilmədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, ilk dəfə 15000 manat Təqsirləndirilən şəxs verdiklərini, sonra 2000 manat, daha sonra isə Təqsirləndirilən şəxs atasından 12000 manat istədiyini lakin atasının 10000 manat düzəldib verdiyini, ikinci 10000 manat pulun isə qardaşı ilə kredit götürməsi hesabına düzəldib verdiklərini qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs onlardan 10000 manat istədiyini, lakin 6000 manat verdiklərini, lakin kim tərəfindən harada necə verildiyini xatırlamadığını, qardaşı Natiqin verdiyini təxmin etdiyini bildirmişdir. İş alınmadığı üçün Təqsirləndirilən şəxs pulu geri tələb etdiklərini Natiqin 5000 manat pulu geri gütürdüyünü bildirmişdir. Atası tutulduqdan sonra Təqsirləndirilən şəxs verdikləri pulları istədiklərini, Təqsirləndirilən şəxs isə onlara mən işini həll etmişəm dediyini bildirmişdir. 28000 manat pul verdiklərini daha sonra Təqsirləndirilən şəxs qohumları tərəfindən 25000 manat qaytarıldığını göstərmişdir. Şahid4 atasının əmisi qızı olmadığını, qonşuların bir-birlərinə əmiqızı-əmioğlu dediklərini bildirmişdir. Şahid4 onlara heç bir əlaqələri olmadığını, Təqsirləndirilən şəxs tərəfdən isə nə kimi çıxış etdiyini bilmir. Şahid4 pul söhbətlərində əlaqəsinin olmadığını güman etdiyiniu, ilk dəfə pulu atasının verdiyini, məhkəmə prosesi zamanı isə həmin qadın barədə heç nə eşitmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı verilən sualalra cavab olaraq Şahid3 qətiyyətlə atasının heç kimdən borc almadığını, Şahid4 da həmçinin borcu olmadığını demişdir. Borcu olsaydı atasının ona mütləq demiş olacağını, evin böyük oğlu olduğunu, bütün məhkəmə işlərini və digər problemləri həll edənin özü olduğunu qeyd edərək əminliklə atasının Şahid4 30000 manat borcu olmadığını bildirmişdir. Ailəlikcə pul 2019-cu ilin yanvar-fevral aylarında pul topladıqlarını həmin pulları atasına verdiklərini atasının da öz növbəsində pulları Təqsirləndirilən şəxs çatdırdığını bildirmişdir. Daha sonra atası tərəfindən 5000 manat pulun qardaşı Ədalətə taksi ilə göndərildiyini, həmin pulun kreditlə götürüldüyünü, Şahid2 tərəfindən Təqsirləndirilən şəxs Şamaxinkada “Lukoil” yanacaq doldurma məntəqəsində verildiyini qeyd etmişdir. Daha sonra qeyd etmişdir ki, 10000 manat pul düzəldikdən sonra atasının məbləği bir dəfəyə taksi ilə göndərdiyini, lakin iki dəfəyə 5000 manat olmaqla Təqsirləndirilən şəxs pul verilmişdir. Atası Şahid5 Təqsirləndirilən şəxsla kimin vasitəsi ilə tanış olduğunu, həmin şəxsi kişi və ya qadın olmağını bilmədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə verdiyi ifadədə həmin şəxsi tanıdığı barədə ziddiyyətli ifadə verməsini onunla əlaqələndirmişdir ki, həmin ifadəni o veməmişdir müstəntiq tərəfindən elə yazılmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdən bu vaxta kimi dərzi kimi fəaliyyət göstərir. Ədliyyə, polis və digər qurumların xidməti geyim formalarının tikilişi və təmiri işi ilə məşğul olur. Təqsirləndirilən şəxs onun 6- 7 il olar ki müştərisidir və tez-tez mülki geyimlərinin və ya xidməti formasının düzəlişi üçün yanına gedirdi. Şahid5 onun əmi oğlusudur. Onun bəzi işləri var idi və o, Bakıya gəlmişdi. Ümumiyyətlə Şahid5 hər Bakıya gələndə yanına gedirmiş. Həmin vaxt Təqsirləndirilən şəxs nahar vaxtı olduğundan, işdən çıxıb xidməti şalvarının balağını düzəltdirməyə Şahid4 yanına gəlmişdir. Təqsirləndirilən şəxs onun yanına gələn zaman xidməti geyimdə, yəni formada olmuşdur. Bunu görən Şahid5 ondan Təqsirləndirilən şəxs kim olduğunu və harada işlədiyini soruşmuş və Şahid4 ona Təqsirləndirilən şəxs köhnə müştərisi və Ədliyyə Nazirliyinin işçisi olduğunu, lakin Təqsirləndirilən şəxs işinin dəqiq nə olduğunu bilmədiyimi bildirmişdir. Şahid5 onun bəzi məhkəmə işlərində, iki məhkəmədə uduzmuşdur və bu səbəbdən Təqsirləndirilən şəxs ona məsləhətlə köməyinin ola bilib-bilməcəyini soruşmuş o isə bu barədə heç bir fikrinin olmadığını söyləmişdir. Bu zaman o, Rasif müəllimin mobil nömrəsini istəmiş və o Təqsirləndirilən şəxs mobil nömrəsini yalnız özündən soruşduqdan sonra ona göndərə biləcəyimi bildirmişdir. Təqsirləndirilən şəxs icazə aldıqdan sonra onun mobil nömrəsini Şahid5 göndərmişdir. Bundan sonra Şahid5 Təqsirləndirilən şəxs nə məsləhət aldığı barədə heç bir məlumatı olmamışdır. Onların tanış olmalarına vasitəçi olduğunu qeyd etmişdir. Şahid5 Təqsirləndirilən şəxs əlaqə nömrəsini istədiyi zaman Rasifin artıq getmiş olduğu, otaqda olmadığını bildirmişdir. Onların arasında nə danışıq olduğundan heç bir məlumatı olmadığını, yalnız Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanında şikayət araşdırılarkən məlumatı olmuşdur. Şahid5 obyektlə bağlı qardaşı ilə aralarında məhkəmə mübahisəsi olduğunu, əmioğlusunun iki dəfə məhkəmə prosesini uduzduğunu onun da obyekti olduğu və eyni qaydada 7 il məhkəmələrdə gəzdiyini və bu səbəbdən bir-birləri ilə daima məsləhət aldıqlarını, tez-tez bölüşdüklərini bildirdi. Təqsirləndirilən şəxs özünün də hüquqşünas kimi məsləhət aldığını qeyd etmişdir. Şahid5la Təqsirləndirilən şəxs arasındakı pul söhbətindən məlumatı olmayıb, Şahid5 heç vaxt Rasdif Əmirova pul verdiyini deməmişdir. Şahid5la özünün arasında daima pul məsələsi olduğunu, lazım olduqda bir-birlərindən borc aldıqlarını bildirmişdir. Təqsirləndirilən şəxsla Şahid5 tanış etməzdən çox əvvəl Şahid5 30000 manat borc verdiyini, həmin pulu Şahid5 hissə-hissə iki dəfəyə qaytardığını qeyd etmişdir. Şahid5 ondan ona pul lazım olduğunu və pulu haradan, necə və ya kimdən tapa biləcəyini soruşmuşdur. O isə bu barədə heç bir köməklik edə bilməyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid5 pulun hansısa işlərə görə lazım olduğunu başqa bir məlumat vermədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxsla məhkəmədə kimlərlə əlaqəsinin olması, müəyyən işləri həll etmə imkanın olması ilə bağlı danışıq olmamışdır. Şahid5 uşaqları ilə sıx əlaqəsinin olmadığını, şikayət olan zaman uşaqların bu barədə ona müraciət etmədiyini qeyd etmişdir. Bir dəfə ibtidai istintaq dövründə ifadə verərkən ona səs yazısı dinlədilmiş və həmin səs yazısında Şahid5 Təqsirləndirilən şəxs deyir ki: “Mənə faizə pul lazımdır. Belə bir adam tanıyırsan mı mənə faizə pul versin”. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq 2018-2019-cu illərdə Şahid5 borc vediyini, Ramilin həmin obyekti işlədib gəlirindən iki dəfəyə Şahid4 həminborcu 3000 manat kəsirlə qaytardığını bildirmişdir. O ərəfə Şahid5 problemləri olduğu üçün 3000 manat məbləğində borcu ona bağışladığını demişdir. Qardaşının əməliyyat olunması ilə bağlı ona pul lazım olduğundan Şahid5 ona verdiyi pulları geri qaytarması istəmiş, Şahid5 ona pul verməmiş, borcunu qaytarmışıdr. Şahid5la aralarında pul söhbəti ancaq ona verdiyi borcla bağlı olmuş, bəlkə də onun oğulları elə fikirləşir ki, o pulu o Təqsirləndirilən şəxs vermişdir? Təqsirləndirilən şəxs pul verilməsində şəxsən iştirak etmədiyini vurğulamış, Şahid5 isə borcu Təqsirləndirilən şəxsla onu əlaqələndirdikdən əvvəl verdiyini, Ramilin isə borcunu Təqsirləndirilən şəxs tanıdıqdan sonra qaytardığını bildirmişdir. Bu hadisələrdən sonra Təqsirləndirilən şəxs yenə onun yanına dərzi xidməti ilə bağlı gəlirdi, həmçinin Ramil də Bakıya gələndə onun yanına gəlirdi, Ramilin oğlanları isə özü kəndə gedəndə görürdü. Şahid5 necə olduğunu, işlərin nə yerdə olduğunu, Rasifin ona köməyi dəyib-dəymədiyini soruşanda Şahid5 hər şeyin qaydasında olduğunu, işlərin getdiyini deyirdi. Elə buna görə də Şahid5 narazılığı olmadığı üçün başqa heç nə soruşmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Baş prokurorunun 13 yanvar 2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X1 ibarət tərkibdə birgə istintaq qrupu yaradılmışdır. 18 fevral 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4, 312.2-ci maddələrindən həmin Məcəllənin 178.2.3, 178.2.4, 29,178.2.3, 29,178.2.4 və 32.4,312.1-ci maddələrinə tövsif edilmişdir. 21 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 29,178.2.3, 29,178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 05 aprel 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-245/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, təqdim olunmuş 1 ədəd “CD” diskdə “Rasif Emirov” başlıqlı papkanın içərisində 1-dən 4-ə kimi sıra ilə işarələnmiş, cəmi 4 səs yazısı olan fayllar vardır: 1.3gp - faylında ümumi müddəti 03 dəqiqə 26 saniyə olan audioyazı, 2.3gp - faylında ümumi müddəti 05 dəqiqə 37 saniyə olan audioyazı, 3.3gp - faylında ümumi müddəti 01 dəqiqə 45 saniyə olan audioyazı, 4.3gp - faylında ümumi müddəti 02 dəqiqə 17 saniyə olan audioyazılar aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı maddi sübut qismində tanınmış 1 ədəd CD diskə baxış keçirilmiş və audio yazılarda bir-biri ilə söhbət aparan iki nəfər kişi cinsli şəxslərin danışığı dinlənilmişdir: “1.3gp” adlı faylı səsləndirmə zamanı aşağıdakı məzmunda danışıqları müəyyən etmək mümkün oldu: « 1-ci şəxsin səsi: Ə, di nağarırsan? 2-ci şəxsin səsi: Heçnə, nağarım, burda bazara gəlmişəm. Nə bilim çapalıyıram, nağara bildiz Rasif müəllim?

1. Ə di, bir nəfər tapmışam, faizə verir, eşidirsən?

2. Hə.

1. Ondan götürə bilərik. Deyir, heçnəyiniz lazım deyil, beləcə verirəm, amma üstündə 2.000 manat pul qaytarasdınız.

2. 2.000. 12.

1. Hə deyir sənə görə verirəm ha Rasif, mən də dedim hə, mən cavabdehəm. Heçnə lazım deyil, 10.000 verəcəm, üstündə də 2.000 pul qaytarın.

2. Nağaraq e day.

1. Heçə, əlac yoxdu da.

2. Vallah yoxdu, yoxdu Ay Rasif müəllim.

1. 200 nəfərə yığmışam, sənin qərarını məhkəmə nətəhər verəcək də, deyim indidən bil.

2. Bəli.

1. Yəni heçkimə demə də, özün bil.

2. Yox, əstafurullah.

1. Sənin qərarını təxirə salacaqlar 3 günlük, sonra qərar verəcəklər, mən hakimlə danışdım, hakim dedi ki, mən onu təxirə salacam, 3 günlük, 3 gündən sonra qərarı verəcəm.

2. O nətəhər olur?

1. Elə bil, məhkəmə təxirə salır 3 günlük, 3 gündən sonra qərarını gedib götürərsən.

2. Hə, yəni sonra problem yaranmaz ki?

1. Ay, yox e ay kişi. Sənin indiyənə kimi işində mən problem yaratmışamki. Sənə deyirəm ki. Heç mənə dedi ki, sənə deməyim.

2. Hə, başa düşdüm.

1. Mənə dedi ki, ona demə. Dedi ki, belə açıq mübahisəli işləri təxirə salıb sonra qərar verilir, sakitçilik olsun.

2. Yaxşı, yaxşı.

1. Dedi, mübahisəli işdi bu. Mən nağarım Ramil, nə deyirsən?

2. Heçnə götürək də, başqa nağaraçıyıq ay Rasif müəllim. Müqaviləni alan kimi alıb verəcəm, narahat olma.

1. Mən narahat deyiləm. Dedim ki, maksimum 1 aylıq lazımdı, dedi ki, 1 aylıq heçnə zalok istəmirəm, sənə görə. Dedim qağa, mən cavabdehəm. Sənə görə verirəm, 2000 pul verərsən.

2. Onda neçə faizlə düşür. 20 faiz?

1. Hə də, 20 faizlə.

2. 1000 göndərmişdim, 9 lazım deyil?

1. Hə də, 9 lazımdı. Elə bil ki, sən, 9 lazımdı, elə bil, sən 11 qaytarasdan.

2. Yaxşı, bildim, bildim, bildim. Oldu, yəni müqaviləni verirmi, gecikmirki?

1. Sənin qərarını verəcəkdir, qərardan sən narahat olma. Mən bu tərəfini danışıram, sən müqavilədən danışırsan.

2. Hə, oldu.

1. Hakim mənə dedi ki.

2. Hə bildim.

1. Dedi ki, təxirə salacayıq, sonra qərar verəcəyik.

2. Bildim.

1. Mənə dedi ki, ona demə. Mən sənə deyirəm də. Xəbərin yoxdu.

2. Başa düşdüm, bildim. Yox başa düşdüm, bildim.

1. Mübahisəli işdi bu.

2. Yəni ləngitməsin ki, biz burda müqaviləni götürə bilək də. Ona görə deyirəm.

1. Yox e, ləngitməyinə ləngitməz.

2. Bildim, çatdı. 3 gün sonra qərarın yazıb. Bildim.

1. Bu boyda məhkəmələr axıra kimi gəlib, mən hamısın birdəfəlik ləğv edib, birbaşa eliyə bilmərəm.

2. Bildim, bildim.

1. Başa düşdün?

2. Bildim, oldu.

1. Dabro verim?

2. Oldu, oldu. 100 faiz. Oldu, oldu Rasif müəllim. Allah ömrünü uzun eləsin. Oldu. Sağol.

1. Oldu sağol.

Məhkəmə istintaqı zamanı dinlənilmiş yuxarıdakı məzmunda audio-yazıdan Şahid5 pul lazım olduğu və Təqsirləndirilən şəxs borc pul tapmasında ona köməklik etməsi barədə əvvəlcədən ondan xahiş etdiyi müəyyən edilir. Təqsirləndirilən şəxs ona bir tanışı olduğunu və ona 20%-lə borc pul verə biləcəyini bildirir. Danışıq iştirakçıları 1000 manat göndərdiyini, əlavə 9000 də tapmalı olduğunu yekunda isə 11000 qaytarmalı olduğunu dəqiqləşdirirlər. Daha sonra Təqsirləndirilən şəxs Şahid5 hakimin 3 gün məhkəməni təxirə salmaqla qərar verəcəyini bildirir. Məhkəmə bu səs yazısına qiymət verərkən qeyd edir ki, danışıq iştirakçıları arasında olan söhbətin mövzusu 1) faizə borc pul verilməsi və 2) 3 gün sonra məhkəmə qərarının qəbul edilməsidir. Məhkəmə bu mövqeyini onunla əsaslandırı ki, Rasif 3 gün sonra hakimin qərar verəcəyini bildirsə də Şahid5 ona müqaviləni verirmi deyə soruşduqda Rasif ona “mən qərardan danışıram sən müqavilə deyirsən” deyir və bu hal onların arasında 2 fərqli mövzu olduğunu təsdiq edir. Məhkəmə istintaqı zamanı dinlənilmiş “2.3gp” adlı faylda səsləndirmə zamanı aşağıdakı məzmunda danışıqları müəyyən etmək mümkün olmuşdur: « 1-ci şəxsin səsi: Alo. 2-ci şəxsin səsi: Alo, alo, bəli, Rasif müəllim.

1. Bir iki nəfər dedim mən, xahiş elədim. Dedi ki, qoy görüm, neynirəm. Mən dedim alınmır, sən hər ehtimala bankla maraqlan da. Necə götürmək olar.

2. Bankdan pul götürməyə. Sənədsiz vermir də bank pul. Hamısına dəymişəm, İsmayıllıya da getmişəm.

1. Maşını borc verib götürmək olmur?

2. Eləmirlər də, götürmürlər. Vermirlər. Mən ona görə deyirəm ki, gətirib girov qoyub almaq olarsa, eliyim mən pasportu. Nə desəniz eliyim, mən nə deyirəm ki. Bank vermir. Deyir istədiyiniz qədər pul verirəm, amma sənəd lazımdı ki, obyektlərə biznes krediti verirlər. İstədiyin məbləğdə pul verirəm deyir. Amma deyir mütləq müqavilə lazımdır.

1. Deyirəm, maşını zalok qoyub götürmək olur?

2. Götürmürlər də elə, prob elədim, elə götürmürlər. Evimi, maşını dedim zalok qoyum, hamısını prob elədim. Hamısına getmişəm.

1. Mən sənə kömək edərəm ödənişə, səni qoymaram darda. Amma mənim adıma 3 dənə bankda kredit var. Zamin də durmuşam. Yoxsa mənə verirlər, 10.000-nə kimi. Yoxsa bu dəqiqə götürərəm.

2. Bizdə uşaqlarda götürüb, uşaqlarda da var. Hamının borcu var. Kimdən dost, tanış, salam verdiyim, kimi dindirirsən, haminin borcu var, hamı kreditdədir. Neçə dənə müəllim yoldaşı var, Qəbələnin Zalam kəndindədir, uşaq ona deyibdir. Dünən demişəm ki, ay bala bax gör kiminsə adına götürmək olar, kimi dindirirsən, adında kredit var, yaxud da vermək istəmir.

1. Hə, yox e bu işi həll eləmək lazımdı da.

2. Əlbətdə ki, darısqaldadı da bu, Ay Rasif müəllim. Mənə bir burda müqavilə alınan kimi mən onu 2-3 günə kimi, mən götürərəm ordan. Ona görə ki, tanış uşaqlardı da, bankın uşaqları tanış uşaqlardı.

1. Maşınım kreditdədi, kreditdə olmasaydı. Yəni mən kömək edərəm. Mən demişəm 1-2 nəfərə, deyiblər qoy görüm, nə bilim nə.

2. Rasif müəllim, düzün qoşun, yoluna qoyun, Allah haqqı çatdıracam.

1. Sən də çalış, Ramil, gör neynəmək olar. Boş dayanma.

2. Boş dayanmıram ki mən. Uşağa zəng eləmişəm ki, ay oğul dost-tanışından zaddan bəlkə sənədə arxayn olan varsa, əlləş, vuruş, gör nağara bilirsən. Mən burda 3- 4 nəfər demişəm. Kimi dindirirəm, kimi danışdırıram, zırıldıyır. Hamı deyir kreditim var, filan yerdə zalokdadır.

1. Sən bu maşını qoyub götürə bilirsən?

2. Götürə bilmirəm də, bizdə vermirlər. Verirlərsə, gəlim orda maşını qoyum götürüm. Vermir də burda bankda vermir. Maşını ya evi, dedim gəlim verim, mənə ehtiyac var, Dedi Ramil ancaq obyekt lazımdır, iş yeri lazımdır, çörək qazanılan yer lazımdır, evi kimdi əlləşdirən. İş yeri lazımdı ki, sən ordan çörək qazanasan. Onu da istədiyin məbləğdə verir. 100.000 istəsən, bir milyon istəsən verir. Yəni o pulu verir, 25 ilə, 30 ilə, 50 ilə. O pulu verir mənə.

1. Başa düşdüm.

2. Mən də götürdüm, onsuz da rədd eliyirəm bunu. Amma kimə verəsi olsan, sənəd lazımdı da. Mən də əlləşirəm, çapalıyıram, canıva qurban. Buranın vəziyyətini bilirəm də. Bir ildir burda pul dilənirəm mən. 50 manatı olan, 300 manatı olan hamısın almışam. Dosttanışdan.

1. Mən götürsəm, 1 aylıq götürəcəm.

2. Götür də, götür, bu qərarı verdi heç, qərarı vedi, indi kişi deyilik, icra da qarışıb bu işə, pulumu da tenboli aldı, 3000 pul vermişəm əclafa, deyib ki, qərarı al, tay çıxmayın ordan, mən sənin müqaviləni bağlayıram. Müqaviləni bağlayan kimi, mən uşaqlarla danışmışam, əlüstü, heç bu tay cəhənnəm o biri taya mən pul verməliyəm 10.000. Oranı bağlamalıyam, yoxsa faiz məni yeyib qurtarıb. Mən müqaviləni alan kimi alıram da kredit. Mənim özümə dünya qədər pul lazımdır. Canıva qurban Rasif müəllim.

1. Yaxşı da. Qoy görüm nağarıram. Sən də dayanma görək.

2. Dayanmıram. Allah haqqı dayanmıram, tövbə dayanmıram. Oldu Rasif müəllim.

1. Oldu.

Məhkəmə istintaqı zamanı dinlənilmiş yuxarıdakı məzmunda audio-yazıdan Şahid5 özü müqavilə bağlanması üçün “icra” dediyi şəxsə və ya quruma 3000 (valyuta müəyyən deyil) verdiyini, həmçinin 10000 (valyuta müəyyən deyil) də faizə borcu olduğunu, faizin onu pis vəziyyətə saldığını, həmçinin uşaqlarının da borcu olduğu müəyyən edilir. Lakin Şahid5la Təqsirləndirilən şəxs arasında keçən bu dialoqdan uşaqlarının məhz Təqsirləndirilən şəxs verildiyi iddia edilən pul vəsaitlərinə görə kredit borcu olduğu nəticəsini çıxartmaq olmur. Danışıqdan elə hiss edilir ki, ümumiyyətlə Şahid5 və ailəsinin maddi çətinlikləri mövcud olmuş və uşaqlarının da əvvəlcədən kredit borcları olmuşdur.

Məhkəmə istintaqı zamanı dinlənilmiş “3.3gp” adlı faylı səsləndirmə zamanı aşağıdakı məzmunda danışıqları müəyyən etmək mümkün olmuşdur: « 1-ci şəxsin səsi: Alo, alo. 2-ci şəxsin səsi: Bəli, bəli, eşidirəm Rasif müəllim.

1. Nə var nə yox?

2. Sağolun, Allaha şükür, var olun.

1. Dünən Zümrüd .....(ifadə başa düşülmür) deyir, yığıram telefonu götürmür. Dedim, ə, nə vaxt Ramillə telefonu götürdüm danışdım.

2. Yox, dedim zəng elədim. Sonradan dedi ki, zəng eliyəcəm. İşdəyəm, sonradan dediniz ki, zəng eliyəcəm. Ona görə.

1. Hə.

2. Götürməmişəm deməmişəm, yəqin pis başa düşüb.

1. Hə, dedim, bunu problemimiz yoxdur, dedi yox, problem yoxdu olmağına. Bugün görüşəcəm onnan, görüşəcəm hakimnən.

2. Hə, canıva qurban Rasif müəllim, vaxt daralıb. Vaxt daralıb, yoluna qoyun, nədi hörmətinizi eliyəcəm. Canıva qurban uje çıxılmaz vəziyyətdə.

1. Allaha and olsun danışmışam, görüşəcəm. Dünən danışmışam. Mən yalan-palannan işim yoxdu.

2. Bir hardasa 700 manat düzüb-qoşmuşam, tapıb düzüb-qoşmuşam. Ehtiyac varsa gedim bankla göndərim sizə. Poçtnan göndərim sizə. Alo.

1. Alo, eşidirəm.

2. Deyirəm ki, 700 manat düzüb-qoşmuşam. Əgər lazımdırsa, bu dəqiqə gedim poçtnan sizə göndərim.

1. Yox, saxla özündə. Saxla özündə. Mən ona dedim. Sənin dediyin kimi demişəm.

2. Bəli.

1. Dedim ki, görüşək. Dedi ki, narahat olma, həll eliyerik. Dedi, amma görüşək sonra, dedim yaxşı.

2. Alo.

Məhkəmə istintaqında dinlənilmiş yuxarıdakı məzmunlu audio-yazıdan müəyyən edilir ki, Zümrüd adlı ortaq tanışları Təqsirləndirilən şəxs zəng edərək Ramilin ona Rasifin telefonuna cavab vermədiyini bildirmiş, Rasif isə ona Şahid5la danışdığını bildirdiyini söyləyir. Bu səs yazısında da Şahid5 təkidlə Rasifdən kömək istəyir, əgər ehtiyac varsa 700 manat pulu olduğunu həmin vəsaiti poçtla göndərə biləcəyini deyir. Qeyd edilən danışıqlardan Şahid5 israr etməsinə baxmayaraq Təqsirləndirilən şəxs ona “saxla özündə lazım deyil” deyə cavab verdiyi məlum olur.

Məhkəmə istintaqı zamanı dinlənilmiş “4.3gp” adlı faylı səsləndirmə zamanı aşağıdakı məzmunda danışıqları müəyyən etmək mümkün olmuşdur: « 1-ci şəxsin səsi: Alo. 2-ci şəxsin səsi: Bəli, qardaş.

1. İndi açıqlığa çıxdım, orda tutmurdu yaxşı. Bəli.

2. Hə, qadam, danışmışam, demişəm narahat olma. Səbəb var ki, mənimlə görüşmək istəyir də. Dedi, telefonda danışa bilmərəm. Bu gün görüşəcəm, sabah deyəcəm sənə.

1. Hə, Allah qoysa, Allah qoysa. Caniva qurban Rasif müəllim. Yoluna qoy. Dediyim o 700 üstümdədir, tapmışam, ehtiyac varsa, gedim 1 saata poçtla köçürdüm sizə.

2. Yox e, yox, heçnə lazım deyil.

1. Hə, eliyecəm Allah qoysa, narahat olma. Nə lazımdısa. Eliyəcəm, Allah qoysa. Day bu qədər qoyulan xərc var, caniva qurban, bunu yoluna qoyun getsin. Vaxt daralıb e, 2 gün qaldı ta. Sabah və biri gün. Sonra 6-bazar.

2. Hələ 5 gün var, narahat olma.

1. Yox 6-bazar işləmir ki. Həftənin 1-cü günü də məhkəmədir.

2. Ramil, ay Ramil.

1. Haycan.

2. Get otur rahat çayını iç. Get otur kafe-restoranda çayını iç.

1. Ə, çay boğazdan keçər. 2-3 gündür ki yuxu getmir gözümə.

2. Sən belə danışırsan. Narahat olma, get işlə, o sənin işin deyil ki, belə danışırsan məni də naprijeniyada saxlayırsan. Sən dedin-demədin uje bu sənin başına gəlibdi dəə, narahat olma.

1. Oldu Rasif müəllim, oldu, canivizi yeyim.

2. Rahat ol, mən özüm sənə nəticəsini deyəcəm.

1. Yaxşı oldu, oldu, baş üstdə.

2. Həll eliyəcəyik e, yəqin nəsə sözü var, sözü deyəcək. Mən də sənə deyəcəm.

1. Yaxşı oldu, oldu, oldu Rasif müəllim. Sağol.

2. Oldu, sağol.

Məhkəmə istintaqında dinlənilmiş yuxarıdakı məzmunlu audio-yazıdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs kiminləsə görüşəcəyi, həmin şəxsin ona nəsə szöü olduğunu yəqin ona görə görüşmək istədiyi Şahid5 dediyi müəyyən edilir. Məhkəmə bu danışıqlardan bu nəticəni çıxarır ki, Təqsirləndirilən şəxs Şahid5 dəfələrlə 700 manatı olduğu və ehtiyac varsa onu göndərmək istədiyini bildirsə də Rasif ona qətiyyətlə göndərməməsini, ehtiyac olmadığını bildirir. Məhkəmə yuxarıda qeyd edilən Təqsirləndirilən şəxs və Şahid5 arasında olan danışıqların məzmununu təhlil edərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ümumiyyətlə Şahid5 nəinki əmlakını ələ keçirmək niyyəti mövcud olmamış, həmçinin onu kiməsə rüşvət verməyə təhrik etməsi də müəyyən edilməmişdir. Çünki bütün danışıqlarda Şahid5 özü dəfələrlə Təqsirləndirilən şəxs hansısa işin müqabilində 700 manat pulu olduğu və onu göndərə biləcəyi təklifini etsə də Təqsirləndirilən şəxs qətiyyətlə təklifi rədd edərək buna ehtiyac olmadığını bildirir. Yuxarıda qeyd edilən səs yazılarında Təqsirləndirilən şəxs tərəfindən Şahid5 bir dəfə belə olsun pul tələb edilməsi müəyyən edilmir. Əlavə olaraq məhkəmə istintaqı zamanı Şahid5 tərəfindən mövcud olduğu qeyd edilən 40 səs yazısından cəmi 4 faylın ibtidai istintaq zamanı cinayət işinin materiallarına əlavə edilməsi, Şahid5 oğlu Ədalət Rəhimov tərəfindən 4 audio yazı təqdim edilməsinə baxmayaraq digər səs yazılarının hansısa səbəbdən təqdim edilmədiyini, təqdim edilmişdirsə də ibtidai istintaqı aparan müstəntiq tərəfindən sübutların tam araşdırılmadığını göstərir. İbtidai istintaq dövründə Şahid5 məxsus “SAMSUNG Galaxy Core DUOS” markalı, GT-18262 modelli mobil telefon zəruri əhəmiyyəti daşımadığından akt tərtib edilməklə ailə üzvünə qaytarılmışdır. Telefon məlumatlarını özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilməsi haqqında 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, “SMS_Tarixçəsi__**********5517__552379787” başlıqlı faylın tərkibinə daxil olan sms faylarında Şahid5 istifadəsində olmuş ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə istintaq üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda mesajların göndərilməsi müəyyən edilmişdir: xx-xx-2019, 11:08:45, 1.1.**********15, 1.1.**********87, “Aqaqardaş qaraşov.departamentin reisi.” xx-xx-2019, 11:10:17, 1.1.**********15, 1.1.**********87, “Mexdi mel. **********”. xx-xx-2019, 11:30:29, 1.1.**********15, 1.1.**********87, “Aqaqardaş qaraşov.departamentin reisi.**********” Bundan başqa, baxış zamanı “SMS_Tarixçəsi__**********5517__552379787” başlıqlı faylın tərkibinə daxil olan sms faylarında Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə istintaq üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda mesajların göndərilməsi müəyyən edilmişdir: xx-xx-2019, 13:17:16, 1.1.**********19, 1.1.**********87, “Vezirxan Nezirov 17 72” xx-xx-2019, 13:20:04, 1.1.**********19, 1.1.**********87, “Vezirxan Melikov” xx-xx-2019,21:28:34, 1.1.**********19, 1.1.**********87, “Vezirxan Melikov” Məhkəmə qeyd edilən baxış protokolu ilə bağlı qeyd edir ki, tərəflər arasında olan bu qısa yazışmalardan Təqsirləndirilən şəxs tərəfindən Şahid5 aldadılaraq pulunun ələ keçirilməsinə cəhd edilməsi və ya ələ keçirilməsi, Şahid5 hər hansı bir formada kiməsə vermək üçün rüşvət tələb edilməsi halı sübuta yetirilmir. Bundan başqa, cinayət işinin materialalrında olan telefon danışıqlarını əhatə edən “Zənglərin Detallaşması_**********00_552379787” başlıqlı faylında müəyyən edilmişdir ki, Şahid5 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 04 mart 2019-cu il tarixdən 27 iyul 2020-ci il tarixədək olan dövrdə 83 dəfə, Şahid5 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 18 mart 2019-cu il tarixdən 26 noyabr 2019-cu il tarixədək olan dövrdə 60 dəfə, Şahid3 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 15 aprel 2019-cu il tarixdən 09 avqust 2021-ci il tarixədək olan dövrdə 17 dəfə, Şahid2 istifadəsində olan ***- ***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 11 aprel 2019-cu il tarixdən 16 noyabr 2019-cu il tarixədək olan dövrdə 15 dəfə telefon zəngləri həyata keçirilmişdir. Həmçinin bu zənglərin əksəriyyətinin davamlılığının 00-01 saniyə olması müəyyən edilir. Məhkəmə qeyd edilən bu sübuta da qiymət verərək hesab edir ki, ayrı-ayrı şəxslər arasında zəng sayını əks ətdrən bu siyahı ilə Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamla təqsirli hesab edilə bilməz. Belə ki, tərəflər arasında danışıq sayı dələduzluq və ya rüşvət vermə ilə bağlı faktları təsdiq etməyə kifayət edə bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən daxil olmuş xx.xx.2022-ci il tarixli, 17/3-989 nömrəli məktubdan görünür ki, barəsində cinayət işi açılaraq istintaqı aparılan Penitensiar Xidmətin əməkdaşı Təqsirləndirilən şəxs xx.xx.2005ci il tarixdə Məhkəmə Qərarları İcrası Baş İdarəsi üzrə 1095 ş/h nömrəli əmrlə kiçik rəis heyəti qismində qulluğa qəbul edilərək 7 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin nəzarətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə Penitensiar Xidmət üzrə 217 ş/h saylı əmrlə 17 saylı çəzaçəkmə müəssisəinin rejim-nəzarət şöbəsinin nəzarətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə Ədliyyə Nazirliyi üzrə 501-K nömrəli əmrlə orta rəis heyətinə qəbul edilərək xidmətin Mühafizə alayının komendant bölüyünün taqım komandiri vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə isə Penitensiar Xidmət üzrə 1228 ş/h nömrəli əmrlə 16 saylı cəzaçəkmə müəssisəinin böyük inspektoru (yanğından mühafizə üzrə) vəzifəsinə keçirilmişdir. Hazırda həmin vəzifədə qulluq etməklə ədliyyə baş leytenantı xüsusi rütbəsindədir. Qulluq müddətində 3 dəfə mükafatlandırılmış, barəsində intizam tənbehi tətbiq edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsdən daxil olmuş xx.xx.2021-ci il tarixli, 964 nömrəli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə “Respublika Psixiatriya Xəstəxanası”nda müalicədə olmamışdır. Cinayət işi materiallarına xx.xx.2022-ci il tarixli “Sənədlərin əlavə edilməsi haqqında” protokolla əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(025)-792/2018 nömrəli qətnaməsinin, Şəki Apellyasiya məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(107)-2411/2018 nömrəli qətnaməsinin, Ali Məhkəmənin 05 mart 2019-cu il tarixli, 2(102)-1341/2019 nömrəli qərarının, Şəki Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(102)-1772/2019 nömrəli qətnaməsinin, Ali Məhkəmənin 13 noyabr 2019-cu il tarixli, 2(102)-7479/2019 nömrəli qərarının surətlərindən görünür ki, iddiaçı X13 ilə cavabdeh Qəbələ rayon MM və BM arasında bağlanmış 0,80 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilərək həmin əraziyə qardaşı Şahid5 adına yeni icarə müqaviləsinin bağlanması, habelə gələcəkdə həmin əraziyə və ərazidə olan onun tərəfindən aparılmış mövcud tikililərə heç bir iddiasının olmayacağı barədə adından yazılaraq Bakı şəhəri 51 nömrəli Notariat kontorunda təsdiqlənmiş xx.xx.2013-cü il tarixli ərizə, habelə həmin ərizə əsasında onunla bağlanmış xx.xx.2007-ci il tarixli 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və cavabdeh Şahid5 ilə yeni icarə müqaviləsinin bağlanması barədə Meşələrin İnkişafı Departamentinin xx.xx.2013-cü il tarixli 453 nömrəli əmri və həmin əmrə əsasən cavabdeh Qəbələ rayon MM və BM ilə Şahid5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 03 nömrəli icarə müqaviləsi etibarsız hesab edilmişdir. Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən X8 məxsus obyekt (“Su tayı” istirahət mərkəzi) və obyektin yerləşdiyi 0,80 ha torpaq sahəsi cavabdeh Şahid5 qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilsin. Şəki Apellyasiya məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(107)-2411/2018 nömrəli qətnaməsi ilə Qəbələ rayon məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 05 mart 2019-cu il tarixli, 2(102)-1341/2019 nömrəli qərarı ilə Şəki Apellyasiya məhkəməsinin qətnaməsi qismən – üçüncü şəxs X7 Şahid5 və X9 qarşı “obyektin qeyri-qanuni sahiblikdən geri tələb edilməsi” iddiasının təmin edilməsi hissəsində ləğv edilmişdir, mülki iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya məhkəməsinə qaytarılmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(102)-1772/2019 nömrəli qətnaməsi ilə Qəbələ rayon məhkəməsinin qətnaməsi qismən, yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddiasının təmin edilərək Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən obyekt (“Su tayı” istirahət mərkəzi) və obyektin yerləşdiyi 0,80 ha torpaq sahəsinin cavabdeh Şahid5 qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi hissəsində ləğv edilmişdir. Ali Məhkəmənin 13 noyabr 2019-cu il tarixli, 2(102)-7479/2019 nömrəli qərarı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs X7 və cavabdeh Şahid5 kassasiya şikayətləri təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(102)-1772/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cinayət işi materiallarına xx.xx.2022-ci il tarixli “Sənədlərin əlavə edilməsi haqqında” protokolla əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(025)-468/2021 nömrəli qətnaməsinin, Şəki Apellyasiya məhkəməsinin 05 oktyabr 2021ci il tarixli, 2(107)-1452/2021 nömrəli qətnaməsinin surətlərindən görünür ki, iddiaçı X14 Təsərrüfatı Mərkəzinin cavabdehlər Şahid3 və Şahid2 qarşı “torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(107)-1452/2021 nömrəli qətnaməsi ilə iddiaçı X14 Təsərrüfatı Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eləcə də, X12 və Bərpası Müəssisəsi ilə Şahid5 arasında 24 dekabr 2013-cü il tarixdə 4 il müddətinə bağlanmış “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə” 03 nömrəli müqavilənin sürətindən görünür ki, X12 və X5 meşəbəyliyinin 99 kvartalının 16 bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərə tutulmayan, meşə ilə örtülü sahədən istirahət-rekreasiya məqsədi ilə 0,80 ha sahə 23 dekabr 2013-cü il tarixdə 4 il müddətinə Şahid5 müraciəti əsasında ona ayrılmışdır. Həmçinin, Şahid3 ilə "xxxx" ASC-nin Qəbələ rayon filialı arasında bağlanmış “Kredit müqaviləsi”nin surətindən görünür ki, həmin filial tərəfindən 48 ay müddətinə, illik faiz dərəcəsi 24,72 faiz olmaqla, 5.500 manat pul vəsaiti Şahid3 19 mart 2019-cu il tarixdə kredit olaraq verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 27/109 nömrəli məktubdan görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən “Su tayı” istirahət mərkəzi X14 X4 meşəbəyliyinin 7 saylı meşə dolayısının 99-cu kvartalının 16-cı bölməsinin ərazisində yerləşir, hazırda adıçəkilən istirahət mərkəzinin yerləşdiyi 0,80 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı heçkimlə müqavilə bağlanılmamışdır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs 2017-2021-ci illər ərzində sözügedən ərazidən istifadə edilməsi üçün icarə müqaviləsinin bağlanılması barədə müraciəti daxil olmamışdır. Qəbələ rayonu, Vəndam qəsəbə sakini Şahid5 həmin dövr ərzində icarə müqaviləsi bağlanılması üçün müraciətləri daxil olmuş, lakin onunla icarə müqaviləsinin bağlanılması məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 016-18437-1222 nömrəli məktubdan görünür ki, DİN-nin Baş X18i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adında xx.xx.2019-cu il tarixdən “Hyundai Sonata” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Təqsirləndirilən şəxs adına xx.xx.2012-ci il tarixdə “Volkswagen Passat” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 17 fevral 2022-ci il tarixli, **********42 nömrəli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına ünvan 3 ünvanında yerləşən 53 saylı mənzil qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məhkəmə istintaqı zamanı xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınmış Şahid5 məhkəməyə həmin tarixdə ərizə təqdim edərək məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadənin zərərçəkmiş qismində ifadə kimi nəzərə alınmasını, Zümrad vasitəsilə Təqsirləndirilən şəxs verdiyi pulların ona tam şəkildə qaytarıldığı, təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir tələbinin olmadığını göstərmişdir. Həmçinin yaşlı və xəstə olması səsəbilə sonrakı məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 məhkəməyə ünvanladığı ərizədə qeyd edilmişdir ki, məhkəmə iclasında iştirak edə bilməyəcəkdir, bu səbəbdən də yazılı ifadəsinin qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs atası Şahid5 tanışı Zümrad xanımın vasitəsilə tanımışdır. Rasif ona söz vermişdir ki, onun işlərində kömək edəcək. Bununla əlaqədar Zümrad vasiəsilə ona ümumilikdə 29000 manat pul verilmişdir. Pulun bir qismini atasının göstərişi ilə o vermişdir. Bir müddət sonra işlər alınmadığından verdikləri pulu geri tələb etmişlər. Lakin verilmiş pullar qaytarılmadığından şikayət etmişdir və istintaq zamanı Rasifin yaxınları onların pulunu qaytarmışlar. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid1 məhkəməyə ünvanladığı ərizədə qeyd edilmişdir ki, məhkəmə iclasında iştirak edə bilməyəcəkdir, bu səbəbdən də yazılı ifadəsinin qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs atası Şahid5 tanışı Zümrad xanımın vasitəsilə tanımışdır. Rasif atasına söz vermişdir ki, onun işlərində kömək edəcək. Bununla əlaqədar Zümrad vasiəsilə Rasifə ümumilikdə 29000 manat pul verilmişdir. Pulun bir qismini atasının göstərişi ilə qardaşı Şahid2 vermişdir. Bir müddət sonra işlər alınmadığından verdikləri pulu geri tələb etmişlər. Lakin verilmiş pullar qaytarılmadığından şikayət etmişdir və istintaq zamanı Rasifin yaxınları onların pulunu qaytarmışlar. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid3 məhkəməyə ünvanladığı ərizədə qeyd edilmişdir ki, məhkəmə iclasında iştirak edə bilməyəcəkdir, bu səbəbdən də yazılı ifadəsinin qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs atası Şahid5 oğlnun tanışı Zümrad xanımın vasitəsilə tanımışdır. Rasif atasna söz vermişdir ki, onun işlərində kömək edəcək. Bununla əlaqədar Zümrad vasiəsilə ona ümumilikdə 29000 manat pul verilmişdir. Pulun bir qismini atasının göstərişi ilə qardaşı Şahid2 vermişdir. Bir müddət sonra işlər alınmadığından verdikləri pulu geri tələb etmişlər. Lakin verilmiş pullar qaytarılmadığından şikayət etmişdir və istintaq zamanı Rasifin yaxınları onların pulunu qaytarmışlar. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs zərərçəkmişə vurulduğu iddia edilən zərərin qardaşı tərəfindən Təqsirləndirilən şəxs həbsdən azad etmək və müstəntiqin onları işə xitam verəcəyinə dair aldatması nəticəsində xx.xx.2022-ci il tarixdə Şahid1 tam olaraq ödənildiyini bildirmişdir. İş üzrə 18 fevral 2022-ci il tarixli qərarla "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd “CD” disk, Şahid1 tərəfindən təqdim edilmiş telefon danışıqlarını əhatə edən səs yazılarının köçürüldüyü 2 ədəd “CD” disk və Təqsirləndirilən şəxs götürülmüş eksperimental səs və nitq nümunələrini özündə əks etdirən 2 ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 29,178.2.3, 29,178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 29,178.2.3, 29,178.2.4 və 32.4, 312.1-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 29,178.2.3, 29,178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirliliyi, yəni onun zərərçəkmiş şəxsin etibarından sui istifadə edərək aldatması və ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törədilməsi, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsi, vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 29,178.2.3, 29,178.2.4 və 32.4, 312.1-cü maddələri ilə irəli sürülmüş ittiham sadəcə zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə əsaslandığından, təqsirləndirilən şəxsin dələduzluq cinayətini törətməsi, yəni sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməsini sübut edən heç bir digər sübut əldə edilmədiyindən ona irəli sürülmüş ittiham əsaslı hesab edilə bilməz. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş Şahid5 tanışı Şahid4 məhkəmə mübahisələri olduğunu və məsləhətə ehtiyacı olduğunu söyləmişdir. Bu zaman Şahid4 ona Ədliyyə Nazirliyində çalışan bir müştərisinin olduğunu, özünün də ondan hüquqşünas kimi məsələhətlər aldığını bildmişdir. Şahid4 Təqsirləndirilən şəxs zəng edərək onun məsləhətinə ehtiyacı olan bir tanışı olduğunu və icazəsi olarsa əlaqə nömrəsii tanışına vermək istədiyini söyləmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş və Şahid5 ilə Şahid4 vasitəsilə tanış olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid4 Təqsirləndirilən şəxsla Şahid5 tanış etdikdən sonra Şahid5 ona olan 30000 manat məbləğində borcundan 27000 manat məbləğini hissə-hissə olmaqla 2 dəfəyə ödədiyini bildirmiş, lakin Şahid5 bu halı təsdiq etməmiş, əksinə Şahid4 ondan əvvəllər borc pul aldığını və qaytardığını qeyd etmişdir. Həmçinin iş üzrə Şahid5 oğulları Ədalət Rəhimov, Şahid2 və Şahid3 da atalarının Şahid4 borcu olmadığını bildirmişdirlər. Məhkəmə daxili inamına əsasən hesab edir ki, Şahid4 Şahid5 ona 30000 manat borcunun olması və o pulun 27000 manat hissəsini geri qaytarması ilə bağlı ifadəsi həqiqəti əks etdirmir. Məhkəmə bu gəldiyi nəticəni onunla əasalandırır ki, hazırki cinayət işi ilə bağlı nə ibtidai istintaq dövründə, nə də məhkəmə istintaqı gedişində Şahid4 Şahid5 ona borcu olub-olmaması, ona ümumiyyətlə nə qədər pul verildiyi ilə bağlı sualalr verilmədiyi, o cümlədən heç kimin onun barəsində pul tələbi ilə bağlı şikayəti olmadığı halda onun tərəfindən Şahid5la aralarında 30000 manat məbləğində borc münasibəti olmasını dilə gətirməsi onun nələrinsə gələcəkdə ifşa olunmasının qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunan işin hallarından belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs ilə Şahid5 arasında əslində etibardan sui-istifadə və ya aldatma halı mövcud olmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı hər iki dəfə dindirilərkən Şahid5 “bu iş niyə bu yerə çatıb bilmirəm. Uşaqlarım tələskənlik edib, Rasif mənə pulu qaytaracaqdı” deməklə əslində heç vaxt ondan şübhə etmədiyini, aralarında inamsızlıq və ya aldatma halının olmadığını, hətta onun barəsində şikayət etmək niyyətinin olmadığını göstərmişdir. Çünki iş materiallarını nəzərdən keçirdikdə ibtidai istintaq zamanı cinayət işinin zərərçəkmiş Şahid5 deyil, hadisənin birbaşa iştirakçısı olmayan, nə pulların verilməsi, nə qaytarılması, nə təqsirləndirilən və zərərçəkmiş şəxs arasında gedən danışıqlardan məlumatı olmayan əmlak mənafeləri pozulmayan şəxs-Şahid5 oğlu Ədalət Rəhimovun şikayəti əsasında başlandığı və hətta daha sonra Şahid5 izahatı alınsa belə həmin izahatın harada, nə zaman və hansı şəraitdə alındığı iş materialları ilə müəyyən edilmir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsinin X2 müstəntiq tərəfindən hazır dindirmə protokoluna imza etdirildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cinayət işinin başlanması üçün zərərçəkmişin özünün şikayəti olmadan, hadisənin təfərrüatlarını dəqiqliklə bilməyən şəxslərin şikayəti əsasında başlanılması özü elə istintaqın sonrakı gedişinin obyektivliyini şübhə altına alır. Digər tərəfdən məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin özünün və şahidlərin ifadələrindən o müəyyən edilmişdir ki, Şahid5 qardaşı ilə aralarında olan məhkəmə mübahisələrini qeyri-qanuni yolla həll etməyə cəhd etmiş, özünün əvvəlcədən kimlərəsə rüşvət verməklə “işini” həll etmək niyyəti olmuş, pul müqabilində istifadəsində olan obyektə dair müəyyən müddətə müqavilə bağlanılmasına nail olmağa çalışmışdır (səs yazısında Şahid5 “icra” deyə müraciət etdiyi şəxsə və ya quruma müqavilə üçün 3000 manat verdiyini etiraf edir.) Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs onu üçüncü şəxslərə rüşvət verməyə təhrik etməsi halı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CMP-nin 210.3-cü maddəsinə əsasən cinayət işinin başlanması anında cinayətin törədilməsindən zərər çəkmiş şəxs məlum olduqda, cinayət işinin başlanması ilə eyni vaxtda həmin şəxs zərər çəkmiş kimi, cinayətin törədilməsi barədə məlumatla birlikdə mülki iddia verildikdə isə, bu şəxs həmin qərarda həmçinin mülki iddiaçı kimi tanınır. Qanunun bu maddəsi imperativ xarakterli olmaqla mütləq şəkildə iş üzrə zərərçəkmiş mövcud olduğu halda həmin şəxsin zərərçəkmiş qismində tanınmasının labüdlüyü göstərir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Lakin cinayət işinin materiallarından görünür ki, istintaq orqanına ərizə vermiş və daha sonra izahatlarında da “doğrusunu dəqiq atam Şahid5” deyə bilər məzmunlu ifadə verən Ədalət Rəhimovun ərizəsi əsasında cinayət işi başlanılmış, o şahid qismində dindirilmiş, nə istintaqın əvvəlində, nə də sonunda əmlak mənafeələri pozulması iddia edilən Şahid5 zərərçəkmiş şəxs qismində tanınmamışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahidlər o cümlədən zərərçəkmiş şəxs qismində məhkəmə tərəfindən tanınmış Şahid5 aşağıdakı məzmunda ziddiyyətli ifadələr vermişdir: 1.Şahid5 ifadəsi: Bir gün Zümrad xanımın ona zəng edərək 15000 pul müqabilində ona kömək edə biləcəyini bildirmişdir. Zümrad xanımın Neftçilər metro stansiyasından bir az yuxarıda iş yeri olduğunu və onun Zümradın çağırışı ilə oraya tək getdiyini, 15 dəqiqə keçdikdən sonra Rasifin oraya gəldiyini qeyd etmişdir. Zümrad xanım ona zəng edərək bildirmişdir ki, 5000 manat da pul lazımdır və Ədalətə zəng edib hansısa bankdan pul götürməsini istədiyini, 3500 manat Ədalətin pul götürdüyünü, 1500 manata isə taksi sürücüsü ilə Ədalətə göndərdiyini bildirmişdir. Ədalət də həmin pulu Rasifə vermişdir. Həmin vaxta qədər Rasifi tanımadığını, görmədiyini bildirmişdir. Rasifin oturmadığını elə Zümradın iş yerində otaqda ayaq üstə Zümrad xanımın yanında pulu sayıb getdiyini qeyd etmişdir. Zümradın Şahid5 oğlunun toyu üçün borc pul aldığını, sonra isə qaytarıb verdiyini bildirmişdir. Zümrad xanıma borcu olmadığını, aralarındakı borc münasibətinin Zümradın ondan borc istəməsi ilə başladığını bildirmişdir. :“Baxdım gördüm ki, “qonşu” getdi...ortada iş də yoxdur, mən gələcəkdə nə isə eləməkdən ötrü səs yazan telefon götürüb, onunla müəyyən hissə danşıqlarımızı yazdım..” 40-a yaxın səs yazısı vardır.

2. Ədalət Rəhimovun ifadəsi: Atasının ilk dəfə 15000 manat pulu Neftçilər metrostansiyasının yaxınlığında verdiyini, onun həmin vaxt maşında olduğunu və mülki geyimdə olan Təqsirləndirilən şəxs 15-20 metr aralıda gördüyünü bildirmişdir. O qeyd etmişdir ki, onlar ayaq üstə açıq havada danışmışdırlar, Təqsirləndirilən şəxs dəqiq nə qədər pul verildiyini bilmədiyini, lakin atasının 15000 manat pul ilə gəldiyini söyləmişdir. Görüşdən ayrıldıqdan sonra atasında pul görmədiyini əlavə etmişdir. 2000 manat pulu Qəbələdə xatırladığı qədərilə qardaşı İsmayılla birikdə atasının Girvə restoranında Təqsirləndirilən şəxs verdiyini eşitmişdir. Təqsirləndirilən şəxs atası Şahid5la adını əvvəldən bildiyi lakin çəkmədiyi Zümrad adlı xanımın tanış etdiyini, lakin borcları qayıtsın deyə adını əvvəldən demək istəmədiklərini bildirmişdir. Buna görə ibtidai istintaq dövründə ilkin izahatlarda “Şahid4 tanımadıqlarını” bildirmişdirlər. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq o, atası Şahid5 Şahid4 borcu olması barədə məlumatı olmadığını bildirmişdir. Bildiyi qədərilə Zümrad xanım dərzi olmuşdur və heç kimin gedib xanım dərzidən 30000 borc alacağına inanmadığını bildrimişdir. Atasının 6000 manat düzəldə bildiyini, sonradan iş alınmadığı üçün atasının Rasifdən pulu geri istədiyini, bildyi qədərilə Təqsirləndirilən şəxs 1000 manat pulu xərclədiyi üçün 5000 manat məbləğini geri qaytarmışdır.

3. Şahid2 ifadəsi: Bir dəfə isə Təqsirləndirilən şəxs 5000 manat pul götürmüşdür. Məhkəmə mübahisəsindən dəqiq məlumatı olmadığını, işlərin nə atasının, nə də əmisinin xeyrinə bitmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsla 1 dəfə Şamaxinka, növbəti dəfə isə Türkan deyilən ərazidə görüşdüyünü, günü dəqiq xatırlamasa da 2019-cu il olduğunu bildirmişdir. Atası ona rayondan taksi ilə pul göndərdiyini, onu götürüb dediyi əlaqə nömrəsinə zəng edərək görüşüb həmin şəxsə verməsini tapşırmışdır. İlk dəfə atası Şahid5 Təqsirləndirilən şəxs 15000 manat verdiyini, sonra qardaşının 2000 manat, özünün isə 2 dəfə hər dəfə 5000 manat olmaqla, daha sonra atasının 6000 olmaqla, 5000 manat Təqsirləndirilən şəxs geri qaytarması ilə aralarında bu ardıcıllıqla pul mübadiləsi olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs 1 dəfə xidməti, bir dəfə isə mülki geyimdə görmüşdür. İlk dəfə Təqsirləndirilən şəxs 5000 manat verəndə qardaşı Ədalət Rəhimovun yanında olduğunu və maşında onu gözlədiyini, ikinci dəfə isə Türkana tək getdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs ilk dəfə Şamaxinkaya “Passat” markalı dövlət qeydiyyat nömrəsini xatırlamadığı nəqliyyat vasitəsilə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs konkret olaraq üzbəüz və ya telefon danışığında pul istəməyini hər hansı məbləğdə pul istəməsini eşitmədiyini, sadəcə ona pul verildiyini eşitdiyini qeyd etmişdir.

4. Şahid3 ifadəsi: Təqsirləndirilən şəxsla atası arasında hansı sövdələşmənin olmasını, Təqsirləndirilən şəxs konkret olaraq nə edəcəyini və nə vəd etdiyini bilmədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, ilk dəfə 15000 manat Təqsirləndirilən şəxs verdiklərini, sonra 2000 manat, daha sonra isə Təqsirləndirilən şəxs atasından 12000 manat istədiyini lakin atasının 10000 manat düzəldib verdiyini, ikinci 10000 manat pulun isə qardaşı ilə kredit götürməsi hesabına düzəldib verdiklərini qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs onlardan 10000 manat istədiyini, lakin 6000 manat verdiklərini, lakin kim tərəfindən harada necə verildiyini xatırlamadığını, qardaşı Natiqin verdiyini təxmin etdiyini bildirmişdir. İş alınmadığı üçün Təqsirləndirilən şəxs pulu geri tələb etdiklərini Natiqin 5000 manat pulu geri gütürdüyünü bildirmişdir. Şahid4 pul söhbətlərində əlaqəsinin olmadığını güman etdiyini, ilk dəfə pulu atasının verdiyini, məhkəmə prosesi zamanı isə həmin qadın barədə heç nə eşitmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid3 qətiyyətlə atasının heç kimdən borc almadığını, Şahid4 da həmçinin borcu olmadığını demişdir. Borcu olsaydı atasının ona mütləq demiş olacağını, evin böyük oğlu olduğunu, bütün məhkəmə işlərini və digər problemləri həll edənin özü olduğunu qeyd edərək əminliklə atasının Şahid4 30000 manat borcu olmadığını bildirmişdir. Daha sonra atası tərəfindən 5000 manat pulun qardaşı Ədalətə taksi ilə göndərildiyini, həmin pulun kreditlə götürüldüyünü, Şahid2 tərəfindən Təqsirləndirilən şəxs Şamaxinkada “Lukoil” yanacaq doldurma məntəqəsində verildiyini qeyd etmişdir. Daha sonra qeyd etmişdir ki, 10000 manat pul düzəldikdən sonra atasının məbləği bir dəfəyə taksi ilə göndərdiyini, lakin iki dəfəyə 5000 manat olmaqla Təqsirləndirilən şəxs pul verilmişdir. Atası Şahid5 Təqsirləndirilən şəxsla kimin vasitəsi ilə tanış olduğunu, həmin şəxsi kişi və ya qadın olmağını bilmədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə verdiyi ifadədə həmin şəxsi tanıdığı barədə ziddiyyətli ifadə verməsini onunla əlaqələndirmişdir ki, həmin ifadəni o veməmişdir müstəntiq tərəfindən elə yazılmışdır.

5. Şahid4 ifadəsi: Şahid5 onun bəzi məhkəmə işlərində, iki məhkəmədə uduzmuşdur və bu səbəbdən Təqsirləndirilən şəxs ona məsləhətlə köməyinin ola bilib-bilməcəyini soruşmuş o isə bu barədə heç bir fikrinin olmadığını söyləmişdir. Bu zaman o, Rasif müəllimin mobil nömrəsini istəmiş və o Təqsirləndirilən şəxs mobil nömrəsini yalnız özündən soruşduqdan sonra ona göndərə biləcəyimi bildirmişdir. Təqsirləndirilən şəxs icazə aldıqdan sonra onun mobil nömrəsini Şahid5 göndərmişdir. Bundan sonra Şahid5 Təqsirləndirilən şəxs nə məsləhət aldığı barədə heç bir məlumatı olmamışdır. Onların tanış olmalarına vasitəçi olduğunu qeyd etmişdir. Şahid5 Təqsirləndirilən şəxs əlaqə nömrəsini istədiyi zaman Təqsirləndirilən şəxs artıq getmiş olduğu, otaqda olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs özünün də hüquqşünas kimi məsləhət aldığını qeyd etmişdir. Şahid5la Təqsirləndirilən şəxs arasındakı pul söhbətindən məlumatı olmayıb, Şahid5 heç vaxt Təqsirləndirilən şəxs pul verdiyini deməmişdir. Şahid5la özünün arasında daima pu əsələsi olduğunu, lazım olduqda bir-birlərindən borc aldıqlarını bildirmişdir. Təqsirləndirilən şəxsla Şahid5 tanış etməzdən çox əvvəl Şahid5 30000 manat borc verdiyini, həmin pulu Şahid5 hissə-hissə iki dəfəyə 27000 manat olmaqla qaytardığını qeyd etmişdir. Şahid5 ondan ona pul lazım olduğunu və pulu haradan, necə və ya kimdən tapa biləcəyini soruşmuşdur. O isə bu barədə heç bir köməklik edə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsla məhkəmədə kimlərlə əlaqəsinin olması, müəyyən işləri həll etmə imkanın olması ilə bağlı danışıq olmamışdır. Bir dəfə ibtidai istintaq dövründə ifadə verərkən ona səs yazısı dinlədilmiş və həmin səs yazısında Şahid5 Təqsirləndirilən şəxs deyir ki: “Mənə faizə pul lazımdır. Belə bir adam tanıyırsan mı mənə faizə pul versin”. 2018-2019-cu illərdə Şahid5 borc vediyini, Ramilin həmin obyekti işlədib gəlirindən iki dəfəyə Şahid4 həminborcu 3000 manat kəsirlə qaytardığını bildirmişdir. O ərəfə Şahid5 problemləri olduğu üçün 3000 manat məbləğində borcu ona bağışladığını demişdir. Qardaşının əməliyyat olunması ilə bağlı ona pul lazım olduğundan Şahid4 Şahid5 ona verdiyi pulları geri qaytarması istəmiş, Şahid5 ona pul verməmiş, borcunu qaytarmışıdr. Şahid5la aralarında pul söhbəti ancaq ona verdiyi borcla bağlı olmuş, bəlkə də onun oğulları elə fikirləşir ki, o pulu o Təqsirləndirilən şəxs verməmişdir. Təqsirləndirilən şəxs pul verilməsində şəxsən iştirak etmədiyini vurğulamış, Şahid5 isə borcu Təqsirləndirilən şəxsla onu əlaqələndirdikdən əvvəl verdiyini, Ramilin isə borcunu Təqsirləndirilən şəxs tanıdıqdan sonra qaytardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahidlər verdikləri ifadələri təsdiq edərək əvvəlki, ibtidai istintaq dövründəki ifadələrlə olan ziddiyyətli məqamları “izahatlarının müstəntiq tərəfindən yazıldığını,ifadələrlə tanış olmamaları ilə” izah etmişdir. Beləliklə, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq - şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Maddənin dispozisiyasının mənasına görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir (yəni əmlak ələ keçirilir, qarşılığında isə heç nə vəd edilmir). Dələduzluq - cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Odur ki, əmlakı sahibliyinə keçirərkən (məsələn, razılaşmaya əsasən, müqaviləyə əsasən) şəxsdə aldatma, etibardan sui-istifadə etməklə əmlakı əvəzsiz olaraq ələ keçirmə kimi niyyətlərin olmaması, sonrakı dövrdə əmlak, yaxud əmlakın əvəzi hər hansı bir səbəbdən mülkiyyətçiyə qaytarılmadıqda şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək şəxsi dələduza çevirmir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham aktında irəli sürülmüş ittiham üzrə onun niyyətinin Şahid5 etibarını qazanaraq və onu aldadaraq əmlakını ələ keçirmək oduğu sübuta yetirlməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid5 Təqsirləndirilən şəxs özünü ona Ədliyyə nazirliyində şöbə müdiri kimi təqdim etmədiyini, onun vəzifəsi barədə Şahid4 ona məlumat verdiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti ona qarşı irəli sürülmüş ittihamla tərs mütənasib olmaqla, şahid ifadələrindəki ziddiyyətlərin mövcudluğu, eləcə də Şahid5 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qarşı mənfi hiss və emosiyalarda olmaması, aralarındakı münasibətin məhkəmə müstəvisinə gəlməsinə təəssüf hissi keçirtməsi, ona qarşı heç bir tələb və şikayətinin olmaması Təqsirləndirilən şəxs tərəfindən aldadılması faktının əslində mövcud olmadığını sübut edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinin dispozisiyasına görə rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə gör ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Rüşvət vermə formal tərkibli cinayətdir və rüşvət vermə rüşvətin (maddi və sair nemətin, imtiyaz və ya güzəştin) heç olmasa bir hissəsinin təklif olunduğu, vəd edildiyi, verildiyi, və vəzifəli şəxsin təklifi və ya vədi qəbul etdiyi (buna razılıq verdiyi), yaxud rüşvətin heç olmasa bir hissəsini aldığı andan başa çatmış hesab edilir. Buna görə də rüşvətin vəzifəli şəxsə təklif edilməsi, vəd edilməsi müqabilində vəzifəli şəxs həmin təklif və ya vədə razılıq bildirmədikdə, yaxud təklifi və ya vədi rədd etdikdə, əməl rüşvət verməyə cəhd kimi tövsif edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən Şahid5 rüşvət verməyə təhrik edilməsi sübuta yetirilməmişdir. Belə ki, cinayət işinin materiallarında olan nə vaxt, harada, kim tərəfindən əldə edilməsi məlum olmayan içərisində Təqsirləndirilən şəxs və Şahid5 arasında olan danışıqların olduğu səs yazılarından, o cümlədən içərisində telefon məlumatları olan diskdəki məlumatlardan Təqsirləndirilən şəxs Şahid5 hansısa vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsi, ələ alması müəyyən edilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan danışıqların məzmunundan Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirli olduğu nəticəsini çıxartmaq mümkün deyildir. Məhkəmə istintaqı zamanı şahidlər və zərərçəkmiş şəxs özləri fadələrində qeyd etmişdir ki, “Su tayı” istirahət mərkəzi ilə əlaqədar məhkəmə mübahisələrində onların vəkili olmuş, lakin qanuni yolla onlar heç nə əldə edə bilməyəcəklərini düşündükləri üçün qanunsuz yollarla məhkəmə mübahiələrini öz xeyirlərinə həll etməyə çalışmışlar. Elə bu səbəbdən də Təqsirləndirilən şəxsla tanış olaraq onun qanunsuz yolla məhkəmə mübahiələrini onların xeyrinə həll etməsini istəmişdirlər. Belə olduğu halda məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs əməlində təhrikçilikdən söhbət gedə bilməz. Çünki Şahid5 özü mübahisəni qeyri-qanuni yolla həll etmək üçün vasitəçi axtarmışdır. İş üzrə zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və şahid ifadələrinin arasında ziddiyyətin aydınlaşdırılması üçün istintaq orqanı maraqlı olmamışdır. Göründüyü kimi yuxarıda göstərilən ziddiyətlər, uyğunsuzluqlar öz-özlüyündə ittihamın sübut kimi təqdim etdiyi zərərçəkmiş şəxsin və şahid ifadələrinin həqiqiliyini əsaslı şübhə altına alır. Təbii ki, qanunvericiliyin tələbinə görə bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh olunmalıdır. Həmçinin şəxsə elan edilən ittihamda əks olunan hərəkətlərin özünün də ziddiyyətli olması və iş materialları ilə uzlaşmaması da bu şübhələrin əsasını təşkil edən hallardan biridir. Belə ki, iş materiallarında olan Ədalət Rəhimovun “Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi cənab Nazim Rəcəbova” başlıqlı ərizəsində o, Təqsirləndirilən şəxs atasının bütün məhkəmələrini və müqavilə işini öz üzərinə götürüb bunun müqabilində 27000 manat pul vəsaiti aldığını göstərir. Eyni ərizədə göstərir ki, “Təqsirləndirilən şəxs verdiyimiz pulları ümumilikdə 28000 manat vəsaiti tələb etdikdə .. bu pulu qaytarmamışdır. Bundan sonra ərizədə göstərir ki, “icarə müqaviləsinin bağlanması ilə əlaqədar heç bir köməklik edə bilmədiyindən bu məsələyə qoşularaq özümüz aidiyyəti təşkilatlara müraciət etmişik”. Cinayət işi başlanması barədə qərardan “Təqsirləndirilən şəxs “Su tayı” istirahət mərkəzi ilə bağlı müqavilələrin yenilənməsi və məhkəmələrdə sonuncunun xeyrinə qərar çıxarılması müqabilində tələb etdiyi ümumilikdə 33000 manat” ifadələrinin olduğu görünür. Şahid5 ibtidai istintaq zamanı verdiyi izahatında göstərmişdir ki, “Rasiflə danışaraq ona verilmiş ümumilikdə 29000 manat pul vəsaitini geri istəməyə başladılar”. Bundan əlavə, Şahid5 həmçinin ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, məhkəmədə “onun xeyrinə qərar çıxarılması və icarə müqaviləsinin yenidən onun adına bağlanması müqabilində ümumilikdə 15000 manat istəmişdir” İbtidai istintqaı aparan orqan tərəfindən şəxsə qarşı irəli sürülmüş ittihamdan isə bəlli olur ki, “Təqsirləndirilən şəxs 2019-cu ilin fevral-iyun ayları ərzində qeyd edilən niyyətlə əldə etdiyi Şahid5 məxsus 33.000 manat pul vəsaitini özünün şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid5 məxsus cəmi 33.000 (otuz üç min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, ... sonradan Şahid5 hər hansı sənədləşdirmə işlərinin aparılmamasını və aldadılmasını görüb qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid5 məxsus 37.000 (otuz yeddi min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Göründüyü kimi, cinayət barədə ərizədə 27000, daha sonra 28000, zərər çəkmiş hesab olunan Şahid5 ifadəsində əks olunmuş 29000 manat məbləğlər verilən ittihamda əks olunmuş 33000 və 37000 məbləğləri ilə heç bir halda uzlaşmır. Ümumiyyətlə, istintaq orqanı dələduzluq cinayəti zamanı şəxsin niyyətinin hansı məbləğə yönəlməsi, ittihamda əks olunan məbləğlərin hər birinin məhz hansı məsələ ilə bağlı (məhkəmə, yoxsa müqavilə ilə bağlı) alındığını müəyyən edə bilməmiş, işdə bununla bağlı mövcud olmuş açıq ziddiyyətlərə aydınlıq gətirmədən ittiham irəli sürmüşdür. Elan edilən ittihamdan həmçinin görünür ki, şəxsə bitmiş cinayət kimi istinad edilən əməldə əks olunmuş 33000 manat məbləğ ona dələduzluğa cəhd kimi istinad edilən əməldə əks olunmuş 37000 manatın tərkib hissəsi kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, istintaq orqanı şəxsə vahid niyyət şəklində ittiham irəli sürsə də, davam edən cinayət baxımından ayrı-ayrı hərəkətlərdə ifadə olunan əmələ istinad etmişdir. Bu halda eyni əməlin həm bitmiş, həm də cinayətə cəhd kimi tövsif edilməsi absurd olmaqla istintaq orqanının ümumiyyətlə cinayətin törədilməsi ilə bağlı qəti qənaətə gələ bilməməsinin, bununla bağlı sübutların mövcud olmamasının göstəricisidir. Üstəlik nəzərə almaq lazımdır ki, ittihamda əks olunan qalan pul vəsaiti anlayışının hüquqi müəyyənlik prinsipi baxımından dələduzluq cinayətinin tərkib hissəsini yaradan element kimi çıxış etməsi üçün qalan məbləğin hansı məbləğdən qalan vəsait olması, başqa sözlə niyyətin vahid olaraq hansı məbləğə yönəlməsi ittihamda əks olunmalı idi ki, bunun əks olunmaması ittihamda qeyri-müəyyənlik yaratmışdır ki, bu da iş üzrə sübutların mövcud olmamasına bir dəlildir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X10 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Telfner Avstriyaya qarşı ( 2001) işində Avropa məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlartoplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəl olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 29,178.2.3, 29,178.2.4, 34.4, 312.1-ci maddələri ilə təqsirli bilinməsi toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 29,178.2.3, 29,178.2.4, 34.4, 312.1-ci maddələri ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 29,178.2.3, 29,178.2.4, 32.4, 312.1-ci maddələrinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «ev dustaqlığı» qismində qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc dövlət büdcəsinə aid edilməlidir. Maddi sübut kimi tanınmış 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 29,178.2.3, 29,178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərində təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə məhkəmə-fonoskopik ekspertizasının keçirilməsinə çəkilmiş 300 (üç yüz) manat xərc dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut kimi tanınmış 05 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar